Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-59/2025 14.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRAR Açar sözlər: Borc müqaviləsi, borcun qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 3 oktyabr tarixli 2-2(103)-890/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İ. İŞİN HALLARİ
1. Bakı şəhəri Yasamal RPİ 28-ci PB -nin təhqiqatçısı, polis kapitanı N.Bayramlının 2023-cü il 12 fevral tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarına əsasən, İddiaçı hazırkı iş üzrə iddia ərizəsində qeyd etdiyi xüsusatlarla bağlı HK1-249 saylı material toplanaraq, həm ərizəçinin, həm barəsində şikayət edilən Cavabdeh Oqtay oğlunun izahatları alınmışdır. Cavabdeh Oqtay oğlu izahatında etiraf etmişdir ki, onun İddiaçı 23500 manat borcu qalmışdır. Həmin borcun əvəzinə eyni dəyərdə mal (ayaqqabı, geyim) almasını iddiaçıya təklif etmiş, lakin iddiaçı həmin təkliflə razılaşmayaraq borc verdiyi pulun qalıq hissəsinin ödənilməsini tələb etmişdir. İmkan olduqca borcu hissə-hissə qaytaracaqdır. Vaxtla bağlı yalançı çıxmasın deyə, dəqiq vaxtı söyləyə bilməyəcəkdir. Amin işdən ayrıldıqdan sonra əldə etdiyi qazancı başqa satıcılardan götürüb satdığı mallar hesabına əldə etdiyindən, həmin qazancın Aminə heç bir aidiyyəti yoxdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı (bundan sonra – “iddiaçı”) Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 23000 manat pul vəsaitinin, 8000 manat əldən çıxmış faydanın və ödənilmiş 183 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh ilə ortaq tanışları olan Vüsal adlı şəxsin vasitəsilə tanış olmuşdur. Cavabdehin “Binə” Ticarət Mərkəzində xırda ticarətlə məşğul olması barədə məlumat verilmişdir. Vüsal pandemiya vaxtı ticarətin zəif olması və işlərini yen idən qaydaya salması üçün cavabdehə pul lazım olduğunu bildirmişdir. Cavabdeh ilə tanış olduqları vaxt sonuncu ona 2021-ci ilin yanvar ayının əvvəli üçün 20000 manat pul lazım olduğunu bildirmiş, bundan sonra o, 2021-ci ilin yanvar ayının 5-8 tarixlərində cavabdehə 8000 manat pul vəsaitini vermişdir. Həmin vaxt cavabdeh yenidən ona əlavə pul vəsaiti olsa, xammalı Türkiyədən gətirib Bakıda Asim adlı şəxsin ayaqqabı istehsalı sexində sonrakı sezon ayaqqabılarını qabaqcadan sifariş verməklə, həmçinin verdiyi puldan 3 dəfə artıq ayaqqabı ala biləcəyini, bazara nə qədər tez girsələr, daha çox qazanc əldə etmək imkanı olduğunu bildirmiş və qazancın yarısını ona verəcəyini demişdir. İddiaçı ümumilikdə 48000 manat pul vəsaitini 2021-ci ilin mart ayının əvvəlinə qədər cavabdehə vermişdir. Həmin ili n yanvar ayının sonlarından etibarən özü şəxsən “Binə” bazarında yerləşən dükana getməyə başlamışdır. Burada mühasibatlığın qaydası ilə aparılmadığını, qalıq malların hesabatının aparılmadığını cavabdehə irad tutmuşdur. O da “burda hamı belə işləyir, biz də həmişə belə işləmişik, indiyədək heç bir problem olmayıb” deyərək cavab vermişdir. Birinci dəfə cavabdeh ona 2000 manat pul vəsaiti qazanc olduğunu bildirmiş və yarısını ona vermişdir. Sonradan ayaqqabı işi zəif olduğundan uşaq paltarı da gətirməyi qərara alaraq, Türkiyədən sifariş vermişlər. Beləliklə, 2021-ci ilin mart ayında ilk mövsümün sonunda ona daha 1000 manat qazanc vermişdir. Lakin iddiaçı qalıq malın hesabatını tələb etmiş və birlikdə qalıq malı çıxarmışlar. Qazancdan çox qalıq mal qaldığından onların bu pulu qazanc kimi götü rmək ixtiyarları olmadığını və belə olduğu halda mayadan sərf etdiklərini bildirmişdir. Cavabdeh isə demişdir ki, vaxtı gələndə qalıq mal da satılacaq, onlar belə işləyirlər, narahat olmasın. Həmin ilin mart ayında ailə qurduğu və avtomobilini satdığı üçün daha “Binə” Ticarət Mərkəzinə gedə bilməmişdir. Həmin vaxt yeni avtomobil sifariş etdiyi üçün 2000 manat pul vəsaitini cavabdehdən götürmüşdür. İyul ayına qədər cavabdeh ona 6000 manat pul vəsaitini qazanc kimi vermişdir. Həmçinin özü də bərabər qazanc götürmüşdür. İddiaçı həmin vaxt da qalıq malların qazancdan 2 dəfə artıq qaldığını öyrənəndə belə ticarətin düzgün olmadığını, onların qazanc adı ilə götürdükləri pulun əslində onun verdiyi mayadan olduğunu irad tutmuş və bu işdən çıxmaq istədiyini bildirmişdir. Aralarında xeyli mübahisə lər olmuş və cavabdeh sentyabr ayında məktəbli sezonunda onun pulunu tam qaytaracağını vəd vermişdir. Beləliklə, 2021-ci ilin setyabr ayının ortalarına qədər cavabdeh ona mayasından 22000 manat pul vəsaitini qaytarmışdır. Sentyabr ayının sonunda nə qədər satış olduğunu öyrənmək istəmiş, lakin cavabdeh ona hesab-kitabı verməkdən boyun qaçırmışdır. İddiaçı müstəqil maliyyə eksperti tutmuş və məlum olmuşdur ki, məktəbli sezonunda satışdan 16000 manat qazanc qalıb və ümumilikdə 21000 manatlıq qalıq mal qalmışdır. Cavabdeh iddiaçıya nə qazancın yarısını, nə də mayasının geridə qalan hissəsini verməmişdir. 10 nəfərin iştirakı ilə uzun sürən mübahisədən sonra Vüsal və cavabdeh qazancı bölməyəcəyini, mayanın geridə qalan hissəsini, yəni 23000 manat pul vəsaitini və qazancın müəyyən hissəsini 1 ild ən sonra 2022-ci ilin sentyabr ayı qaytaracağına söz vermişdir. Bu günə qədər Vüsal və cavabdeh iddiaçıya nə mayasından, nə də qazancdan pul qaytarmamışlar.
4. Cavabdeh iddiaya qarşı etiraz təqdim edərək bildirmişdir ki, iddia əsassız və qanunsuz olmaqla, heç bir mötəbər və təkzibolunmaz sübutla sübuta yetirilmədiyindən rədd olunmalıdır. Cavabdeh ibtidai araşdırma orqanına verdiyi ifadəsində hazırkı mübahisə ilə bağlı aşağıdakıları bildirmişdir: “cavabdeh bildirmişdir ki, 2020-ci ilin fevral ayında yeznəsi Vüsal Astanov ona Amin adlı tanışı olduğunu və hər hansı bir işlə məşğul olmaq üçün əlində pulu olduğunu bildirmişdir. Ona iddiaçı ilə görüşüb danışmağı və şərikli iş görməyi məsləhət görmüşdür. Onlar görüşmüş və iddiaçı ilə şərikli iş görməyi qərara almışlar. İddiaçının ona verəcəyi pul əsasında 2 qat artıq mal sifariş verməyə razılaşmışlar. Şərtləri də yarı yolda nə iddiaçının pulu tələb etməyəcəyi, nə də onun iddiaçını işdən uzaqlaşdırmamağı olmuşdur. Xeyirə və ziyana da şərik olmağı aralarında razılaşdırmışlar. İddiaçı işə ümumilikdə 45500 manat pul vəsaiti qoymuşdur. Cavabdeh isə heç bir məbləğ qoymamışdır. Həmin pulun qarşılığında Türkiyə Respublikasından və burada Qudrət adlı şəxsdən ümumilikdə 100000 manatdan artıq hazır geyim və xammal sifariş vermişlər. 5 ayın tamamında 13000 manat xeyir olmuşdur. Yarı-yarı, yəni hər birinə 6500 manat olmaqla iddiaçı ilə bölmüşlər. Daha sonra iddiaçı danışdıqları şərti pozaraq yeni avtomobil aldığını və onun pulunu verməli olduğunu deyərək pulunun hamısını geri tələb etmişdir. İşin düz getməməsini deməsi bəhanə olmuşdur. İddiaçı ya hissə-hissə olmaqla, 22000 manatı vermiş və geri qalan özünə saydırıb yığdırdığı 23500 manat dəyərində qalıq malı artıq işin davam edə bilməyəcəyinə görə təhvil alıb aparmasını təklif etmişdir. İddiaçı isə malı götürüb aparmaqdan imtina etmiş və malın dəyəri olan 23500 manatı tələb etmişdir. Cavabdeh də 2021-ci ilin təxminən sentyabr-oktyabr aylarında həmin qalıq malları satıb iddiaçının pulunu vermək məqsədilə Tovuz rayonunda 1 mağaza, Sabunçu rayonu Bakıxanov qəsəbəsində 1 mağaza, Abşeron rayonu Mehdiabad qəsəbəsində 1 mağaza, Nəsimi rayonu, M.Əcəmidə 1 mağaza, Gəncə şəhərində 1 mağaza olmaqla, mağazalara paylamışdır. Lakin bu günə kimi satış edə bilmədiklərinə görə həmin mağazalardan 1 manat da olsa, xeyir götürməmişdir”. Bundan əlavə, iddiaçının cavabdehə verdiyi 45500 manat vəsaiti o, Türkiyə Respublikasında mal göndərən şəxsə ödəmiş, 45500 hissəsini nağd, yerdə qalan hissəsini isə nisyə formada almışdır. Ümumilikdə, Türkiyə Respublikasından təxminən 100000 manat məbləğində mal alınmışdır. O, nisyə aldığı malların pulunu hissə-hissə verərək, daimi olaraq ordan mal gəlməsini təmin etməyə çalışmışdır. Belə ki, malların burada satışından əldə etdiyi gəlirdən həm iddiaçıya xeyir vermiş, həm də Türkiyəyə malların pulunu göndərmişdir. Lakin iddiaçının birtərəfli qaydada biznes şərikliyini dayandırıb, pulu geri tələb etməsi nəticəsində bu biznes alınmamış, həmçinin Türkiyə Respublikasından mal göndərən şəxsə pul ödənilmədiyindən malların ardı gəlməmiş və cavabdehin Türkiyədən mal göndərən şəxslərə 20000 manatdan çox borcu qalmışdır.
5. Bakı Kommersiya Məhkəməsinin 2024-c ü il 21 may tarixli, 2-2(113)-1976/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehdən 23000 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 135,80 manat olmaqla, cəmi 23135,80 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmuş, iddia qalan hissədə təmin edilməmişdir (hakim Z.Axundova).
6. Məhkəmə §1-də göstərilən qərara istinadən bildirmişdir ki, iddiaçı verdiyi izahatda cavabdehin qalıq 23000 manat pul vəsaitini 2022-ci ilin sentyabr ayında qaytaracaqğına söz verdiyini, cavabdeh isə verdiyi izahatında qalıq 23500 manatı hissə-hissə iddiaçıya qaytarmağı öz öhdəsinə götürdüyünü bildirmişdir.
7. Qeyd olunanlara əsasən məhkəmə cavabdehin iddiaçı ilə aralarında olan razılaşmaya əsasən öhdəliyini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab etmişdir ki, iddia həmin hissədə əsaslı olduğundan təmin olunmalı, cavabdehdən 23000 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir.
8. Məhkəmə həmçinin cavabdehin etirazını əsassız sayaraq bildirmişdir ki, tərəflər şifahi qaydada iradə ifadə edərək, öz aralarında razılaşaraq yeni öhdəlik müəyyən etmiş və cavabdehin öhdəliyi qalıq məbləğin qaytarılmasından ibarət olmuşdur. Ona görə də cavabdehin hazırkı etirazı əsaslı sayıla bilməz.
9. Bundan əlavə, iddiaçı cavabdehdən 8000 manat əldən çıxmış faydanın tutulmasını xahiş etsə də, lakin iddianın həmin hissəsi ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən iddia həmin hissədə təmin olunmamalıdır.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllə sinin (bundan sonra – “MM”) 385.1, 386.1, 390.1, 390.5, 442, 448.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 76.1, 77, 107, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
11. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiya məhkəməsindəki icraat
12. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 3 oktyabr tarixli 2-2(103)-890/2024 nömrəli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – Z.Şirinov, hakimlər – V.Sadıqov, C.Hüseyn).
13. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq bildirmişdir ki, cavabdeh cinayət təqibi orqanına verdiyi izahatında iddiaçıya borcunun olmasını və qaytarılması ilə bağlı öhdəliyinin olmasını etiraf etmişdir. Onun bu mövqeyi şikayətdə birgə ticarətlə bağlı mövqeyindən fərqlənir. Cavabdeh şikayətdə kimin təqsiri üzündən əməkdaşlığın pozulmasının, şərtin kim tərəfindən pozulmasının müəyyən edilməsinin zəruriliyini qeyd etmişdir. Halbuki cavabdeh verdiyi izahatında borcunun olmasını, hətta hissə-hissə qaytaracağına dair öhdəlik götürdüyünü nəzərə almamışdır.
14. Apellyasiya instansiya məhkəməsi mövqeyini MM-in 427.3, 442, 443.1, 739.1, 882ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
15. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiya mə hkəməsinin qətnaməsinin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ c) Kassasiya şikayətinin dəlilləri:
16. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsi üzrə - hazırkı iş üzrə məhkəmənin qəbul etdiyi qətnamədə qeyd etdiyi dəlillər, gəldiyi nəticə ədalətli və düzgün deyil, məhkəmə tələbin hüquqi əsasını dəyişmiş, qərəzsizlik prinsipini pozmuş, xəyali müqavilə yaratmış, tətbiq edilməməli olan normanı tətbiq etmişdir.
17. Cavabdeh MM-in 324, 389, 418.1-cu maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə” 2021-ci il 12 aprel tarixli, “Ə.İbrahimovun şikayəti üzrə” 2004-cü il 12 aprel tarixli və “T.Qasımovanın şikayəti üzrə” 2020-ci il 1 dekabr tarixli Qərarlarına, Azərbaycan Respublikası Ali Məhkəmə si Plenumunun 2005-ci il 24 noyabr tarixli “Məhkəmə qətnaməsi haqda” Qərarına istinad etmiş və bildirmişdir ki, məhkəmənin müəyyən edilmiş hesab etdiyi hallar (tərəflər arasında borc müqaviləsinin mövcud olmasına dair gəldiyi nəticə) heç bir faktla və ya sübutla təsdiq edilməmişdir. Əksinə işin halları və iş materiallarında olan sənədlər bu nəticənin əksini göstərmişdir. Belə ki, iddiaçı və cavabdeh ilkin araşdırma zamanı, eləcə də, məhkəməyə müraciət edən zaman tərəflər arasında münasibətlərin şifahi birgə əməkdaşlıq müqaviləsinə uyğun olaraq yarandığı, əldə olunmuş razılığa əsasən davam etdiyi, lakin sonradan iddiaçının müxtəlif bəhanələrlə biznesin inkşafına qoymuş olduğu sərmayəni tam olaraq tələb etməsi işin mübahisəsiz halıdır. d) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kas sasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. İİ. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. İş üzrə cavabdeh tərəfindən apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
20. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətlənd irilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: Maddə
427. Öhdəliyin icrası müddəti... 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etmə yən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə
739. Borc müqaviləsinin anlayışı və forması 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür....” “Maddə
882. Mövcud borcun etirafı haqqında mücərrəd müqavilə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. 882.2. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. 882.3. Bu zaman bu Məcəllənin 881.5-ci maddəsi tətbiq olunur. 882.4. Bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafi q surətdə tətbiq edilir. 882.5. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir.”
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcada n müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. Kassasiya şikayətində qeyd olunan dəlillərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.
25. Kollegiya, həmçinin bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. 26. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qi ymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).
27. Qeyd e dilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya məhkəməsi iş materiallarında olan sübutlar əsasında hüquqi qiymətləndirməni qanunvericiliyin tələblərinə əsasən düzgün aparmış və qanunvericiliyin müddəalarını işin hallarına münasibətdə düzgün tətbiq etmiş, cavabdehin kassasiya şikayətində göstərilən dəlillər isə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir.
28. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024 -cü il 3 oktyabr tarixli 22(103)-890/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.