Məhkəmə qərarları › İş №2-2(102)-599/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-599/2023

06.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-599/2023 06.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “pul tələbi”nə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 7 iyul tarixli 2-2(103)-648/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. İddiaçı MMC ilə Cava bdeh MMC arasında bağlanmış 2020-ci il 1 sentyabr tarixli borc müqaviləsinə əsasən, borc verən İddiaçı MMC-nin direktoru Ezzati Hossein 20.000 manat məbləğində pul vəsaitini borc alan Cavabdeh MMC-nin direktoru Maraqlı şəxs verir. Borc alan borcu bu müqavilənin şərtləri əsasında və 1 il müddət ərzində geri qaytarmağı öhdəsinə götürmüşdür. Borc verən bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş məbləği hər ay 1.500 manat xeyr vermək şərtilə və 1 ildən sonra 20.000 manat tam qaytarmaq şərtilə verir. Borc alan aylıq 1.500 manatı nağd şəkildə həyata keçirəcək.

2. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 2020-ci il 19 sentyabr tarixli borc müqaviləsinə əsasən, borc verən İddiaçı MMC-nin direktoru Ezzati Hossein 23.000 manat məbləğində pul vəsaitini borc alan Cavabdeh MMC-nin direktoru Maraqlı şəxs verir. Borc alan borcu bu müqavilənin şərtləri əsasında və 1 il müddət ərzində geri qaytarmağı öhdəsinə götürmüşdür. Borc verən bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş məbləği hər ay 1.700 manat xeyr vermək şərtilə və 1 ildən sonra 23.000 manat tam qaytarmaq şərtilə verir. Borc alan aylıq 1.700 manatı nağd şəkildə həyata keçirəcək. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı (bundan sonra – “iddiaçı”) 2023-cü il 16 yanvar tarixində iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdehndən (bundan sonra – “cavabdeh”) iddiaçının xeyrinə 76.700 manat məbləğində pulun və ödənilmiş 320 manat məbləğində dövlət rüsumu pulunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdı r ki, İran İslam Respublikasının vətəndaşı Ezzati Hossein (bundan sonra – “E.Hossein”) 2015-ci ildən müvafiq icazə alaraq Bakı şəhərində yaşayır, sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Sədri olduğu cəmiyyət onun yaşadığı ünvanda fəaliyyət göstərir. O, cavabdeh stomatoloji klinikasında fəaliyyət göstərən stomatoloq-həkim Maraqlı şəxs (bundan sonra – “Maraqlı şəxs”) ilə özünün və həyat yoldaşının dişlərinin müalicəsi ilə əlaqədar tanış olmuş və aralarında yaxşı münasibətlər yaranmışdır. E.Hossein 2020-ci ilin avqust ayının sonlarında cavabdeh stomatoloji klinikasında olarkən Maraqlı şəxs ona klinikanın fəaliyyətini genişləndirmək üçün pula ehtiyacı olduğunu bildirib bir il müddətinə 20.000 manat borc pul istəmiş, hər ay gəlirdən ona 1.500 manat pul verəcəyini, sonda isə 20.000 manatı tam qa ytaracağını vəd etmişdir. E.Hossein həmin təklifə razılaşdıqdan sonra onlar razılaşmanın etibarlı olması üçün hər tərəfdən bir şahid olmaqla yazılı müqavilə tərtib etməklə rəsmiləşdirməyi qət etmiş və qeyd edilən şərtlərlə 2020-ci il 1 sentyabr tarixli borc müqaviləsi tərtib edilərək imzalamış, müqavilə iddiaçının və cavabdehin möhürü ilə təsdiq edilmişdir. Bir neçə gün sonra Maraqlı şəxs E.Hosseinə ondan aldığı pulun görəcəyi işlərə kifayət etmədiyini deyərək 1 il müddətinə daha 23.000 min manat borc pul istəmiş, həmin məbləğə görə 1 il müddətinə ona ayda 1.700 manat pul verəcəyini, sonda isə əsas məbləği qaytaracağını bildirmişdir. Onlar eyni qayda ilə hər tərəfdən bir şahid olmaqla 2020-ci il 19 sentyabr tarixli borc müqaviləsi tərtib etmiş, həmin müqavilə də iddiaçının və cavabdehin mö hürü ilə təsdiq edilmişdir. Maraqlı şəxs 2020-ci il 1 sentyabr tarixli müqavilə üzrə iki ay ayda 1.500 manat olmaqla cəmi 3.000 manat, 19 sentyabr 2020-ci il tarixli müqavilə üzrə bir ay 1.700 manat pul ödəmişdir. Ancaq sonrakı aylar o, ziyana düşdüyünü, çətinlik içində olduğunu, bu səbəbdən hər ay pul verə bilmədiyini deyərək, müqavilənin müddətinin başa çatdığı zaman həm aylar üzrə bütün borclarını, həm də iki müqavilə üzrə əsas borc olan 43.000 manat pulu tam ödəyəcəyini vəd etmişdir. Lakin hər iki müqavilənin müddətinin başa çatmasına baxmayaraq, Maraqlı şəxs 2021-ci il 1 sentyabr tarixli borc müqaviləsi üzrə 20.000 manat əsas borcu və 10 ay üçün ödəmədiyi 15.000 manat pulu, 2021-ci il 19 sentyabr tarixli müqavilə üzrə 23.000 manat əsas borcu, 11 ay üçün ödəmədiyi 18.700 manat pulu, iki müqavilə üzrə cəmi 76.700 manat pulu ödəməkdən imtina etmişdir.

5. İddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 430.1, 442, 739.1, 740-cı maddələrinə; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 4.1-ci maddəsinə istinad edilmişdir.

6. Cavabdeh 2023-cü il 16 fevral tarixində iddia ərizəsinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, tərəflər arasında bağlanmış müqavilələr üzrə cavabdehin həmin dövr üzrə direktor vəzifəsində işləyən Maraqlı şəxs öz qulluq mövqeindən sui-istifadə edərək, vəzifə səlahiyyətlərini aşaraq qəbul etdiyi pul vəsaitlərini şəxsən götürmüşdür və cavabdehin hesabına mədaxil etməmişdir. Belə ki, pul vəsaitlərinin cavabdehin hesabına mədaxil edilməsinə dair heç bir sənəd mövcud dey ildir. Müqavilədə göründüyü kimi, iddiaçı tərəfindən qarşı tərəfə hesab faktura təqdim edilməmişdir. Faktla əlaqədar DİN Yasamal rayon Polis İdarəsinin 27-cı Polis Bölməsində araşdırmalar aparılıb, A.Ağyev öz izahatında pul vəsaitlərini şəxsən özü götürdüyünü və cavabdehə aid olmadığını qeyd etmişdir. Bundan başqa, qeyd olunan müqavilələrdə “Mühasib” qrafasında imza saxtalaşdırılıb və “Elvin Ömərli” adı altında olan imza həmin şəxsə aid deyil. 27-ci Polis Bölməsi tərəfindən materiallar aidiyyəti üzrə araşdırılması üçün Yasamal Rayon Prokurorluğuna göndərilib və hazırda araşdırmalar davam edir.

7. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 18 aprel tarixli e-2-2(113)-868/2023 saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehdən 76.700 manat məbləğində pul, həmçinin mediasiya xərci və dövlət rü sumu kimi ödənilmiş 320 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim – E.Əliyev).

8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh arasında ilk öncə 2020-ci il 1 sentyabr tarixində borc müqaviləsi bağlanmış, qeyd olunan borc müqaviləsinə əsasən iddiaçı cavabdehə 20.000 manat məbləğində borc pul vermiş, bununla yanaşı cavabdeh 1 il ərzində qazandığı mənfəətdən hər ay 1.500 manat olmaqla iddiaçıya ödəməyi öz üzərinə öhdəlik olaraq götürsə də, 20.000 manat məbləğində borcunu ödəməmiş, həmçinin 1 il ərzində qazandığı mənfəətdən ödəməli olduğu pulun (hər ay 1.500 manat) yalnız 3.000 manatını ödəmiş, yerdə qalan 10 ay üçün nəzərdə tutulan 15.000 manat isə ödənilməmişdir. 2020-ci il 19 sentyabr tarixli borc müqaviləsinə əsasən, iddiaçı cavabdehə 23.000 manat məbləğində borc pul vermiş, bununla yanaşı cavabdeh 1 il ərzində qazandığı mənfəətdən hər ay 1.700 manat olmaqla iddiaçıya ödəməyi öz üzərinə öhdəlik olaraq götürsə də, 23.000 manat məbləğində borcunu ödəməmiş, həmçinin 1 il ərzində qazandığı mənfəətdən ödəməli olduğu pulun (hər ay 1.700 manat) yalnız 1.700 manatını ödəmiş, yerdə qalan 11 ay üçün nəzərdə tutulan 18.700 manat ödənilməmişdir.

9. Göründüyü kimi, cavabdeh 2020-ci il 1 sentyabr tarixli müqavilə üzrə 20.000 manat əsas borc və 15.000 manat qazanılan mənfəətdən ödəməli olduğu pul, cəmi 35.000 manat məbləğində borcunu, 2020-ci il 19 sentyabr tarixli müqavilə üzrə isə 23.000 manat əsas borc və 18.700 manat qazanılan mənfəətdən ödəməli olduğu pul, cəmi 41.700 manat məbləğində borcunu ödəməmiş, hər iki müqavilə üzrə isə ü mumilikdə 76.700 manat məbləğində borcunu ödəməmişdir. Odur ki, iddia 76.700 manat əsas borc hissəsində əsaslı olduğundan təmin edilməlidir.

10. Birinci instansiya məhkəməsi öz mövqeyini MM-in 739.1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.

11. Cavabdeh 2023-cü il 19 may tarixində apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 7 iyul tarixli 2-2(103)-648/2023 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – V.Baxışova, hakimlər – E.Kazımov və A.Hüseyn).

13. Apellyasiya instansiyası məhkəməsin in mövqeyinə görə, tərəflər arasında bağlanmış 2020-ci il 1 sentyabr tarixli borc müqaviləsinə əsasən, iddiaçı cavabdehə bir il ərzində qaytarmaq və ayda 1.500 manat faiz ödəmək şərti ilə 20.000 manat, 2020-ci il 19 sentyabr tarixli borc müqaviləsinə əsasən isə, bir il ərzində qaytarmaq və ayda 1.700 manat faiz ödəmək şərti ilə 23.000 manat məbləğində borc vermişdir.

14. Cavabdehin iddiaya etirazının və apellyasiya şikayətinin əsas dəlili ondan ibarət olmuşdur ki, cavabdehin direktoru olmuş Maraqlı şəxs iddiaçıdan aldığı borcu hüquqi şəxsin hesabına mədaxil etmədiyindən borc öhdəliyinə görə hüquqi şəxs deyil, əvvəlki direktor Maraqlı şəxs özü məsuliyyət daşıyır.

15. Bununla əlaqədar cavabdeh birinci instansiya məhkəməsinə Maraqlı şəxs Yasamal RPİ-nin 27-ci Polis Bölməsinə 2023-cü il 6 fevr al tarixində verdiyi izahatı təqdim etmişdir. Həmin izahatda Maraqlı şəxs iddiaçıdan aldığı borc pulu hüquqi şəxsin hesabına mədaxil etmədiyini göstərərək borcun şəxsən ona aid olduğunu, hüquqi şəxsə aid olmadığını bildirmişdir.

16. Məhkəmə apellyasiya şikayətini əsassız, iddianın təmin edilməsi barədə məhkəmənin iş üzrə gəldiyi nəticəni əsaslı hesab etmişdir. Belə ki, iddianın əsası kimi istinad edilmiş borc müqavilələrini Maraqlı şəxs öz adından deyil, cavabdeh cəmiyyətinin direktoru kimi imzaladığından və müqavilə cavabdehin möhürü ilə təsdiq edildiyindən Maraqlı şəxs izahatında nə göstərməsindən asılı olmayaraq borc müqavilələri üzrə tərəf, yəni borcalan cavabdeh hesab edilir və iddiaçı qarşısında borcun qaytarılması ilə bağlı öhdəliyi hüquqi şəxs daşıyır. Hüquqi şəxsin qanuni təmsilçi si olmuş hüquqi şəxsin adından nağd olaraq aldığı pul vəsaitini hüquqi şəxsin kassasına və ya hesabına mədaxil etməməsi MM-in 49-cu maddəsinə əsasən, cavabdehə əvvəlki direktora qarşı dəymiş zərərin ödənilməsi ilə bağlı iddia qaldırmaq hüququ versə də, bu hal iddiaçı qarşısında borc müqaviləsi üzrə öhdəliyin icrasından imtina etmək üçün əsas deyil.

17. Eyni zamanda, birinci instansiya məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan hər hansı prosessual pozuntuya yol verilməmişdir. Məhkəmə baxışı iclasının təxirə salınması barədə cavabdehin vəkili və nümayəndəsinin 2023-cü il 18 aprel tarixində elektron kabinet vasitəsilə təqdim etdiyi vəsatətə üzürlü səbəb barədə sübut əlavə edilmədiyindən məhkəmə tərəfindən təmin edilməməsi pozuntu hesab edilə bilməz. Elektron işdən görünür ki, nümayəndə və vəkil məhkəmə iclaslarının təxirə salınması barədə 2023-cü il 9 mart - 3 aprel tarixlərində də vəsatətlər təqdim etmiş, məhkəmə bu vəsatətləri təmin edərək iclasları təxirə salmış, cavabdehə öz müdafiəsini təşkil etmək üçün kifayət qədər imkan yaradılmışdır.

18. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-nin 49.1, 49.2, 49.3, 49.4, 49.5, 385.1, 739.1, 739.2, 740.2, 741-ci maddələrinə; MPM-in 78.1-ci istinad etməklə əsaslandırmışdır.

19. Həmin qətnamə 2023-cü il 14 iyul tarixində tərəflərin elektron kabinetində yerləşdirilmişdir.

20. Cavabdeh 2023-cü il 22 avqust tarixində kassasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilərək işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəl illəri a) Kassasiya şikayətinin dəlilləri

21. MM-in 390.1-ci maddəsi üzrə – 2020-ci il 1 və 19 sentyabr tarixli müqavilələrə əsasən, iddiaçı və Maraqlı şəxs özlərini şirkət rəhbəri kimi göstərərək müqaviləni imzalasalar da, müqavilə ümumilikdə hüquqi şəxslərin deyil, həmin şirkət rəhbərlərinin fiziki şəxs kimi maraq və mənafelərinə uyğun, onların özlərinin gələcəkdə əldə edəcəkləri mənfəətlə bağlı olmuşdur. Maraqlı şəxs belə bir müqavilə bağlanılması tapşırılmamış, həmçinin bu müqaviləni bağlaması barədə də hüquqi şəxsin rəhbərliyinə məlumat verməmişdir. Həmin müqavilələrin predmeti hissəsindəki 1.1-ci bəndində açıq-aydın qeyd olunmuşdur ki, borc verən iddiaçı deyil, məhz fiziki şəxs olaraq E.Hossein və həmin müqavilədə borc verilən məbləğin də borc verən E.Hosseinə deyil, onun rəhbəli o lduğu iddiaçı cəmiyyətə aid olması heç bir sübut növü ilə təsdiq edilməmişdir. Həmçinin borc alan kimi də cavabdeh deyil, fiziki şəxs kimi Maraqlı şəxs göstərilmişdir. Həmin bənddə qeyd olunmuşdur ki, borc qaytarmaq və iş görmək şərtilə verilmişdir. Göründüyü kimi, tərəflər şəxsi məqsədlərlə öz aralarında borc müqavilələri bağlamışlar və həmin müqavilələri formal olaraq öz təmsil etdikləri hüquqi şəxslərin adlarından tərtib edərək təsdiq etsələr də, müqavilənin predmeti olan borc məbləğinin nə borc verən iddiaçının bank hesabından çıxarılması, nə də borc alan cavabdehin bank hesabına mədaxil olması barədə hər hansı dəlil və sübutla təsdiq olunmuşdur. Bu faktlar məhkəmələr tərəfindən də araşdırılmamış və hüquqi qiymət verilməmişdir. Yəni, müqavilə predmetini təşkil edən pul vəsaiti iddiaçıy a deyil, fiziki şəxs kimi E.Hosseinə məxsus pul vəsaiti olmuş və həmin vəsait də fiziki şəxs kimi Maraqlı şəxs tərəfindən qəbul olunmuşdur. Belə halda isə müqavilələrin məhz hüquqi şəxslər arasında bağlanan müqavilə kimi qiymətləndirilməsi MM-nin 404-cü maddəsinin tələbləri baxımından əsassız və işin faktiki hallarına uyğun deyildir.

22. MM-in 404.1, 404.2 və 404.4-cü maddələri üzrə – Cavabdehin rəhbərliyinin ərizəsi əsasında Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PB-nə borc alan Maraqlı şəxs verdiyi 2023-cü il 6 fevral tarixli izahatında açıq şəkildə göstərilmişdir ki, E.Hossein ona başqa, yəni cavabdeh cəmiyyətinə aid olmayan stomotoloji klinika qurmağı təklif etmiş və bu işdə ona özünün tanışlarının köməklik edəcəklərini, ucuz qiymətə tibbi avadanlıqlar ala biləcəklərini demiş, o da E.Hossei nin təklifi ilə razılaşıb ondan cəmi 43.000 manat pulu əlbəəl nəqd şəkildə almış, həmin pulu tibbi avadanlıq alması üçün E.Hosseinin tanışları olan iran vətəndaşına vermiş, sonradan həmin şəxsi tapa bilməmişdir. Yəni, Maraqlı şəxs borcu cavabdeh üçün deyil, öz şəxsi işləri ilə bağlı almışdır. Buna baxmayaraq, aldığı 43.000 manat puldan 14.300 manat pulu E.Hosseinin tapşırığına əsasən onun arvadı Ezzati Nahidinin bank hesabına köçürmüşdür. Ona görə də hər iki müqavilə üzrə cəmi 31.000 manat onun borcu qalmışdır. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilənin giriş hissəsində tərəflər özlərini hüquqi şəxsin rəhbəri kimi təqdim etmişdir, sonda da hüquqi şəxsin möhürü ilə müqaviləni təsdiq etsələr də, həmin müqavilələrin məzmunu iki nəfər fiziki şəxs arasında şəxsi istifadələri üçün b ağlanmış borc münasibətlərinin olduğunu təsdiq etmişdir. Qətnaməyə əsasən, nə birinci, nə də apellyasiya instansiyası məhkəmələri ümumiyyətlə Maraqlı şəxs məhkəmədə iştirakını təmin etmiş, hazırkı mübahisəyə onun münasibətini aydınlaşdırmışdır. Apellyasiya məhkəməsi mübahisə olunan müqavilələri Maraqlı şəxs öz adından deyil, cavabdeh cəmiyyətin rəhbəri kimi imzaladığı qənaətinə gələrkən qətnamədə istinad etdiyi MM-in 49.2-ci maddəsinin tələblərini MM-in 404-cü maddəsinin tələbləri ilə müqayisəli şəkildə araşdırmamış və onlara həmin maddələrin tələblərinə uyğun hüquqi qiymət verməmiş, bununla da maddi hüquq normasının təfsirində kobud səhvə yol vermişdir.

23. MM-in 560.1, 560.2 və 560.3.4-cü maddələri üzrə – Məhkəmələr Maraqlı şəxs ilə cavabdeh, həmçinn Maraqlı şəxs ilə iddiaçı arasındakı m ünasibətləri, iddiaçı ilə Maraqlı şəxs mübahisəli müqavilələri hansı məqsədlə bağladıqları və onların əsl niyyətlərinin nə olduğunu aydınlaşdırmamışlar. Maraqlı şəxs ona olan güvən və etibardan istifadə etməklə bağladığı bu müqavilə, etdiyi hərəkət nəticəsində cavabdehə maddi zərər vurulmuşdur. İddiaçı və Maraqlı şəxs bu hərəkətlərinin MM-in 560-cı maddəsinin tələbləri baxımından yoxlanılmamış və məhkəmələr tərəfindən buna hüquqi qiymət verilməmişdir.

24. MM-in 739.2-ci maddəsi üzrə – Apellyasiya instansiyası məhkəməsi qeyd olunan maddənin normasını qətnamədə tam təfsir etməmiş, maddənin yalnız birinci cümləsinə münasibətini bildirmiş, iddiaçının müstəqil borc pul verməklə məşğul olan şəxs kimi kredit verilməsi haqqında qanunun müddəalarına əməl edib etməməsinə ümumiyyətlə münasibət bildir məmişdir. Eyni zamanda, məhkəmə MM-in 741-ci maddəsinin tətələblərini MM-in 739.2-ci maddəsinin tələbləri ilə müqayisəli təhlil etməmiş və iddiaçının borc pul verən fiziki və ya hüquqi şəxs kimi hərəkətlərinə bu maddələrin tələblərinə uyğun hüquqi qiymət verməmişdir.

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 sentyabr tarixli qərarının “Vergi ödəyicilərində nağd pul vəsaitinin uçotu və kassa əməliyyatlarının aparılması Qaydası”nın təsdiq edilməsi haqqında 2.2-2.3-cü bəndləri üzrə – iş materiallarına əsasən, müqavilə predmeti olan pul vəsaitinin nə borc verən, nə də ki, borc alan hüquqi şəxs tərəfindən qeyd olunan qaydanın tələblərinə əməl edilməklə kassa mədaxil və kassa məxaric orderləri ilə hüquqi şəxslərin hesabından çıxarılması və ya mədaxil edilməsi faktı təsdiq edilmişdir. Bundan başqa, Maraqlı şəxs verdiyi izahatlarında göstərmişdir ki, mübahisə olunan müqavilələrdəki pul məbləğini öz şəxsi işləri ilə bağlı almış və ehtiyaclarına xərcləmişdir. Həmin müqavilələr üzrə borcundan isə ümumilikdə 14.300 manat pulu şəxsən E.Hosseinə və onun göstərişi ilə arvadının bank hesabına köçürmüşdür. Bu faktın özü də müqavilənin həm məzmununun, həm də tərəflər arasındakı bütün digər münasibətlərin hüquqi şəxslər arasında deyil, məhz fiziki şəxslər arasındakı borc münasibətlərinin tənzimlənməsi ilə bağlanıldığını göstərir.

26. MM-in 385.1-ci maddəsi üzrə – Nə iddiaçı tərəfindən hüquqi şəxsin hesablaşma hesabından pulun çıxması, nə də cavabdeh tərəfindən hüquqi şəxsin hesablaşma hesabına pulun mədaxil edilməsi ilə bağlı məhkəməyə sübut təqdim olunmuşdur. Belə olan halda cavabdeh hüquqi şəxsin borc müqaviləsi üzrə öhdəliyinin yaranması, iddiaçının isə pulu tələb etmək hüququ istisna edilir. İşə baxan apellyasiya instansiya məhkəməsi borc müqavilələri üzrə verilən pul vəsaitinin hüquqi şəxs olan iddiaçının hesablaşma hesabından çıxmasını, çıxan pulun isə cavabdehin hesablaşma hesabına daxil olması ilə bağlı hər hansı araşdırma aparmamışdır. İddiaçı tərəfindən bununla bağlı sübutlar təqdim olunmadığı halda iddianın təmin olunması barədə nəticəyə gəlinmişdir. Cavabdehin borc müqavilələri üzrə subyektiv cavabdehliyi olmadığı üçün iddiaçının irəli sürdüyü tələbin qanuni əsası yoxdur. İşə baxan apellyasiya instansiya məhkəməsi tələbin qanuni əsası ilə bağlı düzgün nəticəyə gəlməmiş və cavabdehin borc müqaviləsi üzrə öhdəliyinin yaranması üçün əsaslar olma dığı halda, onun üzərinə əsassız olaraq pulun qaytarılması öhdəliyinin qoyulması barədə qətnamə qəbul etmişdir.

27. MPM-in 8.1-ci maddəsi üzrə – Məhkəmələr tərəfindən istinad olunan maddi hüquq normaları natamam tətbiq edilmiş, düzgün təfsir olunmamışdır. Yəni, məhkəmələr mövcud mübahisəyə tətbiq etdikləri maddi hüquq normasının tam mətnini deyil, yaxşı halda həmin normanın bir və ya iki cümləsini qətnamədə qeyd etməklə kifayətlənmiş, həmin maddi hüquq normasının digər maddi norma ilə əlaqəli, müqayisəli təhlili tələb olunduğu halda, məhkəmələr bu tələblərə əməl etməmişlər. Həmçinin məhkəmələr cavabdehin əsassız iddialardan müdafiə edilməli olması ilə bağlı yerli və beynəlxalq qanunvericiliyin tələb və göstərişlərinə əməl etməmiş, bununla da, hamının qanun qarşısında bərabərliyi prinsipini pozmuşlar.

28. MPM-in 9.1-ci maddəsi üzrə – İddia tələbinə əsasən, iddia cavabdehə və üçüncü şəxsə qarşı verilmişdir. Məhkəmələr isə üçüncü şəxs Maraqlı şəxs məhkəmədə iştirakını təmin etməmişlər və ümumiyyətlə qətnamələrdə üçüncü şəxslə bağlı hər hansı mövqe bildirilməmişdir. Hansı ki, üçüncü şəxslə bağlı dəlil və sübutlar məhkəməyə təqdim olunmuş və mübahisə olunan müqavilələrin məhz üçüncü şəxs Maraqlı şəxs fiziki şəxs olaraq öz maraq və mənafeləri ilə bağlı olduğu onun tərəfindən etiraf olunmuşdur. Bundan başqa, təqdim olunan dəlil və sübutlarla, ən azından, Maraqlı şəxs tərəfindən iddiaçıya 14.300 manat borcun qaytarılması qeyd olunsa da, məhkəmə buna hüquqi qiymət verməmişdir. Qeyd olunan bu hallar həm birinci, həm də apellyasiya instansiyası məhkəməsində məhkəmənin nəzərinə çatdırı lmaqla, üçüncü şəxsin iştirakının təmin edilməsi və qanunun tələblərinə uyğun olaraq tərəflər arasında bərabərlik və çəkişmə prinsipinin təmin edilərək bu ziddiyyətlərə aydınlıq gətirilməsi tələb olunsa da, məhkəmələr qanunun bu tələblərinə əməl etməmişlər.

29. MPM-in 14.1-ci maddəsi üzrə – Maraqlı şəxs məhkəmədə iştirakı təmin edilməmiş, onun yuxarıda qeyd olunan izahatında göstərilən hallar və qüvvədə olan məhkəmə aktlarındakı izahatlarında göstərdiyi hallar MPM-in 82-ci maddəsinin tələblərinə uyğun olaraq hazırkı mübahisə üzrə preyudisial əhəmiyyət kəsb etdiyi halda məhkəmələr tərəfindən nəzərə alınmamışdır.

30. MPM-in 88-ci maddəsi üzrə – Məhkəmələr iddianı əsaslı hesab edərkən yalnız iddiaçı tərəfin dəlil və sübutlarını, yəni mübahisə olunan müqavilələri əsas götürmüş, cavabdeh tərə fin təqdim etdiyi dəlil və sübutları, həmçinin əsaslandığı halları nəzərə almamış və ümumiyyətlə cavabdeh tərəfin dəlillərinin təkzib edilməsi ilə bağlı qətnamənin əsaslandırıcı hissəsində konkret və tam olaraq maddi normaya istinad edilməmişdir. Bununla da məhkəmələr işə obyektiv, qərəzsiz və hərtərəfli baxılması barədə prosessual qanunvericiliyin tələblərinə əməl etməmişdilər. Borc müqaviləsi üzrə verilən pul vəsaitinin iddiaçı hüquqi şəxsə məxsus olması, həmçinin borca verilən pul vəsaitinin cavabdeh hüquqi şəxsə daxil olması ilə bağlı iddiaçı tərəfindən hər hansı sübut təqdim olunmamışdır. Cavabdeh hüquqi şəxsin keçmiş təmsilçisinin pulun nağd şəkildə iddiaçı hüquqi şəxsin təmsilçisindən alması faktı, cavabdeh hüquqi şəxs üçün o halda öhdəlik yarada bilərdi ki, həmin pul vəsaiti hüquqi şəxsin hesablaşma hesabına mədaxil olsun, yaxud digər buna əsas olan sənəd əsasında qəbul edilsin. Belə bir sübut ümumiyyətlə mövcud deyil və məhkəməyə təqdim olunmamışdır. Digər tərəfdən, müqavilələrdən də göründüyü kimi, pul bir fizki şəxsdən digər fiziki şəxsə verilmişdir. Pulun hər hansı mədaxil və ya məxaric sənədi əsasında verilməsi müqavilələrlə müəyyən edilməmişdir. Eyni zamanda, pulun bir hissəsi qaytarılarkən iddiaçı hüquqi şəxsin qanuni nümayəndəsinin tapşırığına əsasən onun arvadının şəxsi hesabına göndərilmişdir. Bu hal da onu təsdiq etmişdir ki, borc münasibətləri hüquqi şəxslər arasında deyil, fiziki şəxslər arasında olmuşdur. İşin bu faktiki halı da apellyasiya instansiya məhkəməsi tərəfindən işə baxılarkən nəzərə alınmamışdır.

31. MPM-in 217.1-ci maddəsi üzrə – İstər biri nci, istərsə də apellyasiya instansiyası məhkəməsinin qətnamələri tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Ona görə də qətnamə qanunsuz və əsassız hesab edilməlidir.

32. MPM-in 220.1 və 220.3-cü maddələri üzrə – Məhkəmə, iddiaçı və Maraqlı şəxs hüquqdan sui-istifadə etməklə fiziki şəxslər kimi öz şəxsi mənafeləri ilə bağlı olan müqavilələrə istinad etməklə yalnız subeyktiv mülahizələrinə, həmçinin iddiaçının ehtimal və fərziyyələrinə əsaslanmaqla qanunsuz və əsassız qərar qəbul etmişdir. Həmçinin qətnamə MPM-in 220-ci maddəsinin tələblərinə uyğun tərtib edilməmiş, qətnamənin əsaslandırıcı hissəsi yalnız təsviri hissənin təkrarlanmasından ibarətdir ki, bu da prosessual qanunvericiliyin qeyd olunan normasının tələblərinin pozulması deməkdir.

33. MPM-in 418.1-ci maddə si üzrə – Qətnamə maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq olunmaması ilə çıxarılmışdır.

34. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 nömrəli qərarı üzrə – Qeyd olunan müqavilələr hüquqi şəxs olaraq cavabdeh və iddiaçının nə birlikdə, nə də onların bağlı olduqları digər sahibkarlıq subyektinin fəaliyyəti ilə bağlı olmuşdur. Həmin müqavilə E.Hossein və Maraqlı şəxs arasındakı şəxsi maraq və mənafelərlə bağlı olan bir müqavilədir. Odur ki, məhkəmənin iş üzrə məhkəmə aidiyyətinin pozulması ilə bağlı gəldiyi nəticə əsassızdır.

35. İş üzrə qəbul olunmuş məhkəmə aktlarına əsasən, məhkəmələr işə birtərəfli və qeyri-obyektiv yanaşmış, yalnız iddiaçı tərəfin kifayət qədər mötəbər olmayan, əsaslı şübhələrdən kənar olmayan dəlil və sübutlarını əsas götürmüşlər və bu zaman cavabdeh tərəfin əsassız iddialardan müdafiə olunmaq hüququnu təmin etməmişlər.

36. Məhkəmə aktlarına əsasən, məhkəmələr qəbul etdikləri qətnamələrdə iddianın əsaslı olması barədə istinad etdikləri dəlil və sübutlar kifayət qədər ziddiyyətli və mötəbər faktlara əsaslanmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

37. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri

38. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuni liyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

39. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

40. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

49. Hüquqi şəxsin orqanları 49.1. Hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstə rən öz orqanları vasitəsilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər. Hüquqi şəxsin orqanlarının seçilməsi və ya təyin edilməsi qaydası, müvafiq olaraq, nizamnamə, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” və “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyənləşdirilir. 49.2. Hüquqi şəxs öz iştirakçıları, habelə təmsilçiləri vasitəsilə mülki hüquqlar əldə edə bilər və öhdəsinə mülki vəzifələr götürə bilər. 49.3. Hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, p eşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Hüquqi şəxsin nizamnamə kapitalında ən azı 5 faiz paya (səhmə) malik olan iştirakçısının (iştirakçılarının) tələbi ilə o, vəzifələrini pozduğu halda, pozuntu nəticəsində hüquqi şəxsə dəymiş zərərin əvəzini ödəməlidir. 49.4. Hüquqi şəxsin mənafeləri üçün bu Məcəllə ilə müəyyən edilən vəzifələrini yerinə yetirməyən və ya lazımınca yerinə yetirməyən hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanların da (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs hüquqi şəxsə və ya səhmdara (payçıya) dəyən zərərə görə aşağıdakı hallarda məsuliyyət daşıyır: 49.4.1. hüquqi şəxsin zərərlə işlədiyi halda və ya hüquqi şəxsin mənfəətinə qeyrimütənasib həcmdə hüquqi şəxsin idarəetmə orqanlarının üzvlərinə bonusların ödənilməsi; 49.4.2. hüquqi şəxsin əmlakının bazar şərtlərindən əhəmiyyətli dərəcədə aşağı şərtlərlə və qiymətlə özgəninkiləşdirilməsi və ya istifadəyə verilməsi; 49.4.3. hüquqi şəxsə aidiyyəti olan şəxslərlə qanunun tələblərini pozan və ya hüquqi şəxsin maraqlarına təhlükə yaradan müqavilələrin bağlanması; 49.4.4. hüquqi şəxsin bağlanmış müqavilələr əsasında malları (işləri, xidmətləri) onların real dəyərindən əhəmiyyətli dərəcədə yuxarı qiymətə satın alması; 49.4.5. özü üçün, hüquqi şəxsə aidiyyəti olan şəxslər və ya digər şəxslər üçün maddi və qeyri-maddi əmlak nemətləri və bu cür əmlaka hüquqların təmin edilməsi məqsədi ilə hüquqi şəxsin əmlakının mənimsənilməsi və ya israf edilməsi; 49.4.6. səhmdarlara (payçılara) münasibətdə ədalətsiz və ya onlara ziyan vuran əqdlərin bağlanması. 49.5. Hüquqi şəxsin adından çıxış edən, hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs hüquqi şəxsə vurulmuş zərərə görə hüquqi şəxsin ümumi yığıncağının qərarı ilə tutduğu vəzifədən kənarlaşdırıla bilər. Hüquqi şəxsə vurulmuş zərərə görə hüquqi şəxsin adından çıxış edən şəxsin, hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxsin inzibati və ya ci nayət məsuliyyətinə cəlb edilməsi onu hüquqi şəxsə dəymiş zərərin ödənilməsi vəzifəsindən azad etmir “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

739. Borc müqaviləsinin anlayışı və forması 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarm ağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır....” “Maddə

740. Borc müqaviləsi üzrə faizlər... 740.2. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir....” “Maddə

741. Borc vermək və almaq öhdəliyinin birtərəfli ləğvi 741.1. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcalanın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi və ya borcalanın borcverənə hər hansı yanlış məlumat verməsi səbəbindən borcun vaxtında qaytarılmayacağı açıq-aşkar bəlli olduqda, yaxud borcalan borcun veril məsi üçün borc müqaviləsində nəzərdə tutulmuş öhdəliyini icra etmədikdə, o cümlədən təminat təqdim etmədikdə, borcverən borc vermək öhdəliyini tam və ya qismən icra etməkdən birtərəfli qaydada imtina edə bilər. 741.2. Borcalan borc müqaviləsi predmeti ona verilənədək borcun alınmasından tam və ya qismən birtərəfli qaydada imtina edə bilər.”

41. Azərbaycan Respublikası Mülki Prosessual müddəalarında aşağıdakılar nəzərdə tutulur: Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkə mə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edi lmiş qüvvəsi yoxdur.”...” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə

407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər... 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlay ır....” Kassasiya instansiyası məhkəmənin mövqeyi

42. İddiaçı cavabdehdən borc müqavilələri üzrə 76.700 manat məbləğində pulun tutulmasını xahiş etmiş, iddia təmin olunmuş, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlamışdır.

43. Apellyasiya instasniyası məhkəməsinin işin mahiyyəti üzrə gəldiyi nəticə ondan ibarət olmuşdur ki, iddianın əsası kimi istinad edilmiş borc müqavilələrini Maraqlı şəxs öz adından deyil, cavabdehin direktoru kimi imzaladığından və müqavilə cavabdehin möhürü ilə təsdiq edildiyindən Maraqlı şəxs izahatında nə göstərməsindən asılı olmayaraq borc müqavilələri üzrə tərəf, yəni borcalan cavabdeh hesab edilir və iddiaçı qarşısında borcun qaytarılması ilə bağlı öhdəliyi hüquqi şəxs daşıyır. Hüquqi şəxsin qanuni təmsilçisi ol muş şəxsin hüquqi şəxsin adından nağd olaraq aldığı pul vəsaitini hüquqi şəxsin kassasına və ya hesabına mədaxil etməməsi MM-in 49-cu maddəsinə əsasən cavabdehə əvvəlki direktora qarşı dəymiş zərərin ödənilməsi ilə bağlı iddia qaldırmaq hüququ versə də, bu hal iddiaçı qarşısında borc müqaviləsi üzrə öhdəliyin icrasından imtina etmək üçün əsas deyil.

44. Məhkəmə kollegiyası aşağıdakı səbəblərdən kassasiya şikayətinin müvafiq dəlillərini əsassız hesab edərək apellyasiya instansiyası məhkəməsinin həmin mövqeyi ilə razılaşır.

45. İşdən məlum olur ki, mübahisəli mübaqavilələr bağlanarkən Maraqlı şəxs cavabdeh cəmiyyətin direktoru vəzifəsini tutmuş, müqavilələri öz adından deyil, direktoru olduğu MMC-nin adından imzlamaış və müqavilələr həmin MMC-nin möhürü ilə rəsmiləşdirilmişdir.

46. İşgüzar dövriyyədə uzun illərdir formalaşmış təcrübəyə əsasən, hüquqi şəxslərin blank olmayan xarici sənədlərində, o cümlədən tərəfdaşlarla qarşılıqlı tərtib olunan çoxtərəfli sənədlərin (müqavilələr, aktlar və s.) üzərində, bir qayda olaraq, bu sənədə daha da rəsmi və mötəbər xarakter verilməsi, sənədi imzalayan şəxsin imzasının həqiqiliyinin təsdiqi üçün müvafiq vəzifəli şəxslərin, əməkdaşların imzalarının çəkilməsi ilə yanaşı, hüquqi şəxslərin möhürləri də vurulur. Möhürlər adətən hüquqi şəxslərin konkret rəhbər vəzifəli şəxslərinə, yaxud maddi məsul şəxslərinə təhkim olunur.

47. Bu mənada, məhkəmə kollegiyasınin qənaəti belədir ki, hazırkı işdə mübahisə predmeti olan müqavilələrin üzərində MMC-nin direktorunun imzası ilə yanaşı, möhürünün də vurulması cavabdeh cəmiyyətin rəhbərliyinin həmin m üqavilələrdən məlumatlı olmasının, sənədlərdə göstərilənlərə etirazının olmadığının, habelə cavabdehin adından müqavilələri imzalamış şəxsin səlahiyyətini təsdiq etdiyinin göstəricisi kimi qəbul olunmalıdır.

48. MM-in 49.2 və 49.3-cü maddələrinin (bax bu qərarın 40-cı bəndinə) məzmununa görə, hüquqi şəxs öz təmsilçiləri vasitəsilə mülki hüquqlar əldə edə bilər və öhdəsinə mülki vəzifələr götürə bilər. Hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqla rından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Hüquqi şəxsin nizamnamə kapitalında ən azı 5 faiz paya (səhmə) malik olan iştirakçısının (iştirakçılarının) tələbi ilə o, vəzifələrini pozduğu halda, pozuntu nəticəsində hüquqi şəxsə dəymiş zərərin əvəzini ödəməlidir.

49. Həmin normalardan göründüyü kimi, cavabdeh MMC mübahisəli müavilələrin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzini həmin dövrdə MMC-nin direktoru olmuş Maraqlı şəxs tam həcmdə tələb etmək hüququnu özündə saxlayır. Lakin bu, hazırda cavabdeh MMC-nin, Maraqlı şəxs direktor kimi imzaladığı və hüquqi şəxsin möhürü ilə rəsmiləşdirdiyi mübahisəli müqavilələ lər üzrə MM-in 739.1 və 741-ci maddələrinə (bax bu qərarın 40-cı bəndinə) uyğun olaraq, cavabdehin adından yaranmış borc öhdəliklərinin icrasından azad edilməsi üçün əsas ola bilməz.

50. Kassatorun borc pulun verilməsi və alınmasına dair iddiaçı və cavabdeh cəmiyyətlərin məxaric-mədaxil orderlərinin, digər təsdiqedici sənədlərinin mövcud olmamasına dair dəlillərinə gəldikdə, məhkəmə kollegiyası hesab edir ki, həmin sənədlərin tərtib olunmaması, yaxud mühasibat uçotu və vergi qanunvericiliyinin hər hansı formada pozulması mülki hüquqi ədq olan borc müqavilələri üzrə öhdəliklərin mövcud olmadığına və ya onların etibarsızlığına dəlalət etmir.

51. Eyni zamanda, kassatorun öz dəlillərində istinad etdiyi, müqavilələr üzrə borcdan ümumilikdə 14.300 manat pulun Maraqlı şəxs tərəfindən E.Hosseinə v ə onun göstərişi ilə arvadının bank hesabına köçürülməsinə dair dəlillərlə bağlı isə məhkəmə kollegiyası bildirir ki, həmin dəlillər aşağı instansiyası məhkəmələrinə bildirilmədiyindən və həmin məhkəmələrdə müzakirə predmeti olmadığından bilavasitə işin faktiki hallarına aiddir, bu səbəbdən də hazırkı kassasiya baxışı mərhələsində onlara istinad olunması MPM-in 407.2-ci maddəsinin (bax bu qərarın 41-ci bəndinə) tələblərinə əsasən, yolverilməzdir.

52. Üçüncü şəxs Maraqlı şəxs məhkəmədə iştirakının təmin edilməməsinə dair dəlil də əsassızdır və hazırkı mübahisənin nəticəsinə bilavasitə təsir etmir. Belə ki, əvvəla, apellyasiya instansiyası məhkəməsi tərəfindən Maraqlı şəxs məhkəmə iclasında iştirakının təmin edilməsi üçün prosessual qanunla müəyyən edilən tədbirlər görülmüş, Maraqlı şəxs q eydiyyatda olduğu ünvana məhkəmə bildirişi göndərilmiş (onun “Elektron Məhkəmə” informasiya sistemində elektron kabineti yoxdur), habelə Maraqlı şəxs işdə olan mobil telefon nömrəsinə SMS bildiriş göndərilmişdir (i/v 63-64, 68). Digər tərəfdən, mübahisəli borc müqavilələrinin Maraqlı şəxs öz adından deyil, cavabdeh MMC-nin direktoru kimi imzalanması və cavabdeh MMC-nin möhürü ilə rəsmiləşdilməsi istənilən halda mübahisəsiz xarakter daşıyır və bu səbəbdən də, yuxarıda şərh olunduğu kimi, hazırkı proses çərçivəsində həmin müavilələrdən yaranan öhdəliklərin icrasına görə Maraqlı şəxs deyil, bilavasitə cavabdeh məsuliyyət daşıyır.

53. Kassatorun digər dəlili ondan ibarətdir ki, məhkəmə MM-in 739.2-ci maddəsini qətnamədə tam təfsir etməmiş, maddənin yalnız birinci cümləsinə münasibət bildirmiş, iddiaçının müstəqil borc pul verməklə məşğul olan şəxs kimi kredit verilməsi haqqında qanunun müddəalarına əməl edib-etməməsinə ümumiyyətlə münasibət bildirməmişdir.

54. Halbuki MM-in 739.2-ci maddəsinin ikinci cümləsinin zamana görə qüvvədə olan redaksiyası ümumiyyətlə müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər tərəfindən peşəkarlıq qaydasında kreditlər verilməsi ilə bağlı idi (“739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.”). Lakin nə əvvəllər, nə də Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 822-VİQD nömrəli Qanunla MM-in müvafi q normaların əlavə və dəyişikliklər edildikdən sonra hüquqi şəxslər tərəfindən qeyri-müstəqil peşə fəaliyyəti şəklində pul borc verilməsi qadağan olunmamışdır. Sözügedən əlavə və dəyişikliklərdən sonra isə, yəni MM-in hazırda qüvvədə olan redaksiyasında borc və kredit müqavilələri ümumiyyətlə ayrı-ayrı normalarla, yəni borc müaviləsi 739-742-ci maddələrlə, kredit müqaviləsi isə 743-745-ci maddələrlə tənzimlənir. O da qeyd olunmalıdır ki, yalnız kredit müqaviləsində deyil, borc müqaviləsinin özündə də faizlərin alınmasına dair öhdəliklər müəyyən edilə bilməsi qanunda nəzərdə tutulmuşdur.

55. Nəhayət kassator hesab edir ki, Maraqlı şəxs qüvvədə olan məhkəmə aktlarındakı izahatlarında göstərdiyi hallar hazırkı mübahisə üzrə preyudisial əhəmiyyət kəsb etdiyi halda məhkəmələr tərəfindən nəzərə alınmamışdır.

56. Halbuki iş materiallarında hazırkı mübahisə üzrə preyudisial əhəmiyyət kəsb edən hər hansı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ümumiyyətlə mövcud deyildir.

57. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, işdə olan sübutları qiymətləndirərkən MPM-in 88-ci maddəsinin (bax bu qərarın 41-ci bəndinə) tələblərinə əməl etmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1-ci maddəsinə (bax bu qərarın 41ci bəndinə) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.

58. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 7 iyul tarixli 2-2(103)- 648/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

59. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 7 iyul tarixli 22(103)-648/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar