Məhkəmə qərarları › İş №2-2(102)-594/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-594/2021

09.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-594/2021 09.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRAR iş № 2-2(102)-594/2021 Bakı şəhəri 2021-ci il 7 dekabr Açar sözlər: Azərbaycan Respublikası MPM-in 417.1.7-ci maddəsinin tələbinə əsasən, kassasiya şikayətinə əsasən icraata qəbul edilmiş işin kassasiya baxışından çıxarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Kəmalə Abiyevanın sədrliyi və məruzəsi, Qəribov Bəhman Fərhad oğlu və Dadaşov İlqar Ağababa oğlu ibarət tərkibdə, X1 oğlunun katibliyi, iddiaçı LPO İddiaçı ASC-nin vəkili Vəkil iştirakı ilə, İddiaçı ləğv p rosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələblərinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 28 iyul tarixli, 2-2(107)-70/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. MÜƏYYƏN ETDİ İddiaçı ləğv prosesində olan İddiaçı ASC (bundan sonra iddiaçı) cavabdehlər Cavabdeh1 (kredit müqaviləsi üzrə borclu) və Cavabdeh2 (ipoteka qoyan) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 4128,83 (dörd min yüz iyirmi səkkiz manat, 83 qəpik) manat əsas, 353,98 (üç yüz əlli üç manat, 98 qəpik) manat faiz, 381,01 (üç yüz səksən bir manat 01 qəpik) manat cərimə və Azərbaycan Respublikası Konstitusiya Mə hkəməsinin 2014-cü il 24 dekabr tarixli Plenum qərarına əsasən hesablanmış 600,21 (altı yüz manat, 21 qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat rüsumun Cavabdeh1 tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus olan Yevlax şəhəri, Ə.Baxşıyev küçəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 137,38 kv.m. yaşayış, 103,4 kv.m. köməkçi sahədən ibarət 18 nömrəli fərdi yaşayış evinə yönəlməsi, yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün ki fayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1 tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin yaşayış sahəsinin boşaldılaraq, iddiaçıya təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin 2021-ci il 17 may tarixli, e-2-2(117)-230/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 4128,83 manat əsas borc, 40 manat ipoteka predmetinə tutmanın yönəldilməsinin qeydiyyata alınması üçün vəsait və 30 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilsməsi, borc məbləği Cavabdeh2 mülkiyyətində olan Yevlax şəhəri Ə.Baxışov küçəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı 18 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmeti olan Yevlax şəhəri Ə.Baxışov küçəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı 18 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 38000 manat məbləğində müəyyən edilsin və həmin əmlak açıq hərraclar vasitəsi ilə satılması, satışdan əldə edilmiş vəsait Cavabdeh1 iddiaçıya borcunun ödənilməsinə yönəldilməsi, iddianın qalan hissələrdə təmin edilməməsi qət edilmişdir (hakim Rüfət Məcidov). Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin təmin olunmayan faiz, cərimə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2014-cü il 24 dekabr tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq hesablanmış məbləğ hissəsində nəticələrin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021- ci il 28 iyul tarixli, 2-2(107)-70/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim Ələddin Məcidov, hakimlər Mahir Əsədli və Ayaz Mahmudov). İddiaçı tərəfindən kassasiya şikayəti verilərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə cərimə məbləği, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2014-cü il 24 dekabr tarixli Plenum qərarına əsasən hesablanmış faiz məbləğinin tutulması, əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilərək, iddia tələbinin tam təmin olunması və ya işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş edilmişdir. İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti nəzərdən keçirilərkən məlum olmuşdur ki, şikayət onun mümkünlüyünü şərtləndirən tələblərə cavab verməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 404-1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Göründüyü kimi, kommersiya mübahisələrinə dair işlər üzrə əmlak xarakterli iddianın qiyməti on min manatdan az olduğu təqdirdə, belə iddialarla bağlı apellyasiya məhkəməsinin qətnaməsi kassasiya məhkəməsinin baxış predmeti ola bilməz. Hazırki halda iddia tələbinin qiyməti cəmi 5464,03 manat məbləğində olduğunda n, istinad olunan prosessual hüquq normasının tələbinə görə apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsindən kassasiya şikayəti verilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.7-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayətinin icraata qəbul edilməsinə dair Ali Məhkəmənin hakiminin 2021-ci il 09 iyul tarixli qərardadı lə ğv edilməli, iş kassasiya baxışından çıxarılmaqla, apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə və MPM-in 404-1, 417.1.7-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 28 iyul tarixli, 2-2(107)-70/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsinə dair Ali Məhkəmənin hakiminin 2021-ci il 17 noyabr tarixli 22(102)-594/2021 saylı qərardadı ləğv edilsin. Kommersiya mübahisəsəsi üzrə hazırki iş kassasiya baxışından çıxarılsın və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: B.F.Qəribov İ.A.Dadaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar