Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-6/2021 03.03.2021 ALİ MƏHKƏMƏ DD Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRAR İş № 2-2(102)-6/2021 Bakı şəhəri 2021-ci il 3 mart Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Abiyeva Kəmalə Nəbi qızının sədrliyi və məruzəsi, hakimlər Dadaşov İlqar Ağababaş oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə gün Qəhrəman qızının katibliyi, iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Ə manətlərin Sığortalanması Fondunun Cavabdeh MMC-yə qarşı “kredit müqaviləsi üzrə borcun” tutulması tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 19 mart tarixli 22(103)-209/2020 saylı qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxılmışdır. İŞİN HALLARİ:
1. İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış 2011-ci il 27 aprel tarixli 114/0-USD saylı kredit müqaviləsinə əsasən, kreditor müqavilənin şərtlərinə uyğun olaraq borcalana müəyyən müddətə, məqsədli istifadə, qaytarılmaq, faizlər ödənilmək və təminatlılıq şərtləri ilə 970000 ABŞ dolları məbləğində kredit verilməsini öhdəsinə götürmüşdür. 2. 2011-ci il 27 aprel tarixli 114/0-USD saylı kredit müqaviləsinə edilmiş 2011-ci il 10 iyun tarixl i 1 saylı əlavəyə əsasən, Cavabdeh MMC-yə illik 15% olmaqla 970000 ABŞ dolları həcmində kredit xətti açılmışdır. 3. 2011-ci il 27 aprel tarixli 114/0-USD saylı kredit müqaviləsinə edilmiş 2012-ci il 25 aprel tarixli 2 saylı əlavəyə əsasən, kredit xətti 2013-cü il 24 aprel tarixinə kimi uzadılmışdır. 4. 2011-ci il 27 aprel tarixli 114/0-USD saylı kredit müqaviləsinə edilmiş 2013-cü il 19 avqust tarixli 3 saylı əlavəyə əsasən, bank tərəfindən Cavabdeh MMC-yə ayrılmış kredit və açılan akkreditivlər üzrə qalıq borc məbləğləri birləşdirilərək qarşılıqlı razılıq əsasında 1927748.87 ABŞ dolları məbləğində müəyyən edilmişdir. 5. 2011-ci il 27 aprel tarixli 114/0-USD saylı kredit müqaviləsinə edilmiş 2014-cü il 15 aprel tarixli 4 saylı əlavəyə əsasən, cavabdehin qalıq borc məbləği 2032413.81 ABŞ do lları məbləğində müəyyən edilmiş və kreditin müddəti 2015-ci il 30 yanvar tarixə kimi uzadılmışdır.
6. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2017-cı il 27 dekabr tarixli, 2-1(103)-3194/2017 saylı qərarına əsasən, İddiaçı ASC müflis elan edilmiş, iflas proseduruna başlanılmış, Əmanətlərin Sığortalanması Fondu İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir.
7. LPO İddiaçı ASC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş 2018-ci il 6 mart tarixli **********069 saylı xəbərdarlıq məktubuna əsasən, tərəflər arasında bağlanmış 2014-cü il 15 aprel tarixli 4 saylı kredit müqaviləsinə əsasən qalıq 2032413.81 ABŞ dolları əsas, 1382780.04 ABŞ dolları faiz, 529330.89 ABŞ dolları cərimə olmaqla, cəmi 3944524.74 ABŞ dolları borcun qısa müddət ərzində ödənilməsi Cəmiyyətdən xahiş edilmiş, əks təqdirdə müvafiq hüquqi tədbirlərin görülməsi üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat 8. 2018-ci il 30 aprel tarixdə iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (bundan sonra mətndə iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, onun xeyrinə cavabdehdən 2.032.413.81 ABŞ dolları əsas borc, 1.382.780.04 ABŞ dolları faiz borcu, 529.330.89 ABŞ dolları cərimə olmaqla, cəmi 3.944.524.74 ABŞ dolları məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddiaçı tələbini yuxarıda işin hallarında göstərilmiş §§ 1-7-də g östərilənlə əsaslandıraraq bildirmişdir ki, 2013-cü il 15 aprel tarixli əlavə sazişə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı olduğu gün ödəniş edilmədikdə, ondan sonrakı gün öhdəliyin icrasının gecikdirilməsi sayılır və 2011-ci il 10 iyun tarixli müqavilənin 3.6-ci bəndinə əsasən gecikdirilən məbləğə görə borcalan kreditora cərimə ödəyir. 2018-ci il 20 fevral tarixədək Cavabdeh MMC-nin banka 2.032.413.81 ABŞ dolları əsas və 1.382.780.04 ABŞ dolları faiz, 529.330.89 ABŞ dolları cərimə olmaqla ümumilikdə, 3.944.524.74 ABŞ dolları borcu yaranmışdır. Borcla bağlı cavabdehə edilmiş xəbərdarlıq isə nəticəsiz qalmışdır.
10. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 442, 445.2.1, 448.1, 501-ci maddələrinə istinad etmişdir.
11. Cav abdeh iddiaya qarşı etiraz təqdim etməmişdir. 12. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 18 iyul tarixli 2-2(81)91/2019 saylı qərardadı ilə tərəflər arasında imzalanmış kredit müqaviləsi üzrə, 2011-ci il 10 iyun tarixli 1 saylı Əlavə Sazişə əsasən 2018-ci il 20 fevral tarixə əsas borc, faiz və dəbbə pulunun məbləğinin müəyyən edilməsi məqsədi ilə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir.
13. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 2019-cu il 2 dekabr tarixli 21924 nömrəli ekspert rəyinə əsasən, Cavabdeh MMC iddiaçı LPO İddiaçı ASC-yə 2018-ci il 20 fevral tarixə olan ümumi borcu (2032413,81 ABŞ dolları əsas borc, 1238417,48 ABŞ dolları faiz borcu) 3270831,29 ABŞ dolları olması qeyd edilmişdir. Rəydə göstərilmişdir ki, tərəflər arasında imzalanmış kredit müqa viləsi üzrə bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun silinməsi ilə əlaqədar məlumat olmadığı üçün, məhkəmə tərəfindən soruşulan tarixlərdə Cavabdeh MMC-nin cərimə borcu hesablanmamışdır. 14. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 25 dekabr tarixli 2-2(81)91/2019 qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh MMC-dən 2011-ci il 27 aprel tarixli 114/0-USD saylı kredit müqaviləsi üzrə yaranmış əsas borc kimi 2032413.81 ABŞ dolları, faiz borcu 1238417,48 ABŞ dolları 200 ABŞ dolları cərimə borcu, cəmi 3270831,29 ABŞ dolları məbləğində pulun Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq tutularaq, iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət etmişdir (hakim S.Nuriyeva).
15. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə cavabdeh öhdəliklərini tam icra etməmiş və banka borclu qalmışdır. İş üzrə təyin edilmiş ekspert rəyinə əsaslanan məhkəmə hesab etmişdir ki, iddia tələbi əsas borcun ödənilməsi hissəsində təmin edilməli, əsas borc kimi 2032413.81 ABŞ dolları, faiz borcu kimi 1238417,48 ABŞ dolları məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Tələb edilən cərimə məbləği tənasübsüz surətdə yüksək hesab edilərək 200 ABŞ dolları həddinədək azaldılmışdır. 16. 2020-ci il 14 fevral tarixdə iddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. Bakı Apellyasiya Mə hkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 19 mart tarixli 2-2(103)-209/2020 saylı qətnaməsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 25 dekabr tarixli 2-2(81)-91/2019 saylı qətnaməsini dəyişdirilmədən saxlamışdır (sədrlik edən hakim - Cahangir Yusifov).
18. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi, dolayısı ilə iddianın rədd olunan hissəsində də iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Odur ki, məhkəmə kollegiyası MPM-nin 372.6-cı maddəsinin tələblərinə müvafiq olaraq, qətnaməni bütövlükdə deyil, iddiaçının şikayəti həddində yoxlamışdır.
19. Yoxlanılan hissə ilə bağlı məhkəmənin qənaəti ondan ibarət olmuşdur ki, iş üzrə verilmiş ekspert rəyinə əsasən tərəflər aras ında imzalanmış kredit müqaviləsi üzrə bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun silinməsi ilə əlaqədar məlumat olmadığı üçün məhkəmə tərəfindən soruşulan tarixlərdə cavabdehə cərimə borcu hesablanmamışdır. İş üzrə iddiaçının təqdim etdiyi sənədlər (bank hesablarından çıxarışlar və s) araşdırıldıqda, ləğv prosesində olan iddiaçı bank tərəfindən iddia olunan 529.330,89 ABŞ dolları məbləğində cərimənin konkret olaraq hansı vaxt dövrü üçün və hansı qaydada hesablanması ilə bağlı əsaslandırıcı məlumatların mövcudluğu aşkar olunmamışdır.
20. Odur ki, 200 ABŞ dolları məbləğində cərimənin tutulmasına dair birinci instansiya məhkəməsinin nəticəsi işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun olmuşdur.
21. Məhkəmənin qətnaməsi iddiaçıya 2020-ci il 5 avqust tarixdə təq dim edilmişdir. 22. 2020-ci il 21 avqust tarixdə iddiaçı tərəfindən həmin qətnamədən kassasiya şikayəti verilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. 23. 2020-ci il 19 oktyabr tarixdə iddiaçı tərəfindən kassasiya şikayətinə əlavə verilərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən, faiz və cərimə borcunun təmin edilməyən hissəsində ləğv edilməsi və həmin hissədə iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. 24. 2020-ci il 27 oktyabr tarixdə cavabdeh tərəfindən kassasiya şikayəti verilərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə g öndərilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Kassasiya şikayətlərinin və onlara qarşı etirazların dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) İddiaçının kassasiya şikayətinin dəlilləri:
25. Məhkəmə əsas və faiz borcunu azaldarkən, iş üzrə verilmiş ekspert rəyini əsas götürmüşdür. Bununla bağlı qeyd edilməlidir ki, cavabdeh qrafik üzrə ödənişlərdə gecikdirmə hallarına yol vermiş və bu səbəbdən tərəflər arasında bağlanmış kredit müqaviləsinə şərtlərinə uyğun olaraq gecikdirilən ödəniş məbləğinə ikiqat faiz hesablanmışdır. Məhkəmənin mövqeyi ilə razılaşmaq ancaq cavabdeh tərəfindən qrafik üzrə ödənişlərin gecikdirmədən həyata keçirilməsi halında mümkün hesab olunardı. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən, ekspert reyi məh kəmə üçün məcburi deyil və MPM-in 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
26. İddiaçı kassasiya şikayətini əsaslandırmaq üçün MPM-nin 80, 88, 418-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə istinad etmişdir. b) Cavabdehin kassasiya şikayətinin dəlilləri:
27. Birinci instansiya və apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən cavabdehin iştirakı təmin edilməmişdir. İstər məhkəmə prosesləri, istərsə də çıxarılmış məhkəmə qətnamələrindən xəbərdar olunmamışdırlar. Yalnız işə kassasiya qaydasında baxılmasına dair bildiriş və kassasiya şikayəti daxil olduqdan sonra qeyd olunan məhkəmə qətnaməsinin olması onlara məlum olmuşdur və bundan sonra məhkəmə qətnamələrinin alınması üçün müvafiq məhkəmə instansiyaların a müraciət edisə də, heç bir cavab alınmamışdır;
28. Məhkəmə tərəfindən kreditin təminatı ilə bağlı heç bir araşdırma aparılmamışdır, İddiaçı iddia qaldırarkən kreditin təminatlarını qeyd etməmiş və tələbin həmin ipoteka predmetlərinə yönəldilməsini tələb etməmişdir. Halbuki, kreditin təminatı kim Bakı şəhəri Səbail rayonu, Nizami küçəsi 130-cu məhəllədə “xxxx” MTK-nın inşa etdiyi binada 10 ədəd mənzil olan pay hüququ girov qoyulmuşdur. 2018-ci il 18 fevral tarixə həmin girov paylarının dəyəri 4 223 100 manat təşkil etmişdir;
29. İddiaçı ilə cavabdeh arasında 2018-ci il 18 fevral tarixli 2 nömrəli “X2” bağlanmışdır. Qeyd olunan əmlaklar 2016-ci il 25 iyun tarixdə Bankın balansına götürülmüşdür. X2nin şərtinə əsasən həmin tarixdən borc faktiki olaraq bağlanmış, cavabdehin faiz borcları ona güzəşt edilmişdir.
30. Bank məhkəməyə yanlış sənədlər təqdim etmiş, kreditlə bağlı həqiqəti gizlətmişdir. Cavabdeh bankdan götürdüyü bu və digər kreditlər üzrə banka girov qoyduğu 10 ədəd mənzilə pay hüququ Bankın mülkiyyətinə verməklə borcunun tam bağlamışdır. Tərəflər arasında “Tələbin güzəşti” müqaviləsinə əsasən qarşılıqlı öhdəliklər olmuş və hər iki tərəf öhdəliyinə əməl etmişdir. Bu müqavilənin bağlanmasından 6 ay sonra iddiaçının borc əvəzinə götürdüyü əmlakların qiymətini artırması və azaltmasının cavabdehə heç bir aidiyyəti yoxdur, cavabdeh buna görə heç bir məsuliyyət daşımır.
31. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi sübutları obyektiv araşdırmamış, Mülki Məcəllənin 14.1, 386.1, 389.1, 390.1, 527.1, 528, 529.1-ci maddələrini tətbiq etməmişdir ki, bu da qətna mənin ləğv edilməsi üçün əsasdır. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
32. Kassasiya şikayətlərinə dair etiraz təqdim edilməmişdir. ç) Məhkəmə icraatı iştirakçılarının izahatları
33. Cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətinə uyğun izahat verərək, onun dəlillərini müdafiə etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını, işin yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini, qarşı tərəfin kassasiya şikayətinin dəlillərinə isə etiraz edərək təmin olunmamasını xahiş etmişdir.
34. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı tərəf məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan bax ılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iddiaçıya təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (MPM-in 415.3-cü maddəsi).
35. İddiaçının vəkili 2021-ci il 17 fevral tarixində keçirilmiş məhkəmə iclasında iştirak etmiş, kassasiya şikayətinin dəlillərini müdafiə etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən, faiz və cərimə borcunun təmin edilməyən hissəsində ləğv edilməsini və həmin hissədə iddia tələbinin tam təmin edilməsini, həmçinin qarşı tərəfin kassasiya şikayətinin dəlillərinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir. İİ. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTLƏRİNİN MÜMKÜNLÜYÜ, KA SSASİYA BAXİŞİNİN
36. Kassasiya şikayətləri MPM-in 405.0.1-ci maddəsi ilə müəyyən edilmiş müddət ərzində verilmiş, şikayətlərin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayətlər mümkün hesab edilmişdir.
37. İş üzrə iddiaçı apellyasiya məhkəməsinin qətnaməsini qismən, cavabdeh tərəf isə bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının maddi və prosessual hüquq normalarına uyğunluğu tam yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri). İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
38. Mülki Prosessual Məcəllənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
9. Ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçir ilir. 9.2. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz.” 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılı ğı 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır....” “Maddə
165. İşlərin məhkəmədə baxılmağa hazırlanması vəzifəsi Hakim çəkişmə prinsipinə əməl etməklə işlərin məhkəmə iclasında məhkəmə araşdırmaları aparılmasına, mahiyyəti üzrə işə baxılıb qətnamə qəbul edilməsinə yönələn bütün lazım olan hərəkətləri etməlidir.” “Maddə
376. İşdə iştirak edən şəxslərin məhkəmə iclasına gəlməmələrinin nəticələri 376.1. İşdə iştirak edən şəxslərdən hər hansı biri işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmədiyinə görə məhkəmə iclasına gəlmədikdə məhkəmə işə baxılmasını təxirə salır....” “Maddə
403. Kassasiya şikayəti ilə müraciət etmək hüququ 403.1. Apelyasiya instansiyası məhkəməsinin qətnamələrindən və qərardadlarından tərə flər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri Kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır”. “Maddə
418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. 418.2. Bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda madd i hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir. 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. 418.4. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı şikayətin dəlillərindən asılı olmayaraq aşağıdakı hallarda ləğv edilməlidir:... 418.4.5. işə məhkəmə tərəfindən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbər verilməmiş işdə iştirak etməli şəxslərdən hər hansı birinin iştirakı olmadan baxılmışsa;...”
39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Hacıyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının x x xxxx 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, “..Konstitusiyadan irəli gələn prinsiplər öz əksini mülki prosessual qanunvericilikdə daha geniş şəkildə tapmışdır. Belə ki, ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi, çəkişmə və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır (Mülki Prosessual Məcəllənin 8.1, 9.1 və 9.3-cü maddələri).
40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusi yasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” xx xxxx 2019-cu il tarixli Qərarında göstərilmişdir ki, “Mülki Prosessual Məcəllədə çəkişmə prinsipinin təsbit edilməsi mülki prosesdə insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin olunmasının və iş üzrə qəbul edilən qərarın ədalətli və qanuni olmasının təminatıdır. Çəkişmə prinsipinə görə, məhkəmə ədalət mühakiməsi funksiyaları ilə uyğun gəlməyən səlahiyyətlərdən azad olunmuşdur.”
41. Ədalətli məhkəmə araşdırmasının tərkib hissəsi olaraq tərəflərin təqdim etdiyi təqdimatların, arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasının təmin edilməsi milli məhkəmələrin vəzifəsi olaraq müəyyən edilmişdir (Avropa Məhkəməsinin Van de Hurk Hollandiyaya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarı).
42. Prosesin çəkişmə xarakteri daşıması mahiyyət etibarı ilə o deməkdir ki, hər iki tərəf müvafiq materiallar və sübutlarla tanış olmaq imkanına malik olmalıdır (Ruis-Mateos İspaniyaya qarşı 1993-cü il 23 iyun tarixli Qərar). İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
43. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini işin materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməlidir.
44. Belə ki, həm birinci instansiya məhkəməsində, həm də apellyasiya instansiyası məhkəməsində cavabdeh işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmadan işə baxılmışdır.
45. İşin materialı ilə müəyyən olunur ki, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən məhkəmə sənədləri ( məhkəmə bildirişləri, qətnamələr) iddia ərizəsində cavabdehin ünvanı kimi göstərilmiş “ünvan 1öndərilmişdir.
46. İddiaçının iddia ərizəsinə qoşma şəklində əlavə etdiyi sənədlərdə cavabdehin və ya onun səlahiyyətli nümayəndəsinin (direktorunun) ünvanı aşağıdakı kimi göstərilmişdir: - 2011-ci il 27 aprel tarixli 114/0-USD saylı kredit müqaviləsi üzrə 2011-ci il 10 iyun tarixli əlavə Saziş № 01-də (iş v. 10), 2012-ci il 25 aprel tarixli Əlavə Saziş № 02-də (iş v. 5), 2013-cü il 19 avqust tarixli Əlavə Saziş № 03-də (iş v. 6), 2014-cü il 15 aprel tarixli Əlavə Saziş № 04-də (iş v.8) cavabdehin direktoru X4 ünvanı “ünvan 2kı şəhəri, Şərifzadə küçəsi, ev 241, mənzil 58” kimi göstərilmişdir; - LPO İddiaçı ASC-nin ləğvedicisi ƏSF tərəfindən cavabdehə xəbərdarlıq məktubu “ünvan 4 ünvanına göndərilm işdir (iş v. 13); - LPO İddiaçı ASC-nin ləğvedicisi ƏSF tərəfindən cavabdehə göndərilmiş məktubun ünvana çatmasına təsdiq edən xəbərnamədən görünür ki, onun tərəfindən Cavabdeh MMC-yə məxsus “Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, ev 11, mənzil 33” ünvanına məktub göndərilmişdir. Məktub 2018-ci il 13 mart tarixdə cavabdeh tərəfindən qəbul olunmuşdur (iş v.27).
47. Göründüyü kimi iddiaçının iddia ərizəsinə əlavə etdiyi sənədlərdə, o cümlədən tərəflərin təsdiq etdiyi müqavilələrə əlavələrdə cavabdeh MMC-nin ünvanı “ünvan 5əhəri, Xətai rayonu, Cavanşir küçəsi, ev 11, mənzil 33” kimi qeyd edilmiş, iddiaçı tərəfindən məhkəməyədək göndərilmiş yazışmalar cavabdeh tərəfindən “Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, ev 11, mənzil 33” ünvanında qəbul olunmuşdur.
48. Bununla belə, birinci və apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən cavabdehin məhkəməyədək yazışmaları qəbul etdiyi, qeyd olunan ünvanlarına hər hansı məhkəmə bildirişi göndərilməmiş, “bu ünvanda idarə yoxdur” qeydi ilə geri qaytarılan eyni ünvana məhkəmə sənədlərinin göndəriməsi davam etdirilmişdir.
49. Həmçinin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti kommersiya qurumlarının dövlət reyestri məlumatlarından görünür ki, Cavabdeh MMC-nin (VÖEN **********1) hüquqi ünvanı “AZ1027, ünvan 7 təmsilçisi X3.
50. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməmiş cavabdehin iştirakı olmadan baxılmaqla ədalət mühakiməsini n konstitusion prinsipləri olan çəkişmə və tərəflərin bərabərliyi prinsipi pozulmuşdur.
51. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələblərinin pozulması, cavabdehin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməməsinə dair kassasiya şikayətinin dəlillərini əsaslı hesab edir və belə nəticəyə gəlir ki, bu hal MPM-nin 418.4 və 418.4.5-ci maddələrinin tələblərinə əsasən şikayətlərin dəlillərindən asılı olmayaraq iş üzrə qəbul edilmiş məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas olduğundan (bax yuxarıda § 32) kassasiya şikayətlərinin digər dəlilləri üzrə hüquqi qiymətləndirmə aparılmasına zərurət olmadan qətnamə ləğv edilməli, hər iki tərəfin iştirakı təmin edilməklə işə yenidən baxılması üçün həmin məhk əməyə göndərilməlidir.
52. Məhkəmə kollegiyası cavabdeh tərəfin məhkəmə araşdırmalarında iştirak etməməsini və birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməməsini nəzərə alaraq qeyd edir ki, işə yenidən baxılarkən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları "Apelyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair" 04/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadında ifadə olunmuş hüquqi mövqe nəzərə alınmalıdır. (http://supremecourt.gov.az/post/view/1229)
53. Həmin qərardadla müəyyən edilmişdir ki, kassasiya məhkəməsi tərəfindən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilərək, yeni apelyasiya ba xışına göndərilməsi ilə bağlı qərar qəbul edildikdə, apellyasiya instansiyası məhkəməsi işə təkrarən əvvəl verilmiş apellyasiya şikayəti üzrə və onun mübahisələndirdiyi baxış həddində baxmalıdır. Bununla yanaşı, apellyasiya şikayəti vermək imkanı olmamış şəxs yeni apellyasiya icraatı zamanı prosessual normaların tələblərinə uyğun qaydada apellyasiya şikayəti verərsə, şikayət icraata qəbul edilməli və onun dəlilləri üzrə də yoxlama həyata keçirilməlidir (qərardad § 55). Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 415-1, 416, 417, 418, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti təmin olunsun. Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin olunsun. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 19 mart tarixli 22(103)-209/2020 saylı qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: İ.A.Dadaşov B.M.Məmmədli