Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-582/2024 10.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya, Mülki və İnzibati Kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARI Açar sözlər: məhkəmə aidiyyəti, tərəfin şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, İnzibati Kollegiyasının hakimi Nəbizadə Rahib Sahib oğlu və Mülki Kollegiyasının hakimi Şamayev Elşad Yaquboviçdən ibarət qarışıq tərkibdə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “sənədlərin təqdim edilməsi” tələbinə dair Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 13 avqust tarixli e- 2-2(113)-3671/2024 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxılmışdır. İş üzrə məhkəmə icraatı
1. İddiaçı (bundan sonra – “iddiaçı”) "xxxx" ASC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehin nizamnaməsi; 2021-2024-cü il qiymətli kağız mülkiyyətçilərinin reyestrinin surəti; 2020-2024-cü illərdə fiziki və digər şəxslərlə bağlanmış icarə müqaviləsinin şərtləri ilə birlikdə surətləri, emissiya prospektinin surətinin; 20202024-cü illərin yekunlarına dair keçirilmiş səhmdarların ümumi yığıncağının protokollarının surətləri, əsas vəsaitlər; bina və tikililərinin kimlər tərəfindən, hansı səbəbdən sökülüb dağıdılması barədə olan sənədlərin surətləri və yerləşdiyi torpaq sahəsinin kimə (fiz iki və ya hüquqi şəxslərə) aid olması haqqında yazılı arayışın iddiaçıya təqdim edilməsi; cavabdeh tərəfindən təqdim ediləcək sənədlər surət olduğundan onların hər səhifəsinə “əsli ilə düzdür” ştampı və ya möhür vurulmaqla təsdiqlənərək cavabdeh tərəfindən iddiaçıya təqdim edilməsi və 100 manat ödənilmiş dövlət rüsumunun əvəzinin iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
2. Cavabdeh tərəf məhkəməyə yazılı vəsatət təqdim edərək, işin məhkəmə aidiyyəti üzrə ümumi məhkəməyə göndərilməsini xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, iddiaçının, cavabdehin səhmdarı kimi müvafiq sənədləri tələb etməsi sahibkarlıq fəaliyyətindən irəli gəlmir və həmin məsələlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi (bundan sonra – “MM”) ilə müəyyənləşdirilmiş səhmdarların hüquql arı və vəzifələri ilə əhatə olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 25.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli Qərarında (bundan sonra – “Plenum Qərarı”) qeyd edilmişdir ki, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata k eçirilməsi ilə bağlı olmasını tələb edir. Tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibkarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. Əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi üzrə tələblərdə və ya deliktdən irəli gələn tələblərdə mübahisənin məhz hər iki tərəfin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi məhkəmə aidiyyətini müəyyən edən həlledici meyardır.
3. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 13 avqust tarixli e-2-2(113)3671/2024 nömrəli qərardadı ilə vəsatət təmin edilməmişdir (hakim – Ü.Həsənova).
4. Məhkəmə qeyd etmişdir ki, işin hallarından müəyyən olunanlara görə, mübahisə kommersiya hüquqi şəxsi ilə onun iştirakçısı (səhmdar) arasında olan korporativ tələblə bağlı olmuşdur.
5. Cavabdeh həmin qərardaddan şikayət verərək, işin baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir.
6. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 26 avqust tarixli e-2-2(113)3671/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim – Ü.Həsənova).
7. Məhkəmə qeyd etmişdir ki, işin materiallarından müəyyən olunanlara görə, iddiaçı cavabdehin səhmdarıdır. Kommersiya qurumlarının dövlət reyestrindən çıxarışa əsasən, cavabdehin təşkilati-hüquqi forması açıq səhmdar cəmiyyətidir. İddia ərizəsindən müəyyən olunanlara görə, hazırkı mübahisə kommersiya hüquqi şəxsi ilə bağlı olan səhmdarla hüquqi şəxs arasında yaranan korporativ mübahisə olmuşdur. Bu səbəbdən, hazırkı mübahisə kommersiya mübahisəsi olduğundan, məhkəmə vəsatətin əsassız olması qənaətinə gəlmişdir. Şikayətin və ona qarşı etirazın dəlilləri a) Şikayətin dəlilləri
8. Plenum Qərarındakı göstərişlərə əməl edilməmiş, MPM-in 25.1-ci maddəsinin tələbi pozulmuşdur. Cavabdeh vəsatətində bildirdiklərini (bax § 2) yenidən vurğulayaraq, hazırkı işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılmalı olduğunu qeyd edir və hesab edir ki, mövcud mübahisə kommersiya hüquqi şəxsinin sahibkarlıq fəaliyyəti ilə birbaşa bağlı deyil. İddiaçı sahibkarlıq fəaliyyətindən irəli gələn hər hansı məsələni mübahisələndirmir və tələbi sırf müvafiq sənədlərin təqdim edilməsi ilə bağlıdır. b) Ş ikayətə qarşı etirazın dəlilləri
9. Şikayətə qarşı tərəf yazılı etiraz təqdim etməmişdir. Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 nömrəli qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “...
13. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə v ə yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir....
19. Eyni zamanda məhkəmələrə izah edilir ki, MPM-in 26.2-ci maddəsində kommersiya məhkəmələrinin müstəsna baxış predmetinə aid edilmiş həmin Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş “Bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında” işlərin xarakteri özüözlüyündə yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsini diktə edir. Eyni yanaşma müflisləşmə, sənaye mülkiyyəti obyektlərinin (əmtəə nişanı, coğrafi göstərici, ixtira, faydalı model və sənaye nümunəsi) istifadəsi və müdafiəsi ilə bağlı (şəxsi hüquqların müdafiəsinə dair tələblər istisna olmaqla), habelə kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblər (təsisçilər, üzvlər, iştirakçılar, hüquqi şəxsin nizamnaməsi ilə müəyyən edilən idarəetmə orqanlarının nümayəndələri arasında və ya onlarla hüquqi şəxs arasında olan hüquqi şəxsin fəaliyyətindən, o cümlədən hüquqi şəxsin yaradılmasından, yenidən təşkil olunmasından, ləğv edilməsindən, idarə olunmasından, eləcə də səhmlərin, təsis və iştirak paylarının alqısatqısından ibarət tələblər) üzrə işlərə də aid edilməlidir....”
11. Azərbaycan Respublikası Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır....” Ali məhkəmənin mövqeyi
12. Qarışıq məhkəmə tərkibi şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 13 avqust tarixli e-2-2(113)-3671/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
13. MPM-in 26.1-ci maddəsinin (bax § 11) tələbinə görə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.
14. Plenum Qərarını n 13 və 19-cu bəndlərində (bax § 10) ifadə olunmuş hüquqi mövqelərdən aydın olur ki, tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblər (təsisçilər, üzvlər, iştirakçılar, hüquqi şəxsin nizamnaməsi ilə müəyyən edilən idarəetmə orqanlarının nümayəndələri arasında və ya onlarla hüquqi şəxs arasında olan hüquqi şəxsin fəaliyyətindən, o cümlədən hüquqi şəxsin yaradılmasından, yenidən təşkil olunmasından, ləğv edilməsindən, idarə olunmasından, eləcə də səhmlərin, təsis və iştirak paylarının alqı-satqısından ibarət tələblər) üzrə işlər kommersiya məhkəmələrinin müstəsna baxış predmetinə aid edilmişdir.
15. İddia ərizəsindən müəyyən olunanlara görə, iddiaçı səhmdarı olduğu cəmiyyətdən həmin hüquqi şəxsin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı bir sıra sənədlərin ona təqdim edilməsini xahiş etmişdir.
16. Belə olan halda qarışıq məhkəmə tərkibi hesab edir ki, hazırkı iddia korporativ mübahisədən, yəni səhmdar cəmiyyətlə onun səhmdarı arasında həmin cəmiyyətin fəaliyyətindən və idarə olunmasından irəli gəlmişdir. Hətta şikayətçinin özü də verdiyi şikayətdə iddia tələbi ilə bağlı məsələlərin MM ilə müəyyənləşdirilmiş səhmdarların hüquqları və vəzifələri ilə əhatə olunduğunu qeyd edərək, dolayı yolla, tələbin mülki qanunvericilikdə müəyyən olunan korporativ hüquq münasibətlərindən irəli gəldiyini təsdiq etmişdir. Bu qəbildən olan tələblər korporativ mübahisələr kateqoriyasına a id tələblər olduğundan, yuxarıda istinad olunan Plenum Qərarının müddəalarına görə, hazırkı iş üzrə hüquq münasibətlərinin xarakteri mübahisəyə aidiyyəti üzrə ümumi məhkəmədə baxılmasını istisna edir.
17. Yuxarıda göstərilənləri ümumiləşdirərək qarışıq məhkəmə tərkibi hesab edir ki, hazırkı mübahisəyə kommersiya məhkəməsində baxılmalıdır.
18. Qarışıq məhkəmə tərkibi şərh edilənləri və MPM-in 403-1.6, 403-1.7, 4031.8 və 403-1.8.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 13 avqust tarixli e-2-2(113)3671/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.