Məhkəmə qərarları › İş №2-2(102)-591/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-591/2021

21.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-591/2021 21.12.2021 ALİ MƏHKƏMƏ Kommersiya Kollegiyasının A cavabdehlər B və C-yə qarşı, B və C cavabdehlər A və K qarşı, A cavabdehlər D MMC-yə, C və B-yə qarşı iş üzrə Açar sözlər: icarə haqqının ödənilməsi, müqavilələrin etibarsız hesab edilməsi, ziyanın ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi A-nın vəkili K-nın vəkili Vəkil2 B və C-nin vəkilinin iştirakı ilə, A cavabdehlər B vəc C-yə qarşı “icarə haqqının ödənilməsi” tələbinə dair, iddiaçılar C, B cavabdehlər A və K-ya qarşı “icarə müqavilələrinin etibarsız sayıl ması, xərclənmış vəsaitin və dəymiş zərərin tutulması” tələbinə dair, A cavabdehlər D MMC-nə, C və B-yə qarşı “mülkiyyətə müdaxilə nəticəsində vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 2 mart tarixli 2-2(103)-18/2021 saylı qətnaməsindən A və cavabdehlər C, B tərəfindən verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxılmışdır. BİRİNCİ İŞ ÜZRƏ İ. İŞİN HALLARİ

1. İş materiallarında olan “Dövlət qeydiyyatı haqqında şəhadətnamə”yə və A (bundan sonra – "xxxx") nizamnaməsinə əsasən Müəssisə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi X11 üzrə Bakı Bölgə Şöbəsində 2000-ci il 18 avqust tarixində hüquqi şəxs kimi qeydiyyata alınmışdır, Müəssisəsinin təsisçisi olmuşdur. Nizamnamənin 7.1-ci bəndində göstəril mişdir ki, müəssisənin gündəlik fəaliyyətinə onun direktoru rəhbərlik edir, direktor vəzifəsini təsisçi özü və ya müqavilə yolu ilə işə qəbul edilmiş şəxs icra edə bilər.

2. İş materiallarında olan Bakı şəhəri 12 saylı Notariat Kontorunda təsdiq edilmiş 2000-ci il 5 sentyabr tarixli müqaviləyə əsasən X1 üzərində təsisçilik hüquqlarını X9 vermişdir.

3. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyi “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında” 2001-ci il 13 mart tarixli, 001046 nömrəli şəhadətnaməyə əsasən Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsi 22 ünvanında yerləşən on mərtəbəli binanın birinci mərtəbəsindəki 438,3 m2 qeyri-yaşayış sahəsini Müəssisə satın almışdır. Alınmış əmlakın tərkibi 438,3 m2 qeyri-yaşayış sahəsidir.

4. İş materiallar ında olan Bakı şəhəri 12 saylı Notariat Kontorunda təsdiq edilmiş 2001-ci il 11 dekabr tarixli müqaviləyə əsasən Müəssisə üzərində təsisçilik hüquqlar təsisçi X15 tərəfindən X3 verilmişdir.

5. İş materiallarında olan Bakı şəhəri 12 saylı Notariat kontorunda təsdiq edilmiş 2003-cü il 11 iyun tarixli müqaviləyə əsasən Müəssisə üzərində təsisçilik hüquqları X5 tərəfindən X16 (bundan sonra – “İ.Vəliyev”) verilmişdir.

6. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi X11 üzrə Bakı Bölgə Şöbəsinin 2003-cü il 13 iyun tarixli “Kommersiya təşkilatlarının dövlət reyestrindən çıxarışa əsasən Müəssisənin yeni təsisçisi kimi İ.Vəliyev göstərilmişdir. Həmin sənəddə təsisçinin 100% paya malik olmağı, təsisçiliyin hüquqi əsasi kimi notarius tərəfindən təsdiq edilmiş 2003-cü il 11 iyun tarixli müqavilə göstərilmişdir.

7. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi X11 üzrə Bakı Bölgə Şöbəsində 2003-cü il 13 iyun tarixində dövlət qeydiyyatına alınmış Müəssisənin nizamnaməsinə edilmiş dəyişikliyə əsasən Nizamnamənin 1-ci bölməsinin 1.3-cü bəndində təsisçi kimi İ.Vəliyev, 1.5-ci bəndinə edilmiş dəyişikliyə əsasən hüquqi ünvanı kimi Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsi 22 göstərilmişdir.

8. Bakı şəhəri 9 saylı Notariat Kontorunda 2009-cu il 16 oktyabr tarixində təsdiq edilmiş etibarnaməyə əsasən Müəssisənin təsisçisi qismində İ.Vəliyev Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsi 22 ünvanında yerləşən 10 mərtəbəli binanın 1-ci mərtəbəsindəki 438,3 m2 qeyri-yaşayış sahəsinə forma-1 almaqla sərəncam verməyi K (bundan sonra – “ K”) etibar etmişdir. Etibarnamə 20 il müddətinə verilmişdir.

9. İş materiallarında olan 2001-ci il 13 mart tarixli “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnamə”nin surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsi, 22 ünvanında yerləşən 438,3 m2 qeyri-yaşayış sahəsi Müəssisə tərəfindən satın alınmış və həmin müəssisəyə mülkiyyət hüququnu təsdiqləyən həmin şəhadətnamə verilmişdir. Həmin sənədin fotosurətinin düzgünlüyü Xızı rayon Dövlət Notariat Kontorunda təsdiqlənmişdir.

10. İş materiallarında olan 2012-ci il 10 yanvar tarixli icarə müqaviləsindən görünür ki, K ona məxsus olan ünvan 7-də yerləşən 400 m2 qeyri-yaşayış sahəsini B (bundan sonra – “B”) 5 il müddətinə icarəyə vermiş, icarə haqqının 1 ayı 7.500 manat razılaşdırılmş, müqavilə ic arəyə verən K, icarəyə götürən B, şahid X2 tərəfindən imzalanmışdır. Müqaviləyə görə, təmirdən qabaq bir aylıq icarə haqqı ödənilib, İcarəçiyə iki ay təmir üçün vaxt verilir, təmir haqqı İcarəçi tərəfindən ödənilir. Əgər İcarəyə verən İcarəçini çıxarmaq istəyərsə, təmir haqqını ödəməli və İcarəçiyə bir ay qabaqdan xəbərdarlıq etmlidir. Həmin sənədin fotosurətinin düzgünlüyü Xızı rayon Dövlət Notariat Kontorunda təsdiqlənmişdir.

11. İş materiallarında olan 2012-ci il 8 iyun tarixində Bakı şəhəri 41 saylı Notariat Kontorunda təsdiq edilmiş icarə müqaviləsinə əsasən İcarəyə verən – Müəssisənin təsisçisi İ.Vəliyev Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsi 22 ünvanında yerləşən on mərtəbəli binanın İ mərtəbəsindəki sahəsi 438,3 m2 olan qeyri-yaşayış sahəsindən 368,3 m2 hissəsini bu müqavi lə notariat qaydasında təsdiq olunduğu gündən 5 il müddətinə 2017-ci il 8 iyun tarixinədək icarəçi C (bundan sonra – “C”) icarəyə vermişdir, İcarəçi hər ayın 8-dən gec olmamaq şərtilə aylıq 2.800 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür.

12. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat sübyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında” arayışına əsasən 2012-ci il 7 avqust tarixində Müəssisə Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov, ev 22, mərtəbə 1-də uçota alınmış, təsərrüfat subyektinin adı kimi “icarə obyekti” göstərilmişdir.

13. İş materiallarında olan C tərəfindən verilmiş 2012-ci il 8 avqust tarixli “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə vergi uçotuna alınması haqqında ərizə”yə əsasən, C pərakəndə ticarət növündə fəaliyyətini Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov 22 ünvanında 1-ci mərtəbədə yerləşən ərzaq mağazasında həyata keçirir.

14. İş materiallarından görünür ki, Müəssisənin təsisçisi (İ.Vəliyev ) adından Bakı şəhəri 9 saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş 2009-cu il 16 oktyabr tarixli 7-e-61/22215 nömrəli etibarnamə əsasında “icarəyə verən” qismində çıxış edən K ilə “icarəçi” C arasında Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsi, 22 ünvanında yerləşən onmərtəbəli binanın 1 -ci mərtəbəsindəki sahəsi 438,3 m2 olan qeyri-yaşayış sahəsinin 368,3 m2 hissəsinin 5 il müddətinə (müqavilə notarial qaydada təsdiq olunduğu gündən) icarəçiyə icarəyə verilməsi b arədə 2012-ci il 8 iyun tarixində müqavilə bağlanmışdır və həmin müqavilə notarial qaydada təsdiqlənmişdir. Müqavilənin 4-cü bəndində nəzərdə tutulmuşdur ki, icarəçi hər ayın 8-dən gec olmamaq şərtilə aylıq 2.800 manat icarə haqqı ödəyir. İcarə müqaviləsi 6 saylı Notariat Kontorunda notariat qaydasında 2012-ci il 14 avqust tarixində təsdiq edilmişdir.

15. İş materiallarında olan 2012-ci il sentyabr tarixli icarə müqaviləsində göstərilmişdir ki, icarəyə verən K ona məxsus olan Baki şəhəri, Nərimanov rayonu, K.Rəhimov 22-də yerləşən 70 m2 qeyri-yaşayış sahəsini İcarəyə götürən B icarəyə verir, danışıq əsasında icarə haqqı 2.000 manat razılaşdırılıb, təmirdən qabaq 1 aylıq icarə haqqı ödənilmişdir (15 oktyabr – 15 noyabr), təmirə bir ay vaxt verilir (15 sentyabr – 15 okytabr) müqavilə icarəyə verən K, icarəyə götürən B, şahid X2 tərəfindən imzalanmışdır. Həmin sənədin fotosurətinin düzgünlüyü Xızı rayon Dövlət Notariat Kontorunda təsdiqlənmişdir.

16. İş materiallarında olan “Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) qeydiyyatı haqqında məlumat”a əsasən Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov, ev 22-də ərzaq məhsullarının pərakəndə satışı növündə fəaliyyət göstərən ərzaq mağazasının rəhbəri kimi F (bundan sonra – “F”) qeydiyyata alınmışdır.

17. İş materiallarında olan Bakı şəhəri Nərimanov Bələdiyyəsinin 2015-ci il 20 fevral tarixli 04/114 nömrəli arayışına əsasən F Nərimanov rayonu, K.Rəhimov küçəsi 22 ünvanında yerləşən 368 m2 obyektdə sahibkarlıq fəaliyyəti ilə məşğul olur, vergi ödəyicisi kimi Nərimanov Bələdiyyəsində qeydiyyata alınmışdır.

18. İş materi allarında olan 2015-ci il 10 noyabr tarixli icarə müqaviləsinə əsasən Müəssisənin direktoru İ.Vəliyev Müəssisənin mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən on mərtəbəli binanın birinci mərtəbəsindəki 438,3 m2 qeyri-yaşayış sahəsinin 60 m2 olan hissəsini X17 (bundan sonra – “R.Babayev”) 2015-ci il 10 noyabr tarixindən 2016-cı il 10 noyabr tarixinədək icarəyə vermişdir, aylıq icarə haqqının məbləği 500 manat təşkil edir.

19. İş materiallarında olan Bakı şəhəri 6 saylı Notariat Kontorunun K ünvanlanmış 2016-cı il 12 fevral tarixli 7-326 nömrəli məktubuna əsasən, onunla C arasında Bakı şəhəri 6 saylı Notariat Kontorunda rəsmiləşdirilmiş 2012-ci il 14 avqust tarixli, 3M/1031 reyestr nömrəli icarə müqaviləsi tərəflərin 2016-cı il 12 fevral tarixli ərizələrinə əsasən ləğv edilmişdir.

20. Müəssi sənin səlahiyyətli nümayəndəsi Vəkil2 tərəfindən C ünvanlanmış məktuba əsasən həmin şəxsdən 3 aylıq icarə haqqının – 8.400 manat məbləğinin 5 gün müddətində ödənilməsi və qeyri-yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi tələb olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları (BİRİNCİ İŞ ÜZRƏ) a) Birinci instansiya məhkəməsində icraat

21. Müəssisə 2016-cı il 29 fevral tarixində cavabdehlər C və F qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək 2012-ci il 14 avqust tarixində bağlanmış müqavilə üzrə 3 ay ərzində ödənilməmiş icarə haqqının – 8.400 manat pul vəsaitinin C tutularaq Müəssisəyə ödənilməsi və qeyri-yaşayış sahəsində qeyri-qanuni fəaliyyət göstərən C və F obyektdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

22. Sonradan Müə ssisə iddia ərizəsinə əlavə və dəyişikliklər edilməsi barədə ərizəni məhkəməyə təqdim edərək B cavabdeh qismində işə cəlb edilməklə 237.732 manat ödənilməmiş icarə haqqının, 59.631 manat əldən çıxmış faydanın və 30 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 23. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2016-cı il 27 aprel tarixli 2-2(81)-681/2016 saylı qərardadı ilə işin aidiyyəti üzrə baxılması üçün 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

24. Müəssisə iddia ərizəsinə əlavə və dəyişiklikləri 2 saylı Bak İnzibati-İqtisadi Məhkəməsinə təqdim edərək Müəssisə ilə C arasında bağlanmış 2012-ci il 8 iyun tarixli icarə müqaviləsinin ləğv edilməsi, cavabdehlər B və C müştərək qaydada 237.732 manat ö dənilməmiş icarə haqqının, 59.361 manat əldən çıxmış faydanın və 30 manat dövlət rüsumunun tutularaq Müəssisəyə ödənilməsi, B, C və F obyektdən çıxarılaraq obyektin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

25. Sonradan Müəssisə iddia ərizəsinə əlavə və dəyişiklikləri 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə təqdim edərək B və C müştərək qaydada 2016-cı il 1 yanvar tarixindən 2016-cı 1 oktyabr tarixinədək ödənilməmiş icarə haqqı olan 25.200 manat vəsaitin tutularaq Müəssisəyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

26. İddia tələbi aşağıdakı kimi əsaslandırılmışdır: 26.1 Müəssisə tərəfindən Bakı şəhəri 9 saylı Dövlət Notariat Kontorunda Bakı şəhəri, Mayakovski küçəsi, ev 17, mənzil 36-da qeydiyyatda olan K 2009-cu il 16 oktyabr tarixində 7-e61/22215 nömrəli etibarnamə verilmiş və həmin etibarnamə əsasında K ilə Sabirabad şəhəri, ünvan 5 ünvanında qeydiyyatda olan C arasında Müəssisənin mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsi 22 ünvanında yerləşən onmərtəbəli binanın İ mərtəbəsindəki sahəsi 438,3 m2 olan qeyri-yaşayış sahəsinin 368,3 m2 hissəsinin icarəyə verilməsi barədə 2012-ci il 14 avqust tarixində icarə müqaviləsi bağlanmış, 201031 nömrəli icarə müqaviləsi Bakı şəhəri, 9 saylı Notariat Kontorunda təsdiq edilmişdir. 26.2 İcarə müqaviləsi 5 il müddətinə bağlanmaqla aylıq icarə haqqı 2.800 manat müəyyən olunmuş, müqavilə bağlandığı tarixdən qeyri-yaşayış sahəsi C istifadəsinə verilmişdir. 26.3 K ilə C arasında bağlanmış 2012-ci il 14 avqust tarixli 3M/1031 reyestr nömrəli icarə müqaviləsi tərəflərin 2016-cı il 12 fevral tarixli ərizələrinə əsasən Bakı şəhəri 6 saylı notariat kontorunda 2016-cı il 12 fevral tarixində ləğv edilmişdir. 26.4 2012-ci il 10 yanvar tarixində fərdi sahibkar B əmlakı icarəyə götürmək üçün Müəssisəyə müraciət etmiş, onunla həmin tarixə ilkin icarə müqaviləsi bağlanmışdır. Lakin tərəf məbləğlə razılaşmadığından müqavilənin notariat qaydasında təsdiqi həyata keçirilməmişdir. 26.5 Sonrakı danışıqlarda icarə sahəsini azaltmaqla və 5 il müddətli icarədə qalma kimi şərtlər əsasında icarə haqqı 2.800 manat olmaqla yeni müqavilə bağlanması B ilə razılaşdırılmış və B təklifi ilə birgə olduqları digər şəxslə - C ilə 2012-ci 14 avqust tarixində müqavilə bağlanmışdır. Cavabdehlərə dəfələrlə müraciət edilməsinə baxmayaraq icarə haqqı ödəniməmişdir.

27. Müəssisə iddia tələbini Azər baycan Respublikası Konstitusiyasının (bundan sonra“ARK”) 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 152.1, 152.2, 700.1, 700.2, 705-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 4.1-ci, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya”nın 6-cı maddələrinə istinad etməklə əsaslandırmışdır. 28. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hazırkı iş üzrə qəbul edilmiş 2016-cı il 23 noyabr tarixli 2-2(82)-906/2016 saylı qərardadı ilə F münasibətdə iş üzrə icraata xitam verilmişdir (hakim – M.Hacıbəyova). 28.1 Qərardad aşağıdakı kimi əsaslandırılmışdır. 28.1.1 İddiaçı Müəssisə iddia ərizəsinə əlavə və dəyişiklik verərək Müəssisə ilə C arasında bağlanmış 2012-ci il 8 iyun tarixli icarə müqaviləsinin lə ğv edilməsi cavabdehlər B və C müştərək qaydada 237.732 manat ödənilməmiş icarə haqqının, 59.361 manat əldən çıxmış faydanın və 30 manat dövlət rüsumunun tutularaq Müəssisəyə ödənilməsi və cavabdehlər B, C və F obyektdən çıxarılaraq obyektin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 28.1.2 Sonradan Müəssisə iddia ərizəsinə əlavə və dəyişiklikləri 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə təqdim edərək B və C müştərək qaydada 2016-cı il 1 yanvar tarixindən 2016-cı il 1 oktyabr tarixinədək qədər ödənilməmiş icarə haqqı olan 25.200 manat vəsaitin tutularaq Müəssisəyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 28.1.3 İddia ərizəsinə əlavə və dəyişikliklərdən göründüyü kimi, iddiaçı tərəfindən F qarşı tələb irəli sürülməmişdir. Belə olan halda həmin cavabdehə qarşı iddia ərizəsi üzrə işə məhkəmədə baxılmalı deyildir. 28.1.4 Göstərilənlərə əsasən F münasibətdə iş üzrə icraata xitam verilməlidir. 29. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2016-cı il 25 noyabr tarixli 2(82)-906/2016 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, C 2016-cı il 1 yanvar tarixindən 2016-cı il 1 oktyabr tarixinədək ödənilməmiş icarə haqqı üzrə 25.200 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun əvəzinin Müəssisənin xeyrinə tutulması, B münasibətdə isə iddia tələbinin rədd edilməsi qət olunmuşdur (hakim – M.Hacıbəyova).

30. Birinci instansiya məhkəməsinin iş üzrə mövqeyi aşağıdakı kimi olmuşdur. 30.1 Məhkəmə araşdırması zamanı Müəssiəsnin cavabdehlərdən yalnız C ilə icarə münasibətlərinin olması müəyyən edilmişdir. Müəssisə ilə C arasında Bakı şəhə ri, Nərimanov rayonu, K.Rəhimov küçəsi 22 ünvanında yerləşən on mərtəbəli binanın İ mərtəbəsindəki 368,3 m2 qeyri-yaşayış sahəsi ilə bağlı C Müəssisə qarşısında müqavilə öhdəliklərini olması iş materialları ilə təsdiqləndiyi və C müqavilə üzrə nəzərdə tutulmuş icarə haqqını Müəssisəyə ödəməsinə dair sübutları məhkəməyə təqdim etmədiyi üçün ona münasibətdə iddia tələbi təmin edilməlidir. 30.2 B münasibətdə isə iddia tələbi əsaslı hesab edilmir. Belə ki, Müəssisə B Müəssisə qarşısında öhdəliklərinin olmasını və icarə haqqının tutulmasına əsasın yaranmasını təsdiq edən Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsi 22 ünvanında yerləşən on mərtəbəli binanın İ mərtəbəsindəki qeyri-yaşayış sahəsi ilə bağlı Müəssisə və B arasında imzalanmış müqaviləni məhkəməyə təqdim etməmişdir.

31. Məhkəmə öz qətnaməsini MM-in 385.1, 386.1, 700.1, 700.2-ci, MPM-in 77.1, 78.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

32. C və B 2017-ci il 9 yanvar tarixində apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın tam həcmdə rədd edilməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişlər. b) Apellyasiya instansiya məhkəməsindəki birinci icraat (BİRİNCİ İŞ ÜZRƏ)

33. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2017-ci il 11 aprel tarixli 22(103)-179/2017 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2016-cı il 25 noyabr tarixli 2(82)-906/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – E.Nağıyeva, hakimlər – H.Həmidov və E.Vəliyeva).

34. Apellyasiya instansiya məhkəm əsi birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticələrlə razılaşmış (bax yuxarıda § 29) və əlavə olaraq bildirmişdir ki, cavabdehlər apellyasiya şikayətini təqdiq edən hər hansı sübut və ya sənəd təqdim etməmişdir.

35. Apellyasiya instansiyası məhkəməsi öz qətnaməsini MM-in 385.1, 386.1, 700.2-ci, MPM-nin 77.1, 78.1, 89.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

36. C 2017-ci il 29 iyun tarixində həmin qətnamədən kassasiya şikayəti vermiş, qətnamənin tamamilə ləğv edilməsi və iddianın tamamilə rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat (BİRİNCİ İŞ ÜZRƏ)

37. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2017-ci il 6 dekabr tarixli 2-2(102)-491/17 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin ed ilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2017-ci il 11 aprel tarixli 2-2(103)-179/2017 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir (sədrlik edən – Z.Quliyev, hakimlər – N.Rəsulbəyova və İ.Hüseynov).

38. Kassasiya instansiyası məhkəməsinin iş üzrə mövqeyi aşağıdakı kimi olmuşdur. 38.1 Apellyasiya instansiyası məhkəməsi hazırkı mübahisəni həll edərkən MM-nin 88-ci maddəsinin tələblərinə riayət etməmişdir. 38.2 Birinci instansiya məhkəməsinin 2016-cı il 25 noyabr tarixli qətnaməsi ilə C ödənilməmiş icarə haqqı üzrə 25.200 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun Müəssisənin xeyrinə tutulması 2016-cı il 1 yanvar tarixindən 2016-cı il 1 oktyabr tarixinədək olan müddət ərzində hesablandığı halda, apellyasiya instansiyası m əhkəməsi özü müəyyən etmişdir ki, sözügedən icarə müqaviləsi tərəflərin qarşılıqlı 2016-cı il 12 fevral tarixli ərizələrinə əsasən notariat qaydasında ləğv edilmişdir. 38.3 Belə olan halda birinci instansiya məhkəməsinin hansı səbəbə görə 2016-cı il 12 fevral tarixindən sonrakı, yəni 2016-cı il 1 oktyabr tarixinədək olan dövr ərzində C icarə haqqının tutması (qeyri-yaşayış sahəsindən çıxmaması, ondan istifadə etməsi və sair) ümumiyyətlə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmamışdır. Ən maraqlısı odur ki, hazırkı iş birinci instansiya məhkəməsində olduğu uzun müddət ərzində (2016-ci il 29 fevral tarixindən 2016-cı il 25 noyabr tarixinə qədər) Müəssisə 3 dəfə ərizə ilə müraciət edib əlavə və dəyişikliklər edilməsini bəyan etmişdir. 38.4 Digər tərəfdən, qeyd edilməlidir ki, Müəssisənin 2016-cı il oktyabr tarixində məhkəməyə verilmiş olduğu 3-cü və son iddia ərizəsinə əlavə və dəyişikliklər haqqında ərizəsində Müəssisə 2016-cı il 1 yanvar tarixindən 2016-cı il 1 oktyabr tarixinədək olan müddət ərzində ödənilməmiş 25.200 manat icarə haqqının B və C müştərək qaydada tutulmasını qətnamə çıxarılmasını xahiş etdiyi halda, həmin ərizədə (İİ cild, i/v 20) cavabdehlər arasında yalnız C və F yazılmışdır. 38.5 Lakin nə birinci instansiya, nə də ki, apellyasiya instansiyası məhkəməsi buna diqqət yetirmişdir. Birinci instansiya məhkəməsi isə sözügedən 25.200 manat icarə haqqı borcunu müştərək qaydada deyil, yalnız C tutmuşdur və bunu onunla izah etmişdir ki, həmin qeyri-yaşayış sahəsinin icarəsi ilə bağlı müəssisə ilə B arasında imzalanmış müqaviləni Müəssisə məhkəməyə tə qdim etməmişdir. 38.6 Apellyasiya instansiyası məhkəməsi də bu faktı, yəni iddiaçının oktyabr 2016-cı il tarixli iddia ərizəsinə əlavə və dəyişikliklər barədə ərizəsində cavabdehlər kimi F və C yazıldığı halda, nədən borcun C və cavabdeh kimi həmin ərizədə göstərilməyən B müştərək qaydada tutulmasını istəməsini nəzərə almamış və bunu araşdırmamışdır. 38.7 Halbuki apellyasiya instansiyası məhkəməsinin 2017-ci il 11 aprel tarixli qətnaməsinin əsaslandırıcı hissəsində müəyyən edilmişdir ki, “Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) qeydiyyatı haqqında məlumat”a əsasən Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, ev 22-də ərzaq məhsullarının pərakəndə satışı növündə fəaliyyət göstərən ərzaq mağazasının rəhbəri kimi F qeydiyyata alınmışdır. Bakı şəhəri, Nərimanov Bələd iyyəsinin 2015-ci il 20 fevral tarixli 04/114 nömrəli arayışına əsasən, F Nərimanov rayonu, K.Rəhimov küçəsi, 22 ünvanında yerləşən 368 m2 obyektdə sahibkarlıq fəaliyyəti ilə məşğul olur, vergi ödəyicisi kimi Nərimanov Bələdiyyəsində qeydiyyata alınmışdır. 38.8 Bununla yanaşı, qeyd edilməlidir ki, Müəssisə iddia ərizəsində iddia tələbinin əsası olaraq notarius tərəfindən təsdiqlənmiş 2012-ci il 14 avqust tarixli icarə müqaviləsini göstərir ki, həmin icarə müqaviləsində “icarəyə verən” qismində Bakı şəhəri Dövlət Notariat Kontoru tərəfindən 2009-cu il 16 oktyabr tarixində verilmiş etibarnamə əsasında K, “İcarəçi” qismində isə C çıxış edir. 38.9 Müqaviləyə görə “İcarəyə verən” K ona məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsi, 22 ünvanında yerləşən onmərtəbəli binanın 1-ci mə rtəbəsindəki sahəsi 438,3 m2 olan qeyri-yaşayış sahəsində 368,3 m2 hissəsini bu müqavilə notariat qaydada təsdiq olunduğu gündən 5 il müddətinə “İcarəçiyə” icarəyə verilir. 38.10 İddia ərizəsində yazılmışdır ki, icarə müqaviləsi Bakı şəhəri, 9 saylı notariat kontorunun xüsusi notariusu X6 tərəfindən təsdiq edilmişdir. 38.11 Lakin icarə müqaviləsinin işdə olan kserosurətindən görünür ki, müqaviləni digər notarius X18 təsdiq etmiş, kserosurətini isə notarius X6 təsdiqləmişdir. 38.12 Eyni zamanda, qeyd edilməlidir ki, K etibarnamə Müəssisənin təsisçisi İ.Vəliyev tərəfindən verilmişdir ki, onun belə etibarnamə verməsinin, yəni Müəssisəyə məxsus sözügedən qeyri-yaşayış sahəsinə dair sərəncam verilməsinin səlahiyyəti olub-olmaması yoxlanılmamışdır. 38.13 Digər tərəfdən, 2012-ci il 14 avqust tari xli icarə müqaviləsi faktiki olaraq iki fiziki şəxs – K və C arasında bağlanmışdır ki, apellyasiya instansiyası məhkəməsi buna da hüquqi qiymət verməmişdir. 38.14 Eyni zamanda, işin İ cildinin 179-185-ci səhifələri arasında mövcud olan icarə müqavilələri də apellyasiya instansiyası məhkəməsi tərəfindən tam və hərtərəfli araşdırılmamışdır.

39. Kassasiya instansiya məhkəməsi qərarını MPM-in 88-ci maddələrinə istinad edərək əsaslandırmışdır. d) Apellyasiya instansiya məhkəməsindəki ikinci icraat (BİRİNCİ İŞ ÜZRƏ)

40. Bakı Apellyasiya Məhkəməsinin 2018-ci il 15 mart tarixli 2-2(103)-128/2018 saylı qətnaməsi ilə aşağıdakılar qət edilmişdir (sədrlik edən - C.Yusifov, hakimlər – V.Ağayev və A.Nuriyeva): 40.1 C və B apellyasiya şikayəti qismən təmin edilsin; 40.2 1 saylı Bakı İnzibati-İqtisadi Mə hkəməsinin 2016-cı il 25 noyabr tarixli 2(82)-906/2016 saylı qətnaməsi iddia tələbinin qismən təmin edilməsi, yəni C 2016-cı il 1 yanvar tarixindən 2016cı il 1 oktyabr tarixinədək ödənilməmiş icarə haqqı üzrə 25.200 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun əvəzinin Müəssisənin xeyrinə tutulması hissəsində ləğv edilsin; 40.3 həmin hissədə Müəssisənin iddia tələbi rədd edilsin; 40.4 qətnamə iddianın B münasibətdə rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın.

41. Apellyasiya instansiya məhkəməsinin iş üzrə mövqeyi aşağıdakı kimi olmuşdur. 41.1 Müəssisənin iş materiallarında olan iddia ərizəsi və ona etdiyi əlavə və dəyişikliklərə dair ərizələri tədqiq olunduqda müəyyən edilir ki, bütün hallarda yalnız Müəssisə tərəfindən verilmiş etibarnamə əsasında çıxış edən K ilə C ar asında bağlanmış 2012-ci il 14 avqust tarixli icarə müqaviləsinə istinad olunmuş, bir neçə dəfə iddia tələbi dəyişdirilmiş və nəhayət sonda C və B Müəssisənin xeyrinə müştərək qaydada 2016-cı il 1 yanvar tarixindən 2016-cı il 1 oktyabr tarixinə qədər olan dövr üzrə icarə haqqı kimi 25.200 manat pul vəsaitinin tutulması tələb olunmuşdur. 41.2 Cavabdeh tərəfin nümayəndəsi (və vəkili) tərəfindən hazırkı mərhələdə məhkəmə kollegiyasına təqdim edilmiş ünvan 6 ünvanladığı 2018-ci il 2 mart tarixli məktubundan görünür ki, K ilə C arasında bağlanmış 2012-ci il 14 avqust tarixli mübahisəli icarə müqaviləsi notariat qaydasında rəsmiləşdirilmişdir. 41.3 Həmin müqavilənin birinci abzasının məzmunundan aydın görünür ki, müqavilə iki fiziki şəxs – icarəyə verən K ilə icarəçi C arasında bağlanmışdır. Həm in müqavilə ilə icarəyə verən K tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsi 22 ünvanında yerləşən binanın 1-ci mərtəbəsində 438,3 m2 qeyri-yaşayış sahəsinin 368, 3 m2 hissəsi 2.800 manat icarə haqqı ilə, 5 il müddətinə icarəçi C istifadəsinə verilmişdir. 41.4 İş materiallarında olan 2001-ci il 13 mart tarixli 001046 qeydiyyat nömrəli mülkiyyət şəhadətnaməsinə əsasən isə müəyyən olunur ki, həmin qeyri-yaşayış sahəsi Müəssisəyə məxsusdur. 41.5 Eyni zamanda, iş materiallarından görünür ki, 2009-cu il 16 oktyabr tarixində Müəssisənin təsisçisi İ.Vəliyev (iddiaçı tərəfin məhkəmə kollegiyasına təqdim etdiyi kommersiya qurumunun dövlət reyestrindən çıxarışına əsasən İ.Vəliyev müəssisənin həm də qanuni təmsilçisi olmuşdur) 9 saylı Notariat Kontorunda K verilmiş etibarnamə ilə qeyd o lunan ünvanda yerləşən 10 mərtəbəli binanın 1ci mərtəbəsindəki 438,3 m2 qeyri-yaşayış sahəsi sonuncunun etibarnaməli idarəçiliyinə (sərəncam vermə və s. bütün hərəktələri etmək səlahiyyəti ilə) verilmişdir. 41.6 Mübahisələndirilən 2012-ci il 14 avqust tarixli icarə müqaviləsindən də məhz görünür ki, Müəssisə tərəfindən verilmiş həmin etibarnamə əsasında çıxış edən K öz adından C ilə həmin müqaviləni bağlayaraq qeyri-yaşayış sahəsinin bir hissəsini öz adından sonuncunun 5 illik icarəsinə vermişdir. 41.7 Göründüyü kimi, işin qeyd olunan halları onu deməyə əsas verir ki, 2012-ci il 14 avqust tarixli icarə müqaviləsi Müəssisə adından və onun üçün hüquq və vəzifələr yarada bilən müqavilə kimi qiymətləndirilməsi istisna edilir. Odur ki, subyektiv baxımdan Müəssisə tərəfindən C və B qarşı həmin m üqavilə öhdəliklərindən irəli gələn icarə haqqının ödənilməməsi ilə bağlı hazırkı tələbinin irəli sürülməsi tamamilə əsassızdır (MM-in 387.3-cü maddəsi). 41.8 Sözügedən 2012-ci il 14 avqust tarixli müqavilə hətta Müəssisə ilə C arasında bağlanmış kimi qəbul edilsə belə, iş materiallarında olan 6 saylı DNK-nm 2016-cı il 12 fevral tarixli x-326 №-li məktubundan görünür ki, 2016-cı il 12 fevral tarixində ləğv edilmişdir və bu hal tərəflər arasında işin mübahisələndiriməyən halıdır. 41.9 Beləliklə də birincisi, həmin müqavilənin B aidiyyəti ola və məsuliyyəti müəyyən edilə bilməz. İkincisi, 2016-cı ilin fevral ayının əvvəlində müqavilə ləğv olunduğu halda, həmin ilin oktyabr ayına qədər olan dövr üzrə C hansı əsaslara görə icarə haqqını ödəmək öhdəliyinin yarandığı əsaslandırılmamışdır. 41.1 0 Ümumiyyətlə, mübahisələndirilən 2012-ci il 14 avqust tarixli müqavilənin ləğv edilməsinə qədər olan dövrlərdə belə, aylıq icarə haqları üzrə ödənilməsi üzrə Müəssəsinin iddia ərizəsində heç bir əsaslandırması mövcud deyil. Onun tərəfindən məhkəməyə aylıq icarə haqqlarının icarəçi tərəfindən ödənilməsini təsdiq edə bilən hər hansı bir ciddi uçot sənədi təqdim edilməmişdir. Yəni, mübahisələndirilən müqavilə üzrə icarə haqlarının ödənilməsi ilə bağlı Müəssisənin hər hansı bir uçotu mövcud olmalıdır ki, obyektin icarəsinə görə hansı aylar üzrə də icarə haqqının ödənilmədiyi bilinsin, bununla da icarəçi tərəfindən ödənilməmiş aylar bəlli olsun, borc sübuta yetirilmiş olsun. 41.11 İş Ali Məhkəmədən təkrar baxılması üçün göndərildikdən sonra Müəssisənin hazırkı nümayəndəsi (və vəkili) Vəkil3 ap ellyasiya qaydasında baxılarkən məhkəməyə verdiyi izahatından göründüyü kimi, onun tərəfindən iddia ərizəsində qeyd olunan əsaslardan çıxış etməyərək, iddianın əsasını 2012-ci il 14 avqust tarixli icarə müqaviləsinə əsasən deyil, digər bir 2012-cü il 8 iyun tarixində Müəssisə ilə C arasında bağlanmış icarə müqaviləsinə əsalanaraq, cavabdehlərdən mübahisələndirilən dövr üzrə icarə haqqının tutulmalı olduğu mübahisələndirir. Həmin müqavilənin surəti işə əlavə olunmuşdur. Cavabdehlərin apellyasiya şikayətinin dəlillərindən görünür ki, qeyd olunan müqavilənin mövcudluğu onun tərəfindən mübahisələndirilmir. 41.12 Bununla əlaqədar birincisi, 2012-ci il 8 iyun tarixli müqavilənin də, həmçinin B tərəfi olmamış, burada icarəçi qismində C çıxış edir. Qeyd etmək lazımdır ki, Müəssisənin iddia tələbin in hüquqi əsasını dəyişdirməsi barədə yazılı ərizəsi də işdə mövcud deyil. 41.13 İkincisi isə, hər bir halda, Müəssisənin qeyd olunan müqaviləyə əsasən də, həmçinin 2016-cı il 1 yanvar tarixindən 2016-cı il 1 oktyabr tarixinə qədər olan dövr üzrə 25.200 manat məbləğində icarə haqqının C tərəfindən ödənilməli olduğu barədə əsaslandırma mövcud deyil. Belə ki, yuxarıda qeyd edildiyi kimi, sözügedən 2012-ci il 8 iyun tarixli icarə müqavilə üzrə də aylıq icarə haqqlarının C tərəfindən ödənilmədiyini təsdiq edə bilən hər hansı bir ciddi uçot sənədi təqdim edilməmişdir. Yəni, qeyd edildiyi kimi, həmin müqavilə üzrə icarə haqlarının ödənilməsi ilə bağlı Müəssisənin heç bir uçotu aparılmamışdır ki, icarəçinin məhz hansı aylar üzrə icarə haqqını ödəmədiyi görünmüş olsun. 41.14 Müəssisə iddianın dəyi şdirilməsi barədə ərizəsində ödənilməsini tələb etdiyi 25.200 manat icarə haqqını, C etiraf etdiyi borc məbləği kimi göstərir. Halbuki iş materiallarına əsasən C tərəfindən həmin borcun etiraf edilməsi öz təsdiqini tapmır, ümumiyyətlə, sonuncu tərəfindən həmin borcun yazılı qaydada ödənilməsini öhdəsinə götürməsi barədə işdə sənəd-sübüt mövcud deyil. 41.15 Digər tərəfdən, iş materiallarından görünür ki, birinci Clə bağlanmış olan, yuxarıda tədqiq olunan müqavilələrdən əlavə, həmin müqavilələrdən əvvəl Müəssisə tərəfindən 2009-cu ildə verilmiş etibarnamə əsasında çıxış edən K öz adından 2-ci cavabdeh Bla aralarında, mübahisəli qeyriyaşayış sahəsinə dair eyni müddətə (beş illik müddətə) bağlanmış digər iki icarə müqaviləsi də mövcuddur (həmin müqavilələrin notarial qaydada təsdiq olunmuş nüs xələrindən çıxarılmış kserosurətlər işə əlavə olunsa da, onların mövcudluğu tərəflər arasında mübahisələndirilmir). 41.16 Həmin fiziki şəxslər arasında bağlanmış 2012-ci il 10 yanvar tarixli icarə müqaviləsinə əsasən, K məxsus olduğu göstərilən, mübahisəli obyektin 400 m2 hissəsi aylıq icarə haqqı 7.500 manatdan olmaqla, 5 il müddətinə B icarəsinə verilmiş, eyni zamanda, həmin tərəflər arasında bağlanmış 2012-ci il tarixli ikinci bir müqavilə ilə obyektdən 70 m2 qeyri-yaşayış sahəsi də icarə haqqı 2.000 manatdan olmaqla, sonuncunun icarəsinə verilmiş, beləliklə də bütünlüklə obyekt onun icarəsində olmuşdur (həmin müqavilələrin vaxtından əvvəl ləğv edildiyi müəyyən olunmur). 41.17 Göründüyü kimi, birincisi, 2-ci cavabdeh Bla bağlanmış icarə müqavilələri, 1-ci Clə bağlanmış icarə müqavlələri ndən də əvvəl bağlanmış, ikincisi isə ümumi sahəsi 438,3 m2 olan mübahisəli qeyri-yaşayış sahəsinin ilk öncə 400 m2 (daha sonra 70 m2) C icarəyə verildiyi halda, 6 ay sonra həmin obyektdən 368,3 m2 mövcud olmayan bir sahənin bir daha C icarəyə verilməsi qeyrimümkündür. 41.18 Bütün qeyd olunanlar əslində onu deməyə əsas verir ki, həqiqətdə mübahisəli obyekt, C deyil, məhz B icarəsinə verilmişdir. Yəni, qeyri-yaşayış sahəsinin əsl icarəçisi B olmuş, onun trəfindən də icarəyə verənə (K) icarə haqlarının ödənişi həyata keçirilmişdir. İş materiallarından da görünür ki, B təkid və israrla bildirir ki, obyekt əslində onun icarəsində olmuş və onun tərəfindən icarə haqları vaxtlı-vaxtında ödənilmişdir. Göründüyü kimi, Clə bağlanmış sonrakı müqavilələr, sadəcə olaraq, əhəmiyyətsiz xarakter daşımış olur. 41.19 Müəssisə mülkiyyətindəki mübahisəli qeyri-yaşayış sahəsi ilə bağlı hüquqlarını həyata keçirərkən mülki qanunvericiliyin müəyyən etdiyi qaydalar gözlənilməmiş, sui-istifadə hallarına yol verilmişdir. 41.20 Müəssisə mülkiyyətində olan mübahisəli qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarını həyata keçirərəkən, bir tərəfdən həmin səhəni K etibarnaməli idarəçiliyinə vermiş, sonuncu isə ona verilmiş hüquqları həyata keçirərək qeyri-yaşayış sahəsini B icarəsinə verdiyi və ondan icarə haqlarını aldığı halda, bundan sonra həmin qeyri-yaşayış sahəsi bir daha ilk öncə C, daha sonra isə yenə də Müəssisənin həmin etibarnaməsi əsasında çıxış edən K tərəfindən eyni müddətə C icarəsinə verilmişdir. Bütün hallarda icarə haqlarının ödənilməsi mühasibat uçotu qaydalarından kənar (nağd) hə yata keçirilmiş, yəni ödənişlər vergi qanunvericiliyin tələbləri qaydasında ciddi hesabat sənədlərində təsbit edilməmişdir. Müəssisənin bütün bu hərəkətləri vicdanlılığın yol verdiyi tərzə uyğun hesab edilə bilməz və həmin hərəkətlə cavabdehlərə münasibətdə hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir. 41.21 Beləliklə də, cavabdehlərdən onun xeyrinə mübahisəli obyektin icarəsinə görə 25.200 manat məbləğində icarə haqqının tutulmasını tələb etməkdə haqlı olduğu sübuta yetirilmir.

42. Apellyasiya instansiyası məhkəməsi öz qətnaməsini MM-in 337.3, 385.1, 386.1, 387.3, 425.1, 425.2, 560.1, 560.2, 560.3.1, 700.1, 882.1-ci, MPM-in 14.2, 77.1, 385.1.1, 385.1.4-cü maddələrinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “İHAM”) “Mahmudov Rusiyaya qarşı iş üzrə” 2007-ci il 26 iyul tarixli qərarına istinad etməklə əsaslandırmışdır.

43. Müəssisə 2018-ci il 30 may tarixində həmin qətnamədən kassasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 15 mart tarixli 2-2(103)128/2018 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. e) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat (BİRİNCİ İŞ ÜZRƏ)

44. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2018-ci il 3 oktyabr tarixli 2-2(102)-355/18 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2018-ci il 15 mart tarixli 2-2(103)-128/2018 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir (sədrlik edən – İ.Dadaşov, hakimlər A.Hüseyn ov, S.Hüseynova).

45. Kassasiya instansiya məhkəməsinin iş üzrə mövqeyi aşağıdakı kimi olmuşdur: 45.1 Mübahisəli qeyri-yaşayış sahəsi Müəssisənin mülkiyyətində olduğu, K isə həmin qeyriyaşayış sahəsi ilə bağlı sadəcə müvafiq etibarnamə verildiyi və sonuncunun qanunun tələbinə görə şəxsən özü barəsində əqd bağlaya bilmədiyi üçün, işə kasssasiya qaydasında baxan məhkəmə kollegiyası tərəfindən, icarə müqaviləsini K öz adından bağladığı üçün Müəssisə tərəfindən cavabdehlərə qarşı icarə haqqının ödənilməsi ilə bağlı iddia tələbinin əsassız olması barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MM-nin 359.3 və 362.1-ci maddələrinin pozuntusu kimi qiymətləndirilir. 45.2 İş materiallarından da göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi B münasibətdə rədd edil miş, məhkəmə qətnaməsində onun hüquqlarına toxunacaq hər hansı məsələ həll edilmədiyi halda, sonuncu tərəfindən də digər cavabdehlə birlikdə apellyasiya şikayəti verilmiş, apellyasiya məhkəməsi isə ona qarşı rədd edilmiş iddia üzrə apellyasiya şikayətinin mümkünlüyünü düzgün qiymətləndirməmiş, əksinə iddia tələbini rədd edərkən bir sıra müqavilələrin əslində onunla bağlandığı, sonuncunun hüquqlarının pozulması, onun 2012-ci il 14 avqust tarixli müqavilə üzrə tərəf olmadığı ilə də əsaslandırmağa çalışmışdır. 45.3 İş materiallarına əsasən müqavilənin, tərəflərin qarşılıqlı razılığına əsasən notariat qaydasında ləğv edilməsindən sonra da cavabdeh qeyri-yaşayış sahəsini boşaltmamış, sahəni Müəssisəyə qaytarmamış, işə baxmış apellyasiya məhkəməsi isə cavabdehlərin məhz hansı vaxtadək qeyri-yaşa yış sahəsindən istifadə etməkdə davam etdiklərini, qeyri-yaşayış sahəsini Müəssisəyə nə vaxt qaytardıqlarını da araşdırmağa hər hansı zərurət görməmişdir. 45.4 Buna görə də 2016-cı ilin fevral ayının əvvəlində müqavilə ləğv olunduğu halda, həmin ilin oktyabr ayına qədər olan dövr üzrə C hansı əsaslara görə icarə haqqını ödəmək öhdəliyinin yarandığının əsaslandırılmadığı barədə apellyasiya məhkəməsinin gəldiyi nəticə də, cavabdeh qeyri-yaşayış sahəsindən istifadə etməkdə davam etdiyi üçün uğurlu hesab edilə bilməz. 45.5 İş materiallarında, müqavilə bağlandıqdan sonra tərəflər arasında icarə haqqı üzrə hesablaşmaların ciddi hesabat blankları tərtib edilməklə həyata keçirildiyi barədə hər hansı sübut yoxdur, müqavilə tərəfləri bu hesablaşmaları işgüzar qaydada həyata keçirdikləri halda, apell yasiya məhkəməsi cavabdehdən 2016-cı il 1 yanvar tarixindən 2016-cı il 1 oktyabr tarixinə qədər olan dövr üzrə 25.200 manat məbləğində icarə haqqının tutulması barədə tələbi, həmçinin iddiaçı və cavabdeh arasında hesablaşmanın ciddi hesabat sənədlərinin tərtib edilmədiyi və buna görə də tələb olunan borcun rəsmi sənədlərlə təsdiq edilmədiyi ilə əsaslandırmağa cəhd etmişdir. Halbuki, müqavilənin tərəfləri arasında hazırkı mübahisə yaranan ana qədər bununla bağlı hər hansı narazılıq olduğu iş materiallarından görünmür və cavabdehin də həmçinin MPM-in 77.1-ci maddəsinə əsasən tələb olunan icarə haqqı borcunu ödədiyi barədə müvafiq sənədləri və sübutları məhkəməyə təqdim etmək vəzifəsi daşıdığı nəzərə alınmamışdır.

46. Kassasiya instansiya məhkəməsi qərarını MM-nin 324.1, 359.3, 362.1, 385.1, 386.1, 389.1, 390.1, 405.1, 425.1, 442, 445.1, 445.2, 448.1, 700.1, 700.2, MPM-nin 88, 418.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

47. Daha sonra Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 7 dekabr tarixli 2- 2(103)-915/2018 saylı qərardadı ilə Müəssisəsinin C və B qarşı “icarə haqqının ödənilməsi” tələbinə dair iş üzrə icraat Bakı Apellyasiya Məhkəməsinin icraatında olan, iddiaçılar C və B cavabdehlər Müəssisə və K qarşı “müqavilələrin etibarsız sayılması, çəkilmiş xərclərin, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iş (İKİNCİ İŞ) üzrə yekun məhkəmə qətnaməsi qanuni qüvvəsini alanadək hazırkı iş üzrə icraat dayandırılmışdır. İKİNCİ İŞ ÜZRƏ f) İ. İŞİN HALLARİ

48. Hazırkı işin hallarından bir çoxu BİRİNCİ İŞ-in halları ilə eynilik təşkil ed ir (bax yuxarıda müvafiq olaraq §§ 3, 10-11, 14, 18 ).

49. İş materiallarında olan 2017-ci il 19 oktyabr tarixində B, C və X25 tərəfindən tərtib olunmuş akt qeyd edilmişdir ki, həqiqətən də Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsi, 22 ünvanında yerləşən onmərtəbəli binanın birinci mərtəbəsindəki Müəssisəyə məxsus qeyri-yaşayış sahəsinə baxış keçirərkən həmin obyektin içərisinə daxil olmaq mümkün olmadı. Qeyri-yaşayış sahəsinin pəncərəsindən içəri baxarkən aşkar edildi ki, B ilə Müəssisə arasında bağlanmış 2012-ci il 10 yanvar tarixli icarə müqaviləsinə əsasən B icarəyə götürdüyü qeyri-yaşayış sahəsinin 70 m2-lik hissədə (obyektin sağ tərəfi) və qeyd edilən obyektin 298,3 m2-lik hissəsində (obyektin orta hissəsi), həmçinin onlar arasında bağlanmış 2012-ci il 1 sentyabr tarixli icar ə müqaviləsi ilə B icarəyə götürdüyü obyektin 70 m2-lik hissəsində (obyektin sol tərəfi) B tərəfindən quraşdırılmış avadanlıqların çox hissəsi qeyri-peşəkar şəkildə sökülüb yararsız hala salınmış və bu avadanlıqlar obyektdə toplu halda bir yerə yığılmışdır. Həmin vaxt obyektdə qalan avadanlıqların sökmə işləri ilə məşğul olan və adını təqdim etməyən şəxs (usta) bu avadanlıqların sökülməsinin Müəssisənin müdiriyyətinin və Araz müəllimin göstərişi ilə aparıldığını bildirdi.

50. İş materiallarından olan 2018-ci il 5 aprel tarixində B, C və X10 tərəfindən tərtib olunmuş aktda qeyd edilmişdir ki, həqiqətən də Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsi, 22 ünvanında yerləşən onmərtəbəli binanın birinci mərtəbəsindəki Müəssisəyə məxsus qeyri-yaşayış sahəsinə baxış keçirərkən həmin obyektin i çərisinə daxil olmağa icazə verilmədi. Qeyri-yaşayış sahəsinin pəncərəsindən içəri baxarkən aşkar edildi ki, həmin qeyri-yaşayış sahəsinin yeni icarəçiləri tərəfindən təmir işləri aparılır. Həmçinin B ilə Müəssisə arasında bağlanmış 2012-ci il 10 yanvar tarixli icarə müqaviləsinə əsasən B icarəyə götürdüyü qeyri-yaşayış sahəsinin 70 m2-lik hissədə (obyektin sağ tərəfi) və qeyd edilən obyektin 298,3 m2-lik hissəsində (obyektin orta hissəsi), onlar arasında bağlanmış 2012-ci il 1 sentyabr tarixli icarə müqaviləsi ilə B icarəyə götürdüyü obyektin 70 m2-lik hissəsində (obyektin sol tərəfi) B tərəfindən quraşdırılmış, 2017-ci ildə Müəssisənin rəhbərliyinin göstərişi ilə qeyri-peşəkar şəkildə sökülüb yararsız hala salınmış və bir yerdə yığılmış avadanlıqlar ümumiyyətlə obyektdə aşkar edilmədi. İş üzrə qəbul edilmiş məhkəmə aktları g) Birinci instansiya məhkəməsində icraat (İKİNCİ İŞ ÜZRƏ)

51. C və B 2016-cı il 7 aprel tarixində Müəssisəyə və K qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət eedərək, Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsi, 22 ünvanında yerləşən onmərtəbəli binanın birinci mərtəbəsindəki 438,3 m2 ölçüdə qeyriyaşayış sahəsinin 368,3 m2 hissəsinin icarəyə verilməsi haqqında Clə K arasında bağlanmış 2012-ci il 14 avqust tarixli müqavilənin etibarsız sayılması, həmin obyektin təmirinə xərclənmiş 400.000 manat vəsaitin cavabdehlərdən müştərək qaydada tutularaq B ödənilməsi, həmçinin iddiaçılar B və C hər birinə 30.000 manat məbləğində dəymiş mənəvi zərərə görə pul vəsaitinin cavabdehiərdən müştərək qaydada tutulması, habelə ödənilmiş 3 0 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçı C ödənilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur.

52. İddia tələbi aşağıdakı hallarla əsaslandırılmışdır. 52.1 B və K arasında Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsi, 22 ünvanında yerləşən binanın birinci mərtəbəsindəki qeyri-yaşayış sahəsinin 400 m2 hissəsinin aylıq icarə haqqı 7.500 manat olmaqla 5 il müddətinə icarəyə verilməsi barədə müqavilə bağlanmış, B vəsaiti hesabına həmin obyektdə əsaslı təmir işləri aparılmışdır. 52.2 Sonradan B həmin qeyri-yaşayış sahəsinin 70 m2 hissəsinin də aylıq icarə haqqı 2.000 manat olmaqla ona icarəyə verilməsi barədə başqa müqavilə də bağlayaraq, həmin hissəni də öz vəsaiti hesabına təmin etdirmişdir. 52.3 Beləliklə B tamamilə yararsız vəziyyətdə olan həmin qeyri-yaşayış sahəsinin fəaliyyət göstərmək üçün yaxşı vəziyyətə gətirilməsinə 400.000 manat pul vəsaiti xərcləmişdir. 52.4 Hazırkı iddianın qaldırılmasından 3 ay əvvəl K obyektə gələrək icarə haqqının 2 dəfə artırıldığını bildirmiş, əks halda obyektin boşaldılmasını tələb etmiş, eləcə də B çəkdiyi xərcin qaytarılmasından imtina etmişdir. 52.5 Tərəflər arasında bağlanmış icarə müqavilələrinə əsasən onlara vaxtından əvvəl xitam verildiyi halda, təmir üçün çəkilmiş bütün xərclər icarəyə verən tərəfindən ödənilməlidir. Obyektin təmirinə xərclənmiş 400.000 manat vəsait Müəssisədən və K müştərək qaydada tutularaq B xeyrinə ödənilməlidir. 52.6 Sonradan aparılan araşdırma nəticəsində aydın olmuşdur ki, qeyd olunan obyekt K məxsus deyil. O, həmin ünvandakı 438,3 m2 ölçüdə qeyri-yaşayış sa həsinin 368,3 m2 hissəsinin 5 il müddətinə icarəyə verilməsi barədə İ.Vəliyevin adından Clə 2012-ci il 8 iyun tarixində notarial qaydada təsdiq olunmuş icarə müqaviləsi bağlamışdır. Lakin həmin tarixdən müəyyən müddət keçdikdən sonra A.CƏliyevə bildirmişdir ki, yeni icarə müqaviləsi bağlanması vacibdir. 2012-ci il 14 avqust tarixində onlar arasında binanın birinci mərtəbəsindəki 438,3 m2 ölçüdə qeyri-yaşayış sahəsinin 368,3 m2 hissəsinin 5 il müddətinə icarəyə verilməsi barədə notarial qaydada başqa müqavilə bağlanmışdır. 52.7 C həmin müqavilənin bağlanmasının mahiyyətini dərk etməsə də, bu təklifi K təkidi ilə qəbul etmişdir. 438.3 m2 ölçüdə həmin qeyri-yaşayış sahəsinə aid sənədlərlə tanış olduqdan sonra isə məlum olmuşdur ki, obyekt Müəssisəyə məxsusdur. Aydın olmuşdur ki, K əvvəlki ica rə müqavilələrini vergi orqanlarına təqdim etmədiyindən, 2012-ci il 14 avqust tarixində notarial qaydada təsdiq olunmuş saxta icarə müqavilə bağlanmasını təmin etmişdir. 2012-ci il 14 avqust tarixində həmin obyektin fiziki şəxsə məxsus olması əks olunmuşdur. Bununla həmçinin Müəssisə ötən müddət (4 il) ərzində aylıq icarə haqqı 9.500 manat olmaqla əldə etdiyi mənfəəti üzrə dövlət büdcəsinə 91.200 manat vergi ödənilməsindən yayınmışdır. Həmçinin həmin məbləğin 50% həcmində maliyyə sanksiyası da ödənilməlidir. Müəyyənləşmişdir ki, K Müəssisənin faktiki rəhbəridir. 52.8 Beləliklə, Clə K adasında bağlanmış 2012-ci il 14 avqust tarixli 3M/1031 reyestr nömrəli icarə müqaviləsi etibarsız sayılmalıdır. B Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsi, 22 ünvanında yerləşən onmərtəbəli binanın bir inci mərtəbəsindəki qeyri-yaşayış sahəsinin 400 m2 hissəsinə görə aylıq icarə haqqı 7.500 manat və 70 m2 hissəsinə görə aylıq icarə haqqı 2.000 manat olmaqla K 4 il ərzində ümumilikdə - 456.000 manat icarə haqqı ödəmişdir. K bir obyekt üzrə dörd müqavilə bağlaması və onları (iddiaçı tərəfi) obyektdən çıxarmaq və aldatmaq və bu istiqamətdə digər hərəkətləri nəticəsində B və C dəymiş mənəvi zərərin həcmi (hər birinə) 30.000 manat qiymətləndirilməlidir.

53. İddia tələbi MM-in 21, 337.3, 340.1, 1096, 1097-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun (bundan sonra – “KMP”) “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 1 may tarixli qərarına istinad etməklə əsaslandırılmışdır.

54. Müəssisə iddianın aidiyyat ü zrə inzibati-iqtisad məhkəməsinə göndərilməsi barədə ərizə ilə Bakı şəhəri Nərimanov rayon məhkəməsinə müraciət etmiş, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 2016-cı il 26 aprel tarixli 2(005)-3314/2016 saylı qərardadı ilə ərizə təmin edilməmişdir.

55. Müəssisə və K 2016-cı il 4 may tarixində Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 2016-cı il 26 aprel tarixli 2(005)-3314/2016 saylı qərardadından şikayət vermiş, qərardadın ləğv edilməsini və vəsatətin təmin edilərək mülki işin baxılması üçün inzibati-iqtisadi məhkəməyə göndərilməsini xahiş etmişdir.

56. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 2016-cı il 6 may tarixli 2(005)-3314/2016 saylı qərardadı ilə şikayət və vəsatət təmin edilmiş, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 2016-cı il 26 aprel tarixli 2(005)-3314/2016 saylı qərarda dı ləğv edilmiş, iş baxılması üçün 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir.

57. İş 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin icraatına daxil olduqdan sonra iddiaçı tərəf iddia tələbinin həcmini artıraraq, onun 2012-ci il 8 iyun və 2012-ci il 14 avqust tarixli müqavilələrin etibarsız sayılması, obyektin təmirinə, əşya və avadanlıqların quraşdırılmasına xərclənmiş 472.246,90 manat vəsaitin, 2015-ci il 10 noyabr tarixindən 2018-ci il 10 aprel tarixinədək əldən çıxmış faydaya görə 43.500 manat vəsaitin cavabdehlərdən müştərək qaydada tutularaq B ödənilməsi, iddiaçıların hər birinə dəymiş 30.000 manat mənəvi zərərin müştərək qaydada cavabdehlərdən tutulması kimi qəbul olunmasını xahiş etmişdir. 58. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 16 iyun tarixli qərard adı (hakim – M.Hacıbəyova) ilə iş üzrə kompleks məhkəmə tikinti texniki və əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın keçririlməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və ekspert qarşısında aşağıdakı sual qoyulmuşdur: ünvan 7 ünvanında yerləşən onmərəbəli binanın birinci mərtəbəsində sahəsi 438,3 m2 olan obyektə əsaslı təmir işlərinin görülməsi üçün malların satın alınmasına və əsaslı təmir işlərinin görülməsinə, həmçinin qeyri-yaşayış sahəsində quraşdırılması məqsədilə əşya və avadanlıqların satın alınması və quraşdırılmasına 2012-ci ildə nə qədər vəsait xərclənmişdir?

59. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2017-ci il 28 noyabr tarixli 17956/18145 saylı ekspert rəyi ilə qoyulmuş suala aş ağıdakı kimi cavab verilmişdir: təmir tikinti işlərinin ümumi dəyəri orta bazar qiymətlərinə uyğun olaraq təxminən 149.498 manat məbləğində müəyyən olunur. Ekspert baxışında təqdim edilmiş malların təzə vəziyyətində 2012-ci ilə olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 50.254 manat müəyyən edilir. Qiymətləndirmə zamanı həmin malların daşınması, quraşdırılması və sair ortaya çıxacaq xərclər nəzərə alınmamışdır. 60. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 25 aprel tarixli 2-2(82)-13/2018 saylı qətnaməsi ilə aşağıdakılar qət edilmişdir (hakim – R.Kərimli): 60.1 iddia qismən təmin edilsin; 60.2 C və K arasında bağlanmış 2012-ci il 8 iyun tarixli 3M-/1031 reyestr nömrəli və 2012-ci il 14 avqust tarixli 3M-02/471 reyestr nömrəli icarə müqavilələri etibarsız sayılsın; 60.3 Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsi, 22 ünvanındakı on mərtəbəli binanın birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin təmirinə, əşya və avadanlıqların quraşdırılmasına sərf edilmiş 199.752 manat vəsait Müəssisədən və K müştərək qaydada tutularaq B ödənilsin; 60.4 iddia qalan hissədə rədd edilsin; 60.5 iddia qaldırılarkən ödənilmiş 30 manat dövlət rüsumunun 15 manatı cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçılara ödənilsin, qalan 15 manatın iddiaçılara aid edilsin; 60.6 iş üzrə 200 manat ekspertiza xərcinin 100 manatı iddiaçılara, qalan 100 manatı cavabdehlərə aid edilsin. 61. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin iş üzrə mövqeyi aşağıdakı kimi olmuşdur. 61.1 K və C arasında bağlanmış 2012-ci il 8 iyun tarixli müqavilə 2012-ci il 10 yanvar tarixində bağlanm ış icarə müqaviləsini pərdələmək üçün bağlanmış yalan əqd kimi qiymətləndirilməlidir. Belə ki, K Müəssisənin etibarnaməsi əsasında müvafiq daşınmaz əmlakın idarəçisi kimi C ilə icarə müqaviləsini bağlaması belə deməyə əsas verir ki, tərəflər arasındakı əsl münasibətlər 2012-ci il 10 yanvar tarixli və 2012-ci ilin sentyabr ayında bağlanmış müqavilələr əsasında qurulmuşdur. İcarə haqqının az göstərildiyi 2012-ci il 8 iyun tarixli müqavilə, hansında ki Müəssisənin adı göstərilmişdir, notarial qaydada bağlanmış olsa da, 2012-ci ilin sentyabr ayında əmlakın digər hissəsinə müqavilənin K tərəfindən yenidən həmin icarəçi ilə bağlanması icarə münasibətlərinin 2012-ci il 10 yanvar tarixindən başlandığını və bu münasibətlərin 2012-ci il 8 iyun tarixli müqavilə üzrə formallığını göstərir. 61.2 Həm də nəzərə alınmalıdır ki, fərqli icarə haqları (2.800 və 7.500 manat) üzrə büdcəyə vergi ödənişləri də fərqlidir. Müəssisədə 2012-ci il 8 iyun tarixli müqavilə üzrə icarə haqqının ödənişinə görə uçot da aparılmamışdır (bu barədə heç bir mühasibatlıq sənədi təqdim edilməmişdir). 2012-ci il 10 yanvar tarixli müqavilənin birbaşa Müəssisə tərəfindən bağlanmaması icarə haqqı üzrə uçotun aparılmasını dolayısı ilə şərtləndirir (fiziki şəxs bağladığından). 61.3 2012-ci il 14 avqust tarixli müqavilə də sonradan onu imzalayan şəxslərin ərizəsi əsasında ləğv edilsə də, bu, məhkəmə tərəfindən onun etibarsız qiymətləndirilməsinin qarşısını almır. Yuxarıda göstərilənlər həmin müqavilənin də yalan əqd kimi qiymətləndirilməsinə əsas verir. 61.4 Odur ki, 2012-ci il 8 iyun tarixli və 2012-ci il 14 avqust ta rixli müqavilələr əhəmiyyətsiz əqd kimi etibarsız sayılmalıdır. 61.5 2012-ci iln yanvar və senytabr aylarında bağlanmış icarə müqavilələrinin şərtlərini “icarəçi” və “icarəyə verən”in hansının pozması, yəni “icarəçi"nin özünün obyektdən çıxması, yoxsa “icarəyə verənin təkidi ilə oradan çıxması hazırkı mübahisə tərəflərinin ifadələrinə görə bərabər ehtimallı görünür. Lakin məhkəmə sonradan 2015-ci ildə obyektin bir hissəsinə də olsa başqa şəxslə (R.Babayev ilə) ayrıca müqavilə bağlanmasını, habelə hazırkı iddiaçı tərəflə mübahisənin müqavilə müddəti (5 illik) başa çatmamışdan başlamasını nəzərə alaraq, yəqin edir ki, iddiaçı tərəf müvafiq obyektdən icarəçi kimi çıxarılmışdır. Belə olan halda, 2012-ci il 10 yanvar tarixli və 2012-ci ilin sentyabr ayında bağlanmış icarə müqavilələrinin şərtlə rinə və “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələblərinə əsasən obyektin təmirinə, habelə əşya və avadanlıqların alınması və quraşdırılmasına çəkilən xərclər cavabdehlərdən müştərək qaydada tutularaq “icarəçi” kimi B ödənilməlidir. 61.6 2012-ci il 8 iyun və 2012-ci il 14 avqust tarixli müqavilələr yalan əqd olduğundan, MM-in 340.2-ci maddəsinin tələbləri 2012-ci il 10 yanvar tarixli və 2012-ci ilin sentyabr ayında bağlanmış müqavilələrin şərtlərinin tətbiqini nəzərdə tutur. 61.7 Məhkəmə obyekdə çəkilən təmir xərcinin, ona əşya və avadanlıqların quraşdırılması da daxil olmaqla qiymətinin iş üzrə alınmış ekspert rəyində göstərilən həcmdə olması ilə razılaşır. Çünki məhkəmə icraatında həmin ekspert rəyi ilə razılaşmamaqla bağlı heç bir əsas müəyyən edilməmiş, hab elə işin bu xüsusatı ilə bağlı digər mötəbər sübut təqdim olunmamışdır. 61.8 2015-ci il 10 noyabr tarixindən 2018-ci il 10 aprel tarixinədək əldən çıxmış faydaya görə 43.500 manat vəsaitin və 30.000 manat (iddiaçıların hər birinə) mənəvi zərərin tutulmasına gəldikdə isə, müqayisəli təhlil üçün müvafiq tarixdən əvvəlki vaxt üzrə təsərrüfat subyektinin dövriyyəsini təsdiqləyən, eləcə də sahibkarlıq fəaliyyətini səciyyələndirən digər fərq göstəricilərinə dair heç bir sübut təqdim edilmədiyindən, bu hissədə iddiaçıların iddiası əsaslı sayıla bilməz. 61.9 Cavabdeh tərəfin təqdim etdiyi “iddia müddətinin tətbiqi” barədə ərizə ilə bağlı nəzərə alınmalıdır ki, müvafiq icarə müqavilələri “əhəmiyyətsiz əqd” kimi məhkəmədə iddia qaldırılmasından asılı olmayaraq özlüyündə etibarsız olduğundan, işin bu halı iddia müddətinin tətbiqinə əsas vermir. 62. 2 saylı Bakı İnzibati-İqtisadi məhkəməsi öz qətnaməsini MM-in 14.1, 14.2.1, 21.1, 21.2, 24.1, 43.1, 152.1-152.4, 158.1-158.4, 324.1, 324.2, 331.1, 337.1, 337.2, 337.4, 337.5, 340.1, 340.2, 347.1, 354.1, 354.2, 359.1, 373.1, 373.2, 373.4, 373.5, 375.1, 375.2, 385.1, 385.2, 386.1, 389.1, 394, 421.1, 424.2, 425.1, 425.2, 430.1, 442, 443.1-443.4, 448.1, 700.1, 700.2, MPM-in 14.2, 64.1, 76.1, 76.2, 77.1, 78.1, 80, 88, 103.1, 107, 115.0.1, 119.1, 217.4-cü, “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddələrinə istinad etməklə əsaslandırmışdır.

63. K və Müəssisə 2018-ci il 8 iyun tarixində ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək, həmin qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişlər.

64. C və B 2018-ci il 20 iyun tarixində apellyasiya şikayəti verərək, həmin qətnamənin qismən – iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilərək iddia tələbinin tam təmin edilməsi, iş üzrə 200 manat ekspertiza xərcinin bütövlükdə cavabdehlərdən müştərək qaydada tutulmasını, həmçinin iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manatın və apellyasiya şikayətinin verilməsi üçün iddiaçılar tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olan 15 manatın cavabdehlərdən müştərək qaydada tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.

65. C və B 2018-ci il 25 iyun tarixində ərizə ilə məhkəməyə müraciət edərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 25 aprel tarixli 2-2(82)-13/2018 saylı qətnaməsində 2012-ci il 8 iyun və 2012-ci il 14 avqust tarixli icarə müqavilələrinin reyestr nömrələri üzrə yanlışlıqlara 2012-ci il 8 iyun tarixli 3M-02/471 reyestr nömrəli və 2012-ci il 14 avqust tarixli 3M/1031 reyestr nömrəli icarə müqavilələri redaksiyasında düzəlişlər edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. 66. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 29 iyun tarixli 2-2(82)-13/2018 saylı qərardadı ilə ərizə təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-13/2018 saylı iş üzrə 2018-ci il 25 aprel tarixli qətnaməsində buraxılmış yanlışlıqlar düzəldilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 25 aprel tarixli 2-2(82)-13/2018 saylı qətnaməsinin əsaslandırma və nəticə hissələrindəki “2012-ci il 8 iyun tarixli 3M/1031 nömrəli və 2012-ci il 14 avqust tarixli 3M-02/471 nömrəli” sözləri “201 2-ci il 8 iyun tarixli 3M-02/471 nömrəli və 2012-ci il 14 avqust tarixli 3M/1031 nömrəli” sözləri ilə əvəz edilmişdir. h) Apellyasiya instansiya məhkəməsindəki birinci icraat (İKİNCİ İŞ ÜZRƏ)

67. Bakı Apellyasiya Məhkəməsinin 2018-ci il 1 noyabr tarixli 2-2(103)-496/2018 saylı qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – H.Həmidov, hakimlər E.Nağıyeva və M.Məmmədov).

68. Apellyasiya instansiya məhkəməsinin iş üzrə mövqeyi aşağıdakı kimi olmuşdur. 68.1 K ilə Müəssisənin etibarnaməsi əsasında müvafiq daşınmaz əmlakın idarəçisi kimi C arasında 2012-ci il 10 yanvar və 2012-ci il sentyabr tarixli icarə müqavilələri bağlanmış və tərəflər arasındakı əsl münasibətlər həmin müqavilələr əsasında qurulm uşdur. 2012-ci il 8 iyun tarixli müqavilədə icarə haqqının məbləği az göstərilmişdir. Bu müqavilə notarial qaydada bağlanmış olsa da, 2012-ci ilin sentyabr ayında əmlakın digər hissəsinə müqavilənin K tərəfindən yenidən həmin icarəçi ilə bağlanması icarə münasibətlərinin 2012-ci il 10 yanvar tarixindən başlandığını göstərir və bu münasibətlərin 2012-ci il 8 iyun tarixli müqavilə əsasında yaranmasına dair dəlillərin əsassız olmasını bir daha təsdiq edir. 68.2 Həm də nəzərə alınmalıdır ki, fərqli icarə haqları (2.800 və 7.500 manat) üzrə büdcəyə vergi ödənişləri də fərqlidir. Müəssisədə 2012-ci il 8 iyun tarixli müqavilə üzrə icarə haqqının ödənişinə görə uçot da aparılmamış və bu barədə heç bir mühasibatlıq sənədi təqdim edilməmişdir. 2012-ci il 10 yanvar tarixli müqavilənin birbaşa Müəssis ə tərəfindən bağlanmaması icarə haqqı üzrə uçotun aparılmasını dolayısı ilə şərtləndirir. 2012-ci il 14 avqust tarixli müqavilə də sonradan onu imzalayan şəxslərin ərizəsi əsasında ləğv edilsə də, bu, məhkəmə tərəfindən onun etibarsız qiymətlənirilməsinin qarşısını almır. 68.3 Apellyasiya şikayətlərinin dəlilləri üzrə. 2012-ci il 10 yanvar tarixli və 2012-ci ilin sentyabr ayında bağlanmış icarə müqavilələrinin notarial qaydada təsdiqlənmiş surətləri iş materiallarının İ cildinin 148 və 149-cu vərəqələrinə əlavə edilmişdir. Göründüyü kimi, bu icarə müqavilələri əsilləri olmayan əlyazmalar deyildir. Bundan başqa, K ilə B arasında bağlanmış həmin müqavilələr Müəssisənin xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsi 22 ünvanında yerləşən 438,3 m2 qeyri-yaşayış sah əsi barədə bağlanılsa da, Müəssisənin təsisçisi İ.Vəliyev tərəfindən onun adına verilmiş etibarnamə əsasında K Müəssisəni təmsil etmək səlahiyyəti olmuşdur. 68.4 Digər tərəfdən, Müəssisə apellyasiya şikayətində K ona verilmiş səlahiyyətdən kənara çıxmaqla müəssisənin mülkiyyətində olan daşınmaz əmlaka dair sərəncam verdiyini qeyd etsə də, həmçinin K də apellyasiya şikayətində Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsi 22 ünvanında yerləşən 438,3 m2 qeyri-yaşayış sahəsinin onun mülkiyyətində olmadığını, 2012-ci il 10 yanvar və 2012-ci il sentyabr tarixli icarə müqavilələrin etibarsız əqdlər olduğunu qeyd etsə də, hazırkı mübahisəyə qədər Müəssisənin K qarşı hər hansı iddia tələbi olmamış, bundan başqa, Müəssisə K tərəfindən bağlanmış müqavilələri mübahisələndirməmişdir. 68.5 Tərəflər a rasında bağlanmış 2012-ci ilin yanvar və senytabr aylarında bağlanmış icarə müqavilələrinin şərtlərini “icarəçi” və “icarəyə verən”in hansının pozması, yəni “icarəçi”nin özünün obyektdən çıxması, yoxsa “icarəyə verənin təkidi ilə oradan çıxması hazırkı mübahisə tərəflərinin ifadələrinə görə bərabər ehtimallı görünür. Lakin iş materiallarına Müəssisə ilə R.Babayev arasında bağlanmış obyektin bir hissəsinin icarəyə verilməsinə dair 2015-ci il tarixli müqavilə əlavə edilmişdir. İddiaçı ilə bağlanmış 2012-ci il tarixli müqavilələrin müqavilə müddətinin 5 il olması nəzərə alınarsa, B müvafiq obyektdən icarəçi kimi çıxarılmışdır. 68.6 Belə olan halda, 2012-ci il 10 yanvar tarixli və 2012-ci ilin sentyabr ayında bağlanmış icarə müqavilələrinin şərtlərinə və “İcarə haqqında” Azərbaycan Respublikas ı Qanununun 9-cu maddəsinin tələblərinə əsasən, obyektin təmirinə, habelə əşya və avadanlıqların alınması və quraşdırılmasına çəkilən xərclər cavabdehlərdən müştərək qaydada tutularaq “icarəçi” kimi B ödənilməli olması barədə birinci instansiya məhkəməsinin qənaəti əsaslı və qanuni olmuşdur. 68.7 Belə ki, 2012-ci il 8 iyun və 2012-ci il 14 avqust tarixli müqavilələr yalan əqd olduğundan, MM-in 340.2-ci maddəsinin tələbləri 2012-ci il 10 yanvar və 2012-ci il sentyabr tarixli müqavilələrin şərtlərinin tətbiqini nəzərdə tutur. 68.8 Məhkəmə kollegiyası obyektdə aparılmış təmir xərcinin, ona əşya və avanlıqların quraşdırılması ilə bağlı B çəkdiyi xərclərin miqdarı ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2017-ci il 28 noyabr tarixli ekspert rəyinə (bax yuxarıda § 58) əsaslanır. 68.9 İddiaçılar apellyasiya şikayətində obyekdə aparılmış təmir xərcinin, ona əşya və avanlıqların quraşdırılması ilə bağlı B 400.000 manat vəsaiti xərclədiyini qeyd etsələr də, bununla bağlı məhkəmə kollegiyasının iclasına hər hansı sübut təqdim etməmişlər. 68.10 Bundan başqa, məhkəmə haqlı olaraq iddia tələbini 2015-ci il 10 noyabr tarixindən 2018-ci il 10 aprel tarixinədək əldən çıxmış faydaya görə 43.500 manat vəsaitin və iddiaçıların hər birinə 30.000 manat mənəvi zərərin tutulması hissəsində əsaslı hesab etməyərək təmin etməmişdir. 68.11 Belə ki, iddiaçılar həmin müddətdə təsərrüfat subyektinin dövriyyəsini təsdiqləyən, eləcə də sahibkarlıq fəaliyyətini səciyyələndirən digər fərq göstəricilərinə dair heç bir sübut təqdim edilməmişlər. 68.12 Bundan başqa, id diaçılar əmlak hüquqlarının pozulması nəticəsində nə kimi mənəvi sarsıntı və iztirab keçirdiklərini, həmçinin bu sarsıntıların onların şüurunda hansı mənfi psixi reaksiyaya səbəb olması hallarını sübuta yetirə bilməmişlər.

69. Apellyasiya instansiya məhkəməsi qətnaməsini MPM-in 14.2, 64.1, 76, 77.1, 78.1, 80, 88, 103, 217.4, 384.0.1-ci maddələrinə, Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun (bundan sonra – “AMP”) “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2008-ci il 3 noyabr tarixli qərarının 1, 2, 8-ci bəndinə istinad etməklə əsaslandırmışdır.

70. C və B 2019-cu il 30 yanvar tarixində qətnamədən şikayət vermiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 1 noyabr tarixli 2-2(103)-496/2018 sa ylı qətnaməsinin qismən – iddiaçıların apellyasiya şikayətinin təmin edilmədiyi hissəsində ləğv edilməsi, iddianın tam təmin edilməsi, iş üzrə 200 manat olan ekspertiza xərcinin, iddiaçılar tərəfindən ödənilmiş birinci instansiya məhkəməsində iddia qaldırılması üçün dövlət rüsumunun əvəzi olan 30 manatın, apellyasiya şikayətinin verilməsi dövlət rüsumunun əvəzi olan 15 manatın və kassasiya şikayətinin verilməsi üçün dövlət rüsumunun əvəzi olan 15 manatın bütövlükdə cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıların xeyrinə ödənilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

71. K 2019-cu il 7 fevral, Müəssisə 2019-cu il 14 fevral tarixlərində kassasiya şikayətləri verərək, Bakı Apellyasiya Məhkəməsinin 2018-ci il 1 noyabr tarixli 2-2(103)-496/2018 saylı qətnaməsinin ləğv edil məsini və işin yenidən baxılması üçün apellysiya məhkəməsinə göndərilməsini xahiş etmişlər. o) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat (İKİNCİ İŞ ÜZRƏ)

72. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2019-cu il 17 aprel tarixli 2-2(102)-141/19 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2018-ci il 1 noyabr tarixli 2-2(103)-496/2018 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir (sədrlik edən – K.Bədəlov, hakimlər – S.Hüseynova və İ.Dadaşov).

73. Kassasiya instansiya məhkəməsinin iş üzrə mövqeyi aşağıdakı kimi olmuşdur. 73.1 Apellyasiya instansiyası məhkəməsi 2012-ci il 10 yanvar və 2012-ci il sentyabr tarixli icarə müqavilələrini etibarlı əqd kimi qiymətləndirərkən düzgün nəticəyə gəlməmişdir. 73.2 Belə ki, B iddia ərizəsində qeyri-yaşayış sahəsinin 400 m2 hissəsinə görə aylıq icarə haqqı 7.500 manat və 70 m2 hissəsinə görə aylıq icarə haqqı 2.000 manat olmaqla K 4 il ərzində ümumilikdə 456.000 manat icarə haqqı ödədiyini bildirsə də, iş materiallarına icarə haqqının ödənilməsi barədə sübut əlavə edilməmiş və məhkəmələr bu hala aydınlıq gətirməmişlər. 73.3 Bundan əlavə, B fərdi sahibkar olaraq icarəyə götürdüyü sahədə 4 il müddətdə fəaliyyət göstərdiyini bildirsə də, bu barədə vergi orqanında məlumatın qeydə alınıb-alınmadığı məhkəmələr tərəfindən araşdırılmamışdır. Ümumiyyətlə, həmin qeyri-yaşayış sahəsində 2012-ci ilin yanvar ayından iddia qaldırılan vaxtadək vergi ödəyicisi kimi kimlərin fəaliyyətinin qeydə alınması ilə bağlı vergi orqanına sorğu verilməmiş, apellyasiya instansiyası məhkəməsi bu h ala aydınlıq gətirməmişdir. 73.4 Halbuki K həm birinci instansiya məhkəməsində, həm də apellyasiya şikayətində bildirmişdir ki, C onunla notarial qaydada bağlanmış 2012-ci il 8 iyun tarixli icarə müqaviləsinə əsasən ərizə ilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı Lokal Vergilər Departamentinə müraciət edərək vergi ödəyicisi kimi uçota alınmış, sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. 73.5 Eyni zamanda, işdən görünür ki, apellyasiya instansiyası məhkəməsi 2012-ci il 10 yanvar və 2012-ci il sentyabr tarixli icarə müqavilələrinin əsilləri və ya lazımi qaydada təsdiq olunmuş surətlərinin iş materiallarında olmamasına baxmayaraq bu əqdləri etibarlı saymışdır. Həmin müqavilələrin iş materiallarında yalnız fotosurəti mövcuddur və bu müqavilələrin arxa tərəfində aparılmış qeyddən g örünür ki, Xızı rayonu dövlət notariat kontorunun dövlət notariusu bu fotonun düzgünlüyünü təsdiq etmişdir. Belə olan halda, apellyasiya məhkəməsi həmin müqavilələri sübut kimi qəbul edib, etibarlı əqd kimi qiymətləndirməkdə haqlı olmamış, mülki prosessual qanunvericiliyin tələbini pozmuşdur. 73.6 Apellyasiya məhkəməsi nəzərə almamışdır ki, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən notariuslar, müvafiq icra hakimiyyəti orqanları idarə, müəssisə və təşkilatların verdikləri sənədlərin surətlərinin düzgünlüyünü o şərtlə təsdiq edirlər ki, həmin sənədlər qanuna zidd olmasın, hüquqi əhəmiyyət daşısın, sənədlərin surətlərinin və sənədlərdən çıxarışların düzgünlüyünü təsdiq etmək qanunla qadağan edilməmiş olsun. Şəxsin verdiyi sənədin surətinin düzgünlüyü o hallarda təsdiq edilir ki, sənədin əslində həmin şəxsin imzasının həqiqiliyini notarius, müvafiq icra hakimiyyəti orqanı və ya şəxsin işlədiyi, təhsil aldığı və yaxud müalicə olunduğu yer üzrə idarə, müəssisə, təşkilat təsdiq etmiş olsun. 73.7 Lakin hazırkı halda notarius qeyd edilən müqavilələrin fotosunu təsdiq etməklə qanunvericiliyin tələbini pozmuşdur. 73.8 Apellyasiya instansiya məhkəməsi əslinin olduğu iddia edilən müqavilənin əldə edilməsi üçün zəruri tədbirlər görməmiş, qanuna zidd olmasına baxmayaraq fotosurət əsasında müqavilənin həqiqiliyini təsdiq etmişdir. 73.9 İddiaçıların nümayəndəsi 2012-ci il 10 yanvar və 2012-ci il sentyabr tarixli müqavilələrin əsillərinin Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə təqdim edildiyini bildirsə də, apellyasiya instansiyası məhkəməsi bu halı araşdırmamış, s orğu verməklə həmin müqavilələrin əslini tələb etməmişdir. 73.10 Həmçinin işdən görünür ki, cavabdeh buraxılmış iddia müddətinin tətbiqi barədə ərizə versə də, işə baxan məhkəmələr əqdin etibarsızlığı ilə bağlı tələbə iddia müddətinin tətbiqinə əsas olmadığını qeyd etmişlər. 73.11 Halbuki iddia müddəti və iddia hüququ anlayışları sıx surətdə bağlıdır. Vətəndaşlar öz şəxsi və əmlak hüquqlarının, habelə qanunla qorunan mənafelərinin məhkəmə müdafiəsini iddia vermək yolu ilə həyata keçirirlər. Əgər şəxsin hər hansı mülki hüququ başqa şəxs tərəfindən pozularsa, maraqlı tərəf müdafiə üçün məhkəmə orqanlarına müraciət edə bilər. Bu cür müraciət iddia adlanır. İddia hüququ isə pozulmuş və ya mübahisə edilən hüququ müdafiə etmək üçün məhkəməyə müraciət etmək imkanıdır. Qanunvericilik mülki hüquqla rın müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni iddia müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə bilər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. İddia müddətinin axımının başlanğıcı onun düzgün və dəqiq hesablanması, eləcə də mübahisəli hüquq münasibətinə tətbiqi üçün həlledici rol oynayır. Belə ki, bu məsələdə səhvə yol verilməsi iddia müddətinin süni surətdə qısaldılmasına və ya uzadılmasına gətirib çıxaracaqdır. 73.12 Qanunun mənasına görə iddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən, yəni pozulmuş hüququn məcburi qaydada məhkəmə orqanlarının köməyi ilə həyata keçirilmək imkanının yarandığı gündən başlanır. İddia hüququnun yarandığı gün şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Deməli, şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya konkret hallar əsasında bunu bilməli olduğu gündən iddia müddətinin axımı başlanır. 73.13 Ona görə də işə apellyasiya qaydasında yenidən baxılarkən B icarə müqaviləsindən nə vaxt (müqavilə bağlanarkən, yoxsa sonra) xəbər tutduğu aydınlaşdırılmalı və iddia müddətinin axımının başlanma anı müə yyən edilməlidir. 73.14 Əqdin etibarsızlığı ilə bağlı mübahisələndirmə (kəsici) müddəti isə MM-nin 354.2-ci maddəsində bir il nəzərdə tutulmuşdur. 73.15 İşə yenidən baxılarkən iddia müddətinin tətbiqi barədə ərizə bir daha müzakirə edilməli, iddia müddətinin axımının nə vaxt başlanması, onun keçib-keçmədiyi dəqiq müəyyən edilməklə tələbə qiymət verilməlidir. İddia müddətinin axımının başlanması anının dəqiq müəyyən edilməsi mübahisəli hüquq münasibətinə həmin münasibətlərin yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarının tətbiqi baxımından da əhəmiyyətlidir. 73.16 İddia müddətinin keçməsi iddianın rədd olunması üçün müstəqil əsasdır və bu, hüquqi müəyyənlik prinsipinə əməl olunması baxımından əhəmiyyətli olmaqla potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur.

74. Kassasiya m əhkəməsi qətnaməsini ARK-nın 60, 127-ci, MM-in 354.2, 377.1-ci, MPM-in 9.1, 9.3, 88, 89.1, 89.3, 217.1, 217.3, 418.1-ci maddələrinə, KMP-nin “Müşfiq Bayramovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2009-cu il 12 fevral tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2011-ci il 9 iyun tarixli qərarına istinad etməklə əsaslandırmışdır.

75. Daha sonra Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 18 iyul tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının icraatında olan iddiaçılar C və B cavabdehlər K və Müəssisəyə qarşı “müqavilələrin etibarsız sayılması, obyektin təmirinə, əşya və avadanlıqların quraşdırılmasına xərclənmiş vəsaiti n, dəymiş maddi və mənəvi zərərin tutulması” tələbinə dair iş (İKİNCİ İŞ) ilə iddiaçı Müəssisənin cavabdehlər C və B qarşı “icarə haqqının ödənilməsi” tələbinə dair iş (BİRİNCİ İŞ) birlikdə baxılması üçün 2(103)13/2019 nömrəsi altında bir icraatda birləşdirilmişdir.

76. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 1 avqust tarixli qərardadı ilə hazırki iş üzrə icraat təzələnmişdir. ÜÇÜNCÜ İŞ ÜZRƏ L) İ. İŞİN HALLARİ

77. Hazırkı işin halları BİRİNCİ və İKİNCİ İŞ-in halları ilə eynilik təşkil edir (bax yuxarıda müvafiq olaraq §§ 48-50). İş üzrə qəbul edilmiş məhkəmə aktları m) Birinci instansiya məhkəməsində icraat (ÜÇÜNCÜ İŞ ÜZRƏ)

78. Müəssisə 2017-ci il 15 sentyabr tarixində D MMC-yə (bundan sonra – “MMC”), B və C qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İ qtisadi Məhkəməsinə müraciət edərək, 2012-ci il 8 iyun tarixli icarə müqaviləsinə əsasən C 2016-cı il 1 oktyabr tarixindən 2017-ci il 8 iyun tarixinədək olan icarə haqqı borcu 22.400 manat pulun tutularaq Müəssisəyə verilməsi, cavabdehlərdən Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsi 22 ünvanında yerləşən qeyri-yaşayış sahəsini qanunsuz olaraq zəbt etmələri ilə əlaqədar vurulmuş zərərin (əldən çıxmış fayda və işgüzar nüfuzun) əvəzi kimi hər bir cavabdehdən 5.000 manat olmaqla, cəmi 15.000 manat pulun müştərək qaydada tutularaq Müəssisəyə verilməsi, C və B məxsus “Toshiba” markalı 10 ədəd kondisionerin (3 ədəd kondisioner pultu), 61 ədəd asma işıqların, 26 ədəd videokameranın, 6 ədəd böyük divanın, 15 ədəd kiçik kreslonun, 3 ədəd dairəvi stolun (jurnal stolu) və 9 ədəd kvadrat stolun B akı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsi 22 ünvanından çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

79. İddia tələbi aşağıdakı hallarla əsaslandırılmışdır. 79.1 Notarial qaydada bağlanmış 2012-ci il 8 iyun tarixli icarə müqaviləsinə əsasən ünvan 8 ünvanında yerləşən onmərtəbəli binanın birinci mərtəbəsində yerləşən 438.3 m2 qeyri-yaşayış sahəsinin 368,3 m2 hissəsi aylıq icarə haqqı 2.800 manat olmaqla 5 il müddətinə C icarəyə verilmişdir. C bir müddət müqavilənin şərtlərinə əməl etsə də, sonradan 2016-cı il 1 yanvar tarixində icarə haqqını ödəməkdən yayınmışdır. Bu səbəbdən də onların arasında məhkəmə mübahisəsi yaranmışdır. 79.2 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsin 2016-cı il 25 noyabr tarixli 2-2(82)-906/2016 saylı qətnaməsi ilə 2016-ci il 1 yanvar tarixindən 2016-cı il 1 oktyabr tarixinədək ödənilməmiş icarə haqqı üzrə 25.200 manat məbləğində pulun C tutularaq Müəssisəyə verilməsi qət edilmişdir. 79.3 Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin 2017-ci il 11 aprel tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Qətnamələrlə müəyyən olunmuşdur ki, C 2012-ci il 8 iyun tarixli icarə müqaviləsi üzrə 2016-cı il 1 yanvar tarixindən Müəssisəyə hər hansı məbləğdə ödəniş edilməmişdir. 2012-ci il 8 iyun tarixli icarə müqaviləsinin müddəti 2017-ci il 8 iyun tarixində bitmişdir. 79.4 C 2016-cı il 1 oktyabr tarixindən 2017-ci il 8 iyun tarixinədək olan borcu 22.400 manat təşkil edir. C dəfələrlə yazılı və şifahi müraciətlər edilərək, icarə haqqı üzrə borcun ödənilməsi təklif edilmişdir. Lakin o, həmin borcu ödəməmiş, eləcə də əmlakın təhvil verilməsi ni təmin etməmişdir. 2017-ci il 8 iyun tarixində Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin əməkdaşlarının iştirakı ilə sözügedən qeyri-yaşayış sahəsinə baxış keçirilmişdir. Baxış zamanı C məxsus olan üzərinə həbs qoyulmuş və digər əmlaklar aşkar edilməmişdir. Obyekt boş olduğundan, mülkiyyətçi kimi Müəssisənin istifadəsinə qaytarılmışdır. Bundan bir həftə sonra B özbaşınalıq edərək obyektin qapısındakı qıfılı qırmış və obyektə daxil olaraq oradan çıxmamışdır. Bu barədə hüquq-mühafizə orqanlarına müraciət edilmiş və hazırda Bakı şəhəri Nərimanov RPİ-də Cinayət Məcəlləsinin 322-ci maddəsi (özbaşınalıq) üzrə araşdırma aparılır. 79.5 Bundan sonra məlum olmuşdur ki, B heç bir hüquqi əsas olmadan MMC ilə müqavilə bağlayaraq həmin qeyri-yaşayış sahəsinə daxil olmuş və orada 24 saat iş rejimi ilə mühafizəçi təyin etdirmişdir. 79.6 MMC onun mülkiyyətçi olmadığını, habelə Müəssisə üçün mühafizəyə zərurət olmadığını bilsə də, qanun pozuntusuna yol vermiş, Müəssisəyə maddi ziyan vurmaqla yanaşı, onun işgüzar nüfuzuna da xələl gətirmişdir. Cavabdehlərə rəsmi qaydada pretenziya məktubları göndərilsə də, bunun nəticəsi olmamış, hazırda da mülkiyyət hüquqlarının pozulması davam edir. Cavabdehlərin Müəssisəyə məxsus qeyri-yaşayış sahəsinə qanunsuz müdaxiləsi, oranı zəbt etməsi mahiyyət etibarı ilə Müəssisənin öz mülkiyyətindəki əmlaka dair sərəncam vermək hüququnu pozur.

80. İddia tələbiARK-nın 29-cu, MM-in 21.1, 152.3, 152.5, 157.2, 164.1, 165.1, 1096.1, 1097.1-ci maddələrinə, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə, KMP-nin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli qərarına, AMP-nin “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2008-ci il 3 noyabr tarixli qərarına, İHAM-ın “Marks Belçikaya qarşı” iş üzrə 1979-cu il 13 iyun tarixli qərarına istinad etməklə əsaslandırılmışdır. 81. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 27 aprel tarixli 2-2(82)-61/2018 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir (hakim – R.Kərimli).

82. Birinci instansiya məhkəməsinin iş üzrə mövqeyi aşağıdakı kimi olmuşdur. 82.1 Müəssisənin vəkalətnaməsi əsasında çıxış edən şəxslə (K ilə) və C arasında bağlanmış 2012-ci il 8 iyun tarixli müqavilə 2012-ci il 10 yanvar tarixində bağlanmış icarə müqaviləsini pərdələmək üçün bağlanmış yalan əqd kimi qiymətləndirilməlidir. K Müəssisənin etibarnaməsi əsasında müvafiq daşınmaz əmlakın idarəçisi kimi, C ilə icarə müqaviləsini bağlaması belə deməyə əsas verir ki, tərəflər arasındakı əsl münasibətlər 2012-ci il 10 yanvar tarixli və 2012-ci ilin sentyabr ayında bağlanmış müqavilələr əsasında qurulmuşdur. 82.2 Çünki iddiaçı hüquqi şəxsdir və o, fəaliyyəti dövründə uçot sənədlərinin aparılması və saxlanılmasını təmin etməlidir, iddia ərizəsində 2012-ci il 8 iyun tarixli müqavilə üzrə bir müddət icarə haqqının ödənildiyi bildirilsə də, bu halı təsdiqləyən uçot sənədlərinin təqdim edilməməsi həmin müqavilənin əhəmiyyətli qəbul olunmaması mövqeyini formalaşdırır. Həm də nəz ərə alınmalıdır ki, icarə haqqının az göstərildiyi 2012-ci il 8 iyun tarixli müqavilə notarial qaydada bağlanmış olsa da, 2012-ci ilin sentyabr ayında əmlakın digər hissəsinə müqavilənin K tərəfindən yenidən həmin icarəçi ilə bağlanması icarə münasibətlərinin 2012-ci il 10 yanvar tarixindən başlandığını və bu münasibətlərin 2012-cı il 8 iyun tarixli müqavilə üzrə formallığını göstərir. Fərqli icarə haqları üzrə büdcəyə vergi ödənişləri də fərqlidir. Odur ki, 2012-ci il 8 iyun tarixli müqavilə əhəmiyyətsiz əqd kimi etibarsızdır. 2012-ci il 8 iyun tarixli icarə müqaviləsi üzrə icarə haqqının tələb olunması əsassızdır. 82.3 Əldən çıxmış faydaya və işgüzar nüfuza vurulan zərərə gorə pulun tutulması tələbi də əsaslı sayıla bilməz. Çünki tərəflər arasında əsl icarə münasibətləri 2012-ci il 8 iyu n tarixli müqavilə üzrə yaranmamışdır. Hətta bu müqavilə əhəmiyyətsiz olmasa da, müvafiq məbləğdə faydanın əldən çıxması, eləcə də işgüzar nüfuza ziyan dəyməsi ilə bağlı mötəbər sübut təqdim edilməmişdir. 82.4 Obyektə quraşdırılmış avadanlıq və mebel hissələrinin çıxarılması öhdəliyi cavabdehlərin üzərinə qoyula bilməz. Çünki icarəçinin çəkdiyi bütün xərclərin ödənilməsini tələb etmək hüququ var (qanunda və ya müqavilədə başqa hal nəzərdə tutulmayıbsa). Hazırkı tərəflər arasındakı icarə münasibətləri isə digər müqavilələrlə yaranmışdır. 83. 2 saylı Bakı İnzibati-İqtisadi məhkəməsi öz qətnaməsini MM-in 14.1, 14.2.1, 24.1, 43.1, 152.1-152.4, 158.1, 158.2, 324.1, 324.2, 331.1, 337.1, 337.2, 337.5, 340.1, 340.2, 359.1, 385.1, 385.2, 386.1, 389.1, 421.1, 425.1, 425.2, 442, 443.1-443.4, 448.1, 7 00.1, 700.2, MPM-in 14.2, 64.1, 76.1, 76.2, 77.1, 78.1, 80, 88, 107, 119.1, 217.4-ci, “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddələrinə istinad etməklə əsaslandırmışdır.

84. Müəssisə 2018-ci il 5 iyun tarixində apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. p) Apellyasiya instansiya məhkəməsindəki birinci icraat (ÜÇÜNCÜ İŞ ÜZRƏ)

85. Bakı Apellyasiya Məhkəməsinin 2018-ci il 19 sentyabr tarixli 2-2(103)-466/2018 saylı qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 27 aprel tarixli 2-2(82)-61/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – A.Nuriyeva, hakimlər – V.Ağayev və C. Yusifov).

86. Apellyasiya instansiya məhkəməsinin iş üzrə mövqeyi ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmiş, iddiaçının nümayəndəsi apellyasiya şikayətində göstərdiyi dəlilləri sübut edə bilməmişdir.

87. Apellyasiya məhkəməsi öz qətnaməsini MM-in 21, 337.1, 337.2, 337.5, 340.1, 340.2, 359.1, 700.1, 700.2-ci, MPM-in 14.2, 88, 107, 119.1, 217.4, 384.0.1-ci, “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddələrinə istinad etməklə əsaslandırmışdır.

88. Müəssisə 2018-ci il 14 dekabr tarixində kassasiya şikayəti verərərk həmin qətnamənin ləğv edilməsini və işə yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. q) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat (ÜÇ ÜNCÜ İŞ ÜZRƏ)

89. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2019-cu il 30 may tarixli 2-2(102)-53/19 saylı qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2018-ci il 19 sentyabr tarixli 2-2(103)466/2018 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir (sədrlik edən – X.Məmmədov, hakimlər – A.Hüseynov və R.Nəbizadə).

90. Kassasiya instansiya məhkəməsinin iş üzrə mövqeyi aşağıdakı kimi olmuşdur: 90.1 Apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən MPM-in 88, 89.1, 89.3-cü maddələrinin tələblərinə riayət edilməmişdir. Belə ki, məhkəmə 2012-ci il 8 iyun, 2012-ci il 10 yanvar tarixli və 2012-ci il sentyabr tarixli icarə müqavilələrinin əsillərinin və ya lazımi qaydada təsdiq olunmuş surətlərinin iş materialla rında olmamasına ümumiyyətlə əhəmiyyət verməmiş, düzgün olmayaraq kserosurət müqavilələrə mötəbər sübutlar kimi istinad etmişdir. Halbuki həmin sənədlərin yalnız əsilləri və ya lazımi qaydada təsdiq edilmiş surətləri sübut kimi qəbul edilib qiymətləndirilə bilər. Odur ki, təkrar apellyasiya baxışı zamanı məhkəmə tərəflərə həmin müqavilələrin əsillərini və ya lazımi qaydada təsdiq edilmiş surətlərini təqdim etməyi təklif etməlidir. 2012-ci il 8 iyun tarixli müqavilə isə notariat qaydasında bağlanıldığı üçün notariat orqanına sorğu edilməklə həmin müqavilə əldə edilə bilər. Məhkəmə yalnız müvafiq sübut dəyəri daşıdıqları halda həmin müqavilələrdən çıxış etməklə tərəflərin münasibətlərinə və onlardan irəli gələn öhdəliklərin yaranıb-yaranmadığına qiymət verməlidir. 90.2 Apellyasiya instansiya sı məhkəməsi 2012-ci il 10 yanvar tarixli və sentyabr 2012-ci il tarixli icarə müqavilələrini etibarlı əqd kimi qiymətləndirərkən düzgün nəticəyə gəlməmişdir. 90.3 Belə ki, B iddia ərizəsində qeyri-yaşayış sahəsinin 400 m2 hissəsinə görə aylıq icarə haqqı 7.500 manat və 70 m2 hissəsinə görə aylıq icarə haqqı 2.000 manat olmaqla K 4 il ərzində ümumilikdə 456.000 manat icarə haqqı ödədiyini bildirsə də, iş materiallarına icarə haqqının ödənilməsi barədə sübut əlavə edilməmiş və məhkəmələr bu hala aydınlıq gətirməmişlər. 90.4 Bundan əlavə, B fərdi sahibkar olaraq icarəyə götürdüyü sahədə 4 il müddətdə fəaliyyət göstərdiyini bildirsə də, bu barədə vergi orqanında məlumatın qeydə alınıb-alınmadığı məhkəmələr tərəfindən araşdırılmamışdır. Ümumiyyətlə, həmin qeyri-yaşayış sahəsində 2012-ci ilin y anvar ayından iddia qaldırılan vaxtadək vergi ödəyicisi kimi kimlərin fəaliyyətinin qeydə alınması ilə bağlı vergi orqanına sorğu verilməmiş, apellyasiya instansiyası məhkəməsi bu hala aydınlıq gətirməmişdir. 90.5 Müəssisə həm birinci instansiya məhkəməsində, həm də apellyasiya şikayətində bildirmişdir ki, C onunla notarial qaydada bağlanmış 2012-ci il 8 iyun tarixli icarə müqaviləsinə əsasən ərizə ilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı Lokal Vergilər Departamentinə müraciət edərək vergi ödəyicisi kimi uçota alınmış, sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. 90.6 Hər hansı əqdə yalan əqd kimi yanaşa bilmək üçün onun başqa əqdi pərdələmək məqsədilə bağlanıldığı müəyyən edilməlidir. Bu halda, hər iki əqdin tərəfləri eyni olmalı, eləcə də tərəflərin başqa əqdi pərdələmək məq sədlərinin mövcudluğu mötəbər sübutlarla təsdiq olunmalıdır. 90.7 Lakin hazırkı işin halları baxımından məhkəmə bu qaydada araşdırma aparmamışdır. Əvvəla, iş materiallarında 2012-ci il 10 yanvar tarixli və 2012-ci ilin sentyabr ayında bağlanmış müqavilələrin əsilləri və ya lazımi qaydada təsdiqlənmiş surətləri olmadığı üçün həmin müqavilələrin etibarlığının özü ciddi şübhə altındadır və tərəflər arasındakı əsl münasibətlərin məhz onların əsasında qurulduğu ilə bağlı nəticəyə gələ bilmək üçün həm formal (müqavilələrin mövcudluğu), həm də maddi (bunun mötəbər sübutlarla təsdiq olunması) əsaslar mövcud deyildir. Digər tərəfdən, sözügedən müqavilələrin tərəfləri də fərqli şəxslərdirlər. Tərəfləri fərqli olan, biri notariat qaydasında, digərləri isə sadə yazılı formada bağlanılmış əqdlər aras ında münasibətləri pərdələmək niyyətini apellyasiya instansiya məhkəməsinin hansı qaydada müəyyən etdiyi qeyri-müəyyəndir. Təkrar apellyasiya baxışı zamanı məhkəmə ilk növbədə hər bir müqavilənin əslini və ya lazımi qaydada təsdiq edilmiş surətini əldə edərək tədqiq etməli, tərəflər arasındakı münasibətlərin məhz hansı müqavilə(lər) üzrə yarandığını mötəbər sübutlara istinadla dəqiq müəyyən etməli, yalnız bundan sonra həmin müqavilələrin şərtlərini və qanunvericiliyin əlaqədar normalarını tətbiq etməklə mübahisəni həll etməlidir.

91. Kassasiya məhkəməsi qətnaməsini MM-in 340.2-ci, MPM-in 88, 89.1, 89.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. BİRLƏŞMİŞ İCRAAT (HƏR 3 İŞ ÜZRƏ) r) Apellyasiya instansiya məhkəməsindəki birinci icraat

92. Müəssisə 2019-cu il 8 avqust tarixində ərizə il ə məhkəməyə müraciət edərək iddiaçı Müəssisənin cavabdehlər C və qeyrilərinə qarşı “ödənilməmiş icarə haqqı borcunun, zərərin əvəzinin ödənilməsi və əşyaların Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsi 22 ünvanından çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 27 aprel tarixli 2(82)-61/2018 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə dair 2-2(103)-571/2019 saylı işin – iddiaçı Müəssisənin cavabdehlər C və B qarşı “2016-cı il 1 yanvar tarixindən 2016-cı il 1 oktyabr tarixinə qədər dövr üzrə ödənilməmiş icarə haqqı olan 25.200 manat vəsaitin tutulması” tələbinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2016-cı il 25 noyabr tarixli 2(82)-906/2016 saylı qətnaməsindən cavabdehlər tərəfindən verilmiş a pellyasiya şikayəti üzrə 2-2(103)-915/2018 saylı iqtisadi işlə bir icraatda birləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

93. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 4 sentyabr tarixli 2-2(103)-571/2019 saylı qərardadı ilə iş üzrə Müəssisənin ərizəsi təmin edilmiş, Müəssisənin cavabdehlər MMC, B və C qarşı “mülkiyyətə müdaxilə nəticəsində vurulmuş ziyanın ödənilməsi” tələbinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 27 aprel tarixli 21(82)-61/2018 saylı qətnaməsindən (ÜÇÜNCÜ İŞ) iddiaçı tərəfindən verilən apellyasiya şikayətinə əsasən baxılan hazırkı 2-2(103)-571/2019 saylı iş, iddiaçı Müəssisənin cavabdehlər C və B qarşı “icarə haqqının ödənilməsi tələbinə dair” 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2016-cı il 2 5 noyabr tarixli 2-2(82)-906/2016 saylı qətnaməsindən (BİRİNCİ İŞ) cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən Bakı Apellyasiya Məhkəmısinin icraatında olan 2-2(103)-915/2018 saylı digər işə birləşdirilmişdir.

94. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 27 sentyabr tarixli 2-2(103)-13/2019 saylı qətnaməsi ilə aşağıdakılar qət edilmişdir (sədrlik edən – S.Seyidova, hakimlər – V.Məmmədov və İ.Əhmədov): 94.1 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2016-cı il 25 noyabr tarixli 2-2(82)-906/16 saylı qətnaməsindən (BİRİNCİ İŞ ÜZRƏ) cavabdehlər C və B tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin; 94.2 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2016-cı il 25 noyabr tarixli 2-2(82)-906/16 saylı qətnaməsi dəyişdirilmədən saxlanıls ın; 94.3 Müəssisə və K tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. 94.4 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 25 aprel tarixli 2-2(82)-13/2018 saylı qətnaməsi (İKİNCİ İŞ ÜZRƏ) qismən – iddia tələbinin təmin edilmiş hissəsində, yəni iddiaçı C və K arasında bağlanmış 2012-ci il 8 iyun tarixli 3M-/1031 reyestr nömrəli və 2012-ci il 14 avqust tarixli 3M-02/471 reyestr nömrəli icarə müqavilələrinin etibarsız sayılması, Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsi 22 ünvanındakı onmərtəbəli binanın birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin təmirinə, əşya və avadanlıqların quraşdırılmasına sərf edilmiş 199.752 manat vəsaitin cavabdehlər Müəssisədən və K müştərək qaydada tutularaq B ödənilməsi hissəsində ləğv edilsin, həmin hissədə iddia tələbi təmin edi lməsin; 94.5 qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın; 94.6 iddiaçılar C və B tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 94.7 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 27 aprel tarixli 2-2(82)-61/2018 saylı qətnaməsi (ÜÇÜNCÜ İŞ ÜZRƏ) ləğv edilsin; 94.8 iddiaçı Müəssisənin cavabdeh MMC-yə, B və C qarşı “mülkiyyətə müdaxilə nəticəsində vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi qismən təmin edilərək 2012-ci il 8 iyun tarixli icarə müqaviləsinə əsasən C 2016-cı il 1 oktyabr tarixindən 2017-ci il 8 iyun tarixinədək olan icarə haqqı borcu 22.400 manat pul tutularaq Müəssisəyə ödənilsin; 94.9 iddia tələbi qalan hissədə təmin edilməsin. 94.10 iddiaçı Müəssisə tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin; 94.11 ekspertiza xərci – C və B müştərək qaydada 200 manat tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN ********** Dövlət Xəzinədarlığı agentliyi, KOD 210005 VÖEN ********** m/h AZ 41 NABZ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 hesabına köçürülsün.

95. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə mövqeyi aşağıdakı kimi olmuşdur. 95.1 Cavabdeh B Müəssisə qarşısında öhdəliklərinin olmasını və icarə haqqının tutulmasına əsasın yaranmasını təsdiq edən Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsi 22 ünvanında yerləşən on mərtəbəli binanın İ mərtəbəsindəki qeyri-yaşayış sahəsi ilə bağlı Müəssisə və B arasında imzalanmış müqavilə iddiaçı Müəssisə tərəfindən məhkəməyə təqdim edilməmişdir. 95.2 Həmçinin iddiaçılar C və B cavabdehlər K və Müəssisəyə qarşı “müqavilələrin etibarsız sayılması, obyektin təmirinə, əş ya və avadanlıqların quraşdırılmasına xərclənmiş vəsaitin, dəymiş maddi və mənəvi zərərin tutulması” tələbinə dair iş üzrə məhkəmə kollegiyası qeyd edir ki, sözügedən mübahisəli qeyri-yaşayış sahəsi ilə bağlı iş materiallarına 4 icarə müqaviləsi əlavə edilmişdir: 95.2.1 K ilə B arasında ünvan 10 ünvanda yerləşən 400 m2 qeyri-yaşayış sahəsinin aylıq icarə haqqı 7.500 manat olmaqla icarəyə verilməsi barədə 2012-ci il 10 yanvar tarixli icarə müqaviləsi; 95.2.2 Əliyev ilə B arasında həmin ünvanda 70 m2 qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə 2012-ci ilin sentyabrında (müqavilənin bağlanma tarixi göstərilməyib) bağlanmış icarə müqaviləsi; 95.2.3 Müəssisənin təsisçisi İ.Vəliyevin adından Bakı şəhəri 9 saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş 2009-cu il 16 oktyabr tarixli 7-e-61 /22215 nömrəli etibarnamə əsasında “icarəyə verən” qismində çıxış edən K ilə “icarəçi” C arasında Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsi 22 ünvanında yerləşən onmərtəbəli binanın 1-ci mərtəbəsində sahəsi 438.3 m2 olan qeyri-yaşayış sahəsinin 368.3 m2 hissəsinin, müqavilə notarial qaydada təsdiq olunduğu gündən 5 il müddətinə icarəçiyə icarəyə verilməsi barədə 2012-ci il 8 iyun tarixli müqaviləsi; 95.2.4 C ilə K arasında bağlanılmış 2012-ci il 14 avqust tarixli eyni məzmunlu icarə müqaviləsi. 95.3 Birinci instansiya məhkəməsi 2012-ci il 10 yanvar tarixli və 2012-ci il sentyabr tarixli icarə müqavilələrini etibarlı əqd kimi qiymətləndirib iddia tələbinin qismən – 199.700 manat məbləğində pulun cavabdeh Müəssisədən tutularaq iddiaçıya ödənilməsi barədə düzgün nəticəyə gəlməmişdir. 95.4 B iddia ərizəsində qeyri-yaşayış sahəsinin 400 m2 hissəsinə görə aylıq icarə haqqı 7.500 manat və 70 m2 hissəsinə görə aylıq icarə haqqı 2.000 manat olmaqla K 4 il ərzində ümumilikdə 456.000 manat icarə haqqı ödədiyini bildirsə də, iş materiallarına icarə haqqının ödənilməsi barədə sübut əlavə edilməmişdir. 95.5 Bundan əlavə, B iddia tələbində fərdi sahibkar olaraq icarəyə götürdüyü sahədə 4 il müddətdə fəaliyyət göstərdiyini bildirsə də, bu barədə vergi orqanında heç bir məlumat qeydə alınmamışdır. Buna baxmayaraq K həm birinci instansiya məhkəməsində, həm də apellyasiya şikayətində bildirmişdir ki, C onunla notarial qaydada bağlanmış 2012-ci il 8 iyun tarixli icarə müqaviləsinə əsasən ərizə ilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı Lokal Vergilər Departamentinə müraciət edərək vergi ödəyicisi kimi uçota alınmış, sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. 95.6 2012-ci il 10 yanvar tarixli və 2012-ci il sentyabr tarixli icarə müqavilələrinin əsilləri və ya lazımi qaydada təsdiq olunmuş surətlərinin iş materiallarına əlavə edilmədiyindən bu əqdlər etibarlı əqdlər sayıla bilməz. Çünki həmin müqavilələrin iş materiallarında yalnız fotosurəti mövcuddur və bu müqavilələrin arxa tərəfində aparılmış qeyddən də görünür ki, Xızı rayonu dövlət notariat kontorunun dövlət notariusu bu fotonun düzgünlüyünü təsdiq etmişdir. Bununla da məhkəmə kollegiyası həmin müqavilələri sübut kimi qəbul etmir. 95.7 Hazırkı halda notarius qeyd edilən müqavilələrin fotosunu təsdiq etməklə qanunvericiliyin tələbini pozmuşdur. 95.8 Apellyasiya baxışı zamanı 2019-cu il 10 sentyabr tarixi ndə B tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsi 22 ünvanında yerləşən onmərtəbəli binanın İ mərtəbəsindəki qeyri-yaşayış sahəsinə dair onunla K arasında bağlanılmış 2012-ci il 10 yanvar və 2012-ci il 15 sentyabr tarixli icarə müqavilələri təqdim edilmişdir. Lakin B tərəfindən təqdim olunmuş icarə müqaviləri notariat qaydasında bağlanmadığından və həmin müqavilələrlə iş materiallarında olan surətlərdəki yazılar arasında gözlə görünən ziddiyyətlər olduğundan sübut qismində qəbul edilə bilməz. 95.9 Birinci instansiya məhkəməsi iddiaçı C və K arasında bağlanılmış 2012-ci il 8 iyun tarixli 3M-/1031 reyestr nömrəli və 2012-ci il 14 avqust tarixli 3M-/02/471 reyestr nömrəli icarə müqavilələrini etibarsız hesab etməklə düzgün nəticəyə gəlməmişdir. 95.10 2012-ci il 10 yanvar tarixl i icarə müqaviləsi mülki qanunvericiliyin tələblərinə uyğun şəkildə bağlanmadığından iddiaçı C və K arasında bağlanılmış 2012-ci il 8 iyun tarixli 3M-/1031 reyestr nömrəli və 2012-ci il 14 avqust tarixli 3M-/02/471 reyestr nömrəli icarə müqavilələri notarial qaydada bağladığından etibarsız hesab edilə bilməz. 95.11 2012-ci il 8 iyun və 2012-ci il 14 avqust tarixli icarə müqavilələrində qeyd edilmişdir ki, icarəçi icarəyə verəndən əvvəlcədən icazə almadan orada əlavə tikinti aparmamağı öz öhdəsinə götürür. Müqavilə şərtlərinə görə icarədar icarəçini müqavilə müddəti başa çatmamışdan əvvəl icarə sahəsindən çıxararsa, o halda icarə sahəsinə çəkilmiş təmir xərcini ödəmək öhdəliyi onun üzərinə düşür. İş materiallarına əsasən icarəçi tərəfindən sözügedən qeyri-yaşayış sahəsində təmir-tikinti işl ərinin aparılması müəyyən olunsa da, həmin işlərə çəkilmiş xərclər Müəssisə və K tutula bilməz. Çünki digər iddia tələblərindən də göründüyü kimi, iddiaçı Müəssisə tərəfindən tərəflər arasında bağlanılmış 2012-ci il 8 iyun tarixli və 2012-ci il 14 avqust tarixli icarə müqavilələrinin şərtləri pozulmamışdır. Belə ki, həm Müəssisənin cavabdehlər C və B, həm də cavabdehlər MMC-yə, B və C qarşı olan iddia tələbləri məhz icarə haqqının və vurulmuş ziyanın ödənilməsindən ibarətdir. Yəni iddiaçı Müəssisənin hüququ olduğu halda cavabdehlərin vaxtından əvvəl qeyri-yaşayış sahəsindən çıxarılmalarını tələb etməmişdir. Bununla da tərəflər arasında bağlanılmış müqavilə üzrə öhdəliklərinə Müəssisə tərəfindən riayət edilmişdir. 95.12 Həmçinin iş materiallarında olan 2017-ci il 19 oktyabr tarixində B, C və C.Ağayev tərəfindən tərtib olunmuş aktda qeyd edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsi 22 ünvanında yerləşən onmərtəbəli binanın birinci mərtəbəsindəki Müəssisəyə məxsus qeyri-yaşayış sahəsinə baxış keçirərkən həmin obyektin içərisinə daxil olmaq mümkün olmamışdır. Qeyri-yaşayış sahəsinin pəncərəsindən içəri baxarkən aşkar edilmişdir ki, B ilə Müəssisə arasında bağlanmış 2012-ci il 10 yanvar tarixli icarə müqaviləsinə əsasən B icarəyə götürdüyü qeyri-yaşayış sahəsinin 70 m2-lik hissədə (obyektin sağ tərəfi) və qeyd edilən obyektin 298,3 m2-lik hissəsində (obyektin orta hissəsi), həmçinin onlar arasında bağlanmış 2012-ci il 1 sentyabr tarixli icarə müqaviləsi ilə B icarəyə götürdüyü obyektin 70 m2-lik hissəsində (obyektin sol tərəfi) B tərəfindən quraşdırılmış avad anlıqların çox hissəsi qeyri-peşəkar şəkildə sökülüb yararsız hala salınmış və bu avadanlıqlar obyektdə toplu halda bir yerə yığılmışdır. Həmin vaxt obyektdə qalan avadanlıqların sökmə işləri ilə məşğul olan və adını təqdim etməyən şəxs bu avadanlıqların sökülməsinin Müəssisənin müdiriyyətinin və Araz müəllimin göstərişi ilə aparıldığını bildirmişdir. 95.13 İş materiallarında olan 2017-ci il 8 iyun tarixində AR VN yanında Bakı şəhəri lokal Gəlirlər Departamentinin əməkdaşı X21, Müəssisənin rəhbəri İ.Vəliyev və müşahidəçi qismində çıxış edən X19 tərəfindən tərtib edilmiş aktda qeyd edilmişdir ki, araşdırma zamanı yuxarıda qeyd olunan aktın tərtibi tarixinə Müəssisəyə məxsus obyektdə heç bir fəaliyyətinə və vergi orqanı tərəfindən əvvəlki icarəyə götürənin borcu ilə əlaqədar siyahıya alınmış əmlak, malmaterial, avadanlığın olmadığı müəyyən olundu. Obyektin boş olmasını təsdiq edən fotoşəkillər akta əlavə olunur. 95.14 Tərəflər arasında bağlanılmış müqavilənin müddətinin bitməsinə və cavabdelər tərəfindən obyektin boşaldılmasına baxmayaraq yenidən cavabdehlər C və B tərəfindən iddiaçıya məxsus olan qeyri-yaşayış sahəsindən mülki qanunvericiliyin tələblərinə zidd olaraq istifadə etmələrini davam etdirmişlər.

96. Apellyasiya instansiyası məhkəməsi qətnaməsini MM-in 146.1, 146.2, 324.1, 324.2, 337.1, 337.2, 337.5, 340.1, 340.2, 386.1, MPM-in 77.1, 88, 89.1, 89.3, 107, 119.1, 384.0.2, 385.1, 385.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

97. B və C 2019-cu il 10 dekabr tarixində həmin qətnamədən kassasiya şikayəti, 2020-ci il 22 fevral tarixində kassasiya şikayətinə əlavə vermiş və aşağıdakıları xahiş etmişdir: 97.1 Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 27 sentyabr tarixli 2-2(103)-13/19 saylı qətnaməsinin qismən – iddiaçı Müəssisənin cavabdeh MMC-yə, B və C qarşı “mülkiyyətə müdaxilə nəticəsində vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddiasının təmin edilməyən, yəni “əldən çıxmış faydanın və işgüzar nüfuzun ləkələnməsi əvəzinin ödənilməsi və B məxsus əşyaların çıxarılmasının təmin edilməməsi” hissəsi istisna olmaqla qalan hissələrdə ləğv edilməsi; 97.2 iddiaçı Müəssisənin cavabdehlər C və B qarşı “icarə haqqının ödənilməsi” tələbinə dair iddiasının tamamilə rədd edilməsi; 97.3 iddiaçılar C və B cavabdehlər Müəssisəyə və K qarşı iddiaçı C və K arasında bağlanmış 3M-02/471 və 3M/1031 reyestr nömrəli icarə müqavilələrin etibarsız sayılması, Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsi, 22 ünvanındakı yerləşən onmərtəbəli binanın birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin təmirinə, əşya və avadanlıqların quraşdırılmasma sərf edilmiş 472.246,90 manatın cavabdehlər Müəssisədən və K müştərək qaydada tutularaq B ödənilməsi barədə iddiasının tam təmin edilməsi; 97.4 iddiaçı Müəssisəsinin cavabdeh MMC-yə, B və C qarşı “mülkiyyətə müdaxilə nəticəsində vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddiası tamamilə rədd edilməsi; 97.5 iş üzrə 200 manat olan ekspertiza xərcinin, birinci instansiya məhkəməsində iddia qaldırılması, apellyasiya və kassasiya şikayətlərinin verilməsi üçün B və C tərəfindən ödənilmiş dövlət rüsumlarının əvəzinin Müəssisədən və K müştərək qaydada tutularaq C və B xeyrinə ödən ilməsi barədə yeni qərar qəbul edilməsini. s) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat (BİRLƏŞMİŞ İCRAAT - HƏR 3 İŞ ÜZRƏ)

98. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2020-ci il 2 mart tarixli 2-2(102)-42/2020 saylı qərarı ilə B və C kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2019-cu il 27 sentyabr tarixli 2-2(103)-13/2019 nömrəli qətnaməsi ləğv edilmiş və işə yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir (sədrlik edən – S.Hacıyev, hakimlər – Q.Əsgərov və E.Vəliyeva).

99. Kassasiya instansiya məhkəməsinin iş üzrə mövqeyi aşağıdakı kimi olmuşdur. 99.1 Bir-biri ilə bağlı olan 3 ayrı-ayrı iş üzrə irəli sürülmüş tələblər üzrə mübahisənin həlli məqsədilə ilk növbədə Müəssisənin mülkiyyətində olan sahənin faktiki olaraq hansı icarə müqaviləsi əsas ında icarəyə verilməsi müəyyən edilməli, daha sonra isə işdə olan digər icarə müqavilələrinin etibarsızlığına, əsas icarə müqaviləsi üzrə tərəflərin öhdəliklərinin nədən ibarət olmasına, bu öhdəliklərin kimin tərəfindən pozulmasına, öhdəliyin pozulmasına görə zərərin mövcud olub olmamasına və ən nəhayət təmir işlərinin müqavilə şərtlərinə əsasən, yaxud özgə işlərin tapşırıqsız icrası qaydasında aparılmasından asılı olaraq ona çəkilmiş xərclərin tutulması imkanına qiymət verilməlidir. 99.2 Müqavilələrdən hansının real olaraq tərəflər arasında mövcud olan icarə münasibətlərini ehtiva etməsinin müəyyən edilməsi zamanı ilk növbədə iddia tələblərinin əsasını təşkil edən bütün müqavilələrə işin digər halları ilə yanaşı müfəssəl qiymət verilməlidir. 99.3 Kassasiya kollegiyası apellyasiya instansi yası məhkəməsinin K ilə B arasında bağlanmış 2012-ci il 10 yanvar və 2012-ci il 15 sentyabr tarixli icarə müqavilələri ilə bağlı sərgilədiyi əsaslandırma ilə razılaşmayaraq qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi Müəssisənin nümayəndəsinin B ilə aralarında hər hansı icarə münasibətlərinin olmadığı ilə bağlı bildirdiklərini qəbul etsə də, bunun əksini bildirən işdə olan aşağıdakı halları nəzərə almamışdır. 99.4 Belə ki, Müəssisənin cavabdehlər C və B qarşı ödənilməmiş icarə haqqı tələbi ilə bağlı olan 1-ci iş üzrə iddia ərizəsinə əlavədən (Vİ cild, i/v 52-54) görünür ki, Müəssisə onun adından Bla icarə müqaviləsinin bağladığını qəbul etmiş, bu səbəbdən də həmin iş üzrə icarə haqqı tələbini ona qarşı da yönəltmişdir. 99.5 Digər, yəni Müəssisənin qeyri-yaşayış sahəsindən çıxarılm a və s. tələbləri üzrə 2-ci işin də hallarından görünür ki, iddiaçı həmin tələb üzrə də B cavabdeh qoymaqla faktiki olaraq onunla icarə münasibətlərinin olduğunu qəbul etmişdir. 99.6 Tərəflərin hər ikisinin, yəni Müəssisə ilə B aralarında icarə münasibətlərinin olduğunu (sonradan inkar etməsinə baxmayaraq) qəbul etdiyi halda, cavabdeh tərəfin təqdim etdiyi müqaviləni prosessual qanunvericiliyin tələb etdiyi şəkildə tədqiq etmədən onun mötəbərliyinin qəbul edilməməsi yolverilməzdir. 99.7 Apellyasiya instansiyası məhkəməsi B sonuncu apellyasiya baxışında təqdim etdiyi müqavilədəki imzaların adları qeyd edilən şəxslər tərəfindən imzalandığını yoxlamadan mötəbərliyini, sadəcə olaraq məzmununu sübut əhəmiyyəti kəsb etməyən daha əvvəl işdə olan surətlə müqayisə edərək tam autentik olmaması əsa sı ilə istisna etməklə prosessual qanunvericiliyin tələblərini pozmuşdur. 99.8 Müəssisə ilə B arasında icarə münasibətləri öz təsdiqini tapdığı halda həmin icarə müqaviləsinin vergi orqanında qeydə alınmaması, habelə B vergi ödəməməsi kimi hallar özüözlündə məsuliyyət yaradan hal hesab edilsə də, hazırkı mübahisənin onlar arasında bağlanmış icarə müqaviləsinə uyğun həllini istisna etmir. 99.9 O da qeyd edilməlidir ki, hətta 2012-ci il 10 yanvar və 2012-ci il 15 sentyabr tarixli icarə müqavilələrinin bağlanması öz təsdiqini tapmadığı halda belə, Müəssisə və K B həmin sahəni əsaslı təmir etməsini inkar etmədiklərindən təmir xərclərinin tutulması tələbinə MM-in 57-ci fəsli ilə tənzimlənən özgə işlərini tapşırıqsız aparma qaydalarına uyğun olaraq həll edilməlidir. 99.10 Müəssisənin qəbul etdiy i müqavilə istisna olmaqla digər icarə müqavilələrinin onun adından deyil, onun təmsil etdiyi K öz adından bağlanması ilə bağlı dəlilinə gəldikdə isə, Müəssisənin qəbul etdiyi müqavilə ilə yanaşı, qəbul etmədiyi müqavilələrə də onlardakı söz və ifadələrin yalnız hərfi mənası baxımından deyil, müvafiq maddi hüquq normalarında əks olunmuş halların ağlabatan mühakiməsi əsasında qiymət verilməlidir. 99.11 Digər tərəfdən işin hallarından göründüyü kimi, Müəssisə Bla icarə münasibətlərində olmasını qəbul etdiyindən, habelə iddialarında hazırda K öz adından bağlaması əsası kimi qəbul etmədiyi müqavilələrdən məlumatlı olmaqla həmin münasibətlərə 4 ildən artq müddətdə etirazsız davam etməsinə imkan verdiyindən bu məsələyə də ümumən müqavilələrin bəyənilməsi prizmasından da qiymət verilməlidir. 99.1 2 İşdə olan icarə müqavilələrinə prosessual qanunvericiliyin tələb etdiyi qaydada hərtərəfli tədqiqi ilə yanaşı, onlardan hansının etibarsız olması məsələsinə də irəli sürülmüş tələblər həddində qiymət verilməlidir. 99.13 O da xüsusilə qeyd edilməlidir ki, iddia tələbində əks olunmuş əqdlərin etibarsızlığı tələbinə qiymət verilərkən həmin əqdlərə MM-nin 340.2-ci maddəsi ilə tənzimlənən yalan deyil, 340.1-ci maddəsində əks olunmuş uydurma əqd kontekstindən qiymət verilməlidir. 99.14 Belə ki, iddia ərizəsinin məzmunundan göründüyü kimi, iddiaçı tərəf hüquq norması kimi yalan əqdi tənzimləyən normaya istinad etsə də, iddia tələbinin faktiki əsasları uydurma əqdlə bağlı olmuşdur. Bunu nəzərə alan məhkəmə iddiaçı tərəfin hüquqi əsaslandırılması ilə bağlı olmayaraq, işin faktiki hallarına uyğun gələn normanı tətbiq etməklə mübahisəni həll etməlidir. 99.15 Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin Müəssisə ilə B arasında olan müqavilənin notarial qaydada bağlanmaması əsası ilə etibarsızlığı üzrə gəldiyi qənaətlə də razılaşmayaraq, qeyd etmişdir ki, istinad edilən müqaviləyə dair bağlanma forması ilə bağlı qanunvericilik bu şəkildə məcburi tələb nəzərdə tutmadığından, habelə MM-in 348-ci maddəsi (məcburi formanı pozmaqla bağlanmış əqdin etibarsızlığı) hüquq münasibətlərinin yarandığı tarixdə artıq qüvvədə olmadığından, müqavilənin yalnız bu əsasla etibarsız əqd kimi qiymətləndirilməsi yolverilməzdir. 99.16 Ödənilməmiş icarə haqqı tələbi ilə bağlı iddiaya münasibətdə isə kollegiya təkrarən qeyd edir ki, bu tələbin təmin edilməsi üçün ilk növbədə tərəflər arasında m övcud münasibətlərin hansı icarə müqaviləsi əsasında qurulması aydınlaşdırılmalıdır. 99.17 Bu məsələnin aydınlaşdırılması zamanı işdə olan ayrı-ayrı icarə müqavilələrində əks olunmuş icarə haqqlarının məbləğinin həmin ərazidə olan əmlakların icarə haqları ilə müqayisədə daha real olanına da üstünlüyün verilməsi imkanı diqqətdə saxlanılmalıdır. 99.18 Bununla yanaşı, icarə haqqının ödənilməsi tələbinə qiymət verilərkən apellyasiya instanisyası məhkəməsi cavabdeh tərəfin icarə haqqı ödəmək öhdəliyini rəsmi qaydada icra etməsini sübuta yetirmədiyini əsas gətirərək, MPM-in 77.1-ci maddəsinə istinad etməklə iddianı təmin etmişdir. 99.19 Hazırkı işin mühüm əhəmiyyət kəsb edən hallarını nəzərə almadan sübutetmə yükünün bu şəkildə cavabdehin üzərinə qoyulması düzgün olmazdı. 99.20 Belə ki, apelly asiya instansiyası məhkəməsinin müəyyən etdiyi işin hallarından göründüyü kimi, icarə haqqını tələb edən tərəf istinad etdiyi dövr üzrə icarə haqqının ödənilmədiyini bildirir, bunun əksinə olaraq cavabdeh tərəf icarə haqqının qeyri-rəsmi şəkildə ödənildiyini qeyd edir. 99.21 Bu baxımdan, cavabdeh tərəfin icarə haqqının rəsmi surətdə ödənilməsinə dair sübutun tələb edilməsindən öncə məhkəmə icarə müqaviləsi üzrə icarə haqqının ödənildiyi dövr ərzində tərəflər arasında icarə haqqının ödənilməsinə dair formalaşmış işgüzar münasibətləri nəzərə almalıdır. Yəni məhkəmə tərəflər arasında mövcud münasibətlərin olduğu müddətin mübahisə yaratmayan əvvəlki 4 illik dövrü ərzində icarə haqlarının rəsmi, yaxud qeyri-rəsmi şəklildə ödənildiyini aydınlaşdırmalıdır. Yalnız icarə haqqının əvvəllər rəsmi şək ildə ödənildiyinin müəyyən edildiyi halda, cavabdehdən mübahisələndirilən dövr üzrə də rəsmi ödənişlərin təqdim edilməsi mümkün ola bilər. Əvvəlki dövr üzrə ödənişlərin qeyri-rəsmi şəkildə ödənildiyinin müəyyən edildiyi halda isə cavabdeh tərəfin izahatlarına bu prizmadan qiymət verilməklə buna dair şifahi sübut təqdim etmə imkanı yaradılmalıdır. 99.22 Ən nəhayət, icarə haqqının və təmir xərclərinin tutulması tələblərinə qiymətin verilməsi üçün tərəflər arasında mövcud münasibətlərin hansı icarə müqaviləsi əsasında qurulmasının aydınlaşdırılmasından sonra hansı tərəfin həmin müqavilə üzrə nəzərdə tutulmuş öhdəlikləri pozduğu dəqiqləşdirilməldir. 99.23 Öhdəliyin kim tərəfindən pozulmasının müəyyən edilməsi zamanı müqavilənin 5 illik müddətə bağlanması, bu 5 illik müddət keçmədən, yəni 2015- ci il 10 noyabr tarixli müqavilə ilə icarəyə verilmiş sahənin (60 m2 hissəsinin) R.Babayev adlı şəxsə icarəyə verilməsindən ibarət hal, habelə icarəyə götürənin vergi yoxlaması nəticəsində fəaliyyətini dayandırması ilə bağlı əsaslı dəlillərə qiymət verilməlidir.

100. Kassasiya məhkəməsi qətnaməsini MM-in 324.5, 340.1, 340.2, 348, 360.1, 360.2, 404.1, 404.2, 404.3, 404.4-cü, MPM-in 77.1, 81, 88, 89.1, 89.3, 97.1, 417.1.3, 420-ci maddələrinə, KMP-nin “N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 2006-cı il 9 fevral tarixli qərarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2006-cı il 22 dekabr tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2006-cı il 31 may tar ixli Qərarına istinad etməklə əsaslandırmışdır. t) Apellyasiya instansiya məhkəməsindəki ikinci icraat (BİRLƏŞMİŞ İCRAAT - HƏR 3 İŞ ÜZRƏ)

101. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 29 sentyabr tarixli 2-2(103)-321/2020 saylı qərardadı ilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmış və ekspert qarşısında aşağıdakı sual qoyulmuşdur: işin 8-ci cildinin 130 və 131 ci vərəqlərində olan 2012-ci il 10 yanvar və 2012-ci il 15 sentyabr tarixli icarə müqavilələrində K adından olan imzalar öz aralarında eyni şəxs və K özü tərəfində icra olunmuşdurmu?

102. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2020- ci il 25 noyabr tarixli 4/961 saylı eksert rəyi ilə qoyulmuş suala aşağıdakı kimi cavab verilmişdir. 102.1 İşin 8-ci cildinin 130-cu vərəqəsində olan 2012-ci il 10 yanvar tarixli icarə müqaviləsində “İcarəyə verən: K” qrafasındakı imza; 131-ci vərəqəsində olan K Bakı şəhəri Nərimanov rayonu Koroğlu Rəhimov 22-də yerləşən 70 m2 qeyri-yaşayış sahəsini B icarəyə verməsi barədə tərib olunmuş 2012-ci il tarixli icarə müqaviləsində “İcarəyə verən” K” qrafasındakı imza – K tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. 102.2 İşin 8-ci cildinin 130-cu vərəqəsində olan 2012-ci il 10 yanvar tarixli İcarə müqaviləsində “İcarəyə verən: K” qrafasındakı imza ilə 131-ci vərəqəsində olan K Bakı şəhəri Nərimanov rayonu Koroğlu Rəhimov 22-də yerləşən 70 m2 qeyri-yaşayış sahəsini B icarəyə verməsi barədə tərib olunmuş 2012-ci il tarixli icarə müqaviləsində “İcarəyə verən: K” qrafasındakı imzanın - eyni şəxs və ya müxtəlif şəxslər tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hissəsinin 2-ci bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmadı.

103. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 2 mart tarixli 22(103)-18/2021 saylı qətnaməsi ilə aşağıdakılar qət edilmişdir (sədrlik edən – R.Qurbanov, hakimlər – A.Hüseyn və V.Baxışova): 103.1 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2016-cı il 25 noyabr tarixli 2(82)-906/2016 saylı qətnaməsindən (BİRİNCİ İŞ ÜZRƏ) cavabdehlər C və B tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin və həmin qətnamə ləğv edilsin; 103.2 iddia təmin edilsin; 103.3 cavabdehlər C və B müştərək q aydada 25.200 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq Müəssisəyə ödənilsin. 103.4 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 25 aprel tarixli 2-2(82)-13/2018 saylı qətnaməsindən (İKİNCİ İŞ ÜZRƏ) iddiaçılar C ilə B və cavabdehlər Müəssisə ilə K tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin; 103.5 həmin qətnamə ləğv edilsin; 103.6 iddia qismən təmin edilsin; 103.7 cavabdeh Müəssisədən 149.498 manat məbləğində pul vəsaiti tutularaq B ödənilsin; 103.8 iddia qalan hissədə rədd edilsin; 103.9 İddia qaldırılarkən ödənilmiş 30 manat dövlət rüsumunun 15 manatı cavabdeh Müəssisədən tutularaq iddiaçılara ödənilsin, qalan 15 manatı iddiaçılara aid edilsin, iş üzrə 200 manat ekspertiza xərcinin 100 manatı iddiaçılara, qalan 100 mana tı cavabdeh Müəssisəyə aid edilsin. 103.10 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 27 aprel tarixli 2-2(82)-61/2018 saylı qətnaməsindən (ÜÇÜNCÜ İŞ ÜZRƏ) iddiaçı Müəssisə tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin; 103.11 həmin qətnamə ləğv edilsin; 103.12 iddia qismən təmin edilsin; 103.13 C 22.400 manat məbləğində pul vəsaiti tutularaq Müəssisəyə ödənilsin; 103.14 cavabdehlər C və B müştərək qaydada 5.600 manat məbləğində pul vəsaiti tutularaq Müəssisəyə ödənilsin; 103.15 “Toshiba” markalı 10 ədəd kondisioner (3 ədəd kondisioner pultu), 61 ədəd asma işıqlar, 26 ədəd videokamera, 6 ədəd böyük divan, 15 ədəd kiçik kreslo, 3 ədəd dairəvi masa və 9 ədəd dördkünc masa Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsi 22 ünvanından cavabdehlər C və B tərəfindən g ötürülsün; 103.16 iddia qalan hissədə təmin edilməsin; 103.17 C və B müştərək qaydada tutulan 25.200, 5.600 və 30 manat, həmçinin C tutulan 22.400 manat məbləğində pul vəsaiti ilə Müəssisədən tutulan 149.498 və 15 manat məbləğində pul vəsaiti əvəzləşdirilərək, son olaraq Müəssisədən 96.283 manat məbləğində pul vəsaiti tutularaq B ödənilsin; 103.18 iş üzrə keçirilmiş məhkəmə xətşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 138 manat məbləğində pul vəsaiti Müəssisədən tutularaq dövlət büdcəsinə ödənilsin.

104. Apellyasiya instansiya məhkəməsinin iş üzrə mövqeyi aşağıdakı kimi olmuşdur. 104.1. Hər üç qətnamədən verilmiş apellyasiya şikayətləri qismən təmin edilməlidir. Müəssisənin hər iki iddia tələbi ilə bağlı (BİRİNCİ VƏ ÜÇÜNCÜ İŞLƏR ÜZRƏ): 104.2. Mübahisənin düzgün həlli üçün ilk olaraq tərəflər arasında hansı icarə müqavilələrinin bağlanması və məhz hansı müqavilə üzrə icarə münasibətlərinin yaranması məsələsi aydınlaşdırılmalıdır. 104.3. Mübahisəli qeyri-yaşayış sahəsi ilə bağlı iş materiallarına 4 icarə müqaviləsi əlavə edilmişdir: 104.3.1. K ilə B arasında ünvan 10 ünvanında yerləşən 400 m2 qeyri-yaşayış sahəsinin aylıq icarə haqqı 7.500 manat olmaqla icarəyə verilməsi barədə 2012-ci il 10 yanvar tarixli icarə müqaviləsi; 104.3.2. K ilə B arasında həmin ünvanda 70 m2 qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə 2012-ci ilin sentyabrında (müqavilənin bağlanma tarixi göstərilməyib) bağlanmış icarə müqaviləsi; 104.3.3. Müəssisənin təsisçisi İ.Vəliyevin adından verilmiş etibarnamə əsasında “icarəyə verən” qismində çıxış edən K ilə “icarəçi” C arasında Bakı şəhəri, Nə rimanov rayonu, K.Rəhimov küçəsi 22 ünvanında yerləşən onmərtəbəli binanın 1-ci mərtəbəsində sahəsi 438.3 m2 olan qeyriyaşayış sahəsinin 368.3 m2 hissəsinin, müqavilə notarial qaydada təsdiq olunduğu gündən 5 il müddətinə icarəçiyə icarəyə verilməsi barədə 2012-ci il 8 iyun tarixli müqavilə; 104.3.4. C ilə K arasında bağlanılmış 2012-ci il 14 avqust tarixli eyni məzmunlu icarə müqaviləsi. 104.4. Müəssisə və K yuxarıda qeyd olunan 1 və 2-ci müqavilələrə etiraz edir və həmin müqavilələrin K tərəfindən imzalanmadığını bildirirlər. 104.5. İş üzrə keçirilmiş məhkəmə ekspertizası rəyi ilə yuxarıda sadalanan ilk 2 icarə müqaviləsinin K tərəfindən imzalanmaması müəyyən edilmişdir. 104.6. Həqiqiliyi müəyyən edilmədiyi üçün həmin müqavilələrin hazırkı mübahisənin həlli baxımından heç bir əhəmiyyəti yoxdur. 104.7. Eyni zamanda işin mübahisəsiz halıdır ki, C ilə K arasında bağlanılmış 2012-ci il 14 avqust tarixli icarə müqaviləsi tərəflərin 2016-cı il 12 fevral tarixli ərizələrinə əsasən ləğv edilmişdir. 104.8. Ləğv edilmiş həmin müqavilə üzrə də araşdırma (həmin müqavilənin etibarsız hesab edilməsi barədə C ilə B iddia tələbi istisna olmaqla) aparılması üçün əsas mövcud deyildir. 104.9. Göründüyü kimi, həqiqiliyi müəyyən edilən və hazırkı mübahisə üzrə yeganə araşdırılmalı müqavilə yuxarıda sadalanan müqavilələrdən yalnız 3-cü, yəni Müəssisə ilə C arasında bağlanmış 2012-ci il 8 iyun tarixli icarə müqaviləsidir. 104.10. İddiaçı Müəssisə 1-ci iddia üzrə 9 ay üçün, yəni 2016-cı il 1 yanvar tarixindən 2016-cı il 1 oktyabr tarixinə qədər dövr üzrə ödənilməmiş 25.200 manat icarə haqqının c avabdehlər C və B müştərək qaydada, həmçinin 3-cü iddia üzrə 2012-ci il 8 iyun tarixli icarə müqaviləsinə əsasən 2016-cı il 1 oktyabr tarixindən 2017-ci il 8 iyun tarixinə (müqavilə müddətinin son tarixinə) qədər dövr üzrə ödənilməmiş 22.400 manat icarə haqqının C tutularaq ona ödənilməsi tələbini irəli sürmüşdür. 104.11. Həmin iddia tələblərinin qanuni əsasını MM-nin 700.1-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. 104.12. Yuxarıda da qeyd olunduğu kimi, 2012-ci il 8 iyun tarixli icarə müqaviləsi yalnız 2 tərəf, yəni Müəssisə ilə C arasında bağlanıb və həmin tərəflər arasında icarə münasibətlərinin yaranması mübahisəsizdir. 104.13. Bununla yanaşı, Müəssisə icarə haqqının C ilə birgə B tutulması tələbini irəli sürmüşdür. 104.14. Göründüyü kimi, hazırda müəyyən edilməli olan məsələlərdən biri B da həmin icarə münasibətlərinə aidiyyatının olub-olmamasından ibarətdir. 104.15. Müəssisənin cavabdehlər C və B qarşı ödənilməmiş icarə haqqı tələbi ilə bağlı olan 1-ci iş üzrə iddia ərizəsinə əlavədən görünür ki, Müəssisə onun adından Bla icarə müqaviləsinin bağladığını qəbul etmiş və bu səbəbdən də həmin iş üzrə icarə haqqı tələbini ona qarşı da yönəltmişdir. 104.16. Digər işin, yəni Müəssisənin qeyri-yaşayış sahəsindən əşyaların çıxarılması və s. tələbləri üzrə 2-ci işin hallarından görünür ki, iddiaçı həmin tələb üzrə də B cavabdeh qoymaqla faktiki olaraq onunla icarə münasibətlərinin olduğunu qəbul etmişdir. 104.17. Eyni zamanda, B da Müəssisəyə qarşı iddia ilə məhkəməyə müraciət edərək, ona verilmiş icarə obyektini ə saslı təmir etdiyinə istinad edərək, Müəssisədən təmir xərclərinin tutulması tələbini irəli sürüb və Müəssisə də həmin iddia üzrə B həmin sahəni təmir etməsini etiraf edir (bununla bağlı ətraflı mövqe aşağıda əks olunub). 104.18. Qeyd olunanları ümumiləşdirərək kollegiya hesab edir ki, Müəssisə ilə B arasında yazılı icarə müqaviləsi bağlanmasa da, həmin tərəflər arasında faktiki icarə münasibətləri olmuş və B Clə birgə icarə obyektindən istifadə etmişdir. 104.19. B da 2012-ci il 8 iyun tarixli icarə müqaviləsi üzrə tərəf hesab olunur. 104.20. Ona görə də Müəssisə icarə haqqının tutulması tələblərini C ilə yanaşı B da qarşı qaldırmaqda haqlı olmuşdur. 104.21. Eyni zamanda, 2012-ci il 8 iyun tarixli icarə müqaviləsinin şərtlərinə görə icarəçi aylıq 2.800 manat icarə haqqı ödəməyi öhdəsinə gö türmüşdür. 104.22. Cavabdehlər həmin icarə müqaviləsi üzrə iddiaçıya heç bir borclarının olmadıqlarını bildirsələr də, bunu təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmiş və MPM-in 77.1ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişlər. 104.23. Cavabdehlərin sübut qismində məhkəməyə təqdim etdikləri şahid M.Zaidovun ifadəsi (İ cild, i/v 152-153) isə bunu təsdiq edən sübut qismində qəbul edilə bilməz. Belə ki, həmin şahid öz ifadəsində ümumi halları göstərmiş və dəqiq hansı aylar üçün icarə haqqının ödənilməsi ilə bağlı halları göstərməmişdir. 104.24. Göründüyü kimi, həmin şahid ifadəsi əsasında cavabdehlər tərəfindən icarə haqqının tam ödənilməsi nəticəsinə gəlmək olmur. Ona görə də kollegiya qeyd edir ki, həmin şahid ifadəsi qeyd olunan halları təsdiq süb ut qismində qəbul edilə bilməz. 104.25. Bu baxımdan, 2012-ci il 8 iyun tarixli icarə müqaviləsinə əsasən, ilk iddia üzrə 2016cı il 1 yanvar tarixindən 2016-cı il 1 oktyabr tarixə qədər dövr üzrə ödənilməmiş 25.200 manat (9 ay x 2.800 manat = 25.200) icarə haqqı cavabdehlər C və B birgə qaydada tutularaq Müəssisəyə ödənilməlidir. 104.26. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2016-cı il 25 noyabr tarixli 2(82)-906/2016 saylı qətnaməsi ilə həmin iddia tələbi qismən təmin edilərək icarə haqqının yalnız C tutulması, iddiaçının həmin qətnamədən apellyasiya şikayəti verməməsi və cavabdehlərin apellyasiya şikayəti əsasında həmin icarə haqqının onlardan birgə tutulması barədə nəticə apellyasiya baxışının hədlərindən kənara çıxma və ya ümumi qəbul olunmuş prinsipin (apellyasiya şikayəti verə n şəxsin ziyanına qərarın qəbul edilməsinin yolverilməzliyi) pozulması kimi qəbul edilə bilməz. Çünki məhkəmənin qənaətinə görə mübahisənin predmeti bölünməzdir. 104.27. Müəssisə tərəfindən irəli sürülmüş digər (üçüncü) iddia üzrə isə kollegiya hesab etmişdir ki, 2016-cı il 1 oktyabr tarixindən 2017-ci il 8 iyun tarixinə qədər dövr üzrə ödənilməmiş 22.400 manat (8 ay x 2.800 manat = 22.400) icarə haqqı (həmin tələb yalnız C qarşı irəli sürüldüyünə və MPM-in 218.3-cü maddəsinə əsasən iddia tələblərindən kənara çıxmağa icazə verimədiyinə görə) sonuncudan tutularaq Müəssisəyə ödənilməlidir. 104.28. Mübahisəli qeyri-yaşayış sahəsinin qanunsuz olaraq zəbt etmələri ilə əlaqədar vurulmuş zərərin əvəzi kimi hər bir cavabdehdən 5.000 manat olmaqla, cəmi 15.000 manat pulun müştərək qaydada tutularaq Müəssisəyə verilməsi barədə iddia qismən əsaslıdır. 104.29. Belə ki, 2012-ci il 8 iyun tarixli icarə müqaviləsinin şərtlərinə görə müqavilə 5 il müddətində, yəni 2017-ci il 8 iyun tarixinədək qüvvədə olub və cavabdehlər B ilə C həmin sahəni müddət bitdikdən sonra tərk etməli idilər. 104.30. Lakin hazırkı apellyasiya baxışı zamanı tərəflərin nümayəndələrinin izahatlarından müəyyən edildi ki, cavabdehlər icarə obyektini 2017-ci il 8 iyun tarixində deyil, bundan yalnız 2 ay sonra, yəni 2017-ci ilin avqust ayında tərk etmişlər. 104.31. İddiaçı ona dəymiş zərər kimi 2 aylıq icarə haqqının, yəni cəmi 5.600 manat məbləğində pul vəsaitinin icarə müqaviləsinin birgə tərəfi kimi C və B tutulmasını tələb etməkdə haqlıdır. 104.32. Əşya və avadanlıqların çıxarılması hissəsində iddia tam əsaslıdır. 104.33. Belə ki, həmin tələblərin qanuni əsasını MM-nin 157.4-cü maddəsi təşkil edir. Maddənin məzmunundan görə, neqator iddianın təmin edilməsi üçün bir neçə şərt mövcud olmalıdır: 1) mübahisəli əmlak mülkiyyətçinin (iddiaçının) sahibliyində olmalı; 2) cavabdeh həmin əmlakdan istifadə, sahiblik və ya onun barəsində sərəncam vermək səlahiyyətlərinin həyata keçirilməsinə maneə olan hərəkətlər etməli; 3) həmin hərəkətlər hüquqazidd olmalıdır. 104.34. Hazırkı işdə də hər üç şərt mövcuddur. Belə ki, işin mübahisəsiz hallarından da göründüyü kimi, hazırda mübahisəli qeyri-yaşayış sahəsi Müəssisənin mülkiyyətində olmaqla o, sahiblik hüququnu həyata keçirdir. 104.35. Eyni zamanda, cavabdehlər C və B məxsus əşyalar həmin qeyri-yaşayış sahəsində qalmaqla iddiaçının mülkiyyət hüquqlarını həyata keçiril məsinə maneə yaradır. Cavabdehlərin əşyalarının həmin qeyri-yaşayış sahəsində qalması isə qanunsuzdur. 104.36. Çünki 3 il 6 aydan artıq bir müddətdir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinin müddəti bitmiş və cavabdehlər icarə sahəsindən çıxmışlar. 104.37. Bu baxımdan, “Toshiba” markalı 10 ədəd kondisioner (3 ədəd kondisioner pultu), 61 ədəd asma işıqlar, 26 ədəd videokamera, 6 ədəd böyük divan, 15 ədəd kiçik kreslo, 3 ədəd dairəvi masa və 9 ədəd dördkünc masa Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsi 22 ünvanından cavabdehlər C və B tərəfindən götürülməlidir. İddiaçılar C və F. Bağırovun iddia tələbləri ilə bağlı (İKİNCİ İŞ ÜZRƏ) 104.38. Onlar tərəfindən irəli sürülmüş birinci tələb icarə müqavilələrinin etibarsız hesab edilməsi ilə bağlıdır. 104.39. Lakin hazırkı işdə qe yd olunan maddələrin dispozisiya şərtləri müəyyən edilmir. 104.40. İddiaçılar bu halların təsdiqi barədə mötəbər sübutları təqdim etməmiş və üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişlər. 104.41. Bundan başqa, iddiaçılar həmin tələblərini əsaslandırarkən 2012-ci il 10 yanvar tarixli və sentyabr 2012-ci il tarixli icarə müqavilələrinə də istinad etmişdir. 104.42. Lakin iş üzrə keçirilmiş məhkəmə ekspertizası rəyi ilə müəyyən olunmuşdur ki, həmin müqavilələrdə K adından olan imzalar onun tərəfindən icra olunmamışdır. 104.43. 2012-ci il 14 avqust tarixli icarə müqaviləsinin onu bağlayan tərəflərin 2016-cı il 12 fevarl tarixli ərizələrinə əsasən notarial qaydada ləğv edilməsi də işin mübahisəsiz halıdır. 104.44. İcarə müqavilələrinin etibarsız hesab edilməsi barədə tələblər ə sassız olduğuna görə müddətin keçib-keçməməsinə qiymət verilmədən rədd edilməlidir. 104.45. Mübahisəli qeyri-yaşayış sahəsində əsaslı təmir işlərinin görülməsinə xərclənmiş vəsaitin tutulması barədə tələblər qismən əsaslıdır. 104.46. İcarəçi yalnız icarəyə verənin razılığı ilə icarəyə götürülmüş əmlak üzərində edilən yaxşılaşdırılmalar üçün çəkilən xərclərin ödənilməsini tələb edə bilər. 104.47. Hazırkı işdə də həmin əsasların mövcudluğu təsdiq olunur. 104.48. Belə ki, 2012-ci il 8 iyun tarixli icarə müqaviləsinin 2-ci bəndində göstərilmişdir ki, icarəçi icarəyə verəndən əvvəlcədən icazə almadan orada əlavə tikinti aparmamağı öz öhdəsinə götürür. 104.49. Məhkəmə iclasında cavabdeh Müəssisənin nümayəndəsi etiraf etmişdir ki, mübahisəli qeyri-yaşayış sahəsində təmir işlərinin aparılmasına ic azə verilmişdir. 104.50. B həmin qeyri-yaşayış sahəsində etdiyi bütün yaxşılaşdırmaların əvəzini tələb etməkdə haqlıdır. 104.51. Qeyri-yaşayış sahəsinə edilən yaxşılaşdırmaların həcmi və məbləği isə aşağıdakı qaydada müəyyən olunur. 104.52. Bununla bağlı iddiaçı bildirir ki, onun tərəfindən həmin obyektdə köklü dəyişiklik edilmiş və əsaslı təmir işləri aparılmışdır. 104.53. Cavabdehin nümayəndəsi isə bildirir ki, iddiaçı tərəfindən qeyri-yaşayış sahəsində yalnız müəyyən kosmetik işlər görülmüş, yəni tavan dəyişdirilmiş və divarlar rənglənmişdir. 104.54. Görülən işlərin həcmi ilə bağlı kollegiyanın mövqeyi aşağıdakılardan ibarətdir. 104.55. İşdən görünür ki, iddiaçı Müəssisə cavabdehlərə qarşı iddia tələbində C və B məxsus “Toshiba” markalı 10 ədəd kondisionerin, 61 ədəd asma işıqların, 26 ədəd videokameranın mübahisəli qeyri-yaşayış sahəsindən çıxarılması tələbini irəli sürmüşdür. 104.56. Göründüyü kimi, kifayət qədər böyük sahəsi olan mübahisəli qeyri-yaşayış sahəsində cavabdehlər tərəfindən çox sayda texniki avadanlıqlar quraşdırılmışdır. 104.57. Sübuta ehtiyacı olmayan hal isə ondan ibarətdir ki, həmin texniki avadanlıqların quraşdırılması üçün elektrik işləri görülməlidir. 104.58. Göründüyü kimi, cavabdeh dolayısı ilə iddiaçı tərəfindən ən azı elektrik işləri və bunun üzərindən əsaslı təmir işlərinin görülməsini etiraf etmişdir. 104.59. Bundan başqa, tərəflərin nümayəndələrinin izahatlarından müəyyən olunur ki, mübahisəli qeyri-yaşayış sahəsi iddiaçılara icarəyə verilməmişdən əvvəl həmin sahədə bank filialı fəaliyyət göstərib, iddiaçılar həmin sahədən market kimi istifa də edib, hazırda isə həmin sahədə avtosalon fəaliyyət göstərir. 104.60. Bununla bağlı kollegiya qeyd edir ki, hamıya bəlli olan və sübuta ehtiyacı olmayan haldır ki, təyinatları tamamilə fərqli olduğu üçün bank filialının dizayn quruluşu ilə marketin quruluşu da kifayət qədər fərqlənir və bank fəaliyyətinin həyata keçirilməsi üçün istifadə olunan sahənin market fəaliyyətinin həyata keçirilməsi üçün uyğunlaşdırılması üçün əsaslı təmir işlərinə ehtiyac duyulur. 104.61. Bu hal isə iddiaçı tərəfindən mübahisəli qeyri-yaşayış sahəsində əsaslı təmir işlərinin görüldüyünü bir daha təsdiq edir. 104.62. Həmçinin iş materiallarında olan sənədlərə (İİ cild, i/v 229-241) əsasən müəyyən olunur ki, sifarişçi B ilə icraçı "xxxx" MMC arasında 2012-ci il 21 yanvar tarixli xidmət müqaviləsi bağlanmış və m üqaviləyə əsasən sifarişçinin tapşırığı ilə icraçı Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsi 22 ünvanında yerləşən onmərtəbəli binanın 1-ci mərtəbəsindəki 438 m2 qeyriyaşayış sahəsinin 400 m2-də supermarket və kafe açılması üçün zəruri olan bütün avadanlıqlarla təchiz edib işlətməyə hazır vəziyyətdə təhvil verməyi, sifarişçi isə bu xidmətlərin haqqını hissəhissə ödəməyi öz öhdəsinə götürmüşdür. 104.63. Həmin tərəflər arasında xidmət müqaviləsinə 2012-ci il 5 sentyabr tarixli əlavə bağlanmış və əlavəyə əsasən sifarişçinin tapşırığı ilə icraçı Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsi 22 ünvanında yerləşən onmərtəbəli binanın 1-ci mərtəbəsindəki 40 m2 qeyriyaşayış sahəsində supermarket və kafe açılması üçün zəruri olan bütün avadanlıqlarla təchiz edib işlətməyə hazır vəziyyətdə t əhvil verməyi, sifarişçi isə bu xidmətlərin haqqını hissə-hissə ödəməyi öz öhdəsinə götürmüşdür. 104.64. 2012-ci il 26 yanvar tarixli 502144 saylı, 2012-ci il 8 aperel tarixli 502147 saylı və 2012-ci il 3 oktyabr tarixli 502149 saylı kassa mədaxil orderlərinə əsasən müəyyən olunur ki, B tərəfindən "xxxx" MMC-nin hesabına həmin tarixlərdə müvafiq olaraq 174.000 manat, 165.000 manat və 133.246,9 manat məbləğlərində pul vəsaitləri ödənilmişdir. 104.65. Göründüyü kimi, B istinad etdiyi hallar həm də onunla bağlanmış xidmət müqavilələrinə və ödəniş qəbzlərinə əsasən təsdiq olunur. 104.66. Bundan başqa, hamıya bəlli olan haldır ki, marketin dizayn quruluşu ilə avtosalonun quruluşu bir-birinə yaxın və oxşar olur. 104.67. Bu isə onu deməyə əsas verir ki, iddiaçının həmin sahədə gördüyü əsaslı təmi r yaxşılaşdırma işləri hazırda cavabdehin xeyrinədir. Yəni cavabdeh həmin qeyri-yaşayış sahəsini avtosalon kimi istifadə etdikdə yenidən əsaslı təmir işlərinə ehtiyac qalmır. 104.68. B həmin qeyri-yaşayış sahəsində etdiyi bütün yaxşılaşdırmaların əvəzini cavabdeh Müəssisədən tələb etməkdə haqlıdır. 104.69. Lakin həmin iddia tələbi tam təmin edilə bilməz. 104.70. Kollegiya Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış məhkəmə tikintitexniki ekspertizası üzrə verilən 2017-ci il 28 noyabr tarixli ekspert rəyinə istinadən hesab etmişdir ki, təmir-tikinti işlərinin dəyəri kimi, 149.498 manat məbləğində pul vəsaiti icarə sahəsinin mülkiyyətçisi olan Müəssisədən tutularaq B ödənilməlidir. 104.71. Avadanlıqların dəyəri isə (50.254 manat) cavabdehdən tutula bilməz. Çünki qanunun mənasına görə y axşılaşdırmaların naturada götürülməsi mümkün olmadığı halda onun dəyəri ödənilməlidir. 104.72. Hazırkı işdə isə Müəssisənin iddiası təmin edilərək, həmin əmlaklar naturada C və B tərəfindən götürülməlidir. 104.73. Əldən çıxmış faydanın ödənilməsi barədə iddia tələbləri rədd edilməlidir. Belə ki, iddiaçılar ümumiyyətlə MM-in 443.4-cü maddəsinə tələblərini əsaslandırmamışlar. 104.74. Mənəvi zərərin əvəzinin ödənilməsi hissəsində də həmin iddia əsassızdır. 104.75. Belə ki, iddiaçılar C və B icarə müqaviləsindən irəli gələn öhdəliklərin pozulması nəticəsində dəymiş mənəvi zərərin ödənilməsi barədə tələb irəli sürmüşlər. 104.76. MM-də mənəvi zərərin ödənilməsi məsələlərini birbaşa müəyyən edən normalar mövcud deyil. Bununla yanaşı, KMP-nin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli qərarında və AMP-nin “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2008-ci il 3 noyabr tarixli 7 №-li qərarında həmin məsələlərə aydınlıq gətirilmişdir. 104.77. Lakin həmin qərarlarda da müqavilələrdən (istehlakçı ilə bağlanmış müqavilələr istisna olunmaqla) irəli gələn öhdəliklərin pozulması hallarında mənəvi zərərin tələb edilməsinin mümkün olub-olmaması məsələsinə toxunulmayıb. Bununla yanaşı, həmin qərarlarda ifadə olunmuş hüquqi mövqelər və MM-in zərərlə bağlı müvafiq müddəaları bu məsələyə aydınlıq gətirilməsinə imkan yaradır. 104.78. Beləliklə, qeyd olunan qərarlarda əks olunan hüquqi mövqelərə görə mənəvi zərərin ödənilməsi barədə iddia ya qanunvericilikdə birbaşa göstərilən hallarda, ya da deliktlərdən irəli gələn tələblərdə irəli sürülə bilər. 104.79. Müqavilə öhdəliklərinin pozulması isə delikt hesab olunmur, həmçinin qanunvericilikdə icarə müqaviləsi (istehlakçı ilə bağlanmış müqavilələr istisna olunmaqla) üzrə öhdəliklərin pozulmasına görə mənəvi zərərin ödənilməsi nəzərdə tutulmamışdır. Ona görə də həmin iddia tələbləri özü-özlüyündə əsassız olduğuna görə sübutlar araşdırılmadan rədd edilməlidir.

105. Apellyasiya instansiyası məhkəməsi qətnaməsini MM-in 157.4, 340.1, 443.4, 697.1, 697.2, 680.2, 700.1, 700.3, 1087.1, 1090.1-ci, MPM-in 77.1, 119.1, 372.6, 420-ci, “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 9.5-ci maddələrinə, KMP-nin “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli qərarına, AMP-nin “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2008-ci il 3 noyabr tarixli 7 nömrəli qərarına istinad etməklə əsaslandırmışdır.

106. İddiaçı Müəssisə 2021-ci il 16 may tarixində kassasiya şikayəti verərək həmin qətnamənin qismən – “C və B cavabdehlər Müəssisəyə və K qarşı “təmir xərclərinin və zərərin əvəzinin ödənilməsi tələbinə dair” iddialarının təmin edilmiş hissədə ləğv edilməsi və həmin hissədə iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

107. C və B 2021-ci il 1 iyun tarixində həmin qətnamədən kassasiya şikayəti verərək aşağıdakıları xahiş etmişdir: 107.1 qətnamə qismən – Müəssisənin cavabdehlər C və B qarşı “icarə haqqının ödənilməsi” tələbinə dair iddiasının təmin edildiyi hissədə, habelə iddiaçı Müəssisənin cavabdeh MMC-yə, B və C qarşı “mülkiyyətə müdaxilə nəticəsində yurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddiasının təmin edildiyi hissədə, eləcə də iddiaçılar C və B cavabdehlər Müəssisəyə və K qarşı “icarə müqavilələrin etibarsız sayılması, qeyri-yaşayış sahəsinin təmirinə, əşya və avadanlıqların quraşdınlmasına sərf edilmiş 472.246,90 manatın cavabdehlər Müəssisədən və K müştərək qaydada tutulması” barədə iddiasının rədd edildiyi hissədə ləğv edilməsi; 107.2 iddiaçı Müəssisənin cavabdehlər C və B qarşı “icarə haqqının ödənilməsi” tələbinə dair iddiasının tamamilə rədd edilməsi; 107.3 iddiaçı Müəssisənin cavabdeh MMC-yə, B və C qa rşı “mülkiyyətə müdaxilə nəticəsində vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddiasının tamamilə rədd edilməsi; 107.4 iddiaçılar C və B cavabdehlər Müəssisəyə və K qarşı iddiaçı C və K arasında bağlanmış 3M-02/471 və 3M/1031 reyestr nömrəli icarə müqavilələrin etibarsız sayılması, Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsi, 22 ünvanındakı onmərtəbəli binanın birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin təmirinə, əşya və avadanlıqların quraşdınlmasına sərf edilmiş 472.246,90 manatın cavabdehlər Müəssisədən və K müştərək qaydada tutularaq B ödənilməsi barədə iddiasının tam təmin edilməsi; 107.5 iş üzrə ekspertiza xərclərinin Müəssisədən və K müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməsi, birinci instansiya məhkəməsində iddia qaldırılması, apellyasiya və kassasiya şi kayətlərinin verilməsi üçün B və C tərəfində ödənilmiş dövlət rüsumlarının əvəzinin Müəssisədən və K müştərək qaydada tutularaq C və B xeyrinə ödənilməsi barədə yeni qərar qəbul edilməsi. Kassasiya şikayətlərinin və onlara qarşı etirazın dəlilləri u) Müəssisənin kassasiya şikayətinin dəlilləri

108. Apellyasiya instansiya məhkəməsi Müəssisənin iddia tələbi üzrə qətnamə qəbul edərkən haqlı olaraq mülki qanunvericilikdə “icarə müqaviləsi”nin tələblərini tənzmləyən müddəalara istinad etmiş, hər iki iddia tələbini təmin etməklə düzgün hüquqi nəticəyə gəlmişdir. Lakin qarşı tərəfin iddialarını təmin etməklə, ilkin olaraq gəldiyi hüquqi nəticəni inkar etmiş olmuşdur. İş üzrə keçirilmiş məhkəmə ekspertizası rəyi ilə ilk 2 icarə müqaviləsinin, yəni 2012-ci il 10 yanvar tarixli və 2012-ci il senty abr tarixli iki əlyazma icarə müqavilələrinin saxta olması, oradakı imzaların saxtalaşdırılması, həmin imzaların Müəssisə (səlahiyyətli nümayəndəsi) tərəfindən imzalanmaması müəyyən edilmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi qeyd edilən saxtakarlığın nədən qaynaqlandığını, hansı səbəbdən imzaların saxtalaşdırılmasına lüzum olduğunu araşdırmamış, qarşı tərəfin əsl niyyətinə fikir verməmişdir. Əslində bu saxta sübutların təqdim edilməsinin səbəbi bəllidir. Belə ki, həmin iki əlyazma icarə müqavilələrinin (hansı ki saxta olduğu müəyyən edilmişdir) hər ikisində aparılmış kosmetik təmirin xərclərinin hansı qaydada qaytarılması tənzimlənmişdir (2012-ci il 10 yanvar tarixli müqavilənin 7-ci bəndi, hansı ki, oraya qələm ilə sonradan düzəliş də edilmişdir; 2012-ci il sentyabr tarixli müqa vilənin 5-ci bəndi). Cavabdeh tərəf də məhz həmin bəndlərə istinad etməklə təmir xərclərinin və zərərin ödənilməsini məhkəmə qaydasında tələb etmişdir. Halbuki 2012-ci il 8 iyun tarixli müqavilədə belə bir şərtbənd yoxdur. Bunun səbəbi isə çox sadədir: müqavilə beş il müddətinə bağlanmışdır, həmin beş il ərzində obyektdən yalnız icarəçi istifadə etmişdir (hətta razılığımız və xəbərimiz olmadan digər şəxsə sub-icarəyə vermişdir), obyektin köhnəlməsi (amortizasiyası) riskini də icarəçi daşımışdır. Başqa sözlə, obyektin kosmetik təmiri nəticəsində əldə edilmiş yaxşılaşma, həmin obyekt geri təhvil alınarkən olmamışdır, çünki obyektdən 5 il ərzində mütəmadi istifadə edilmiş, təbii ki, təmir köhnəlmişdir.

109. O ki qaldı məhkəmə kollegiyasının çəkilmiş xərclərin “əsaslı təmir olması” ilə bağlı g əldiyi hüquqi nəticəyə, bu yalnız mülahizələrdən ibarətdir. Məhkəmə kollegiyası hazırkı halda “əsaslı təmir” anlayışını açmağa çalışmış, mühəndis funksiyasını üzərinə götürərək hansısa elektrik avadanlıqlarının quraşdırılması xərclərinin çəkilməsinin “əsaslı təmir olması” hesab edilməsini diktə etmişdir. Əvvəla, icarəçi hansısa təhlükəsizlik (kameralara münasibətdə) tədbirlərinin görülməsi üçün, hansısa dekorativ (asma işiqlara münasibətdə) gözəllik üçün və ya işçilərin normal şəraitdə işləməsi üçün (kondinsionerlərə münasibətdə) əlavə avadanlıqları quraşdırması, həmin quraşdırma zamanı əlavə xərcləri çəkməsi, birincisi, əsaslı təmir deyildir (əsaslı təmir konstruktiv təmir hesab edilir), ikincisi, həmin əşyalar sonradan oradan icarəçi tərəfindən götürülməlidirsə (hər halda apellyasiya məh kəməsi qətnamədə belə qət edib), bunun, yəni xərclərin icarədara nə aidiyyəti olur və ya onun əmlakı hansı qaydada yaxşılaşır, dəyər artırır. Bank kimi fəaliyyət göstərmiş obyektin marketə çevirilməsini “çətinliyini” məhkəmə müəyyən edə bilməz. Eyni zamanda, qeyri-yaşayış sahəsi cavabdehlər oradan çıxdıqdan sonra heç də avtosalon kimi fəaliyyət göstərməmişdir. Həmin obyektin 190 m2 hissəsində Müəssisənin hesabına əsaslı təmir-tikinti-quraşdırma işləri aparıldıqdan sonra 2018-ci il 9 iyul tarixində icarə müqaviləsi imzalanmış, 2019-cu il 30 aprel tarixinədək restoran-kafe kimi kimi fəaliyyət göstərmişdir. Yenə həmin obyektin 60 m2 hissəsində təmir aparılmış və hazırda da restoran-kafe fəaliyyət göstərir. Obyektin 200 m2 hissəsi yalnız restoran fəaliyyətini dayandırdıqdan sonra 2019-cu il 24 iyun və 2019-cu il 1 noyabr tarixli icarə müqavilələri əsasında X7 icarəyə verilmişdir və həmin hissədə “avtosalon” fəaliyyət göstərir. Restoranın yerində avtosalonun fəaliyyət göstərə bilməsi üçün yenidən orada təmir-tikinti-quraşdırma işləri aparılmışdır. Obyektdə kosmetik işlərin aparılması sahibkarın-mülkiyyətçinin mənafeyinə və ehtimal olunan istəyinə uyğun olmamış, yalnız icarəçinin maraqlarına cavab vermiş, icarəçi oranı tərk etdikdən sonra mülkiyyətçi oranı öz istəyinə və marağına uyğunlaşdırmaq üçün əsaslı təmir-tikinti-quraşdırma işləri aparmışdır

110. Məhkəməyə təqdim edilmiş "xxxx" MMC və B arasında bağlanan 2012-ci il 2 1 yanvar tarixli 133 nömrəli xidmət göstərilməsinə dair müqavilə və 502144, 502147 və 502149 saylı qəbzlər mübahisəlidir. Həmin müqaviləni icraçı "xxxx" MMC -nin şəxsində şirkətin müdiri X20 imzalamış və MMC-nin möhürü ilə təsdiqlənmişdir. "xxxx" MMC-nin 2012-ci il və hazırkı direktoru X4 (Dövlət Vergi Xidmətinin internet vergi idarəsindən çıxarışa əsasən). Göründüyü kimi, X20 "xxxx" MMC-nin qanuni təmsilçisi olmamışdır. Həmçinin məhkəməyə sözügedən müqavilənin və qəbzlərin əsilləri deyil, notarial qaydada təsdiqlənmiş surətləri təqdim edilmşdir. 502144, 502147 və 502149 saylı qəbzlər 2015-ci ildə mübahisə yarandıqdan sonra "xxxx" MMC tərəfindən çap edilmişdir.

111. Apellyasiya instansiyası məhkəməsi həmçinin kobud prosessual norma pozuntularına da yol vermişdir. Belə ki, məhkəmə kollegiyası 2021-ci il 26 yanvar tarixində tərəfləri dinlədikdən sonra müşavirəyə getdi və sonradan elan olundu ki, məhkəmənin yekun qərarı 2021-ci il 12 fevral tarix ində elan ediləcəkdir. Elan edilmiş tarixdə tərəflər məhkəmə zalında olsalar da məhkəmə kollegiyası zala gəlməmiş, məhkəmə iclas katibi tərəfindən bildirilmişdir ki, sədrlik edən xəstələnib, məhkəmənin yekun qərarının elanı 2021-ci il 26 fevral tarixində olacaqdır. Həmin tarixdə məhkəmə kollegiyası yenidən zala daxil olaraq, müşavirə zalında icraatı təzələmədən yenidən işi araşdırmağa başlamış, yenidən izahatları dinləmiş, növbəti dəfə müşavirəyə getmiş, qətnamənin elanını 2021-ci il 2 mart tarixinə təxirə salmışdır. Beləliklə, məhkəmə kollegiyası 1 aydan çox bir müddətdə müşavirədə qalmış, bu azmış kimi hətta müşavirədə ola-ola müşavirəyə çıxdığı iş üzrə tərəfləri dindirmiş, əlavə sübutlar araşdıraraq prosessual pozuntuya yol vermişdir. Məhkəmə iclasları audio və video çəkilişlərlə aparıl dığından qeyd olunanlar həmin video çəkilişlərə baxılacağı təqdirdə öz təsdiqini tapacaqdır.

112. Kassator kassasiya şikayətini MM-in 680.2, 1087.1, 1090.1-ci, MPM-in 212, 215, 417.1.4, 418.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. v) C və B kassasiya şikayətinin dəlilləri 113. 2012-ci il 10 yanvar və 2012-ci il 1 sentyabr tarixli icarə müqavilələrindəki A.Əİiyevin adından olan imzaların K özü tərəfindən icra olunmadığı barədə Məhkəmə Ekspertizası Mərkəzinin 2020-ci il 25 noyabr tarixli 4/961 saylı ekspert rəyi kifayət qədər aydın və tam olmadığı üçün iş üzrə əlavə məhkəmə-xətşünaslıq ekspertizası, həmçinin əsassız olduğuna görə təkrar məhkəmə-xətşünaslıq ekspertizasının təyin edilməsinə dair B və C vəkili Vəkil1 verdiyi vəsatətlər apellyasiya instansiyası məhkəməsi tərəfindən təm in olunmamış, bununla da həmin məhkəmə tərəfindən müvafiq olaraq MPM-in 102.1 və 102.2-ci maddələrinin tələbləri pozulmuşdur.

114. İ.Vəliyevin adından K ilə C arasında dövlət orqanlarına təqdim etmək üçün A.Əİiyevin təklifi və israrı ilə görünüş üçün formal olaraq notarial qaydada təsdiq olunmuş 2012-ci il 8 iyun tarixli icarə müqaviləsi bağlamışdır. Lakin həmin tarixdən müəyyən müddət keçdikdən sonra A.Əİiyevin təklifi və israrı ilə dövlət orqanlarına təqdim etmək üçün görünüş üçün formal olaraq notarial qaydada təsdiq olunmuş K ilə C arasında 2012-ci il 14 avqust tarixli başqa icarə müqaviləsi bağlamışdır. Bu müqavilədə Müəssisənin adının qeyd olunmaması müqavilənin görünüş üçün bağlandığını göstərir. K 2012-ci il 14 avqust tarixində Bakı şəhəri 6 saylı notariat kontorunun əməkdaşları ilə sövdələşərək həmin tarixdə bağlanmış icarə müqaviləsində sözügedən əmlakın fiziki şəxsə məxsus olduğunu yazdırmışdır. C bu icarə müqavilələrini imzalamasının mahiyyətini başa düşməsə də, K təkid etdiyi üçün onun təklifini qəbul etmişdir. Qeyd edilən qeyri-yaşayış sahəsi üzrə B ilə bağlanmış 2012-ci il 10 yanvar tarixli və 2012-ci il 1 sentyabr tarixli icarə müqavilələri tərəflərin həqiqi iradə bəyanını əks etdirən müqavilələrdir. Qanunvericilikdə icarə müqavilələrinin konkret olaraq notarial qaydada təsdiq olunmuş formada bağlanma məcburiyyəti nəzərdə tutulmamışdır. Beləliklə, apellyasiya instansiyasi məhkəməsi notarial təsdiqli formada bağlanmış icarə müqavilələrini sadə yazılı formada bağlanmış icarə müqavilələrindən üstün tutmuş, bununla da MM-nin 331.1-ci, 399.1-ci, 399.3-cü və 406.1-ci maddələrinin tələblərini pozmuşdur.

115. Həmçinin, 2012-ci il 10 yanvar və 2012-ci il 1 sentyabr tarixli icarə müqavilələri faktiki olaraq iki fiziki şəxs (B ilə K) arasında bağlansa da, həmin müqavilələrə hüquqi qiymət verərkən apellyasiya instansiyası məhkəməsi iradə ifadəsinin və müqavilə şərtlərinin təfsiri institutlarına istinad etməmiş, qeyd edilən müqavilələrin B ilə C şəxsində Müəssisə arasında bağlandığı qənaətinə gəlməmiş, bununla da MM-in 324.5-ci və 404.1-ci maddələrinin tələblərini pozmuşdur. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin 2020-ci il 2 mart tarixli qərarında şərh edilən məcburi göstərişləri qismən yerinə yetirməmiş və bununla da MPM-in 420ci maddəsinin tələblərini pozmuşdur. 116. 2012-ci il 8 iyun və 2012-ci il 14 avqust tarixli icarə m üqavilələri uydurma əqdlərdir. Beləliklə, apellyasiya instansiyasi məhkəməsi tərəfindən tərəflərin həqiqi iradə bəyanı araşdırmamış, bununla da MM-in 337.3 və 340.1-ci maddələrinin tələblərini kobud surətdə pozmuşdur.

117. B daha əvvəl istifadəyə tamamilə yararsız olan obyektdə əsaslı təmir işlərinin görülməsinə, həmçinin əşya və avadanlıqların quraşdırılmasına 2012-ci il 21 yanvar tarixli 133 nömrəli xidmət göstərilməsinə dair müqaviləyə və həmin müqaviləyə 2012-ci il 5 sentyabr tarixli əlavəyə uyğun olaraq 2012-ci il 26 yanvar, 2012-ci il 8 aprel tarixli, 2012-ci il 3 oktyabr tarixli kassa mədaxil orderlərinin qəbzlərinə əsasən, 472.246,90 manat vəsait xərcləmişdir. 2015-ci ilin dekabr ayının sonunda K obyektə gələrək icarə haqqının 2 dəfə artırılmasını, əks halda obyekti boşaldıb tərk e tməyimizi tələb etmiş və B obyektin təmiri üçün xərclədiyi vəsaitin qaytarılmasından imtina etmişdir. 2012-ci il 10 yanvar və 2012-ci il 1 sentyabr tarixli icarə müqavilələrinə əsasən, həmin müqavilələrə vaxtından əvvəl xitam verildiyi halda təmir üçün çəkilmiş bütün xərclər icarəyə verən tərəfindən ödənilməlidir. Beləliklə, Müəssisə tərəfindən MMin 425.1-ci maddəsinin tələbləri kobud surətdə pozulmuş, apellyasiya instansiyası məhkəməsi isə bu pozuntunu nəzərə almamışdır.

118. B daha əvvəl tamamilə yararsız olan, sonradan əsaslı şəkildə təmir etdirərək işlək vəziyyətə gətirdiyi qeyri-yaşayış sahəsinin 140 m2-lik hissəsini istifadə etməkdən Müəssisə tərəfindən məhrum edilməsi ilə əlaqədar ümumilikdə həmin qeyri-yaşayış sahəsindən təyinatı üzrə istifadə edə bilməmişdir. Üstəlik, Müəssisə B 2 012-ci il 10 yanvar və 2012-ci il 1 sentyabr tarixli icarə müqavilələri əsasında həmin qeyri-yaşayış sahəsindən istifadə və sahiblik etmək hüququ verdiyi, lakin sonradan B faktiki olaraq həmin qeyri-yaşayış sahəsinin 140 m2-lik hissəsinin istifadəsindən məhrum etdiyi halda, həmin qeyri-yaşayış sahəsi üzrə icarə haqlarının ödənilməsini B tələb edir. Başqa sözlə, Müəssisə B ziyan vurmaq niyyəti ilə hərəkətlər etmiş, həmçinin qeyd edilən icarə müqavilələri üzrə öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirir, belə halları isə qanunvericilik, o cümlədən MM-in 16.1, 560.2, 560.3.2ci maddələri qadağan edir. Beləliklə, Müəssisə hüquqlarından sui-istifadə etdiyi üçün B qeyd edilən icarə haqlarının ödənilməsini tələb edə bilməz. Həmçinin B ilə Müəssisə arasında bağlanm ış icarə müqavilələrinə uyğun olaraq bütün icarə haqları Müəssisəyə ödənilmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi C hesabından Müəssisəsinin xeyrinə icarə haqlarının tutulmasını qət etməklə, apellyasiya instansiyasi məhkəməsi MM-in 16.1, 560.2 və 560.3.2-ci, MPM-in 88-ci maddələrinin tələblərini pozmuşdur.

119. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 27 sentyabr tarixli 2-2(103)-13/19 saylı qətnaməsinə əsasən iddiaçı Müəssisənin cavabdehlər MMC-yə, B və K qarşı “mülkiyyətə müdaxilə nəticəsində vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddiası qismən - 22.400 manat pulun tutularaq Müəssisəyə ödənilməsi hissəsində təmin edilmiş, iddia tələbi qalan hissədə - ziyanın ödənilməsi hissəsində rədd edilmişdir. Həmin qətnamədən Müəssisə və K tərəfində n apellyasiya şikayəti verilmədiyi üçün qeyd edilən qətnamənin “ziyanın ödənilməsi” hissəsi mübahisəsiz olmuşdur. Buna baxmayaraq apellyasiya instansiyasi məhkəməsinin mübahisəli qətnamədə Müəssisənin ona dəymiş zərər kimi 2 aylıq icarə haqqının, yəni cəmi 5.600 manat məbləğində pul vəsaitinin icarə müqaviləsinin birgə tərəfləri kimi C və B tutulması tələbini haqlı hesab etməklə, MPM-in 372.6-cı maddəsində nəzərdə tutulan “apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə yoxlayır” müddəasının tələblərini pozmuşdur.

120. B və Müəssisə arasında müqavilə bağlanmadığını fərz etsək belə, MM-in 21.1, 21.2, 443.1, 443.2, 680.2, 1087.1 və 1090.1-ci maddələrinin tələblərini nəzərə alaraq, B həmin qeyriyaşayış sahəsində etdiyi bütün yaxşılaşdırmaların əvəzini Müəssisədən və K tələb etməkdə haqlıdır. Apellyasiya instansiyası məhkəməsi, iddianın qeyri-yaşayış sahəsində əsaslı təmir işlərinin görülməsinə, əşya və avadanlıqların quraşdırılmasına xərclənmiş 472.246,90 manat və 2015-ci il 10 noyabr tarixindən 2018-ci il 10 aprel tarixinə qədər əldən çıxmış faydaya görə 43.500 manat vəsaitin Müəssisənin və K hesabından müştərək qaydada tutularaq B xeyrinə ödənilməsi, B dəymiş mənəvi zərərin əvəzi olan 30.000 manat vəsaitin Müəssisənin və K hesabından müştərək qaydada tutularaq B xeyrinə ödənilməsi, habelə C dəymiş mənəvi zərərin əvəzi olan 30.000 manatın cavabdehlərin hesabından müştərək qaydada tutularaq C xeyrinə ödənilməsi hissəsində qismən rədd etməklə MM-in 21.1, 21.2, 443.1, 443.2 və 1092.1-ci maddələrinin, həmçinin KMP-nin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli qərarının tələblərini pozmuşdur.

121. Müəssisənin nümayəndəsi K tərəfindən 2015-ci ilin noyabr ayının əvvəllərində 2012-ci il 10 yanvar tarixli icarə müqaviləsinin şərtləri pozularaq qeyri-yaşayış sahəsinin 400 m2-lik hissəsindən 70 m2-lik hissənin açarları B alınmış və B obyektin həmin hissəsindən istifadə edə bilməmişdir. Bundan sonra Müəssisə 2015-ci il 10 noyabr tarixli icarə müqaviləsi bağlayaraq obyektin həmin hissəsini X17 icarəyə vermişdir. Halbuki obyektin həmin hissəsi üçün 2015-ci il 10 noyabr tarixindən sonrakı dövr üzrə də B ilə Müəssisə arasında bağlanmış 2012-ci il 10 yanvar tarixli icarə müqaviləsi qüvvədə ol muşdur. Belə olan halda, Müəssisə 438,3 m2 olan qeyri-yaşayış sahəsindən 60 m2-lik hissəsinin icarəyə götürülməsi barədə 2015-ci il 10 noyabr tarixində bağlamış icarə müqaviləsi üzrə icarə haqqına görə 1 aylıq 500 manat fayda götürüldüyü görünür. Lakin reallıqda qeyri-yaşayış sahəsindən 60 m2-lik hissəsinin həqiqi icarə qiyməti aylıq 1.500 manatdır. Odur ki, əslində Müəssisə 438,3 m2 olan qeyri-yaşayış sahəsinin həmin hissəsindən 2015-ci il 10 noyabr tarixində bağlamış icarə müqaviləsi üzrə 2015-ci il 10 noyabr tarixindən 2018-ci il 10 aprel tarixinə qədər icarə haqqına görə 43.500 manat fayda götürmüşdür. 2016-cı ilin dekabr ayından etibarən obyektin sözügedən 70 m2-lik hissəsi "xxxx" adı ilə fəaliyyət göstərmişdir. 2016-cı ilin əvvəllərindən Müəssisənin nümayəndəsi K tərəfindən 2012-ci i l 1 sentyabr tarixli icarə müqaviləsinin şərtləri pozularaq qeyri-yaşayış sahəsinin həmin 70 m2-lik hissəsinin (obyektin sol tərəfi) açarları bəhanə ilə B alınmış həmin hissə başqa şəxsə icarəyə verilmiş və "xxxx" adı ilə fəaliyyət göstərmişdir. Apellyasiya instansiyası məhkəməsi Müəssisə ilə R.Babayev arasında 438,3 m2 olan qeyri-yaşayış sahəsindən 60 m2-lik hissəsinin icarəyə götürülməsi barədə 2015-ci il 10 noyabr tarixində bağlamış icarə müqaviləsini nəzərə almamaqla, B bəmin icarə müqaviləsinə əsaslanaraq əldən çıxmış faydaya görə 43.500 manatı cavabdehlərdən tələb etməsini əsassız hesab etmiş, bununla da apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların qiymətləndirilməsində ziddiyyət əmələ gəlmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 88-ci madd əsinin tələbləri pozulmuşdur.

122. Müəssisənin direktoru İ.Vəliyevin və nümayəndəsi K hərəkətləri nəticəsində B qeyd edilən obyektin sonuncu dəfə onun istifadəsində qalan 298,3 m2-lik hissəsində də 2016-cı il 25 iyun tarixdən etibarən öz fəaliyyətini dayandırmağa məcbur olmuşdur. Daha sonra K tərəfindən obyektin həmin hissəsinin qapısının kilidi qırılaraq yeni kilid quraşdırılmışdır. 2017-ci il 8 avqust tarixində bizim, K və Məhkəmə Ekspertiza Mərkəzinin əməkdaşının iştirakı ilə sözügedən qeyriyayış sahəsinə baxış keçirilmiş və bu hal tərəfimizdən müvafiq qaydada aktlaşdırılmışdır. 2017-ci ilin oktyabr ayında həmin obyektə B tərəfindən quraşdırılmış avadanlıqların çox hissəsi bizə məlumat verilmədən Müəssisənin rəhbərinin və nümayəndəsinin göstərişi ilə qeyri-peşəkar insanlar tərəfindən sö külüb yararsız hala salınmış və bu avadanlıqlar müəyyən müddətdən sonra naməlum istiqamətdə aparılmışdır. Daha sonra qeyri-yayış sahəsinin divarına icarəyə verilməsi haqqında elan vurulmuşdur. Bundan sonra obyekt başqa şəxsə icarəyə verilmiş və obyektdə təmir-quraşdırma işləri aparılmışdır.

123. Eyni zamanda, apellyasiya instansiyası məhkəməsi mübahisəli qətnaməsində “Toshiba” markalı 10 ədəd kondisioner (3 ədəd kondisioner pultu), 61 ədəd asma işıqlar, 26 ədəd videokamera, 6 ədəd böyük divan, 15 ədəd kiçik kreslo, 3 ədəd dairəvi masa və 9 ədəd dördkünc masadan ibarə olmaqla, cəmi 7 adda avadanlığın Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsi 22 ünvanından C və B tərəfindən götürülməsin qət etmişdir. Halbuki Məhkəmə Ekspertiza Mərkəzinin 2017-ci il 28 noyabr tarixli 17956/18145 saylı e kspert rəyinə əsasən B tərəfindən qeyd edilən qeyri-yaşayış sahəsində cəmi 54 adda (hər birindən bir və ya bir neçə ədəd) olmaqla yekun dəyəri 50.254 manat olan əşyalar yerləşdirilmiş, avadanlıqlar quraşdırılmışdır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi mübahisəli qətnaməsində həm ekspert rəyində sadalanan 47 adda əşya və avadanlıqların (7 adda əşya və avadanlıqların xaricində qalan) hüquqi vəziyyəti (o cümlədən B və C qaytarılması) barədə heç bir məlumat göstərməmiş, həm də C və B Müəssisəyə və K qarşı iddiaçılar tərəfindən qeyd edilən qeyri-yaşayış sahəsinə yerləşdirilmiş əşyaların və quraşdırılmış avadanlıqların əvəzi olan pul vəsaiti tələbini tamamilə rədd etmişdir. Bununla da, apellyasiya instansiyası məhkəməsi MM-in 152.1-ci və 157.2-ci maddələrinin tələblərini kobud surətdə pozmuşdur.

124. Məhkəmə Ekspertiza Mərkəzinin 2017-ci il 28 noyabr tarixli ekspertiza rəyində ekspertlər iddiaçıların iddiasına uyğun gələn rəy vermişdir. Belə olan halda, iş üzrə birinci instansiya məhkəməsindəki 200 manat olan ekspertiza xərci bütövlükdə Müəssisəndən və K tutulmalıdır. Apellyasiya instansiyası məhkəməsi ekspertiza tədqiqatlarının dəyərinin yarısı olan 100 manatı C və B aid etməklə, MPM-in 119.1-ci maddəsinin tələblərini pozmuşdur.

125. Kassasiya şikayəti MM-in 16.1, 152.1, 157.2, 324.5, 331.1, 337.3, 340.1, 399.1, 399.3, 404.1, 406.1, 425.1, 443.1, 443.2, 560.2, 560.3.2, 680.2, 1090.1-ci, MPM-in 102.1, 102.2, 119.1, 420-ci maddələrinə, KMP-nin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli qərarına ist inad etməklə əsaslandırmışdır. x) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

126. Kassasiya şikayətlərinə qarşı tərəflər etiraz təqdim etməmişlər. y) məhkəmə icraatı iştirakçılarının izahatları

127. Müəssisənin vəkili və K vəkili (ayrı-ayrılıqda) qətnamənin qismən – “C və B cavabdehlər Müəssisəyə və K qarşı “təmir xərclərinin və zərərin əvəzinin ödənilməsi tələbinə dair” iddialarının təmin edilmiş hissədə ləğv edilməsi və həmin hissədə iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər.

128. C və B vəkili qətnamənin qismən – Müəssisənin cavabdehlər C və B qarşı “icarə haqqının ödənilməsi” tələbinə dair iddiasının təmin edildiyi hissədə, habelə iddiaçı Müəssisənin cavabdeh MMC-yə, B və C qarşı “mülkiyyətə müdaxilə nəticəsində yurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddiasının təmin edildiyi hissədə, eləcə də iddiaçılar C və B cavabdehlər Müəssisəyə və K qarşı “icarə müqavilələrin etibarsız sayılması, qeyri-yaşayış sahəsinin təmirinə, əşya və avadanlıqların quraşdınlmasına sərf edilmiş 472.246,90 manatın cavabdehlər Müəssisədən və K müştərək qaydada tutulması” barədə iddiasının rədd edildiyi hissədə ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

129. Kassasiya şikayətləri vaxtında verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayətlər mümkün hesab edilmişdir.

130. Müəssisə, C və B apellyasiya instansiyası məhkəməsinin qətnaməsini qismən (bax yuxarıda §§ 106-107) mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissələrdə yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

131. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

132. MM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

157. Mülkiyyətin müdafiəsi... 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələ r əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər....” “Maddə

324. Əqd anlayışı və onun növləri... 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir....” “Maddə

340. Uydurma və yalan əqdlərin etibarsızlığı 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.” “Maddə

348. Məcburi formanı pozmaqla bağlanmış əqdin etibarsızlığı Bu Məcəllə ilə və ya müqavilə ilə müəyyənləşdirilmiş məcburi formanı pozmaqla bağlanmış əqd, habelə bağlanması üçün icazə alınması zəruridirsə, icazə alınmadan bağlanmış əqd etibarsızdır.” “Maddə

360. Səlahiyyət verilməyən şəxsin əqd bağlaması 360.1. Başqa şəxsin adından fəaliyyət göstərmək səlahiyyəti olmadıqda və ya bu səlahiyyətlər aşıldıqda əqd onu bağlamış şəxsin adından və onun mənafeyi üçün bağlanmış sayılır, bir şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan birbaşa bəyənməsin. 360.2. Təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlar a xitam verir.” “Maddə

404. Müqavilənin təfsiri 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 404.3. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. 404.4. Müqaviləd ə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir....” “Maddə

443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi... 443.4. Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır....” “Maddə

680. Kirayəçinin zəruri məsrəfləri... 680.2. Kirayəyə verənin digər xərclərinin, o cümlədən kirayəyə verilmiş əşyanın yaxşılaşdırılması xərclərinin əvəzini ödəmək vəzifəsi bu Məcəllənin özgə işlərini tapşırıqsız aparmaq haqqında müddəaları ilə müəyyənləşdirilir.” “Maddə

697. Kirayə hüquq münasibətlərinə xitam verilməsinin nəticələri 697.1. Kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətl ərinə xitam verildikdən sonra qaytarmağa borcludur. Torpaq sahəsinin kirayəçisi kirayəyə götürdüyü torpaq sahəsini kirayəyə verənə qarşı pretenziyaları əsasında saxlamaq hüququna malik deyildir. Kirayəçi əşyanı hər hansı üçüncü şəxsin istifadəsinə verdikdə kirayəyə verən kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra üçüncü şəxsdən həmin əşyanı qaytarmağı tələb edə bilər. 697.2. Əgər kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəçi kirayəyə götürdüyü əşyanı qaytarmırsa, kirayəyə verən kompensasiya olaraq əşyanın saxlandığı müddət üçün müəyyənləşdirilmiş kirayə haqqının verilməsini tələb edə bilər; otaqların kirayəsi üzrə hüquq münasibətlərində bunun əvəzinə kompensasiya kimi o, həmin ərazidə bu cür otaqların kirayəsi üçün adətən tutulan məbləğdə kirayə haqqı verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ da istisna edilmir. Lakin yaşayış otaqlarını kirayəyə verən digər zərərin əvəzinin ödənilməsini yalnız o halda tələb edə bilər ki, əşya kirayəçinin cavabdeh olduğu halların nəticəsində qaytarılmasın; zərərin əvəzi yalnız həmin şəraitdə haqq-ədalətin tələb etdiyi dərəcədə ödənilir. Əgər kirayəçi ləğvetməyə dair bildiriş verərsə, bu müddəa tətbiq edilmir....” “Maddə

700. İcarə müqaviləsi 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.... 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.” “Maddə 1087. Özgə işlərini tapşırıqsız vicdanla aparma 1087.1. Özgəsinin (sahibkarın) işlərini tapşırıq və ya digər əsas olmadan aparan şəxs (icraçı) onu vicdanla aparmağa borcludur....” “Maddə 1090. İcraçının hüquqları 1090.1. Əgər işlərin idarə edilməsi sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlirsə, icraçı xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilər. İcraçı lazımi vicdanlılıqla fəaliyyət göstərmişsə, bu qayda işlərin idarə edilməsinin gözlənilən nəticə ilə qurtarmadığı halda da tətbiq olunur....”

133. MPM-in müvafiq müddəalarında (2021-ci il 1 oktyabr tarixinədək qüvvədə olan redaksiyada) aşağıdakılar nəzərdə tutulur: “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

81. Sübutların mümkünlüyü Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Maddə

89. Yazılı sübutlar 89.1. Yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmu ş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır.... 89.3. Lazımı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir.” “Maddə

97. Məhkəmənin ekspertiza təyin etməsi 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir....” “Maddə

103. Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məc əllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 103.2. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. “Maddə

119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir....” “Maddə

218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər... 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Maddə

372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri... 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsind ə açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır....” “Maddə

407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər... 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir....” “Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən:... 417.1.3. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, y axud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər; 417.1.4. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. “Maddə

420. Kassasiya məhkəməsinin göstərişlərinin məcburiliyi Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.” 134. “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

9. İcarə zamanı mülkiyyət... 5.İcarəyə götürülmüş əmlak icarəyəverənin razılığı ilə yaxşılaşdırıldıqda müqavilənin müddəti qurtardıqdan və ya müqavilə pozulduqdan sonra icar əçinin hüququ var ki, qanunda və ya müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, bu məqsədlə çəkdiyi bütün xərclərin ödənilməsini tələb etsin...”

135. KMP-nin “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarında qeyd edilmişdir ki: “MPM-in 420-ci maddəsində təsbit edilmiş kassasiya məhkəməsinin göstərişləri bu Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya məhkəməsi üçün məcburidir.”

136. KMP-nin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli qərarında qeyd edilmişdir ki: “Qanunverici bir sıra normativ hüquqi aktlarda maddi zərərlə yanaşı mənəvi zərərin mövcudluğunu qəbul edir və belə zərəri yetirən şəxsin məsuliyyətini nəzərdə tutur. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 7.0.36, 57, 60-cı, Əmək Məcəlləsinin 290-cı, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 12-ci maddələrində və digər qanunlarda mənəvi ziyanın ödənilməsi barədə müddəalar vardır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 12-ci maddəsində istehlakçıların bu qanunda nəzərdə tutulan hüquqları istehsalçı (icraçı, satıcı) tərəfindən pozularsa, istehlakçıya dəyən mənəvi ziyanın təqsirkar tərəfindən ödənilməsi nəzərdə tutulmuşdur...Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.”

137. AMP-nin “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2008-ci il 3 noyabr tarixli 7 nömrəli qərarında qeyd edilmişdir ki: “Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə MM-nin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X12 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəv i sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan ist ənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki mə suliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

138. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini (bax yuxarıda §§ 108-124) işin materialları ilə birgə araşdıraraq, tərəflərin vəkillərinin izahatlarını dinləyərək aşağıdakı səbəblərdən hesab edir ki, həmin dəlillər apellyasiya məhkəməsinin qətnaməsini ləğv etmək üçün əsas deyildir. Əlavə və təkrar məhkəmə-xətşünaslıq ekspertizasını n təyin edilməsinə dair vəsatətin təmin olunmamasına dair V.Əlievin və B dəlilləri (bax yuxarıda § 113) üzrə:

139. İş materiallarında olan apellyasiya instansiyası məhkəməsinin 2021-ci il 26 yanvar tarixli iclasının protokolundan (Vİİİ cild, i/v 278-279) görünür ki, iclasda iştirak edən B və C vəkili Vəkil1 2020-ci il 25 noyabr tarixli 4/961 saylı ekspert rəyi ilə razı olmadıqlarını, bununla bağlı vəsatətlərinin olduğunu bildirərək qeyd etmişdir ki, “... ekspert qarşısında qoyulmuş suallarda sənədlərin ksero-surətlərindəki imzaların Araza məxsus olub-olmaması ilə bağlı sual öz əksini tapmayıb. Bundan başqa, ekspert qarşısında qoyulmuş birinci sual tam olaraq cavablandırılmayıb. Həmçinin ekspertin birinci suala cavab qismində göstərdiyi arqument əsassızdır. Odur ki, təkrar və əlavə məhkəmə ekspertizalarının keçirilməsini xahiş edirəm.”

140. Əvvəla, sənədin ksero-surəti üzərindəki imza üzrə dəqiq xətşünaslıq ekspertizanın keçirilməsinin mümkünlüyünə təminat yoxdur. Belə ki, müxtəlif texniki üsul və vasitələrdən istifadə etməklə də istənilən imzanın surətinin kserosurət üzərinə köçürülməsi mümkündür.

141. İkincisi isə, ekspert qarşısında qoyulmuş sualın tam cavablandırılmamasına, suala cavab qismində göstərdiyi arqumentin əsassız olmasına dair B və C vəkilin dəlillərinin özü əsassız olmuşdur.

142. Belə ki, ekspert rəyi ilə birmənalı şəkildə müəyyən olunmuşdur ki, tədqiqat obyekti olmuş icarə müqavilələri üzərindəki K adından qoyulmuş imzalar əslində K deyil, başqa şəxs(lər) tərəfindən qoyulmuşdur.

143. Hazırkı mübahisənin həlli üçün son dərəcə mühüm əhəmiyyət kəsb edən məsəl ələrdən biri də məhz mübahisə predmeti olan 2012-ci il 10 yanvar və 2012-ci il sentyabr tarixli müqavilələrin bağlanması üçün K həqiqi iradəsinin olub-olmamasının müəyyən edilməsi idi.

144. Ekspert rəyi ilə və həmin rəy əsasında apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə bu məsələyə tam aydınlıq gətirilmişdir.

145. Belə ki, sözügedən ekspert rəyinə istinadən apellyasiya instansiyası məhkəməsi haqlı olaraq o qənaətə gəlmişdir ki, həqiqiliyi müəyyən edilmədiyi üçün həmin müqavilələrin hazırkı mübahisənin həlli baxımından heç bir əhəmiyyəti yoxdur. Eyni zamanda, işin mübahisəsiz halıdır ki, 2012-ci il 14 avqust tarixli icarə müqaviləsi tərəflərin 2016-cı il 12 fevral tarixli ərizələrinə əsasən ləğv edilmişdir. Bu baxımdan, ləğv edilmiş həmin müqavilə üzrə də araşdırma (həmin müq avilənin etibarsız hesab edilməsi barədə iddia tələbi istisna olmaqla) aparılması üçün əsas mövcud deyildir. Göründüyü kimi, həqiqiliyi müəyyən edilən və hazırkı mübahisə üzrə yeganə araşdırılmalı müqavilə yuxarıda sadalanan müqavilələrdən yalnız 2012-ci il 8 iyun tarixli icarə müqaviləsidir.

146. B və C vəkili isə yuxarıda qeyd edilmiş ekspert rəyini mübahisələndirərkən həmin rəyin əsassızlığını təsdiq edən kəsərli dəlillər gətirə bilməmişdir.

147. Eyni zamanda, apellyasiya instansiyası məhkəməsinin ekspert rəyi əsasında gəldiyi nəticə kassasiya şikayətində tutarlı şəkildə təkzib olunmamışdır.

148. Ona görə də məhkəmə kollegiyasının mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi həmin ekspert rəyini mötəbər sübut kimi qiymətləndirərkən və onun əsasında müvafiq nəticəyə gələrkən ma hiyyəti üzrə qətnamənin ləğvinə səbəb ola biləcək pozuntuya yol verməmişdir.

149. Qeyd olunan səbəblərdən məhkəmə kollegiyası 2012-ci il 10 yanvar və 2012-ci il sentyabr tarixli icarə müqavilələrinin tərəflərin əsl iradələrini əks etdirən müqavilələr olmasına, 2012-ci il 8 iyun və 2012-ci il 14 avqust tarixli icarə müqavilələrinin isə uydurma əqdlər olmasına dair C və B kassasiya şikayətinin dəlillərini (bax yuxarıda §§ 114-116) də əsassız hesab edir. Mübahisəli obyektə B tərəfindən çəkilmiş 472.246,90 manat xərcin geri tələb edilməsi, obyektdə aparılan təmir işlərinə B tərəfindən çəkilmiş xərcin həcmi barədə məhkəmənin yanlış nəticəyə gəlməsinə dair C və B kassasiya şikayətinin və Müəssisənin kassasiya şikayətinin dəlilləri (bax yuxarıda §§ 108-110, 117) üzrə:

150. İşin apellyasiya instan siyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, sifarişçi B onunla icraçı "xxxx" MMC arasında bağlanmış 2012-ci il 21 yanvar tarixli xidmət müqaviləsinə və 2012-ci il sentyabr tarixli əlavəyə uyğun olaraq obyektdə görülməli işlər və təchiz edilməli avadanlıqlara görə sözügedən MMC-nin hesabına həmin il 26 yanvar, 8 aprel və 3 oktyabr tarixlərində müvafiq olaraq 174.000 manat, 165.000 manat və 133.246,9 manat (cəmi 472.246,90 manat) məbləğlərində pul vəsaitləri ödəmişdir.

151. Apellyasiya instansiyası məhkəməsi daha sonra öz qətnaməsində Məhkəmə Ekspertizası Mərkəzinin 2017-ci il 28 noyabr tarixli ekspert rəyinə istinad edərək hesab etmişdir ki, təmir-tikinti işlərinin dəyəri kimi, 149.498 manat məbləğində pul vəsaiti icarə sahəsinin mülkiyyətçisi olan Müəssisədən tutu laraq B ödənilməlidir, avadanlıqların dəyəri isə (50.254 manat) cavabdehdən tutula bilməz.

152. C və B məhkəmə icraatları zamanı, həmçinin hazırkı kassasiya şikayətində həmin ekspert rəyinin əsaslığını konkret və tutarlı dəlillərlə təkzib edə bilməmişlər. 153. 2012-ci il 21 yanvar tarixli 133 nömrəli xidmət göstərilməsinə dair müqaviləyə və həmin müqaviləyə 2012-ci il 5 sentyabr tarixli əlavəyə uyğun olaraq 2012-ci il 26 yanvar, 2012-ci il 8 aprel, 2012-ci il 3 oktyabr tarixli kassa mədaxil orderlərinin qəbzlərinə gəldikdə, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, həmin sənədlər üzrə ümumilikdə 472.246,90 manat vəsait, kassatorun özünün də qeyd etdiyi kimi, yalnız təmir işlərinin görülməsinə deyil, həmçinin əşya və avadanlıqların quraşdırıl masına ödənilmişdir.

154. Sırf təmir işlərinin dəyəri isə sözügedən ekspert rəyi ilə yerində müəyyən edilmiş, apellyasiya instansiyası məhkəməsi də nəticəyə gələrkən məhz həmin rəyə istinad etmişdir.

155. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi ekspert rəyi ilə müəyyən olunmuş avadanlıqların dəyəri (50.254 manat) ilə bağlı haqlı olaraq belə nəticəyə gəlmişdir ki, həmin dəyər Müəssisədən tutula bilməz. Çünki qanunun mənasına görə yaxşılaşdırmaların naturada götürülməsi mümkün olmadığı halda onun dəyəri ödənilməlidir. Hazırkı işdə isə Müəssisənin iddiası təmin edilərək, həmin əmlaklar naturada C və B tərəfindən götürülməlidir.

156. Mübahisə predmeti olan obyektdə digər icarəyə götürənlər tərəfindən təmir işlərinin aparılmasına dair Müəssisənin dəlilinə gəldikdə, həmin dəlillər iş ma terialları ilə öz təsdiqini tapmır. Halbuki apellyasiya instansiyası məhkəməsi məlum nəticəyə gələrkən, yuxarıda qeyd olunduğu kimi, həm 2012-ci il 21 yanvar tarixli 133 nömrəli xidmət göstərilməsinə dair müqaviləni, həmin müqaviləyə 2012-ci il 5 sentyabr tarixli əlavəyə uyğun olaraq 2012-ci il 26 yanvar, 2012-ci il 8 aprel, 2012-ci il 3 oktyabr tarixli kassa mədaxil orderlərinin qəbzlərini, həm də Məhkəmə Ekspertizası Mərkəzinin 2017-ci il 28 noyabr tarixli ekspert rəyini nəzərə almış, sonda isə ekspert rəyinə uyğun olaraq C və B müvafiq iddia tələbini qismən təmin etmişdir.

157. Bununla əlaqədar apellyasiya instansiyası məhkəməsinin B tərəfindən mübahisə predmeti olan obyektdə həyata keçirilmiş təmir işlərini “əsaslı təmir” kimi qiymətləndirməsi məhkəmənin yekunda gəldiyi nəticəyə təsir etməmişdir. Belə ki, müvafiq iddia tələbi qismən təmin edilərkən yuxarıda qeyd olunduğu kimi, B tərəfindən həyata keçirilmiş təmir işlərinin mahiyyəti (xarakteri) deyil, məhz ekspert rəyi ilə müəyyən olunan təmir işlərinə çəkilmiş xərcin həcmi əsas götürülmüşdür.

158. B təmirə çəkdiyi xərclə bağlı istinad etdiyi yuxarıda qeyd olunmuş xidmət müqaviləsinin və kassa mədaxil orderlərinin qəbzlərinin saxta olmasına dair Müəssisənin dəlilinə gəldikdə isə, həmin məlumatlar bilavasitə işin faktiki hallarına aiddir. Həmin dəlillərin əvvəlki icraatlar zamanı Müəssisə və ya K tərəfindən işə baxan məhkəmələrə bildirilməsi, bununla bağlı mötəbər sübutlar təqdim olunması iş materiallarından görünmür. Belə olan halda, MPM-in 407.2-ci maddəsinə (bax yuxarıda § 133) uyğun olaraq, hazırkı kassasiya şikayəti ndə həmin dəlillərə istinad olunması yolverilməzdir.

159. O da qeyd edilməlidir ki, icarəçinin icarəyə götürülmüş əmlak üzərində edilən yaxşılaşdırılmalar üçün çəkilən xərclərin ödənilməsini tələb edə bilməsi üçün hüquqi əsasların mövcudluğunun hazırkı işdə təsdiq olunması apellyasiya instansiyasi məhkəməsinin qətnaməsində bildirilmişdir. Belə ki, 2012-ci il 8 iyun tarixli icarə müqaviləsinin 2-ci bəndində göstərilmişdir ki, icarəçi icarəyə verəndən əvvəlcədən icazə almadan orada əlavə tikinti aparmamağı öz öhdəsinə götürür. Məhkəmə iclasında Müəssisənin nümayəndəsi etiraf etdi ki, mübahisəli qeyri-yaşayış sahəsində təmir işlərinin aparılmasına icazə verilmişdir.

160. Müəssisə özünün kassasiya şikayətində apellyasiya instansiyasi məhkəməsinin qətnaməsində təmirə Müəssisə tərəfindən icazə v erilməsi barədə qeyd olunanları tutarlı dəlillərlə təkzib edə bilməmişdir.

161. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, hər iki kassatorun dəlilləri üzrə Məhkəmə Ekspertizası Mərkəzinin 2017-ci il 28 noyabr tarixli ekspert rəyinin və həmin rəyə əsaslanan apellyasiya instansiyasi məhkəməsinin nəticəsinin şübhə altına alınması üçün heç bir tutarlı əsas yoxdur. Apellyasiya instansiyasi məhkəməsi həmin ekspert rəyinə istinad edərkən, habelə mübahisə predmeti olan obyektə B tərəfindən çəkilmiş təmir xərclərinin həcmini müəyyən edərkən MPM-in 88 və 103-cü maddələrinin (bax yuxarıda § 133) tələblərini pozmamış, toplanmış iş materiallarına uyğun olaraq əsaslı, qanuni və ədalətli nəticəyə gəlmişdir. C hesabından Müəssisəsinin xeyrinə icarə haqlarının tutulmasını qət etməklə apel lyasiya instansiyasi məhkəməsi tərəfindən qanunun tələblərinin pozulmasına dair V.Əlievin və B dəlilləri (bax yuxarıda § 118) üzrə:

162. Yuxarıda qeyd olunduğu kimi, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, 2012-ci il 8 iyun tarixli müqavilə üzrə tərəflər arasında icarə münasibətlərinin yaranması mübahisəsizdir. Belə ki, iş materiallarında olan dörd icarə müqaviləsindən həqiqiliyi müəyyən edilən və hazırkı mübahisə üzrə yeganə araşdırılmalı müqavilə yalnız 2012-ci il 8 iyun tarixli icarə müqaviləsidir.

163. Belə olan halda məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi ilə razılaşaraq hesab edir ki, Müəssisə həmin müqavilə üzrə icarə haqlarının ödənilməsinə dair C və B qarşı tələb irəli sürməkdə haqlı olmuşdur.

164. Bütün icarə haql arının Müəssisəyə ödənilməsinə dair dəlilə gəldikdə isə, apellyasiya instansiyası məhkəməsi öz qətnaməsində qeyd etmişdir ki, C və B həmin icarə müqaviləsi üzrə Müəssisəyə heç bir borclarının olmadıqlarını bildirsələr də, bunu təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmiş və MPM-in 77.1-ci maddəsi (bax yuxarıda § 133) ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişlər.

165. C və B hazırkı kassasiya şikayətində də özlərinin bununla bağlı mövqelərini tutarlı dəlillərlə əsaslandıra bilməmiş, yalnız ümumi xarakterli ifadələrlə kifayətlənmişlər.

166. Odur ki, məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya instansiyası məhkəməsi 2012-ci il 8 iyun tarixli icarə müqaviləsi üzrə C və B tərəfindən Müəssisəyə ödənilməli olan pul vəsaitinin həcmini müəyyən edərkən hər hansı hüquq pozuntusuna yol verməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 27 sentyabr tarixli 2-2(103)-13/2019 saylı qətnaməsindən Müəssisə və K tərəfindən apellyasiya şikayəti verilmədiyi üçün qeyd edilən qətnamənin “ziyanın ödənilməsi” hissəsinin mübahisəsiz olmasına dair V.Əlievin və B dəlilləri (bax yuxarıda § 119) üzrə:

167. Müəssisəsinin MMC-yə, B və C qarşı qaldırdığı iddia tələblərindən biri qeyri-yaşayış sahəsini qanunsuz olaraq zəbt etmələri ilə əlaqədar vurulmuş zərərin (əldən çıxmış fayda və işgüzar nüfuzun) əvəzi kimi hər bir cavabdehdən 5.000 manat olmaqla, cəmi 15.000 manat pulun müştərək qaydada tutularaq Müəssisəyə verilməsi olmuşdur.

168. İş materiallarından görünür ki, Müəssisənin həmin tələbləri, o cümlədən sözügedən tələbi 2 saylı Ba kı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 27 aprel tarixli 2-2(82)-61/2018 saylı qətnaməsi ilə təmin edilməmişdir.

169. Müəssisə həmin qətnamədən apellyasiya şikayəti verərək (İV cild, i/v 261), bütün tələblərinin, o cümlədən MMC-dən, B və C qeyri-yaşayış sahəsini qanunsuz olaraq zəbt etmələri ilə əlaqədar vurulmuş zərərin (əldən çıxmış fayda və işgüzar nüfuzun) əvəzi kimi hər bir cavabdehdən 5.000 manat olmaqla, cəmi 15.000 manat pulun müştərək qaydada tutularaq Müəssisəyə verilməsi barədə qətnamə çıxarılmasını apellyasiya instansiyası məhkəməsindən xahiş etmişdir.

170. Kassatorun özünün də istinad etdiyi MPM-in 372.6-cı maddəsinə (bax yuxarıda § 133) uyğun olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun barəsində açıq və ya dol ayısı ilə mübahisə edilən hissəsi üzrə yoxlayır.

171. Hazırkı halda da apellyasiya instansiyası məhkəməsi MPM-in 372.6-cı maddəsinə uyğun olaraq, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 27 aprel tarixli 2-2(82)61/2018 saylı qətnaməsinin əsaslığını Müəssisənin apellyasiya şikayətində mübahisələndirildiyi hissələrdə, o cümlədən qanunsuz zəbt etmə ilə əlaqədar vurulmuş zərərin əvəzinin alınması hissəsində yoxlayaraq müvafiq iddia tələbinə hüquqi qiymət vermişdir.

172. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, sözügedən məsələ ilə bağlı apellyasiya instansiyası məhkəməsi hər hansı pozuntuya yol verməmişdir. Yaxşılaşdırmaya, əldən çıxmış faydaya və mənəvi zərərə görə apellyasiya instansiyasi məhkəməsi tərəfindən yanlış nəticəyə gəlməsinə dair V.Əlievin və B dəlilləri (bax yu xarıda §§ 120-122) üzrə:

173. B tərəfindən mübahisə predmeti olan obyektdə aparılmış yaxşılaşdırmanın əvəzi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə üzrə məhkəmə kollegiyasının mövqeyi yuxarıda (bax yuxarıda §§ 150-161) ətraflı şəkildə əks etdirilmişdir.

174. Əldən çıxmış faydaya münasibətdə qeyd etmək lazımdır ki, əvvəla, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən göründüyü kimi, C və B iddia tələbində əldə çıxmış faydaya görə cəmi 18.000 manat tələb olunduğu halda, hazırkı kassasiya şikayətində həmin məbləğ 43.500 manat göstərilmişdir. İkincisi isə, C və B əldən çıxmış faydanı müəyyənləşdirilərkən MM-in 443.4-cü maddəsinin (bax yuxarıda §132) tələblərinə əməl edərək həmin faydanı əldə etmək üçün gördükləri tədbirlərin və bu məqsədlə apardıqları hazırlıq işl ərinin konkret olaraq nədən ibarət olduğunu göstərməmiş, həmin tələbi düzgün əsaslandıra bilməmişlər.

175. Digər tərəfdən, əldə çıxmış faydaya dair əsaslandırma aparmaq məqsədilə kassatorun istinad etdiyi 2012-ci il 10 yanvar və 2012-ci il 1 sentyabr tarixli icarə müqavilələrinin hazırkı mübahisənin həlli baxımından əhəmiyyətsiz olmaları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə üzrə məhkəmə kollegiyasının mövqeyi yuxarıda (bax yuxarıda §§ 143-145) əks etdirilmişdir.

176. Mənəvi zərərlə bağlı isə məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, əvvəla, C və B əmlak hüquqlarının Müəssisə tərəfindən pozulması nəticəsində onların konkret olaraq hansı mənəvi sarsıntı və iztirab keçirdikləri, bu sarsıntıların onların şüurunda hansı mənfi psixi reaksiyaya səbəb olması iş m aterialları ilə öz təsdiqini tapmır. İkincisi isə, apellyasiya instansiyası məhkəməsi KMP və AMP-nin konkret hüquqi mövqelərinə (bax yuxarıda §§ 136-137) istinad edərək mənəvi zərərlə bağlı hazırkı tələbin əsassızlığını ətraflı şəkildə əsaslandırmışdır.

177. Kassator qeyd olunan məsələlərlə bağlı apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələrin qanunsuz və əsassız olduğunu tutarlı dəlillərlə əsaslandıra bilməmişdir.

178. Bundan başqa, 2017-ci ilin oktyabr ayında obyektdə B tərəfindən quraşdırılmış avadanlıqların çox hissəsinin ona məlumat verilmədən Müəssisənin rəhbərinin və nümayəndəsinin göstərişi ilə qeyri-peşəkar insanlar tərəfindən sökülüb yararsız hala salınması və müəyyən müddətdən sonra naməlum istiqamətdə aparılmasına dair dəlillər də əsaslı deyildir. Belə ki, eyni dəlill ər məhkəmə icraatının digər mərhələlərində də səsləndirilmiş, lakin həmin halların həqiqiliyi işə baxan məhkəmələr tərəfindən müəyyən edilməmişdir. Ümumiyyətlə, kassator bununla bağlı apellyasiya instansiyası məhkəməsi tərəfindən konkret olaraq hansı pozuntulara yol verildiyini tutarlı şəkildə əsaslandıra bilməmişdir. Qeyd edək ki, C və B hazırda baxılan iddia ərizəsində Müəssisə tərəfindən onlara real maddi zərər vurulmasına dair tələb ümumiyyətlə yoxdur.

179. Bununla əlaqədar kassatorun dəlilləri üzrə apellyasiya instansiyası məhkəməsinin C və B tərəfindən tələb olunan yaxşılaşdırma, əldən çıxmış fayda və mənəvi zərərlə bağlı nəticəyə gələrkən hər hansı hüquq pozuntusuna yol verildiyi məhkəmə kollegiyası tərəfindən müəyyən olunmamışdır. Mübahisə predmeti olan obyektdən C və B tərəfində n götürülməli avadanlıqların növü və sayı barədə apellyasiya instansiyası məhkəməsinin səhv nəticəyə gəlməsinə dair V.Əlievin və B dəlili (bax yuxarıda § 123) üzrə:

180. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən görünür ki, Müəssisənin hazırda baxılan iddia tələblərindən birini məhz “Toshiba” markalı 10 ədəd kondisioner (3 ədəd kondisioner pultu), 61 ədəd asma işıqlar, 26 ədəd videokamera, 6 ədəd böyük divan, 15 ədəd kiçik kreslo, 3 ədəd dairəvi masa və 9 ədəd dördkünc masanın mübahisəli obyektdən çıxarılması təşkil edir.

181. Ekspert rəyində, habelə C və B kassasiya şikayətində göstərilmiş son qətnamə ilə əhatə olunmayan digər avadanlıqlara gəldikdə isə, onlar barədə tərəflərin iddia tələbləri olmadığından həmin avadanlıqların C və B tərəfindən obyektdən çıxarılması hazırda ümum iyyətlə mübahisə predmeti deyildir.

182. Belə olan halda apellyasiya instansiyası məhkəməsi MPM-in 218.3-cü maddəsinin (bax yuxarıda §133) tələbinə uyğun olaraq Müəssisənin yalnız “Toshiba” markalı 10 ədəd kondisioner (3 ədəd kondisioner pultu), 61 ədəd asma işıqlar, 26 ədəd videokamera, 6 ədəd böyük divan, 15 ədəd kiçik kreslo, 3 ədəd dairəvi masa və 9 ədəd dördkünc masa tələbi üzrə qətnamə çıxarmış, bununla bağlı hər hansı pozuntuya yol verməmişdir. Ekspertiza xərcinin bütövlükdə Müəssisədən və K tutulmalı olmasına dair V.Əlievin və B dəlili (bax yuxarıda § 124) üzrə:

183. Kassatorun da istinad etdiyi MPM-in 119-cu maddəsindən (bax yuxarıda § 133) aydın olur ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq tərəflərə aid edilir.

184. Göründüyü kimi, ekspertiza xərcləri k assatorun hesab etdiyi kimi, ekspert rəyinin iddiaya uyğun gəlib-gəlməməsindən deyil, iddia tələblərinin təmin edilib-edilməməsindən asılı olaraq tərəflərə aid edilir.

185. Kassatorun bildirdiyi 2017-ci il 28 noyabr tarixli ekspertiza rəyinin alındığı iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi hazırda mübahisələndirilən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə ləğv olunduğundan və iddia qismən təmin edildiyindən ekspertiza xərcləri prosessual qanunun tələblərinə uyğun olaraq tərəflər arasında bərabər şəkildə bölüşdürülmüşdür.

186. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi bu məsələ ilə bağlı da kassatorun qeyd etdiyi prosessual pozuntuya yol verməmişdir. Qətnamə qəbul edilməsi ilə əlaqədar apellyasiya instansiyası məhkəmə sinin 1 aydan çox müşavirədə qalması və qətnamə qəbul olunarkən ciddi prosessual pozuntulara yol verilməsinə dair Müəssisənin dəlili (bax yuxarıda § 111) üzrə:

187. Məhkəmə kollegiyası iş materiallarında olan son apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə iclaslarının protokollarına və video görüntülərinə istinadən hesab edir ki, məhkəmə kassatorun qeyd etdiyi hallarla bağlı qətnamənin ləğvinə əsas ola biləcək hər hansı prosessual pozuntuya yol verməmişdir.

188. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: A kassasiya şikayəti təmin edilməsin. C və B kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 2 mart tarixli 2-2(103)18/2021 saylı qətnaməsi həmin kassasiya şikayətlərinə münasibətdə dəy işdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar