Məhkəmə qərarları › İş №2-2(102)-598/2022

Ali Məhkəmə Qərardad — İş №2-2(102)-598/2022

15.08.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-598/2022 15.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdehlər Milli Depozit Mərkəzi və “Ucar Dəmir X2” ASC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: kassasiya baxışından çıxarılma Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Bəhman Qəribovun sədrliyi, hakimlər Ələsgər Əliyev və İsmayıl Xəlilovdan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 10 mart tarixli 2-2(103)163/2022 saylı qətnaməsindən cavabdeh “Ucar X1” ASC tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə baxılması üçün işin Bakı Apellyasiya Məhkəməsinə qaytarılması məsələsinə ba xaraq MÜƏYYƏN ETDİ

1. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinə (bundan sonra – “Mərkəz”) və “Ucar Dəmir X2” ASC-yə (bundan sonra – “ASC”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Ucar Dəmir X2” Açıq Səhmdar Cəmiyyətinə dair sənədləri təsdiq olunmuş surətlərinin iddiaçılara təqdim edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 22 aprel tarixli, e-2-2(113)-957/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir (hakim – S.Nuriyeva).

3. Həmin qətnamədən iddiaçılar tərəfindən apellyasiya şikayəti verilmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 10 mart tarixli, 2-2(103)-163/2022 qətnaməsi ilə iddiaçılar tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsini qətnaməsi qismən – cavabdeh ASCyə aid hissədə ləğv edilmiş, həmin hissədə iddia qismən təmin olunmaqla cavabdeh ASC tərəfindən onun səhmdarlarının reyestri, son 10 illik hesabatlar, maliyyə hesabatları və ümumi yığıncaqların protokollarının surətlərinin iddiaçılara təqdim olunması qət edilmiş, həmin cavabdehə münasibətdə iddianın qalan hissəsi təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

5. Həmin qətnamədən İddiaçı1 kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

6. Qətnamədən həmçinin cavabdeh ASC də kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

7. Cavabde h ASC tərəfindən verilmiş kassasiya şikayəti nəzərdən keçirilərkən məlum olmuşdur ki, şikayət onun mümkünlüyünü şərtləndirən tələblərə cavab verməmişdir.

8. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 20 iyun tarixli, 2-2(102)-480/2022 saylı qərardadı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 407.4-cü maddəsinin tələblərinə uyğun olmadığından onun icraata qəbulundan imtina edilmiş və qaytarılması məsələsinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

9. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 22 iyul tarixli, 2-2(103)-163/2022 saylı qərardadı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır.

10. Bakı Apellya siya Məhkəməsinin 2022-ci il 18 iyul tarixli məktubu ilə iş iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə daxil olmuşdur.

11. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 9 avqust tarixli, 2-2(102)-598/2022 saylı qərardadı ilə İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti icraata qəbul edilmişdir.

12. Bundan sonra, 2022-ci il 11 avqust tarixdə Bakı Apellyasiya Məhkəməsinin cavabdeh tərəfindən 2022-ci il 2 avqust tarixdə təkrar olaraq verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə baxılması üçün işin apellyasiya məhkəməsinə qaytarılması xahiş olunmuşdur.

13. MPM-in 417.1.7-ci maddəsinə görə, kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qə bul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər.

14. Göstərilənlərə əsasən, məhkəmə tərkibi hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən daxil olmuş məktuba əsasən, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə baxılması üçün, Azərbaycan Respublikası Ali Məhkəmənin 2022-ci il 9 avqust tarixli, 2-2(102)-598/2022 saylı icraata qəbul qərardadı ləğv edilməli və iş cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.

15. Şərh olunanları nəzərə ala raq və Azərbaycan Respublikası MPM-nin 417.1.7-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Hazırki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2022-ci il 10 mart tarixli 2-2(103)-163/2022 saylı qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2022-ci il 9 avqust tarixli, 2-2(102)-598/2022 saylı qərardadı ləğv edilsin. 2-2(102)-598/2022 saylı kommersiya işi kassasiya baxışından çıxarılsın və apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərardad qəbul olunduğu andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar