Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-582/2021 07.12.2021 ALİ MƏHKƏMƏ Kommersiya Kollegiyasının İddiaçı-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARI Açar sözlər: kredit borcunun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Cəfərli Aminə Əliəsgər qızı İddiaçı LPO İddiaçı-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil iştirakı ilə, İddiaçı-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “kredit borcunu tutulması” tələbinə da ir kommersiya işi üzrə iddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 4 iyun tarixli e-2-2(103)44/2020 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. İ. İŞİN HALLARİ
1. İş materiallarında olan borc alan qismində X1 (bundan sonra – “X1”) şəxsində MMC (bundan sonra-“AZP”) ilə borc verən qismində İddiaçı (bundan sonra-“ASC”) arasında 2012-ci il 27 dekabr tarixində bağlanmış 160K/12 saylı təminatsız bərpa olunan kredit xətti müqaviləsinə (bundan sonra – “160K/12 saylı kredit müqaviləsi”) əsasən, borc verən borc alana 3.601.150 AZN məbləğində 12 ay müddətinə illik 15 faizlə kredit xətti verməyi, borc alan isə kredit məbləğini qəbul etməyi, kredit məbləğini və ona hesablanmış faizləri bu müqavilədə nəzərdə tutulmuş şər tlərlə və müddətdə geri qaytarmağı öhdəsinə götürmüşdür.
2. İş materiallarında olan borc alan qismində X1 şəxsində AZP ilə borc verən qismində ASC arasında 2013-cü il 1 may tarixində bağlanmış 24K/13 saylı təminatsız bərpa olunan kredit xətti müqaviləsinə (bundan sonra – “24K/13 saylı kredit müqaviləsi”) əsasən, borc verən borc alana 920.000 AZN məbləğində 12 ay müddətinə illik 16 faizlə kredit xətti verməyi, borc alan isə kredit məbləğini qəbul etməyi, kredit məbləğini və ona hesablanmış faizləri bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və müddətdə geri qaytarmağı öhdəsinə götürmüşdür.
3. İş materiallarında olan 160K/12 saylı kredit müqaviləsinə edilmiş 2013-cü il 27 dekabr tarixli 1 saylı əlavəyə əsasən, 160K/12 saylı kredit müqaviləsinin müddəti 2014-cü il 27 dekabr tarixinədək uzadılır.
4. İş materiallarından görünür ki, ASC tərəfindən məhkəməyə AZP-nin direktoru X1 şəxsində AZP-yə 3.594.069 manat verilməsinə dair 2012-ci il 27 dekabr tarixli BOA seriyalı 088859 saylı (bundan sonra – “088859 saylı”) və 910.800 manat verilməsinə dair 2013-cü il 1 may tarixli BOA seriyalı 088860 saylı (bundan sonra – "xxxx") çeklər təqdim edilmişdir.
5. İş materiallarında olan ASC tərəfindən verilmiş 2017-ci il 6 aprel tarixli maliyyə arayışından görünür ki, AZP-nin 2017-ci il 30 mart tarixinə 160K/13 saylı müqavilə üzrə 6.634.113,94 manat, 24K/13 saylı müqavilə üzrə 1.553.791,50 manat, 2013-cü il 5 avqust tarixli 70K/13 saylı müqavilə (bundan sonra – “70K/13 saylı kredit müqaviləsi”) üzrə 322.108,210 manat məbləğində borcu vardır.
6. İş materiallarında olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2016-cı il 1 fevral tarixli 2-1(81)-1404/2016 saylı qərarından görünür ki, həmin qərarla ASC müflis elan edilmiş, iflas proseduruna başlanılmış, X2 ASC-nin ləğvedicisi təyin edilmişdir.
7. İş materiallarında olan 2016-cı il 25 oktyabr tarixli Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin Dövlət Reyestrindən çıxarışdan müəyyən olunur ki, AZP və bir sıra cəmiyyətlərin ona qoşulması nəticəsində "RN" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – “RN”) yenidən təşkil edilmiş və AZP-nin hüquqi varisi olmuşdur.
8. İş materiallarından olan ASC tərəfindən 2017-ci il 17 mart tarixində pretenziya qaydasında RN-ə göndərilmiş xəbərdarlıq məktubundan görünür ki, 160K/12 saylı kredit müqaviləsi üzrə ümumilikdə 6.540.590,4 6 manat, 24K/13 saylı kredit müqaviləsi üzrə 1.533.755,94 manat, 70K/13 saylı kredit müqaviləsi üzrə 317.984,05 manat təşkil edən borc məbləğinin 10 gün müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
9. ASC RM-ə qarşı 2017-ci il 13 aprel tarixində 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində iddia qaldıraraq, RM-dən 70K/13 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 202.000 manat, faiz borcu üzrə 110.681,35 manat, cərimə borcu üzrə 9.426,86 manat olmaqla cəmi 322.108,21 manat, 24K/13 nömrəli kredit müqaviləsinə əsasən əsas borc üzrə 920.000 manat, faiz borcu üzrə 549.560,17 manat, cərimə borcu üzrə 84.231,33 manat olmaqla cəmi 1.553.791,50 manat, 160K/12 nömrəli kredit müqaviləsinə əsasən əsas borc üzrə 3.601.150 manat, faiz borcu üzrə 1.977.632,76 manat, cərimə borcu üzrə 1.035.331,18 manat olmaqla cəmi 6.634.113,94 manatın (2017-ci il 30 mart tarixinə yaranmış) və ödənilmiş 30 manat dövlət rüsumunun, 1 manat bank xidmət haqqının tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, AZP 70K/13 nömrəli, 24K/13 nömrəli və 160K/12 nömrəli kredit müqavilələrinin şərtlərini (bax yuxarıda §§ 2-5) pozmuş, üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Belə ki, tərəflər arasında münasibətlərin məhkəmədən kənar qaydada həll etmək məqsədilə tərəflərindən AZP “borcun qaytarılması tələbi ilə bağlı” şifahi və yazılı xəbərdarlıq olunsa da, borcun qaytarılması istiqamətində müsbət ir əliləyiş olmamışdır.
11. İddia tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 442, 445.1, 445.2.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 25.1-ci maddələrinə istinad etməklə əsaslandırılmışdır. 12. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 4 iyul tarixli 2-2(82)-412/2017 saylı qərardadı ilə iş üzrə kompleks məhkəmə xətşünaslıq və sənədlərin texniki ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası mərkəzinə tapşırılmışdır.
13. Məhkəmə xətşünaslıq ekspertizasının qarşısında aşağıdakı suallar qoyulmuşdur: 13.1. 160K/12 saylı kredit müqaviləsinin 1, 2, 3-cü səhifələrində borcalan qrafasının qarşısındakı imzalar və 4-cü səhifədə AZP-nin dir ektoru adından Şahid qrafasının qarşısındakı imzalar, 24K/13 saylı kredit müqaviləsinin 1, 2, 3-cü səhifələrində borc alan qrafasının qarşısındakı imzalar və 4-cü səhifədə AZP-nin direktoru adından Şahid qrafasının qarşısındakı imzalar həmin şəxs tərəfindən icra edilmişdirmi? 13.2. 088859 saylı, 088860 saylı çeklərdə imzalar 1 qrafasının qarşısındakı imzalar Şahid tərəfindən icra edilmişdirmi?
14. Məhkəmə sənədlərin texniki ekspertizasının qarşısında aşağıdakı sual qoyulmuşdur: 160K/12 və 24K/13 saylı kredit müqavilələrində və 088859 və 088860 saylı çeklərdə imzalar birbaşa, yoxsa faksimile klişe vasitəsilə icra edilmişdir?
15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2017-ci il 11 avqust tarixli 19159 saylı sənədlərin texniki ekspertizasının rəyi ilə qoyulmuş suala aşağıdakı kimi cavab verilmişdir: 15.1. 160K/12 saylı kredit müqaviləsindəki “Borc alan” “X1” qrafalardakı imzalar, 088860 və 088859 saylı çeklərin ön və arxa tərəfindəki “imzalar”, “İmza” qrafalardakı imzalar faksimile klişe vasitəsilə icra edilmişdir. 15.2. 160K/12 saylı kredit müqaviləsindəki “Borc verən”, “Balıyeva A.F.” qrafalardakı imzalar, 24K/13 saylı kredit müqaviləsindəki imzalar, 088860 və 088859 saylı çeklərin arxa tərəfindəki “Nəzarətçi”, “İcraya cavabdeh”, “Xəzinədar” qrafalarındakı imzalar hər hansı texniki qurğu vasitəsilə deyil, birbaşa icra edilmişdir.
16. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2017-ci il 29 avqust tarixli 19158 saylı xətşünaslıq ekspertizasının rəyi ilə qoyulmuş suallara aşağıdakı kimi cavab verilmişdi r: 16.1. 24K/13 saylı kredit müqaviləsində “Borc alan” qrafalarındakı imzalar – Şahid tərəfindən icra olunmuşdur. 16.2. Qeyd: 160K/12 nömrəli kredit müqaviləsindəki “Borc alan”, “X1” qrafalarındakı imzalar, 088859 və 088860 nömrəli çeklərin ön və arxa tərəfindəki “İmzalar”, “İmza” qrafalarındakı faksimile klişe vasitəsilə icra edildiyindən həmin sənədlər üzrə tətqiqat işi aparılmamışdır. 17. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 2 noyabr tarixli 2-2(82)-412/2017 saylı xüsusi qərardadı ilə ASC-nin, AZP-nin və RM-in işçilərinin hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1, 178.3.2, 193.2.1, 193.2.3, 195.2, 308.2, 313 və 314cü maddələrində nəzərdə tutulmuş cinayət tərkiblərinin əlamətlərinin olması ilə bağlı araşdırmanın aparılması üçün xüsusi qərardad Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilmişdir (hakim – H.Babayeva). 18. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 2 noyabr tarixli 2-2(82)-412/2017 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmiş, 143 manat ekspertiza tətqiqatanın dəyərinin ASCdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməsi qət edilmişdir (hakim – H.Babayeva).
19. Birinci instansiya məhkəməsinin iş üzrə mövqeyi aşağıdakı kimi olmuşdur. 19.1. ASC tələbində 70K/13 saylı kredit müqaviləsi üzrə RM-dən 202.000 manat əsas borc, 110.681,35 manat faiz borcu, 9.426,86 manat cərimə borcunun tutulmasını tələb etsə də, öz tələbinin əsası kimi istinad etdiyi halları ümumiyyətlə sübuta yetirə bilməmiş, qeyd edilən kredit müqaviləsini, o cümlədən həmin müqavilə ü zrə kreditin verilməsini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Həmin kredit müqaviləsi üzrə borcun ödənilməsinə dair hissədə iddia tələbi tam əsassızdır və rədd edilməlidir. 19.2. Ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2017-ci il 11 avqust tarixli 19159 saylı sənədlərin texniki ekspertizasının rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Hazırkı halda ekspert rəyindən müəyyən olunur ki, 160K/12 saylı kredit müqaviləsindəki, həmin müqavilə üzrə 088859 saylı çekdə, həmçinin 24K/13 saylı kredit müqaviləsi üzrə 088860 saylı çekdə “imzalar 1” qrafasının qarşısındak ı imzalar birbaşa olaraq AZP-nin direktoru Şahid tərəfindən deyil, faksimile klişe vasitəsilə icra edilmişdir. Həmçinin ekspertin rəyindən görünür ki, 24K/13 saylı kredit müqaviləsindəki imza birbaşa olaraq icra edilsə də, həmin müqavilə üzrə 910.800 manat məbləğində nəğd pulun verilməsinə dair çekdəki imza cəmiyyətin direktoru tərəfindən birbaşa olaraq deyil, faksimile klişe vasitəsilə icra edilmişdir. Faksimile klişe isə imza hesab edilə bilməz, çünki o, yalnız ştampdır. Həmçinin imza əvəzinə faksimile ştampının kim tərəfindən vurulduğunu da müəyyən etmək mümkün deyil. Bundan başqa, imzanın əvəzinə ştamp qoymaq qanunvericilikdə nəzərdə tutulmamışdır. 19.3. ASC-nin tələbinin əsası kimi istinad etdiyi kredit müqaviləsi və kreditin verilməsini təsdiq edən çeklər borc alan hüquqi şəxsin rə hbəri tərəfindən birbaşa deyil, faksimile klişədən istifadə edilməklə imzalandığından tərəflər arasında qanunla müəyyən edilmiş formada sadə yazılı formada kredit müqaviləsi bağlanmamış və bank tərəfindən AZP-yə müqavilələr üzrə kreditin verilməsi təsdiqini tapmamışdır. 19.4. Sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. 19.5. ASC RM-in kredit müqavilələri üzrə üzərinə düşən öhdəliyi icra etməməsi ilə bağlı verilmiş kreditin qaytarılmasını tələb etsə də, 160K/12 saylı kredit müqaviləsinin bağlanmasını, 24K/13 saylı kredit müqaviləsinə əsasən isə cavabdeh şirkətə kredit verilməsini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Sübut qismində təqdim edilmiş 160K/12 say lı kredit müqaviləsində və 088860 saylı çekdəki imzalar cavabdeh şirkətin direktoru tərəfindən birbaşa deyil, faksimile klişe vasitəsilə icra edilmişdir. 19.6. Kredit müqaviləsi üzrə öhdəlik hüquq münasibətlərinin yaranmasını təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən iddia tələbi əsassızdır və rədd edilməlidir.
20. Məhkəmə öz qətnaməsini MM-in 389, 390.1, 407.2-ci, MPM-in 77.1, 88, 101.3, 103.1, 119.1, 217-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
21. Ləğvedici həmin qətnamədən 2019-cu il 30 sentyabr tarixində apellyasiya şikayəti verərək qətnamənin ləğv olunması və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
22. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 4 iyun tarixli 22(103)-44/2020 saylı qətnaməsi ilə aşağıdakılar qət edilmişdir (sədrlik edən – E.Nağıyeva, hakimlər – H.Həmidov və V.Məmmədov): 22.1. apellyasiya şikayəti qismən təmin edilsin; 22.2. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 2 noyabr tarixli 2-2(82)- 412/2017 saylı qətnaməsi ləğv edilsin; 22.3. iş üzrə yeni qətnamə qəbul edilsin; 22.4. iddia tələbi qismən təmin edilsin; 22.5. RM-dən Ləğvedicinin xeyrinə 24K/13 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 920.000 manat, faiz borcu 147.200 manat, cərimə 14.720 manat – cəmi 1.081.920 manat, 160K/12 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 3.601.150 manat, faiz borcu 1.080.345 manat, cərimə 108.034,5 manat – cəmi 4.789.529,5 manat tutulsun; 22.6. iddia tələbi qalan hissədə təmin edilməsin; 22.7. iş üzrə ekspe rtiza xərci cəmi 143 manat RM-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq hesabına köçürülsün.
23. Apellyasiya instansiya məhkəməsinin iş üzrə mövqeyi aşağıdakı kimi olmuşdur. 23.1. Kredit müqavilələrinin bağlanması və bununla bağlı öhdəlik münasibətlərinin meydana gəlməsi iş materiallarında olan kredit müqavilələri ilə təsdiq edilir. 23.2. İddiaçı müqavilənin müddətinin bitdiyi günə qədər əsas borca hesablanan faizləri, bundan sonrakı müddətdə isə ya vəsaitdən yenidən istifadə edə bilməməsi ilə əldən çıxmış fayda və ya illik beş faiz məbləği tələb edə bilər. 23.3. RM tərəfindən kredit müqavilələri üzrə heç bir ödəniş həyata keçirilməmişdir. 23.4. 2020-ci il 8 may tarixli **********194 saylı və **********193 saylı maliyyə arayışları əsas götürülərək, əsas borc kredit öhdəliyini n müddətinin bitdiyi günə 160K/12 saylı kredit müqaviləsi üzrə 3.601.150 manat, 24K/13 saylı kredit müqaviləsi üzrə 920.000 manat hesablanmalıdır. 23.5. 22.5 Məhkəmə kollegiyası həmin maliyyə arayışlarında hesablanmış faizləri yüksək hesab edərək bildirmişdir ki, faizlər kredit öhdəliyinin qüvvədə olduğu müddətə və kreditin illik faizinə əsasən hesablanmalıdır. Faiz borcu 160K/12 saylı kredit müqaviləsi üzrə 1.080.345 manat ((3601150/100x15%)x2), 24K/13 saylı kredit müqaviləsi üzrə 147.200 manat (920000/100x16%) hesablanmalıdır. 23.6. 24K/13 saylı kredit müqaviləsinə əsasən cərimə borcu 14.720 manat, 160K/12 saylı kredit müqaviləsinə əsasən cərimə borcu azaldılaraq əsas borcun 10%-i hesablanaraq 108.034,5 manat müəyyənləşdirilməlidir. 23.7. ASC tələbində 70K/13 saylı kredit müqaviləsi üzrə RM-dən 202.000 manat əsas borc, 110.681,35 manat faiz borcu, 9.426,86 manat cərimə borcunun tutulmasını tələb etsə də, öz tələbinin əsası kimi istinad etdiyi halları ümumiyyətlə sübuta yetirə bilməmiş, qeyd edilən kredit müqaviləsini, o cümlədən həmin müqavilə üzrə kreditin verilməsini təsdiq edən mötəbər sübutları nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyası məhkəməsinə təqdim edə bilmişdir. Ümumiyyətlə, ASC tərəfindən işin apellyasiya icraatı zamanı məhkəməyə yalnız maliyyə arayışları təqdim edilmişdir. İddia tələbi 70K/13 saylı müqavilə üzrə hissəsində təmin edilməməlidir.
24. Məhkəmə öz qətnaməsini MM-in 385.1, 442, 445.2.1, 467-ci, MPM-in 77.1, 88, 89.1, 384.0.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun (bundan sonra – “KMP”) “Azər baycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli qərarına istinad etməklə əsaslandırmışdır.
25. ƏSF həmin qətnamədən 2021-ci il 30 aprel tarixində kassasiya şikayəti verərək qətnamənin – 24K/13 və 160K/12 saylı kredit müqavilələri üzrə faiz və cərimə borclarının, həmçinin 70K/13 saylı kredit müqaviləsi üzrə iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini və ya işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri
26. Məhkəmə 24K/13 və 160K/12 saylı kredit müqavilələri üzrə faiz məbləği ni təmin edərkən heç bir əsas olmadan həmin məbləği müstəqil şəkildə hesablayaraq azaltmış, bank tərəfindən verilmiş maliyyə arayışları, hesabdan çıxarış və digər sübutlara isə heç bir əhəmiyyət verməmişdir. Halbuki kredit müqavilələri üzrə məbləğlər kifayət qədər böyük olduğundan məhkəmə həmin işlər üzrə qərar qəbul edərkən faiz və cərimə məbləğlərinin hesablanması üçün ekspertiza təyin etməli idi, çünki faiz və cərimələrin hesablanması üçün həmin kredit müqavilələri üzrə müstəqil ekspertin biliyi tələb olunurdu.
27. Məhkəmə bankın iddia tələbini 70K/13 saylı kredit müqaviləsinə münasibətdə isə təmin etməmiş, səbəb kimi isə həmin kredit müqaviləsinin və kreditin verilməsini təsdiq edən mötəbər sübutların məhkəməyə təqdim edilməməsini qeyd etmişdir. Lakin məhkəmə həmin kredit müqaviləsi üz rə pul vəsaitinin cavabdeh tərəfindən istifadə edilməsi ilə bağlı bank tərəfindən təqdim edilmiş sübutlara əhəmiyyət verməmişdir. Belə ki, cavabdehə məxsus cari hesabdan çıxarlardan və bank tərəfındən verilən maliyyə arayışından cavabdehə verilən kredit müqaviləsi üzrə vəsaitlərin AZP tərəfindən istifadə edilməsi görünür. Həmçinin cavabdeh tərəfindən həmin məbləğin alınması üçün banka edilən müraciət, müddətli öhdəliklə də cavabdeh tərəfindən həmin kredit müqaviləsində göstərilən məbləğlərin istifadə olunması sübuta yetirilir.
28. Kassasiya şikayəti MPM-in 386, 416, 417.1.3, 417.1.4, 418.1, 418.2, 418.3-cü maddələrinə istinad edilməklə əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iş tirakçılarının izahatları
30. Məhkəmə iclasında iştirak edən ƏSF-nin vəkili kassasiya şikayətini müdafiə etdiyini, şikayətin tam əsaslı olduğunu bildirdi. Ona görə də şikayətin təmin edilməsini, qətnamənin – 24K/13 və 160K/12 saylı kredit müqavilələri üzrə faiz və cərimə borclarının, həmçinin 70K/13 saylı kredit müqaviləsi üzrə iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini və ya işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
31. Cavabdeh tərəfə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etmədilər. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
32. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya in stansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
33. ƏSF apellyasiya instansiyası məhkəməsinin qətnaməsini iddia tələbinin təmin edilməyən hissədə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissələrdə yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).(2 məsələ qoyulub şikayətdə)
34. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
35. MM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müq avilə sayılır. 389.2. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 389.3. Bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. 389.4. İkidən çox tərəfin bağladığı müqavilələrə müqavilə haqqında ümumi müddəalar belə bir şərtlə tətbiq edilir ki, bu, həmin müqavilələrin çoxtərəfli xarakterinə zidd olmasın. “Maddə
390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər....” “Maddə
407. Müqavilənin bağlanması anı... 407.2. Sadə yazılı müq avilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
445. Borclunun icranı gecikdirməsi... 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi;...” “Maddə
467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyən ləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.”
36. MPM-in müvafiq müddəalarında (2021-ci il 1 oktyabr tarixinədək qüvvədə olan redaksiyada) aşağıdakılar nəzərdə tutulur: “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə
89. Yazılı sübutlar 89.1. Yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notar iat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır....” “Maddə
97. Məhkəmənin ekspertiza təyin etməsi 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir....” “Maddə
101. Ekspert rəyi... 101.3. Ekspert rəy verilməsi üçün əlavə tədqiqat materiallarının təqdim edilməsinə zərurət olduğunu müəyyən etdikdə, ekspertiza təyin edilməsi haqqında məhkəmənin qərardadının məhkəmə ekspertizası idarəsinə daxil olduğu vaxtdan 5 gündən gec olmayaraq bu barədə məhkəməyə vəsatət göndərir. Vəsatətdə tələb olunan tədqiqat materiallarının dəqiq və tam siyahısı göstərilir....” “Maddə
103. Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir....” “Maddə
119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir....” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 21 7.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.” “Maddə
384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi:... 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;...”
37. KMP-nin “Azərbaycan Respublikası Mülki M əcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli qərarında qeyd edilmişdir ki: “... kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən, öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mül ki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən, onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Kredit müqavilələrinin müddətli xarakter daşıdığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələri tətbiq olunarkən nəzərə alınmalıdır ki, iddia müddəti kreditin icra müddəti bitdiyi gündən hesablanır.” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
38. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini (bax yuxarıda §§ 26-27) işin mat erialları ilə birgə araşdıraraq, iddia tərəfinin izahatını dinləyərək hesab edir ki, həmin dəlillər aşağıdakı səbəblərdən apellyasiya məhkəməsinin qətnaməsini ləğv etmək üçün əsas deyildir. Kredit müqavilələri üzrə məbləğlər kifayət qədər böyük olduğundan, faiz və cərimələrin hesablanması üçün ekspert biliyi tələb olunduğundan faiz və cərimə məbləğlərinin hesablanması üçün ekspertizanın təyin edilməli olmasına dair dəlilin əsassızlığı üzrə:
39. Əvvəla, MPM-in 97.1-ci maddəsindən (bax yuxarıda § 38) aydın olunur ki, ekspertizanın təyin olunması məhkəmənin vəzifəsi deyil, hüququdur.
40. İkincisi, verilmiş kreditlərin məbləği və bunun üçün ödənilməli faizlərin (kreditdən istifadə haqqının) həcmi müqavilələrdə konkret müəyyən olunmuşdur.
41. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən m üəyyən olunmuş hallarından görünür ki, MMC tərəfindən kredit müqavilələri üzrə heç bir ödəniş edilməmişdir.
42. Bununla əlaqədar apellyasiya instansiyası məhkəməsi ayrıca ekspert tədqiqatına lüzum görmədən kredit öhdəliyinin qüvvədə olduğu müddət üzrə sadə riyazi hesablamalar aparmaqla, MMC-nin ödənilməli olduğu faiz (kreditdən istifadə haqqı) borcunu müəyyən etmişdir.
43. Dəbbə puluna gəldikdə isə, apellyasiya instansiyası məhkəməsi MM-in 467-ci maddəsinin (bax yuxarıda § 37) ona verdiyi hüquqdan istifadə edərək, iddia ərizəsində tələb olunan cərimə borcunun həcmini əsas borcun 10 faizinədək azaltmışdır.
44. Üçüncüsü, kassator öz şikayətində həmin hesablamalar barədə öz narazılığını yalnız ümumi xarakterli mülahizələrlə bildirməklə kifayətlənmiş, bununla bağlı apellyasiya instansiyası m əhkəməsinin öz hesablamalarında konkret olaraq hansı səhvlərə və qanun pozuntularına yol verdiyini əsaslandıra bilməmişdir. 70K/13 saylı kredit müqaviləsi üzrə pul vəsaitinin MMC tərəfindən istifadə edilməsi ilə bağlı bankın təqdim etdiyi sübutlara apellyasiya instansiyası məhkəməsinin əhəmiyyət verməməsinə dair dəlilin əsassızlığı üzrə.
45. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən aydın olur ki, 70K/13 saylı kredit müqaviləsi üzrə ƏSF öz tələbinin əsası kimi istinad etdiyi halları ümumiyyətlə sübuta yetirə bilməmiş, həmin müqavilə üzrə kreditin verilməsini təsdiq edən mötəbər sübutları birinci instansiya və apellyasiya instansiyası məhkəmələrinə təqdim edə bilməmiş, apellyasiya icraatı zamanı məhkəməyə yalnız maliyyə arayışları təqdim etmişdir.
46. Ümumiyyətlə, məhkəmə kollegiy asının mövqeyinə görə, kredit borcu üzrə yaranmış məhkəmə mübahisələrində maliyyə arayışı, yaxud bank hesabından çıxarış istənilən bank tərəfindən birtərəfli qaydada tərtib və təqdim edilmiş sənədlər olduğunundan, müqavilənin bağlanmasını və kreditin verilməsini bilavasitə təsdiq edən sübutlar olmadan cavabdehin borclu hesab edilərək tələb edilən pul vəsaitinin ondan tutulması ədalətli və əsaslı deyildir.
47. Hazırkı halda işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, mübahisə predmeti olan digər kredit müqavilələrindən fərqli olaraq, 70K/13 saylı kredit müqaviləsinin özü və həmin müqavilə üzrə kreditin verilməsini təsdiq edən mötəbər sübutlar işə baxan məhkəmələrə təqdim olunmamışdır.
48. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiy ası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi kassatorun istinad etdiyi hüquq pozuntularına yol verməmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
49. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı LPO ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 4 iyun tarixli 22(103)-44/2020 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.