Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-59/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası İddiaçı MMC-nin cavabdeh Cavabdeh QSC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: ödənilmiş lizinq məbləğinin geri qaytarılması 27.02.2020 giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi ilə, İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh QSC-yə (bundan sonra cavabdeh) qarşı “artıq ödənilmiş lizinq ödənişinin qaytarılması, maddi ziyan və əldən çıxmış faydanın tutulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-2(103)-710/2019 s aylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında xx xxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: Cavabdeh ilə iddiaçı arasında x xxxx 2011-ci il tarixdə daxili maliyyə lizinq müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdeh tərəfindən 2 ədəd “İVECO Astra” HD8 6445 markalı özüboşaldan yük avtomobili və 1 ədəd “New Holland” E265B markalı ekskavator 36 ay müddətinə iddiaçıya lizinqə verilmişdir. Müqaviləyə 1 saylı əlavədə lizinq müqaviləsi üzrə ödəniş cədvəli öz əksini tapmışdır. Cədvələ əsasən lizinq ödənişləri aylıq 10.020 manat olmaqla xx xxxx 2014-cü il tarixədək həyata keçirilməli, ümumilikdə 360.719 manat ödəniş olunmalı idi. Müqaviləyə əsasən iddiaçı t ərəfindən xx xxxxxx 2011-xx xxxxxx 2017-ci il tarixədək 301.426 manat ödəniş edilmişdir. xx xxxxxxxx 2013-cü il tarixli aktdan görünür ki, X2, X10 və X7 xx.xx.2013-cü il tarixində “X13” QSC-yə məxsus olan və lizinq yolu ilə iddiaçıya verilmiş texniki cəhətdən saz vəziyyətdə olan Dövlət Nömrə nişanı AZ10d173 “New Holland” E265B markalı ekskavator lizinq ödənişi vaxtı-vaxtında ödənilməməsi səbəbindən X7 tərəfindən QSC-yə məxsus əraziyə aparılmaq məqsədi ilə götürülmüşdür. xx xxxxxxx 2013-cü il tarixli aktdan görünür ki, X2, X10 və X7 xx.xx.2013-cü il tarixində “X13” QSC-yə məxsus olan 2 ədəd İVECO ASTRA HD8 6445 markalı özüboşaldan yük avtomobillərinə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, hər iki avtomobilin arxa körpü təkərləri sökülmüş vəziyyətdə, avtomobil isə qaldırılaraq yerə toxunulmaz halda iddiaçıya məxsus üstüörtülü qarajda yerləşdirilmişdir. Lizinq ödənişlərinin gecikdirilməsi ilə əlaqədar aparılması mümkün olmadığına görə hər iki avtomobilin Dövlət Avtomobil Müfəttişliyi tərəfindən verilmiş texniki pasportları X7 tərəfindən gələcəkdə avtomobillərin istifadəsinin mümkünsüzlüyünü təmin etmək və QSCnin ofisində saxlanılması məqsədi ilə götürülmüşdür. xx xxxxxx 2017-ci il tarixli təhvil-təslim aktından görünür ki, lizinqverən Cavabdeh QSC-nin baş direktoru İlham Musayev və lizinqalan iddiaçının direktoru Eyvazov Nəbi x xxxx 2011-ci il tarixli 4xx/xx/2011 saylı “X11” müqaviləsinə əsasən lizinq müqaviləsinin predmeti olan 1 ədəd “New Holland” E265B (Zavod N-N8LA09189, mühərrik ********* buraxılış ili:2010) markalı tırtıllı ekskavator, 1 ədəd qeydiyyat şəh adətnaməsi (TH018451) və bir ədəd adı sadalanmış tırtıllı ekskavatorun açarını lizinqverən təslim edərək, lizinqalan təhvil almışdır. Həmçinin lizinqalan adı sadalanmış tırtıllı ekskavatorun tam saz və işlək vəziyyətdə olduğunu, Cavabdeh QSC-yə bununla bağlı gələcəkdə heç bir iddiası və tələbi olmayacağını lizinqalan imzası ilə təsdiq etmişdir Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(001)1061/2018 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh QSC-nin cavabdehlər İddiaçınə, X1 və “İbrahim” İstehsalat Kommersiya firmasına qarşı “lizinq müqaviləsi üzrə borcun tutulması” tələbi barədə iddiası qismən təmin edilərək, Cavabdeh QSC (əvvəlki adı “X13” QSC) ilə İddiaçı arasında bağlanılmış xx.xx.2011-ci il tarixli, 4xx/xx/2011 saylı X11 müqaviləsi ləğv edilmiş, İddiaçındən xx.xx.2 011-ci il tarixli 4xx/xx/2011 saylı X11 müqaviləsi üzrə 59.293 manat əsas lizinq ödənişi, 500 manat dəbbə pulu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 6 manat Cavabdeh QSC-nin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. x xxxxxx 2018-ci il tarixli xəbərdarlıq məktubu ilə iddiaçı tərəfindən 2013-cü ilin sentyabr ayından 2014-cü ilin iyul ayınadək olan 10 aylıq müddətdə əsassız olaraq iddiaçıdan tutulmuş 100.200 manat məbləğində lizinq ödənişinin qaytarılmasını, 2 ədəd “İVECO Astra” HD8 6445 markalı özüboşaldan yük avtomobilinin təmirinə cəmi 26.285,53 avro və işçilik haqqı üçün 2.400 manat, 1 ədəd “New Holland” E265B markalı ekskavatorun təmirinə 54.000 avro, işçilik haqqı üçün 3.450 manat borcun ödənilməsi pretenziya qa ydasında tələb edilmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən artıq ödənilmiş lizinq ödənişinin qaytarılması, maddi ziyan və əldən çıxmış faydanın tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, x xxxx 2011-ci il tarixində İddiaçı ilə Cavabdeh QSC arasında 4xx/xx/2011 saylı X11 müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh QSC 2 ədəd İVECO Astra HD8 6445 markalı özüboşaldan yük avtomobilini və 1 ədəd New Holland E265B markalı ekskavatoru 36 ay müddətinə İddiaçı sahibliyi və istifadəsinə vermişdir. Lakin Cavabdeh QSC-nin qanunsuz hərəkətləri nəticəsində İddiaçı lizinqə verilmiş texnikalardan istifadə edə bilməmiş, texnikalar İd diaçı Kiçik Müəssisəsinin sahibliyindən əsassız götürülərək xeyli müddət ərzində “Cavabdeh" QSC-nin anbarında saxlanılmış və bunun nəticəsində iddiaçıya külli miqdarda zərər vurulmuşdur. Belə ki, lizinq ödənişlərinin vaxtlı-vaxtında aparılmaması adı ilə və iddiaçıya heç bir xəbərdarlıq verilmədən istifadələrinə verilmiş ekskavator xx xxxxxxxx 2013-cü il tarixində geri alınmışdır. Eyni zamanda, xx xxxxxxx 2013-cü il tarixində cavabdehin nümayəndəsi yük avtomobillərinin texniki pasportlarını da geri götürmüş və həmin vaxtdan sonra bu texnikaların istifadəsi mümkünsüz olmuşdur. Nəticədə, 2013-cü il sentyabr ayından 2014cü il iyul ayınadək yəni 10 aylıq dövr üçün 100.200 manat məbləğində lizinq ödənişi əsassız olaraq hesablanıb tutulmuşdur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X8, e-2-2(81)-661/2019 saylı iş) xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X3məruzəçi, X4 və X5, 2-2(103)-710/2019 saylı iş) xx xxxxxxx 2019-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin xx xxxxxxx 2019-ci il tarixli qətnaməsinin ləğv olunması, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Apellyasiya məhkəməsi qətnaməsində yalnız birinci instansiya məhkəməsinin işin halları ilə bağlı sadaladığı iş materiallarını və məhkəmənin gəldi yi nəticəni “sinxron ardıcıllıqla” sadalamış və bu nəticə ilə razı olduğunu qeyd etməklə kifayətlənmişdir. Bu zaman apellyasiya məhkəməsi şikayətin dəlillərinə düzgün hüquqi qiymət verməmiş, iş üzrə iddia tələbinin təmin olunması üçün əsas ola biləcək xüsusi bilik tələb edən sualların araşdırılması məqsədilə ekspertiza keçirilməsinə iddiaçı tərəfindən verilmiş vəsatəti özünün subyektiv mülahizələri əsasında təmin etməmiş, bunun nəticəsi olaraq, iddiaçının iddia tələbinin sübutu kimi təqdim etdiyi sübut əhəmiyyətli halları qiymətləndirilməmişdir. İddia tələbində göstərilir ki, iddiaçı 2013-2014-cü illərdə 10 ay müddətində cavabdehin qanunsuz hərəkətləri nəticəsində lizinq əmlaklarından istifadə edə bilməsə də, həmin 10 ay ərzində cavabdehə 100.200 manat pul ödəmişdir. Məhkəmələr tərəfindən nəzərə alınmamışdır ki, iddiaçının 100.200 manat artıq ödənilmiş vəsaitin geri qaytarılmasına dair tələbi əvvəllər tərəflər arasında olan iddia tələbi üzrə işdə mübahisələndirilməmiş, baxılmamış və hüquqi qiymətləndirilməmişdir. İddia tələbinin digər hissəsi - lizinqə verilmiş ekskavatorun qanunsuz olaraq lizinq şirkəti tərəfindən götürülərək saxlanması nəticəsində yararsız vəziyyətə düşməsinə görə təmirinə tələb olunan xərclərin ödənilməsi ilə bağlıdır. Lizinqə verilmiş 2 yük avtomobilinin texniki pasportlarının lizinq şirkəti tərəfindən qanunsuz olaraq götürüldüyünə görə həmin yük avtomobillərini istifadə etmək mümkün olmamışdır. İddiaçı ilə “xxxx” MMC arasında xx xxxxxxxx 2013-cü il tarixli podrat müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən podrat işləri xx xxxx 2015-ci il tarixi nədək davam etməkdə lizinq obyekti olan ekskavatorun istifadəsi ilə görülüb başa çatdırılmalı idi. Lakin cavabdeh tərəfindən ekskavator qanunsuz olaraq xx xxxxxxxx 2013-cü ildə qanunsuz olaraq iddiaçıdan alındığına görə podrat müqaviləsini icra etmək mümkün olmamışdır. Müqavilə üzrə razılaşdırılmış işlərin dəyəri 270.000 manat olmuşdur. Müqavilənin icrasından iddiaçının əldə edəcəyi gəlir 70.000 manat olmalı idi ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçı bu mənfəətdən məhrum olmuşdur. Şikayətin hüquqi əsası kimi Mülki Məcəllənin 748-1.2, 748-1.7, 749-cu maddələrinə istinad edilmişdir. tərəflərin izahatı: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı və cavabdeh məhkəmə iclasında təmsil olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Mə cəlləsinin (bundan sonra MPM) 415.3-cü maddəsinə əsasən hazırkı vəziyyətdə işə baxılması mümkün sayılmışdır. əsaslandırıcı hissə: Tərəflər arasında x xxxx 2011-ci il tarixli 4xx/xx/2011 saylı X11 müqaviləsi bağlanmış, müqaviləyə əsasən cavabdeh 2 ədəd “İVECO Astra” HD8 6445 markalı özüboşaldan yük avtomobili və 1 ədəd “New Holland” E265B markalı ekskavatoru 36 ay müddətinə iddiaçıya lizinqə vermişdir. Hazırkı mübahisəyə görə 2013-cü ilin sentyabr ayından 2014-cü il iyul ayınadək yəni 10 aylıq dövr üçün əsassız olaraq iddiaçıdan tutulmuş 100.200 manat məbləğində lizinq ödənişinin, 2 ədəd İVECO Astra HD8 6445 markalı özüboşaldan yük avtomobilinin təmirinə cəmi 26.285,53 avro və işçilik haqqı üçün 2.400 manat, 1 ədəd New Holland E265B markalı ekskavatorun təmirinə 54.000 avro, işçilik haqqı ü çün 3.450 manat, əldən çıxmış fayda şəklində vurulmuş 70.000 manat məbləğində zərərin cavabdehdən tutulması barədədir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(001)-1061/2018 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə iddiaçı Cavabdeh QSC-nin cavabdehlər İddiaçınə, X1 və “İbrahim” İstehsalat Kommersiya firmasına qarşı iddiası qismən təmin edilərək, tərəflər arasında bağlanılmış x xxxx 2011-ci il tarixli, 4xx/xx/2011 saylı X11 müqaviləsi ləğv edilmiş, İddiaçındən xx.xx.2011-ci il tarixli 4xx/xx/2011 saylı X11 müqaviləsi üzrə 59.293 manat əsas lizinq ödənişi, 500 manat dəbbə pulu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 6 manat Cavabdeh QSC-nin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bu qətnamədən görünür ki, məhkəmə işə baxarkə n tərəflər arasında bağlanmış lizinq müqaviləsi üzrə iddiaçının həyata keçirmiş olduğu ödənişlərin qanuniliyinə və məbləğinə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə hüquqi qiymət verildiyindən 100.200 manat ödənilmiş lizinq ödənişinin geri istənilməsi barədə tələb əsassız olmuşdur. MPM-in 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İddiaçının cavabdehə borclu qaldığı lizinq məbləği qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. MPM-in 233.3-cü maddəsinə əsasən, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni i ddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Məhkəmə kollegiyası onu da vurğulayır ki, tərəflər arasında bağlanmış x xxxx 2011-ci il tarixli müqavilənin 5.3-cü bəndində tərəflər razılığa gəlmişlər ki, müqavilə müddəti Lizinqalanın öhdəlikləri yerinə yetirmədiyinə görə bu müqavilənin 34-cü maddəsinə əsasən vaxtından əvvəl bitmiş hesab olunarsa, Lizinqalan lizinq obyektini 3 iş günü ərzində Lizinqverənə təhvil verməyə borcludur...Lizinq obyekti bu maddəyə uyğun olaraq geri qaytarılırsa Lizinqalan tərəfindən ödənilmiş avans və digər xərc heç bir halda Lizinqalan tərəfindən Lizinqverəndən tələb edilə bilməz. Həmçinin müqavilənin 5.2-ci bəndində (maddə 34) b) yarımbəndində qeyd edilmişdir ki, Lizinqalan lizinq müddəti ərzində ödəmə cədvəlinə uyğun olaraq ardıcıl olaraq iki dəfədən çox lizinq və ya bir dəfə sığorta haqqını tam ödəməzsə müqaviləyə xitam verilə bilər. Yuxarıda istinad edilən məhkəmə qərarı ilə müəyyən edilmişdir ki, bu işdə olan iddiaçı üzərinə götürdüyü öhdəliyi tam icra etməyərək müqavilə üzrə ödəməli olduğu 82.729 manat lizinq məbləğini cavabdehə ödəməmişdir. Beləliklə, nəticədə iddiaçının müqavilədə nəzərdə tutulan lizinq məbləğini cavabdehə ödəməməsi məhkəmə qətnaməsi ilə müəyyən edildiyindən, lizinq obyekti Lizinqverəndə qalarkən Lizinqalan tərəfindən ödənilmiş lizinq məbləğinin geri qaytarılmasının istisna olunması barədə apellyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. İddiaçının kassasiya şikayətində qeyd etdi yi kimi, 102.000 manat ödənilmiş lizinq haqqının geri qaytarılması qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi üzrə mübahisə predmeti olmamışdır. Bununla belə, həmin qətnamə ilə iddiaçının lizinq məbləğini ödəməməsi və borcu qalması müəyyən edilmişdir. Bu hal da yuxarıda qeyd edildiyi kimi müqavilə şərtlərinə görə lizinq predmetinin Lizinqverəndə qalmasına səbəb olmuş və həmin dövrdə edilmiş ödənişlərin Lizinqverəndən geri tələb edilməsini mümkünsüz etmişdir. Tərəflər arasında imzalanmış xx xxxxxx 2017-ci il tarixli aktda xx xxxxxxxx 2013-cü il tarixli akt əsasında iddiaçıdan götürülmüş “New Holland” E265B markalı tırtıllı ekskavator tam saz və işlək vəziyyətdə qeydiyyat şəhadətnaməsi və açarı ilə birlikdə həmin tarixdə iddiaçıya qaytarılması bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəl ləsinin 748-1.2-ci maddəsinə əsasən, lizinq alan əmlakı qəbul edərkən hər hansı bir çatışmazlıq aşkar edərsə, qəbul protokolunda bu barədə qeyd etməli və çatışmazlıqları aradan qaldırmaq məqsədilə bu əmlakı satan hüquqi və ya fiziki şəxslər qarşısında tələb irəli sürmək üçün lizinq verənə məlumat verməlidir. Həmin Məcəllənin 748-1.7-ci maddəsinə əsasən, lizinq alan, lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə texniki xidməti, onun orta və cari təmirini öz hesabına həyata keçirir. x xxxx 2011-ci il tarixli müqavilənin 3.9-cu bəndinə əsasən, lizinq obyektinə texniki xidmət göstərilməsi və saz vəziyyətdə saxlanılmasına görə məsuliyyət lizinq alanın üzərinə düşür. Lizinqə verilmiş predmetlərin Lizinverəndə olduğu dövrdə nasaz olması işdə olan sübutlarla təsdiq edilmə mişdir. İddiaçının lizinq predmetlərinin təmirə ehtiyacı olması barədə təqdim etdiyi sənədlərdə lizinqə verilən əmlakın Lizinqverəndə saxlanılan dövrdə nasaz olması və təmirə ehtiyac yaranması sübut olunmur. Odur ki, təmirə çəkilən xərc və işçilik haqqı tələbinə aid hissədə iddianı rədd etməklə məhkəmə haqlı olmuşdur. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasay dı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2-ci maddə). Cavabdehin hərəkəti nəticəsində iddiaçıya zərər dəyməsi sübuta yetmir. Belə olduqda, iddiaçı zərərin əvəzini tələb etmək hüququna malik olmur. Cavabdehin qanunsuz hərəkərinə görə iddiaçının hüququnun pozulması, pozulmuş hüququnun bərpa edilməsi üçün çəkdiyi və çəkməli olduğu xərclər də öz təsdiqini tapmır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddia ərizəsində vurulduğu irəli sürülən maddi zərərin cavabdehin hərəkət, yaxud hərəkətsizliyi nəticəsində vurulması, iddiaçının hüquqi vəziyyətinin cavabdehin öz vəzifəsini yerinə yetirməməsi ilə pisləşmiş olması, cavabdehin hərəkəti (hərəkətsizliyi) ilə vurulduğu güman edilən zərərin meydana gəlməsi arasında səbəbli əlaqən in mövcud olması sübut olunmur. Qeyd edilənlərə əsaslanan məhkəmə kollegiyası bu qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri əsaslı sayıla bilməz. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman hüquq normalarının pozuntusuna yol verilməmişdir. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417.1.1 və 419-cu maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-2(103)-710/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(102)-59/2020
Ali Məhkəmə Qərar — İş №2-2(102)-59/2020
27.02.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver