Məhkəmə qərarları › İş №2-2(102)-596/2025

Ali Məhkəmə Qərardad — İş №2-2(102)-596/2025

13.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-596/2025 13.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası QƏRARDAD İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh3 və Cavabdeh1 qarşı iş üzrə Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi X1 məruzəsi ilə, hakimlər Abbasov Aqil Əzizağa oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 27 may tarixli, 2-2(107)-64/2025 nömrəli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müra ciət edərək, “K4920 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 173042,58 ABŞ dolları əsas borc, 1289,65 ABŞ dolları faiz borcu, 121114, 20 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 295446,43 ABŞ dolları məbləğində borcun İddiaçı ASC-nin xeyrinə tutulması, Tutmanın Cavabdeh1 mülkiyyətində olan Zaqatala rayonu, Zaqatala şəhəri, Sülh küçəsi ev 6, yerləşən 68,9 kv.m olan 14 saylı mənzilə yönəldilməsi və əmlakın açıq hərracda satılması, Cavabdeh3 mülkiyyətində olan Zaqatala rayonu, H.Z.Tağıyev küçəsində yerləşən 0,06 ha sahəsi olan torpaq üzərində yerləşən 263,2 kv.m sahəsi olan 39 saylı fərdi yaşayış evinə yönəldilməsi və əmlakın açıq hərracda satılması, Cavabdeh3 mülkiyyətində olan Zaqatala rayonu, Nizami küçəsində yerləşən 0,012 ha yerləşən torpaq sahəsi və torpaq sahəsində yerləşən 189.5 kv.m ü mumi sahəsi olan qeyri-yaşayış binasına yönəldilməsi və əmlakın açıq hərracda satılması, qeyd edilən ipoteka predmetlərinin satışından əldə olunmuş vəsaitin cavabdehlərin iddaçı İddiaçı ASC-yə olan kredit borclarının ödənilməsinə yönəldilməsi, daşınmaz əmlaklar satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçilərə təhvil verilməsi, İpoteka predmetlərinin satışından əldə olunan pul vəsaiti cavabdehlərin İddiaçı ASC-yə olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borcun Cavabdeh2 MMC və Cavabdeh3 birgə qaydada tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsi, mediasiya prosesi üzrə 400 (dörd yüz) manat məbləğində xidmət haqqının, 392,26 (üç yüz doxsan manat iki iyirmi altı qəpik) manat dövlət rüsumunun, ipoteka bildirişinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazi rliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsində qeydiyyata alınması üçün 62,72 (altmış iki manat yetmiş iki qəpik) manat dövlət rüsumu və 213,61 (iki yüz on üç manat altmış bir qəpik) manat xidmət haqqının cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin 2025-ci il 9 yanvar tarixli, e-2-2(117)-3/2025 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh3 K4920 saylı maliyyələşdirmə üzrə ərizəyə əsasən 173042,58 ABŞ dolları əsas borc, 1289,65 ABŞ dolları faiz borcu, 8652,13 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 182984,36 ABŞ dolları məbləğində borc ödəniş gününə Azərbaycan manatına o lan məzənnə ilə İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın Cavabdeh1 mülkiyyətində olan Zaqatala rayonu, Zaqatala şəhəri, Sülh küçəsi ev 6, yerləşən 68,9 kv.m olan 14 saylı mənzilə yönəldilsin, həmin əmlak açıq hərracda satılsın, likvid dəyəri 56677 manat, Cavabdeh3 mülkiyyətində olan Zaqatala rayonu, H.Z.Tağıyev küçəsində yerləşən 0,06 ha sahəsi olan torpaq üzərində yerləşən 263,2 kv.m sahəsi olan 39 saylı fərdi yaşayış evinə yönəldilsin, həmin əmlak açıq hərracda satılsın, likvid dəyəri 151129 manat, Cavabdeh3 mülkiyyətində olan Zaqatala rayonu, Nizami küçəsində yerləşən 0,012 ha yerləşən torpaq sahəsi və torpaq sahəsində yerləşən 189,5 kv.m ümumi sahəsi olan qeyri-yaşayış binasına yönəldilsin, həmin əmlak açıq hərracda satılsın, likvid dəyəri 301021 manat məbləğində müəyyən edilsin. Qe yd edilən ipoteka predmetlərinin satışından əldə olunmuş vəsait cavabdehlərin İddiaçı ASC-yə olan hazırkı qətnamə üzrə kredit borclarının ödənilməsinə yönəldilməsi, cavabdehlərdən müştərək qaydada mediasiya prosesi üzrə 400 manat məbləğində xidmət haqqı, 242,95 manat dövlət rüsumu, ipoteka bildirişinin qeydiyyata alınması üçün 62,72 manat dövlət rüsumu və 213,61 manat xidmət haqqı tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi və iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. (Hakim M.Hüseynov) X2 Məhkəməsinin 2025-ci il 9 yanvar tarixli, e-2-2(117)-3/2025 nömrəli qərardadı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 MMC-yə qarşı iddia tələbinin “daşınmaz əmlaklar satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçilərə təhvil verilməsi” hissəsində iş üzrə icraata xitam veril mişdir. Qətnamədən İddiaçı ASC və Cavabdeh3 Xanbala oğlu apellyasiya şikayətləri vermişlər. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 27 may tarixli, 2-2(107)-64/2025 nömrəli qətnaməsi ilə İddiaçı ASC-nin apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh3 apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ünvan 1 ünvanında yerləşən 0,012 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 189,5 kv.m olan 2 mərtəbəli qeyri-yaşayış binasının likvid dəyəri hissəsində dəyişdirilərək həmin əmlakın likvid dəyərinin 348.000 manat məbləğində müəyyən olunması, qətnamənin mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmasını qət edilmişdir. Qətnamədən İddiaçı ASC və Cavabdeh3 Xanbala oğlu kassasiya şikayətləri vermişlər. Cavabd eh3 Xanbala oğlu tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü yoxlanılarkən həmin kassasiya şikayəti verilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 407.4-cü maddəsinin tələblərinə əməl olunmadığı müəyyən edilmişdir. Belə ki, MPM-nin 407.4-cü maddəsinin tələbinə əsasən şikayətə dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulmalıdır. İş materiallarından görünür ki, iddianın qiyməti bütün maliyyələşdirmə ərizələrinə əsasən 276.688,49 ABŞ dolları təşkil edir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respub likası Qanununun 8.1, 8.1.3 və 8.6cı maddələrinin tələblərinə əsasən, hazırkı halda Cavabdeh3 Xanbala oğlu tərəfindən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayətinin verilməsi üçün ödənilməli olan dövlət rüsumunun məbləği 380,18 manat təşkil etməlidir. Lakin Cavabdeh3 Xanbala oğlu tərəfindən kassasiya şikayəti verilərkən cəmi 197 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu hal isə kassasiya şikayətinin geri qaytarılması üçün əsasdır. Belə ki, MPM-in 408.1, 408.1.3-cü maddələrinə əsasən kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Bundan əlavə, MPM-in 407.1-ci maddəsində müəyyən edilmişdir ki, kassasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. Kassasiya şikayətinin formasına dair tələbləri müəyyən edən MPM-in 3 nömrəli Əlavəsində isə müəyyən edilmişdir ki, kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən pozulduğu və ya düzgün tətbiq edilmədiyi iddia olunan hər bir maddi hüquq norması sıralanmaqla göstərilməli və göstərilmiş hər bir normanın qarşısında pozuntunun və ya düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna və bu halların nə ilə nəticələndiyinə dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Həmçinin, MPM-in 407.1.4-ci maddəsinin tələblərinə görə maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməm əsinin nədən ibarət olması kassasiya şikayətində aydın şəkildə ifadə olunmalıdır. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində isə MPM-in müvafiq maddələrinə istinad olunsa da onların qarşısında işin halları və məhkəmənin sübutlara düzgün qiymət verməməsi qeyd olunmuş, lakin pozuntunun nədən ibarət olmasına, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının hansı formada düzgün tətbiq olunmamasına dair aydın şəkildə ifadə edən izah verilməmişdir Məhkəmə kollegiyası həmçinin vurğulayır ki, MPM-in 407.2-ci maddəsinə əsasən, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. MPM-in 408.1-ci maddəsinin tələblərinə görə, kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə (408.1.1); kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə (408.1.5). Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh3 Xanbala oğlu tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və iş həmin kassasiya şikayətin in geri qaytarılması məsələsinə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Cavabdeh3 Xanbala oğlu tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxıldıqdan sonra İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayətinə baxılması üçün iş Ali Məhkəməyə qaytarılmalıdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq və MPM-in 407-408-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 27 may tarixli, 2-2(107)-64/2025 nömrəli qətnaməsindən Cavabdeh3 Xanbala oğlu tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və iş həmin kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılsın. Cavabdeh3 Xanbala oğlu tərəfindən verilmiş kassa siya şikayətinin geri qaytarılması məsələsinə baxıldıqdan sonra iş İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayətinə baxılması üçün Ali Məhkəməyə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar