Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-586/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3 MMC, X2 və X3 qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiya şikayətinin baxışdan çıxarılması 23.11.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədova Mehparə Tofiq qızı və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3 MMC, X2 və X3 qarşı “borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s.” tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 12 iyun tarixli 2-2(103)-515/2023 nömrəli qətnaməsindən Cavabdeh3 MMC tərəfindən verilmiş kassasiya şikayəti nəzərdən keçirilərək aşağıdakı qərardad qəbul edilmişdir. İ. İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ a) Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı ASC (bundan sonra – “iddiaçı”) 2020-ci il 17 avqust tarixində iddia ərizəsi ilə, daha sonra iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3 MMC, X4 və X1 (bundan sonra – birlikdə “cavabdehlər”, ayrı-ayrılıda müvafiq olaraq “MMC”, “S.Baxşəliyev”, “İ.Bahadırov”) 254.155,07 ABŞ dolları əsas borc, 26.235,72 ABŞ dolları faiz, illik beş faizlə hesabalnmış 6.071,48 ABŞ dolları cəmi 286.462,27 ABŞ dolları məbləğində pulun iddiaçının xeyrinə tutulması, tutmanın ilkin satış qiyməti müəyyən edilməklə tam mülkiyyət hüququ üzrə MMC-yə məxsus 0.05733 ha torpaq sahəsinə və onun üzərində yerləşən ümumi sahəsi 669.3 m2 olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasına (“Nübar kafesi”) yönəldilməsi, ipoteka predmeti satıldıqdan sonra 1 ay ərzində boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 9 fevral tarixli e-2-2(113)-37/2022 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir (hakim – E.Əliyev).
3. Cavabdehlər apellyasiya şikayəti verərək həmin qətnamənin iddia tələbinin təmin olunmuş hissəsində ləğv edilərək, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
4. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 12 iyun tarixli 22(103)-515/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayətl əri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – M.Tağızadə, hakimlər – K.Əkbərov və Ş.Məmmədova).
5. MMC kassasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. Kassasiya şikayəti icraata qəbul edilmiş, iş kassasiya şikayəti əsasında Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasında yazılı icraat qaydasında baxışa təyin edilmişdir. İİ. TƏTBİQ EDİLƏN HÜQUQ
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən:... 417.1.7. kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər....” İİİ. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
8. Aşağıda göstərilənlərə əsasən hazırkı iş kassasiya baxışından çıxarılmalıdır.
9. MMC-nin kassasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2023-cü il 28 avqust tarixli 22(103)-515/2023 nömrəli məktubu ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmiş və 2023-cü il 14 sentyabr tarixli qərardadla icraata qəbul edilmişdir.
10. Lakin 2023-cü il 17 noyabr tarixində Azərbaycan Respublikası Ali Məhkəməsinə daxi l olmuş Bakı Apellyasiya Məhkəməsinin 2023-cü il 14 noyabr tarixli 2-2(103)-586/2023 nömrəli məktubunda həmin iş üzrə digər cavabdeh İ.Bahadırov tərəfindən də kassasiya şikayətinin verilməsi qeyd olunmuş və həmin şikayətin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) tələblərinə uyğunluğunun yoxlanılması üçün işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi xahiş edilmişdir.
11. MPM-in 417.1.7-ci maddəsinin (bax yuxarıda § 7) tələblərinə görə, kassasiya şikayəti icraata qəbul olunduqdan sonra digər şəxslərin də kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, kassasiya məhkəməsi icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər.
12. Bununla əlaqədar məhkə mə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 12 iyun tarixli 2-2(103)-515/2023 nömrəli iş üzrə qətnaməsindən MMC-nin verdiyi kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2023-cü il 14 sentyabr tarixli 2-2(102)-586/2023 nömrəli qərardadı ləğv edilməli, qətnamədən cavabdeh İ.Bahadırov tərəfindən verilmiş kassasiya şikayətinin MPM-in 406-409-cu maddələrinin tələblərinə uyğunluğunun müəyyən edilməsi üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməli, bu səbəbdən də iş kassasiya baxışından çıxarılmalıdır.
13. Şərh edilənlərə əsasən və MPM-in 417.1 və 417.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 12 iyun tarixli 2-2(103)515/2023 nömrəli iş üzrə qətnaməsindən Cavabdeh3 MMC-nin verdiyi kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2023-cü il 14 sentyabr tarixli 2-2(102)-586/2023 nömrəli qərardadı ləğv edilsin və kommersiya mübahisələri üzrə iş kassasiya baxışından çıxarılaraq Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.