Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-6/2019 08.01.2019 ALİ MƏHKƏMƏ GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), X1, Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, iddiaçının vəkili X2, cavabdehin nümayəndəsi X3 və vəkili Vəkil1, üçüncü şəxsin nümayəndəsi X4 iştirakı ilə İddiaçı ləğv prosesində olan «xxxx» Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs «xxxx» Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2 -2(103)-449/2018 saylı iş üzrə 16 avqust 2018-ci il tarixli qətnaməsindən cavabdeh və üçüncü şəxs tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə əsasən işə Ali Məhkəmənin binasında 08 yanvar 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ Borc verən «xxxx» ASC ilə borc alan Cavabdeh arasında 10 iyul 2012-ci il tarixli 127292/072012 saylı Təminatlı bərpa olunan kredit xətti müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən borc verən borc alana 600.000 AZN məbləğdə (kredit məbləği) 12 ay müddətinə illik 14 faizlə kredit xətti verməyi, borc alan isə kredit məbləğini qəbul etməyi, kredit məbləğini və ona hesablanmış faizləri bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və müddətdə geri qaytarmağı öhdəsinə götürür. Sonradan tə rəflər aralarında müvafiq razılaşma imzalamaqla müqavilənin müddətini 24.07.2015-ci il tarixədək uzatmışlar. Bankın bildirdiyinə görə müqavilə müddətinin bitdiyi 24.07.2015-ci il tarixə qalıq əsas borcun məbləği 596,275 manat, faiz borcunun məbləği isə 695,65 manat olmuşdur. Həmin öhdəliyin təminatı məqsədilə «xxxx» ASC, Cavabdeh və «xxxx» ASC arasında 25 iyul 2014-cü il tarixli 1-27292/072012 saylı depozit girov müqaviləsi bağlanmışdır. Müqavilənin: 1.1-ci bəndinə görə, 25 iyul 2014-cü il tarixli 1-27292/072012 saylı kredit məbləği 600.000 manat məbləğində olan kredit müqaviləsi üzrə qalıq borcu 596.966,33 manat, borc alanın öhdəliklərinin icra olunmasının təmin olunmasının təminatı üsulu kimi girov qoyan 23 iyul 2014-cü il tarixli Bank əmanət müqaviləsi üzrə «xxxx» ASC-nin 1-17799-12 s aylı əmanət hesabında olan 600.000 AZN məbləğində olan pul vəsaitini girov qoyur; 1.2-ci bəndinə əsasən, müqavilənin qüvvədə olduğu müddətdə girov predmetinin təkrar girov qoyulmasına və ya təmənnasız istifadəyə verilməsinə yol verilmir; 1.3-cü bəndinə görə, girov predmeti olan pul vəsaiti borc alanın girov saxlayan qarşısında olan öhdəlikləri tam şəkildə yerinə yetirilənədək girov saxlayan tərəfindən bloklaşdırılır; 1.4-cü bəndinə görə, borc alan girov saxlayana olan kredit və faiz borcunu vaxtında ödəməzsə, girov saxlayan birtərəfli qaydada girov saxlayanın «xxxx» ASC-nin 117799-12 saylı əmanət hesabında olan vəsait hesabında borcu bağlaya bilər; 1.5-ci bəndinə əsasən, girov qoyan təminat verir ki, bu müqaviləyə əsasən girov qoyulan vəsait başqa müqavilə üzrə girov predmeti deyil, iddia yönəldilməyib və üzərinə həbs qoyulmayıb; 1.6cı bəndinə görə, bu müqavilə qüvvədə olduğu müddətdə girov qoyulmuş əmanət hesab üzərində mülkiyyət hüququ girov qoyanın hüquqi varisinə keçdikdə müqavilədə nəzərdə tutulan öhdəlik də onun hüquqi varisinə keçir. «xxxx» ASC ilə borc alan «xxxx» ASC arasında bağlanmış 25 iyul 2014-cü il tarixli əlavədən görünür ki, tərəflər aşağıdakılar barədə razılığa gəldilər: 1. aralarında imzalanmış 10.07.2012-ci il tarixli 1-27292/072012 saylı girov müqaviləsinin müddəti 24.07.2015-ci il tarixədək uzadılır; 2. 10.07.2012-ci il tarixli 1-27292/072012 saylı bərpa olunan girov müqaviləsinin digər şərtləri dəyişməz qalır. Beləliklə, işin mübahisələndirilməyən hallarına görə, hər iki müqavilənin müddəti 24 iyul 2015-ci il tarixədək uzadılmış və kredit xətti müqavi ləsi üzrə nəzərdə tutulan 600.000 manat məbləğdə vəsait Bank tərəfindən cavabdehə ödənilmişdir. Cavabdeh müqavilələrin müddəti bitdikdən sonra 10 noyabr 2015-ci il tarixdə və 06 yanvar 2016-cı il tarixdə «xxxx» ASC-yə iki dəfə ayrılıqda yazılı müraciət ünvanlayaraq şirkətin maliyyə vəziyyətinin qənaətbəxş olmadığını və kredit borcunun qaytarılmasında çətinliklər yarandığını bildirməklə sözügedən kredit müqaviləsi üzrə öhdəlikləri girov qoyulmuş depozit məbləği ilə əvəzləşdirməyi xahiş etmişdir. Bank həmin müraciətlərlə bağlı hər hansı hərəkət etməmiş, eləcə də müqavilə müddəti bitdikdən sonra uzun müddət qeyri-müəyyən səbəblərdən kredit borcunun ödənilməsi ilə bağlı məhkəmədə iddia qaldırmamışdır. 01 fevral 2016-cı il tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən qəbul edilmi ş qərarla «xxxx» ASC müflis elan edilərək bank barəsində iflas proseduruna başlanılmış və Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmişdir. Bundan sonra, 19 avqust 2016-cı il tarixdə «xxxx» ASC Cavabdeh-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən iddiaçının xeyrinə 1-27292/072012 nömrəli 10.07.2012-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc 596.275,65 manat, faiz borcu üzrə 50.782,14 manat və cərimə borcu üzrə 79.998,73 manat, cəmi 727.056,52 manat və dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-101/2017 saylı, 04 avqust 2017ci il tarixli qətnaməsi (hakim – İ.B.Əhmədov) ilə iddia qismən təmin edilmiş, cavabdehdən 1-27292/0720 12 nömrəli 10.07.2012-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc 596.275,65 manat, faiz borcu üzrə 50.782,14 manat və cərimə borcu üzrə 2.000 manat və dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 649.087,79 manatın iddiaçının xeyrinə tutulması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-698/2017 saylı, 14 dekabr 2017-ci il tarixli qətnaməsi ilə (sədrlik edən və məruzəçi hakim – K.N.Abiyeva, hakimlər – M.N.Tağızadə və Ü.A.Mayılov) apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04 avqust 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə i lə razılaşmayan cavabdeh kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)263/2018 saylı, 30 may 2018-ci il tarixli qərarı (sədrlik edən və məruzəçi hakim – Z.Quliyev, hakimlər – N.Rəsulbəyova və İ.Hüseynov) ilə kassasiya şikayəti təmin edilmiş, apellyasiya məhkəməsinin 14 dekabr 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-449/2018 saylı, 16 avqust 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən və məruzəçi hakim – V.M.Məmmədov, hakimlər – S.S.Seyidova və A.Q.Hüseynov) Cavabdeh-nin apellyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)101/2017 nömrəli iş üzrə 04 avq ust 2017-ci il tarixli qətnaməsi - «Cavabdeh-dən 127292/072012 nömrəli, 10 iyul 2012-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 596 275,65 manat, faiz borcu üzrə 50782,14 manat, cərimə borcu üzrə 2000 manat və dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 649087,79 (altı yüz qirx doqquz min səksən yeddi, yetmiş doqquz) manat iddiaçı Ləğv prosesində olan «xxxx» ASC-nin xeyrinə tutulsun.» hissədə - dəyişdirilmiş, Cavabdeh-dən 10 iyul 2012-ci il tarixli 127292/072012 nömrəli kredit müqaviləsinə əsasən əsas borc 596.275,65 manat, faiz borcu 695,95 manat olmaqla, cəmi 596.971,30 manat (beş yüz doxsan altı min doqquz yüz yetmiş bir manat otuz qəpik) iddiaçı ləğv prosesində olan «xxxx» ASC-nin xeyrinə tutulmuş, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilm işdir. Cavabdeh və üçüncü şəxs ayrı-ayrılıqda kassasiya şikayətləri verərək həmin qətnaməni ləğv edib iddia tələbinin rədd edilməsinə, iddia tələbinin “xxxx” ASC tərəfindən girov qoyulmuş depozitdə olan pul vəsaiti hesabına ödənilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişlər. Kassasiya şikayətlərinin dəlilləri Kassasiya şikayətləri onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları mübahisəyə düzgün tətbiq edilməmişdir. Belə ki, “xxxx” ASC-nin müştərilərə xidmət departamenti ilə Cavabdeh arasında bağlanmış 1-27292/072012 saylı, 10 iyul 2012-ci il tarixli Təminatlı bərpa olunan kredit xətti müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq sözügedən kredit müqaviləsinə “xxxx” ASC-nin 600.000 manat məbləğində əmanəti 10 iyul 2012-ci il tarixli, 127292/GM saylı müqavilə ilə girov qoyulmuşdur. Hər iki müqaviləyə 25 iyul 2014-cü il tarixli əlavələr edilərək, müqavilələrin bitmə müddəti 24 iyul 2015-ci il tarixədək uzadılmışdır. Buna baxmayaraq, həm girov qoyan “xxxx” ASC, həm də borc alan Cavabdeh tərəfindən dəfələrlə iddiaçıya, ləğv edildikdən sonra isə onun Ləğvedicisinə şifahi və yazılı müraciətlər edilərək yaranmış borcun girov qoyulmuş əmanət hesabına silinməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 30.05.2018-ci il tarixli 2-1(102)263/2018 saylı qərarı ilə iş yenidən baxılması üçün apellyasiya instansiyasına göndərildiyində, məhkəmənin qarşısında araşdırılmalı olan və işə birbaşa aidiyyatı olan məsələlər qoyulmuşdur. Ali Məhkəmənin qərarında sözügedən kredit üzrə tələbin girov qoy ulmuş depozit ilə hansı səbəbdən əvəzləşdirilmədiyini müəyyən etmək lazım olduğu qeyd edilmişdir. Apellyasiya instansiyası öz növbəsində bu məsələnin iddianın əsasından kənara çıxdığını qeyd edərək, məsələni araşdırmamışdır. Halbuki, iddia kredit müqaviləsi üzrə verilib, kredit müqaviləsinin təminatı olaraq depozit girov qoyulub və bu girovun kreditə birbaşa aidiyyatı vardır. Apellyasiya instansiyası məhkəməsi qətnaməsində cavabdeh və üçüncü şəxs olan "xxxx" ASC tərəfindən iddiaçıya həm fəaliyyət dövründə, həm də ləğv olunandan sonra dəfələrlə müraciət edilərək, yaranmış borcun girov qoyulmuş depozit ilə əvəzləşdirilməsini xahiş etdiklərini qeyd etmişdir. Lakin bu müraciətlərə ümumiyyətlə baxılmamış, süni şəkildə əlavə faizlər və cərimələr hesablanmış, Azərbaycan Respublikasının Mülki Məcə lləsinin və “Banklar haqqında” Qanunun bununla bağlı müvafiq tələbləri pozulmuşdur. Eyni zamanda, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində “xxxx” ASC ilə “xxxx” ASC arasında kreditin təminatı kimi bağlanmış "girov müqaviləsi"-nin 1.4-cü bəndinə toxunmuşdur. Sözügedən bəndə əsasən borc alan girov saxlayana olan kredit və faiz borcunu vaxtında ödəməzsə, girov saxlayan birtərəfli qaydada girov qoyanın əmanət hesabında olan vəsait hesabına (“xxxx" ASC-nin 1-1779912 saylı əmanət hesabında olan vəsait hesabına) borcu bağlaya bilər. Lakin məhkəmə iddiaçı tərəfindən hansı səbəbdən borcun silinməsinin aparılmamasını müəyyən etməmişdir. Tərəflərin izahatları Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş e tdilər. İddiaçının vəkili şikayətin təmin edilmədən, qanuni və əsaslı olduğu üçün apellyasiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün MPM-in 67-ci maddəsinə əsasən işə onun izahatı dinlənilmədən baxılmışdır. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Aşağıda göstərilənlərə əsasən kollegiya hesab edir ki, kassasiya şikayətləri təmin edilərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməklə iddia tələbinin rədd edilməsinə dair yeni qərar çıxarılmalıdır. İşin hallarından gör ündüyü kimi «xxxx» ASC, Cavabdeh və «xxxx» ASC arasında kredit və girov müqavilə münasibətləri yaranmışdır. Həmin münasibətlər üzrə götürülmüş öhdəliklərə uyğun olaraq «xxxx» ASC tərəfindən Cavabdeh-yə illik 14 faizlə 600.000 manat kredit verilmişdir. Sonradan tərəflər aralarında müvafiq razılaşma imzalamaqla müqavilənin müddətini 24.07.2015-ci il tarixədək uzatmışlar. Müqavilənin şərtlərinə görə kredit üzrə faizlər hər ayın 10-da, əsas borc isə müddətin sonunda ödənilməli idi. Bankın bildirdiyinə görə müqavilə müddətinin bitdiyi 24.07.2015-ci il tarixə qalıq əsas borcun məbləği 596,275 manat, faiz borcunun məbləği isə 695,65 manat olmuşdur. Kredit müqaviləsinin şərtlərinə görə: - Borcalanın lazımi qaydada ödəmək qabiliyyəti olmadıqda, kreditin qaytarılmaması ilə bağlı borc verənə maddi zərərin vurula biləcəyini güman etməyə əsas verən hallar baş verdikdə, müqavilədə nəzərdə tutulmuş müddətdə kredit qaytarılmadıqda, faizlərin ödənilməsi gecikmə günlərinin sayından asılı olmayaraq ödəniş qrafiki üzrə 2 dəfə gecikdirildikdə borc verən öhdəliyin vaxtından əvvəl icra edilməsini tələb edə bilər (4.1-ci bənd); - Kredit üzrə gecikdirilmiş borcun və ondan istifadə üzrə faizlərin, eləcə də müqaviləyə müvafiq olaraq hesablanan dəbbə pulunun və vurulmuş zərərin məbləğinin ödənilməsi üçün borcverən borcalanın onda olan bütün hesablarından pul məbləğlərini girov müqaviləsinin predmetinə tələb yönəltməzdən əvvəl akseptsiz qaydada silə bilər (7.1.2-ci bənd); - Borc alan kreditin qaytarılması, ona hesablanmış faizlərin, dəbbə pulunun ödənilməsi üzrə öz vəzifələrini icra etməməsi halında borc verəndə mövcud olan bütün hesablarından pul məbləğlərinin akseptsiz qaydada silinməsinə razılıq verməyi öhdəsinə götürür (7.4.3-cü bənd). Kredit müqaviləsinə əsasən verilmiş kreditin qaytarılmasına dair öhdəliyin təminatı məqsədilə «xxxx» ASC, Cavabdeh və «xxxx» ASC arasında depozit girov müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə görə, 25 iyul 2014-cü il tarixli 127292/072012 saylı kredit məbləği 600.000 manat məbləğində olan kredit müqaviləsi üzrə qalıq borcu 596.966,33 manat, borc alanın öhdəliklərinin icra olunmasının təmin olunmasının təminatı üsulu kimi girov qoyan 23 iyul 2014-cü il tarixli Bank əmanət müqaviləsi üzrə «xxxx» ASC-nin 1-17799-12 saylı əmanət hesabında olan 600.000 AZN məbləğində olan pul vəsaitini girov qoymuşdur. Girov müqaviləsinin şərtlərinə gör ə: -Girov predmeti olan pul vəsaiti borcalının girovsaxlayan qarşısında olan öhdəlikləri tam şəkildə yerinə yetirilənədək girovsaxlayan tərəfindən bloklaşdırılır (1.3-cü bənd); -Borcalan girovsaxlayana olan kredit və faiz borcunu vaxtında ödəməzsə, girovsaxlayan birtərəfli qaydada girov qoyanın əmanət hesabında olan vəsait hesabına borcu bağlaya bilər (1.4-cü bənd); -Girovqoyana məxsus olan pul vəsaiti girovsaxlayanın ödəniş anına tələblərini tam şəkildə əhatə edir və buna borcun əsas hissəsi, hesablanmış faizlər, cərimələr və girovsaxlayana öhdəliklərin yerinə yetirilməməsi səbəbindən dəymiş digər zərərlər daxildir (2.1-ci bənd). İşin mübahisələndirilməyən halları həmçinin ondan ibarətdir ki, hər iki müqavilənin müddəti 24 iyul 2015-ci il tarixədək uzadılmış və Cavabdeh müqavilələrin müdd əti bitdikdən sonra 10 noyabr 2015-ci il tarixdə və 06 yanvar 2016-cı il tarixdə «xxxx» ASCyə iki dəfə ayrılıqda yazılı müraciət ünvanlayaraq şirkətin maliyyə vəziyyətinin qənaətbəxş olmadığını və kredit borcunun qaytarılmasında çətinliklər yarandığını bildirməklə sözügedən kredit müqaviləsi üzrə öhdəlikləri girov qoyulmuş depozit məbləği ilə əvəzləşdirməyi xahiş etmişdir. Bank həmin müraciətlərlə bağlı hər hansı hərəkət etməmiş, eləcə də müqavilənin müddətinin bitməsinə və cavabdeh tərəfindən öhdəliklərin icra edilməməsinə baxmayaraq kredit borcunun ödənilməsi ilə bağlı məhkəmədə uzun müddət qeyri-müəyyən səbəblərdən iddia qaldırmamışdır. 01 fevral 2016-cı il tarixdə isə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən qəbul edilmiş qərarla Bank müflis elan edilərək bank barəsində if las proseduruna başlanılmış və Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmişdir. Bundan sonra, 19 avqust 2016-cı il tarixdə «xxxx» ASC Cavabdeh-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən iddiaçının xeyrinə 1-27292/072012 nömrəli 10.07.2012-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc 596.275,65 manat, faiz borcu üzrə 50.782,14 manat və cərimə borcu üzrə 79.998,73 manat, cəmi 727.056,52 manat və dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-101/2017 saylı, 04 avqust 2017ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 1-27292/072012 nömrəli 10.07.2012-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc 596.275, 65 manat, faiz borcu üzrə 50.782,14 manat və cərimə borcu üzrə 2.000 manat və dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 649.087,79 manatın iddiaçının xeyrinə tutulması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-698/2017 saylı, 14 dekabr 2017-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04 avqust 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)263/2018 saylı, 30 may 2018-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilmiş, apellyasiya məhkəməsinin 14 dekabr 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Həmin qərarında kassasiya məhkəməsi qeyd etmişdir ki, sözügedən depozit məbləği Cavabdeh-nin bankdan götürdüyü kreditin təminatı olduğu və cavabdeh tərəfindən bank müflis elan olunanadək kredit borcunun depozitlə əvəzləşdirilməsinə dair ərizələrlə banka müraciət edildiyi halda, apelyasiya instansiyası məhkəməsi bank tərəfindən həmin əvəzləşdirmənin hansı səbəbdən aparılmamasını araşdırmamışdır. Təkrar apellyasiya baxışı zamanı apellyasiya məhkəməsi yenə də iddianın qismən təmin edilməli olduğu nəticəsinə gəlmiş və Mülki Məcəllənin müvafiq normalarına istinadla özünün mövqeyini onunla əsaslandırmışdır ki, mülki qanunvericiliyə görə borc öhdəliyinin onun təmini üsulu kimi girova yönədilməsi kreditorun vəzifəsi deyil, hüququdur. Hazırkı halda, iddiaçı tərəfində n ona məxsus olan hüquqdan istifadə edilməməsi MM-in tələblərinə zidd deyildir. Müflis bankla onun kreditorları arasında mübahisələr isə yalnız «Banklar haqqında» AR Qanununda müəyyən edilmiş prosedur və şərtlərlə həll edilə bilər. Apellyasiya məhkəməsi Ali Məhkəmənin iş üzrə əvvəlki qərarında əks olunan göstərişlərin icrası ilə bağlı olaraq isə bildirmişdir ki, əvəzləşdirmənin aparılmaması və bunun səbəbləri hazırkı məhkəmə araşdırmasının predmetini təşkil etmir. Belə ki, iddianın predmeti verilmiş kredit borcunun qaytarılması tələbi ilə bağlıdır. Bu tələbə mahiyyəti üzrə baxılaraq, iddianın həlli kredit borcunun verilib-verilməməsi, verilmişdirsə, tutulması tələb olunan məbləğin düzgün hesablanıb-hesablanmaması ilə bağlı sualların cavablandırılmasından asılıdır. Lakin hər bir halda cavab dehin vaxtilə əvəzləşdirməni hər hansı səbəbdən aparmaması məsələsi indiki iddianın faktiki əsasından kənarda qalır. Cavabdehin vaxtilə əvəzləşdirməni bilərəkdən aparmadığı fərz olunsa, bu hal da hazırkı iddianın həllinə təsir etmir. Bu sonuncu halla bağlı məhkəmə kollegiyası izah edir ki, əgər iddiaçı əvəzləşdirmənin cavabdeh tərəfindən aparılmamasının qanunsuzluğunu iddia edirsə, bundan irəli gələn zərəri ondan tələb edə bilər. Aşağıda göstərilənlərə əsasən kollegiya apellyasiya məhkəməsinin gəldiyi nəticənin qanunsuz və əsassız olduğu qənaətinə gələrək hesab edir ki, iş üzrə iddianın rədd edilməsinə dair yeni qərar çıxarılmalıdır. Belə ki, Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 425.1 və 425.2-ci maddələrinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçili k törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3-cü maddəsinə görə hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.1. qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi; 560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi; 560.3.3. müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyə n hüququn həyata keçirilməsi; 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi. Mülki Məcəllənin 269.1-ci maddəsinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Həmin Məcəllənin 295 -ci maddəsinə görə girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 304-cü maddəsinə əsasən girov predmeti olan pul vəsaiti bankın və ya notariusun depozit hesabında saxlanılır. Bu məbləğin üstünə hesablanan faizlər, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov qoyana mənsubdur. Mülki Məcəllənin 739-cu maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyn i növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 527.1-ci maddəsində isə təsbit edilmişdir ki, öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Kollegiya mübahisəyə tətbiq edilməli olan yuxarıda qeyd olunun qanunvericiliyin normalarını, eləcə də tərəflər arasında bağlanılmış kredit və girov müqavilələrinin şərtlərini nəzərə almaqla qeyd edir ki, 24 iyul 2015-ci il tarixdə həmin müqavilələrin müddəti bitmiş və öhdəliklərin icrası müddəti çatmışdır. Həmin vaxt cavabdehin icra edilməmiş öhdəliyinin həcmi (əsas və faiz borcunun ümumi məbləği) girov qoyulmuş vəsaitin həcmi ilə eynilik təşkil etmişdir. Bank girova dair qanunvericiliyin müddəalarına, eləcə də kredit və girov müqaviləsinin şərtlərinə əsasən birtərəfli qaydada girovsaxlayan kimi onda saxlanılan girov qoyanın əmanət hesabında olan vəsait hesabına borcu bağlaya biləcəyi halda, bunu qeyri-müəyyən səbəblərdən etməmişdir. Halbuki, yenə istinad olunan qanunvericiliyin normalarına və müqavilənin şərtlərinə görə bunu etmək yalnız bankın istəyindən və iradəsindən asılı olmuşdur. Həmçinin nəzərə alınmalıdır ki, borcalanın və girov qoyanın iradələri də bu yöndə olmuş, onlar da vaxtı ça tmış və icra edilməmiş öhdəliyin girov qoyulmuş vəsait hesabına ödənilməsinin təmin edilməsi üçün borcun eyni həcmdə olan girov qoyulmuş vəsaitə tutma yönəldilməklə bağlanmasını xahiş etmişlər. İşin mübahisələndirilməyən hallarından müəyyən olunur ki, Cavabdeh müqavilələrin müddəti bitdikdən sonra 10 noyabr 2015-ci il tarixdə və 06 yanvar 2016-cı il tarixdə «xxxx» ASC-yə iki dəfə ayrılıqda yazılı müraciət ünvanlayaraq şirkətin maliyyə vəziyyətinin qənaətbəxş olmadığını və kredit borcunun qaytarılmasında çətinliklər yarandığını bildirməklə sözügedən kredit müqaviləsi üzrə öhdəlikləri girov qoyulmuş depozit məbləği ilə əvəzləşdirməyi xahiş etmişdir. Bank həmin müraciətlərlə bağlı hər hansı hərəkət etməmiş, eləcə də müqavilənin müddətinin bitməsinə və cavabdeh tərəfindən öhdəliklərin icra edi lməməsinə baxmayaraq kredit borcunun ödənilməsi ilə bağlı məhkəmədə uzun müddət qeyri-müəyyən səbəblərdən iddia qaldırmamışdır. 01 fevral 2016-cı il tarixdə isə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən qəbul edilmiş qərarla Bank müflis elan edilərək bank barəsində iflas proseduruna başlanılmış və Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmişdir. Beləliklə, öhdəliyin icra müddəti çatdıqdan sonra cavabdehin onu ödəmək imkanının olmadığını bildirməsinə və bununla bağlı kredit müqaviləsi üzrə öhdəliklərin girov qoyulmuş depozit məbləği ilə əvəzləşdirilməsinə dair rəsmi müraciətlərin edilməsinə, eləcə də həmin vaxt girov qoyulmuş vəsait hesabına sözügedən borcun ödənilməsinin mümkün olmasına baxmayaraq bank qanunvericiliyə və müqavilə şərtlərinə, o cümlədən yerləş miş işgüzar praktikaya zidd davranmaqla borcun girov qoyulmuş vəsait hesabına ödənilməsini həyata keçirməmişdir. Nəzərə almaq lazımdır ki, borcun girov qoyulmuş vəsaitə yönəldilməsinə dair borcalanın və girov qoyanın müvafiq iradə ifadələri olmuş, borcun girov qoyulmuş vəsait hesabına bağlanılmasının mümkün olmaması yalnız bankın hərəkətləri (hərəkətsizliyi) ilə bağlı olmuşdur. Bank özünün müqaviləyə və yerləşmiş işgüzar praktikaya zidd olan bu davranışını hər hansı ağlabatan səbəblərlə izah etməmiş, bununla da, mülki hüquq münasibətlərinin subyektlərinin öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borclu olmasına dair qanunvericiliyin tələb etdiyi qaydaya zidd davranmışdır. Vicdanlılığın tələb etdiyi tərzdə davranış bankdan tələb edirdi ki, o, şərtləşdirilmiş vaxtda və yerdə lazı mi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etsin. Buna görə, bank, öhdəliyin icrası müddətinin çatdığını, cavabdeh tərəfindən öhdəliyin icra edilmədiyini və həmin vaxt girovda öhdəliyin icrasının təminatı üsulu kimi pul vəsaitinin mövcudluğunu, xüsusən də borcun girov qoyulmuş vəsaitə yönəldilməsinə dair borcalanın və girov qoyanın müvafiq iradə ifadələrinin olduğunu nəzərə almaqla vicdanlılığın tələb etdiyi tərzdə davranmaqla girov qoyulmuş vəsaitə tutma yönəltməklə borcu bağlamalı idi. Lakin borclanın və girov qoyanın iradəsinin də bu yöndə olmasına baxmayaraq bank anlaşılmaz və izah edilməz, o cümlədən işgüzar praktikaya zidd şəki ldə bu qaydada davranmamışdır. Bu qaydada davranmama isə həm də mülki hüquqlardan sui-istifadəyə və cavabdehə ziyan vurulmasına gətirib çıxarmışdır. Belə ki, öhdəliyin icrası çatdığı an girovda olan vəsait mövcud borcun tam bağlanılmasına imkan verdiyi halda, bankın təqsiri üzündən girovda olan vəsaitə tutma yönəldilmədiyi üçün bank əsas borca əlavə faizlər və dəbbə pulu hesablamışdır. Digər tərəfdən, nəzərə alınmalıdır ki, cavabdeh tərəfindən girov predmetinə yönəltməklə borcun bağlanılmasına dair müraciətlər Bank hələ müflis elan edilmədən əvvəl edilmişdi. Ona görə də, kollegiya hesab edir ki, müflis elan edilmədən sonra yaranmış yeni vəziyyət cavabdeh və üçüncü şəxs üçün əlverişsiz vəziyyətin yaranmasına səbəb olmamalıdır. Beləliklə, hazırkı işin xüsusi hallarını, qanunvericiliyin norma larını və müqavilələrin şərtlərini, tərəflərin müqavilə üzrə davranışlarını, eləcə də tərəflərin bütün digər əsaslı mənafelərini nəzərə almaqla kollegiya belə qənaətə gəlir ki, müqavilə üzrə cavabdehin öhdəliyi müqavilə müddətinin bitdiyi ana olan borcun məbləğinə girov qoyulmuş vəsaitə tutma yönəldilməklə xitam verilmiş hesab edilməlidir. Müvafiq olaraq bundan sonra üçüncü şəxs «xxxx» ASC-nin girov qoyulmuş vəsaiti tələb etmək hüququ da aradan qalxmış olur. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin və üçüncü şəxsin kassasiya şikayətləri təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-449/2018 saylı iş üzrə 16 avqust 2018-ci il tarixli qətnaməsi ləğv olunsun. İş üzrə yeni qərar çıxarılsın. İddiaçı ləğv prosesində olan «xxxx» Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs «xxxx» Açıq Səhmdar Cəmiyyətinə qarşı cavabdehdən iddiaçının xeyrinə 1-27292/072012 nömrəli 10.07.2012-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc 596.275,65 manat, faiz borcu üzrə 50.782,14 manat və cərimə borcu üzrə 79.998,73 manat, cəmi 727.056,52 manat və dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumunun tutulması tələbinə dair iddiası təmin edilməsin.
Məhkəmə qərarları › İş №2-2(102)-6/2019
Ali Məhkəmə Qərar — İş №2-2(102)-6/2019
08.01.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver