Məhkəmə qərarları › İş №2-2(102)-592/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-592/2024

20.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kre
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-592/2024 20.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və cavabdeh 2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Əhmədova Mehparə Tofiq qızı və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, iddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və cavabdeh 2 qarşı “kredit borcunun tutulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 11 iyul tar ixli 2-2(103)-649/2024 nömrəli qətnaməsindən cavabdeh 2 tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. "xxxx" MMC ilə Cavabdeh1 MMC arasında bağlanmış 2022-ci il 18 fevral tarixli 01SME000122 nömrəli əsas kredit müqaviləsinə əsasən, Cavabdeh1 MMC-yə BOKT tərəfindən 60 ay müddətinə, maksimal faiz dərəcəsi 28% olmaqla, əlavə müqavilələr bağlamaqla 170.000 manat məbləğinədək kreditlər verilə bilər. Əlavə müqavilələr müqaviləyə əlavə olunur və onun ayrılmaz tərkib hissəsidir.

2. Həmin müqaviləyə görə: - 2022-ci il 18 fevral tarixli 1 nömrəli Əlavəyə əsasən, "xxxx" MMC 85.000 manat məbləğində pul vəsaitini illik 24% dərəcəsi ilə kredit alan "xxxx" MMC-yə verir, kredit alan isə krediti 18 ay müddətində əlavənin şərtlərinə uyğun olaraq geri qaytarma ğı öhdəsinə götürür; - 2022-ci il 16 mart tarixli 2 nömrəli Əlavəyə əsasən, "xxxx" MMC 42.500 manat məbləğində pul vəsaitini illik 24% dərəcəsi ilə kredit alan "xxxx" MMC-yə verir, kredit alan isə krediti 18 ay müddətində, 3 ay güzəşt müddəti ilə əlavənin şərtlərinə uyğun olaraq geri qaytarmağı öhdəsinə götürür. 3. "xxxx" MMC (ipoteka saxlayan), cavabdeh 2 (ipoteka qoyan) və Cavabdeh1 MMC (borc alan) arasında bağlanmış 2022-ci il 18 fevral tarixli 01SME000122(İ) nömrəli ipoteka müqaviləsinə əsasən, 2022-ci il 18 fevral tarixli 01SME000122 nömrəli əsas kredit müqaviləsi üzrə Cavabdeh1 MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Məmmədov Oqtay Əbilfət oğlunun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 84 kv/m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi (bundan sonra – “ipoteka p redmeti”) "xxxx" MMC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.

4. İpoteka predmetinin "xxxx" MMC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi dövlət reyestrində qeydiyyata alınmışdır. 5. "xxxx" MMC tərəfindən cavabdeh 2 və Cavabdeh1 MMC-yə 2023-cü il 27 aprel tarixli ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildiriş göndərilmiş, "xxxx" MMC 2023-cü il 4 may tarixində ərizə ilə DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə müraciət edərək, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin qeydə alınmasını xahiş etmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

6. Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – “iddiaçı”) Cavabdeh1 və Cavabdeh2 qarşı 2023-cü il 16 iyun tarixində iddia ərizəsi ilə və daha sonra iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə m üraciət edərək verərək, cavabdeh MMC-dən iddiaçının xeyrinə 2022-ci il 18 fevral tarixli 01SME000122 nömrəli əsas kredit müqaviləsinin 2022-ci il 18 fevral tarixli 1 nömrəli əlavəsi üzrə 53.832,63 manat əsas borc, 5.490,92 manat faiz borcu, 5.077,53 manat cərimə borcu; 2022-ci il 16 mart tarixli 2 nömrəli əlavəsi üzrə 29.686,95 manat əsas borc, 3.028,07 manat faiz borcu, 2.602,99 manat cərimə borcu olmaqla, ümumilikdə 99.719,09 manat borcun, 400 manat məbləğində ödənilmiş ekspertiza xərcinin, 400 manat məbləğində dövlət rüsumunun tutulması, tutmanın Cavabdeh2 mülkiyyətində olan ipoteka predmetinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 170.000 manat olmaqla açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitin borc tələbinə yönəldilməsi barədə qətnamə qəbul ed ilməsini xahiş etmişdir.

7. İddia tələbi işin yuxarıda göstərilən hallarına istinadən onunla əsaslandırılmışdır ki, cavabdeh MMC hər iki əlavə üzrə son kredit ödənişini 2022-ci il 16 noyabr tarixində etmiş, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, həmin tarixdən indiyə kimi heç bir ödəniş etməmişdir. Bunun nəticəsində də cavabdeh MMC-nin iddiaçıya borcu (bax § 6) var.

8. Cavabdeh2 nümayəndəsi iddiaya etiraz edərək, etirazını onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış 2022-ci il 18 fevral tarixli əsas kredit müqaviləsinin 3.2.1-ci bəndinə əsasən kredit verən kredit alan tərəfindən kreditin məqsədli təyinatına uyğun istifadə edilməsini həyata keçirmək və bunu kredit alandan tələb etmək öhdəliyi daşıyır. Həmin öhdəlik kredit verən tərəfindən düzgün yerinə yetirilməmişdir. B elə ki, kredit verən kredit alan tərəfindən kreditin məqsədli təyinatına uyğun istifadə edilməsinə nəzarəti həyata keçirmək məqsədilə heç bir yoxlama (monitorinq) həyata keçirməmişdir. Kredit verənə bu yoxlamaları həyata keçirməsi üçün kredit alan tərəfindən heç bir maneçilik törədilməmişdir.

9. Digər cavabdeh MMC tərəfindən iddiaya qarşı yazılı etiraz daxil olmamışdır.

10. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 28 mart tarixli e-2-2(113)-134/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh MMC-dən 2022-ci il 18 fevral tarixli 01SME000122 nömrəli əsas kredit müqaviləsinə 2022-ci il 18 fevral tarixli 1 nömrəli əlavə üzrə 53.832,63 manat əsas borc, 5.490,92 manat faiz borcu, 2.500 manat cərimə borcu, 2022-ci il 16 mart tarixli 2 nömrəli əlavə üzrə 29.686,95 manat əsas borc, 3.028,07 manat faiz borcu, 1.500 manat cərimə borcu olmaqla, cəmi 96.038,57 manat məbləğində pulun və 400 manat mediasiya xərcinin, ekspertiza tədqiqatının dəyəri olan 400 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi, satışdan artıq məbləğ qalarsa, qalan məbləğin Cavabdeh2 qaytarılması, ipoteka predmetinin ilkin satış qiymətinin 210.000 manat məbləğində müəyyən edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim – Z.Axundova).

11. Birinci instansiya məhkəməsi qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin (borcalan) müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstəri lən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehin müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını, ekspert rəyini nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi əsas kredit borcunun və faiz borcunun tutulması hissəsində tam təmin edilməlidir. Məhkəmə qeyd etmişdir ki, iddiaçı borcla bağlı məhkəməyə maliyyə arayışları təqdim etmiş və arayışlarda hər iki Əlavə üzrə 2023-cü il 19 aprel tarixinə hesablanan borclar öz əksini tapmışdır. İddia ərizəsində də məhz həmin tarixə hesablanan əsas, faiz və cərimə borclarının cavabdehdən tutulması xahiş olunmuşdur. Ona görə də məhkəmə tərəfindən həmin tarixə hesablanan borcun məbləği ilə bağlı ekspert qarşısında sual qoyulmuş və müəyyən edilmişdir ki, həmin tarixə əsas və faiz borcları tələbdə göstərilən məbləğlə rdən bir az artıqdır. Verilən tələblər üzrə qətnamə çıxarıldığından, məhkəmə iddia tələbindəki əsas və faiz borcunun tutulması hissəsində iddianın tam təmin olunması qənaətinə gəlmişdir.

12. Cərimə borcunun tutulmasına dair iddia tələbi üzrə məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən, iddiaçı müqavilə şərtlərinə əsasən cavabdehdən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq belə qənaətə gəlmişdir ki, cavabdehdən tutulacaq cərimə məbləği azaldılaraq 2022-ci il 18 fevral tarixli 1 nömrəli əlavə üzrə 2.500 manat, 2022-ci il 16 mart tarixli 2 nömrəli əlavə üzrə isə 1.500 manat məbləğində müəyyən edi lməlidir.

13. Borc üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə münasibətdə məhkəmə qeyd etmişdir ki, qanunda nəzərdə tutulmuş əsaslar olduğundan və ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yarandığından, iddia tələbi tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində təmin edilməli, ipoteka predmetinin ilkin satış qiyməti 210.000 manat məbləğində müəyyən edilməlidir.

14. Məhkəmə həmçinin qeyd etmişdir ki, Cavabdeh2 nümayəndəsinin etirazında göstərdiyi hallar iddianın təmin olunmaması üçün əsas ola bilməz.

15. Birinci instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 269.1, 269.4, 269.5, 270.1, 385.1, 386.1, 442, 448.1, 462.1, 467, 739-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.6, 3.1, 10.4, 11.1, 11.2, 34, 39.3, 41.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

16. Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması və apellyasiya şikayətinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 11 iyul tarixli 2-2(103)-649/2024 nömrəli qətnaməsi ilə Cavabdeh2 apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – V.Baxışova, hakimlər – Z.Şirinov və R.Qurbanov).

18. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh2 apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, hər iki kredit müqaviləsində (əlavələrdə) kreditin biznes in inkişafı, dövriyyənin artımı üçün verildiyi qeyd olunur. Əsas kredit müqaviləsinin 3.3.1-ci bəndində kreditdən məqsədli təyinatına uyğun istifadə etmək kredit alanın vəzifəsi, 3.2.1-ci bəndində kredit alan tərəfindən kreditin məqsədli təyinatına uyğun istifadə etməsinə nəzarəti həyata keçirmək kredit verənin hüququ olaraq nəzərdə tutulmuşdur. İddiaçının bu hüquqdan istifadə edib-etməməsinin araşdırılması hazırkı mübahisənin həlli üçün əhəmiyyətli deyil. Digər tərəfdən əsas borclu tərəfindən kredit öhdəliyi icra edilmədikdə iddiaçının MM-in və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun normalarına əsasən ipoteka predmetinə tutma yönəldilməsini tələb etmək hüququ yarandığından, borclunun mülkiyyətində olan əmlakların hazırkı icraat çərçivəsində araşdırılmasına zərurət yoxdur.

19. Apellyasiya instansiyası məhkəməsi mövqeyini birinci instansiya məhkəməsi ilə eyni maddi hüquq normalarına istinad etməklə əsaslandırmışdır.

20. Cavabdeh2 kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və kassasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

21. Kassator MM-in 425.1-ci və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.2, 45.6-cı maddələrinin tələblərinin pozulduğuna istinad etmişdir.

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 9, 88, 106.1-ci maddələri üzrə - Tərəflər arasında bağlanmış 2022-ci il 18 fevral tarixli əsas kredit müqaviləsinin 3.2.1-ci bəndinə əsasən kredit verən kredit alan tərəfindən kreditin məqsədli təyinatına uyğu n istifadə edilməsini həyata keçirmək və bunu kredit alandan tələb etmək öhdəliyini düzgün yerinə yetirməmişdir. Kredit verən kredit alan tərəfindən kreditin məqsədli təyinatına uyğun istifadə edilməsinə nəzarəti həyata keçirmək məqsədilə heç bir yoxlama (monitorinq) həyata keçirməmişdir. Kredit verənə bu yoxlamaları həyata keçirməsi üçün kredit alan tərəfindən heç bir maneçilik törədilməmişdir. Qeyd olunan məsələlər məhkəmə tərəfindən nəzərə alınmamışdır. Məhkəmə cavabdehin təqdim etdiyi Mərkəzi Bankın 2023-cü il 27 noyabr tarixli 6-1-06/2-24-69150-0-12384/2023 saylı məktubunu sübut kimi qəbul etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, cavabdeh MMC ilə iddiaçı arasında bağl anmış 2022-ci il 18 fevral tarixli 01SME000122 nömrəli Əsas kredit müqaviləsinin 3.2.1-ci bəndində təsbit edilmiş kredit alan tərəfindən kreditin məqsədli təyinatına uyğun istifadə edilməsinə nəzarət edilməsi kreditorun vəzifəsi deyil, hüququ kimi qeyd edilmişdir. Bu səbəbdən qeyd olunan bəndin iddiaçının üzərinə vəzifə olaraq qoyulması müqavilədə nəzərdə tutulmamışdır. Bundan əlavə 2022-ci il 18 fevral tarixli 01SME000122 nömrəli Əsas kredit müqaviləsi cavabdeh MMC ilə iddiaçı arasında bağlanmış, Cavabdeh2 müqavilə tərəfi olmadığı üçün qeyd olunan müqavilənin hər hansı bəndini mübahisələndirmək hüququ yoxdur. Əlavə olaraq cavabdeh kassasiya şikayətində “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.2 və 45.6-cı maddələrini əsas gətirərək tələbin ipoteka predmetinə deyil, borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə yönəldilməli olduğunu bildirmişdir. Bununla bağlı qeyd edilməlidir ki, borclunun xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaiti varsa, borcun ödənilməsi üçün hər hansı addım atmış olardı. Lakin məhkəmə mübahisəsinin aylarla davam etməsinə baxmayaraq bu günə qədər borcun ödənilməsi ilə bağlı heç bir addım atılmamışdır. Əlavə olaraq “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən ipoteka öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. Yəni öhdəlik icra edilmədiyi və ya lazımi qaydada icra edilmədiyi təqdird ə tələb ilk olaraq ipoteka predmetinə yönəlir. Bu isə tərəflərin ipoteka müqaviləsindən irəli gələn iradə ifadələrində öz əksini tapmışdır. Kassasiya baxışının hədləri

24. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

25. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

269. Girov və ipoteka hüququ anlayışı 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.... 269.4. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 269.5. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur....” “Maddə

270. Girovun və ipotekan ın əmələ gəlməsi əsasları 270.1. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir....” “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazım ınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə

462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tu tulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir....” “Maddə

467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.” “Maddə

739. Borc müqaviləsinin anlayışı və forması 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklin də borcverənə qaytarmağı öhdəsinə götürür....” 27. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

1. Əsas anlayışlar... 1.0.6. ipoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur;...” “Maddə

3. İpotekanın tətbiq sahəsi 3.1. İpoteka ilə borc, alqı-satqı, podrat və başqa müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. …” mülki-hüquqi “Maddə

10. İpoteka müqaviləsi... 10.4 İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir....” İpoteka “Maddə

11. İpotekanın dövlət qeydiyyatı 11.1. Daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. 11.2. İpoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. İpoteka müqaviləsi bu Qanunun 11.3-cü və müvafiq hallarda 11.4-cü maddələrində nəzərdə tutulmuş məlumatların müvafiq reyestrə daxil edildiyi andan dövlət qeydiyyatına alınmış hesab olunur....” “Maddə

34. İpoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi;...”

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aş ağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi iş ə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərini (bax §§ 21-22) aşağıdakı səbəbdən əsassız və formal xarakterli hesab edir.

30. Cavabdeh eyniməzmunlu dəlilləri apellyasiya icraatında da bildirmiş, məhkəmə bununla əlaqədar özünün qiymətləndirməsini müvafiq qaydada aparmışdır (bax § 18).

31. Məhkəm ə kollegiyası məhkəmənin həmin əsaslandırması və iş üzrə gədiyi nəticə ilə razılaşdığından kassasiya şikayətinin sözügedən dəlilləri üzrə təkrar hüquqi dəyərləndirmə aparmağa prosessual qənaət prinsipi baxımından lüzum görmür.

32. Kassator özünün kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əlavə tutarlı dəlillərlə təkzib edə bilməmişdir.

33. Mərkəzi Bankın 2023-cü il 27 noyabr tarixli məktubunu məhkəmənin sübut kimi qəbul etməməsinə dair dəlilə münasibətdə isə qeyd olunur ki, cavabdehin özünün də aşağı məhkəmə instansiyalarında təqdim etdiyi hər hansı yazılı və ya şifahi izahatda, etirazda, əsaslandırmada həmin sənədə istinad etməsi, onun hansı yöndən iddianın əsassızlığını təsdiq etməsi barədə məhkəmələrə tutarlı dəlillər təqdim etməsi iş materiallarından görünmür. Eyni zamanda, cavabdeh kassasiya şikayətində də sözügedən məktubun hazırkı işin həllinə hüquqi baxımdan necə təsir göstərməsi ilə əlaqədar heç bir əsaslandırma aparmamışdır. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, həmin dəlil də mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün yetərli deyildir.

34. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən kassasiya şikayətində göstərilən pozuntulara yol verməmiş, MPM-in 217.1-ci maddəsinə (bax § 28) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.

35. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 11 iyul tarixli 2-2(103)-649/2024 nömrəli qətnaməsi dəyişdiri lmədən saxlanılmalıdır.

36. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh 2-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 11 iyul tarixli 22(103)-649/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar