Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-583/2023 01.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı "xxxx" ASC-nin cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: vurulmuş zərərin əvəzinin ödənilməsi, subroqasiya Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Dadaşov İlqar Ağababaş oğlu və X5 ibarət tərkibdə, iddiaçı "xxxx" ASC-nin cavabdeh "xxxx" ASC-yə qarşı "vurulmuş zərərin əvəzinin subroqasiya qaydasında ödənilməsi" tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 7 iyul tarixli 2-2(103)653/2023 saylı qətnaməsindən iddiaçı tərəfin dən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. 2020-ci il 9 yanvar tarixli “Enerji təchizat müəssisəsi və abonent arasında elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti haqqında Akt”dan görünür ki, Balakən rayonu Meşəşambul kəndi qeyri-əhali obyekti adından nümayəndə X51 şəxsinə tərəflər arasındakı elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi 35/10 kV-luq Qabaqçöl y/st-dan çıxan 10 kV-luq Qabaqçöl h/x-dən doyan 100kVa ******* kodlu TM-nin 0.4 kV-luq PQ-dan qadalanan “SİP” adlanan 0.4 kVluq xətdə abonentin sayğacını qidalandıran kabelin qoşulma nöqtəsidir. Belə olan halda, 0.4 kV-luq kabel istehlakçının balansında olmaqla, həmin xəttə texniki xidmət və texniki baxışlar istehlakçı tərəfindən təşkil edilməlidir. Hava xətlərində gərginliyin artması növündə elektrik qəza hadisəsinin baş verməsindən elektrik sayğacının sıradan çıxması, sayğac üçün nəzərdə tutulan işləmə parametrlərindən fərqli olan gərginliyin artma dərəcəsindən və təsir müddətindən asılıdır. Elektrik şəbəkəsində elektrik gərginliyinin artması kimi qəza halının baş verməsindən eyni elektrik enerji mənbəyindən (transformator məntəqəsi qidalanan elektrik qurğu və məişət avadanlıqları, gərginliyin artma dərəcəsi (ölçüsündən) və müddətdən, eləcə də qurğuların texniki vəziyyətindən və bu avadanlıqlar üçün təyin edilmiş gərginliyin aşağı və yuxarı işləmə hədlərindən asılı olaraq sıradan çıxa bilərlər. Elektrik şəbəkəsində elektrik gərginliyinin artması kimi qəza halının baş verməsindən obyekti elektrik enerjisi ilə təchiz edən 35-lik “Sİ P” kabel hava xəttinin istismara yararlı vəziyyətdə qalıb-qalmaması həmin gərginliyin dərəcəsindən (ölçüsündən) və müddətdən asılıdır. Hadisə baş verdiyi ticarət obyektini elektrik enerjisi ilə təchiz edən ******* nömrəli tranformator məntəqəsində quraşdırılmış istilik qoruyucular, onlar üçün qoyulmuş nominal elektrik cərəyanının (ustavkadan) artıq olduğu halda avtomatik olaraq mühafizə edilən şəbəkəsinin elektrik mənbəyindən ayrılması üçün hesablandığından, elektrik gərginliyinin artmasından bu növ qoruyucular işə düşməyə də bilər. 2. "xxxx" ASC tərəfindən 2020-ci il 5 fevral tarixində qüvvəyə minmiş BB 079683 saylı sığorta şəhadətnaməsi əsasında X30 məxsus Balakən rayonu Meşəşambul kəndində yerləşən daşınmaz əmlak (ticarət obyekti) 150 manat azadolma məbləği olmaqla 73.370 manat məbləğin də sığortalanmış, 2020-ci il 13 iyul tarixində sığorta hadisəsi (yanğın) baş vermiş, 50.000 manat zərər müəyyən edilmiş, sığorta aktına əsasən "xxxx" ASC tərəfindən X30 49.850 manat sığorta məbləği ödənilmişdir. Sığorta şəhadətnaməsi, sığorta aktı və sığorta məbləğinin ödənilməsi barədə bank sənədi iş materialarına əlavə edilmişdir.
3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2020ci il 23 oktyabr tarixli 10/2116 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsinin baş leytenantı Vüqar Süleymanovun imzası ilə təsdiq edilmiş, 2020-ci il 11 sentyabr tarixli 06136 saylı məktubla, təqdim etdiyi smetanın göstəricilərinə əsasən, ünvan 1ində X30 məxsus ticarət obyektində yanğın zamanı yaranm ış qüsurların aradan qaldırılması üçün görülməli təmirbərpa işlərinin dəyərinin 106.380,5 manat təşkil etdiyi və aparılmış araşdırmalara əsasən smetada göstərilmiş həcmlərin tədqiq olunan obyekt üzrə dəymiş ziyanın həcminə uyğun olduğu müəyyən edilmişdir.
4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2020ci il 4 dekabr tarixli 10/2104 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, Balakən rayonu Meşəşambul kəndində X30 məxsus ticarət obyektində yanğının mənbəyi obyektin məişət avadanlıqlarının satış mağazasının çöl tərəfində dam səviyyəsində olmuşdur. Müəyyən edilmiş mənbə zonasında istilik ixrac edə bilən texniki qurğulardan elektrik xətlərinin olduğunu və yanğının ilkin olaraq partıltı səsi ilə həmin elektrik xətlərində aşkar edildiyi, eləcə də həmin ərəfədə qonşuluqda yerləşən fərdi yaşayış evlərində cərəyana qoşulu vəziyyətdə olan elektrik qurğularının sıradan çıxmalarını həmçinin müəyyən edildiyi kimi qeyd edilən fərdi yaşayış evləri ilə yanğın baş vermiş obyekt eyni hava elektrik xəttindən qidalandığını nəzərə alaraq, yanğın ərazisinin enerji sistemində baş vermiş elektrik qəza gərginliyin artması halından obyekti və fərdi yaşayış evlərini elektrik enerjisi ilə təmin edən hava elektrik xəttində normadan artıq gərginliyin yaranması nəticəsində baş verməsi üçün xarakterikdir. Belə olan halda baş vermiş hadisə ilə əlaqədar “Elektrik stansiyaları və şəbəkələrinin texniki istismar qaydaları”nın 5.7.1, 5.7.5, 5.7.18 və 5.7.19-cu bəndlərinin tələbləri pozulmuşdur. Balakən rayonu Meşəşambul kəndində X30 məxsus ticarət obyektini və həmin ərazidə y erləşən fərdi yaşayış evlərini elektrik enerjisi ilə təmin edən hava elektrik xəttlərinin düzgün istismarı, onların etibarlı işləməsi, eləcə də texniki xidmət aparılaraq qüsurların aradan qaldırılması təmin edilmədiyinə görə, “Elektrik stansiyaları və şəbəkələrinin texniki istismar qaydaları”nın 5.7.1, 5.7.5., 5.7.16, 5.7.18 və 5.7.19-cu bəndlərinin tələbləri həmin ərazi üzrə elektrik hava xətlərinə texniki baxışların keçirilməsini təşkil edib təmin etməli olan vəzifəli və digər əməkdaşları tərəfindən öz vəzifə və peşə təlimatları dairəsində pozulmuşdur. 5. 2021-ci il 19 may tarixli 10/889 saylı ekspert rəyində qeyd edilmişdir ki, X25 izahatında göstərdiklərini və 7 sentyabr hadisə yerinə baxış keçirilərkən ticarət obyektinin qab-qaçaq (məişət) malları satılan mağazanın damının dəmir ferma ların, digər sahələrdən fərqli olaraq deformasiyaya uğrayaraq əyildiklərini əsas götürüldükdə, yanğının mənbəyi həmin qab-qacaq (məişət) malları satılan mağazada yerləşə bilər. Ekspertiza keçirilərkən hadisə yerinin ilkin vəziyyətdə saxlanılmadığını, ekspertizaya təqdim edilmiş materiallarda hadisə baş vermiş ticarət obyektinin yanar materialların və tikinti konstruksiyalarının üzərində yanğın mənbəyi və yanğının yayılma yollarını əks etdirən əlamət və izlərinin aydın göstərilmədiyini, ekspertiza tədqiqatına nümunələr kimi təqdim edilmiş elektrik qurğularının (elektrik kabel, naqillər, elektrik sayğacı, açarlar və s.) üzərində elektrik təbiətli qəza halının (qısa qapanmanın, artıq yüklənmənin təsirindən əmələ gələ bilən izlərin müəyyən edilmədiyini, yanğın mənbəyi kimi güman olan yerdə (qa b-qacaq, məişət malları satılan mağazanın) istilik ixrac edə bilən qurğuların (elektrik xətlərin, cihazların, kürə sobasının və s.) üzərində yanğına gətirə bilən qəza nümunələr isə ekspertizaya təqdim edilmədiyinə görə, yanğının baş vermə səbəbini müəyyən etmək mümkün deyildir. Hazırkı təkrar ekspertizanın keçirildiyi zaman hadisə yeri ilkin vəziyyətdə saxlanılmadığına görə, 2020-ci il 13 iyul tarixində saat 12:30 radələrində ******* nömrəli transformatordan elektrik enerjisi ilə qidalanan Cənnətey Dadaşovanın və İlkin Hetayevin fərdi yaşayış evində baş vermiş elektrik qəzalarının səbəbini müəyyən etmək mümkün deyildir. Elektrik şəbəkəsində elektrik gərginliyinin artması kimi qəza halının baş verməsindən elektrik sayğacın sıradan çıxması, həmin gərginliyin dərəcəsindən (ölçüdən) və müddətd ən asılıdır. Elektrik şəbəkəsində elektrik gərginliyinin artması kimi qəza halının baş verməsindən eyni elektrik enerji mənbəyindən (transformator məntəqəsindən) qidalanan elektrik qurğuları və məişət avadanlıqları, gərginliyin artma dərəcəsindən (ölçüdən) və müddətdən, eləcə də qurğuların texniki vəziyyətdən və istehlakçı tərəfindən bu avadanlıqlar üçün təyin edilmiş gərginliyin aşağı və yuxarı işləmə hədlərindən asılı olaraq sıradan çıxa bilərlər. Elektrik şəbəkəsində elektrik gərginliyinin artması kimi qəza halının baş verməsindən obyekti elektrik enerjisi ilə təchiz edən 35-lik “SİP” kabel hava xəttinin istismara yararlı vəziyyətdə qalıb-qalmaması həmin gərginliyin dərəcəsindən (ölçüdən) və müddətdən asılıdır. Hadisə baş verdiyi ticarət obyektini elektrik enerjisi ilə təchiz edən ***** ** nömrəli formator məntəqəsində quraşdırılmış istilik qoruyucular, onlar üçün qoyulmuş nominal elektrik cərəyanın (ustavkadan) artıq olduğu halda avtomatik olaraq mühafizə edilən şəbəkəsinin elektrik mənbəyindən ayrılması üçün hesablandığından, elektrik gərginliyinin artmasından bu növ qoruyucular işə düşməyə də bilərlər. Yanğının baş vermə səbəbini müəyyən etmək mümkün olmadığından, qoyulmuş suallar tədqiqatın aparılması, yəni baş vermiş hadisə ilə əlaqədar normativ aktların tələblərinin pozulmasını müəyyən etmək mümkün deyildir. 6. 2021-ci il 20 okyabr tarixli 10/3694 saylı ekspert rəyində qeyd edilmişdir ki, baxış zamanı hadisə yeri ilkin vəziyyətdə saxlanılmadığına, yanğın baş vermiş hissədə təmirbərpa işləri aparılmaqla ticarət obyektinin yanar materiallarının və tikinti konstruksi yalarının üzərində yanğının mənbə və yayılma yollarını əks etdirən əlamət və izlərin müəyyən edilməsi mümkün olmadığına görə, yanğının mənbəyini müəyyən etmək mümkün olmadı. Hadisə yeri ilkin vəziyyətdə saxlanılmadığına görə, yanğının mənbə zonasını yerli (lokal) sahəyə gətirməklə, həmin sahədə yanğının bilavasitə texniki səbəbini əks etdirən faktiki halların müəyyən edilməsi mümkün olmadığına, ekspertiza tədqiqatına “nümunə kimi təqdim edilmiş elektrik qurğularının (elektrik kabel, naqil, sayğac, avtomat acarlar və s.) üzərində elektrik təbiətli qəza halının (qısa qapanma, artıq yüklənmə və s.) təsirindən əmələ gələ bilən izlər müəyyən edilmədiyinə, həmçinin istintaq tərəfindən mübahisə predmeti olan transformatorun hadisə ərəfəsində gərginlik altında olubolmaması konkret olaraq müəyyən e dilmədiyinə görə, baş vermiş yanğının səbəbini müəyyən etmək mümkün olmadı. Hazırkı ekspertiza keçirilərkən hadisə yerinin ilkin vəziyyətdə saxlanılmadığını və bununla da baş vermiş yanğının mənbə və səbəbinin müəyyən edilməsinin mümkün olmadığını nəzərə alaraq, qərarın bu sualları üzrə tədqiqat aparılaraq nəticə verilməsi, həmçinin baş vermiş hadisə ilə əlaqədar normativ aktların təbəblərinin pozulmasını müəyyən etmək mümkün deyildir. Təqdim edilmiş iş materiallarında olan məlumatlara əsasən “SİP” kabelin üzərində hər hansı elektrik təbiətli qəza halı izləri aşkar edilməmişdir. Həmçinin iş materiallarında olan məlumatlara, eləcə də baxış zamanı kabelin böyük hissəsinin saz vəziyyətdə qalmaqla həmin kabeldən yenidən istifadə edildiyi müəyyən edilmişdir. Odur ki, “SİP” kabeldə qəza halı aşk ar edilmədiyinə görə, qərarın 5-ci sualında göstərilən məsələnin həll edilməsi mümkün olmadı. Qərarın altıncı və yeddinci sualları üzrə müəyyən edilmişdir ki, 2020-ci il 9 yanvar tarixli “Enerji təchizatı müəssisəsi və abonent arasında elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti haqqında Akt”ına əsasən, abonentlə elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhəddi 35/10 kV-luq Qabaqçöl yarımstansiyasından çıxan 10 kv-luq Qabaqçöl h/x-dən doyan 100 kvA ******* kodlu TM-nin 0,4 kv-luq PQ-dən qidalanan “SİP” adlanan 0,4 kvluq xətdə abonentin sayğacını qidalandıran kabelin qoşulma nöqtəsidir. Belə olan halda 0,4 kv-luq kabel istehlakçının balansında olmaqla həmin xəttə texniki xidmət və texniki baxışlar istehlakçı tərəfindən təşkil edilməlidir. 7. 2021-ci il 28 oktyabr tarixli 4/1401 saylı ekspert rəyində qeyd edilmişdir ki, ekspertizaya təqdim edilmiş “enerjitəchizatı müəssəsi ilə qeyri-istehsal müəssisəsi, ticarət, ictimati iaşə digər növ xidmət müəssisəsi arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsi də “abonent” qrafasında “Dibirov Ə.M” yazısının qarşısındakı imza, “enerji təchizat müəssisəsi ilə abonent arasında elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti haqqında” aktda “istehlakçı” qrafasında “Ə.Dibirov” yazısının qarşısındakı imza - X51 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.
8. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi mayor X18 tərəfindən qəbul edilmiş ********* nömrəli cinayət işi üzrə 2022-ci il 26 sentyabr tarixli qərardan görünür ki, yanğın hadisəsi ilə bağlı cinayət təqibinin başlanması rədd edilmişdir. 9. "xxxx" ASC "xxxx" MMC-yə ekspert rəyinin verilməsi ilə bağlı müraciət etmiş, 2023cü il 27 fevral tarixli 271 nömrəli rəydə qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 1.3, 5.3, 5.3.2, 7.6, 7.9, 10.7, 10.18.2-ci bəndlərinə əsasən, abonent ilə enerjitəchizatı müəssisəsi arasında balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti hesablaşma elektrik sayğacının çıxış xəttindən müəyyən edilir, transformatordan sayğaca qədər olan kabel xətti və sayğac enerjitəchizatı müəssisəsinin balansındadır və onun tərəfindən texniki qul luq və xidmət göstərməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 27 avqust tarixli 234 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları”nın 1.2.1-ci, 1.2.9-cu bəndlərinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 3.5-ci bəndinə əsasən elektrik quraşdırma işləri yekunlaşdırıldıqdan, uçot cihazları (sayğac) quraşdırılıb yoxlanıldıqdan, abonent enerjitəchizatı şəbəkəsinə qoşulduqdan, elektrik enerjisi verildikdən və enerji təchizatı müəssisəsi ilə abonent arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlandıqdan sonrakı dövrlərdə texn iki şərtin olmaması halında abonent hər hansı bir məsuliyyət daşımır. 10.Balakən rayonu Meşəşambul kənd əhalisi tərəfindən yazılmış şikayət məktubunda qeyd edilmişdir ki, Meşəşambul kəndindəki aşağı gərginlikli elektrik tranformatorlarının, yuxarı və aşağı gərginlikli elektrik xətlərinin bərbad vəziyyətdə olmasından müxtəlif instansiyalara, hətta hüquq mühafizə orqanlarına yazılı məlumatlar və şahid ifadələri verilmişdir. Bu səbəbdən, yanmış evlər, yanıb sıradan çıxmış elektrik avadanlıqları haqqında şahid ifadələri və ərizələrlə müraciət edilmiş, müraciətlərə hətta fotoşəkillər də əlavə olunmuşdur. Lakin köməklik göstərən olmamışdır. Bu günlərdə, 2021-ci il 21 aprel tarixində elektrik xətlərində yaranmış nasazlıq nəticəsində şəxslər zərərçəkmişdir. X3, X20, X26, X34, Qaxayev Başır Səid oğ lu, X12, X7, X31, X13, X35, X11, X14 tərəfindən imzalanmışdır.
11. Fövqəladə Hallar Nazirliyi Əməliyyat İstintaq İdarəsi tərəfindən vəkil sorğusuna cavab məktubunda göndərilmiş aktlarda qeyd edilmişdir: 2020-ci il 17 iyul tarixli aktda Balakən Rayon İcra Hakimmiyyətinin Meşəşambul üzrə nümayəndəsi X6, Meşəşambul kəndində yerləşən “Nijer Market “müəssisəsin” sahibkarı X43, Meşəşambul kənd sakini X49, X15, X4, X8, X16, X21, X36 müraciətləri və onların, şahidlərdən X37, X9, X2 iştirakı ilə həmin akt tərtib edildi ondan ötrü ki, bu sakinlərdən X1 evinin qarşısında olan transformatordan qidalanan elektrik xətlərindən istifadə edən H.Ə.Dibirovanın sahibkar olduğu müəssisəyə kənd sakinləri İ.Ə.Layıcova, M.A.Taşrayevin, şəxsi yaşayış evində X1 evini qarşısında olan transformatordan qidadalanan ele ktrik xətlərindən istifadə edən İ.Ə.Hetayevin, N.A.Gəncəyevin, C.Ə.Dadaşovanın, Ş.İ.Heydərovun, H.Ə.Dibirovun evində elektrik naqillərində yaranmış yanğın nəticəsində aşağıdakı daşınar, daşınmaz əmlaklar yanmış, sakinlərə ciddi maddi və və mənəvi, sağlamlıqlarına və psixoloji vəziyyətlərinə ciddi ziyan dəymişdir. 12. "xxxx" ASC tərəfindən təqdim edilmiş transfarmatorlardan qidalanan xətlərin siyahısından məlum olur ki, əhali qrupuna aid Taşrayev M.Əli Hacı, X58, qeyri əhali qrupuna aid Dibirova Həcər adlı istifadəçilərin elektrik xəttləri ******* saylı transformatordan, əhali qrupuna aid X33 adlı istifadəçinin elektrik xəttləri ******* nömrəli transformatordan qidalanır. 13. "xxxx" ASC 2022-ci il 28 oktyabr tarixli pretenziya məktubu ilə "xxxx" ASC-yə müraciət edərək, 49.850 manat məbləğin, 200 manat mediasiya xərci məbləğinin, 36 manat dövlət rüsumunun, ümumilikdə 50.086 manat məbləğində pul vəsaitinin "xxxx" ASC-nin bank hesabına 5 gün müddətində ödənilməsini tələb etmiş, əks halda məkhəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat 14. "xxxx" ASC (bundan sonra – “iddiaçı”) "xxxx" ASC-yə (bundan sonra – “cavabdeh”) qarşı 2022-ci il 11 noyabr tarixində iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək 49.850 manat məbləğin, 200 manat mediasiya xərci məbləğinin, 36 manat dövlət rüsumunun, ümumilikdə 50.086 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
15. İddia tələbi onunla əsaslandırılmışdır ki, “İcbari sığortalar haqqında” A zərbaycan Respublikası Qanununa əsasən sığortalı X25 (bundan sonra – “H.Dibirova”) razı olması və iddiaçı tərəfindən ona RAZ********** saylı 2020-ci il 5 fevral tarixli sığorta şəhadətnaməsinin verilməsi yolu ilə icbari sığorta müqaviləsi bağlanılmışdır. Müqavilə şərtlərinə əsasən sığortalının sahibliyində olan ünvan 1i ünvanında yerləşən daşınmaz əmlaka 72.370 manat məbləğində yanğın və digər risklərdən sığorta təminatı verilmişdir. 2020-ci il 13 iyul tarixdə ünvan 1ində yerləşən H.Dibirovaya məxsus ticarət obyektinin, yəni (sığorta predmetinin) mağazanın çöl tərəfində və dam səviyyəsində cavabdehin istismarında olan elektrik naqillərində qəza halı baş vermiş və sonradan mağazanın yanar materiallarına keçərək yanğın hadisəsi baş vermişdir. Həmin hadisə ilə əlaqədar Azərbaycan Respublika sı Baş prokurorunun birinci müavini, İİİ dərəcəli dövlət ədliyyə müşaviri Elçin Məmmədov tərəfindən 2021-ci il 5 iyul tarixində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “CM”) 225.2-ci maddəsi ilə cinayət işi başlanılmış, ibtidai istintaqın aparılması üçün aidiyyəti üzrə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə göndərilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsi tərəfindən aparılan istintaq zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2022-ci il 20 iyul tarixli 10/4339 nömrəli təkrar məhkəmə yanğın-texniki ekspertizasının rəyinə əsasən müəyyən olunmuşdur ki, “Elektrik enerjisindən istifadə qaydaları”nın 4.1-ci bəndinə görə enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılar a o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu qaydalara uyğun tərtib edilmiş elektrik enerjisi alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin qaydaların 5.1-ci bəndinə əsasən ünvan 1ində yerləşən H.Dibirovaya məxsus ticarət obyektini elektrik enerjisi ilə təmin edən, Balakən Elektrik şəbəkəsinin balansında və istismarında olan 35/10 kV-luq Qabaqçöl y/stdan çıxan 10 kVluq Qabaqçöl hava xəttindən doyan 100 kVA ******* kodlu TM-nin 04 kVluq PQdan qidalanan “SİP” adlanan 0.4 kV-luq kabel xətlərinin texniki vəziyyətini və onlara xidmətə görə cavabdehlik sərhədi bu qurğuların balans mənsubiyyəti ilə müəyyənləşdirilir və elektrik enerjisinin alqı-satqı müqaviləsinə əlavə edilən X10 mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti aktında qeyd olunur. Lakin apa rılmış istintaq zamanı müəyyən olunmuşdur ki, ünvan 1ində yerləşən, 2020-ci il 13 iyul tarixində yanğın baş vermiş ticarət obyektinin elektrik enerjisi ilə təmin edilməsi ilə əlaqədar cavabdehin X22 Təchizatı və Satışı İdarəsinin Balakən Elektrik Şəbəkəsinin əməkdaşları tərəfindən “Elektrik enerjisindən istifadə Qaydaları”nın 4.1 və 5.1-ci bəndlərinə əsasən “Enerjitəchizatı müəssisəsi ilə qeyri-istehsal müəssisəsi, ticarət, ictimai iaşə digər növ xidmət müəssisəsi (bundan sonraabonent) arasında elektrik enerjisinin alqı-satqısı birtipli müqaviləsi” və həmin müqaviləyə əlavə olan “Enerji təchizat müəssisəsi ilə abonent arasında elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti haqqında” aktı tərtib edilərək istehlakçıya imzalatdırılmamışdır. Cinayət işinin materiallarından göründüyü kimi, enerjitəchizatı müəssisəsi ilə qeyri-istehsal müəssisəsi, ticarət, ictimai iaşə digər növ xidmət müəssisəsi arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsi və həmin müqaviləyə əlavə olan “Enerji təchizat müəssisəsi ilə abonent arasında elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti haqqında” akt istehlakçı tərəfindən imzalanmadığı üçün ekspertiza rəyində göstərilən 35/10 kV-luq Qabaqçöl y/st-dan çıxan 10 kV-luq Qabaqçöl h/x-dən doyan 100 kVA ******* kodlu TM-nin 04 kV-luq PQ-dan qidalanan “SİP” adlanan 0.4 kV-luq xəttə texniki xidmətin və texniki baxışların təşkil edilməsi cavabdehin X22 Təchizatı və Satışı İdarəsinin Balakən Elektrik Şəbəkəsinin əməkdaşları tərəfindən həyata keçirilməli idi. Hadisə nət icəsində sığorta predmetinə (daşınmaz əmlaka) 50.000 manat məbləğində zərər dəymişdir. RAZ********** saylı sığorta müqaviləsinə (şəhadətnaməsinə) və AKT440/21/CFİ-0180/2020 saylı sığorta aktına əsasən 150 manat azadolma məbləği çıxıldıqdan sonra 49.850 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Sığortalı hesablanılmış zərər məbləği və sığorta ödənişi ilə razılaşdıqdan sonra sığorta aktını imzalamış və bununla da bütün iddia və tələblərini subroqasiya qaydasında İddiaçı ASCyə sessiya etmişdir.
16. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, baş vermiş hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsinin İstintaq Şöbəsində CM-in 225.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. İstintaq zamanı Ədliyyə Nazirliyi Məh kəmə Ekspertiza Mərkəzinin 2021-ci il 19 may tarixli 10/889 nömrəli əlavə məhkəmə yanğın-texniki ekspertizasının rəyinə əsasən müəyyən olunmuşdur ki, yanğının baş vermə səbəbini müəyyən etmək mümkün olmadığından, qoyulmuş suallar üzrə tədqiqatın aparılması, yəni baş vermiş hadisə ilə əlaqədar normativ aktların tələblərinin pozulmasını müəyyən etmək mümkün deyildir. Həmçinin Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 2021-ci il 20 oktyabr tarixli 10/3694 nömrəli təkrar məhkəmə yanğın texniki ekspertizası rəyinə əsasən müəyyən olunmuşdur ki, baxış zamanı hadisə yeri ilkin vəziyyətdə saxlanılmadığına, yanğın baş vermiş hissədə təmir bərpa işləri aparılmaqla ticarət obyektinin yanar materiallarının və tikinti konstruksiyalarının üzərində yanğının mənbə və yayılma yollarını əks etdirən ə lamət va izlərin müəyyən edilməsi mümkün olmadığına görə, yanğının mənbəyini müəyyən etmək mümkün olmadı. Eyni zamanda, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2021ci il 20 oktyabr tarixli 10/3694 nömrəli təkrar məhkəmə yanğın texniki ekspertizasının rəyinə əsasən müəyyən olunmuşdur ki, 2020-ci il 9 yanvar tarixli “Enerji təchizat müəssisəsi və abonent arasında elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti haqqında akt”da Balakən rayonu Meşeşambul kəndi qeyriəhali obyekti adından nümayəndə X51 şəxsinə tərəflər arasındakı elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi 35/10 kV-luq Qabaqçöl y/st-dan çıxan 10 kV-luq Qabaqçöl h/x- dən doyan 100 kVA ******* kodlu TMnin 04 kV-luq PQ-dan qidalanan "SİP" adlanan 0.4 kV-luq xətdə abonentin sayğacını qidalandıran kabelin qoşulma nöqtəsidir. Belə olan halda 0.4 kV-luq kabel istehlakçısının balansında olmaqla, həmin xəttə texniki xidmət və texniki baxışlar istehlakçı tərəfindən təşkil edilməlidir. Aparılmış istintaq zamanı toplanan sübutlar “Cinayət işi üzrə icraata xitam verilməsi barədə” 2022-ci il 26 sentyabr tarixli Qərara əsasən müəyyən edilmişdir ki, baş vermiş hadisə ilə əlaqədar Cavabdeh ASC X22 Təchizatı və Satışı İdarəsinin Balakən Elektrik Şəbəkəsinin əməkdaşlarının əməlində cinayət tərkibi olmadığı üçün barələrində cinayət təqibinə xitam verilmişdir. Elektrik enerjisindən istifadə Qaydalarının 1.1-ci bəndinə əsasən balans mənsubiyyəti sərhədi dedikdə, dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsi ilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsi ilə müstəqil enerji istehsalçısı arasında, eneriitəchizatı müəssisəsi ilə abonent arasında, abonent ilə subabonent arasında elektrik şəbəkəsinin balans mənsubiyyəti ilə müəyyənləşdirilən ayırma nöqtəsi başa düşülür. “Enerji təchizat müəssisəsi ilə abonent arasında elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti haqqında” aktın istehlakçı tərəfindən imza edilməməsi onu məsuliyyət daşımaqdan azad etmir. Yəni enerji-təchizatı müəssisəsi ilə abonent arasında elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar aktının tərtib edilməməsi ilə iddiaçının obyektində baş vermiş yanğın hadisəsi ilə heç bir səbəbli əlaqə olmadığından yanğın hadisəsində Balakən EŞ-nin əməkdaşlarını məsuliyyə ti öz təsdiqini tapmadığından iddia əssasızdır. “Cinayət işi üzrə icraata xitam verilməsi barədə” 2022-ci il 26 sentyabr tarixli qərardan da görünür ki, cavabdeh tərəfindən H.Dibirovanın sahibliyində olan ünvan 1i ünvanında yerləşən daşınmaz əmlaka zərər vurulmamışdır.
17. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 31 mart tarixli e-2-2(113)-345/2023 saylı qətnaməsi ilə iddia təmin edilmişdir (hakim – A.Əliyeva).
18. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, işin halları ondan ibarətdir ki, H.Dibirova iddiaçı arasında daşınmaz əmlakın icbari sığortası əsasında müqavilə imzalanmış, birincinin daşınmaz əmlakı yanğın və digər risklərdən sığorta əldə etmişdir. Daha sonra 2020-ci il 13 iyul tarixində ünvan 1ində yerləşən H.Dibirovanın mülkiyyətində olan ticarət mərkəzində yanğın hadisəsi baş vermişdir. Hadisə nəticəsində 150 manat azadolma məbləği çıxıldıqdan sonra 49.850 manat məbləğində sığorta ödənişi iddiaçı tərəfnindən ödənilmişdir. Hazırda iddiaçı baş vermiş yanğın hadisəsi ilə bağlı cavabdehin məsuliyyət daşıdığını, bununla bağlı olaraq ödənilmiş sığorta məbləğinin cavabdehdən tutulmasını tələb etmiş, cavabdeh isə baş vermiş sığorta hadisəsində cavabdehin məsuliyyət daşımadığını, yanğın hadisəsinin baş verdiyi ərazinin H.Dibirovanın məsuliyyət zonasına aid edildiyini qeyd etmiş, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Tərəflər arasında elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti haqqında aktın olmaması işin mübahisəsiz halıdır.
19. Cavabdehin nümayəndəsi iddia tələbinə etirazında əsas olaraq baş vermiş hadisə ilə bağlı araşdırma aparılarkən ekspertizanın düzgün aparılmaması, elektrik xətlərinin cavabdehin əməkdaşları tərəfindən çəkilməməsi, yanğın hadisəsinin baş verdiyi ərazinin cavabdehin məsuliyyət zonasına aid olmamasını qeyd etmişdir.
20. Subroqosiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır və subroqasiyaya əsaslanan tələbin əsaslı olması tələbin yönəldiyi şəxsin təqsirli olmasının müəyyən olunmasındadır.
21. İş materiallarında olan 2020-ci il 4 dekabr tarixli ekspert rəyi ilə yanğın ərazisinin enerji sistemində baş vermiş elektrik qəza/gərginliyin artması halından obyekti və fərdi yaşayış evlərini elektrik enerjisi ilə təmin edən hava elektrik xəttində normadan artıq gərginliyin yaranması nəticəsində baş verməsi üçün xarakterik olması qeyd edilmişdir. Bu hal, məhk əmə iclasında dindirilmiş şahid ifadələri ilə də müəyyən edilmişdir.
22. Beləliklə, işin faktiki halları ilə cavabdehin enerji təminatını həyata keçirərkən xidmətin qüsurlu olması müəyyən olunmuşdur ki, bunun nəticəsində sığorta hadisəsinin baş verməsi və iddiaçının iddia tələbinin əsaslı olması təsdiq olunur.
23. Gəldiyi nəticəni birinci instansiya məhkəməsi MM-in 936.1, 936.2, 936.5, 1096, 1097-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 30 dekabr tarixli Qərarı ilə təsdiq edilmiş “Elektrik və istilik qurğularının texniki istismar Qaydaları”nın 1.1.1.2, 1.1.2.1, 2.1.2.2, 2.1.6.2-ci, 2005-ci il 2 fevral tarixli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 3.1, 5.1, 5.2, 5.2.1, 5.2.2, 5.3.2-i bəndlərinə, Azərbaycan Respublikası Mülki P rosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 217.3, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
24. Qətnamə 2023-cü il 1 may tarixdə cavabdehin şəxsi elektron kabinetinə yerləşdirilmiş, cavabdeh 2023-cü il 31 may tarixində apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
25. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 7 iyul tarixli 2-2(103)-653/2023 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul olunmaqla iddia rədd edilmişdir (sədrlik edən – V.Baxışova, hakimlər – E.Kazımov və A.Hüseyn).
26. Apellyasiya instansiyası m əhkəməsi göstərmişdir ki, subroqasiya dedikdə, sığorta ödənişi almış şəxsin sığorta hadisəsinin baş verməsində təqsirli olan səxs(lər)ə qarşı zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnun sığorta şirkətinə ötürülməsi başa düşülür. Subroqasiya ilə bağlı idianın təmin edilməsi üçün cavabdehin sığorta hadisəsinin baş verməsində təqsirli olduğu təkzibedilməz sübutlarla təsdiq olunmalıdır.
27. Birinci instansiya məhkəməsi sübutlara düzgün hüquqi qiymət verməmiş, qətnamədə “Elektrik enerjisindən istifadə Qaydaları”nın 5.3.2-ci bəndinə istinad etsə də, həmin normanın tələblərini nəzərə almamışdır.
28. İşdəki ekspert rəyindən görünür ki, baş vermiş yanğının mənbəyi Balakən rayonu Meşəşambul kəndində H.Dibirovaya məxsus ticarət obyektində obyektin məişət avadanlıqlarının satışı mağazasının çö l tərəfində dam örtüyü səviyyəsində olmuşdur. Məhkəmə tərəfindən araşdırılmalı olan məsələ dam örtüyü səviyyəsində çəkilmiş elektrik kabellərinin texniki vəziyyətinə görə məsuliyyətin cavabdehin üzərinə düşüb-düşməməsi, yəni elektrik xətlərinin balans mənsubiyyəti və istismar məsuliyyəti sərhəddinin müəyyən edilməsidir. 29. “Elektrik enerjisindən istifadə Qaydaları” 5.3.2-ci bəndində qeyd edilir ki, enerjitəchizatı müəssisəsi ilə abonent arasında gərginliyi 1000 V-a qədər olan elektrik qurğularının texniki vəziyyətinə və onlara xidmətə görə məsuliyyət sərhədi aşağıdakı kimi müəyyən edilir: kabellə daxil olduqda- binanın, yaşayış evinin və ya mənzilin girişindəki qidalandırıcı kabelin uclarında. Tərəflər arasında balans mənsubiyyəti sərhəddi aktının tərtib edilib-edilməməsindən asılı olma yaraq Qaydaların istinad olunan bəndinə görə enerjitəchizatı müəssisəsi gərginliyi 1000 V-a qədər olan elektrik qurğuları işlədən abonentlərin obyektlərinin daxili elektrik kabellərinin texniki vəziyyətinə görə məsuliyyət daşımır. Buna görə də hazırkı halda yanğın hadisəsinin cavabdehin əməkdaşlarının sığortalanmış obyektin elektrik xətlərinin texniki vəziyyətinə nəzarət etməməsi nəticəsində baş verdiyini iddia etmək əsassız olmuşdur.
30. İddiaçı tərəfindən sübut qismində təqdim edilmiş "xxxx" MMC-nin rəyi ilə bağlı məhkəmə qeyd etmişdir ki, həmin MMC-nin qoyulan suallarla bağlı ekspertiza keçirmək səlahiyyətinə malik olduğuna dair işdə sübut olmadığından həmin rəy ekspert rəyi kimi qəbul edilmir. Bundan əlavə, həmin MMC-nin rəyindən həmçinin görünür ki, rəydə yanğın baş vermiş obyektə bax ış keçirildiyi qeyd edilməmiş, sadəcə iddiaçı tərəfindən qoyulmuş sualları “Elektrik enerjisindən istifadə Qaydaları”nın normalarına istinad etməklə cavablandırmağa çalışılmışdır.
31. İddiaçı, eyni zamanda, yanğın hadisəsi baş verdiyi vaxt elektrik xətlərində yüksək gərginlik (artıq yüklənmə) olduğunu iddia etsə də, bu mülahizə şahid ifadələrindən başqa hər hansı mötəbər sübutla təsdiq edilməmişdir. Birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsaslandırarkən istinad etdiyi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2020-ci il 4 dekabr tarixli 10/2104 nömrəli ekspert rəyində isə ekspert bu barədə şahid ifadələrinə əsaslanaraq ehtimal xarakterli fərziyyə irəli sürdüyü üçün həmin rəy məhkəmə tərəfindən konkret halı təsdiq edən sübut kimi qəbul edilə bilməz.
32. Şahid ifadə ləri və kənd sakinləri tərəfindən tərtib edilmiş aktlarla bağlı məhkəmə qeyd etmişdir ki, şahidlərin ifadələrində göstərdiyi hallar (elektrik xətlərində gərginliyin qəflətən artması) bu sahədə xüsusi biliyə malik mütəxəssis rəyi və digər mötəbər sübutlarla təsdiq edilmədiyindən yalnız şahid ifadələri əsasında iddianın əsaslı olduğu müəyyən oluna bilməz. Məhkəmə bu qənaətə gələrkən eyni zamanda “Cinayət işi üzrə icraata xitam verilməsi barədə” 2022-ci il 26 sentyabr tarixli Qərarla da baş vermiş yanğın hadisəsi ilə əlaqədar Cavabdeh ASC-nin X22 Təchizatı və Satışı İdarəsinin Balakən Elektrik Şəbəkəsinin əməkdaşlarının əməlində cinayət tərkibinin (səhlənkarlıq) olmadığı müəyyən edilərək cinayət təqibinə xitam verilməsini də nəzərə almışdır.
33. İddiaçının işə apellyasiya qaydasında baxılarkə n təqdim etdiyi çoxsaylı yeni sübutlar MPM-in 372.2-ci maddəsinin tələbinə əsasən məhkəmə tərəfindən sübut kimi qəbul edilməmişdir.
34. Gəldiyi nəticəni apellyasiya məhkəməsi MM-in 936.1, 936.2, 936.5, 1096, 1097-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral tarixli 2005-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 5.3.2-ci bəndinə, MPM-in 63.1, 77.1, 81, 88, 99.2, 372.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
35. Qətnamə 2023-cü il 18 iyul tarixdə iddiaçının nümayəndəsinin şəxsi elektron kabinetinə yerləşdirilmiş, iddiaçı 2023-cü il 28 avqust tarixdə kassasiya şikayəti verərək həmin qətnamənin ləğv, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etiraz ın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri 36. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 5.3.2-ci bəndi üzrə - Apellyasiya instansiyasında işə baxılarkən 2023-cü il 7 iyul tarixli məhkəmə iclasında Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının tərkib üzvləri tərəflərlə mübahisəni müzakirə edən zaman yanğının mənbəyinin obyektin məişət avadanlıqlarının satış mağazasının çöl tərəfindən dam səviyyəsində çəkilmiş elektrik naqillərində baş verməsini işin mübahisəsiz halı kimi qəbul etmişlər. Məhkəmə Ekspertizası Mərkəzinin 2020-ci il 4 dekabr tarixli 1223 nömrəli rəyinə əsasən, yanğının mənbəyi, obyektin məişət avadanlıqlarının satış mağazasının çöl tərəfindən dam səviyyəsində olmuşdur. Lakin apellyasiya instansiyası məhkəməsinin qətnaməsində bunlardan fərqli mövqe göstərilərək qe yd olunmuşdur ki, yanğın hadisəsi ticarət obyektinin daxili elektrik xəttində baş vermişdir (hansı sübuta istinad olunub məlum deyil). “Elektrik enerjisindən istifadə Qaydaları”nın 5.3.2-ci bəndinə əsasən, 1000 V-a qədər olan elektrik qurğularının texniki vəziyyətinə və onlara xidmətə görə məsuliyyət sərhədi, kabellə daxil olduqda – binanın girişindəki qidalandırıcı kabelin uclarına kimidir. Məlum məsələdir ki, H.Dibirovanın ticarət obyektinə elektrik cərəyanı “SİP” kabel vasitəsilə verilir. O cümlədən “binanın kabel girişi” elektrik hesablama sayğacından sonra başlayır. Yanğın hadisəsi isə ticarət obyektinin elektrik hesablama sayğacına kimi, məişət avadanlıqlarının satışı mağazasının çöl tərəfində, dam örtüyü səviyyəsində çəkilmiş elektrik “SİP” kabelində (xətdə) baş vermişdir. Abonent in (vətəndaşın) elektrik hesablama sayğacına kimi olan elektrik qurğularının texniki vəziyyətinə xidmət göstərməsi absurddur. Belə olan halda abonent küçədə olan elektrik qurğularının: transformatorun, küçə işıqlarının, küçə elektrik xətlərinin və s. texniki vəziyyətinə xidmət göstərməli olardı. Bununla da normativ hüquqi akt vətəndaşın rifahının və layiqli həyat səviyyəsinin aşağı düşməsinə gətirib çıxarardı. Göründüyü kimi, apellyasiya məhkəməsi Qaydaların 5.3.2-ci bəndini düzgün tətbiq etməmişdir.
37. MM-in 448.4-cü maddəsi üzrə - Apellyasiya məhkəməsi göstərmişdir ki, iddiaçı eyni zamanda yanğın hadisəsi baş verdiyi vaxt elektrik xətlərində yüksək gərginlik (artıq yüklənmə) olduğunu iddia etsə də, bu mülahizə şahid ifadələrindən başqa hər hansı mötəbər sübutla təsdiq edilməmişdir. 2020 -ci il 4 dekabr tarixli ekspert rəyində isə ekspert bu barədə şahid ifadələrinə əsaslanaraq ehtimal xarakterli fərziyyə irəli sürdüyü üçün həmin rəy məhkəmə tərəfindən konkret halı təsdiq edən sübut kimi qəbul edilə bilməz. Halbuki həmin ekspert rəyinə əsasən... təqdim edilmiş “SİP” elektrik kabelinə baxış keçirildi və müəyyən edildi ki, kabelin izolyasiya örtüyünün bir hissəsi yanaraq itmişdir, cərəyandaşıyıcı damarları çılpaqlaşmışdır. Naqilin izolyasiyasız qalmış hissələri ətraflı öyrənildi və izolyasiya örtüyünün termiki təsirəm məruz qaldığı, əl vurulduqda kövrək vəziyyətə düşdüyü, ovxalandığı, izolyasiya örtüyünün elastikliyinin itməsi və izolyasiya örtüyünün səthində qabarma, eləcə də oksidləşmiş metal qatının yaranması kimi əlamətlər müşahidə edildi. Artıq yüklənmə xarakterizə edi lir: cərəyandaşıyıcı elementlərin qızması ilə, izolyasiya örtüyünün elastikliyinin itirməsi və çatlaması, naqillərin səthində qabarma və oksidləşmiş metal qatının olması və s. Göründüyü kimi, iş materiallarında Apellyasiya məhkəməsinin mövqeyindən fərqli olaraq hadisənin “artıq yüklənmə”dən baş verməsinə dair elektrik naqillərində aparılmış tədqiqat nəticələri vardır.
38. MM-in 1128.1 və 1128.5-ci maddələri üzrə - İşin mübahisəsiz halıdır ki, H.Dibirova cavabdehlə istehlak münasibətlərində olmuş, o cümlədən aldığı elektrik cərayanını təyinatına əsasən istehlak məqsədi üçün istifadə etmişdir. Yəni elektrik cərəyanını yanğın ərəfəsində kiməsə satmamışdır. İstehlak münasibətlərini MM-in 1128.1 və 1128.5-ci maddələrinə əsasən malın, işin və ya xidmətin konstruksiya, resept və ya digər qüsurla rı (keyfiyyətsiz məhsul) nəticəsində, habelə mala (işə, xidmətə) dair yanlış və ya yarımçıq informasiya nəticəsində fiziki şəxsin həyatına, sağlamlığına və ya əmlakına dəyən zərərin əvəzini malın satıcısı və ya istehsalçısı, işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı), təqsirli olub-olmadığına və zərərçəkənin onlar ilə müqavilə münasibətlərində olubolmadığına baxmayaraq, ödəməlidirlər. Malın, işin və ya xidmətin qüsurları nəticəsində əmlaka zərər vurulan hallarda bu qayda yalnız o şərtlə tətbiq edilir ki, keyfiyyətsiz məhsul digər əmlaka zərər vurmuş və həmin digər əmlak öz təyinatına görə əsasən istehlak məqsədi üçün istifadə edilmiş olsun. MM-ə görə istənilən daşınar əşya digər daşınar və ya daşınmaz əşyanın bir hissəsi olduqda da, habelə elektrik cərəyanı məhsul sayılır. Normaların məzmunu ilə işin faktiki hallarını təhlil etdikdə görərik ki, elektrik xətlərində gərginliyin qəflətən artmasının sübut edilməməsi və ya cavabdehin təqsirli olub-olmaması malın, işin və ya xidmətin qüsurları nəticəsində dəyən zərərin əvəzinin ödənilməsindən azad edə bilməz. Göründüyü kimi, apellyasiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.
39. MPM-in 217.1, 217.3 və 217.4-cü maddələri üzrə - Apellyasiya məhkəməsi qətnaməsini iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. Belə ki, Fövqəladə Hallar Nazirliyinin Əməliyyat İstintaq İdarəsinin 2022-ci il 26 sentyabr tarixli cinayət işinin icraatına xitam verilməsi barədə qərarında göstərilmişdir ki, cinayət işiniin materiallarından göründüyü kimi "Enerji təchizatı müəssi səsi ilə qeyri-istehsal müəssisəsi, ticarət, ictimai iaşə digər növ xidmət müəssisəsi (bundan sonra-abonent) arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsi" və həmin müqaviləyə əlavə olan "Enerji təchizat müəssisəsi ilə abonent arasında elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti haqqında" akt istehlakçı tərəfindən imzalanmadığı üçün ekspertiza rəyində göstərilən 35/10 kV-luq Qabaqçöl y/st-dan çıxan 10 kV-luq Qabaqçöl h/x-dяn doyan 100 kVA ******* kodlu TM-nin 04 кV-lуq PQ-dan qidalanan "SİP" adlanan 0.4 kV-luq xəttə texniki xidmətin və texniki baxışların təşkil edilməsi Cavabdeh ASC X22 Təchizatı və Satışı İdarəsinin Balakən Elektrik Şəbəkəsinin əməkdaşları tərəfindən həyata keçirilməli idi. Göründüyü kimi, məhkəmə nazirliyin Əməl iyyat İstintaq İdarəsinin 2022-ci il 26 sentyabr tarixli cinayət işinin icraatına xitam verilməsi barədə qərarı ilə müəyyən edilən - "xxxx" ASC X22 Təchizatı və Satışı İdarəsinin Balakən Elektrik Şəbəkəsinin əməkdaşları tərəfindən texniki xidmətin və texniki baxışların həyata keçirilməsi faktını səhv şərh etmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Qərarının 2.4-cü bəndində göstərilib ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
40. MPM-in 1 4.1-ci maddəsi üzrə - Apellyasiya məhkəməsində 2023-cü il 7 iyul tarixində məhkəmə iclasında, 2020-ci il 13 iyul tarixində ünvan 1ində yerləşən H.Dibirovanın istifadəsində olan ticarət obyektində baş vermiş yanğın hadisəsi ilə bağlı mülki hüquqi təqsiri, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərəkət və ya hərəkətsizlik), o cümlədən səbəbli əlaqəni müəyyən etmək üçün 2021-ci il 19 may tarixli 10/889 nömrəli rəyi tərtib edən yanğın-texniki ekspertinin məhkəmə iclasında izah (izahat) verməsinə şərait yaradılması barədə iddiaçının vəsatəti müzakirə edilmişdir. Məhkəmə həmin vəsatəti rədd etməklə işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamışdır. Bundan başqa, məhkəmə vəsatətin rədd olunmasına dair əsaslandırılmış qərardad qəbul etməmiş və ya məhkəmə nin iclas protokoluna bu haqda əsaslandırılmış qeyd verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
41. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
42. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
43. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
44. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında nəzərdə tutulur: “Maddə
936. Subroqasiya hüququ 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.... 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran ş əxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.”...” “Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.” “Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1097.5. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər.”
45. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral tarixli 2005-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nda nəzərdə tutulur: “5. X10 Mənsubiyyəti Sərhədləri... 5.3. Enerjitəchizatı müəssisəsi ilə abonent arasında gərginliyi 1000 V-a qədər olan elektrik qurğula rının texniki vəziyyətinə və onlara xidmətə görə məsuliyyət sərhədi aşağıdakı kimi müəyyən edilir: 5.3.2 enerjitəchizatı müəssisəsi ilə abonent arasında gərginliyi 1000 V-a qədər olan elektrik qurğularının texniki vəziyyətinə və onlara xidmətə görə məsuliyyət sərhədi aşağıdakı kimi müəyyən edilir: kabellə daxil olduqda- binanın, yaşayış evinin və ya mənzilin girişindəki qidalandırıcı kabelin uclarında. Yaşayış binalarının, yaxud yaşayış evinin mülkiyyətçilərinə, idarələr və başqa qeyri-istehsalat istehlakçılarına məxsus olan binalarda, həmçinin məişət abonentlərinin mənzillərində balans məsubiyyəti sərhədindəki birləşmələrin texniki vəziyyətinə görə məsuliyyət enerjitəchizatı müəssisəsinin üzərinə düşür....”
46. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” Maddə
63. Ekspert 63.1. Xüsusi biliyə malik olan, bu Məcəllədə nəzərdə tutulmuş hallarda rəy verməsi zəruri hesab edilən, məhkəmə tərəfindən təyin edilən və ya işdə iştirak edən şəxslərlə ekspertizanın aparılması barədə müqavilə bağlamış şəxs məhkəmədə ekspert qismində çıxış edə bilər. “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
78. Sübutların təqdim edilməsi və tələb olunması 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yek unlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın....” “Maddə
81. Sübutların mümkünlüyü Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş q üvvəsi yoxdur.” “Maddə
99. Ekspertizanın aparılması qaydası... 99.2. Ekspertiza məhkəmə ekspertizası idarəsinin ekspertləri və ya özəl məhkəmə ekspertləri tərəfindən keçirilir. Ekspertizanın keçirilməsi bir neçə ekspertə həvalə edilə bilər....” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə
218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər... 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.” “Maddə
372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri... 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmi n sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
47. Yanğın hadisəsi nəticəsində zərərçəkmiş obyekt sahibinə sığorta haqqı ödəmiş iddiaçı özünün subroqasiya hüququndan istifadə edərək cavabdehdən 49.850 manat məbləğin tutulmasını xahiş etmiş, iddia təmin edilmiş, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək iddianı rədd etmişdir.
48. İddiaçının dəlillərindən biri ondan ibarətdir ki, apellyasiya məhkəməsinin iclasında 2021-ci il 19 may tarixli 10/889 nömrəli rəyi tərtib edən yanğın-texniki ekspertin məhkəmə iclasında izah verməsinə şərait yaradılması barədə iddiaçının vəsatətini məhkəmə rədd etməklə işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamışdır. Bundan başqa, məhkəmə vəsatətin rədd olunmasına dair əsaslandırılmış qərardad qəbul etməmiş və ya məhkəmənin iclas protokoluna bu haqda əsaslandırılmış qeyd verməmişdir.
49. Məhkəmə kol legiyası həmin dəlili əsassız hesab edir. Belə ki, iş materiallarında olan sözügedən məhkəmə iclasının protokolundan görünür ki, apellyasiya instansiyası məhkəməsi yerində müşavirə edərək iddiaçının vəsatətlərini təmin etməmək barədə qərar qəbul etmiş, bunu qanunun tələblərinə əsasən birinci instansiya məhkəməsində təqdim olunmamış sübutların apellyasiya instansiyasına təqdim olunmasına yol verilmədiyi və iş materiallarında ekspertin rəyinin olduğu ilə əlaqələndirmişdir (İİ cild, i/v 109).
50. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarı mahiyyət etibarilə qanuni və əsaslı olduğundan məhkəmə kollegiyası onunla razılaşmamaq üçün hər hansı hüquqi əsas tamır.
51. Həmçinin iddiaçı MM-in 1128.1 və 1128.5-ci maddələrinə istinadən hesab edir ki, elektrik xətlərində gərginliyin qəflətən artm asının sübut edilməməsi və ya cavabdehin təqsirli olub-olmaması malın, işin və ya xidmətin qüsurları nəticəsində dəyən zərərin əvəzinin ödənilməsindən azad edə bilməz. Göründüyü kimi, apellyasiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.
52. Məhkəmə kollegiyası kassatorun həmin dəlilini də əsassız hesab edir. Belə ki, iddiaçının istinad etdiyi MM-in 1128.1 və 1128.5-ci maddələri deliktdən əmələ gələn öhdəliklərə aiddir. Sığorta münasibətləri isə MM-in xüsusi normaları ilə tənzimlənir. İddiaçının hazırkı iddia ilə məhkəməyə müraciət etməsinin hüquqi əsasını delikt deyil, MMin 936.5-ci maddəsində (bax bu qərarın 44-cü bəndinə) nəzərdə tutulmuş subroqasiya hüququ təşkil edir. Subroqasiya dedikdə, sığorta ödənişi almış şəxsin sığorta hadisəsinin baş verməsində təqsirli olan s əxs(lər)ə qarşı zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnun sığorta şirkətinə ötürülməsi başa düşülür. Subroqasiya ilə bağlı iddianın təmin edilməsi üçün cavabdehin sığorta hadisəsinin baş verməsində təqsirli olduğu təkzibedilməz sübutlarla təsdiq olunmalıdır. Apellyasiya instansiyası məhkəməsi düzgün qeyd etmişdir ki, məhkəmə tərəfindən araşdırılmalı olan məsələ dam örtüyü səviyyəsində çəkilmiş elektrik kabellərinin texniki vəziyyətinə görə məsuliyyətin cavabdehin üzərinə düşüb-düşməməsi, yəni elektrik xətlərinin balans mənsubiyyəti və istismar məsuliyyəti sərhəddinin müəyyən edilməsidir.
53. Bununla belə, məhkəmə kollegiyası aşağıdakı səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi yekun nəticəni əsassız hesab edir.
54. Apellyasiya instansiyası məhkəməsi “Elektr ik enerjisindən istifadə Qaydaları”nın 5.3.2-ci bəndində istinadən belə qənaətə gəlmişdir ki, cavabdeh daxili elektrik xəttində baş vermiş yanğına görə məsuliyyət daşımır. Buna görə də hazırkı halda yanğın hadisəsinin cavabdehin əməkdaşlarının sığortalanmış obyektin elektrik xətlərinin texniki vəziyyətinə nəzarət etməməsi nəticəsində baş verdiyini iddia etmək əsassızdır (bax bu qərarın 30-cu bəndinə).
55. Halbuki elə mübahisələndirilən qətnamənin özündə istinad olunan ekspert rəyi ilə müəyyən edilmişdir ki, baş vermiş yanğının mənbəyi obyektin məişət avadanlıqlarının satışı mağazasının çöl tərəfində dam örtüyü səviyyəsində olmuşdur (bax bu qərarın 29cu bəndinə).
56. Lakin apellyasiya instansiyası məhkəməsi “daxili elektrik xətti” ilə “mağazanın çöl tərəfində” anlayışlarının hazırkı mübah isə konteksində bir-biri ilə necə uzlaşmasına, yəni mağazanın çöl tərəfindən keçən elektrik xətlərinin obyektin daxili elektrik xətlərinə aid olub-olmamasına tam aydınlıq gətirmədiyindən yanğnın baş verməsinə səbəb olmuş elektrik xətlərinin saz vəiyyətdə saxlanması vəzifəsinin konkret olaraq hansı tərəfin üzərinə düşməsi barədə birmənalı nəticəyə gəlmək olmur.
57. Eyni zamanda, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən nəzərə almışdır ki, “Cinayət işi üzrə icraata xitam verilməsi barədə” 2022-ci il 26 sentyabr tarixli qərarla da baş vermiş yanğın hadisə ilə əlaqədar Cavabdeh ASC X22 Təchizatı və Satışı İdarəsinin Balakən Elektrik Şəbəkəsinin əməkdaşlarının əməlində cinayət tərkibinin (səhlənkarlıq) olmadığı müəyyən edilərək cinayət təqibinə xitam verilmişdir (bax bu qəra rın 33-cü bəndinə).
58. Halbuki elə həmin qərardan aydın olur ki, sözügedən əməkdaşların əməllərində cinayət tərkibinin olmaması yanğın nəticəsində hər hansı şəxsin sağlamlağına zərər vurulmaması, ölümə səbəb olmaması, H.Dibirivoya dəymiş maddi ziyanın ağır nəticə kimi qiymətləndirilməməsi ilə əlaqələndirilmişdir.
59. Həmçinin elə həmin qərarda qeyd edilmişdir ki: “Cinayət işiniin materiallarından göründüyü kimi "Enerji təchizatı müəssisəsi ilə qeyri-istehsal müəssisəsi, ticarət, ictimai iaşə digər növ xidmət müəssisəsi (bundan sonra-abonent) arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsi" və həmin müqaviləyə əlavə olan "Enerji təchizat müəssisəsi ilə abonent arasında elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti haqqında" akt istehl akçı tərəfindən imzalanmadığı üçün ekspertiza rəyində göstərilən 35/10 kV-luq Qabaqçöl y/stdan çıxan 10 kV-luq Qabaqçöl h/x-dяn doyan 100 kVA ******* kodlu TM-nin 04 кV-lуq PQ-dan qidalanan "SİP" adlanan 0.4 kV-luq xəttə texniki xidmətin və texniki baxışların təşkil edilməsi Cavabdeh ASC X22 Təchizatı və Satışı İdarəsinin Balakən Elektrik Şəbəkəsinin əməkdaşları tərəfindən həyata keçirilməli idi.”.
60. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən, 2022-ci il 26 sentyabr tarixli cinayət işinin icraatına xitam verilməsi barədə qərarla müəyyən edilən və hazırkı işin həlli üçün mühüm əhəmiyyət kəsb edən həmin halları nəzərə almamış, onlarla bağlı hüquqi qiymətləndirmə aparmamışdır.
61. Göstərilələn qeyri-müəyyənliklər isə iş üzrə birmənalı nəticəyə gəlməyə imka n vermir.
62. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi işdə olan sübutları qiymətləndirərkən MPM-in 88-ci maddəsinin (bax bu qərarın 46-cı bəndinə) tələblərini pozmuş, nəticədə MPM-in 217.1-ci maddəsinə (bax bu qərarın 46-cı bəndinə) zidd olaraq əsassız qətnamə qəbul etmişdir.
63. Odur ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 7 iyul tarixli 2-2(103)-653/2023 saylı qətnaməsi ləğv edilməli və iş yenidən baxılmaq üçün həmin məhkəməyə qaytarılmalıdır.
64. Yeni apellyasiya baxışı zamanı məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmalı, o cümlədən yanğın baş vermiş mağazanın çöl tərəfindən keçən elektrik xətlərinin obyektin daxili elektrik xətlərinə aid olub-olmamasına, həmçinin bundan irəli gələrək sığortalanmış obyektin elektrik xətlərinin texniki vəziyyətinə nəzarət etmənin konkret olaraq kimin (sığortalanmış obyekt sahibinin və ya cavabdehin əməkdaşlarının) məsuliyyət həddində olmasına birmənalı aydınlıq gətirməli, habelə bu zaman 2022-ci il 26 sentyabr tarixli cinayət işinin icraatına xitam verilməsi barədə qərarda hazırkı mübahisənin həlli üçün mühüm əhəmiyyət kəsb edən məqamlara (xüsusilə də müvafiq texniki xətlərə texniki xidmətin və texniki baxışların Cavabdeh ASC X22 Təchizatı və Satışı İdarəsinin Balakən Elektrik Şəbəkəsinin əməkdaşları tərəfindən həyata keçirilməli olması, sözügedən əməkdaşların əməllərində cinayət tərkibinin olmamasının yanğın nəticəsində hər hansı şəxsin sağlamlağına zərər vurulmaması, ölümə səbəb olmam ası, H.Dibirivoya dəymiş maddi ziyanın ağır nəticə kimi qiymətləndirilməməsi ilə əlaqədar olması) işdə olan sübutlarla əlaqəli şəkildə və düzgün hüquqi qiymət verməli, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etməlidir.
65. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı "xxxx" ASC-nin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 7 iyul tarixli 22(103)-653/2023 saylı qətnaməsi ləğv edilsin. İş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.