Məhkəmə qərarları › İş №2-2(102)-590/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-590/2024

20.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İca
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-590/2024 20.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: icarə müqaviləsi, torpaq icarə haqqı Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh ASC-yə qarşı “icarə müqaviləsi üzrə borc” tələbinə dair kommersiya mübahisəsi üzr ə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 11 iyun tarixli 2-2(103)-574/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh ASC arasında özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında 2021-ci il 30 iyun tarixli 542 nömrəli müqavilə (bundan sonra – “Müqavilə”) bağlanmışdır.

2. Həmin müqavilənin: - 1.1-ci bəndinə əsasən icarəyə verənin icarəyə verdiyi Bakı şəhəri, Qaradağ rayonu, Qaradağ stansiyası ünvanındakı əmlak kompleksinin yerləşdiyi 2747 7,1 m2 torpaq sahəsi icarəçi tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə qəbul edilir. - 1.2-ci bəndinə əsasən torpaq sahəsinin təyinatı, planı, ölçüləri və sərhədləri müqavilənin ayrılmaz hissəsi hesab edilən müvafiq sərəncam, baş plan, texniki pasport və ya inşaat pasportunda göstərilir. İcarəçi qeyd olunan sənədlərdə göstərilən torpaq sahəsinin sərhədlərini və ölçülərini özbaşına dəyişdirə bilməz. - 3.1-ci bəndinə əsasən bu müqavilə üzrə icarə haqqı aşağıdakı qaydada hesablanır: torpaq sahəsinin illik icarə haqqı 32.400 manat; aylıq icarə haqqı 2.700 manat. - 4.1-ci bəndinə əsasən icarə müddəti 2021-ci il 30 iyun tarixindən 2023-cü il 30 iyun tarixinədək müəyyən edilir. - 4.2-ci bəndinə əsasən müqavilənin müddətinin başa çatmasından 1 ay əvvəl onun uzadılması haqqında icarəç i tərəfindən yazılı bildiriş təqdim edilmədikdə icarəyəverən tərəfindən müqaviləyə xitam verilə bilər. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra – “iddiaçı”) 2023-cü il 20 noyabr tarixində Cavabdeh ASC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi və sonradan “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən Müqavilə üzrə dövlət büdcəsinə 2023cü il 31 dekabr tarixinə yaranmış 50.550 manat məbləğində vəsaitin iddiaçının hesabına köçürülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanılmış Müqaviləyə əsasən Bakı şəhəri, Qaradağ rayonu, Qarad ağ stansiyası ünvanında yerləşən dövlət mülkiyyətində olan 27.477,1 m2 torpaq sahəsi cavabdehin icarəsinə verilmişdir. Həmin müqavilənin şərtlərinə əsasən cavabdeh öz üzərinə icarə haqqının vaxtında və tam həcmdə ödənilməsi vəzifəsini götürsə də, müqavilənin şərtinə əməl olunmamış, cavabdeh tərəfindən ötən müddət ərzində icarə obyektindən istifadə edilməsinə baxmayaraq, icarə haqqı ödənilməmiş və bununla da “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinin tələbləri pozulmuşdur.

5. Cavabdeh iddiaya etiraz edərək Müqavilənin şərtlərini qeyd etmiş (bax §§1-2), əlavə olaraq bildirmişdir ki, cavabdehin şəxsi hesab vərəqəsindən görünmüşdür ki, 2021-ci il 30 iyun tarixindən 2022-ci il 30 mart tarixinədək 9 ay üzrə 30.540 manat icarə haqqı ödənilmişdir. İcarə müqaviləsi nin qüvvədə olduğu 2 il üzrə ödənilməli olan icarə haqqının cəmi məbləği 64.800 manat təşkil edir, həmin məbləğdən də ödənilmiş 30.540 manat məbləğ çıxıldıqda ödənilməmiş icarə haqqının məbləği 34.260 manat təşkil edir. Lakin iddiaçı hazırkı iddia ilə cavabdehdən 2023-cü il 30 iyun tarixindən sonrakı dövrlər üzrə də icarə haqqı məbləğinin ödənilməsini tələb edir ki, bu da qanunsuzdur. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, 2022-ci il 4 fevral tarixli çıxarışa əsasən Bakı şəhəri, Qaradağ rayonu, ünvan 2 ünvanında yerləşən 3.665 kvadratmetrlik əmlak kompleksi cavabdehin mülkiyyətindədir. Qeyd edilən əmlak kompleksi sözügedən 27.477,1 m2 torpaq sahəsinin hüdudları daxilində yerləşir. Müəssisə tərəfindən “İcarə haqqında” Qanunun 13.5-ci maddəsinə əsasən müqavilənin predmeti olan torpaq sahəsinin müqaviləyə xitam verilərək özəlləşdirilməsi üçün 2023-cü il 1 iyun tarixində cavabdeh iddiaçıya məktub ünvanlanmışdır. İddiaçı cavab məktubunda qeyd edilən torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində alqı-satqısı zamanı təşəkkül tapan bazar dəyərinin 2.198.168 manat təşkil etməsini bildirməklə, faktiki olaraq özəlləşdirmədən imtina etmişdir. Belə ki, iddiaçı tərəfindən faktiki olaraq üzərinə düşən vəzifə icra edilmədən, əsassız olaraq qeyd olunan torpaq sahəsinin özəlləşdirilmə dəyərinin 2.198.168 manat olması, yəni 1 sotunun 8.000 manat olması qənaətinə gəlinərək, torpağın bazar dəyəri ilə uzlaşmayan qiymət təklif edilmişdir. Cavabdeh tərəfindən özəlləşdirmə barədə müəssisəyə ünvanlanmış təklif Azərbaycan Respublik ası Nazirlər Kabinetinin 1998-ci il 27 aprel tarixli 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında” Əsasnaməyə və “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun tələblərinə zidd olmuşdur. Belə ki, “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 5-ci maddəsinə dövlət əmlakının dəyəri özəlləşdirilmə və ya etimadlı idarəetməyə verilmə məqsədilə müəyyən edildikdə məcburi qiymətləndirmə aparılmalıdır. Bu halda Qanunun 6-ci maddəsinə əsasən qiymətəndirici təşkilatla müqavilə bağlanılmalıdır. Qiymətləndirci təşkilat tərəfindən qiymətləndirmə obyektinə dair hesabat tərtib edilməlidir. Məktubda bazar dəyərinə istinad edilm əklə qiymət müəyyən edildiyi bildirilmişdir. Mövcud mübahisə predmeti olan torpaq sahəsi Qaradağ rayonu ərazisində Qaradağ rayonu, Salyan şossesi, 29-cu km ünvanında əsas magistral yoldan sağ istiqamətində daş karxanalarına gedən yolun üzərində olmaqla, təxminən 3-4 km məsafədə yerləşir. Həmin torpaq sahəsinin asfalt yolu, qaz və su xətti mövcud deyildir, işıq xətti isə sənaye təyinatlı deyildir. Ətraf ərazidə mülkiyyət sənədi olmayaq torpaq sahəsinin 1 sotu 1000-1200 manat ətrafinda satılır. İcarə predmeti olan 27477,1 m2 torpaq sahəsinin cəmi 3665 kvadratmetrlik hissəsində (36.6 sot) müəssisəyə məxsus əmlak kompleksi yerləşir. Qalan 23812,1 m2 sahə (238.1 sot) hissə boş torpaq sahəsindən ibarətdir və müəssisə tərəfindən istifadə olunmur. Müəyyən edilmiş məbləğin çox yüksək olması səbəbin dən cavabdeh tərəfindən 2023-cü il 1 avqust tarixində Bakı şəhəri, Qaradağ rayonu, Qaradağ stansiyası ünvanında yerləşən 27477,1 m2 torpaq sahəsinin bazar dəyəri nəzərə alınmaqla, qanunvericiliyin tələblərinə uyğun olaraq satılması öhdəliyinin cavabdeh iddiaçının üzərinə qoyulması barədə qərar qəbul edilməsi tələbi ilə Bakı İnzibati Məhkəməsində iddia qaldırılmışdır. Hazırda həmin iddia üzrə məhkəmə araşdırması davam edir.

6. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 1 fevral tarixli e-2-2(113)-539/2024 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin olunması qət edilmişdir (hakim – Z.Axundova).

7. Məhkəmənin mövqeyi onunla əsaslandırılmışdır ki, cavabdehin özünün istinad etdiyi qanunvericilik normalarından da göründüyü kimi, torpaq icarəsinin müddətləri tərəflərin razılığı ilə müəyyən edilir və onlar qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanan müqavilədə təsbit olunur, icarənin müddətləri müqavilə ilə müəyyənləşdirilir, müqavilənin müddəti qurtardıqdan sonra ona xitam vermək və ya onu dəyişdirmək haqqında tərəflərdən birinin ərizəsi olmadıqda o, müqavilədə nəzərdə tutulmuş eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. Müqavilə yeni müddət üçün uzadılarkən onun şərtləri tərəflərin razılığı ilə dəyişdirilə bilər.

8. Tərəflər arasında bağlanmış Müqavilənin 4.1-ci bəndinə əsasən icarə müddəti 2021ci il 30 iyun tarixindən 2023-cü il 30 iyun tarixinədək müəyyən edilir; 4.2-ci bəndinə əsasən müqavilənin müddətinin başa çatmasından 1 ay əvvəl onun uzadılması haqqında icarəçi tərəfindən yazılı bildiriş təqdim edilmədikdə icarəyəverən tərəfindən müqaviləyə xitam verilə bilər.

9. Müqavilə şərtlərindən göründüyü kimi, müqavilə müddətinin başa çatmasından 1 ay əvvəl onun uzadılması haqqında icarəçi tərəfindən yazılı bildiriş təqdim edilmədikdə müqaviləyə xitam verib-verməmək iddiaçının vəzifəsi kimi yox, hüququ kimi təsbit edilmişdir. İddiaçı tərəfindən isə müqaviləyə xitam verilməmişdir. Eləcə də, icarə predmeti də cavabdehin icarəsində olmuşdur. Ona görə də məhkəmə cavabdehin etirazını əsassız hesab etmişdir.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 386.1, 442, 448.1, 700.1, 700.2-ci maddələrinə; “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13, 23-cü maddələrinə; “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 5-ci bəndinə, 13-cü maddəsi nin 5-ci bəndinə istinad etməklə əsaslandırmışdır.

11. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin qismən ləğv olunması və iddia tələbinin 16.290 manat hissədə rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 11 iyun tarixli 2-2(103)-574/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən – R.Qurbanov, hakimlər – V. Baxışova və Z.Şirinov).

13. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işin mübahisəli halı icarə haqlarının ödənilməsi ilə bağlıdır və bu halı sübut etmək vəzifəsi cavabdehə aiddir.

14. Belə ki, cavabdehə məxsus şəxsi hesab v ərəqəsindən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən tələb olunan müddət üzrə, yəni 2021-ci il 30 iyun tarixindən 2023-cü il 31 dekabr tarixinədək ödənilməli olan cəmi icarə haqqının məbləği 81.090 manat, cavabdeh tərəfindən ödənilən cəmi məbləği isə 30.540 manat təşkil edir. Beləliklə, müəyyən edilmişdir ki, ödənilməli olan cəmi icarə haqqı 50.550 manat təşkil edir (81.090 – 30.540 = 50.550).

15. Bundan başqa, cavabdeh icarə münasibətlərinin hansı tarixə qədər davam etməsini mübahisələndirmişdir.

16. Bununla bağlı kollegiya qeyd etmişdir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinin 4.2-ci bəndinə əsasən müqavilənin müddətinin başa çatmasından 1 ay əvvəl onun uzadılması haqqında icarəçi tərəfindən yazılı bildiriş təqdim edilmədikdə icarəyəverən tərəfindən müqaviləyə xitam verilə bi lər. Müqavilə şərtlərindən göründüyü kimi, müqavilə müddətinin başa çatmasından 1 ay əvvəl onun uzadılması haqqında icarəçi tərəfindən yazılı bildiriş təqdim edilmədikdə müqaviləyə xitam verib-verməmək iddiaçının vəzifəsi kimi yox, hüququ kimi təsbit edilmişdir. İddiaçı tərəfindən müqaviləyə xitam verilməmiş, cavabdeh də torpaq sahəsindən faktiki istifadə etməyi davam etmiş və hazırda da istifadə edir.

17. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası bildirmişdir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 185.1ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Odur ki, cavabdehin n ümayəndəsi səhhətində yaranmış problemlə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirsə də, bununla bağlı sübutları təqdim etməmiş və MPM-in 77.1-ci maddəsi ilə üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir. Bu səbəbdən məhkəmə düzgün olaraq MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

18. Bundan əlavə, qeyd olunmuşdur ki, cavabdehin icarəsinə verilmiş torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı tərəflər arasında yaranmış mübahisə hazırkı mübahisənin predmetinə aid deyil. Yuxarıda qeyd edildiyi kimi iddiaçı icarə müqaviləsinin 4.2-ci bəndində müəyyən edilən hüququndan istifadə etməmiş və müqaviləyə xitam verməmiş, cavabdeh də hazıra kimi torpaq sahəsindən faktiki istifadə edir. Belə olan halda isə cavabdehin icarəsinə verilmiş torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı tərəflər arasında mübahisə yaransa da, hazıra kimi tərəflər arasında icarə münasibətləri davam edir.

19. Belə olan halda kollegiya hesab etmişdir ki, cavabdehin dəlilləri əsassız, birinci instansiya məhkəməsinin qətnaməsi isə işin hallarına uyğun və düzgündür.

20. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni birinci instansiya məhkəməsinin istinad etdiyi maddələrə (bax §10), həmçinin MM-in 706.4-cü maddəsinə; MPM-in 77.1, 119.1, 185.1, 185.5-ci maddələrinə istinad etməklə əsaslandırmışdır

21. Cavabdeh kassasiya şikayəti verərək həmin qətnamənin qismən ləğv edilməsi və iddia tələbinin 16.290 manat hissədə rədd edilməsi barədə qətnamə qəbul olunmasını xaiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etira zın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. MM-in 719.1-ci maddəsi, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi; “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 12, 13.5-ci maddələri üzrə - İcarənin müddətləri müqavilə ilə müəyyənləşdirilir. Qeyd olunan müqavilə üzrə icarə münasibətləri 2023-cü il 30 iyun tarixində başa çatdığı halda, apellyasiya məhkəməsi MM-in 719.1-ci maddəsinin tələbinə zidd olaraq, 2023-cü il 31 dekabr tarixinədək olan icarə haqqı məbləğinin ödənilməsi qənaətinə gəlmişdir.

23. MM-in 700.1-ci maddəsi üzrə - Appelyasiya məhkəməsi qeyd olunan normanı düzgün tətbiq etməyərək əsassız olaraq belə qənaətə gəlmişdir ki, iddiaçı tərəfindən mübahisə predmeti olan torpaq sahəsi faktiki olaraq istifadə olunur və buna görə də icarə haqqı ö dənilməlidir. Kassator bildirir ki, qeyd olunan müqavilə üzrə icarə münasibətləri 2023cü il 30 iyun tarixində başa çatmışdır və mübahsiə predmeti olan torpaq sahəsi faktiki olaraq istifadə olunmur. Torpaq sahəsinin fotoşəkilləri iş materiallarına əlavə olunmuşdur və həmin fotoşəkillərdən də sahədən istifadə olunmadığı aydın müəyyən olunur.

24. MPM-in 185.1-185.3-cü maddələri üzrə - İşin mahiyyəti üzrə təyin olunmuş 2024-cü il 1 fevral tarixli məhkəmə prosesində müəssisənin vəkili və səlahiyyətli nümayəndəsinin səhhətində yaranmış problem ilə bağlı olaraq iştirak edə bilıməyəcəyi barədə məhkəməyə elektron kabinet vasitəsi ilə rəsmi ərizə təqdim etməyinə baxmayaraq, məhkəmə ərizəni nəzərə almadan işə mahiyyəti üzrə baxaraq qətanamə qəbul etmişdir. Apellyasiya məhkəməsi isə qeyd olunan hal üz rə münasibət bildirirək, birinci instansiya məhkəməsinin mövqeyini təsdiq etmişdir.

25. Kassasiya şikayətinin “Digər məsələlər” hissəsində qeyd olunmuşdur ki, müəssisə tərəfindən “İcarə haqqında” Qanunun 13.5-ci maddəsinə əsasən müqavilənin predmeti olan torpaq sahəsinin müqaviləyə xitam verilərək özəlləşdirilməsi üçün 2023-cü il 1 iyun tarixində cavabdeh tərəfindən iddiaçıya məktub ünvanlamışdır. İddiaçı cavab məktubunda qeyd edilən torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində alqı-satqısı zamanı təşəkkül tapan bazar dəyərinin 2.198.168 manat təşkil etməsini bildirməklə, faktiki olaraq özəlləşdirmədən imtina etmişdir. Müəyyən edilmiş məbləğin bazar qiymətinə uyğun olmaması səbəbindən cavabdeh tərəfindən 2023-cü il 1 avqust tarixində “Bakı şəhəri, Qaradağ rayonu, Qaradağ stansiyası ünvanında yerləşən 27477.1 kv. metrlik torpaq sahəsinin bazar dəyəri nəzərə alınmaqla, qanunverciliyin tələblərinə uyğun olaraq satılması öhdəliyinin iddiaçının üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbi ilə Bakı İnzibati Məhkəməsində iddia qaldırılmılşdır. Hazırda həmin iddia üzrə məhkəmə araşdırması davam edir. Məhkəmə prosesi gedişində qeyd olunan torpaq sahəsinin qiymətləndirilməsi ilə bağlı olaraq məhkəmə tərəfindən 2024-cü il 19 fevral tarixli e-2-1(112)-1907/2024 nömrəli qərardad qəbul edilərək "xxxx" MMC qiymətləndirici təşkilat olaraq təyin edilmişdir. Müstəqil qiymətləndirici tərəfindən verilmiş 2024-cü il 7 mart tarixli 10-1 nömrəli qiymətləndirmə barədə hesabat hazırlanaraq Bakı İnzibatı Məhkəməsinə təqdim edilmişdir. Həmin hesabata əsasən qeyd olunan torpaq sahəsin in ümumi qiyməti 305.000 manat müəyyən edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri

27. Cavabdeh apellyasiya məhkəməsinin qətnaməsinin 16.290 manat hissədə mübahisələndirə də, mübahisələndirilən borc ümumi borcun tərkib hissəsi olduğundan, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403.1 və 416-cı maddələri).

28. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

29. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi ha lları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə

700. İcarə müqaviləsi 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (i carəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər....” “Maddə

706. Torpaq icarəsi müqaviləsinin məzmunu... 706.4. Torpaq icarəsi haqqında müqavilələrə bu Məcəllənin 700.1, 701, 702 və 703-cü maddələri, habelə bu paraqrafın müddəaları tətbiq edilir.” 30. “Torpaq icarəsi haqqında” Azərbaycan müddəalarında aşağıdakılar nəzərdə tutulur: Respublikası Qanununun müvafiq “Maddə

13. İcarənin müddətləri Torpaq icarəsinin müddətləri tərəflərin razılığı ilə müəyyən edilir və onlar qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanan müqavilədə təs bit olunurlar.” “Maddə

23. İcarəçinin vəzifələri İcarəçinin vəzifələri aşağıdakılardır: icarəyə götürülmüş torpaqlardan təyinatı üzrə istifadə etmək; icarə müqaviləsinin şərtlərinə və torpaq qanunvericiliyinin tələblərinə riayət etmək; icarəyə götürülmüş kənd təsərrüfatı təyinatlı torpaqların mühafizəsi, keyfiyyətinin qorunması, bərpası və yaxşılaşdırılması üçün müvafiq aqrotexniki tədbirlər görmək; icarəyə götürülmüş torpaq sahələrini müqavilənin müddəti başa çatdıqdan sonra vaxtında geri qaytarmaq; icarəyə götürülmüş torpaq sahəsinə, ətraf mühitə və əhalinin sağlamlığına ziyan vurmamaq; torpaq sahəsindən istifadəyə görə icarə haqqını, digər tədiyələri vaxtında ödəmək; icarəyə götürülmüş dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin istifadəsi, keyfiyyətinin yaxş ılaşdırılması, qorunması və mühafizəsi barədə görülən işlərə dair informasiya sisteminə məlumat təqdim etmək; qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri həyata keçirmək.” 31. “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

7. İcarə müqaviləsi...

5. İcarə müqaviləsi üzrə vəzifələri icra etməmək və ya lazımınca icra etməmək, o cümlədən müqaviləni birtərəfli qaydada dəyişdirmək və pozmaq üstündə tərəflər Azərbaycan Respublikasının qanunvericiliyi və müqavilə ilə müəyyən edilən məsuliyyət daşıyırlar.” “Maddə

13. İcarə müqaviləsinin dəyişdirilməsi, pozulması, xitamı və uzadılması...

5. Müqavilənin müddəti qurtardıqdan sonra ona xitam vermək və ya onu dəyişdirmək haqqında tərəflərdən birinin ərizəsi olmadıqda o, müqavilədə nəzərdə tutulmuş eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. Müqavilə yeni müddət üçün uzadılarkən onun şərtləri tərəflərin razılığı ilə dəyişdirilə bilər. İcarə müqaviləsinin ayrıayrı növləri üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə başqa qaydalar da müəyyən edilə bilər....”

32. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkill ərinin məhkəmə iclasına gəlməməsinin nəticələri müvafiq 185.1. İşdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar.... 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddi ndə baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 4 16.1-cı maddəsi). 34. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).

35. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.

36. Belə ki, qanunvericiliyin tələblərinə əsasən torpaq sahəsindən istifadəyə görə icarə haqqını ödəmək icarəçinin vəzifəsidir (bax §29,30).

37. Hazırkı iş üzrə tərəflər arasında bağlanmış müqavilənin 4.2-ci bəndinə əsasən müqavilənin müddətinin başa çatmasından 1 ay əvvəl onun uzadılması haqqında icarəçi tərəfindən yazılı bildiriş təqdim edilmədikdə icarəyəverən tərəfindən müqaviləyə xitam verilə bilər. Müqavilə şərtlərindən göründüyü kimi, müqavilə müddətinin başa çatmasından 1 ay əvvəl onun uzadılm ası haqqında icarəçi tərəfindən yazılı bildiriş təqdim edilmədikdə müqaviləyə xitam verib-verməmək iddiaçının vəzifəsi kimi yox, hüququ kimi təsbit edilmişdir. İddiaçı tərəfindən müqaviləyə xitam verilmədiyindən, cavabdeh isə torpaq sahəsindən faktiki istifadə etməyi davam etdirdiyindən iddiaçı MM-in 700.1-ci maddəsinə əsasən icarə haqqının ödənilməsini tələb etməkdə haqlı olmuşdur.

38. Məhkəmə kollegiyası kassasiya şikayətinin qeyd edilən dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir. Kollegiya cavabdehin apellyasiya şikayətinin həmin dəlillərinə münasibətdə apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır.

39. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, gəlinən nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmişdir. Odur ki, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

40. MPM-in 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Cavabdeh ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apell yasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 11 iyun tarixli 22(103)-574/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar