Məhkəmə qərarları › İş №2-2(102)-593/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-593/2024

11.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-593/2024 11.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: tutmanın ipoteka predmetinə yönəldilməsi və ipoteka predmetinin likvid qiyməti Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" ASC-nin cavabdehlər "xxxx" MMC, "xxxx" MMC, Cavabdeh3, "xxxx" MMC, "xxxx" MMC-yə qarşı pul tələbinə dair iş üzrə Bakı Apellyasi ya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 5 iyun tarixli 2-2(103)-522/2024 nömrəli qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. 2018-ci il 15 noyabr tarixli ** saylı kredit müqaviləsinə görə, (bundan sonra-“kredit müqaviləsi”) «Yelo Bank” ASC ilə Cavabdeh4 MMC və Cavabdeh1 MMC arasında bağlanmış müqaviləyə əsasən illik 24%, qaytarılması gecikdirildiyi halda ödəniləcək gündəlik faiz dərəcəsi 0,1%-dən çox olmamaq şərti ilə, 72 ay müddətinə 2.821.000 ABŞ dolları məbləğində kredit limiti ayrılmışdır. 2. 2018-ci il 15 noyabr tarixli **/1 saylı kredit müqaviləsinə görə, (bundan sonra“kredit müqaviləsi 1”) «Yelo Bank” ASC ilə Cavabdeh4 MMC arasında bağlanmış müqaviləyə əsasən illik 6%, 60 ay müddətinə 540.000 ABŞ dolları məbləğində kredit verilmişdir. 3. 2018-ci il 15 noyabr tarixli **/2 saylı kredit müqaviləsinə görə, (bundan sonra“kredit müqaviləsi 2”) «Yelo Bank” ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış müqaviləyə əsasən illik 6%, 56 ay müddətinə 2.241.000 ABŞ dolları məbləğində kredit verilmişdir. 4. 2020-ci il 31 yanvar tarixli 01 nömrəli əlavə sazişə görə, kredit müqaviləsi 1 üzrə kreditin müddəti 2024-cü il 14 noyabr tarixinədək uzadılmış, müqavilə üzrə kreditin faiz dərəcəsi illik 6%-dən 8%-dək artırılmışdır. 2020-ci il 31 yanvar tarixli 01 nömrəli əlavə sazişə əsasən, kredit müqaviləsi 2 üzrə kreditin müddəti 2024-cü il 14 noyabr tarixinədək uzadılmış, müqavilə üzrə kreditin faiz dərəcəsi illik 6%-dən 8%-dək artırılmışdır. 5. 2018-ci il 4 dekabr tarixli ipoteka müqaviləsinə gö rə, Qəbələ rayonu Ovcullu kəndində yerləşən 9,127 ha torpaq sahəsi, Qəbələ rayonu Ovcullu kəndində yerləşən 4,9998 ha torpaq sahəsi, Qəbələ rayonu Ovcullu kəndində yerləşən 0,708 ha torpaq sahəsi, Qəbələ rayonu Ovcullu kəndində yerləşən 15,3718 ha torpaq sahəsi, Qəbələ rayonu Ovcullu kəndində yerləşən 7,5083 ha torpaq sahəsi, Qəbələ rayonu Ovcullu kəndində yerləşən 6,9207 ha torpaq sahəsi, Qəbələ rayonu Ovcullu kəndində yerləşən 3,8651 ha torpaq sahəsi, Qəbələ rayonu Mamaylı kəndində yerləşən 11,908 ha torpaq sahəsi, Qəbələ rayonu Mamaylı kəndində yerləşən 6,0733 ha torpaq sahəsi, Qəbələ rayonu Mamaylı kəndində yerləşən 3 ha torpaq sahəsi, Qəbələ rayonu Mamaylı kəndində yerləşən 3 ha torpaq sahəsi, Qəbələ rayonu Mamaylı kəndində yerləşən 27,8991 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmişdi r. 6. 2018-ci il 30 noyabr tarixli ** (2) saylı ipoteka müqaviləsinə (bundan sonra-“ipoteka müqaviləsi 2”) görə, Quba şəhəri 25-ci məhəllə ünvanında yerləşən 1.10 ha sahədən ibarət Cavabdeh4 MMC-yə məxsus torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. Əmlak 275.000 manat dəyərində qiymətləndirilmişdir. 7. 2021-ci il 17 may tarixli ** (3) saylı ipoteka müqaviləsinə (bundan sonra-“ipoteka müqaviləsi 3”) görə, Cavabdeh2 MMC-yə məxsus Sabirabad rayonu Məmişlər kəndində yerləşən 19.5788 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. Əmlakın bazar dəyəri 700.000 manat dəyərində müəyyən edilmişdir. İpoteka müqavilələrinin və ipotekaya tutma yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınması barədə sübutlar iş materiallarına əlavə edilmişdir. 8. 2018-ci il 15 noyabr tarixli ** (1) saylı z aminlik müqaviləsinə (bundan sonra“zaminlik müqaviləsi 1”) əsasən, "xxxx" MMC və 2018-ci il 15 noyabr tarixli ** (2) saylı zaminlik müqaviləsinə (bundan sonra-“zaminlik müqaviləsi 2”) əsasən Cavabdeh3 kredit öhdəliyinin icrasına zəmanət vermişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

9. İddiaçı "xxxx" ASC (bundan sonra-“iddiaçı”) iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh4 MMC-dən, “Ecofruit“ MMC-dən, “D.X1 “MMC-dən və Cavabdeh3 müştərək qaydada iddiaçının xeyrinə 2018-ci il 15 noyabr tarixli **/1 nömrəli kredit müqaviləsi üzrə banka 382.984,3 ABŞ dolları əsas, 59.279,85 ABŞ dolları faiz, 8.150,97 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 450.415,12 ABŞ dolları məbləğində borcun, 2018-ci i l 15 noyabr tarixli **/2 nömrəli kredit müqaviləsi üzrə banka 898.629,20 ABŞ dolları əsas, 77.623,62 ABŞ dolları faiz, 83.835,12 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 1.060.087,94 ABŞ dolları məbləğində borcun və 1.874 manat ödənilmiş dövlət rüsumunun, 200 manat ödənilmiş mediasiya xərcinin, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 65 manat dövlət rüsumunun və 270 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh4 MMC-yə məxsus olan Quba şəhəri, 25-ci məhəllə ünvanında yerləşən, 1.10 ha sahədən ibarət torpaq sahəsinə (bundan sonra-“İ ipoteka predmeti”), “Ecofruit “MMC-yə məxsus olan Qəbələ rayonu, Ovcullu kəndində yerləşən, 9.127 ha sahədən ibarət torpaq sahəsinə (bundan sonra-“İİ ipoteka predmeti”), Qəbələ rayonu, Ovcullu kəndində yerləşən, 7.5083 ha sahədən ibarət torpaq sahəsinə (bundan sonra-“İİİ ipoteka predmeti”), Qəbələ rayonu, Ovcullu kəndində yerləşən, 6.9207 ha sahədən ibarət torpaq sahəsinə (bundan sonra-“İV ipoteka predmeti”), Qəbələ rayonu, Mamaylı kəndində yerləşən, 11.908 ha sahədən ibarət torpaq sahəsinə (bundan sonra-“V ipoteka predmeti”) və Cavabdeh2 MMC-nin mülkiyyətindəki Sabirabad rayonu, Məmişlər kəndində yerləşən 19.5788 ha sahədən ibarət torpaq sahəsinə (bundan sonra-“Vİ ipoteka predmeti”) yönəldilməsi, həmin torpaq sahəsinin açıq hərracdan satılması və borcun ipoteka predmetlərinin hərracdan satışdan əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edil məsi ipoteka predmetlərinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra ipoteka predmetlərinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, həmin torpaq sahələrinin boşaldılması və iddiaçıya təhvil verilməsi, iddiaçı ilə birgə borcalan Cavabdeh4 MMC və Cavabdeh1 MMC arasında bağlanmış kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bununla yanaşı faiz borcun müqaviləyə xitam verildiyi tarixdən müqavilə faizi ilə tutulması mümkün olmadığı təqdirdə illik 5% hesablanmasını xahiş etmişlər.

10. İddia tələbi işin §1-8-də göstərilənlərə istinadla əsaslandırılaraq göstərilmişdir ki, 2022-ci il 13 iyun tarixində tərəflər arasında X2 keçirilmiş, xəbərdarlıq edilməsinə baxmayaraq birgə borcalan Cavabdeh4 MMC və Cavabdeh1 MMC borcu ödəməkdən boyun qaçırmışdır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmiş və ərizə bu orqanda qeydə alınmışdır.

11. Məhkəmə-mühasibat ekspertizasının 2023-cü il 6 fevral tarixli 9/8138 nömrəli ekspert rəyinə görə, Cavabdeh4 MMC-nin İ kredit müqaviləsi üzrə 2022-ci il 21 aprel tarixinə 388.210,34 ABŞ dolları əsas borcu, 29.676,52 ABŞ dolları faiz borcu, Cavabdeh1 MMC-nin İİ kredit müqaviləsi üzrə 2022-ci il 21 aprel tarixə 759.568,01 ABŞ dolları əsas borcu, 28.230,61 ABŞ dolları faiz borcu müəyyən edilmişdir.

12. Mühəndis texniki ekspertizasının 2023-cü il 14 mart tarixli 10/7379-9/8368 nömrəli rəyinə görə, İ ipoteka predmetinin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri tə qribən 253.000 manat və likvid dəyəri təqribən 220.000 manat, İİ ipoteka predmetinin ümumi dəyəri təqribən 122.300 manat və likvid dəyəri təqribən 115.000 manat, İİİ ipoteka predmetinin ümumi dəyəri təqribən 100.600 manat və likvid dəyəri təqribən 95.000 manat, İV ipoteka predmetinin ümumi dəyəri təqribən 92.700 manat və likvid dəyəri təqribən 85.000 manat, V ipoteka predmetinin ümumi dəyəri təqribən 160.000 manat və likvid dəyəri təqribən 150.000 manat, Vİ ipoteka predmetinin ümumi dəyəri təqribən 137.000 manat və likvid dəyəri təqribən 125.000 manat məbləğində müəyyən edilmişdir.

13. Məhkəmə-mühasibat ekspertizasının 2023-cü il 22 sentyabr tarixli 9/5649 nömrəli rəyinə görə, İ kredit müqaviləsi və 2020-ci il 31 yanvar tarixli 01 saylı əlavə sazişin şərtləri nəzərə alınmaqla Cavabdeh4 M MC-nin 2023-cü il 10 aprel tarixə banka olan əsas borcu 388.210,34 ABŞ dolları, faiz borcu üzrə 59.784,39 ABŞ dolları, 2023-cü il 22 sentyabr tarixə banka olan əsas borc 388.210,34 ABŞ dolları, faiz borcu 73.759,96 ABŞ dolları məbləğində müəyyən edilmişdir. İİ kredit müqaviləsi və 2020-ci il 31 yanvar tarixli 01 saylı əlavə sazişin şərtləri nəzərə alınmaqla Cavabdeh1 MMC-nin 2023-cü il 10 aprel tarixə banka olan əsas borcu 898.629,20 ABŞ dolları, faiz borcu üzrə 77.623,62 ABŞ dolları, 2023-cü il 22 sentyabr tarixə banka olan əsas borc 898.629,20 ABŞ dolları, faiz borcu 109.974,28 ABŞ dolları məbləğində müəyyən edilmişdir.

14. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 31 yanvar tarixli e-2-2(113)-34/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçı ilə birgə borcalan Cavabdeh4 MM C və Cavabdeh1 MMC arasında bağlanmış kredit müqaviləsinin 2022-ci il 5 sentyabr tarixə ləğv edilmiş hesab edilməsi, cavabdehlər Cavabdeh4 MMC, “Ecofruit“ MMC, “D.X1“ MMC və Cavabdeh3 müştərək qaydada iddiaçının xeyrinə İ kredit müqaviləsi üzrə banka 382.984,3 ABŞ dolları əsas, 40.681,44 ABŞ dolları faiz, 4.897,93 ABŞ dolları cərimə borcu, illik 5% olmaqla 11.436,33 ABŞ dolları, ümumilikdə cəmi 440.000 ABŞ dolları məbləğində borc və kredit müqaviləsi 2 üzrə banka 898.629,20 ABŞ dolları əsas, 34.489,42 ABŞ dolları faiz, 20.047,32 ABŞ dolları cərimə borcu, illik 5% olmaqla 26.834,06 ABŞ dolları, ümumilikdə cəmi 980.000 ABŞ dolları məbləğində borc və 1.761 manat ödənilmiş dövlət rüsumu, 200 manat ödənilmiş mediasiya xərci, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında b ildirişin qeydə alınması üçün ödənilmiş 65 manat dövlət rüsumu və 270 manat xidmət haqqı tutularaq iddiaçıya ödənilməsi, tutma ilkin satış qiyməti 220.000 manat olan Cavabdeh4 MMC-yə məxsus olan İ ipoteka predmetinə, “Ecofruit“ MMC-yə məxsus olan ilkin satış qiyməti 115.000 manat olan İİ ipoteka predmetinə, ilkin satış qiyməti 95.000 manat olan İİİ ipoteka predmetinə, ilkin satış qiyməti 85.000 manat olan İV ipoteka predmetinə, ilkin satış qiyməti 150.000 manat olan V ipoteka predmetinə və Cavabdeh2 MMC-nin mülkiyyətindəki ilkin satış qiyməti 125.000 manat olan Vİ ipoteka predmetinə yönəldilməsi, həmin ipoteka predmetləri olan daşınmaz əmlakların hərracdan satılması və satışdan əldə olunan vəsaitin iddiaçıya ödənilməsi, satışdan əldə olunmuş vəsait borcun ödənilməsi üçün yetərli olmadığı h alda, qalan borcun cavabdehlər Cavabdeh4 MMC, “Ecofruit“ MMC, “D.X1“ MMC və Cavabdeh3 müştərək qaydada ümumi qaydada tutulması qət edilmişdir (hakim E.Əliyev).

15. Birinci instansiya məhkəməsi iddianın hazırki kassasiya baxışının predmetini təşkil edən hissələri üzrə qeyd etmişdir ki, 2018-ci il 15 noyabr tarixli **/1 №li kredit müqaviləsi üzrə cərimə pulu tənasübsüz sürətdə yüksək qiymətləndirildiyinə görə həmin məbləğ azaldılaraq 4.897,93 ABŞ dolları məbləğində, 2018-ci il 15 noyabr tarixli **/2 №li kredit müqaviləsi üzrə isə 20.047,32 ABŞ dolları məbləğində müəyyən edilməlidir.

16. Məhkəmə həmçinin hesab etmişdir ki, iddiaçının kredit müqavilələri üzrə borcun tutulması tələbi qismən təmin edildiyindən, tutma ilkin satış qiyməti 220.000 manat olan Cavabdeh4 MMC-yə məxsus olan Quba şəhər i, 25-ci məhəllə ünvanında yerləşən, 1.10 ha sahədən ibarət torpaq sahəsinə, “Ecofruit “MMC-yə məxsus olan ilkin satış qiyməti 115.000 manat olan Qəbələ rayonu, Ovcullu kəndində yerləşən, 9.127 ha sahədən ibarət torpaq sahəsinə, ilkin satış qiyməti 95.000 manat olan Qəbələ rayonu, Ovcullu kəndində yerləşən, 7.5083 ha sahədən ibarət torpaq sahəsinə, ilkin satış qiyməti 85.000 manat olan Qəbələ rayonu, Ovcullu kəndində yerləşən, 6.9207 ha sahədən ibarət torpaq sahəsinə, ilkin satış qiyməti 150.000 manat olan Qəbələ rayonu, Mamaylı kəndində yerləşən, 11.908 ha sahədən ibarət torpaq sahəsinə və Sabfruit” MMC-nin mülkiyyətindəki ilkin satış qiyməti 125.000 manat olan Sabirabad rayonu, Məmişlər kəndində yerləşən 19.5788 ha sahədən ibarət torpaq sahəsinə yönəldilməli, həmin ipoteka predmetləri ol an daşınmaz əmlaklar hərracdan satılmalı və satışdan əldə olunan vəsait İddiaçı ASC-nə ödənilməli, satışdan əldə olunmuş vəsait borcun ödənilməsi üçün yetərli olmadığı halda, qalan borc cavabdehlər Cavabdeh4 MMC, “Ecofruit “MMC, “D.X1 “MMC və Cavabdeh3 müştərək qaydada ümumi qaydada tutulmalıdır.

17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 385.1, 386, 445.7 və 472.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

18. Cavabdeh "xxxx" MMC tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində, qətnamənin İ kredit müqaviləsi üzrə illik 5% olmaqla 11.436,33 ABŞ dolları və İİ kredit müqaviləsi üzrə illik 5% olmaqla 26.834,06 ABŞ dolları borcu və cərimə məbləğləri hissəsində ləğv edilərək həmin hissədə iddia tələbinin rədd edilməsi, həmçinin ipo teka predmetlərinin müəyyən olunmuş ilkin satış qiyməti hissəsində ləğv edilərək, həmin hissədə ipoteka predmetlərinin yenidən likvid qiymətlərinin ekspertiza keçirilməklə müəyyən edilməsi barədə qətnamə qəbul olunması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

19. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 5 iyun tarixli 2-2(103)-522/2024 nömrəli qərardadı ilə cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilərək iddia tələbi MM-nin 445.7-ci maddəsinə əsasən illik 5%-lə faiz borcunun tutulması hissəsində baxılmamış saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim V.Baxışova, hakimlər Z.Şirinov və R.Qurbanov).

20. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 20 24-cü il 5 iyun tarixli 2-2(103)-522/2024 nömrəli qətnaməsi ilə cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehlər Cavabdeh4 MMC, “Ecofruit“ MMC, “D.X1“ MMC və Cavabdeh3 müştərək qaydada iddiaçının xeyrinə İ kredit müqaviləsi üzrə 4.897,93 ABŞ dolları cərimə borcu, İİ kredit müqaviləsi üzrə 20.047,32 ABŞ dolları cərimə borcun tutulması, ipoteka predmetinin ilkin satış qiymətləri ilə bağlı hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim V.Baxışova, hakimlər Z.Şirinov və R.Qurbanov).

21. Apellyasiya instansiyası məhkəməsi cərimə borcunun tutulması və ipotoeka ilə yüklü edilmiş əmlakların ilkin satış qiymətlərinin müəyyən edilməsi hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, “Ecofruit“MMC apellyasiya şikayətində ipoteka ilə yüklü edilmiş əmlakların ilkin satış qiymətinin ekspert tərəfindən düzgün müəyyən edilmədiyini, Qəbələ rayonu, Ovcullu kəndində yerləşən, 9.127 ha sahədən ibarət torpaq sahəsinin ilkin satış qiyməti 115.000 manat (1 sot torpaq sahənin qiyməti 12.566 manat), 6.92 ha sahədən ibarət torpaq sahəsi 85.000 manat (1 sot torpaq sahənin qiyməti 12.283 manat ) və 11.908 ha sahədən ibarət torpaq sahəsinin isə 150.000 (1 sot torpaq sahəsinin qiymət 12.596 manat) qiymətləndirildiyini, göründüyü kimi, eyni təyinatlı və yanaşı olan torpaq sahələrinə fərqli qiymətlər qoyulmasına məhkəmə tərəfindən əhəmiyyət verilmədiyini göstərmişdir.

22. Məhkəmə cavabdehin bu dəlili üzrə araşdırma apararaq hesab etmişdir ki, Azərbaycan Respublikası Ədliy yə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/7379-9/8368 nömrəli mühəndis texniki ekspertizasının rəyi kifayət qədər əsaslandırıldığından məhkəmənin ekspert rəyi ilə razılaşmaması üçün əsaslar müəyyən olunmur. Belə ki, rəyin “Tədqiqat prosesinin təsviri” hissəsindən görünür ki, internet saytlarındakı elanlara əsasən Qəbələ rayonu Ovcullu və Mamaylı kəndlərində 1 sot torpaq sahəsinin orta bazar qiymətinin 134 manat olduğu müəyyən edilmiş, hər üç torpaq sahəsinin bazar dəyəri sahənin ölçüsü 134 manata vurularaq müəyyən edilmiş və bazar dəyərinə azalma əmsalı tətbiq edilməklə ilkin satış qiyməti müəyyən edilmişdir.

23. Məhkəmə eyni zamanda cərimə borclarının tutulması hissəsində də qətnamənin ləğv edilməsi üçün əsaslar müəyyən etməmiş və gəldiyi nəticə ilə bağlı göst ərmişdir ki, öhdəliyin lazımı qaydada icra edilməməsinə görə cərimə ödəniləcəyinə dair tərəflər arasında MM-nin 463-cü maddəsində nəzərdə tutulmuş qaydada yazılı saziş imzalanmışdır. Kredit müqavilələrinin 4.8-ci bəndində nəzərdə tutulmuşdur ki, birinci borcalan bu müqavilənin 4.2-ci bəndinə uyğun olaraq tərəflər arasında yazılı tərib olunmuş ödəniş qrafiki üzrə ödənişlər vaxtında ödənilmədikdə gecikdirilən gündən gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə gecikdirilən hər gün üçün cərimə kimi gündəlik 0,1 faiz dəbbə pulu ödəyir. İşdəki hesabdan çıxarışdan və ekspert rəylərindən görünür ki, 15 noyabr 2018-ci il tarixli **/1 saylı kredit müqaviləsi üzrə sonuncu ödəniş 07 may 2021-ci il tarixində, 15 noyabr tarixli **/2 №li kredit müqaviləsi üzrə sonuncu ödəniş 08 sentyabr 2021-ci il tarixində edilmişdir. Borcalan kreditlərin ödəniş qrafikinə uyğun qaytarılması öhdəliyini icra etmədiyindən iddia cavabdehlərdən cərimə tutulması hissəsində qanuni və əsaslı, tutulmuş cərimənin məbləği isə əsas borca mütənasibdir.

24. Cavabdeh4 MMC tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunması xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

25. MM-nin 462.2-ci maddəsi üzrə - cavabdeh apellyasiya instansiya məhkəməsinin qətnaməsində göstərilən mövqeyi (bax §23) ilə bağlı qeyd etmişdir ki, iş materiallarına əlavə olunmuş sənədlərə görə, sonuncu ödəniş kimi göstərilən tarixdən sonra hər ik i kredit üzrə 100.000 ABŞ dollarından yuxarı ödəniş olunmuşdur.

26. MM-nin 385.2 və 425.2-ci maddələri üzrə-məhkəmə mühəndis-texniki ekspertizasının rəyinə görə, internet saytlarında olan elanlarda göstərilmişdir ki, Qəbələ rayonu Ovcullu və Mamaylı kəndlərində 1 sot torpaq sahəsinin orta bazar qiymətinin 134 manat olduğu müəyyən edilmiş, hər üç torpaq sahəsinin bazar dəyəri sahənin ölçüsü 134 manata vurularaq müəyyən edilmiş və bazar dəyərinə azalma əmsalı tətbiq edilməklə ilkin satış qiyməti müəyyən edilmişdir. Lakin məhkəmə nəzərə almamışdır ki, həmin torpaq sahələri alma bağlarıdır, və Cavabdeh4 MMC-nin mülkiyyətində olan İ ipoteka predmetinin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 253.000 manat, likvid dəyəri isə təqribən 220.000 manat müəyyən etməklə dəyərindən q at-qat aşağı qiymətləndirilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri

28. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

29. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi fak tiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

30. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

21. Zərərin əvəzinin ödənilməsi... 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür....” “Maddə

157. Mülkiyyətin müdafiəsi... 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər....” “Maddə

443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə

700. İcarə müqaviləsi 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər....”

31. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pro sessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi). 33. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).

34. Məhkəmə kollegiyası cərimə borcunun tutulması tələbi üzrə apellyasiya instansiyası məhkəməsinin qiymətləndirməsini MM-nin 467-ci maddəsinin tələbinə uyğun hesab edir və qeyd edir ki, kassasiya şikayətində məhkəmənin həmin tələb üzrə nəticəsi tutarlı dəlillərlə təkzib olunmamışdır.

35. Kollegiya məhkəmə qətnaməsinə əsasən tutma yönədilmiş ipoteka predmeti olan əmlakların ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və kassasiya şikayətinin apellyasiya şikayəti ilə eyni məzmunlu dəlillərinə verilmiş qiymətləndirmə ilə də razılaşır (bax bu qərarın 22-ci bəndi).

36. Belə ki, işin materiallarından görü ndüyü kimi, ipoteka ilə yüklü edilmiş əmlakların ilkin satış qiymətləri mühəndis texniki ekspertizasının 2023-cü il 14 mart tarixli 10/73799/8368 nömrəli rəyinə əsasən müəyyən edilmişdir (bax yuxarıda bu qərarın 12-ci bəndi). İş üzrə tərəfin ekspert rəyi ilə razı olmaması özü-özlüyündə həmin rəyin şübhə altına alınmasına əsas vermir. Tərəf hansı səbəbdən ekspert rəyi ilə razı olmamasını əsaslandırmalı və həmin rəyin mötəbərliyini şübhə altına alan zəruri sübutları işin faktiki hallarını araşdıran və sübutları qiymətləndinmək səlahiyyətinə malik olan məhkəmələrə təqdim etməlidir. Lakin işin materiallarından cavabdeh tərəfindən belə sübutların təqdim edildiyi müəyyən edilmir. 37.Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəl diyi nəticə MPM-in 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuşdur. Məhkəmə tərəfindən işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, mübahisəli hüquq münasibətinə maddi hüquq normaları düzgün tətbiq edilmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

38. MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 5 iyun tarixli 22(103)-522/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüv

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar