Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-59/2024 29.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı MMC-nin cavabdehlər "xxxx" Müəssisəsinə və Nümayəndə3 Əlişirin oğluna ("xxxx" üçüncü şəxs qismində cəlb olunmaqla) qarşı, həmçinin iddiaçı "xxxx" Müəssisəsinin cavabdeh İddiaçı MMC-yə qarşı birləşdirilmiş iddialara dair kommersiya mübahisəsi üzrə QƏRARİ Açar sözlər: icarə müqaviləsi, alqı-satqı müqaviləsi, öhdəliyin icrasının pozulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdehlər "xxxx" Müəssisəsi nə və Nümayəndə3 Əlişirin oğluna (3-cü şəxs "xxxx") qarşı pulun tutulması və icarə obyektlərinin geri qaytarılması tələbi, həmçinin iddiaçı "xxxx" Müəssisəsinin cavabdeh İddiaçı MMC-yə qarşı “icarə müqavilələrinin etibarsız hesab edilməsi və pulun tutulması” tələbinə aid birləşdirilmiş iddialar üzrə kommersiya mübahisəsinə dair Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2*23-cü il 8 sentyabr tarixli 2-2(1*3)-2/2*23 nömrəli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. "xxxx" ASC ilə İddiaçı MMC arasında 2*12-ci il 21 fevral tarixli *1AV/F2*-12 nömrəli təminatlı kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən bank tərəfindən İddiaçı MMCyə 2 ədəd İSUZU SAZ NP 37 markalı avtobusların alınması üçün illik 2 2 faiz olmaqla 48 ay müddətinə 84.6** manat məbləğində təminatlı kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi həmin tərəflər arasında 2*12-ci il 21 fevral tarixli *1İP/F2*-12 nömrəli girov müqaviləsi bağlanmış və müqaviləyə əsasən İddiaçı MMC-yə məxsus 1*-TG-737 d.n.n, tip-vaqon 14+1, mühərrik 9116*3, buraxılış ili: 2*11-ci il, rəngi ağ, 1*-TG-738 d.n.n, tipvaqon 14+1, mühərrik 92*978, buraxılış ili: 2*11-ci il, rəngi ağ, 2 ədəd İSUZU SAZ NP 37 markalı avtobuslar girov kimi banka təqdim olunmuşdur. Həmçinin həmin kredit müqaviləsinin təminatı kimi "xxxx" ASC ilə Nümayəndə2 arasında 2*12-ci il 21 fevral tarixli *1ZA/F2*-12 nömrəli zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən zamin Nümayəndə2 borclu İddiaçı MMC-nin bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür və onunla birgə məsuliyyət daşıyır. Kredit müqaviləsinin təminatı kimi "xxxx" ASC ilə "xxxx" müəssisəsi arasında 2*15-ci il 15 aprel tarixli *3/15 nömrəli zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən zamin "xxxx" müəssisəsi borclu İddiaçı MMC-nin bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür və onunla birgə məsuliyyət daşıyır. 2. "xxxx" ASC ilə İddiaçı MMC arasında 2*12-ci il 1 may tarixli 1*AV/F2*-12 nömrəli təminatlı kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən bank tərəfindən İddiaçı MMCyə 3 ədəd İSUZU SAZ NP 37 markalı avtobusların alınması üçün illik 2* faiz olmaqla 48 ay müddətinə 133.65* manat məbləğində təminatlı kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi həmin tərəflər arasında 2*12-ci il 1 may tarixli 1*AİP/F2 *-12 nömrəli girov müqaviləsi bağlanmış və müqaviləyə əsasən İddiaçı MMC-yə məxsus 1*-TG-911 d.n.n, tip-vaqon 14+1, mühərrik 853961. buraxılış ili: 2*12-ci il, rəngi ağ, 1*-TG-912 d.n.n, tipvaqon 14+1, mühərrik 96*38*,buraxılış ili: 2*12-ci il, rəngi ağ, 1*-TG-913 d.n.n, tip-vaqon 14+1, mühərrik 96*418, buraxılış ili: 2*12-ci il, rəngi ağ, 3 ədəd İSUZU SAZ NP 37 markalı avtobuslar girov kimi banka təqdim olunmuşdur. Kredit müqaviləsinin təminatı kimi "xxxx" ASC ilə "xxxx" müəssisəsi arasında 2*15-ci il 15 aprel tarixli *2/15 nömrəli zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən zamin "xxxx" müəssisəsi borclu İddiaçı MMC-nin bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür və onunla birgə məsuliyyət daşıyır. 3. "xxxx" ASC ilə İddiaçı MMC arasında 2*13-ci il 23 aprel tarixli 48AV/F2*-13 nömrəli təminatlı kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən bank tərəfindən İddiaçı MMCyə 2 ədəd MİDİBUS SAZ NP 37 markalı avtobusların alınması üçün illik 2* faiz olmaqla 48 ay müddətinə 45.*** manat məbləğində təminatlı kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi həmin tərəflər arasında 2*13-ci il 23 aprel tarixli 48İP/F2*-13 nömrəli girov müqaviləsi bağlanmış və müqaviləyə əsasən İddiaçı MMC-yə məxsus 1*-TG-*15 d.n.n, tipvaqon 14+1, mühərrik 56352*, buraxılış ili: 2**7-ci il, rəngi ağ, 1*-TG-*17 d.n.n, tip-vaqon 14+1, mühərrik 561122, buraxılış ili: 2**7-ci il, rəngi ağ, 2 ədəd MİDİBUS SAZ NP 37 markalı avtobuslar girov kimi banka təqdim olunmuşdur. Kredit müqaviləsinin təminatı kimi "xxxx" ASC ilə "xxxx" müəssisəsi arasında 2*15-ci il 15 aprel tarixli *4/15 nömrəli zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən zamin "xxxx" müəssisəsi borclu İddiaçı MMC-nin bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür və onunla birgə məsuliyyət daşıyır.
4. İddiaçı MMC ilə "xxxx" Müəssisəsi arasında 2*15-ci il 15 aprel tarixli icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə görə İddiaçı MMC özünə məxsus olan 7 ədəd “USUZU SAZ NP-37” markalı avtobusu "xxxx" Müəssisəsinə bir ədəd avtobusun aylıq icarə məbləği 3** manat olmaqla 2 il müddətinə icarəyə vermişdir. Həmin avtobusların dövlət qeydiyyat nişanları aşağıdakılardır: 1*-TG-911, 1*-TG-912, 1*-TG913, 1*-TG-737, 1*-TG-738, 1*-TG-*17, 1*-TG-*15. Həmin müqavilənin 11-ci bəndinə əsasən müqavilədən irəli gələn bankın kredit borclarını icarəyə götürən tərəf öz öhdəsinə götürür.
5. Borclu İddiaçı MMC ilə zamin "xxxx" Müəssisəsi arasında 2*15-ci il 15 aprel tarixli saziş bağlanmışdır. Həmin sazişə görə "xxxx" ASC-nin 2* nömrəli filialı ilə İddiaçı MMC arasında bağlanmış 2*12-ci il 1 may tarixli 1*AV/F2*- 12 nömrəli kredit müqaviləsi üzrə yaranmış borcun “Zamin” tərəfindən ödənilməsi müqabilində həmin kredit müqaviləsinin təminatı olaraq, 2*12-ci il 1 may tarixli 1*İP/F2*-12 nömrəli İpoteka Müqaviləsinə əsasən Bankın xeyrinə ipoteka ilə yüklü edilmiş 3 ədəd “İsuzu Saz NP 37” markalı (Q/N-1* TQ 911, Tip-Vaqon 14 + ] yer, mühərrik - 853961, Buraxılış ili - 2*12, Rəngi - Ağ), (Q/N-1* TG 912, Tip-Vaqon 14+1 yer, mühərrik - 96*38*, Buraxılış ili - 2*12, Rəngi - Ağ) və (Q/N-1* TG 913, Tip-Vaqon 14+1 yer, mühərrik - 96*418, Buraxılış ili - 2*12, Rəngi - Ağ) avtobusların “Zaminin” mülkiyyətinə verilməsi; "xxxx" ASC-nin 2* nömrəli filialı ilə İddiaçı MMC arasında bağlanmış 2*12-ci il 21 fevral tarixli *1AV/F2*-İ2 nömrəli kredit müqaviləsi üzrə yaranmış borcun “Zamin” tərəfindən ödənilməsi müqabilində həmin kredit müqaviləsinin təminatı olaraq, 2*12-ci il 21 fevral tarixli *11P/F2*-12 nömrəli İpoteka Müqaviləsinə əsasən Bankın xeyrinə ipoteka ilə yüklü edilmiş 2 ədəd “İsuzu Saz NP 37” markalı (Q/N-1* TG 737, TipVaqon 14+1 yer, mühərrik - 9116*3, Buraxılış ili - 2*11, Rəngi - Ağ), və (Q/N-1* TG 738, Tip-Vaqon 14+1 yer, mühərrik - 92*978, Buraxılış ili - 2*11, Rəngi Ağ) avtobusların “Zaminin” mülkiyyətinə verilməsi; "xxxx" ASC-nin 2* nömrəli filialı ilə İddiaçı MMC arasında bağlanmış 2*13-cü il 23 aprel tarixli 48AV/F2*-13 nömrəli kredit mü qaviləsi üzrə yaranmış borcun “Zamin” tərəfindən ödənilməsi müqabilində həmin kredit müqaviləsinin təminatı olaraq, 2*13-cü il 23 aprel tarixli 48İP/F2*-12 nömrəli ipoteka müqaviləsinə əsasən Bankın xeyrinə ipoteka ilə yüklü edilmiş 2 ədəd “Midibus SazNP 37” markalı (Q/N-1* TG *15, TipVaqon 14+1 yer, mühərrik - 56352*, Buraxılış ili 2**7, Rəngi - Ağ) və (Q/N-1* TG *17, Tip-Vaqon 14+1 yer, mühərrik - 561122, Buraxılış ili - 2**7, Rəngi - Ağ) avtobusların “Zaminin” mülkiyyətinə verilməsi razılaşdırılmışdır.
6. İddiaçı MMC ilə Nümayəndə3 arasında 2*17-ci il 1* aprel tarixli icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə görə İddiaçı MMC özünə məxsus olan 12 ədəd “USUZU SAZ NP-37” markalı avtobusu Nümayəndə3 bir ədəd avtobusun aylıq icarə məbləği 3** manat olmaqla 2 il müddətinə icarəyə vermə yi, sonuncu isə aylıq icarə məbləğlərini ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 11-ci bəndinə əsasən müqavilədən irəli gələn bankın kredit borclarını icarəyə götürən tərəf öz öhdəsinə götürür. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
7. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) cavabdehlər "xxxx" Müəssisəsinə (bundan sonra – “cavabdeh”) və Nümayəndə3 Əlişirin oğluna (bundan sonra – “Nümayəndə3”), "xxxx" ASC (bundan sonra – “Bank”) üçüncü şəxs qismində cəlb olunmaqla iddia ərizəsi (bundan sonra – “ilk iddia”) ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında imzalanmış və 2*15-ci il 15 aprel tarixdən 2*17-ci il 1* aprel tarixədək qüvvədə olmuş icarə müqaviləsi üzrə cavabdehdən 5*.4** manat icarə haqqı borcunun alınaraq iddiaçıya ödənilməsi, idd iaçı ilə cavabdeh arasında imzalanmış 2*15-ci il 15 aprel tarixli saziş üzrə Banka olan 338.633 manat kredit borcunun ləğv prosesində olan Banka ödənilməsi öhdəliyinin cavabdehə aid edilməsi, iddiaçı ilə Nümayəndə3 arasında imzalanmış 2*17-ci il 1* aprel tarixli icarə müqaviləsi üzrə Nümayəndə3 75.6** manat icarə haqqı borcunun alınaraq iddiaçıya ödənilməsi, həmin müqavilə üzrə Nümayəndə3 Banka ödəməli olduğu 799.185 manat kredit borcunun ləğv prosesində olan Banka ödənilməsi öhdəliyinin Nümayəndə3 aid edilməsi, 2.52* manat məbləğində ödənilməmiş cərimə (MMX) borcu və ödənişin gününə həmin cərimələrə görə hesablanmış dəbbə pulunun cavabdeh Nümayəndə3 alınaraq iddiaçıya ödənilməsi, avtobusların təmir etdirilib saz vəziyyətə gətirilməsi üçün tələb olunan 2*.*** manat məbləğində pul vəsaiti nin Nümayəndə3 alınaraq iddiaçıya ödənilməsi, 2*17-ci il 1* aprel tarixli icarə müqaviləsi üzrə icarəyə verilmiş 1*-TG911, 1*-TG-912, 1*-TG-913, 1*-TG-737, 1*-TG-738, 1*-TG*17, 1*-TG-*15, 1*-TG-895, 1*TG-896, 1*-TG-897, 1*-TG-898, 1*-TG-899 dövlət qeydiyyat nişanlı avtobusların Nümayəndə3 alınaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
8. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə bağlanmış 2*15-ci il 15 aprel tarixli icarə müqaviləsi üzrə 7 avtobusun aylıq icarəsi 2.1** manat təşkil etmişdir. Buna baxmayaraq, cavabdeh tərəfindən müqavilənin həmin tələbi icra edilməmiş və icarə haqları ödənilməmişdir. Daha sonra cavabdehin direktoru Nümayəndə3 təklif etmişdir ki, mövcud icarə müqaviləsi dəyişdirilib fiziki şəxs olaraq onun özü ilə bağlansı n. Bu səbəbdən, 2*17-ci il 1* aprel tarixdə artıq cavabdeh müəssisə ilə deyil, onun direktoru Nümayəndə3lə icarə müqaviləsi bağlanmışdır. Beləliklə, iddiaçı ilə cavabdeh müəssisə arasında 2*15-ci il 15 aprel tarixdə imzalanmış icarə müqaviləsi 2*17-ci il 1* aprel tarixdə qüvvədən düşmüşdür. Aylıq 2.1** manat olan icarə haqqı iki ilə 5*.4** manat təşkil etmiş və həmin məbləğ cavabdeh tərəfindən ödənilməmişdir. Həmçinin, 2*15-ci il 15 aprel tarixli icarə müqaviləsinin 11-ci bəndinə əsasən icarəçi cavabdeh tərəfindən müqavilədən irəli gələn bankın kredit borcları da ödənilməli idi. Bankın 2* nömrəli filialı ilə iddiaçı arasında bağlanmış kredit müqavilələri üzrə həmin 7 ədəd avtobus ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Göstərilən kredit borclarının ödənilməsi barədə iddiaçı ilə cavabdeh a rasında 2*15-ci il 15 aprel tarixdə əlavə saziş də imzalanmışdır. Həmin sazişin 1.1, 1.2 və 1.3-cü bəndlərinə əsasən iddiaçının banka olan borclarını ödəməyi cavabdeh öz öhdəsinə götürmüş, bu borclar ödənildiyi təqdirdə isə avtobuslar cavabdehin mülkiyyətinə verilməli idi. Cavabdeh bu öhdəliyini də icra etməmiş, banka heç bir pul ödəməmiş və nəticədə banka olan kredit borclarının üzərinə faizlər gəlmişdir. 2*17-ci il 1* aprel tarixli icarə müqaviləsinə görə icarəyə verən iddiaçı özünə məxsus olan 12 ədəd “İSUZU SAZ NP-37” markalı avtobusları icarəçi Nümayəndə3 icarəyə vermişdir. Həmin avtobusların dövlət qeydiyyat nişanları bunlardır: 1*-TG-911, 1*-TG-912, 1*-TG-913, 1*-TG-737, 1*-TG-738, 1*-TG*17, 1*-TG-*15, 1*-TG-895, 1*-TG-896, 1*-TG-897, 1*-TG-898, 1*-TG-899. İcarə müqaviləsinin 2-ci b əndinə əsasən bir ədəd avtobusun aylıq icarə məbləği 3** manat müəyyən edilmişdir. Yəni, 12 ədəd avtobusun aylıq icarəsi 3.6** manat təşkil etmiş, Nümayəndə3 tərəfindən müqavilənin həmin tələbi icra edilməmiş həmin icarə müqaviləsi üzrə 3.6** manat olan icarə haqqı 2*18-ci ilin sentyabr ayına kimi ödənilməmiş, 17 aylıq icarə haqqı 61.2** manat təşkil etmişdir. Həmçinin 2*17-ci il 1* aprel tarixli icarə müqaviləsinin 11-ci bəndinə əsasən icarəçi Nümayəndə3 tərəfindən müqavilədən irəli gələn bankın kredit borcları da ödənilməli idi. Belə ki, Bankın 2* nömrəli filialı ilə iddiaçı arasında bağlanmış kredit müqavilələri üzrə həmin 12 ədəd avtobus ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Nümayəndə3 bu öhdəliyini də icra etməmiş, banka heç bir pul vəsaiti ödəməmiş və nəticədə banka olan kredit bo rclarının üzərinə faizlər gəlmiş, banka olan borc məbləği 2*12-ci il 21 fevral tarixli *1AV/F2*-12 nömrəli kredit müqaviləsi üzrə 67.**3 manat (girov təminatı 1*- TG-737 və 1*-TG-738 dövlət qeydiyyat nişanlı avtobuslar), 2*12ci il 24 aprel tarixli *9AV/F2*-12 nömrəli kredit müqaviləsi üzrə 46*.552 manat (girov təminatı 1*-TG-895, 1*-TG-896, 1*-TG-897, 1*-TG-898 və 1*-TG-899 dövlət qeydiyyat nişanlı avtobuslar), 2*12-ci il 1 may tarixli 1*AV/F2*-12 nömrəli kredit müqaviləsi üzrə 2*1.611 manat (girov təminatı 1*-TG-911, 1*-TG-912 və 1*-TG-913 nömrəli avtobuslar), 2*13-cü il 23 aprel tarixli 48AV/F2*-13 nömrəli kredit müqaviləsi üzrə 7*.*19 manat (girov təminatı 1*-TG-*15 və 1*-TG-*17 nömrəli avtobuslar). Bank tərəfindən müqavilə üzrə cəmi dövr üçün 799.185 manat borc məbləği tələb olunmuşdur.
9. Eyni zamanda, cavabdeh iddiaçıya qarşı iddia ərizəsi (bundan sonra – “qarşılıqlı iddia”) ilə məhkəməyə müraciət edərək, iddiaçının direktoru Nümayəndə2 (bundan sonra – “Nümayəndə2”) ilə cavabdehin direktoru Nümayəndə3 arasında bağlanmış 2*15-ci il 15 aprel tarixli icarə müqaviləsinin və iddiaçının direktoru Nümayəndə2 ilə Nümayəndə3 arasında bağlanmış 2*17-ci il 1* sentyabr tarixli icarə müqaviləsinin etibarsız hesab edilməsi və 7 avtobusun təmirinə çəkilmiş 83.864 manat xərcin iddiaçıdan cavabehin xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
10. Cavabdeh ilk iddiaya qarşı etirazını və öz iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 12 ədəd avtobusun alınması üçün Bankdan kredit götürmüş və həmin kredit hesabına alınmış avtobuslar Bankda girov qoyulmuşdur. İddiaçının direktoru Nümayəndə2 kredit öhdəliklərini yerinə yetirə bilmədiyindən, avtobusları banka təhvil vermək qərarına gəlmişdir. Cavabdeh müəssisə də Bankdan kredit götürmək yolu ilə avtobusları alaraq istifadə etmiş və hazırda da istifadə edir. Nümayəndə2 ilə tanışlıq bank vasitəsilə olmuş, Bankın əməkdaşları Nümayəndə2 kredit yolu ilə əldə etdiyi avtobusları artıq işlədə bilmədiyini bildirmişlər. Avtobusların kredit borcunu banka ödəmək və sonda avtobusların mülkiyyətə keçməsi şərtilə onlar cavabdehə təklif olunmuş, ilk öncə onların yararsız halda olması səbəbindən təklifi qəbul etməsə də, sonradan bu işlərdə olan təcrübəsinə güvənərək təklifi qəbul etmişdir. Nümayəndə2 bildirmişdir ki, bankın onu narahat etməməsini istəyir, avtobuslardan hər hansı formada istifadə edə bilər. Beləl iklə, 2*15-ci il 15 aprel tarixdə iddiaçının direktoru Nümayəndə2 və cavabdehin direktoru Nümayəndə3 şəxsində saziş bağlanmışdır. Bağlanmış sazişə əsasən Bankın 2* nömrəli filialı ilə iddiaçı arasında bağlanmış kredit müqavilələri üzrə yaranmış borcun zamin tərəfindən ödənilməsi müqabilində həmin kredit müqavilələrinin təminatı olaraq bankın xeyrinə ipoteka ilə yüklü edilmiş 7 ədəd avtobusu “zamin”in mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Həmin saziş bağlandıqdan sonra 7 ədəd yararsız avtobus ona təqdim edilmişdir. O, həmin avtobusların saz vəziyyətə gətirilməsi üçün hər birinə 12.***–15.*** manat civarında xərc çəkmiş və onları işlək vəziyyətə gətirmişdir. İlk öncə avtobusların işlək vəziyyətə gətirilməsi üçün xərclər həddən çox olduğundan, bank ödənişlərində ləngimələr yaranmış, bu z aman o, banka ödənişlərlə bağlı razılıq əldə etmişdir. Belə ki, onun Bankın depozit hesabı olduğundan, gələcəkdə həmin kredit borcunu depozitdə olan hesabla əvəzləşdirmək barədə ilkin razılıq əldə olunmuşdur. Saziş bağlandıqdan bir neçə ay sonra Nümayəndə2 7 ədəd avtobusa görə X3 ilə problem yaşamaması, yəni həmin avtobuslar tərəfindən yol hərəkəti qaydalarının pozulmasına görə cərimələrin iddiaçıya aid olunmaması üçün formal olaraq icarə müqaviləsi bağlanmasını təklif etmiş, müqavilənin DYP-yə təqdim etmək üçün lazım olduğunu və bununla da işlərin bitəcəyini bildirmişdir. Beləliklə, 2*15-ci il 15 aprel tarixli formal icarə müqaviləsi bağlanmışdır. İki ildən artıq vaxt keçdikdən sonra, 2*17-ci ilin sentyabr ayında Nümayəndə2 daha əlavə 5 ədəd avtobusu cavabdehə təklif etmiş, bu dəfə bank v asitəçi olmamış və danışıqlar onların öz aralarında olmuşdur. Nümayəndə2 həmin 5 əlavə avtobusa görə məsuliyyətdən (kredit borcundan, DYP cərimələrindən və s.) yayınmaq üçün ümumilikdə 12 ədəd avtobusun (əvvəlki 7 ədəd avtobus daxil olmaqla) icarəyə verilməsinə dair Nümayəndə3 ilə 2*17-ci il 1* sentyabr tarixli formal icarə müqaviləsi bağlamağa nail olmuş, heç bir problemin olmadığını və 5 avtobusu da ona verəcəyini bildirmişdir. 2*17-ci il 1* sentyabr tarixdə Nümayəndə2 cavabdeh müəssisənin rəhbəri Nümayəndə3 inandırmaq üçün Bakı şəhəri 5* nömrəli Notariat Kontorunda ona baş etibarnamə verərək daşınmaz əmlak istisna olmaqla bütün əmlakı üzərində sərəncam vermək hüququ ilə 2 il müddətinə müvafiq səlahiyyətləri etibar etmiş, bundan sonra Nümayəndə2 cavabdehlə əlaqə saxlamamış və əlavə 5 ədə d avtobusu ona verməmişdir. Daha sonra, 2*18-ci il 18 sentyabr tarixdə verilən həmin etibarnamə ləğv edildiyi məlum olmuşdur. Nümayəndə2 2*15-ci il 14 aprel tarixli sazişə əsasən ona verdiyi 7 ədəd yararsız avtobusun saz vəziyyətə gətirildiyini və normal vəziyyətdə işlədiyini görüb onları geri tələb etməyə başlamış, bu məqsədlə formal bağlanmış 2*15-ci il 15 aprel tarixli icarə müqaviləsini əsas tutaraq icarə haqqı və avtobusların qaytarılması üçün məhkəməyə müraciət etmişdir. Formal olaraq bağlanmış 2*15-ci il 15 aprel tarixli və 2*17-ci il 1* sentyabr tarixli icarə müqavilələri etibarsız sayılmalıdır. Belə ki, 2*15-ci il 15 aprel tarixli icarə müqaviləsinin yalan əqd olması ilk öncə onu göstərir ki, müqavilənin 4-cü bəndinə əsasən icarəçi haqqını 1 ay müddətində ödəmədikdə icarəyə verən birtərəfli qaydada müqaviləyə xitam verərək icarəçidən avtobusları geri alır. Müqavilənin bu bəndi göstərir ki, icarə haqqı bir ay müddətində ödənilmədikdə icarə verənin iddia qaldırmaq hüququ yaranır. Onların arasında heç vaxt icarə haqqı ilə bağlı danışıqlar olmamış və o, heç vaxt icarə haqqı ödəməmiş, Nümayəndə2 da icarə müqaviləsinin formal bağlanmasını özü xahiş etdiyindən ötən 3 ildən artıq müddətdə ondan icarə haqqı tələb etməmişdir. 2*15-ci il 15 aprel tarixli icarə müqaviləsi başqa əqdi (2*15-ci il 15 aprel tarixli sazişi) pərdələmək məqsədi ilə bağlanan əqddir. Digər tərəfdən Nümayəndə2 onunla daha bir yalan əqd, 2*17-ci il 1* sentyabr tarixli icarə müqaviləsi bağlamağa nail olaraq, 2*15-ci il 15 aprel tarixli icarə müqaviləsinin yalan əqd olmasını bir daha sübut etmişdir. Belə ki, Nümayəndə2 ona baş etibarnamə verib 1 həftə sonra onu ləğv etdirməsi onun 2*17-ci il 1* sentyabr tarixli müqavilənin şərtlərinə əməl etməyəcəyini, bununla da yalan əqdi bağlamaqla digər əqdi pərdələmək məqsədi açıq aydın görünür. Həm 2*15-ci il 15 aprel tarixli, həm də 2*17-ci il 1* sentyabr icarə müqavilələrinin bağlanmasının hüquqi niyyəti avtobusların icarəyə verilməsi olmamışdır.
11. İddiaçı cavabdehin iddiasına etiraz və iddia müddətinin tətbiqi barədə ərizə verərək bildirmişdir ki, əhəmiyyətsiz əqdin etibarsızlığı ilə bağlı iddia üçün müddət 1 il müəyyən edilmişdir. Bundan başqa, tərəflər arasında 2 nömrəli Bakı İnzibati-İqtisadi Məhkəməsində iddiaçının cavabdehə qarşı 2*15-ci il 15 aprel tarixli icarə müqaviləsinin vaxtından əvvəl ləğv olunması və avtobusların geri qaytarılması tələbi barədə mübahisə üzrə iddianın təmin edilməsi barədə məhkəmənin 2*18-ci il 1 iyun tarixli 2-2(82)-511/2*18 nömrəli qərardadından cavabdeh tərəfindən şikayət verilərkən həmin icarə müqaviləsinin Nümayəndə3lə iddiaçı arasında başlanmış 2*17-ci il 1* aprel tarixli icarə müqaviləsi ilə qüvvədən düşdüyü bildirilməklə müqavilələr cavabdeh tərəfindən təsdiq edilmişdir. Bununla da o, mübahisə etmək hüququnu itirmişdir. 12. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2*19-cu il 4 fevral tarixli qərardadı ilə işlər bir icraata birləşdirilmişdir. 13. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2*19-cu il 6 noyabr tarixli 2-2(82)159/2*19 nömrəli qətnaməsi ilə ilk iddia qismən təmin edilmiş, iddiaçı ilə cavabdeh müəssisə arasında imzalanmış 2*15-ci il 15 aprel tarixli icarə müqaviləsi üzrə cavab deh müəssisədən 5*.4** manat icarə haqqı borcunun alınaraq iddiaçıya ödənilməsi, iddiaçı ilə cavabdeh müəssisə arasında imzalanmış 2*15-ci il 15 aprel tarixli saziş üzrə Banka 225.942 manat kredit borcunun ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi öhdəliyinin cavabdeh müəssisəyə aid edilməsi, ilk iddianın qalan hissədə təmin olunmaması, cavabdeh müəssisənin iddiaçıya qarşı “icarə müqavilələrinin etibarsız sayılması və cəkilmiş xərcin qaytarılması” tələbinə dair iddiasının təmin olunmaması qət edilmişdir (hakim R.Kərimli).
14. Həmin məhkəmənin mövqeyi belə olmuşdur ki, qanunvericilik əhəmiyyətsiz əqdin etibarsızlığı ilə bağlı iddia qaldırılması üçün onun icrasına başlandığı gündən sonra 1 il müddət müəyyən etdiyindən və cavabdeh müəssisə də iddiasını müvafiq vaxtdan 1 ildən artıq vaxt k eçdikdən sonra qaldırdığından, gətirilən əsasın tutarlı olub-olmamasından, eləcə də qarşı tərəfin, yəni iddiaçının iddia müddətinin tətbiqi barədə ərizə verib verməməsindən asılı olmayaraq tərəflər arasındakı icarə müqavilələri etibarsız sayıla bilməz. Məhkəmə həmçinin avtobusların təmirinə çəkilən xərclə bağlı yetərli sübutların təqdim olunmaması səbəbindən cavabdehin tələbinin 7 avtobusun təmirinə çəkilmiş 83.864 manat pul vəsaitinin cavabdehdən tutulması hissəsində də əsassız olması qənaətinə gəlmişdir.
15. Məhkəmə ilk iddia tələbi ilə bağlı bildirmişdir ki, iddiaçı ilə cavabdeh müəssisə arasında bağlanmış 2*15-ci il 15 aprel tarixli müqavilə ləğv edilmədiyindən və etibarsız sayılmadığından, habelə onun icrası ilə bağlı iddiaçı tərəfindən 7 avtobus cavabdehə təhvil verilməklə öz üzərinə düşən öhdəliklər yerinə yetirildiyindən, iddiaçı cavabdehdən həmin müqavilə üzrə 5*.4** manat məbləğində 2 illik icarə haqqı məbləğini (7 avtobus x 3** manat x 24 ay = 5*.4** manat) tələb etməkdə haqlı olmuşdur.
16. Məhkəmə icraatında cavabdeh tərəflər arasında bağlanmış 2*15-ci il 15 aprel tarixli saziş üzrə Banka ödənilməsi nəzərdə tutulan məbləğin 225.942 manat hissəsini etiraf etdiyindən və bu etiraf başqa şəxslərin marağına toxunmadığından, məhkəmə etirafa istinadən hesab etmişdir ki, tərəflər arasında imzalanmış 2*15-ci il 15 aprel tarixli saziş üzrə Banka olan 338.633 manat kredit borcunun ödənilməsi öhdəliyinin cavabdehə aid olunmalıdır. İddiaçının saziş üzrə banka ödənilməli məbləğlə bağlı tələbinə gəldikdə isə, məhkəmə vurğulamışdır ki, qanunvericilik tələbin güzəştini nəzərdə tutsa da, hüquqi varislik istisna olmaqla öhdəliyin başqa şəxsə keçməsini müəyyənləşdirmədiyindən, Banka ödənilməli olan qalan 112.691 manat (338.633–225.942=112.691 manat) məbləğin cavabdehə aid edilməsi tələbi təmin oluna bilməz.
17. Məhkəmə iddiaçı ilə Nümayəndə3 arasında bağlanmış müqaviləni yalan əqd kimi qiymətləndirərək onun əhəmiyyətsiz olduğundan hüquqi nəticə doğurmaması nəticəsinə gəlmişdir. Odur ki, həmin əqd əsasında icarə haqqının və Banka ödənilməli kredit məbləğinin Nümayəndə3 aid edilməsi tələbini əsaslı saymamışdır.
18. Avtobusların istifadəsi zamanı yol hərəkəti qaydalarının pozulmasına görə cərimələr aidiyyəti orqanın müvafiq qərarları əsasında hesablandığından, eləcə də onların mübahisələndirilməsi hüququ və cərimələrin ödənilməsi vəzifəsi avtobusları idarə edən şəxsl ərə aid olduğundan, məhkəmə hesab etmişdir ki, həmin cərimələr və onlara hesablanmış dəbbə pulu Nümayəndə3 tutula bilməz.
19. Eləcə də avtobusların təmir etdirilib saz vəziyyətə gətirilməsi ilə bağlı xərc çəkilməsi və xərcin məbləğinin 2*.*** manat təşkil etməsi ilə bağlı da məhkəməyə heç bir sübut təqdim edilmədiyindən, iddiaçının iddiası həmin hissədə əsaslı sayılmamışdır. 20. 12 avtobusun qaytarılması məsələsinə gəldikdə isə, onlardan 7-si (1*-TG-911, 1*TG-912, 1*-TG-913, 1*-TG-737, 1*-TG-738, 1*-TG-*17, 1*-TG-*15 dövlət qeydiyyat nişanlı) tərəflər arasında bağlanmış 2*15-ci il 15 aprel tarixli müqavilə üzrə icarəyə verildiyindən, 2*15-ci il 15 aprel tarixli saziş üzrə iddiaçıya 225.942 manat vəsait ödənildiyi halda, 7 avtobusun qaytarılması tələb oluna bilməz. Qalan 5 avtobus isə, əlav ə olaraq 2*17-ci il 1* aprel tarixli müqavilə üzrə nəzərdə tutulmuş, onların təhvil verilməsi də mötəbər sübutla təsdiqlənməmişdir. Bu səbəbdən, avtobusların qaytarılması öhdəliyi Nümayəndə3 üzərinə qoyula bilməz.
21. Gəldiyi nəticəni məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 14.1.2, 21, 21.1, 21.2, 43.1, 152.2, 152.3, 152.4, 194.1, 331.1, 337.1, 337.2, 337.4, 337.5, 34*.1, 34*.2, 354.1, 354.2, 385.1, 386.1, 389.1, 442, 443.1, 448, 684.1, 7**.1, 7**.2, 7**.3-cü, “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 1, 9, 14-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 52.2, 77.1, 191.3, 217.4, 22*.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
22. Həmin qətnamədən ilk iddiaçı apellyasiya şikayəti verərək onun ləğv ed ilməsi və İddiaçı MMC-nin iddia tələbinin tam şəkildə təmin olunmasını xahiş etmişdir.
23. Qətnamədən həmçinin cavabdeh müəssisə də apellyasiya şikayəti verərək onun dəyişdirilməsi, ilk iddianın 5*.4** manat icarə haqqı borcunun tutulması hissəsində rədd, qarşılıqlı iddianın isə təmin olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
24. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2*23-cü il 8 sentyabr tarixli 2-2(1*3)-2/2*23 nömrəli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçı ilə Nümayəndə3 arasında imzalanmış 2*17-ci il 1* aprel tarixli icarə müqaviləsi üzrə Nümayəndə3 75.6** manat icarə haqqı borcunun alınaraq iddiaçıya ödənilməsi barədə tələblərin rədd edildiyi hissədə ləğv olunmuş, iddia həmin hissədə qismən təmin edilərək Nümayəndə3 35.7** manat məbləğində icarə haqqının tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmiş, qətnamə digər mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – R.Qurbanov, hakimlər – M.Məmmədov və A.İmanov).
25. Apellyasiya məhkəməsi bildirmişdir ki, 2*15-ci il 15 aprel tarixli müqavilə və sazişin şərtlərinə əsasən iddiaçının kreditə götürdüyü 7 ədəd avtobusun icarə haqqı və kredit borcu cavabdeh tərəfindən tam ödənildikdən sonra sonuncunun mülkiyyətinə keçməsi barədə razılıq əldə edilmişdir. İddiaçı müqavilə üzrə öz üzərinə düşən öhdəliyi icra edərək icarə obyektlərini cavabdehə icarəyə vermiş, lakin cavabdeh müqavilə üzrə öz öhdəliklərini pozaraq 2 illik icarə haqlarını tam olaraq iddiaçıya ödəməmişdir. Bu baxımdan iddiaçı müqavilə üzrə ödənilməli olan, lakin ödənilməyən 5*.4** manat məbləğində icarə haqqının ödənilməsini tələb etməkdə haqlı olmuşdur (7 avtobus x 3** x 24 ay = 5*.4**).
26. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının cavabdehin direktoru Nümayəndə3lə bağladığı 2*17-ci il 1* aprel tarixli icarə müqaviləsindən irəli gələn icarə haqqının tutulmasına dair iddia tələbi isə qismən əsaslıdır. Belə ki, müqavilə şərtlərinə əsasən Nümayəndə3 12 ədəd avtobusun icarəyə verilməsi razılaşdırılmışdır. Onlardan 7sinin Nümayəndə3 direktoru olduğu cavabdeh müəssisənin istifadəsinə verilməsi işin mübahisəsiz halıdır. Qalan 5 avtobusun həmin müəssisə və ya Nümayəndə3 istifad əsinə verilməsi isə heç bir mötəbər sübutla təsdiqlənməmişdir. Bu baxımdan kollegiyası hesab etmişdir ki, iddiaçı həmin müqavilə üzrə yalnız 7 ədəd avtobusun ödənilməyən 35.7** manat məbləğində icarə haqqının ödənilməsini tələb etməkdə haqlı olmuşdur (7 avtobus x 3** manat x 17 ay = 35.7** manat).
27. Bununla yanaşı məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının iddia tələbi 225.942 manat məbləğində pul vəsaitindən əlavə vəsaitin Banka ödənilməsi öhdəliyinin cavabdeh müəssisəyə, 799.185 manat kredit borcunun ödənilməsi öhdəliyinin isə cavabdeh Nümayəndə3 aid edilməsi hissəsində əsaslı olmamışdır. Belə ki, iddiaçı həmin tələbləri onunla cavabdeh müəssisə arasında bağlanmış 2*15-ci il 15 aprel tarixli sazişə və Bankla onun arasında bağlanmış 4 ədəd - 2*12-ci il 21 fevral tarixli, 2*12-ci il 24 aprel tarixli, 2*12-ci il *1 may tarixli və 2*13-cü il 23 aprel tarixli kredit müqavilələrinə istinad edərək irəli sürmüşdür. Halbuki, iddiaçı ilə cavabdeh müəssisə arasında bağlanmış 2*15-ci il 15 aprel tarixli sazişdə yalnız 3 ədəd (2*12-ci il 21 fevral, 2*12-ci il *1 may və 2*13-cü il 23 aprel tarixli) kredit müqaviləsi üzrə ödənişlərin həyata keçirilməsi müqabilində avtobusların mülkiyyətə keçirilməsi razılaşdırılmışdır. Göründüyü kimi iddiaçı ilə bank arasında bağlanmış 2*12-ci il 24 aprel tarixli kredit müqaviləsi hazırki iş üzrə razılaşma predmeti olmamış, həmçinin iddiaçı ilə Nümayəndə3 arasında kredit borcunun ödənilməsi və nəqliyyat vasitələrinin mülkiyyətə keçməsi ilə bağlı hər hansı saziş (mahiyyət etibarı ilə alqı-satqı müqaviləsi) bağlanmamışdır. Beləliklə, kredit borcl arının və mahiyyət etibarı ilə həmin kreditlərin təminatı olan avtobusların dəyərinin ödənilməsi öhdəliyi 3 ədəd - 2*12-ci il 21 fevral, 2*12-ci il 1 may və 2*13-cü il 23 aprel tarixli kredit müqaviləsinə münasibətdə yaranmış və yalnız cavabdeh müəssisəyə aid olmuş, həmin kredit borclarının həcmi və məbləği isə iddiaçı LPO "xxxx" ASC-nin cavabdehlər İddiaçı MMC, Nümayəndə2 və "xxxx" Müəssisəsinə qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair yekunlaşmış digər kommersiya mübahisəsi üzrə müəyyən olunmuşdur.
28. Belə ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2*19-cu il 19 fevral tarixli 22(82)5*/2*19 nömrəli qətnaməsi ilə iddiaçı LPO "xxxx" ASC-nin cavabdehlər İddiaçı MMC, Nümayəndə2 və "xxxx" Müəssisəsinə qarşı kredit borcunun tutulması və tut manın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia qismən təmin edilərək, 2*12-ci il 21 fevral tarixli *1 AV/F2*-12 nömrəli kredit müqaviləsinə əsasən 2*17-ci il 9 fevral tarixinə yaranmış əsas borc 39.327,2* manat, faiz borcu 8362,75 manat, cərimə borcu 1***, cəmi 48.689,95 manat borcun müştərək qaydada cavabdehlər İddiaçı MMC-dən, Nümayəndə2 və "xxxx" müəssisəsindən tutularaq, iddiaçı LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməsi, tutmanın İddiaçı MMC-nin mülkiyyətində olan 1*-TG737, 1*-TG-738 dövlət nömrə nişanlı İSUZU SAZ NP 37 markalı avtobuslara yönəldilməsi, həmin avtobusların açıq hərracdan satılması və satışdan əldə olunan vəsaitin borca ödənilməsi, 2*12-ci il 24 aprel tarixli *9AV/F2*-12 saylı kredit müqaviləsinə əsasən 2*17-ci il 9 fevral ta rixinə yaranmış əsas borc 215.245,58, faiz borcu 98.183,79 cərimə borcu 16** manat, cəmi 315.*29,37 manat borcun cavabdeh İddiaçı MMC-dən tutularaq, iddiaçı LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməsi, tutmanın İddiaçı MMC-nin mülkiyyətində olan 1*-TG895, 1*-TG896, 1*-TG-897, 1*-TG-898 və 1*TG899 dövlət nömrə nişanlı İSUZU SAZ NP 37 markalı avtobuslara yönəldilməsi, həmin avtobusların açıq hərracdan satılması və satışdan əldə olunan vəsaitin borca ödənilməsi, 2*12-ci il 1 may tarixli *9AV/F2*-12 nömrəli kredit müqaviləsinə əsasən 2*17-ci il 9 fevral tarixə yaranmış əsas borc 1*2.4*9,84, faiz borcu 23.*99,11, cərimə borcu 27**, cəmi 128.2*8,95 manat borcun müştərək qaydada cavabdehlər İddiaçı MMC-dən və "xxxx" müəssisəsindən tutularaq, iddiaçı LPO "xxxx" A SC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməsi, tutmanın İddiaçı MMC-nin mülkiyyətində olan 1*-TG911, 1*-TG-912, 1*-TG-913 dövlət nömrə nişanlı İSUZU SAZ NP 37 markalı avtobuslara yönəldilməsi, həmin avtobusların açıq hərracdan satılması və satışdan əldə olunan vəsaitin borca ödənilməsi, 2*13-cü il 23 aprel tarixli 48AV/F2*-13 nömrəli kredit müqaviləsinə əsasən 2*17-ci il 9 fevral tarixə yaranmış əsas borc 38.386,69 faiz borcu 9957,*5 cərimə borcu 7** manat, cəmi 49.*43,74 manat borcun müştərək qaydada cavabdehlər İddiaçı MMC-dən və "xxxx" müəssisəsindən tutularaq, iddiaçı LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməsi, tutmanın İddiaçı MMC -nin mülkiyyətində olan 1*-TG-*15 və 1*-TG*17 dövlət nömrə nişanlı 2 ədəd MİDİBUS SAZ NP 37 markalı avt obuslara yönəldilməsi, həmin avtobusların açıq hərracdan satılması və satışdan əldə olunan vəsaitin borca ödənilməsi, 145 manat ekspertiza tədqiqatının dəyərinin LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan, İddiaçı MMC-dən Nümayəndə2 və "xxxx" müəssisəsindən müştərək qaydada tutularaq, dövlət büdcəsinə ödənilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 24 manatın tutularaq müştərək qaydada cavabdehlər İddiaçı MMC-dən, Nümayəndə2 və "xxxx" müəssisəsindən tutularaq, iddiaçı LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməsi qət edilmiş, həmin qətnamədən Bank tərəfindən yuxarı instansiya məhkəmələrinə verilmiş şikayətlər təmin edilməmiş, qətnamə mübahisələndirilən 2*12-ci il 24 aprel tarixli *9AV/F2*-12 nömrəli kredit müqaviləsi üzrə faiz bor cunun 98.183,79 manat məbləğində müəyyən edildiyi hissəsində dəyişdirilmədən saxlanılmışdır.
29. Beləliklə, yekun olaraq 2*12-ci il 1 may tarixli *9AV/F2*-12 nömrəli kredit müqaviləsi üzrə əsas borc 1*2.4*9,84 manat, faiz borcu 41.874,25 manat, cərimə borcu isə 1*.*** manat, cəmi 154.284,*9 manat, 2*12-ci il 21 fevral tarixli *1 AV/F2*-12 nömrəli kredit müqaviləsi üzrə əsas borc 34.*29,82 manat, faiz borcu 8.915,52 manat, cərimə borcu 34** manat, cəmi 46.345,34 manat müəyyən olunmuş, 2*13-cü il 23 aprel tarixli 48AV/F2*-13 nömrəli kredit müqaviləsinə aid hissədə, həmçinin kredit müqavilələri üzrə həm də zamin olan "xxxx" müəssisəsinə aid hissədə iddia tələbləri zaminliyə xitam verilməsi əsası ilə rədd edilmişdir.
30. Bu səbəbdən, məhkəmə kollegiyasının mövqeyinə görə kredit borcunun (mahiy yətinə görə avtobusların dəyərinin) cəmi məbləği yalnız 2 ədəd kredit müqaviləsi, yəni 2*12-ci il 1 may və 2*12-ci il 21 fevral tarixli kredit müqavilələri üzrə müəyyən edilməli olmuş, kredit borclarının cəmi məbləği isə 2**.629,43 təşkil etmişdir. Bununla belə, cavabdeh müəssisə birinci instansiya məhkəməsində iddianı qismən, yəni “2*15-ci il 15 aprel tarixli saziş üzrə Banka olan 225.942 manat vəsaitin ödənilməsi” hissəsində etiraf etmiş və həmin tələb apellyasiya baxışının predmetini təşkil etməmiş, beləliklə cavabdeh müəssisənin borcu etiraf etdiyi məbləğ onun 2 ədəd kredit müqaviləsi, yəni 2*12-ci il 1 may və 2*12-ci il 21 fevral tarixli kredit müqavilələri üzrə borcunu artıqlaması ilə əhatələmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, həmin iddia tələbləri təmin edilməyən hissədə əsassız olmuş və birinci instansiya məhkəməsi də düzgün olaraq həmin hissələrdə iddianı rədd etmişdir.
31. Məhkəmə kollegiyası həmçinin hesab etmişdir ki, 2.52* manat məbləğində ödənilməmiş cərimə (MMX) borcu və ödənişin gününə həmin cərimələrə görə hesablanmış dəbbə pulunun, habelə avtobusların təmir etdirilib saz vəziyyətə gətirilməsi üçün tələb olunan 2*.*** manat məbləğində pul vəsaitinin tutulması, həmçinin 2*17-ci il 1* aprel tarixli icarə müqaviləsi üzrə icarəyə verilmiş 12 ədəd avtobusun Nümayəndə3 alınaraq iddiaçıya təhvil verilməsi hissəsində də iddia tələbləri əsassız olmuşdur. Belə ki, cavabdehin istifadəsində olan avtobuslara qeyd olunan məbləğdə cərimələrin iddiaçı tərəfindən ödənilməsi, habelə avtobuslara zərər dəyməsi ilə bağlı sübutlar iddiaçı tərəfindən təqdim edilməmiş və o, üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Həmçinin, 2*17-ci il 1* aprel tarixli icarə müqaviləsi üzrə 12 ədəd deyil, cəmi 7 ədəd avtobus cavabdehin sahibliyinə verilmişdir. Qalan 5 avtobusun Nümayəndə3 icarəyə verilməsi isə heç bir mötəbər sübutla təsdiqlənmir.
32. Bununla belə məhkəmə kollegiyasının mövqeyinə görə 7 ədəd avtobusun təhvil verilməsi hissəsində də iddia təmin edilə bilməzdi. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə cavabdeh müəssisənin etirafı və 2*15-ci il 15 aprel tarixli sazişin şərtlərinə uyğun olaraq onun tərəfindən iddiaçıya 225.942 manat vəsaitin ödənilməsi qət olunmuş və qətnamənin həmin hissəsi apellyasiyanın baxış predmetini təşkil etməmişdir. 2*15-ci il 15 aprel tarixli sazişin şərtlərinə görə isə kredit müqavilələri üzrə borcun (mahiyyəti üzrə avtobusların dəyərinin) cavabdeh müəssisə tərəfindən ödənilməsi müqabilində ipoteka predmetləri olan həmin avtobusların sonuncunun mülkiyyətinə verilməsi razılaşdırılmışdır. Göründüyü kimi hazırda cavabdeh müəssisə tərəfindən 225.942 manatın iddiaçıya ödənilməsi ilə həmin avtobuslar üzərində cavabdehin mülkiyyət hüququ tanınmalıdır.
33. Eyni zamanda məhkəmə kollegiyası cavabdeh tərəfindən irəli sürülmüş icarə müqavilələrinin etibarsız hesab edilməsi ilə bağlı tələblərin də əsassız olması qənaətinə gəlmişdir. Belə ki, yalan əqd etibarsız əqdlərin bir növü olub başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd onu bağlayan tərəflərin həqiqətən bağlamaq istədikləri digər bir əqdi pərdələyir, yəni görünüş üçün bağlanır. Tərəflərin həqiqi iradəsi “yalan iradəni n” bünövrəsində ifadə olunur. Lakin, hazırkı işdə mübahisələndirilən müqavilələrin yalan əqd olması təsdiq olunmamış, cavabdeh qeyd olunan halları təsdiq edən heç bir sübutu təqdim etməmiş və üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.
34. Əksinə, cavabdehin istinad etdiyi hallardan görünür ki, tərəflər arasında həqiqətən icarə hüquq münasibətləri yaranmış və saziş bağlandıqdan sonra 7 ədəd avtobus ona təqdim edilmişdir. İlk öncə avtobusların işlək vəziyyətə gətirilməsi üçün xərclər həddən çox olduğundan, bank ödənişlərində ləngimələr yaranmışdır. Beləliklə də, cavabdehlə bağlanan icarə müqaviləsinin yalan əqd olması qənaətinə gəlmək üçün hər hansı bir əsas mövcud deyildir. Nümayəndə3lə bağlanan 2*17-ci il 1* sentyabr tarixli icarə müqaviləsi üzrə əlavə 5 ədəd avtobusun verilməməsinə istinad etmək hüququ isə cavabdeh müəssisəyə deyil, müqavilə tərəfi kimi Nümayəndə3 məxsusdur. İşin müəyyən olunan hallarına əsasən isə, sonuncu ilə bağlanan müqavilə üzrə 5 ədəd avtobus ona təhvil verilməmiş, hal müqavilə şərtlərinin birtərəfli qaydada pozulması olduğundan Nümayəndə3 də həmin sayda avtobusa görə icarə haqlarını ödəməkdən azad edilmişdir. 35. 3 ildən artıq müddətdə ondan icarə haqqının tələb olunmaması ilə bağlı dəlillər də əsassızdır və icarə müqavilələrinin etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Belə ki, icarə müqavilələrinin 4-cü bəndində icarəçinin haqqının bir ay müddətində ödəmədikdə icarəyə verən hərtərəfli qaydada müqaviləyə xitam verərək, icarəçidən avtobusları geri alması təsbit olunmuş, həmin cümlədə “geri alır” ifadəsi işlənsə də, bu imper ativ qaydada icarəyə verənin vəzifəsi kimi deyil, hüququ kimi nəzərdə tutulmuş, cavabdeh də öz iddiasında bunu məhz “icarə verənin iddia qaldırmaq hüququ” kimi qeyd etmişdir. Mülki qanunvericilik normalarına görə kirayə haqqının ödənilməsinin gecikdirildiyi halda kirayə müqaviləsini ləğv etmək kirayəyə verənin vəzifəsi deyil, hüququdur. Nümayəndə2 Nümayəndə3 baş etibarnamə verib 1 həftə sonra onu ləğv etdirməsi, habelə 2*15-ci il 15 aprel tarixli icarə müqaviləsinin şərtlərinin ilkin olaraq bağlanmış 2*15-ci il 15 aprel tarixli sazişin şərtlərinə zidd olması, bunun da öz növbəsində başqa əqdi (2*15-ci il 15 aprel tarixli sazişi) pərdələmək məqsədi ilə bağlanan əqd olmasını göstərməsi barədə dəlillər də əsassız olmuşdur.
36. Həmçinin kollegiya hesab etmişdir ki, 7 avtobusun təmirinə çəkilmi ş 83.864 manat xərcin tutulması ilə bağlı "xxxx" Müəssisəsinin tələbləri də təmin oluna bilməzdi. Belə ki, icarə predmeti olan əşyanın müqavilədə razılaşdırılmış tələblərə uyğun olmadığı, həmin uyğunsuzluğun icarəyə verən tərəfindən aradan qaldırılmadığı üçün icarəyə götürənin qüsuru özünün aradan qaldırması və bunun üçün zəruri xərclər çəkməsi sübut olunmalıdır. Lakin, cavabdeh müəssisə bunun təsdiqi barədə də heç bir sübutu təqdim etməmişdir.
37. Gəldiyi nəticəni apellyasiya məhkəməsi MM-in 21.1, 157.2, 34*.2, 4*4.1, 4*4.1, 4*4.2, 567, 598.3, 677.1, 7**.1, 1*96.1, 1*97.1, MPM-in 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
38. Apellyasiya məhkəməsinin qətnaməsindən iddiaçı kassasiya şikayəti verərək onun iddiaçının cavabdehlərə qarşı iddia tələblərinin təmin edilməyən hissədə ləğv, iddiaçının iddia tələbinin tam həcmdə təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
39. MM-in 448, 443, 389-cu maddələri üzrə - iddiaçı ilə cavabdeh arasında bağlanılmış 2*17-ci il 1* aprel tarixli müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə qeydiyyat nişanı və markası göstərilən 12 ədəd avtobus təqdim edilmiş, həmin müqavilədə iddiaçının banka olan kredit və faiz borclarının Nümayəndə3 tərəfindən ödəniləcəyi göstərilmiş, müqaviləni heç bir tərəf hədə-qorxu və digər qanunuz təsir altında bağlamamış, onun şərtlərini qarşılıqlı razılıqla qəbul etmişlər. Müqavilədə göstərilən avtobuslar iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş, cavabdeh həmin avtobusları istismar edərək gəlir əld ə etmiş, lakin banka olan ödənişlər cavabdeh tərəfindən yerinə yetirilməmiş, beləliklə müqavilədən irəli gələn öhdəliklərinin icrasından yayınmışdır. İşə baxan məhkəmə cavabdehə qarşı iddiaçının bu tələblərini yerinə yetirməməklə bir sıra maddi hüquq normalarının tələblərini kobud şəkildə pozmuşdur. Belə ki, məhkəmə 2*12-ci il 24 aprel tarixli kredit müqaviləsinin razılaşma predmeti olmadığını hesab etmişdir. Halbuki, 2*17-ci il 1* aprel tarixli müqavilədə hər hansı kredit müqaviləsindən deyil, ümumiyyətlə kredit borclarından bəhs edilir və cavabdehin üzərinə kredit borcları üzrə ödənişləri yerinə yetirmək vəzifəsi qoyulur. Lakin, məhkəmə işin bu halına düzgün hüquqi qiymət verməmişdir. Bundan əlavə, qətnamədə 5 avtobusun "xxxx" müəssisəsinə və ya Nümayəndə3 verilməsi heç bir mötəbər sübut la təsdiqini tapmadığı qeyd olunmuşdur. Məhkəmənin gəldiyi bu nəticə də tam əsassız və qanunsuz olmuşdur. Belə ki, işdə olan 2*17-ci il 1* aprel tarixli müqavilədən iddiaçının cavabdehə 12 avtobus təhvil verdiyi görünür. Müqavilədə göstərilən 12 avtobusdan 7-nin verilmiş hesab olunması, 5-nin isə verilməmiş hesab edilməsi məntiqə uyğun olmamışdır. Üstəlik, iş materiallarında olan digər sənəd və məhkəmə aktlarından görünür ki, həmin 5 avtobus da cavabdehdə olmuş, cavabdeh həmin avtobuslardan istifadə etmiş, hətta avtobuslar xətdə olarkən onlara dair cərimələr də tətbiq edilmişdir. Bir sözlə, həmin 5 avtobusun da cavabdehdə olması iş materialları ilə tam sübuta yetirilmişdir. Beləliklə, iddiaçı müqavilənin şərtlərinə əməl etmiş, 12 ədəd avtobusu saz vəziyyətdə cavabdehə təhvil vermiş, cavabd eh isə avtobusları qəbul edərək istismar etsə də, öz öhdəliyini yerinə yetirməmişdir.
40. MPM-in 9, 14, 88-ci maddələri üzrə - məhkəmə 12 ədəd avtobusun iddiaçı tərəfindən cavabdehə təhvil verilməsi, avtobusların cavabdehlərin faktiki sahibliyində və istismarında olması, cavabdehin faktiki sahibliyində olarkən avtobuslara görə cərimələrin tətbiq edilməsi faktlarını ümumiyyətlə nəzərə almamış, işin bu hallarının, yəni iddiaçı ilə cavabdehlər arasında real müqavilə münasibətlərinin mövcudluğunun qüvvədə olan məhkəmə aktları ilə öz təsdiqini tapmasına da düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə iş üzrə bütün faktiki halları araşdırmamış, cavabdehlərin iddiaçı qarşısında müqavilə əsasında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsini işin əhəmiyyətli halı kimi nəzərə almamışdır. Halbuki, iddiaçı özünə aid olan saz vəziyyətdə olan avtobusları istismar etmək üçün cavabdehlərə təhvil vermiş, avtobuslara görə banka ödənilməli olan kredit və faiz borclarının cavabdeh Nümayəndə3 tərəfindən ödənilməsi razılaşdırılmışdır. Eləcə də, cavabdeh hər avtobusa görə iddiaçıya hər ay 3** manat icarə haqqı ödəməyi də öhdəsinə götürmüşdür. Cavabdeh üzərinə götürdüyü bu öhdəliklərin heç birini yerinə yetirməmiş, işə baxan məhkəmə cavabdehin müqavilə ilə üzərinə götürdüyü bu öhdəlikləri yerinə yetirməməsinə düzgün hüquqi qiymət verməmişdir. Qətnamədə qeyd olunmuşdur ki, iddiaçı 5 avtobusun verilməsini sübut etməmişdir. Halbuki avtobusların cavabdehlərə verilməsi həm müqavilə ilə, həm də işdə olun digər sübutlarla (məhkəmə aktları ilə) öz təsdiqini tapmışdır. Belə ki, həmin avtobuslar cavabd ehdə olmuş və iddiaçı onları cavabdehdən məhkəmə vasitəsilə geri ala bilmişdir. Beləliklə, məhkəmə MPM-nin 88-ci maddəsinin tələblərini pozmuş, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
41. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
42. MPM-in 4*3 və 416-cı maddələrinin tələblərini və kassasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslığı qismən, yəni İddiaçı MMC-nin iddia tələblərinin təmin edilməyən hissəsində yoxlanılacaqdır.
43. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etmə məsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
44. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında nəzərdə tutulmuşdur: “Maddə
21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın....” “Maddə
157. Mülkiyyətin müdafiəsi... 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən ö z əmlakını geri tələb edə bilər....” “Maddə 34*. Uydurma və yalan əqdlərin etibarsızlığı... 34*.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.” “Maddə 4*4. Müqavilənin təfsiri 4*4.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 4*4.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəfl ərin sonrakı hərəkətləri nəzərə alınır....” “Maddə
567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə
598. Alınmış əşyanın ödənilməsi... 598.3. Əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər....” “Maddə
677. Əşya müqaviləyə uyğun gəlmədikdə kirayəçinin hüquqi müdafiə vasitələri 677.1. Əmlak kirayəsi müqaviləsinin predmeti olan əşyanın bu Məcəllənin 676-cı maddəsinin tələblərinə uyğun gəlməməsi kirayəçiyə aşağıdakı hüquqi müdafiə vasitələrini tətbiq etmək hüququ verir: 677.1.1. əgər müqaviləyə uy ğunsuzluğu nəticəsində əşya məhv olarsa və ya onun müqavilə üzrə müəyyənləşdirilmiş istifadəyə yararlığı azalarsa, əşyanın yararlığının itdiyi müddət üçün kirayəçi kirayə haqqını ödəməkdən azad edilir, onun yararlığının azaldığı müddət üçün isə yalnız kirayə haqqının bir hissəsini ödəməyə borclu olur. Yararlığın əhəmiyyətsiz dərəcədə azalması hesaba alınmır. Yaşayış otağının kirayəsi müqaviləsində kirayəçinin ziyanına olaraq bundan kənaraçıxmaların qüvvəsi yoxdur; 677.1.2. əgər müqaviləyə hər hansı uyğunsuzluq onun bağlandığı məqamda məlum olarsa və ya belə uyğunsuzluq kirayəyə verənin cavabdeh olduğu hansısa hal nəticəsində sonradan əmələ gələrsə və ya kirayəyə verən həmin uyğunsuzluğun aradan qaldırılmasını gecikdirərsə, kirayəçi bu Məcəllənin 677.1.1-ci maddəsinə əlavə olaraq öhdəliyin icra edilməməsi nəticəsində dəyən zərərin əvəzini ödəməyi tələb edə bilər; 677.1.3. bundan savayı, kirayəyə verənin gecikdirməsi halında kirayəçi qüsuru özü aradan qaldıra bilər və çəkdiyi zəruri xərclərin əvəzini ödəməyi tələb edə bilər; 677.1.4. əgər kirayəçi kirayəyə götürdüyü əşyanı tamamilə və ya qismən müqavilə üzrə istifadəyə müəyyənləşdirilmiş müddətdə almırsa və ya əşya ondan götürülürsə və ya əhəmiyyətli dərəcədə pisləşirsə, kirayəyə verən isə gecikdirməyə yol verirsə, kirayəçi xəbərdarlıq müddətini gözləmədən müqaviləni ləğv edə bilər. İstifadəyə əhəmiyyətsiz maneə və ya istifadədən məhrumetmə nəticəsində müqavilənin ləğvinə yalnız o halda yol verilir ki, kirayəçinin xüsusi mənafeləri buna haqq qazandırsın. Əgər kirayəyə verən əşyanı vaxtında istifadəyə verdiyinə və ya qüsuru mü əyyənləşdirilmiş müddət bitənədək aradan qaldırdığına əsaslanaraq müqavilənin ləğvinə yol verilə bilməsi barədə mübahisə edirsə, o bunları sübut etməlidir. Yaşayış otağının kirayəsi üzrə hüquq münasibətlərində müqaviləni ləğv etmək hüququnu istisna edən və ya məhdudlaşdıran razılaşmanın qüvvəsi yoxdur....” “Maddə 7**. İcarə müqaviləsi 7**.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur....” “Maddə 1*96. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1*96.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən b aşqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir)....” “Maddə 1*97. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1*97.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər....”
45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutlar ı araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
78. Sübutların təqdim edilməsi və tələb olunması 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsasla r məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın....” “Maddə 8*. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
46. MPM-in 416-cı maddəsinə əsasə n kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır.
47. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.
48. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən ilk öncə nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həd dində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1ci maddəsi). 49. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 42*-ci maddəsinin şərh edilməsinə dair” 2*12-ci il 28 fevral tarixli Qərarı).
50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur.
51. Kassasiya şikayətinin hazırki qərarın § 39-da göstərilən dəlillərinə dair kollegiya qeyd edir ki, işin faktiki hallarını araşdıran apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin hallar üzrə kifayət qədər qiymətləndirilmə aparılmışdır. Kollegiy a həmin dəlillərə münasibətdə apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır (bax yuxarıda § 26-27).
52. Belə ki, işin faktiki hallarını araşdıran apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, İddiaçı MMC ilə "xxxx" Müəssisəsi arasında bağlanmış 2*15-ci il 15 aprel tarixli sazişdə yalnız 3 ədəd (2*12-ci il 21 fevral, 2*12-ci il 1 may və 2*13-cü il 23 aprel tarixli) kredit müqaviləsi üzrə ödənişlərin həyata keçirilməsi müqabilində avtobusların mülkiyyətə keçirilməsi razılaşdırılmış, tərəflər arasında bağlanmış 2*12-ci il 24 aprel tarixli kredit müqaviləsi 2*15-ci il 15 aprel tarixli sazişin predmeti olmamışdır.
53. Eyni zamanda məhkəmə tər əfindən müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Nümayəndə3 arasında imzalanmış 2*17-ci il 1* aprel tarixli icarə müqaviləsi üzrə müqavilə şərtlərinə əsasən sonuncuya 12 ədəd avtobusun icarəyə verilməsi razılaşdırılmışdır. Onlardan 7-sinin (1*-TG-911, 1*TG-912, 1*-TG-913, 1*-TG-737, 1*-TG-738, 1*-TG-*17, 1*TG-*15 dövlət qeydiyyat nişanlı) Nümayəndə3 direktoru olduğu "xxxx" Müəssisəsinin istifadəsinə verilməsi işin mübahisəsiz halıdır. Qalan 5 avtobusun həmin müəssisə və ya Nümayəndə3 istifadəsinə verilməsi isə heç bir mötəbər sübutla təsdiqlənmir. Çünki sonuncu qalan 5 ədəd avtobusun ona verilmədiyini bildirir. Eyni zamanda İddiaçı MMC də bunu təsdiq edən heç bir sübutu aşağı instansiya məhkəmələrinə təqdim etməmiş və MPM-in 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yeti rə bilməmişdir.
54. Bundan əlavə kassasiya şikayətində “5 avtobus cavabdehdə olmuş və iddiaçı onları cavabdehdən məhkəmə vasitəsilə geri ala bilmişdir”-lə bağlı qeyd olunan dəlillər də əsassızdır.
55. Belə ki, iş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2*22-ci il 14 iyul 2-2(1*3)-5/2*22 nömrəli qərardadı ilə müvəqqəti təminat tədbirinin ləğv edilməsi barədə İddiaçı MMC tərəfindən verilmiş ərizə təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2*18-ci il 11 dekabr tarixli 2-2(1*3)-922/2*18 nömrəli qərardadı ilə seçilmiş müvəqqəti təminat tədbiri ləğv olunmuş və İddiaçı MMC-nin mülkiyyətində olan beş ədəd “İSUZİ SAZ NP 37” avtobus markalı 1*-TG-911, 1*-TG-912, 1*-TG-913, 1*-TG-737 və 1*-TG-738 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərinə qoyulmuş həbs götürülmüşdür.
56. Dövlət qeydiyyat nişanlarından da göründüyü kimi iddiaçı 5 avtobusun məhz cavabdehdə olması, sonradan məhkəmə vasitəsilə onları geri aldığını bildirsə də, işin hallarından görünür ki, həmin 5 avtobus, 2*17-ci il 1* aprel tarixli icarə müqaviləsinə əsasən Nümayəndə3 verilməli olan 5 avtobus deyil, məhz ilkin olaraq 2*15-ci il 15 aprel tarixli icarə müqaviləsi əsasında "xxxx" Müəssisəsinə verilmiş 7 avtobusun tərkibinə aid olan 5 avtobusdur.
57. Həmçinin apellyasiya instansiyası məhkəməsi cavabdeh "xxxx" Müəssisəsinin ödəməli olduğu kredit borcunun məbləğini qanuni qüvvəyə minmiş və hazırki iş üzrə preyudisial əhəmiyyət kəsb edən məhkəmə qərarlarına 2*15-ci il 15 aprel tarixli saziş çərçivəsində hüquqi qiymət verməklə müəyyən etmişdir. Belə olan halda isə öd ənilməli olan kredit borcunun apellyasiya instansiyası məhkəməsinin də müəyyən etdiyi məbləğdən artıq olması qənaətinə gəlmək üçün hər hansı əsas olmamışdır.
58. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi 2.52* manat məbləğində ödənilməmiş cərimə (MMX) borcu və ödənişin gününə həmin cərimələrə görə hesablanmış dəbbə pulunun cavabdeh Nümayəndə3 alınaraq iddiaçıya ödənilməsi, o cümlədən avtobusların təmir etdirilib saz vəziyyətə gətirilməsi üçün tələb olunan 2*.*** manat məbləğində pul vəsaitinin Nümayəndə3 alınaraq iddiaçıya ödənilməsi hissəsində də iddia tələblərinə müfəssəl hüquqi qiymət vermişdir.
59. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi işdə olan sübutlar əsasında hüquqi qiymətləndirməni mülki prosessual qanunvericiliyin tələblərinə əsasən düzgün aparmışdır.
60. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir.
61. Şərh olunanları və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kolleg iyasının 2*23-cü il 8 sentyabr tarixli 2-2(1*3)-2/2*23 nömrəli qətnaməsi İddiaçı MMC-nin iddia tələblərinin təmin edilməyən hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.