Məhkəmə qərarları › İş №2-2(102)-6/2020

Ali Məhkəmə Qərar — İş №2-2(102)-6/2020

18.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-6/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun “AAAAAAAAAA” firmasına qarşı iddia ərizəsinə dair iş üzrə QƏRAR Açar sözlər: kredit müqaviləsindən irəli gələn borcun ödənilməsi GİRİŞ HİSSƏ Hakimlər: 18.03.2020 Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), Rahib Sahib oğlu Nəbizadə və İlqar Ağababaş oğlu Dadaşovdan ibarət tərkibdə, Vahid Süleyman oğlu Rizvanovun katibliyi, iddiaçı Fondun nümayəndəsi X1 və cavabdeh firmanın və 3-cü şəxs BBBBBBBBBBBBun nümayəndəsi və vəkili vəkili Vəkil iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əman ətlərin Sığortalanması Fondunun cavabdeh “AAAAAAAAAA” firmasına və 3-cü şəxs Cavabdeh2 oğluna qarşı kredit müqaviləsindən rəli gələn borcun ödənilməsi haqqında iddia tələbinə dair iş üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindəncavabdeh firma tərəfindən verilmiş kassasiya şikayətinə əsasən kommersiya işinə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi TƏSVİRİ HİSSƏ İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdeh “AAAAAAAAAA” firmasına və 3-cü şəxs Cavabdeh2 oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2010-cu il tarixli, 224 E saylı kredit xətti müqaviləsi üzrə yaranmış 1.209.550,68 ABŞ dolları məbl əğində əsas borc, 468.000 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə yaranmış faiz borcu, əldən çıxmış faydaya görə 1.238.546,71 ABŞ dolları olmaqla, cəmi 2.916.097,39 ABŞ dolları məbləğində kredit borcunun; xx xxxxxx 2010-cu il tarixli, 232 E saylı kredit xətti müqaviləsi üzrə yaranmış 917.944 manat məbləğində əsas borc, 1.026.051,50 manat məbləğində kreditdən istifadəyə görə yaranmış faiz borcu, əldən çıxmış faydaya görə 2.024.006,65 manat olmaqla, cəmi 2.146.402,15 manat məbləğində kredit borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh firmadan iddiaçı Fondun xeyrinə tutulması barədə qətnamə qəbul ediləmsini xahiş etmişdir. Bundan sonra iddiaçı Fond iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2010-cu il tarixli, 232 E saylı kredit xətti mü qaviləsi üzrə əldən çıxmış faydanın 202 456,65 manat məbləğində olduğunu bildirmişdir. Naxçıvan Muxtar Respublikası İinzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən H.Muradov; iş No 2-2(087)-01/2019) iddianın təmin edilməsi; xx xxxxxx 2010-cu il tarixli, 224 E saylı kredit xətti müqaviləsi üzrə yaranmış 1.209.550,68 ABŞ dolları məbləğində əsas borc, 468.000 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə yaranmış faiz borcu, əldən çıxmış faydaya görə 1.238.546,71 ABŞ dolları olmaqla, cəmi 2. 916.097,39 ABŞ dolları məbləğində kredit borcunun qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanmaqla və xx xxxxxx 2010-cu il tarixli, 232 E saylı kredit xətti m üqaviləsi üzrə yaranmış 917.944 manat məbləğində əsas borc, 1.026.051,50 manat məbləğində kreditdən istifadəyə görə yaranmış faiz borcu, əldən çıxmış faydaya görə 202. 456,65 manat olmaqla, cəmi 2.146.452,15 manat məbləğində kredit borcunun və işin məhkəmədə baxılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh firmadan iddiaçı Fondun xeyrinə tutulması qət edilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsiilə (sədrlik edən Ə.Xıdırov, hakimlər Y.Qurbanov və F.Abbasov; iş No 2-2(108)-01/2019) cavabdeh firmanın verdiyi apelyasiya şikayətinin təmin edilməməsi; Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsinn dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qətnamədən narazı qalan cavabdeh firma və 3-cü şəxs BBBBBBBBBBBB kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və cavabdeh tərəfin şikayətinin təmin olunmasına dair qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Cavabdeh “AAAAAAAAAA” firmasının və 3-cü şəxs BBBBBBBBBBBBun kassasiya şikayətində qeyd edilənlərə görə, apellyasiya inistansiya məhkəməsi işə tam, obyektiv və ədalətli baxmamış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iş üçün əhəmiyyətli olan faktları araşdırmamışdır; nəticədə əsassız və qanunsuz qətnamə qəbul olunmuşdur. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında çıxış edən cavabdeh firmanın və 3-cü şəxs BBBBBBBBBBBBun nümayəndəsi və vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdaf iə edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməsi; Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və cavabdeh tərəfin şikayətinin təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasına gəlmiş iddiaçı Fondun nümayəndəsi E.Tanrıverdiyev Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə zidd olaraq vəkillə iştiak etməydiyindən, məhkəmə kollegiyası tərəfindən ona çıxış etmək üçün söz verilməmişdir. Məhkəmə kollegiyası məruzəçini, iş üzrə cavabdeh firmanın və 3-cü şəxsin nümayəndəsi və vəilinin izahatını dinləyib, işin materiallarını, kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən t əmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418.1-ci maddəsinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.2-ci maddəsinə uyğun olaraq bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda madd i hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 418.3-cü maddəsinə müvafiq olaraq prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Araşdırılan qətnamədən göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərk, belə hesab etmi şdir ki, tərəflər arasında bağlanmış xx xxxxxx 2010-cu il tarixli, 224 E saylı kredit xətti müqaviləsi üzrə yaranmış 1.209.550,68 ABŞ dolları məbləğində əsas borc, 468.000 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə yaranmış faiz borcu, əldən çıxmış faydaya görə 1.238.546,71 ABŞ dolları olmaqla, cəmi 2. 916.097,39 ABŞ dolları məbləğində kredit borcunun qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanmaqla və xx xxxxxx 2010-cu il tarixli, 232 E saylı kredit xətti müqaviləsi üzrə yaranmış 917.944 manat məbləğində əsas borc, 1.026.051,50 manat məbləğində kreditdən istifadəyə görə yaranmış faiz borcu, əldən çıxmış faydaya görə 202.456,65 manat olmaqla, cəmi 2.146.452,15 manat məbləğində kr edit borcu cavabdeh firmadan tutularaq iddiaçı Fonda ödənilsin. Apellyasiya instansiyası məhkəməsi bu qənaətə gələrkən iş üzrə təyin edilmiş və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən icra edilmiş xx xxxxxx 2019-cu il tarixli ekspertiza rəyi ilə əsaslandırmışdır. Bu zaman apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx xxxxxx 2014-cü il tarixli qərarına istinadan qeyd etmişdir ki, kreditor dəymiş zərərin (real zərər və əldən çıxmış faydanın) mücərrəd qaydada hesablanması əsasında qaytarılması gecikdirilən borc məbləği üzrə faiz ödənilməsini tələb edə bilər. Konkret ödəni lmə məbləğinin hesablanmasına gəldikdə, zərərin miqdarı kreditorun verdiyi məlumatlar əsasında məhkəmə tərəfindən qiymətləndirilməlidir. Məhkəmə baxışı zamanı kreditorun həyata keçirdiyi kredit əməliyyatlarının tərkibini və bu zaman əldə etdiyi, bazara uyğun faiz dərəcələrinin müvafiq orta miqdarını təsvir etməsi kifayətdir. Kreditorun kredit əməliyyatlarını ayrı-ayrı kredit növləri üzrə açıqlaması mümkün olmazsa, o, öz faiz tələbinin ən az faiz gəliri gətirən kredit (kapital) növünün bazara uyğun faiz dərəcəsi həddində olacağı ilə razılaşmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgün deyil, iddiaçı firmanın kassasiya şikayətində qeyd edlənlər qismən əsaslı oldüğündan qismən qəbul edilməlidir. Məhkəmə kollegiyası qeyd etməlidir ki, nə apellyasiya instansiyası məhkəməsinin qərarında, nə də ki, xx xxxxxx 2019-cu il tarixli ekspertiza rəyində əldən çıxmış faydaya görə cavabdeh firmaya hesablanmış 1.238.546,71 ABŞ dolları və 202.456,65 manat borc məbləğlərinin hansı müddət üçün, hansı faizlə və hansı əsas borc məbləğinə hesablanması dəqiq müəyyən edilməmişdir. Yalnız iddiaçı Fondun iddia ərizəsinə əlavə edilmiş sənəddən (bax i.c. İ, i.v.203) müəyyən etmək olur ki, iddiaçı hər iki müqavilə üzrə əldən çıxmış faydanı 18%-lə hesablamış, bu zaman 1-ci müqavilə üzrə həmin faiz, müqavilənin bitdiyi xx.xx.2012-ci il tarixdən 12.02. 2018-cü il tarixədək hesablanmışdır. Apellyasiya instansiyası məhkəməsi qərarında əldən çıxmış faydanı zərərin bir növü kimi qəbul etsə də, həmin zərərin məbləğinə hər hansı tənqidi müna sibət göstərməmiş, onun yaranmasında iddiaçı tərəfin də payının olmasına (iddiaçı yuxarıda sözügedən 1-ci müqavilənin bitməsindən sonra keçən 6 il ərzində borcun geri qaytarılması üçün lazımi hərəkətləri etməmişdir) hər hansı hüquqi qiymət verməmişdir. Halbuki, yuxarıda qeyd edilən Konstitusiya Məhkəməsinin qərarında zərərin miqdarının kreditorun verdiyi məlumatlar əsasında məhkəmə tərəfindən qiymətləndirilməsi vurğulanmışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 220.4-cü maddəsinə müvafiq olaraq qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rə hbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Araşdırılan qətnamədən görünür ki, apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd edilənlərə riayət eiməmiş, ona görə də, işin yenidən araşdırılmasına zərurət yaranmışdır. Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinə görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətb iq olunmamış, qətnamənin ləğvi üçün əsas olan qanun pozuntularına yol verilmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsaslı hesab edilir. Odur ki, kassasiya şikayəti qismən təmin edilməli, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilməli, iş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 - 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh “AAAAAAAAAA” firmasının kassasiya şikayəti qismən təmin edilsin. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv e dilsin. İş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar