Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-597/2025 23.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçının Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması, ipoteka predmetinin likvid qiyməti Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Abbasov Aqil Əzizağa oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, İddiaçının Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 26 may tarixli 2-2(104)-117/2025 nömrəli qət naməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 2021-ci il 21 oktyabr tarixli 009L**********57 nömrəli uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 100.000 manat məbləğində kredit xətti açılmışdır.
2. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağlanmış 2021ci il 22 oktyabr tarixli 009R********** saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1,75% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 35.000 manat məbləğində kredit götürmüşdür. 3. 2021-ci il 21 oktyabr tarixli ipoteka müqaviləsi ilə Cavabdeh1 kredit müqaviləsi üzrə bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh1 məxs us Gədəbəy şəhəri, Bakı küçəsində yerləşən 0,0999 hektar xüsusi mülkiyyətli torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 311,3 kv.m ümumi sahədən ibarət 36 saylı fərdi yaşayış evi banka ipotekaya qoyulmuşdur. 4. 2021-ci il 22 oktyabr zaminlik müqaviləsi ilə borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərin tamamilə icra etməsi üçün zamin Cavabdeh2 bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüşdür.
5. Tərəflərin imzaladıqları 2022-ci il 25 noyabr tarixli 009R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. 6. 2024-cü il 22 fevral və 2024-cü il 23 fevral tarixində İddiaçı QSC tərəfindən Cavabdeh1 və Cavabdeh2 müraciət olunaraq 22.689,52 manat əsas, 1.948,36 manat faiz, 1.262,36 manat cərimə borcunun mövcud olmasına dair məlumat verilmiş, bo rcun qaytarılması və müqavilənin ləğv edilməsini təklif etmişdir. 7. 2024-cü il 15 aprel və 2024-cü il 22 aprel tarixli bildirişlərlə İddiaçı QSC ipoteka qoyana kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetiriləməyəcəyi təqdirdə tutmanın ipoteka predmeti olan yaşayış evinə yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
8. İddiaçı QSC (bundan sonra – “iddiaçı”) Cavabdeh1 və Cavabdeh2 (bundan sonra – birlikdə “cavabdehlər”, ayrı-ayrılıqda müvafiq olaraq “Cavabdeh1” və “Cavabdeh2”) qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 009R********** nömrəli kredit razılaşması üzrə 22.689 manat məbləğində kredit borcu, 1948,36 manat məbləğində faiz bor cu və 1.262,36 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 25.900,24 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 167,7 manat məbləğində dövlət rüsumunun ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 36 manat xidmət haqqının həmin əmlakın hərracda satışından əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin müştərək qaydada cavabdehlərdən tutulması, Gədəbəy şəhəri, Bakı küçəsində yerləşən 0,0999 hektar xüsusi mülkiyyətli torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 311,3 kv.m ümumi sahədən ibarət 36 saylı fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra fərdi yaşayış evinin b oşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 2021-ci il 21 oktyabr tarixli uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 100.000 manat məbləğində kredit xətti açılmışdır. Bu müqavilə əsasında 2021-ci il 22 oktyabr tarixli 009R********** saylı kredit razılaşması bağlanaraq ona 36 ay müddətinə, aylıq 1,75% faizlə 35.000 manat kredit verilmişdir. Sonradan 2022-ci il 25 noyabr tarixli sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 öhdəliklərini pozaraq 2023-cü il 24 oktyabr tarixindən etibarən ödənişləri dayandırmış, yalnız 12.310,48 manat ödəmiş, 22.689,52 manat əsas borc qalmışdır. 2024-cü il 22 fevral tarixinədək 121 gün üçün 1.948,36 manat faiz və 1.262,36 manat cərimə hesablanmışdır. Müqavilənin şərtlərinə görə borclu ödənişləri vaxtında etmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam verərək bütün borcun, faizlərin və cərimələrin ödənilməsini tələb etmək hüququna malikdir. Kredit öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 zaminlik müqaviləsi ilə Cavabdeh1la birgə məsuliyyət daşıyır. Həmçinin 2021-ci il 29 oktyabr tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh1 Gədəbəy şəhərində yerləşən 0,0999 hektar torpaq sahəsi və üzərindəki 311,3 kv.m yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmiş və Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmışdır.
10. Cavabdeh1 izahatında evinin qiyməti 150.000 manat olduğunu və bankın qiymətləndirməsi ilə razı olmadığını bildirmişdir.
11. Gəncə Kommersiya Məhkəməsi tərəf indən məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, "xxxx" MMC tərəfindən verilmiş 2024-cü il 18 dekabr tarixli UNİ/D-22-669/2024 nömrəli ekspert rəyində göstərilmişdir ki, Cavabdeh1 xüsusi mülkiyyətində olan Gədəbəy şəhəri, Bakı küçəsində yerləşən 0,0999 hektar xüsusi mülkiyyətli torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən 311,3 kv.m ümumi sahədən ibarət 36 saylı fərdi yaşayış evinin bazar dəyəri 46.000 manat, likvid dəyəri isə 41.400 manat təşkil edir.
12. Gəncə Kommersiya Məhkəməsinin 2025-ci il 17 fevral tarixli e-2-2(115)-52/2025 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlərdən müştərək qaydada kredit razılaşması üzrə 22.689,52 manat məbləğində əsas borc, 1.948,36 manat məbləğində faiz borcu, 300 manat məbləğində cərimə borcu olmaqla ümumilikdə cəmi 2 4.937,88 manat məbləğində borc, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 15 manat dövlət rüsumu və 36 manat xidmət haqqı tutularaq iddiaçıya ödənilməsi, tutmanın Cavabdeh1 məxsus Gədəbəy şəhəri, Bakı küçəsində yerləşən 0,0999 hektar xüsusi mülkiyyətli torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 311,3 kv.m ümumi sahədən ibarət 36 saylı fərdi yaşayış evinə yönəldilməsi qət edilmiş, fərdi yaşayış evinin ilkin satış (likvid) qiyməti 41.400 manat müəyyən edilmişdir.
13. Məhkəmə öz mövqeyini belə əsaslandırmışdır ki, kredit müqaviləsi üzrə öhdəliklər iddiaçı tərəfindən tam icra olunmuş, məbləğ cavabdehin hesabına köçürülmüşdür. Lakin cavabdeh öhdəliklərini lazımınca yerinə yetirməmiş, ödəniş planına əsasən aylıq ödənişləri vaxtında və tam həcmdə etməmişdir.
14. Məhkəmə tutmanın ipotek a predmetinə yönəldilməsinə dair iddia tələbini əsaslı hesab etmiş, "xxxx" MMC-nin rəyi nəzərə alınaraq, ipoteka predmetinin ilkin satış qiymətini 41.400 manat həddində müəyyən etmişdir.
15. Məhkəmə ipoteka predmetinin satıldıqdan sonra 1 ay müddətində boşaldılıb alıcıya təhvil verilməsi barədə tələbi təmin etməmişdir.
16. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 6.2, 385.1, 386.1, 442, 445.1, 445.2, 448.1, 448.2, 462.1, 467, 269.4, 269.5, 319.1-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1, 34.1.3, 39.3.3-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
17. Cavabdeh2 apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
18. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 26 may tarixli 2-2(104)-117/2025 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – R.Məcidov, hakimlər – Ş.Rzaquliyev və İ.Həsənov).
19. Məhkəmə kollegiyası qətnamənin əsaslılığını iddia tələbinin təmin olunduğu hissədə yoxlayaraq birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və apellyasiya şikayətinin, cavabdehin məhkəmə icraatının onların iştirakı olmadan aparılmasına dair dəlilinə münasibətdə qeyd etmişdir ki, məhkəmə hazırlıq iclaslarının və məhkəmən in baxış iclasının yeri və vaxtı barədə Cavabdeh1 elektron kabineti vasitəsilə, Cavabdeh2 isə sms bildiriş və poçt vasitəsi ilə məlumat verilmişdir. Cavabdeh1 məhkəmənin hazırlıq iclaslarının birində iştirak belə etmişdir. Beləliklə, cavabdehin apellyasiya şikayətinin göstərilən dəlilləri əsassız olmuş və birinci instansiya məhkəməsi tərəfindən prosessual pozuntuya yol verilməmişdir.
20. Məhkəmə kollegiyası cavabdehin kredit müqaviləsinin müddəti bitmədən iddiaçının borcu tələb edə bilməməsi dəlilinə münasibətdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli qərarına istinadən qeyd etmişdir ki, MM-in 421.2-ci maddəsində nəzə rdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi MM-in 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor MM-in 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. İddiaçı 2024-cü il 22 və 23 fevral tarixlərində kredit müqaviləsi üzrə borcu tam tələb edərək müqavilənin ləğv edilməsini təklif etməklə müqavilənin birtərəfli qaydada ləğvinə dair iradə ifadəsini bəyan etmişdir ki, həmin tarixdən tərəflər arası nda bağlanmış müqavilə birtərəfli qaydada ləğv edilmişdir. Belə olan halda isə iddiaçı icranı vaxtından əvvəl tələb etməkdə haqlıdır.
21. Məhkəmə kollegiyası iddiaçıya müəyyən məbləğdə ödənişlər edilməsinə baxmayaraq məhkəmənin iş üzrə mühasibatlıq ekspertizası təyin etməməsi və ipoteka predmetinin bazar dəyərinin 150.000 manat təşkil etməsi dəlillərinə münasibətdə qeyd etmişdir ki, cavabdeh ödənişlərin edildiyini bildirsə də bununla bağlı istər birinci instansiyası məhkəməsinə, istərsə də apellyasiya instansiyası məhkəməsinə sübut təqdim etməmişdir. İş materiallarından olan hesabdan çıxarış məlumatlarından isə müəyyən olunur ki, kredit müqaviləsi üzrə 2023-cü ildən etibarən ödənişlər olunmamışdır. Bundan başqa, iddiaçının müqavilənin ləğvinə dair bəyanında olan borc məbləği ilə tələb olun an borcun məbləği eynilik təşkil etdiyindən müqaviləyə xitam veriləndən sonra cavabdehlərə müqaviləyə istinadən hər hansı borc məbləği hesablanmamışdır. Beləliklə, apellyasiya şikayətinin ekspertizanın keçirilməməsi ilə bağlı mülahizələr əsassız olmaqla hər hansı sübutlara söykənmir.
22. Bundan başqa ipoteka predmetinin bazar dəyərinə münasibətdə qeyd olunmalıldır ki, ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Cavabdeh ipoteka predmetinin dəyərinin 150.000 manat təşkil etməsinə dair dəlillərini təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Belə olduqda məhkəmənin əldə etdiyi qiymətləndirmə rəyinin əsassızlığının şübhə altına alınması üçün sübutlar mövcud deyildir. Məhkəmə "xxxx" MMC tərəfindən təqdim edilmiş qiymətləndirməyə rəyinə münasibətdə qeyd etmişdir ki, oxşar ərazidə oxşar yaşayış sahələrinə dair müqayisəli araşdırma aparılmış və rəy əsaslandırılmışdır. Cavabdeh apellyasiya şikayətində bildirdiklərinə dair məhkəməyə sübut təqdim etmədiyindən məhkəmə "xxxx" MMC-nin rəyi ilə razılaşmış və hesab etmişdir ki, birinci instansiyası məhkəməsi tərəfindən bu hala da düzgün qiymət verilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 269.1, 269.2, 385.1, 386.1, 425.1, 442, 443.1, 445.1, 445.2, 445.2.1, 445.2.2, 448.1, 448.2, 460.1, 462.1, 467, 472.1, 472.2, 739.1, 739.2-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9, 34.1.1, 34.1.3, 34.1.4-cü, MPM-in 14.2, 77.1, 88, 103.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
24. Cavabdeh2 kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən araşdırılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
25. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ, İİ və İİİ hissələri üzrə - Apellyasiya məhkəməsi qəbul etdiyi qətnamədə göstərir ki, apellyatorun ekspertizanın keçirilməməsi ilə bağlı mülahizələri əsassız olmaqla işin baxılmasının yubadılmasına xidmət edir və hər hansı sübutlara söykənmir. Bundan başqa, ipoteka predmetinin dəyərinin 150.000 manat təşkil etməsinə dair cavabdehin dəlillərini təsdiq edə n məhkəməyə sübut təqdim olunmamışdır ki, hazırkı vəziyyətdə məhkəmənin əldə etdiyi qiymətləndirmə rəyinin əsassızlığını şübhə altına alınması üçün sübutlar mövcud deyildir. Fiziki, hüquqi şəxslər, dövlət, qeyri-dövlət təşkilatları hüquqlarını və mənafelərini qorumaq, pozulmuş hüquqlarının bərpası və müdafiəsi üçün məhkəmələrə müraciət edirlər. Məhkəmə müdafiəsi hüquqlarını bütün instansiya məhkəmələri üzrə həyata keçirmək üçün dövlət tərəfindən hər hansı məhdudiyyət nəzərdə tutulmamışdır. Cavabdehin apellyasiya şikayətində göstərdiyi hallarla bağlı qanunvericilikdə hər hansı məhdudiyyət qoyulmamışdır. Cavabdehin ödədiyi məbləğlər düzgün hesablanmamışdır.
26. MPM-in 88-ci maddəsi üzrə - Apellyasiya instansiyası məhkəməsi qətnaməsində göstərir ki, cavabdehin apellyasiya şikayətinin dəlillər indən biri də iddiaçı təşkilatla müəyyən məbləğdə ödənişlər edilməsinə baxmayaraq, məhkəmə iş üzrə mühasibatlıq ekspertizası təyin etməmiş və ipoteka predmetinin bazar dəyərinin 150.000 manat təşkil etməsidir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə qeyd etmişdir ki, cavabdeh ödənişlərin edildiyini bildirsə də bununla bağlı istər birinci instansiya məhkəməsinə, istərsə də apellyasiya instansiyası məhkəməsinə sübut təqdim etməmişdir. Halbuki iş materiallarından olan hesabdan çıxarış məlumatlarından müəyyən olunur ki, kredit müqaviləsi üzrə 2023-cü ildən etibarən ödənişlər olunmamışdır. Apellyasiya instansiyası məhkəməsi ödənişlərin edilməsi ilə bağlı apellyasiya şikayətinin dəlilinin əsassızlığını mülki iş materiallarında olan hesabdan çıxarışa istinad etməklə əsaslandırmışd ır. Həmin hesabdan çıxarış isə birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə birlikdə verilmişdir. Cavabdeh isə ödənişlərin iddia ərizəsinin məhkəməyə verildikdən sonra icra edildiyini bildirir. Apellyasiya instansiyası məhkəməsi həqiqəti müəyyən etmək üçün bankdan yeni hesabdan çıxarış tələb etməli idi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri
28. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
29. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq nor malarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
30. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə 44
2. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur....” “Maddə
445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Öhdəliyin onun icra üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çata nadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır....” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır....” “Maddə
467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.” “Maddə
472. Zaminin məsuliyyəti 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu M əcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır....” “Maddə
739. Borc müqaviləsinin anlayışı və forması 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiy yətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır....”
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfl i və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
97. Məhkəmənin ekspertiza təyin etməsi 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir....” “Maddə
184. İşin və mübahisənin vəziyyətinin müzakirə edilməsi. İşdə iştirak edən şəxslərin vəsatətlərinin həlli... 184.3. Hakim yeni sübutun təqdim və ya tələb edilməsi barədə vəsatəti yalnız o halda təmin edir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişind ə əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər həmin vəsatətin verilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.... 184.5. İşdə iştirak edən şəxslərin vəsatətləri əsaslandırılmalıdır. Hakim işin baxılmasını yubatmaq məqsədilə verilmiş vəsatətləri rədd edir.” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası m əhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası aşağıdakı səbəblərdən cavabdehin kassasiya şikayətinin dəlillərini əsassız hesab edir.
33. Həmin dəlillər mahiyyət etibarilə məhkəmə tərəfindən mühasibatlıq ekspertizasının təyin edilməməsi, cavabdeh tərəfindən edilmiş ödənişlərin, o cümlədən hazırkı iş üzrə iddia verildikdən sonra edilmiş ödənişlərin nəzərə alınmaması, habelə ipoteka predmetinin bazar dəyərinin 150.000 manat təşkil etməsi ilə bağlıdır.
34. Məhkəmə tərəfindən mühasibatlıq ekspertizasının təyin edilməməsinə, cavabdeh tərəfindən edilmiş ödənişlərin, o cümlə dən hazırkı iş üzrə iddia verildikdən sonra edilmiş ödənişlərin nəzərə alınmamasına dair dəlillərlə əlaqədar qeyd olunur ki, ekspertizanın təyin edilməsi məhkəmənin vəzifəsi deyil, hüququdur (MPM-in 97.1-ci maddəsi – bax § 31). Digər tərəfdən, cavabdeh tərəfin elə həmin normada nəzərdə tutulmuş hüququndan yararlanaraq bu barədə birinci instansiya məhkəməsinə hər hansı vəsatət verməsi də görünmür. Yalnız apellyasiya icraatında belə vəsatət verilmiş, lakin vəsatət hər hansı dəlillə əsaslandırılmamışdır (i/v 203). Halbuki qanunun tələblərinə görə, hər bir vəsatət əsaslandırılmalıdır və işin məhkəmədə birinci instansiyada baxılmağa hazırlanması yekunlaşana qədər məhkəməyə təqdim edilməlidir (MPM-in 184.3, 184.5-ci maddələri – bax § 31). Ümumiyyətlə isə hazırkı dəlil hər hansı konkret əsaslandı rma gətirilmədən yalnız ümumi ifadələrlə bildirilmişdir. İş materiallarından da görünür ki, cavabdeh tərəf bütün proses boyu cavabdehin konkret olaraq hansı tarixlərdə edilmiş ödənişlərinin nəzərə alınmaması barədə heç bir dəlil-sübut təqdim etməmişdir. Odur ki, məhkəmə kollegiyasının mövqeyinə görə, apellyasiya instansiyası məhkəməsi sözügedən vəsatətin təmin edilməməsi barədə qərar qəbul etməklə (i/v 214) hər hansı hüquq pozuntusuna yol verməmişdir.
35. İpoteka predmetinin bazar dəyərinin 150.000 manat təşkil etməsinə dair dəlillərlə əlaqədar qeyd olunur ki, əvvəla, kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşdığından kassasiya şikayətinin bu cür dəlili yalnız ekspertizanın təyin olunması, keçirilməsi və məhkəmə tərəfində n qiymətləndirilməsi zamanı maddi və prosessual hüquq normalarının pozulduğu və ya rəylə bağlı tərəflərin əsaslandırılmış dəlillərinə (vəsatətlərinə) məhkəmə tərəfindən münasibət bildirilmədiyi halda araşdırıla, məhkəmə aktının ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilər. Baxılan işdə isə belə hallar mövcud deyildir. İkincisi isə, məhkəmə tərəfindən təyin edilmiş qiymətləndirmə rəyindəki qiymətlərlə razılaşmayan cavabdeh tərəfin öz mövqeyini daha tutarlı dəlillərlə əsaslandırmaq üçün özü tərəfindən alınmış alternativ mütəxəssis rəyinə istinad etməsi də iş materiallarından görünmür.
36. Yekun olaraq o da qeyd olunmalıdır ki, borcalan və ipoteka qoyan digər Cavabdeh1 olduğu və o, aşağı instansiyalarında özü və ya nümayəndəsi vasitəsilə iştirak etdiyi halda, Cavabdeh1 nə birinci instansi ya məhkəməsinin, nə də apellyasiya instansiyası məhkəməsinin qətnaməsini mübahisələndirmişdir. Bu da hüquqi baxımdan o anlama gəlir ki, Cavabdeh1 məhkəmələrin iş üzrə gəldikləri nəticə ilə razılaşmış, borcalan kimi, öz borcunun bankın tələb etdiyindən daha az olduğunu, ipoteka qoyan kimi isə, ipoteka predmetinin dəyərinin daha yüksək olduğunu iddia etməmişdir.
37. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına, habelə qətnamənin ləğvinə səbəb ola bilən kobud prosessual hüquq pozuntularına yol verməmiş, tam hüquqlu məhkəmə kimi işdə olan sübutları qiymətləndirərkən MPM-in 14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə (bax § 31) əm əl etmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1-ci maddəsinə (bax § 31) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.
38. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 26 may tarixli 2-2(104)-117/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
39. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 26 may tarixli 2-2(104)-117/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.