Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-59/2019 12.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, Dadaşov Elvin Etibar oğlunun katibliyi ilə, İddiaçı MMC-nin (bundan sonra iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra cavabdeh) qarşı “borcun ödənilməsi” barədə iddiası, cavabdehin iddiaçıya “tələblərin qarşılıqlı ödənilməsi” barədə qarşılıqlı iddiasına dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-2(103)-121/2018 saylı, 19 sentyabr 2018-ci il tarixli qətnaməsindən cavabdehin verdiyi kassasiya şikayətinə baxaraq müəyyə n etdi: işin halları: Tərəflər arasında 31 noyabr 2012-ci il tarixdə agent müqaviləsi bağlanmış, müqaviləyə əsasən, “Agent” olaraq cavabdeh Azərbaycan Respublikasının hüdudları daxilində iddiaçının ödəmə şəbəkəsi vasitəsilə ödəmələrin X2 (ÖDV) vasitəsilə yığılması və yığılmış vəsaitlərin iddiaçının müqavilədə qeyd olunan hesablaşma hesabına keçirilməsini, iddiaçı isə müvafiq xidmət haqqının ödənilməsini öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış agent müqaviləsinin 4.1.3-cü bəndinə əsasən, Agent, ÖQV və ya avadanlıqlarda yalnız iddiaçı tərəfindən təchiz olunmuş proqram təminatının quraşdırılacağına zəmanət verir. Proqram təminatı, lisenziya və sertifikatlar iddiaçı tərəfindən Agentin müvəqqəti istifadəsinə verilir, lakin həmin proqram təminatı, lisenziya və sertifikatlara mülkiyyət hüquqları iddiaçıda qalır. Həmin proqram təminatının iş sxeminə iddiaçının öncədən verilmiş yazılı razılığı olmadan hər hansı bir müdaxilə baş verdiyi halda Agent hər 1 belə müdaxilə halına görə ÖQV-nin dəyərinin 10 (on) misli həcmində kompensasiyanı ödəməyi, 4.1.4-cü bəndinə əsasən, iddiaçıdan alınan və ya onun tərəfindən təchiz olunmuş proqram təminatları yüklənən ÖQV-lərin və ya avadanlıqların digər tərəflərə satılmasından ən azı 3 (üç) ay öncə bu addımları iddiaçı ilə razılaşdıracağını öhdəsinə götürür. İddiaçının öncədən əldə edilmiş yazılı razılığı olmadan müvafiq avadanlıqların digər tərəfə satılmasına görə Agent hər 1 (bir) satın alınmış ÖQV-ə görə hamin ÖQV-nin dəyərinin 10 (on) misli həcmində kompensasiyanı ödəməyi öhdəsinə götürür. 4.1.19-cu bəndinə əsasən, ÖQV-in iddiaçı tərəfi ndən aktivləşdirildiyi halda ayrılmış sertifikatlar ikitərəfli təsdiqlənmiş Akt şəklində Agentə təqdim olunur. İddiaçı tərəfindən sertifikatlar ayrılan ÖQV-də aparılan ödəmələrə görə məsuliyyət Agentə aiddir və aparılmış əməliyyatların məbləği mübahisəsiz iddiaçıya ödənilməlidir. 9.4-cü bəndinə əsasən, əgər tərəflərdən biri və yaxud hər ikisi könüllü olaraq digər tərəfə 30 (otuz) gün əvvəlcədən yazılı müraciət edərək müqaviləyə xitam verərlərsə, o zaman Agent bu müqavilə çərçivəsində almış olduğu avadanlıqları ilk olaraq iddiaçıya satmaq üçün müraciət etməlidir. Yalnız iddiaçıdan yazılı imtina cavabı alındıqdan sonra, Agent avadanlıqların üçüncü tərəfə satılmasını həyata keçirə bilər. Bu halda, Agent lisenziya, sertifikat və proqram təminatının iddiaçıya qaytarılmasını təmin etməlidir. T ərəflər arasında tərtib edilmiş 01.07.2015-01.06.2016-ci il tarixləri ərzində ödənişlərin yığımı haqqında qarşılıqlı üzləşmə aktına əsasən dövrün əvvəlinə cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan borc məbləği 2.817.390,54 manat, 85.765 ABŞ dolları, 3.090 avro və 10.000 rubl təşkil etmişdir. Edilmiş ödənişlər nəzərə alınmaqla dövrün sonuna cavabdehin iddiaçıya ödənilməli olan qalıq borc məbləği 01.06.2016-cı il tarixə 1.187.120,54 manat və 55.402 ABŞ dolları təşkil etmişdir. Həmçinin, dövrün sonuna iddiaçı tərəfindən cavabdehə ödənilməli olan 2015-ci ilin may-iyun ayının xidmət haqqı ƏDV daxil olmaqla 174.002,64 manat təşkil etmişdir. Qarşılıqlı üzləşmə aktı hər iki tərəfin imza və möhürləri ilə təsdiqlənmişdir. Məhkəmə araşdırması zamanı dindirilmiş şahid ifadələri ilə müəyyən edilmiş dir ki, 10.07.2015 və 11.07.2015-ci il tarixli aktlar üzrə 32 ədəd ödəmə məntəqələri cavabdehin xahişi ilə iddiaçıya məxsus anbarda yerləşdirilmiş və həmin məntəqələrin açarları cavabdehdə saxlanılmışdır. Bu, həm aktda öz əksini tapmış, həmçinin cavabdehin əməkdaşı X5 verdiyi ifadəsində təsdiq etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəmə müraciət edərək, cavabdehdən 1.187.120,54 manat və 55.402 ABŞ dolları məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə iddia ərizəsinə əlavə edilmiş tərəflər arasında imzalanmış 08.07.2015-ci il tarixli 2015-ci ilin iyun ayı ərzində ödənişlərin yığımı haqqında qarşılıqlı üzləşmə aktından da göründüyü kimi, cavabdehin iddia çıya iyun ayının sonuna yığımlar üzrə 2.817.390,54 manat, 85.765 ABŞ dolları, 3.090 Avro və 10.000 rubl qalıq borcu vardır. Cavabdeh tərəfindən qeyd olunan borcdan cəmi 1.630.270 manat, 30.363 ABŞ dolları, 3.090 Avro və 10.000 rubl pul vəsaiti ödənişi təmin edilmiş, qalan borc məbləğinin ödənişi bu günədək həyata keçirilməmişdir. Cavabdehin öhdəliklərini icra etməməsi, yəni müqavilə üzrə ödənilməli olan vəsaitləri iddiaçının hesabına köçürməməsi nəticəsində iddiaçıya 1.187.120,554 manat və 55.402 ABŞ dolları məbləğində borcu yaranmışdır. Yaranmış borcun ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə müraciət olunmasına, pretenziya məktubu göndərilməsinə baxmayaraq, borc cavabdeh tərəfindən ödənilməmişdir. Cavabdeh tərəfindən ödənilməli olan borc hər hansı xidmət haqqına görə deyil, cavabdehin ag ent kimi yığdığı pul vəsaitini iddiaçının hesabına köçürməməsi nəticəsində yaranmış borcdur. Hansı ki bu pul vəsaiti iddiaçının xidmət göstərdiyi müxtəlif şirkətlərə iddiaçı tərəfindən köçürülməli olan vəsaitdir. İddiaçı tərəfindən həmin pul vəsaitləri onun öz hesabına şirkətlərə ödənilmişdir və cavabdehin borcu ödəməməsi iddiaçını faktiki olaraq maliyyə itkisi və maddi zərərlə qarşı-qarşıya qoymuşdur. Cavabdeh iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçının müəssisəyə qarşı 1.187.120,54 manat və 55.402,00 ABŞ dolları məbləğində borca dair iddiasının 350.002,65 manat həcmində cavabdehin iddiaçıya olan borc hissəsinin tələbin qarşılıqlı ödənilməsinə yönəldilməsi, bu iş üzrə iddiaçı və cavabdeh tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 1.00 (b ir) manat bank xərcinin cavabdehə aid edilməsi və cavabdehin iddiaçıya qalıq olaraq 920.853,47 manat həcmində borcun əvəzi kimi cavabdehin mülkiyyətindəki SAGA markalı 168 ədəd qapalı yerlərdə istifadə edilən kioskun natura şəklində iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddianın əsaslarına görə iddiaçı tərəfindən iddiaçının qarşısına qoyulmuş hədəflərə çatmaq məqsədi ilə tərəflərindən haqları ödənilmək şərti ilə işlərinə subagentlər cəlb edilmişdir. Beləliklə, tərəflərindən 2012-ci ildə hələ respublikada tanınmamış bir xidməti işə salaraq artıq 2015-ci ildə həmin xidmətin kütləviləşməsi kimi böyük işlər görülmüşdür. Qeyd etdiyi avadanlıqların kredit götürülərək əldə edilməsinə, subagentlərin işlərinə cəlb edilərək onların haqlarının ödənilməsinə və avadanlıqların yerləşdirilməsi üçün obyekt sahiblərinə icarə haqlarının verilməsinə tərəflərindən külli miqdarda pul vəsaiti xərclənmişdir. Bu səbəbdən də iddiaçıya çatacaq məbləğin ödənişi tərəflərindən müvəqqəti olaraq gecikdirilmişdir. Aralarında yaranmış uzunmüddətli işgüzar münasibətləri və onun tərəfindən qarşısına qoyulmuş hədəflərə çatmaq üçün külli miqdarda pul vəsaiti xərclədiklərini nəzərə almayan iddiaçı 2015-ci ilin iyul ayında aralarında bağlanmış 30 noyabr 2012-ci il tarixli Agent Müqaviləsinə birtərəfli qaydada xitam vermişdir. Bununla da müəssisə çıxılmaz vəziyyətə düşmüşdür. Çünki öz avadanlıqları ilə göstərdikləri xidmət sahəsi çox dar çərçivədə spesifik olduğundan üç il ərzində çəkdikləri nəzərə alınmamışdır. Cavabdeh iddiaçının iddiasını qismən qəbul edərək bildirir ki, həqiqətən də iddiaçının hesablaşma hesabına bu gün üçün 1.187.120.54 manat və 55 402.00 ABŞ dolları məbləğində pul köçürməyə dair öhdəliyi mövcuddur. Lakin öz iddia tələbində iddiaçı özünün 2015-ci ilin may ayı üzrə ƏDV daxil 91.361,17 manat və 2015-ci ilin iyun ayı üzrə ƏDV daxil 82.641,48 manat olmaqla, cəmi 174.002,65 manat həcmində ödənilməmiş öhdəliyini nəzərə almamışdır. Belə olan təqdirdə müəssisəyə qarşı iddia tələbinin 174.002,65 manat həcmində hissəsi tələbin qarşılıqlı ödənilməsinə yönəldilməlidir. Bundan başqa iddiaçı öz iddia tələbində müəssisənin mülkiyyətində olan, lakin onun tərəfindən götürülüb saxlanılan hər birinin qiyməti 5500.00 manat olmaqla ümumi dəyəri 176.000,00 manat təşkil edən 32 ədəd qapalı yerlərdə istifadə edilən “X1 (ÖQK) dəyərini nəzərə almamışdır. Buna görə də iddiaçının müəssisəyə qarşı iddia tələbinin daha 176.000,00 manat həcmində hissəsi də tələbin qarşılıqlı ödənilməsinə yönəldilməlidir. Cavabdeh hesab edir ki, iddiaçının müəssisəyə qarşı 1.187.120,54 manat və 55.402,00 ABŞ dolları məbləğində borca dair iddiasının 350.002,65 manat həcmində olan borc hissəsi tələbin qarşılıqlı ödənilməsinə yönəldilməlidir. Digər tərəfdən, iddiaçıya qalan 920.853,47 manat həcmində borcun əvəzi kimi mülkiyyətində olan və iddiaçının fəaliyyəti üçün spesifik avadanlıqlar hesab edilən bir ədədinin bazar qiyməti 5.500,00 manat olmaqla qapalı yerlərdə istifadə edilən SAGA markalı 168 ədəd kioskların natura şəklində ona verilməsi daha haqlı olardı. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X4, 2-2(82)-992/2016 saylı iş) 1 sentyabr 2016-cı il tarixl i qətnaməsiilə ilkin və qarşılıqlı iddia tələbləri qismən təmin edilərək, 31.11.2012-ci il tarixli agent müqaviləsi üzrə iddiaçının cavabdehə 174.002,64 manat məbləğində xidmət haqqı borcu ilə cavabdehin iddiaçıya ödəməli olduğu 1.187.120,54 manat və 55.402 ABŞ dolları məbləğində borcun qarşılıqlı olaraq ödənilməsi həyata keçirilməklə, cavabdehdən 1.013.117.90 manat, 55.402 ABŞ dolları borcun, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manatın tutularaq iddiaçının hesabına ödənilməsi, ilkin və qarşılıqlı iddia tələblərinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X9məruzəçi, X14 və X6, 2-2(103)-55/2017 saylı iş) 17 yanvar 2017-ci il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 1 sentyabr 2016-cı il tarixli qətnaməsi qismən, qarşılıqlı iddia tələbinin təmin olunmaması hissəsində ləğv olunmuş, həmin hissədə qarşılıqlı iddia tələbi təmin olunaraq iddiaçı tərəfindən götürülüb saxlanılan hər birinin qiyməti 5500,00 manat olmaqla ümumi dəyəri 176.000,00 manat təşkil edən 32 ədəd qapalı yerlərdə istifadə edilən “X11”nün (ÖQK) dəyəri cavabdehdən 1.013.117,90 manat, 55.402 ABŞ dolları borcun tutulması tələbinin qarşılıqlı ödənilməsinə yönəldilməsi və 168 ədəd qapalı yerlərdə istifadə edilən SAGA markalı “X11”nün cavabdehin iddiaçıya qalıq olaraq 920 853,47 manat həcmində borcunun əvəzi kimi natura şəklində iddiaçıya verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasın ın (hakimlər Zakir Quliyev-məruzəçi, Qürbət Əsgərov və Xəqani Məmmədov, 2-2(102)-224/2017 saylı iş) 12 iyul 2017-ci il tarixli qərarı ilə iddiaçının kasasiya şikayəti qismən təmin edilərək Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi kollegiyasının 17 yanvar 2017-ci il tarixli qətnaməsi qismən, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 1 sentyabr 2016-cı il tarixli qətnaməsinin qismən, qarşılıqlı iddia tələbinin təmin olunmaması hissəsində ləğv olunması, həmin hissədə qarşılıqlı iddia tələbinin təmin olunması, iddiaçı tərəfindən götürülüb saxlanılan hər birinin qiyməti 5.500,00 manat olmaqla ümumi dəyəri 176.000,00 manat təşkil edən 32 ədəd qapalı yerlərdə istifadə edilən “X11”nün (ÖQK) dəyəri cavabdehdən 1013117,90 man at, 55402 ABŞ dolları borcun tutulması tələbinin qarşılıqlı ödənilməsinə yönəldilməsi və 168 ədəd qapalı yerlərdə istifadə edilən SAGA markalı “X11”nün cavabdehin iddiaçıya qalıq olaraq 920.853,47 manat həcmində borcunun əvəzi kimi natura şəklində iddiaçıya verilməsi hissəsində ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Təkrar apellyasiya baxışı zamanı kassasiya instansiyası məhkəməsinin göstərişinə uyğun olaraq məhkəmə kollegiyasının 20 dekabr 2017-ci il tarixli qərardadı əsasında iş üzrə mübahisə predmeti olan 32 ədəd qapalı yerlərdə istifadə edilən “X13”nün və 168 ədəd qapalı yerlərdə istifadə edilən SAGA markalı “X3 məhkəmə kompüter texniki və əmtəəşünaslıq ekspertizası keçirilmiş, bu barədə Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 14 iyun 2018-ci il tarixli və 12 iyul 2018-ci il tarixli rəylər tərtib edilmiş, köşklərin dəyəri və işlək vəziyyətdə olması müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X7məruzəçi, X8 və X10, 2-2(103)-121/2018 saylı iş) 19 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 1 sentyabr 2016-cı il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin 19 sentyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, cavabdehin iddiaçı qarşısında olan 920.853,47 manat həcmində qalıq borc tələbinin qarşılıqlı ödənilməsinə yönəldilməsi, ümumi dəyəri 940.232,0 manat təşk il edən və cavabdehin mülkiyyətində olan 200 ədəd qapalı yerlərdə istifadə edilən SAGA markalı “X13”lərinin iddiaçının mülkiyyətinə verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü xidməti təşkil etmək məqsədi ilə 20122014-cü illərdə külli miqdarda pul xərcləyərək müxtəlif markalardan olan 284 ədəd “X13”ləri (ÖQK) və müxtəlif markalardan olan 381 ədəd POS Terminallar əldə edilmişdir. İddiaçı tərəfindən qoyulmuş hədəflərə çatmaq məqsədi ilə cavabdeh tərəfindən haqları ödənilmək şərti ilə işlərinə subagentlər cəlb edilmiş və avadanlıqların təyinatı üzrə istifadəsini təmin etmək məqsədi ilə ticarət obyektlərindən yerlər icarəyə götürülmüşdür. Beləliklə də, cavabdeh tərəfindən 2012-ci ildə hələ respublikada tanınm amış bir xidmət işə salınaraq artıq 2015-ci ildə həmin xidmətin kütləviləşməsi təmin edilmişdir. Qeyd edilən avadanlıqların kredit götürülərək əldə edilməsinə, subagentlərin işlərə cəlb edilərək onların haqlarının ödənilməsinə və avadanlıqların yerləşdirilməsi üçün obyekt sahiblərinə icarə haqlarının verilməsinə külli miqdarda pul xərclənmişdir. Bu səbəbdən də iddiaçıya çatacaq məbləğin ödənişi müvəqqəti olaraq gecikdirilmişdir. Bütün bu göstərdiklərimiz işin materiallarında və məhkəmə baxışı zamanı şahidlərin çarpaz dindirilməsində öz təsdiqini tapmışdır. Tərəflər arasında bağlanmış 31 noyabr 2012-ci il tarixli müqaviləyə edilmiş 24 yanvar 2014-cü il tarixli 11 saylı əlavə ilə sözügedən müqavilədə aşağıdakı məzmunda dəyişiklik edilmişdir “1.1. “Agent” istifadəsində olan ödəmə terminalları na (köşk) dair mülkiyyət hüququnu hər hansı bir üçüncü tərəfə ötürməyəcəyini öhdəsinə götürür.” Göründüyü kimi, qeyd edilən müqavilə üzrə ilkin olaraq sözügedən avadanlıqların ilk növbədə satın almaq hüququnun iddiaçıya məxsus olması müəyyən olunsa da, sonrakı dəyişikliyə əsasən müvafiq ödəmə terminallarının müqavilə tərəfi olmayan üçüncü tərəfə ötürülməməsi barədə cavabdehin üzərinə öhdəlik qoyulmuşdur ki, bu da öz növbəsində həmin mallara mülkiyyət hüququnun yalnız iddiaçıya ötürülməsi barədə cavabdehin üzərinə öhdəlik qoyulması, nəticədə iddiaçının da həmin mallara mülkiyyət hüququnu əldə etmək vəzifəsini müəyyənləşdirmişdir. Belə ki, müqavilənin qeyd edilən Əlavəsindən aydın olur ki, iddiaçı cavabdehin üzərinə ödəmə terminallarına mülkiyyət hüququnun gələcəkdə digər tərəfə ötürməməsi barədə vəzifə qoymaqla əldə etmək istədiyi son nəticə, həmin terminalların yalnız öz mülkiyyətinə ötürülməsi olmuşdur. Apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən işin bu faktiki halını nəzərə almamaqla Mülki Məcəllənin 390., 540., 543., 545.0.1. və 659.1.-ci maddələrinin müddəalarını pozmuşdur. tərəflərin izahatları: Cavabdehin direktoru Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasına ərizə göndərərək müəssisənin vəkili İ.İ.Əsgərovun məhkəmə iclası təyin olunan tarixdə ölkə ərazisində olmayacağını bildirmiş, qeyd edilənlərin nəzərə alınaraq işin məhkəmə baxışının başqa vaxta keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasda cavabdeh tərəfindən göndərilmiş ərizəni yerində müşavirə edərək müzakirə etmiş, ərizədə göstərilənlərlə bağlı sübut təqd im edilmədiyindən vəsatəti təmin etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı və cavabdeh məhkəmə iclasında təmsil olunmamışlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 415.3-cü maddəsinə əsasən hazırkı vəziyyətdə işə baxılması mümkün sayılmışdır. hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı sayır. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında 31 noyabr 2012-ci il tarixdə agent müqaviləsi bağlanmış, müqaviləyə əsasən, Agent olaraq cavabdeh Azərbaycan Respublikasının hüdudları daxilində iddiaçının ödəmə şəbəkəsi vasitəsilə ödəmələrin X2 (ÖDV) ilə yığılması və yığılmış vəsaitlərin iddiaçının müqavilədə qeyd olunan hesab laşma hesabına keçirilməsini, iddiaçı isə müvafiq xidmət haqqının ödənilməsini öhdəsinə götürmüşdür. Tərəflər arasında tərtib edilmiş 01.07.201501.06.2016-ci il tarixləri ərzində ödənişlərin yığımı haqqında qarşılıqlı üzləşmə aktından məlum olur ki, dövrün əvvəlinə cavabdehin iddiaçıya ödənilməli olan borc məbləği 2.817.390,54 manat, 85.765 ABŞ dolları, 3.090 avro və 10.000 rubl təşkil etmişdir. Edilmiş ödənişlər nəzərə alınmaqla dövrün sonuna cavabdehin iddiaçıya ödənilməli olan qalıq borc məbləği 01.06.2016-cı il tarixə 1.187.120,54 manat və 55.402 ABŞ dolları təşkil etmişdir. Həmçinin, dövrün sonuna iddiaçının cavabdehə ödəməli olan 2015-ci ilin mayiyun ayının xidmət haqqı ƏDV daxil olmaqla 174.002,64 manat təşkil etmişdir. Qarşılıqlı üzləşmə aktı hər iki tərəfin imza və möhürləri ilə t əsdiqlənmişdir. İşin bu halı barədə tərəflər mübahisə açmamışlar. İddianın və qarşılıqlı iddianın təmin edilən, həmçinin iddianın rədd edilən hissələrindən tərəflər apellyasiya və kassasiya şikayəti verməmişlər. Hazırkı mübahisə qarşılıqlı iddianın rədd edilən hissəsi, yəni iddianın təmin edilən hissəsinin cavabdehə məxsus olan və iddiaçıda saxlanılan 32 ədəd, habelə cavabdehdə olan 168 ədəd ödəmə köşkünə yönəlməsi barədədir. Cavabdeh hesab edir ki, ondan alınıb iddiaçıya verilməli olan pulun ödənilməsi üçün həmin tələb adı çəkilən əmlaklara yönəldilməlidir. 32 ədəd X1 dəyərinin ilkin iddia tələbi üzrə borc məbləği ilə əvəzləşdirilməsinə dair qarşılıqlı iddia tələbinə münasibətdə müəyyən olunur ki, 10.07.2015-ci il və 11.07.2015-ci il tarixlərdə tərtib edilmiş aktlara əsasən, iddiaçı şirkə tin distributor qismində çıxış edən cavabdeh tərəfindən təqdim edilən ödəmə məntəqələri şirkəti satış bölümünün rəhbəri İlahə Zeynalova tərəfindən hər hansı texniki servis keçirilmədən qəbul edilmişdir. Ödəmə məntəqələri ilə bağlı inkasassiya xidmətləri cavabdeh tərəfindən həyata keçirilir. Eyni zamanda ödəmə məntəqələrinə məxsus açarlar cavabdehdə saxlanılır. Aktlar cavabdehin texniki işlər üzrə mütəxəssis Vidadi Usenov, həmçinin iddiaçının satış bölməsinin rəhbəri İlahə Zeynalova tərəfindən imza edilmişdir. Aktlardan görünür ki, ümumilikdə 32 ədəd (17+15) ödəmə məntəqələri iddiaçıya təhvil verilmişdir. Cavabdeh qarşılıqlı iddia tələbində 32 ədəd ödəmə məntəqələrinin iddiaçıya borcun əvəzi olaraq təhvil verildiyini, hazırda həmin aparatlardan iddiaçının istifadə etdiyini bildirsə də, qe yd edilən hal apellyasiya instansiyası məhkəməsinin araşdırması zamanı öz təsdiqini tapmamışdır. 32 ədəd ödəmə məntəqələrinin ilkin iddia tələbi üzrə borcun əvəzi olaraq iddiaçı tərəfindən götürülməsi də araşdırma zamanı sübuta yetməmişdir. Cavabdehə məxsus ödəmə köşklərinin iddiaçıda saxlanılması isə əmlakın borc əvəzinə iddiaçıya verilməsini ehtiva etmir. Qarşılıqlı iddia tələbinin digər hissəsi-iddia tələbi üzrə 920.853,47 manat məbləğində borcun əvəzi olaraq iddiaçıya bir ədədinin bazar qiyməti 5.500 manat olmaqla qapalı yerlərdə istifadə edilən SAGA markalı 168 ədəd kioskların natura şəklində verilməsi ilə bağlı isə apellyasiya instansiyası məhkəməsi aşağıdakıları qeyd etmişdir: Tərəflər arasında bağlanmış agent müqaviləsinə əsasən, Agent, ÖQV və ya avadanlıqlarda yalnız iddiaçı tərəf indən təchiz olunmuş proqram təminatının quraşdırılacağına zəmanət verir. Proqram təminatı, lisenziya və sertifikatlar iddiaçı tərəfindən Agentin müvəqqəti istifadəsinə verilir, lakin həmin proqram təminatı, lisenziya və sertifikatlara mülkiyyət hüquqları iddiaçıda qalır. Həmin proqram təminatının iş sxeminə iddiaçının öncədən verilmiş yazılı razılığı olmadan hər hansı bir müdaxilə baş verdiyi halda Agent hər bir belə müdaxilə halına görə ÖQV-nin dəyərinin 10 misli həcmində kompensasiyanı ödəməyi (4.1.3-cü bənd); iddiaçıdan alınan və ya onun tərəfindən təchiz olunmuş proqram təminatları yüklənən ÖQV-lərin və ya avadanlıqların digər tərəflərə satılmasından ən azı 3 ay öncə bu addımları iddiaçı ilə razılaşdıracağını öhdəsinə götürür. İddiaçının öncədən əldə edilmiş yazılı razılığı olmadan mü vafiq avadanlıqların digər tərəfə satılmasına görə Agent hər bir satın alınmış ÖQV-ə görə hamin ÖQV-nin dəyərinin 10 misli həcmində kompensasiyanı ödəməyi (4.1.4-cü bənd) öhdəsinə götürür; ÖQV-in iddiaçı tərəfindən aktivləşdirildiyi halda ayrılmış sertifikatlar ikitərəfli təsdiqlənmiş akt şəklində Agentə təqdim olunur. İddiaçı tərəfindən sertifikatlar ayrılan ÖQV-də aparılan ödəmələrə görə məsuliyyət Agentə aiddir və aparılmış əməliyyatların məbləği mübahisəsiz iddiaçıya ödənilməlidir (4.1.19-cu bənd). Həmçinin müqavilənin 9.4-cü bəndinə əsasən, əgər tərəflərdən biri və yaxud hər ikisi könüllü olaraq digər tərəfə 30 gün əvvəlcədən yazılı müraciət edərək müqaviləyə xitam verərlərsə, o zaman Agent bu müqavilə çərçivəsində almış olduğu avadanlıqları ilk olaraq iddiaçıya satmaq üçün müraciət e tməlidir. Yalnız iddiaçıdan yazılı imtina cavabı alındıqdan sonra, Agent avadanlıqların üçüncü tərəfə satılmasını həyata keçirə bilər. Bu halda, Agent lisenziya, sertifikat və proqram təminatının iddiaçıya qaytarılmasını təmin etməlidir. Göründüyü kimi, ödəmə qəbulu vasitələri mülkiyyət hüququ əsasında Agentə məxsus olmuş, Agent iddiaçıdan alınan və ya onun tərəfindən təchiz olunmuş proqram təminatları yüklənən ÖQV-lərin və ya avadanlıqların digər tərəflərə satılmasından ən azı 3 ay öncə bu addımları iddiaçı ilə razılaşdırmalı və yalnız imtina cavabı aldıqdan sonra həmin avadanlıqların üçüncü tərəfə satılmasını həyata keçirməlidir. Yəni, sözügedən avadanlıqları ilk növbədə satın almaq hüququ (vəzifəsi yox) iddiaçıya məxsus olsa da, iddiaçı bu hüquqdan istifadə etmək istəyini bildirməmişdir. İşdə olan sənədlərdən görünür ki, iddiaçının adı çəkilən avadanlıqların ona verilməsi ilə bağlı cavabdehə müraciəti olmamışdır. Cavabdeh də bu müqavilə çərçivəsində almış olduğu avadanlıqları ilk olaraq iddiaçıya satmaq üçün müraciət etməsi ilə bağlı məhkəmələrə sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliy in əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (386.1-ci maddə). Fıziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar Mülki Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər (390.1-ci maddə). Satın almaqda üstünlük hüququ və hər hansı əşyaya və ya hər hansı hüquqa digər üstünlük hüquqları qanuna görə və ya müqavilə əsasında əmələ gələ bilər. Əgər belə hüquqlar müqaviləyə əsaslanırsa, yalnız müqavilə iştirakçılarını mükəlləfiyyətli edir və həmin əşyanı və ya həmin hüququ arxayın əldə etmiş üçüncü şəxslərə qarşı qoyula bilməz (659.1-ci maddə). Satın almaqda üstünlük hüququ və müqaviləyə əsaslanan digər üstünlük hüquqları yalnız nəzərdə tutduqları əqdin etibarlılığı üçü n tələb edilən formada qeydə alınmış olduqda etibarlıdır (659.2-ci maddə). Tərəflər azad surətdə razılığa gələrək müqavilə şərtləri ilə bağlı razılığa gəlmiş və bu barədə müqavilə bağlamış, müqaviləyə xitam veriləcəyi təqdirdə sözügedən avadanlıqların borcun əvəzi olaraq iddiaçıya verilməsi və yaxud mütləq qaydada iddiaçının həmin avadanlıqları almaq vəzifəsi müqavilədə əksini tapmamışdır. MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (77.1-ci maddə). “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları q iymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 6 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Bu cür sübutlar olmadığı və kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbinin rədd edə və ya sübut edilən həddə uyğun qismən təmi n edə bilər. İddiaçının şikayətinin dəlillərinə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, MPM-in 407.2-ci maddəsinə əsasən, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. MPM-in 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman hüquq normalarının pozuntusuna yol verilməmişdir. Qeyd edilənlərə əsaslanan məhkəmə kollegiyası bu qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri əsaslı sayıla bilməz. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisə olunan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, tələbin borclunun əmlakına yönəldilməsi qaydası “İcra haqqında” Qanunun tələblərinə uyğun həyata keçirilir. “İcra haqqında” Qanunun 45.6-cı maddəsində qeyd edilir ki, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Borclu tələbin birinci növbədə hansı əmlaka və ya əşyalara yönəldilməsini icra məmuruna bildirmək hüququna malikdir. Borclunun belə müraciəti icra sənədinin icrasına mane olmursa, icra məmuru onu təmin etməyə borcludur. Odur ki, cavabdehə məxsus əmlakın borc əvəzinə iddiaçıya verilməsi məhkəmə qətnaməsinin icrası qaydasında mümkün olduğundan, cavabdehə izah edilir ki, bu barədə icra işi zamanı icra məmuruna müraciət edə bilər. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417.1.1 və 419-cu maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-2(103)-121/2018 saylı, 19 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(102)-59/2019
Ali Məhkəmə Qərar — İş №2-2(102)-59/2019
12.02.2019 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver