Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-598/2024 25.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina, kassasiya şikayətinin verilməsi üçün dövlət rüsumu) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Qəribov Bəhman Fərhad oğlundan və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 11 iyun 2024-cü il tarixli, 22(103)-521/202 4 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətini Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. İddiaçı ASC cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən birgə qaydada DC00250811-04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 6010,87 manat əsas borc, 791,93 manat faiz borcu, 257,95 manat cərimə borcu olmaqla, cəmi 7060,75 manat məbləğində borcun; DC00250811-05 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 5259,38 manat əsas borc, 207,74 manat faiz borcu, 82,14 manat cərimə borcu olmaqla, cəmi 5549,26 manat məbləğində borcun; DC00250811- 07 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 40976,25 manat əsas borc, 5669,53 manat faiz borcu, 1466,25 manat cərimə borcu olmaqla, cəmi 48112,03 manat məbləğində borcun, mediasiya prosesi üzrə ödənilmiş 400 manat məbləğində xidmət haqqının tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin 12 fevral 2024-cü il tarixli, e-2-2(113)-233/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdеhlər Cavabdeh1ndən və Cavabdeh2 müştərək qaydada DC00250811-04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 6010,87 manat əsas borc, 780,67 manat faiz borcu, 257,95 manat dəbbə pulu olmaqla, cəmi 7049,49 manat məbləğində borcun, DC00250811-05 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 5212,03 manat əsas borc, 201,86 manat faiz borcu, 82,14 manat dəbbə pulu olmaqla, cəmi 5496,03 manat məbləğində borcun, DC00250811-07 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 40976,25 manat əsas borc, 5669,53 manat faiz borcu, 1466,25 manat dəbbə pulu olmaqla, cəmi 48112,03 manat məbləğində borcun, mediasiya xərcinin əvəzi olaraq 400 manatın tutularaq İddiaçı ASC-yə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.
3. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 11 iyun 2024-cü il tarixli, 22(103)-521/2024 nömrəli qətnaməsi ilə Cavabdeh2 apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 12 fevral 2024-cü il tarixli, e-2-2(113)-233/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
4. Həmin qətnamədən Cavabdeh2 kassasiya şikayəti vermiş və kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Tətbiq edilən hüquq:
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 404-1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində k assasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir. 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. 407.4-cü maddəsinə əsasən kassasiya şikayətinə dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə edilməlidir. 408.1.3-cü maddəsinə əsasən isə kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə edilməmişsə, kassasiya şikayəti qaytarılmalıdır. 408.5-ci maddəsinə əsasən bu Məcəllənin 408.1.1—408.1.5 və 408.1.7-ci maddələrində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra, şikayəti verən şəxs yenidən ümumi qaydada kassasiya şikayə ti ilə müraciət edə bilər. 6. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən dövlət rüsumu - dövlət orqanları tərəfindən hakimiyyət səlahiyyətlərinin icrası zamanı göstərilən və hüquqi nəticələrin yaranmasına səbəb olan xidmətlərə və hüquqi hərəkətlərə görə (sənədlərin tərtibi, qeydiyyatı, razılıqların verilməsi və s.) ödənilən haqdır (ödənişdir). 8.1.3-cü maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda, 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu ödənilir. 8.6-cı maddəsinə əsasən apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu tutulur. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
7. Kassasiya şikayəti və iş materialları öyrənilərkən müəyyən olmuşdur ki, cavabdehin kassasiya şikayətinə görə qanunla müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumu ödənilməmişdir.
8. Belə ki, iş materiallarından müəyyən olunur ki, hazırkı iddia qiymətləndirilən olmaqla, ümumilikdə 3 ərizə üzrə tələb 60722,04 manat (DC00250811-04 saylı maliyyələşdirmə üzrə ərizəyə görə cəmi 7060,75 manat + DC00250811-05 saylı maliyyələşdirmə üzrə ərizəyə görə cəmi 5549,26 manat + DC00250811-07 saylı maliyyələşdirmə üzrə ərizəyə görə cəmi 48112,03 manat = 60722,04 manat) təşkil etmişdir.
9. Belə olan halda, “Dö vlət rüsumu haqqında” Qanunun 8.1.3 və 8.6-cı maddələrinin tələbinə uyğun olaraq kassasiya şikayətinin verilməsinə görə 136,08 manat məbləğində dövlət rüsumu ödənilməlidir.
10. Lakin, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən hazırki kassasiya şikayəti verilərkən, Qanunun bu maddələri pozulmuş və cəmi 117,60 manat dövlət rüsumu ödənilmişdir.
11. Qeyd olunanlara əsasən, kassasiya şikayətinə müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə edilmədiyinə görə icraata qəbul edilə bilməz. Odur ki, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
12. Məhkəmə kollegiyası həmçinin izah edir ki, Mülki Prosessual Məcəllənin 408.5-ci maddəsinə əsasən kassator hazırkı qərardadda qeyd olunan nö qsanları aradan qaldırıldıqdan sonra, ağlabatan müddətdə yenidən kassasiya şikayəti ilə məhkəməyə müraciət edə bilər.
13. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 408 və 411-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 11 iyun 2024-cü il tarixli, 22(103)-521/2024 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti qeyrimümkün hesab edilsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.