Məhkəmə qərarları › İş №2-2(102)-592/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-592/2023

16.11.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-592/2023 16.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: borcun silinməsi tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Dadaşov İlqar Ağababaş oğlunun məruzəsi ilə, hakimlər Hüseynov Abiddin Qabil oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbi barədə kommersiya mübahisələrinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 31 may tarixli 2-2(104)-158/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 2020-ci il 3 noyabr tarixli AMX-4381/20 nömrəli qazın alqı-satqısı müqaviləsindən görünür ki, Cavabdeh bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. 2. 2022-ci il 30 sentyabr tarixli SS 29/1640-02077-7 nömrəli qeyri-əhali qaz sayğacının yoxlanması haqqında aktdan görünür ki, ilkin baxış zamanı sayğacın daxili çirkli və yağlı olduğu müəyyən edilmiş, impuls ötürücü normaldır. Sayğaca hava vuruldu, hesablayıcı mexanizm işləyir. Göstəricilər arasında fərq var. Sayğac yuyuldu, təmizləndi, hava vuruldu, mexaniki hissə işləkdir. 2022-ci il 9 aprel – 24 avqust ta rixləri əhatə edən saatlıq arxivə əsasən maksimal mütləq təzyiq P=2.22 bar, korreksiya olunmuş maksimal qaz həcmi 170 m3, korreksiya olunmamış qaz həcmi 116 m3 qeydə alınmışdır. Arxivə əsasən son sərfiyyat 2022-ci il 31 may tarixində qeydə alınmışdır. Sonrakı tarixlərdə xətdə təzyiq 0.99-2.16 bar civarında dəyişmişdir. Batereyanın istismar müddətinin sonuna 23 ay qalıb. Təzyiq borusu yoxlanıldı, sızma yoxdur. Temperatur və təzyiq çeviriciləri normaldır. Elektron göstərici Vt mexaniki göstəricidən 2290 m3 çoxdur. İmpuls ötürücü yoxlanıldı, yoxlama zaman verilən impulslar qeydə alındı. İmpuls ötürücüsü işləyir. P baza=1.01325 bar, T =20 C müəyyən edilmişdir. Yoxlamanın nəticəsi olaraq minimal sərfiyyatda sayğac hesabat aparmır. Batareya tələb olunur.

3. Cavabdeh İB-nin Şəmkir RQİİ-nin Şəmki r XS üzrə rəis müavini Qismət Əskərov tərəfindən təsdiqlənmiş 2022-ci il 30 sentyabr tarixli ******* nömrəli “Təbii qazın uçotunun pozulması haqqında” aktdan görünür ki, G-160 markalı 75095182 nömrəli qaz sayğacı dövlət yoxlamasından keçirilərkən sayğac göstəricilərinin xətasının Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına nəzarət Dövlət Xidmətinin təyin etdiyi normalara uyğun olmadığı aşkar olunmuş, 67295 m3 “Qazdan qanunsuz istifadə halları nəticəsində dəymiş zərərin, eləcədə uçota alınmayan qaz həcminin müəyyənləşdirilməsi, hesablanması və idarəolunması üzrə” Təlimata əsasən uçota alınmayan qaz həcminin yenidən hesablannması qərara alınmışdır.

4. Tərəflər arasında imzalanmış qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktında görünür ki, İddi açı hesabat ilinin 2022-ci il 1 yanvar tarixindən 2022-ci il 30 sentyabr tarixinədək qalıq borcu 14.802,56 manat məbləğində olduğu göstərilmişdir. 5. 2022-ci il 17 oktyabr tarixli debitor borcun ödənilməsi haqqında razılaşma protokolundan görünür ki, Cavabdeh İB-nin Şəmkir RQİİ-nin rəisi Qənbərov Elman və İddiaçı nümayəndəsi X1 14.802,56 manat məbləğində borcun ödənilməsi barədə razılığa gəlmişlər.

6. Abonentin saldosundan görünür ki, fiziki şəxs İddiaçı 2022-ci ilə qalıq və aktlar üzrə borcu 14.804,90 manat təşkil edir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı (bundan sonra - “iddiaçı”) 2022-ci il 12 dekabr tarixində Cavabdehnə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən tərtib edilmiş təbii qazın uçotunun pozulması haqqında ******* nömrəli akt əsasında onun hesabına yazılmış 14.804,90 manat borcun əsassız hesab olunması, həmin məbləğdən ödənilməmiş 4.336,90 manat məbləğinin onun abonent hesabından silinməsi və ******* nömrəli akt əsasında əsassız hesablanmış 14.804,90 manat borcdan ödənilmiş 10.468 manat məbləğində pulun cavabdehdən tutularaq onun abonent hesabına köçürlüməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının Şəmkir rayonu ərazisində istixanası var. Həmin istixanada kənd təsərrüfatı mallarının istehsal edib və həmin malların satışı ilə məşğul olur. İstixananın qızdırılması üçün təbii qazdan istifadə edir. 2022-ci ilin sentyabr ayında qaz sayğacında yoxlamalar aparılmışdır. Yoxlamalar aparıl dıqdan bir müddət sonra cavabdeh idarənin əməkdaşları iddiaçını Şəmkir RQİİ-nə çağıraraq bildirmişlər ki, guya sayğacda nasazlıq olduğu üçün sayğac göstəricisi sərf olunan qazı qeydə almamışdır. Buna görə də yaranmış fərqin onun tərəfindən ödənilməsini tələb etmişlər. İddiaçı isə qeyd olunanlarla razılaşmamış, bildirmişdir ki, o cavabdehin əməkdaşı tərəfindən sayğac üzrə sərf edilmiş və həmin sərfiyyat əsasında ona verilmiş bildiriş üzrə hər ay borcunu ödəmişdir və cavabdehə heç bir borcu yoxdur. Lakin cavabdeh idarə tərəfindən iddiaçının hesabına 14.804,90 manat məbləğində borc yazılmışdır. Həmin borcu qısa müddət ərzində ödəmədiyi halda təbii qazın verilməyəcəyini bildirmişlər. İddiaçı nə qədər cavabdeh idarənin əməkdaşları ilə razılığa gəlməyə çalışsa da lakin cavabdeh idarə ona qanunus uz yazılmış pulu ödəməyini tələb etmişdir. İddiaçı 2022-ci il oktyabr ayında istixanaya məhsul əkmişdir. Həmin vaxt məhsulun yetişidirlməsi üçün istilik tələb olunurdu. Qazın açılması üçün cavabdeh idarəyə müraciət etdikdə ona əsassız yazılmış 14.804,90 manat borcunu ödədikdən sonra təbii qazın istifadəsinə razılıq verəcəklərini bildirmişlər. Cavabdeh idarənin əməkdaşlarından məhkəməyə müraciət edilməsi üçün vaxt istənilsə də lakin cavabdehin əməkdaşları tərəfindən heç bir vaxt verilməmişdir. Buna görə də o, məcbur qalıb cavabdeh idarə ilə arasında qazın açılması üçün razılşama protokolu imzalamışdır. Əks halda məhsulu soyuqdan xarab olub ona küllü miqdara ziyan dəyəcəkdi. Həmin razılaşmaya əsasən o, qısa müddətdə 14.804,90 manat borcu ödəməli idi. 2022-ci ilin oktyabr ayında həmin məbləğd ən ilkin olaraq 2.000 manatını ödəmişdir. Sonra borcun silinməsi üçün cavabdehə müraciət etmişdir və sonra mediasiya müraciət etmişdir. Lakin cavabdeh idarə mediasiya prosesində iştirak etmədi. Cavabdeh idarə bundan sonra oktyabr və noyabr ayında ona üç dəfə olmaqla ümumilikdə 10.468 manat borcu məcburi olaraq ödətdirdi. Hazırda cavabdeh idarənin əsassız yazıdğı borcdan 4.336,90 manat qalmaqdadır. Ancaq cavabdeh idarə həmin borcu da tələb etməkdədir. Onun istifadə etdiyi təbii qazın sayğacı onun sahibkarlıq fəaliyyət göstərdiyi ərazidə deyil cavabdeh idarənin mühafizəsində olan qaz paylayıcı stansiyasında yerləşir və həmin stansiya cavabdeh idarənin əməkdaşları tərəfindən təyin edilmiş mühafizəçi tərəfindən gecə-gündüz nəzarət olunur. Onun qaz sayğacına heç bir müdaxiləsi olmamışdır. Aktda qeyd olunanlarla bağlı onun heç bir aidiyyəti yoxdur. Aktda qeyd olunan nöqsanlar mövcud olsaydı bu barədə ay ərzində iki dəfə sərf olun təbii qaza görə bildiriş verən nəzarətçinin və sayğaca nəzarət edən digər şəxslərin məlumatı olardı. İddiaçı hesab edir ki, onun heç bir qanunazid hərəkəti olmamışdır. Cavabdeh idarənin güman və yaxud ehtimal edilən hadisə və hərəkətlər məsuliyyətin yaranması ilə nəticələnməməlidir. Sübut hüququnun prinsiplərinə görə iş üzrə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bir daha qeyd etmək lazımdır ki, təbii qaz verilməsi dayandırıldığı halda istixanaya küllü miqdarda ziyan dəyəcəyi üçün cavadehin əməkdaşları tərəfindən qanunsuz yazılmış borc ödənilmişdir. Mediasiya zamanı qanunun tələbinə uyğun olaraq 200 manat mediyasiya xərci ödənilmişdir. Hazırda cavabdeh idarədən tələb etdiyim məbləğ 10.468 manat və silinməsi tələb olunan məbləğ 4.336,90 manatdır.

9. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 məhkəməyə 2022-ci il 28 dekabr tarixində iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh tərəfindən tərtib edilmiş təbii qazın uçotunun pozulması haqqında ******* nömrəli akt əsasında hesablanmış 14.804,90 manat məbləğdən borcun onun hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim edərək, iddiaçı tərəfindən verilmiş iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, istehlakçı - İddiaçı hal-hazırda Şəmkir RQİİ-nə 15.567,60 manat borcu mövcuddu r. Həmin məbləğ də 2022-ci mövsüm ili ərzində yaranmış borc məbləğidir ki, bunun da isitmə mövsümünün yekununa hissə-hissə ödənilməsi üçün möhlət verilmişdir. İddiaçı borc məbləğinin 15.567,60 manat isə 2.702,70 manat hissəsi istixanada sayğac vasitəsilə istehlak olunmuş qaz sərfinin dəyərinə görə ödənilməmiş qalan məbləğ, 12.804,90 manat hissəsi isə 2022-ci il ərzində sayğac vasitəsilə uçotu dəqiq aparılmayan, eləcə də uçota alınmayan istehlak olunmuş təbii qazın müəyyənləşdirilmiş həcminə görə qalan məbləğdir. Belə ki, istixanaya quraşdırılmış qaz sayğacının normal işləmədiyi və istehlak olunmuş qaz sərfiyyatını tam qeydə almadığı, istismarda olduğu dövr ucun abonentin nümayəndəsinin iştirakı və imzası ilə 14.804,90 manat hesabatda qeydə alınmamış qaz sərfi müəyyən edilərək abonent hes abına daxil edilmişdir. Tərəflərindən edilmiş xəbərdarlıqların nəticəsi olaraq abonent tərəfindən hissəli ödəniş üçün müraciət edilmiş və 2022-ci il 17 oktyabr tarixində onunla idarə arasında Razılaşma Protokolu bağlanmışdır. X3 Əsasən hesabatda qeydə alınmamış qaz sərfi dəyəri olan 14.804,90 manat ilkin olaraq 2.000 manatın ödənildiyi qalan məbləğin isə 3 ay ərzində ödəniləcəyi barədə öhdəlik götürülmüşdür. Rəsmi qaydada tərtib və təsdiq edilmiş bu razılaşmaya görə hesabat ilinin yekununa abonent tərəfindən həmin məbləğ tam ödəniləcəyindən əlavə hüquqi tədbirlərin görülməsi məqsədəmüvafiq hesab edilməmişdir. Hal-hazırda isə tərəfin könüllü qaydada razılaşaraq bir qismini ödədiyi, eləcədə ödəməyə öhdəlik götürdüyü istehlak edilmiş uçota alınmayan qaz sərfinin dəyərinin abonent hesabından s ilinməsini istəməsi nə qanunçuluğa, nə də reallığa uyğun deyil.

11. Azərbaycan Respublikasının Energetika nazirliyi Enerji məsələlərini tənzimləmə Agentliyinin Tovuz filialı tərəfindən verilmiş 2023-cü il 28 fevral tarixli 3-15-2-10/2-64/2023 nömrəli mütəxəssis rəyində göstərilir ki, Şəmkir rayonu, Düyərli kəndində yerləşən, Cavabdeh Şəmkir X5 İdarəsində **********00020 abonent kodu ilə qeydiyyatda olan fiziki şəxs İddiaçı məxsus istixananın qaz xətti üzərində quraşdırılmış G-160 markalı 75095182 zavod nömrəli qaz sayğacı 2022-ci il 19 sentyabr tarixində Cavabdeh İB-nin Metrologiya Departamentinin Sayğacların müayinəsi laboratoriyasında növbəti dövlət yoxlamasından keçirilmiş və yoxlamanın nəticələrinə əsasən tərtib edilmiş 2022-ci il 30 sentyabr tarixli SS № 29/1640-02077-7 nömrəli “Qeyri -əhali qaz sayğacının yoxlanması” aktında sayğacda qüsur aşkar edilmədiyi, sayğacın çirkləndiyi göstərilmiş, buna baxmayaraq sayğacın işlək vəziyyətdə olduğu qeyd olunmuşdur. Göstərilən Aktda sayğacın çirklənmə səbəbi göstərilməmişdir. Həmçinin, bildirilmişdir ki, sayğacın çirklənməsi ondan keçən təbii qazın komponent tərkibində qətran və mexaniki qarışıqların kütlə qalığının dövlət standartı ilə normalaşdırılan tələblərə uyğun olmadığı hallarda baş verir. Qazpaylayıcı şəbəkə vasitəsi ilə istehlakçılara ötürülən təbii qazın keyfiyyət göstəricələri ölkəmizdə qüvvədə olan “QОSТ” 5542-2022 “Sənaye və məişət məqsədləri üçün yanan təbii qazlar" dövlət standartının tələblərinə cavab verməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı abzasına əsasən qaz p aylayıcısı ilə istehlakçı arasında qazın alqısatqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti- təzyiq və təchizatın etibarlılığı, qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalan”na 3 nömrəli əlavə “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” Müqaviləsinin 2.1.1-ci yarımbəndinə görə istehlakçını lazım olan təzyiqdən aşağı olmamaqla, keyfiyyət g östəriciləri - tərkibi, sıxlığı, rütubətliliyi, istilik yaratmaq qabiliyyəti və digər dövlət standartlarının tələblərinə uyğun olan qazla fasiləsiz və etibarlı şəkildə təmin etmək paylayıcının vəzifəsidir. Həmçinin, Aktda batareyanın istismar müddətinin sonuna 23 ay qalması qeyd olunmuşdur. Buna baxmayaraq, aktda sayağacın dövlət yoxlamasının nəticəsi olaraq yeni batareyanın tələb olunduğu göstərilmişdir, bu amilin sayğacın minimal sərfiyyatda hesabat aparmamasına aidiyyəti yoxdur. Sayğacın minimal sərfiyyatda hesabat aparmaması sayğacın içərisinin çirkli olması ilə əlaqədar ola bilər. Bu da o deməkdir ki, verilmiş qaz çirkli olumuşdur. Sayğacın içi təmiz olsaydı, mexanizma normal şəkildə işləyərdi. Tərəfə hesablanmış borc düzgün deyil, belə ki, borcun hesablanma qaydasını göstərməyiblər. Abonentə borc sayğacın göstəricilərinə əsasən hesablanmalıdır.

12. Gəncə Kommersiya Məhkəməsinin 2023-cü il 29 mart tarixli e-2-2(115)-136/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, iddiaçıya hesablamış 14.804,90 manat məbləğində dəymiş ziyanın əvəzi olaraq borc cavabdeh tərəfindən silinməsi qət edilmişdir (hakim – R.Məmmədov).

13. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, fiziki şəxs olan istehlakçı İddiaçı qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısının daşıdığı və sayğaca bilavasitə istehlakçı tərəfindən qanunsuz müdaxilə edilməsinin təsdiq edilmədiyi halda, qaz paylayıcısı tərəfindən istehlakçıya uçota alınmayan qaz həcminin hesablanması qanuni sayıla bilməz.

14. Məhkəmə qeyd edilən sənədlərdə istehlakçı tərəfindən hansı mülki hüquq pozu ntusunun (deliktin) törədilməsini göstərmədən onun tərəfindən qaz paylayıcısına ziyan vurulmasının hesablanmasını qanuni hesab etməmişdir. Bundan başqa, qanunvericiliyin tələblərinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə yəni, mexaniki və elektron göstəricilərinə əsasən tam hesablamalı olduğu halda, iddiaçıya aid sayğacın minimal sərfiyyatda sayğacının hesabat aparmaması və batareya tələb olunması əsası ilə hesablama öz mülahizələrinə əsasən aparılmışdır ki, bununla da iddiaçının hesabına qanunsuz olaraq borc daxil edilmişdir.

15. Cavabdeh tərəfindən 14.804,90 manat məbləğində borcun iddiaçının hesabına daxil edilməsinin qanuna uyğun olmaması iş üzrə mütəxəssis tərəfindən verilmiş rəylə (bax §11) bir daha təsdiq olunur.

16. Məhkəmə bu qənaətini MPM-in 14.2, 77.1, 217.4-cü maddələrinə; QİQ-ın 4.8, 5.2, 5.5-ci bəndlərinə istinad etməklə əsaslandırmışdır.

17. Cavabdeh 2023-cü il 29 aprel tarixində həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 31 may tarixli 2-2(104)-158/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – Ş.Rzaquliyev, hakimlər – L.Süleymanov və A.Hüseynzadə).

19. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh iddiaçının 14.804,90 manat məbləğində pul ödəməli olduğunu tərtib etdiyi aktda göstərib həmin məbləği iddiaçının debitor borcu hesab etmiş olsa da, lakin ziyanın iddiaçının təqsirli hərəkəti nəticəsində baş verdiyini təsdiq edən sübut təqdim etməmişdir. İşdəki sənədlərdən görünür ki, iddiaçıya məxsus sayğac növbədənkənar yoxlanmış, yoxlama zamanı sayğaca müdaxilə halı müəyyən olunmamış, sayğacdakı batareyanın istismar müddətinin bitməsinə iyirmi üç ay qalmışdır, yəni batareya əslində işlək vəziyyətdə olmuşdur.

20. İddiaçı təbii qazdan cavabdehlə bağlanmış müqavilə əsasında istifadə etməklə cavabdehin nümayəndəsi tərəfindən təqdim olunmuş hesab əsasında ödənişləri vaxtıvaxtında etmişdir, yəni təbii qazdan qanunsuz istifadə halı olmamışdır.

21. Həmçinin, qaz sayğacının standarta uyğun saxlanılmaması dəlilinə gəldikdə kollegiya qeyd etmişdir ki, həmin xüsus at təsdiqini tapmır. Çünki iddiaçıya məxsus sayğac dövlət yoxlamasından keçirilmiş, həmin sayğacın dövlət standartlarına uyğun olmasına dair müvafiq rəy verildikdən sonra sayğac yenə də cavabdehin əməkdaşları tərəfindən xəttə qoşulmuş, iddiaçı, ya da qeyri şəxs tərəfindən sayğaca müdaxilə halı aşkar olunmamışdır. Sayğacın içərisinin çirkli olması isə cavabdeh tərəfindən verilən təbii qazın keyfiyyəti ilə əlaqədardır ki, bu halda iddiaçının təqsiri istisna olunur, əksinə iddiaçı növbədənkənar xidmətə görə maddi itkiyə məruz qalır.

22. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 1096.1, 1096.2-ci, MPMin 14.2, 77.1-ci maddələrinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə; QİQ-ın 4.8, 5.2, 5.5-ci bəndlərinə istinad edərək əsaslandırmışdır.

23. Ca vabdeh 2023-cü il 9 avqust tarixində kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və işin yenidən apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

24. MPM-in 9.1-ci maddəsinin tələbləri pozulmuşdur – Apellyasiya məhkəməsinin qətnaməsində qeyd olunmuşdur ki, “məhkəmə hesab edir ki, fiziki şəxs olan istehlakçı İddiaçı qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısının daşıdığı və sayğaca bilavasitə istehlakçı tərəfindən qanunsuz müdaxilə edilməsinin təsdiq edilmədiyi halda, qaz paylayıcısı tərəfindən istehlakçıya uçota alınmayan qaz həcminin hesablanması qanuni sayıla bilməz.” Halbuki iş materiallarından da müəyyən olunur ki, iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir və o, vergi ödəyicisi kimi qeydiyyatdadır. İddiaçı istixanada kənd təsərrüfatı məhsullarının istehsalını və satışını həyata keçirir. İstixana iddiaçının öz vəsaiti hesabına qazlaşdırılmış və qaz sayğacı quraşdırılmışdır. İddiaçı istixanada quraşdırılmış qaz sayğacının istismara yararlı vəziyyətdə saxlanmasına görə məsuliyyət daşıyır. “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə sax lanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

25. Məhkəmələrin istinad etdiyi rəyə (bax §11) münasibətdə kassator bildirir ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 2-1-ci maddəsinə əsasən istehlakçıya sаtılаn qаzın kеyfiyyət göstəriciləri (tərkibi, sıxlığı, rütubətliliyi, istilik yaratmaq qabiliyyəti və digər) dövlət stаndаrtlаrının tələblərinə uyğun оlmаlıdır. Dövlət stаndаrtlаrının tələblərinin pоzulmаsı qаnunlа müəyyən еdilmiş məsuliyyətə səbəb оlur. Qаzın kеyfiyyət göstəriciləri nəzаrət оrqаnı tərəfindən lаbоrаtоriyа şərаitində və yа хüsusi tехniki vаsitələrlə yохlаnılmаlı və nəticələri bаrədə istеhlаkçılаrа və qаz pаylаyıcısınа məlumаt verilməlidir. Yoxlam a nəticəsində qаzın kеyfiyyət göstəriciləri dövlət stаndаrtlаrının tələblərinə cavab vermədikdə, qaz paylayıcısından qazın həmin standartlara uyğunlaşdırılması üçün tədbirlərin həyаtа kеçirilməsi tələb еdilməlidir. Qeyd edilən maddi hüquq normasında nəzarət orqanı funksiyasını Azərbaycan Respublikası Energetika Nazirliyi həyata keçirir. Azərbaycan Respublikası Energetika Nazirliyi tərəfindən təbii qazın keyfiyyətinin dövlət standartlarına uyğun olmaması ilə bağlı Cavabdeh İB-nə heç bir məlumat verilməmişdir. İddiaçı tərəfindən də təbii qazın keyfiyyətsiz olması ilə bağlı Cavabdeh İB-nə heç bir müraciət etməmişdir. Məhkəmə qeyd olunanları nəzərə almamışdır.

26. X6 Məhkəməsi, istərsə də Gəncə Apellyasiya Məhkəməsi tərəflər arasında imzalanmış debitor borcun ödənilməsi haqqında 2022-ci il 17 oktyabr tarixli razılaşma protokolunu nəzərə almamışdır. Halbuki qeyd olunan razılaşma protokolu mücərrəd müqavilə xarakteri daşıyır və tərəflərin sərbəst iradəsini özündə əks etdirir.

27. MPM-in 88-ci maddəsinin tələbləri pozulmuşdur – Məhkəmələr iş üzrə olan sübutları araşdırmadan, iddiaçıya məxsus qaz sayğacının işləməməsini, iddiaçıya məxsus sayğacın qaz sərfini qeydə almamasını nəzərə almadan 14.804,90 manat borcun silinməsi barədə qətnamə qəbul etmişlər. Bu cür hallarda istehlaçıların təbii qazdan səmərəli istifadəyə laqeyid yanaşmasına zəmin yaradır və nəticədə Cavabdeh İB-nin zərər çəkməsinə səbəb olur. Birinci instansiya məhkəməsi həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv həllinə lazımi şərait yaratmayaraq sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra əlaqəli şəkildə araşdırmamış, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş, təqdim edilmiş iş üçün mühüm əhəmiyyətə malik olan məlumatları özündə əks etdirən işin faktiki halları araşdırmamışdır.

28. MPM-in 386-cı maddəsinin tələbləri pozulmuşdur – maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qətnaməni səhv təfsir etsin. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri

30. Cavabdeh tərəfindən apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün, h azırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

31. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

32. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 109 6.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.” 33. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən: “...qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricisinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir....” 34. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

3. Yoxla maların qanuniliyi 3.1. Yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. 3.2. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.” “Maddə

13. Yoxlamaların vahid məlumat reyestri 13.1. Sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məl umatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. 13.2. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 13.3. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar....” “Maddə

17. Yoxlamanın aparılması haqqında qərarın qəbul edilməsi 17.1. Yoxlama yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən imzalanan qərar əsasında aparılır....” “Maddə

20. Yoxlamanın aparılması 20.1. Yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın s urətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir....”

35. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnaməsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “İ. Ümumi müddəalar... 1.4. Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. 1.5. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur...” “V. Reyestrdən məlumatların verilməsi qaydası … 5.2. Yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin ar tırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır...”

36. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na əsasən: “... 4.2. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.... 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəx slərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.... 5.2. Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz.... 5.5. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir....”

37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

38. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini (bax §§ 24-28) iş materialları ilə birgə araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 31 may tarixli 2-2(104)-158/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

39. Kassasiya şikayətində göstərilən eyniməzmunlu dəlillər apellyasiya icraatında da bildirilmiş, apellyasiya instansiyası məhkəməsi həmin dəlilləri cavablandırmış, iş üzrə gəldiyi nəticəni lazımi qaydada əsaslandırmışdır.

40. Apelyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçıya məxsus istixananın qaz xətti üzərində quraşdırılmış qaz sayğacı 2022-ci il 19 sentyabr tarixində cavabdehin Metrologiya Departamentinin Sayğacların müayinəsi laboratoriyasında növbəti dövlət yoxlamasından keçirilmiş və yoxlamanın nəticələrinə əsasən tərtib edilmiş 2022-ci il 30 sentyabr tarixli aktda sayğacda qüsur aşkar edilmədiyi, sayğacın daxilinin ç irkləndiyi, bununla belə sayğacın işlək vəziyyətdə olduğu qeyd olunmuş, aktda sayğacın çirklənmə səbəbləri göstərilməmişdir.

41. Qeyd edilməlidir ki, cavabdeh, iddiaçının 14.804,90 manat məbləğində iddiaçının debitor borcu olduğunu qeyd etsə də, həmin ziyanın məhz iddiaçının təqsirli hərəkəti nəticəsində baş verdiyini təsdiq edən hər hansı sübut təqdim etməmişdir. İşdəki sənədlərdən isə görünür ki, iddiaçıya məxsus sayğacın növbədənkənar yoxlaması zamanı sayğaca müdaxilə halı müəyyən olunmamış, sayğacdakı batareyanın istismar müddətinin bitməsinə isə iyirmi üç ay qalmaqla batareya da işlək vəziyyətdə olmuş, iş materiallarına əsasən, iddiaçı təbii qazdan cavabdehlə bağlanmış müqavilə əsasında istifadə etməklə, cavabdeh tərəfindən təqdim olunmuş hesab əsasında da ödənişləri vaxtı-vaxtında etmişdir.

42. Apelyasiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iş üzrə qaz sayğacının standarta uyğun saxlanılmaması halı öz təsdiqini tapmır, belə ki, iddiaçıya məxsus sayğac dövlət yoxlamasından keçirilmiş, həmin sayğacın dövlət standartlarına uyğun olmasına dair müvafiq rəy verildikdən sonra sayğac yenə də cavabdehin əməkdaşları tərəfindən xəttə qoşulmuş, iddiaçı, ya da qeyri şəxs tərəfindən sayğaca müdaxilə halı aşkar olunmamış, sayğacın içərisinin çirkli olması isə cavabdeh tərəfindən verilən təbii qazın keyfiyyəti ilə əlaqədardır ki, bu halda iddiaçının təqsiri istisna olunur.

43. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçıdan ödənilməsi tələb edilmiş borcun hesablanmasına əsas olan akt və həmin aktın tərtib edilməsinə əsas olmuş yoxlama qanunvericiliklə müəyyən edilmiş mü ddətdə və qaydada sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə cavabdeh tərəfindən müvafiq sübutlar təqdim edilmədiyindən, həmin yoxlamanın hüquqi nəticəsi yoxdur.

44. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin müddəaları ilə yalnız elektrik, su və qaz sayğaclarının göstəricilərinin oxunması ilə bağlı sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gedilməsi istisna hal kimi nəzərdə tutulmuşdur. Digər bütün hallarda yoxlayıcı orqanların sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektl ərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmalı olması müəyyənləşdirilmişdir.

45. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 31 may tarixli 2-2(104)158/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

46. Göstərilənlərə əsasən və MPM-in 417 -419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 31 may tarixli 2-2(104)-158/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar