Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-6/2023 07.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: borcun ödənilməsi tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun ödənilməsi” tələbinə dair iddia üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 26 iyul tarixli 2-2(103)-76/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında bax mışdır. I. İŞİN HALLARİ 1. 2018-ci il 15 yanvar tarixli 001 saylı “Borc öhdəliyinin icra edilməsinə dair” müqaviləyə (bundan sonra – “001 saylı müqavilə”) əsasən İddiaçı MMC "xxxx" ASC-nin "xxxx" BOKT QSC qarşısında mövcud olan öhdəliyinin icra edilməsi məqsədilə özünəməxsus Bakı şəhəri, Xətai rayonu, 2944a məhəllə, Xudu Məmmədov küçəsi, A-1, 1-ci mərtəbə, qapı 1, 1-ci zirzəmi, qapı-1, 2-ci zirzəmi, qapı-1 ünvanında yerləşən, RX seriyalı ******* nömrəli çıxarışlı, 3.241 kv.m qeyri-yaşayış sahəsini, ünvan 1 ünvanında yerləşən, RX seriyalı ******* nömrəli çıxarışlı 1.790 kv.m qeyri-yaşayış sahəsini, Bakı şəhəri, Xətai rayonu, 2944a məhəllə, Xudu Məmmədov küçəsi, A-9, 1-ci mərtəbə, qapı 2-3-4, zirzəmi, qapı-1 ünvanında yerləşən, RX ******* seriya nömrəli çıxarışlı 2.471 kv.m qeyri-yaşayış s ahəsini, Bakı şəhəri, Xətai rayonu, 2944a məhəllə, Xudu Məmmədov küçəsi, A-2, 1-ci mərtəbə qapı 1, 1 zirzəmi qapı 1, 2 zirzəmi qapı 1 ünvanında yerləşən, RX seriyalı ******* nömrəli çıxarışlı 3.793,9 kv.m qeyri-yaşayış sahəsini, Bakı şəhəri, Xətai rayonu, 2944a məhəllə, Xudu Məmmədov küçəsi, A-6, 1-ci mərtəbə, qapı-1-2-3-4-5, 1-ci zirzəmi, qapı-1, 2-ci zirzəmi, qapı-1 ünvanında yerləşən, RX ******* çıxarışlı 1.414 kv.m qeyri-yaşayış sahəsini və Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən RX seriyalı ******* nömrəli çıxarışlı 16466.9 kv.m qeyri-yaşayış sahəsini cəmi 67.621.177,23 manat qarşılığında "xxxx" BOKT QSC-ya təqdim etməyi, müqavilənin 1-ci bəndində qeyd edilən qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı cavabdehin iddiaçı qarşısında yaranan 67.621.177,23 ma nat borc öhdəliyi 10 il müddətinə cavabdeh iddiaçıya geri qaytarmağı, bu əməliyyatla bağlı iddiaçının vergi qarşısında yaranan 1.400.000 manat məbləği cavabdeh öncədən ödədikdən sonra öhdəliyin icra olunmasını, ödənilmiş 1.400.000 manat məbləğin ümumi məbləğdən (67.621.177,23 manat) azaldılmasını öhdələrinə götürmüşlər. 2. 2018-ci il 5 fevral tarixli 002 saylı “Borc öhdəliyinin güzəşt edilməsinə dair” müqaviləyə (bundan sonra – “002 saylı müqavilə”) əsasən, 001 saylı müqavilə üzrə cavabdehin iddiaçıya yaranmış 67.621.177,23 manat borcundan 65.233.683,23 manat məbləğində borcu cavabdehin xeyrinə güzəşt edilməsini, öhdəlik üzrə qalan 2.378.494 manat məbləği hissələrlə 2018-ci il 31 dekabr tarixinə kimi cavabdeh tərəfindən iddiaçının cari hesabına ödənilməsini, iddiaçı gələcəkdə güzəşt etdiyi 65.233.683,23 manat məbləği cavabdehdən heç bir zaman tələb etməyəcəyini və bununla bağlı hər hansı məhkəmə instansiyasına müraciət etməyəcəyini öhdələrinə götürmüşlər.
3. Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən 16.466,9 kv.m qeyri-yaşayış sahəsi RX seriyalı ******* saylı Çıxarışın surətinə əsasən İddiaçı MMC-nin adına, RX seriyalı ******* saylı Çıxarışın surətinə əsasən "xxxx" BOKT QSC-nin adına mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
4. Bakı şəhəri, Xətai rayonu, 2944a məhəllə, Xudu Məmmədov küçəsi, A-9, 1-ci mərtəbə, qapı 2-3-4, zirzəmi, qapı-1 ünvanında yerləşən 2.471 kv.m qeyri-yaşayış sahəsi RX seriyalı ******* saylı Çıxarışın surətinə əsasən İddiaçı MMC-nin adına, RX seriyalı ******* saylı Çıxarışın surətinə əsasən " xxxx" BOKT QSC-nin adına mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 5. ünvan 1 ünvanında yerləşən 1.790 kv.m qeyri-yaşayış sahəsi RX seriyalı ******* saylı Çıxarışın surətinə əsasən İddiaçı MMC-nin adına, RX seriyalı ******* saylı Çıxarışın surətinə əsasən "xxxx" BOKT QSC-nin adına mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
6. Bakı şəhəri, Xətai rayonu 2944a məhəllə, Xudu Məmmədov küçəsi, A-1, 1-ci mərtəbə, qapı 1, -1 zirzəmi qapı 1, -2-ci zirzəmi qapı 1 ünvanında yerləşən 3.241 kv.m qeyriyaşayış sahəsi RX seriyalı ******* saylı Çıxarışın surətinə əsasən İddiaçı MMC-nin adına, RX seriyalı ******* saylı Çıxarışın surətinə əsasən "xxxx" BOKT QSC-nin adına mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət re yestrində qeydiyyata alınmışdır.
7. Bakı şəhəri, Xətai rayonu, 2944a məhəllə, Xudu Məmmədov küçəsi, A-2, 1-ci mərtəbə qapı 1, -1 zirzəmi qapı 1, -2 zirzəmi qapı 1 ünvanında yerləşən 3.793,9 kv.m qeyriyaşayış sahəsi RX seriyalı ******* saylı Çıxarışın surətinə əsasən İddiaçı MMC-nin adına, RX seriyalı ******* saylı Çıxarışın surətinə əsasən "xxxx" BOKT QSC-nin adına mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
8. Bakı şəhəri, Xətai rayonu, 2944a məhəllə, Xudu Məmmədov küçəsi, A-6, 1-ci mərtəbə - qapı-1-2-3-4-5, 1-ci zirzəmi - qapı-1, 2-ci zirzəmi - qapı-1 ünvanında yerləşən 1414 kv.m qeyri-yaşayış sahəsi RX seriyalı ******* saylı Çıxarışın surətinə əsasən İddiaçı MMC-nin adına, RX seriyalı ******* saylı Çıxarışın surətinə əsasən "xxxx" BOKT QSC-nin ad ına mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
9. İddiaçı (bundan sonra – “iddiaçı”) 2021-ci il 30 iyun tarixində "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi, 001 və 002 saylı müqavilələr üzrə yaranmış 3.666.494 manat məbləğində borcun və məhkəməyə müraciətlə bağlı ödədiyi 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
10. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 001 saylı müqaviləyə əsasən iddiaçı cavabdehin "xxxx" BOKT QSC qarşısında mövcud olan öhdəliyinin bir hissəsinin qarşılanması üçün özünə məxsus qeyri-yaşayış sahələrini Banka təqdim edir, cavabdeh isə bunu n qarşılığında 10 il müddətinə 67.621.177.23 manat vəsaitin hissələrlə iddiaçıya ödənilməsi, eyni zamanda ilkin olaraq iddiaçının vergi orqanı qarşısında yaranan öhdəliyinin icra edilməsi məqsədilə 1.400.000 manat məbləğində vəsaitin dərhal ödənilməsi öhdəliyini götürür. Daha sonra 002 saylı müqavilə imzalanaraq 2.378.494 manat məbləğindəki vəsaitin 2018-ci il 31 dekabr tarixinə kimi cavabdeh tərəfindən ödənilməsi razılaşdırılmışdır. Bunlara baxmayaraq cavabdeh tərəfindən ödənişlər edilməmişdir. Artıq cavabdehlə mövcud münasibətlərin qarşılıqlı razılıqla həll yolunun mümkünsüz olması səbəbindən hazırki vəziyyətin ədalətli həll yolunun yalnız məhkəmə olduğu qənaətindədir.
11. Tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 60-cı; Azərbaycan Respublikası Mülki Məcəlləsi nin (bundan sonra – “MM”) 385.1, 442, 445, 448.1ci; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 4-cü maddələrinə istinad edilmişdir.
12. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 26 avqust tarixli e-2-2(113)-3388/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, 001 və 002 saylı müqavilələr üzrə yaranmış 3.666.494 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim – Z.Pirverdiyev).
13. Məhkəmə qeyd etmişdir ki, 001 və 002 saylı müqavilələr iddiaçı tərəfindən icra edilərək, iddiaçının mülkiyyətində olan və müqavilədə göstərilmiş əmlaklar "xxxx" BOKT QSC-yə təqdim edilmiş və sonuncunun həmin əmlaklar üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Lakin 001 və 002 saylı cavabdeh tərə findən müqavilələr icra edilməmişdir.
14. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış borc öhdəliyinin icra və güzəşt edilməsi müqavilələrindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliklərə görə iddiaçı öhdəliklərini yerinə yetirmiş, iddiaçının cavabdehdən müqavilələr üzrə müəyyənləşdirilmiş öhdəlikləri tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilələr üzrə öhdəliklərini yerinə yetirməmişdir.
15. Odur ki, borclunun müqavilələr üzrə öhdəlikləri yerinə yetirməməsinə görə iddiaçı qarşısında müqavilələrdən irəli gələn öhdəlikləri icra etmək mülki hüquqi məsuliyyəti yaranmışdır. Buna görə də iddia təmin edilməlidir.
16. Məhkəmə öz mövqeyini MM-in 385.1, 386.1, 442, 443.1, 739.1-ci; MPM-in 14.2, 80, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
17. Cava bdeh 2021-ci il 24 sentyabr tarixində apellyasiya şikayəti verərək həmin qətnamənin – iddianın təmin edilmiş hissəsində ləğv edilərək, iddianın rədd olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
18. Bakı Apellyasiya Məhkəməsinin 2021-ci il 21 dekabr tarixli e-2-2(103)-1293/2021 saylı qərardadı ilə borcun ödənilməsi barədə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir (sədrlik edən – R.Qurbanov, hakimlər – V.Məmmədov və V.Baxışova).
19. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2022ci il 8 iyun tarixli 9/316 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, iş materiallarında olan bank ödəniş sənədləri və işin 83-cü vərəqəsində olan 2018-ci il 31 avqust tarixli borc öhdəliklərinin qarşıl ıqlı əvəzləşdirilməsi barədə razılaşma protokolu nəzərə alınmaqla 001 və 002 saylı müqavilələr üzrə borc tam ödənilmişdir.
20. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 26 iyul tarixli 2-2(103)-76/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv, iddia rədd edilmişdir (sədrlik edən – R.Qurbanov, hakimlər – V.Məmmədov və V.Baxışova).
21. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddianın predmeti 001 saylı müqavilə üzrə ödənilməli olan lakin ödənilməyən pul vəsaitinin ödənilməsi təşkil edir. Həmin müqavilədən görünür ki, iddiaçı öz əmlakı hesabına cavabdehin digər şəxsə olan pul öhdəliyini icra etməyi, cavabdeh isə həmin pul məbləğini iddiaçıya geri qaytarılmasını öhdəsinə götürmüşdür.
22. Göründüyü kimi iddiaçı nın hərəkətləri MM-in 431.1-ci maddəsində nəzərdə tutulmuş öhdəliyin üçüncü şəxs tərəfindən icrası olmuşdur. Belə ki, o, kreditor olan "xxxx" BOKT QSC qarşısında borclu olan cavabdehin öhdəliyini öz əmlakı hesabına ödəmişdir.
23. Eyni zamanda, cavabdeh öz öhdəsinə götürmüşdür ki, iddiaçının öz əmlakı hesabına ödədiyi borcu 10 il müddətinə iddiaçıya geri qaytaracaq. MM-də bu növdə müqavilə nəzərdə tutulmamışdır. Bununla yanaşı, mülki qanunvericilikdə belə razılaşma və ya müqavilə üzrə kommersiya fəaliyyətinin həyata keçirilməsi də qadağan olunmamışdır.
24. Ona görə də iddiaçı borc öhdəliyinin icra edilməsinə dair müqaviləyə istinad edərək öhdəliyin icra olunmasını (MM-in 385.1-ci maddəsinə əsasən) və ya həmin müqavilə üzrə öhdəliklərin pozulması nəticəsində zərərin əvəzinin ödənilməsini (MM -in 443.1-ci maddəsinə əsasən) tələb etməkdə haqlı hesab oluna bilər.
25. Eyni zamanda, 002 saylı müqavilə ilə cavabdehin iddiaçıya olan 67.621.177,23 manat borcundan 65.233.683,23 manat məbləğində borc cavabdehin xeyrinə güzəşt edilmişdir.
26. Göründüyü kimi cavabdehin iddiaçı qarşısında olan 67.621.177,23 manat məbləğində pul vəsaitinin ödənilməsi öhdəliyinin 65.233.683,23 manat hissəsinə xitam verilmişdir.
27. Beləliklə, 001 saylı müqaviləyə əsasən cavabdehin ödəməli olduğu borc məbləği azaldılaraq 002 saylı müqaviləyə əsasən 2.378.494 manat məbləğində müəyyən edilmişdir.
28. Eyni zamanda, 001 saylı müqavilə ilə müəyyən edilən cavabdehin ödəməli olduğu 1.400.000 manat məbləğində vergi borcu ayrıca məbləğ, yəni 67.621.177,23 manat məbləğindən əlavə ödənilməli olan məbləğ deyil. Çünki 001 saylı müqavilədə aydın şəkildə müəyyən edilmişdir ki, həmin məbləğ ödənildikdən sonra ümumi məbləğ (67.621.177,23 manat) azaldılır.
29. İddiaçının hesabdan çıxarış məlumatlarından görünür ki, cavabdeh tərəfindən 001 saylı müqaviləyə əsasən iddiaçının vergi qarşısında yaranan borcundan ümumilikdə 112.000 manat ödənilmişdir.
30. Cavabdeh tərəfindən isə təqdim edilən tərəflər arasında bağlanmış borc öhdəliklərinin qarşılıqlı əvəzləşdirilməsi barədə 2018-ci il 31 avqust tarixli razılaşma protokolundan görünür ki, cavabdehin iddiaçıya 002 saylı müqavilə üzrə borcundan 3.094.385 manat ödənilmiş hesab edilmişdir.
31. İddiaçı tərəf bu faktı təsdiq etmir və bildirir ki, sözügedən məbləğ tamamilə başqa öhdəliyin icra edilməsi zamanı "xxxx" MMC-dən iddiaçıya borc müqaviləsi üzrə “X1” MMC-nin "xxxx " ASC qarşısında mövcud olan borcunun ödənilməsi üçün "xxxx" ASC-yə ödənilən vəsaitin əvəzləşdirilməsi ilə bağlıdır.
32. Apellyasiya instansiyası məhkəməmsi iddiaçının mövqeyini əsassız hesab edərək qeyd etmişdir ki, 2018-ci il 31 avqust tarixli razılaşma protokolunda aydın şəkildə və əlavə heç bir şərt nəzərdə tutulmadan qeyd olunmuşdur ki, cavabdehin iddiaçıya 002 saylı müqavilə üzrə borcundan 3.094.385 manat ödənilmiş hesab edilmişdir.
33. Qeyd olunanlara əsasən, borc öhdəliyinin icra edilməsinə dair və borc öhdəliyinin güzəşt edilməsinə dair müqavilələr üzrə yaranmış borc məbləği tərəflər arasında bağlanmış, borc öhdəliklərinin qarşılıqlı əvəzləşdirilməsi barədə 2018-ci il 31 avqust tarixli razılaşma protokolunda qeyd olunanlar nəzərə alınmaqla müəyyən edilməlidir.
34. Ekspert rəyi ilə təsdiq edilmişdir ki, 001 və 002 saylı müqavilələr üzrə qalıq qalmış borc mövcud olmamışdır.
35. Çünki 002 saylı müqavilə üzrə müəyyən edilən qalıq borc 2018-ci il 31 avqust tarixli razılaşma protokoluna əsasən qarşılıqlı əvəzləşdirilmiş və bunun nəticəsində cavabdehin iddiaçı qarşısında olan öhdəliyinə xitam verilmişdir.
36. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 372.2, 385.1, 390.1, 431.1, 443.1, 540.1, 540.2, 546-ci; MPM-in 119.1, 372.2, 385.1.1, 385.1.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
37. Həmin qətnamə 2022-ci il 1 avqust tarixdə proses iştirakçılarının elektron kabinetlərində yerləşdirilmişdir.
38. İddiaçı 2022-ci il 19 sentyabr tarixində kassasiya şikayəti və 26 oktyabr tarixində həmin şikayətin dəqiqləşdirilməsi barədə ərizə verərək həmin qətnamə nin ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
39. MPM-in 80-ci maddəsi üzrə - İddiaçı tərəfindən cavabdehlə aralarında bağlanılmış müqavilələri məhkəmə öz qətnaməsində qeyd etməsinə baxmayaraq, onları sübut kimi qəbul etməmişdir. Tələbimizdə həmin müqavilələrlə cavabdehin öhdəliyi öz əksini tapır. Lakin məhkəmə faktları görməzdən gəlmişdir.
40. MPM-in 88-ci maddəsi üzrə - İddiaçının məhkəməyə təqdim etdiyi müqavilələrdə cavabdehin borcunun 3.666.494 manat olması öz əksini tapmışdır və bu öhdəliyin yerinə yetirlməsinə dair cavabdeh tərəfindən heç bir sənəd sübut təqdim edilmədiyi halda, məhkəmə təqdim edilmiş sübutları ümumiyyətlə araşdırmamış, sübutlara h eç bir qiymət verməmiş, ümumi ifadələrlə tərtib edilmiş qətnamə çıxarılmışdır.
41. MPM-in 89-cu maddəsi üzrə - Bakı Apellyasiya Məhkəməsi cavabdeh tərəfindən məhkəməyə əsli olmayan kserosurət əsasında ekspertiza təyin etməklə MPM-in 89-cu maddəsinin tələblərini bilərəkdən kobud şəkildə pozmuşdur. Ekspertiza əsli təqdim olunmuş sənədlər əsasında həyata keçirilir. Apellyasiya Məhkəməsinin iş üzrə qərəzli qərar qəbul etməsi açıq aşkar görünməkdədir. 42. 002 saylı müqavilə üzrə dövlət büdcəsi qarşısında yaranmış vergilərin ödənilməsindən yayınması faktı açıq aşkar görünməkdədir. Belə ki, sözü gedən əmlaklar faktiki olaraq 67.000.000 manat dəyərləndirilərək iddiaçı tərəfindən cavabdehə və oradan öz növbəsində cavabdeh Aqro Bank Kredit olmayan Bank təşkilatı qarşısında öhdəliyin ödənilməsinə yön əlmişdir. Faktiki olaraq tərəflər arasında imzalanmış müqaviləyə əsasən sözü gedən əmlaka bağlı dəyəri cavabdeh iddiaçıya 10 il müddətinə hissə-hissə ödəməli, iddiaçı da əldə edilmiş vəsaitlərdən dövlət büdcəsi qarşısında yaranan öhdəliklərini icra etməli idi. 2018-ci ildə mövcud olan Vergi Məcəlləsinin əsasən, əmlakların satışından vergi ödənilməsinin hesablanması sadələşdirilmiş sistem üzrə olmaqla 3.680.000 manat təşkil edirdi ki, bu da yalnız həmin müddətə ödənildiyi təqdirdə mümkün idi. Məhz bu səbəbdən 002 saylı müqavilə imzalanaraq 2018-ci il 31 dekabr tarixinə qədər sözü gedən vəsaitin ödənilməsi tələb olunurdu. Bu vəsait cavabdeh tərəfindən ödənilməyib və onun təqdim etdiyi qarşılıqlı əvəzləşmə aktının kserosurəti saxtadır. Belə bir əvəzləşmə mövcud deyildir. Faktiki olaraq 2019 -cu ildən etibarən, hüquqi şəxslərin əmlak satışından əldə etdiyi gəlirə sadələşdirmiş vergi tətbiq olunmur. Cavabdehin və Bakı Apellyasiya Məhkəməsinin qəbul etdiyi qətnamə dolayı yolla dövlət büdcəsinə hesablanmalı olan vergiləri ört-basdır etməkdən və yayındırmaq niyyəti daşıyır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
43. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
44. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.2-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
45. İddiaçı apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
46. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
47. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə
390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmaya n müqavilələr də bağlaya bilərlər....” “Maddə
431. Öhdəliyin üçüncü şəxs tərəfindən icrası 431.1. Borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmi ş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə
739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür....”
48. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsı Plenumunun “N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 09 fevral 2006-cı il tarixli qərarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 22 dekabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2008-ci il 13 iyun tarixli qərarında müəyyən edilmişdir ki: “... MPM-in 89.1-ci maddəsinə müvafiq olaraq yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və s. sənəd və materiallardır. Bu mənada qeyd olunmalıdır ki, MPM-in 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilməlidir. Lakin, mülki işə baxılarkən qanunun həmin tələbinə riayət edil məmiş, mülki işə əlavə edilmiş yuxarıda göstərilən yazılı sənədin surəti lazımi qaydada təsdiq olunmamışdır. Bu isə həmin sənədə sübut kimi istinad edilməsini istisna edir....”
49. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.” “Mad də
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə
89. Yazılı sübutlar... 89.3. Yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir....” “Maddə
119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir....” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” İV. AL İ MƏHKƏMƏNİN MÖVQEYİ
50. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini (bax yuxarıda §§ 39-42) iş materialları ilə birgə araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 26 iyul tarixli 2(103)76/2022 saylı qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır.
51. Apellyasiya instansiyası məhkəməsi öz qətnaməsində belə qənaətə gəlmişdir ki, cavabdehin 001 saylı müqavilə üzrə ödəməli olduğu 1.400.000 manat məbləğində vergi borcu 67.621.177,23 manat məbləğindən əlavə ödənilməli olan məbləğ deyil. Çünki 001 saylı müqavilədə aydın şəkildə müəyyən edilmişdir ki, həmin məbləğ ödənildikdən sonra ümumi məbləğ (67.621.177,23 manat) azaldılır.
52. Beləliklə, apellyasiya instans iyası məhkəməsinin qətnaməsindən belə nəticə hasil olur ki, cavabdeh 001 saylı müqavilə üzrə 1.400.000 manat məbləğində vergi borcunu ödədikdən sonra ümumi məbləğ (67.621.177,23 manat) azaldılır.
53. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından isə məlum olur ki, iddiaçının təqdim etdiyi hesabdan çıxarış məlumatlarına əsasən, cavabdeh tərəfindən 001 saylı müqavilə üzrə iddiaçının vergi qarşısında yaranan borcundan ümumilikdə 112.000 manat ödənilmişdir.
54. Məhkəmə kollegiyası hesab edir ki, MPM-in 77.1-ci maddəsinə (bax yuxarıda § 49) uyğun olaraq, 001 saylı müqavilə üzrə iddiaçının cavabdeh tərəfindən ödənməli olan vergi borcunun qalan hissəsisinin, yəni 1.288.000 manatın (1.400.000 manat - 112.000 manat) həqiqətən də ödənildiyinin sübutetmə vəzifəsi məhz cavabdehin üzərinə düşür.
55. Lakin 001 saylı müqavilə üzrə iddiaçının vergi borcunun qalan hissəsisinin cavabdeh tərəfindən ödənilməsi apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən və iş materiallarından görünmür.
56. O da qeyd olunmalıdır ki, iddiaçının iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən, cavabdeh tərəfindən 001 saylı müqaviləyə əsasən iddiaçının vergi qarşısında yaranan borcundan 112.000 manat 4 ödənişlə ödənilmişdir.
57. Sözügedən ödənişlərdən sonuncu ikisinin tarixləri (2018-ci il 20 dekabr və 2019-cu il 21 may tarixləri) borc öhdəliklərinin Razılaşma Protokolunun imzalandığı bildirilən tarixdən (2018-ci il 31 avqust) sonraya təsadüf edir.
58. Apellyasiya instansiyası məhkəməsi isə öz qətnaməsində borc əvəzləşdirildikdən sonra cavabdeh tərəfindən ha nsı səbəb(lər)dən və hansı əsas(lar)la iddiaçıya əlavə olaraq iki dəfə pul ödənilməsini (cəmi 20.000 manat) aydınlaşdırmamışdır.
59. Halbuki iddiaçı tərəf apellyasiya instansiyası məhkəməsinə təqdim etdiyi etiraz ərizəsində bu xüsusatı məhkəmənin diqqətinə çatdırmışdı (i/v 156).
60. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi öz qətnaməsində bir tərəfdən belə nəticəyə gəlmişdir ki, cavabdehin 001 saylı müqaviləyə əsasən ödəməli olduğu borc məbləği azaldılaraq (güzəşt edilərək) 002 saylı müqaviləyə əsasən 2.378.494 manat məbləğində müəyyən edilmişdir, digər tərəfdən isə hesab edir ki, daha sonra bağlanmış razılaşma protokolunda cavabdehin 002 saylı müqavilə üzrə iddiaçıya olan borcundan 3.094.385 manat ödənilmiş hesab edilmişdir.
61. Halbuki əvvəliki tarixdə bağlanmış müqavilə üzrə dah a az məbləğdə borc (2.378.494 manat) müəyyənləşdirildiyi halda, sonrakı tarixdə bağlanmış müqaviləyə əsasən, əvvəlki müqaviləyə istinadən daha artıq məbləğdə borcun (3.094.385 manat) güzəşt edilməsi hüquqi və praktiki baxımdan anlaşılan deyildir (2.378.494 manat - 3.094.385 manat = 715.891 manat). 62. 002 saylı müqavilə üzrə olan borcdan faktiki ödənildiyi müəyyən edilmiş 112.000 manat vergi borcu çıxıldıqda isə mövcud olmayan borcla əvəzləşdirilmiş borcun arasındakı fərq daha da artmış olur (2.378.494 manat - 112.000 manat -3.094.385 manat = - 827.891 manat).
63. Lakin istənilən halda faktiki mövcud olmayan borcun necə, hansı qaydada və hansı əsasla əvəzləşdirilməsinə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən izah tapmaq mümükün olmur.
64. Bundan başqa, iş materiallarında olan a pellyasiya instansiyası məhkəməsinin 2021ci il 30 noyabr tarixli iclasının protokolundan (i/ 134-136) görünür ki, cavabdehin nümayəndəsi öz izahatında razılaşma protokoluna əsasən təxminən 3.094.000 manat pul ödənildiyi, bundan başqa iddiaçıya mal verildiyi və qalan borcun əvəzləşdirildiyi, eləcə də cavabdehin qarşı tərəfə 57.000 manat məbləğində borcunun qala bildiyini qeyd etmişdir.
65. Göründüyü kimi, cavabdeh tərəfin özü də iddiaçıya mübahisə predmetindən kənar borcun olduğunu istisna etməmiş, qalan borcla bağlı iddiaçıya mal verərək borcu əvəzləşdirdiyini bildirmişdir.
66. Halbuki cavabdeh tərəfindən mübahisə predmeti olan razılaşma protokolundan kənar qalan borcla bağlı iddiaçıya hər hansı mal verməsi və bununla bağlı əvəzləşdirilmə aparılması iş materiallarından görünmür.
67. Apelly asiya instansiyası məhkəməsi isə öz qətnaməsində mübahisənin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bu xüsusatlara hüquqi qiymət verməmişdir.
68. Bundan başqa və ən əsası isə, apellyasiya instansiyası məhkəməsi öz qətnaməsində qeyd etmişdir ki, iddiaçı Razılaşma Protokolunun bağlanmasını mübahisələndirməmiş, apellyasiya şikayətinə qarşı etirazda həmin razılaşmanın bağlanmasını etiraf etmiş, lakin həmin razılaşmanın digər öhdəliyə aid olduğunu bildirmişdir. Bunun nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi Razılaşma Protokolunu mötəbər sənəd kimi qiymətləndirmişdir.
69. Halbuki Azərbaycan Respublikası Konstitusiya Məhkəməsı Plenumu “N.Əbilovun şikayəti üzrə” olan 2008-ci il 13 iyun tarixli qərarında (bax yuxarıda § 48) konkret iş üzrə belə qənaətə gəlmişdir ki, MPM-in 89.3-cü ma ddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilməlidir. Lakin mülki işə baxılarkən qanunun həmin tələbinə riayət edilməmiş, işə əlavə edilmiş yazılı sənədin surəti lazımi qaydada təsdiq olunmamışdır. Bu isə həmin sənədə sübut kimi istinad edilməsini istisna edir.
70. Məhkəmə kollegiyası Konstitusiya Məhkəməsı Plenumunun həmin mövqeyini nəzərə alaraq hesab edir ki, iddiaçının və apellyasiya instansiyası məhkəməsinin özünün Razılaşma Protokolunun əslinin təqdim olunmasını cavabdehdən tələb etmələrinə baxmayaraq, cavabdeh həmin sənədin əslini və ya lazımi qaydada təsdiq olunmuş surətini təqdim edə bilmədiyi halda (i/v 176, 177), məhkəmənin həmin sənədin surətinə istinad etməsi MPM-in 89.3-cü maddənin (bax yuxarıda § 49) tələbləri baxımından qanun suz olmuşdur.
71. Qeyd oluanlar hazırkı iş üzrə birmənalı nəticəyə gəlməyə imkan vermir.
72. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi MPM-in 88-ci maddəsinin (bax yuxarıda § 49) tələblərini pozaraq işdə olan sübutları əlaqəli şəkildə düzgün qiymətləndirməmiş, nəticədə MPM-in 217.1-ci maddəsinə (bax yuxarıda § 49) zidd olaraq əsassız qətnamə qəbul etmişdir. Odur ki, həmin qətnamə ləğv edilməlidir.
73. Yeni apellyasiya baxışı zamanı məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmalı, o cümlədən: 1) 001 saylı müqavilə üzrə vergi borcunun qalan hissəsisinin, yəni 1.288.000 manatın (1.400.000 manat - 112.000 manat) cavabdeh tərəfindən ödənilibödənilməməsinə; 2) borcun əvəzləşdirilməsinə dair Razılaşma Protokolu bağlandıq dan sonra cavabdeh tərəfindən hansı səbəb(lər)dən və hansı əsas(lar)la iddiaçıya vergi borcu üzrə əlavə olaraq iki dəfə pul ödənilməsinə (cəmi 20.000 manat); 3) 002 saylı müqavilə üzrə faktiki mövcud olmayan borcun (- 715.891 manat və ya - 827.891 manat) hansı qaydada və hansı əsasla Razılaşma Protokolunda əvəzləşdirilməsinə; 4) Razılaşma Protokoluna əsasən 3.094.000 manat pulun ödənilməsindən başqa cavabdeh tərəfindən iddiaçıya mal verildiyinə və qalan borcun əvəzləşdirildiyinə, eləcə də cavabdehin qarşı tərəfə 57.000 manat məbləğində borcunun qala bildiyinə dair cavabdehin izahatına mötəbər sübutlar əsasında hüquqi qiymət verməli; 5) eyni zamanda, cavabdeh tərəfindən təqdim edilmiş Razılaşma Protokolunun surətinin mötəbərliyinə hüquqi qiymət verərkən prosessual qanunun tələblərini və Kon stitusiya Məhkəməsı Plenumunun yuxarıda istinad olunmuş mövqeyini nəzərə almalı, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etməlidir.
74. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı MMC-nin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 26 iyul tarixli 2(103)-76/2022 saylı qətnaməsi ləğv edilsin. İş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.