Məhkəmə qərarları › İş №2-2(102)-596/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-596/2021

07.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-596/2021 07.12.2021 ALİ MƏHKƏMƏ Kommersiya Kollegiyasının İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3-ə qarşı iş üzrə Açar sözlər: kredit müqaviləsi üzrə borcun ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Cəfərli Aminə Əliəsgər qızı, İddiaçı QSC BOKT-un vəkili Cavabdeh 3-ün vəkilinin iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3-ə(MMC) qarşı “kredit müqaviləsi üzrə yaranmı ş borcun qaytarılması” tələbinə dair kommersiya işi üzrə iddiaçı tərəfindən Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 12 avqust tarixli 2-2(107)-68/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. İ. İŞİN HALLARİ

1. İş materiallarında olan 2019-cu il 14 mart tarixində İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı (bundan sonra – “BOKT”) ilə Cavabdeh1 (bundan sonra – “Cavabdeh1”) arasında bağlanmış 2019-cu il 14 mart tarixli 209QM/19 saylı kredit müqaviləsindən (bundan sonra – “Kredit Müqaviləsi”) görünür ki, BOKT 2019-cu il 31 dekabr tarixinədək 13.650 manat pulu illik 10 faizlə Cavabdeh1-ə verməyi, sonuncu isə borc məbləğini faizi ilə birlikdə ödəməyi öhdəsinə götürmüşdür.

2. Kredit Müqaviləsinin 1.1-ci bə ndinə əsasən, Borcalana veriləcək 13.650 manat kreditlə əlaqədar olaraq Borcalan kredit təşkilatı qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək Zamin, Borcalan ilə birlikdə Kredit təşkilatı qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür.

3. İş materiallarında olan 2019-cu il 14 mart tarixində BOKT ilə Cavabdeh MMC (bundan sonra – “MMC”) və Cavabdeh1 (bundan sonra – “Cavabdeh1”) arasında bağlanmış Kredit Müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə həmin müqavilədən irəli gələn öhdəliklərin tam yerinə yetirilməsi barədə 209CT/19 nömrəli və 209ZQ/19 nömrəli zaminlik müqavilələrindən (bundan sonra – “Zaminlik Müqavilələri”) görünür ki, müqavilənin qüvvədə olma müddəti Borcalanın 2019-cu il 14 mart tarixli 209QM/19 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərinin Kredit təşk ilatı qarşısında qüvvədə olma müddəti ilə üst üstə düşür (6.1-ci bənd). İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. BOKT 2021-ci il 10 mart tarixində Cavabdeh1, Cavabdeh2 və cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 13.650 manat əsas, 1.298,71 manat faiz, cəmi 14.948,71 manat məbləğin və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq BOKT-a ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi yuxarıda §§ 1-3-də göstərilən hallarla və Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 421.1, 421.2, 425.1, 448.1, 448.2, 449.4, 470.1, 472.1, 472.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 284-1-ci maddələrinə istinad edilməklə əsaslandırılmışdır.

6. Şəki Kommersiya Məhkəməsinin 2021-ci il 21 aprel tarixli e-2-2(117)-175/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh3 13.650 manat əsas borc, 1.298,71 manat faiz borcu olmaqla cəmi 14.948,71 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq BOKT-a ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir (hakim – R.Məcidov).

7. Birinci instansiya məhkəməsinin iş üzrə mövqeyi aşağıdakı kimi olmuşdur. 7.1. Borc verən borcalan qarşısında Kredit Müqaviləsindən irəli gələn öhdəliyini yerinə yetirsə də, borc alan Cavabdeh3 öhdəliyini lazmınca yerinə yetirmədiyindən onun 13.650 manat əsas borcu və illik 10 faiz olmaqla 1.298,71 manat faiz borcu qalmışdır. Bu səbəbdən 13.650 manat əsas və 1.298,71 manat faiz bo rcu əsas borclu Cavabdeh1-dən tutularaq kredit təşkilatına ödənilməlidir. 7.2. İddianın kredit borcunun zaminlər Cavabdeh2 və cavabdeh MMC-dən də əsas borclu ilə birlikdə müştərək qaydada tutularaq ödənilməsi hissəsinə münasibətdə, Zaminlik Müqavilələrinin 6.1-ci bəndinə əsasən müqavilənin qüvvədə olma müddəti borcalanın Kredit Müqaviləsindən irəli gələn öhdəliklərinin kredit təşkilatı qarşısında qüvvədə olma müddəti ilə üst-üstə düşdüyündən və kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən kredit 2019-cu il 31 dekabr tarixinədək tam ödənilmək şərtilə verildiyindən zaminlik müqavilələri üzrə verilmə müddəti 2019-cu il 31 dekabr tarixində qurtarmışdır. 7.3. Zaminlik Müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verildiyindən kredit borcunun zamindən tutularaq ödənil məsi əsassızdır. Belə ki, iddia tələbi zaminliyin verilmə müddətinin bitməsindən sonra zaminə qarşı yönəlmişdir və zaminliyə qanunun tələbinə əsasən verilmə müddətinin keçməsi ilə əlaqədar xitam verildiyindən zamindən pul tutula bilməz. 7.4. Eyni zamanda, zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda da xitam verilir ki, hazırkı iş üzrə öhdəliyin icrası müddəti 2019-cu il 31 dekabr tarix kimi müəyyən edilmiş və MM-in 477.0.4-cü maddəsinin ikinci cümləsinin tələbi baxımından belə, zaminə qarşı iddia irəli sürmək üçün bir illik müddət 2020-ci il 31 dekabr tarixində bitmişdir.

8. Məhkəmə öz qətnaməsini MM-in 385.1, 386.1, 442, 445.2, 448.1, 448.2, 449.1, 470.1, 472.1, 477.0.4, 739.2-ci, MPM-in 119.1-ci m addələrinə istinad etməklə əsaslandırmışdır.

9. BOKT həmin qətnamədən 2021-ci il 8 may tarixində apellyasiya şikayəti verərək qətnamənin qismən – iddia tələbinin təmin edilməyən hissəsində ləğv olunması və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 12 avqust tarixli 22(107)-68/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Şəki Kommersiya məhkəməsinin 2021-ci il 21 aprel tarixli e-2-2(117)-175/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – V.Məlikov, hakimlər – E.Hüseynov və R.Rəfiyev).

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır (bax yuxar ıda § 7).

12. Apellyasiya instansiyası məhkəməsi öz qətnaməsini birinci instansiya məhkəməsinin istinad etdiyi qanunvericilik normalarına (bax yuxarıda § 8) və əlavə olaraq MPM-in 384.0.1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.

13. BOKT həmin qətnamədən 2021-ci il 30 sentyabr tarixində kassasiya şikayəti verərək qətnamənin qismən – iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsini və iddia tələbinin tam edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri

14. Zaminlik Müqaviləsinin mühüm şərtlərindən göründüyü kimi, zamin olaraq MMC, X1 və Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərin tam icrasınadək BOKT qarşısında məsuliyyəti öz üzərinə götürmüşlər. Yəni cavabdehlərin BOKT qarş ısında məsuliyyəti borc öhdəliyinin tam icrasınadək müəyyənləşmişdir.

15. Bundan başqa, Kredit Müqaviləsi üzrə borclar bir neçə tranşda verilmişdir ki, son tranş üzrə kreditin verilməsi 2019-cu il 30 may və 14 avqust tarixlərinə təsadüf edir. Kredit müqaviləsi üzrə kreditlərin tranşlarla, yəni hissə-hissə verilməsini nəzərə alsaq, 9 ay müddətinə verilmiş kredit borcunun son ödəmə müddəti 2020-ci ilin mayında başa çatır. Ən azı məhkəmə araşdırma aparsa idi, 1 il müddəti həmin tarixdən hesablamalı idi.

16. Kredit Müqaviləsinin 1.1-ci bəndinin “c” hissəsinə görə "xxxx" (yəni MMC) qəbul olunmuş dənəvər qarğıdalının dəyərini ödəməklə Borcalanın Borcverəndən dənəvər qarğıdalı istehsalı üçün almış olduğu kredit üzrə borcu ( əsas, faiz borcu) bağlayır, artıq qalan vəsaiti isə Borcalanın təqdim etd iyi hesaba köçürür və ya ona nağd olaraq ödəyir. Yəni MMC həm Kredit Müqaviləsi ilə, həm də zamin kimi Borcalanın aldığı kreditin qaytarılmasına məsuliyyət daşıyır. Məhz Alıcının zəmanəti ilə borcalana tranşlarla müxtəlif vaxtlarda kredit verilmişdir. MMC Kredit və Zaminlik Müqavilələri üzrə üzərinə düşən öhdəlikləri icra etməkdən boyun qaçırmaqla, eyni zamanda vicdanlılıq prinsipini kobud şəkildə pozmuşdur.

17. BOKT tərəfindən həm Borcalana, həm də zaminlərə öhdəliyin icrası ilə bağlı xəbərdarlıq məktubları göndərilmiş, lakin həmin xəbərdarlıq məktubları cavablandırılmamışdır. Bundan sonra cavabdehlərə 2020-ci il 25 avqust tarixli iddia ərizəsinin surətləri göndərilmişdir. Həmin iddia ərizələrinə cavabdehlər tərəfindən heç bir münasibət bildirilməmişdir. 18. 2020-ci ilin martın əvvəllərin dən başlayaraq COVİD 19 koronavirus pandemiyası ilə bağlı dövlət müəssisələrinə və təşkilatlarına işçilərin məhdud sayda işə çıxarılması tapşırılmış və həmin vaxtdan başlayaraq kredit təşkilatında çalışan əməkdaşların yalnız 20 faizi işə cəlb edilmiş, həm bu səbəbdən, həm də məhkəmələrdə işlərin dayandırılması, Kredit Təşkilatının özündə koronavirusa yoluxanların sayının çox olması səbəbindən BOKT üzrə problemli borcu mövcud olan yüzlərlə hüquqi və fiziki şəxslərə qarşı iddiaların vaxtında məhkəmələrə göndərilməsində üzrlü səbəblərdən gecikmələr yaranmışdır. Apellyasiya instansiya məhkəməsində BOKT tərəfindən zaminə qarşı iddianın vaxtında verilməməsinin səbəblərini ümumiyyətlə araşdırmamış, iddia müddətinin tətbiq edilməsi ilə bağlı zaminlərdən ərizə almamış, borcalan və digər zaminlər X1 və Cavabdeh2 isə ümumiyyətlə məhkəmədə iştirak etməmişdir. Məhkəmə BOKT-dan bununla bağlı sübutlar tələb etməmiş, işə qərəzli və qeyri-obyektiv baxaraq zaminlərin Kredit Təşkilatı qarşısında olan zaminliyinə xitam vermiş, zaminliyə xitam verilməsi ilə bağlı maddi-hüquq normaları düzgün tətbiq edilməmişdir.

19. Kassasiya şikayəti MM-in 390, 425-ci, MPM-nin 14.1, 88, 372, 386, 417, 418-ci maddələrinə istinad etməklə əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

21. Məhkəmə iclasında iştirak edən BOKT-un vəkili kassasiya şikayətini müdafiə etdiyini, şikayətin tam əsaslı olduğunu bildirdi. Ona görə də şikayətin təmin edilməsini, qətnamənin qismən – iddia tələ binin təmin edilməyən hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

22. Məhkəmə iclasında iştirak edən MMC-nin vəkili kassasiya şikayətini ilə razı olmadığını, şikayətin tam əsassız olduğunu bildirdi. Ona görə də şikayətin təmin edilməməsini, qətnamənin qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi.

23. Digər cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etmədilər. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəs inin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

25. BOKT apellyasiya instansiyası məhkəməsinin qətnaməsini qismən – iddia tələbinin təmin edilməyən hissəsində mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

26. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşd ırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

27. MM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra e dilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

445. Borclunun icranı gecikdirməsi... 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş edilməməsi;...” müddətdə icra “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclun u təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz....” “Maddə

449. Pul öhdəliyinin icra edilməməsi üçün məsuliyyət 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər....” “Maddə

470. Zaminlik müqaviləsi 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür....” “Maddə

472. Zaminin məsuliyyəti 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar....” “Maddə

477. Zaminliyə xitam verilməsi 477.0. Zaminliyə aşağıdakı hallarda xitam verilir: … 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdə liyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.” “Maddə

739. Borc müqaviləsi... 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.”

28. MPM-in müvafiq müddəalarında (2021-ci il 1 oktyabr tarixinədək qüvvədə olan redaksiyada) aşağıdakılar nəzərdə tutulur: “Maddə

119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mün asib olaraq işdə iştirak edən şəxslərə aid edilir....” “Maddə

384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;...”

29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun (bundan sonra – “KMP”) “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2019-cu il 31 may tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair qərarında qeyd edilmişdir ki: “...kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsində n deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti və kəsici müddət arasındakı əsas fərqlər aşağıdakılardan ibarətdir: - iddia müddəti tələb hüququ üçün xarakterikdir, lakin ondan bəzi istisnaları mövcuddur. Məsələn, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə, əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara ai ddir; - iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir; - iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır; - iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz.” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

30. Məhkəmə kollegi yası kassasiya şikayətinin dəlillərini (bax yuxarıda §§ 14-18) işin materialları ilə birgə araşdıraraq, tərəflərin izahatını dinləyərək hesab edir ki, həmin dəlillər aşağıdakı səbəblərdən apellyasiya məhkəməsinin qətnaməsini ləğv etmək üçün əsas deyildir.

31. Zaminliklə bağlı imperativ tələblər, o cümlədən zaminliyə xitam verilməsinin əsasları öz əksini MM-də tapmışdır.

32. MM-in 477.0.4-cü maddəsinə (bax yuxarıda § 27) görə, zaminliyə xitam verilməsinin əsaslarından biri zaminlik müqaviləsində göstərilmiş zaminliyin verilmə müddətinin qurtarmasıdır. Lakin belə müddət təyin edilmədikdə, zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.

33. Hazırkı işin apellyasiya instansiyası tərəfindən mü əyyən edilmiş hallarından görünür ki, tərəflər arasında bağlanmış zaminlik müqavilələrinin 6.1-ci bəndinə əsasən, müqavilənin qüvvədə olma müddəti borcalanın 2019-cu il 14 mart tarixli 209QM/19 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərinin kredit təşkilatı qarşısında qüvvədə olma müddəti ilə üstüstə düşür və kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən, kredit 2019-cu il 31 dekabr tarixinədək tam ödənilmək şərtilə verilmişdir.

34. Başqa sözlə, hazırkı halda tərəflər zaminlik müddətinin bitməsini kredit öhdəliyinin başa çatması ilə şərtləndirmiş, kredit öhdəliyinin 2019-cu il 31 dekabr tarixində bitməsini müəyyən etmişdirlər.

35. Ona görə də məhkəmə kollegiyasının mövqeyi belədir ki, hazırkı iddia tələbi keçmiş zaminlərə qarşı yönəldilə bilməz.

36. Həmçinin eyni kreditin hissə-hiss ə olmaqla bir neçə tranşla verilməsi konkret halda zaminliyin bitməsinin qarsısın alınmasına hüquqi baxımdan heç cür təsir göstərə bilməzdi. Çünki hazırkı halda söhbət bir neçə deyil, bir (vahid) kreditdən gedir. Yuxarıda qeyd olunduğu kimi, tərəflər mübahisə predmeti olan kredit öhdəliyinin 2019-cu il 31 dekabr tarixində başa çatmasını şərtləndirdiklərdindən və QSC zaminə qarşı vaxtında iddia qaldırmadığından, MM-in 477.0.4-cü maddəsinin tələbləri baxımından, zaminliyə 2019-cu il 31 dekabr tarixində xitam verilməsi istənilən halda qaçılmaz idi.

37. Kassator iddianın vaxtında verilməməsini Covid-19 pandemiyasından yaranan çətinliklərlə əlaqələndirsə də, əvvəla, iddianın bu səbəbdən vaxtında verilməsinin mümkünsüzlüyünə dair təsdiqedici sənədləri işə baxan məhkəmələrə təqdim etməmiş, ikin cisi isə, bu məsələ ilə əlaqədar MM-də zaminliyə xitam verilməsinin qarşısını alan hər hansı istisna müəyyən edilməmişdir.

38. İddia müddətinin məhkəmə tərəfindən əsassız (cavabdehlərin müvafiq ərizəsi olmadan) tətbiqinə gəldikdə isə, MM-in 477.0.4-cü maddəsindən aydın olur ki, həmin maddədə nəzərdə tutulmuş müddət mahiyyət etibarilə iddia müddəti deyil, kəsici müddətdir.

39. İddia müddəti cavabdehin ona qarşı irəli sürülən iddiadan müdafiə vasitəsi olduğu halda, kəsici müddətin ötməsi ilə kreditor özünün tələbetmə (məhkəməyə iddia ilə müraciət etmə) hüququnu ümumiyyətlə itirmiş olur.

40. Qeyd etmək lazımdır ki, KMP-nin formalaşdırdığı hüquqi mövqelərə (bax yuxarıda § 29) görə, MM-in 477.0.4-cü maddəsində nəzərdə tutulmuş müddət məhz kəsici müddətə aid edilmişdir.

41. Həmin mövqelərə uyğun olaraq, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur.

42. İddia müddəti və kəsici müddət arasındakı əsas fərqlər aşağıdakılardan ibarətdir: 1) iddia müddəti tələb hüququ üçün xarakterikdir, kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir; 2) iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilm əsi imkanının xitamına səbəb olur. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir; 3) iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir. Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır; 4) iddia müddəti dayandırıla, kəsilə və müəyyən hallarda bərpa edilə bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz.

43. KMP-nin istinad olunan hüquqi mövqeyindən də aydın olur ki, kəsici müddətin tətbiqi üçün cavabdehin bununla bağlı ərizə verməsi tələb olunmur.

44. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən kassatorun istinad etdiyi hüquq pozuntularına yol verməmişdir. Ona görə də həmin qətnamə qanuni və əsasl ı hesab edilməlidir.

45. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı QSC BOKT-un kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 12 avqust tarixli 22(107)-68/2021 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar