Məhkəmə qərarları › İş №2-2(102)-6/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-6/2025

22.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-6/2025 22.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı cavabdeh LPO Cavabdeh ASC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: icarə haqqı tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh LPO Cavabdeh ASC-yə qarşı icarə sahəsinin boşaldılması, icarə haqqı borcunun və əldən çıxmış faydanın tutulması tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 26 iyul tarixli 2-2(103)-549/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassa siya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İ. İŞİN HALLARİ

1. İddiaçı ilə “X2” ASC arasında 2017-ci il 25 yanvar tarixli icarə müqaviləsi bağlanmış, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti ilə N.Vəzirov küçəsinin kəsişməsində yerləşən qeyri-yaşayış sahəsi (Azadlıq prospekti 124) icarəçinin istifadəsinə verilmişdir.

2. İddiaçı və Cavabdeh ASC arasında bağlanmış 2020-ci il 14 aprel tarixli razılaşmaya əsasən 2017-ci il 25 yanvar tarixli icarə müqaviləsinə dəyişiklik edilmiş, 2017-ci il 25 yanvar tarixli icarə müqaviləsinin 1-ci bəndinə dəyişiklik edilərək icarə predmeti Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti ilə N.Vəzirov küçəsinin kəsişməsində yerləşən qeyri-yaşayış sahəsinin 1-ci mərtəbəsini və həmin qeyriyaşayı ş sahəsinin zirzəmisində yerləşən 155,8 kv.m sahə müəyyən edilmiş, icarə haqqı bütün vergilər də daxil olmaqla hər ay 8280 manat müəyyən edilmişdir. Razılaşmanın 8.10-cu bəndinə əsasən tərəflər razılaşırlar ki, ödəniləcək aylıq icarə haqqı Bakı Apellyasiya Məhkəməsinin 2016-cı il 15 sentyabr tarixli 2(103)-2803/2016 nömrəli qətnaməsinin icrası üçün İddiaçı ilə Cavabdeh ASC arasında bağlanmış 2020-ci il 14 aprel tarixli razılaşmaya əsasən Cavabdeh ASC-yə yönəldilsin.

3. Cavabdeh tərəfindən iddiaçıya göndərilmiş 2020-ci il 31 may tarixli **********077 nömrəli məktuba əsasən, Cavabdeh ASC ilə iddiaçı arasında bağlanan 2017-ci il 25 yanvar tarixli icarə müqaviləsinə və həmin icarə müqaviləsinə dəyişiklik edilməsi haqqında 2020-ci il 14 aprel tarixli razılaşmaya 2020-ci il 1 iyun tarixindən eti barən tərəflərindən xitam veriləcək. 4. "xxxx" MMC tərəfindən iddiaçıya göndərilmiş 2022-ci il 22 mart tarixli 2 nömrəli təklifə görə iddiaçının mülkiyyətində olan Nəsimi rayonu, Azadlıq prospekti və Nəcəfbəy Vəzirov küçəsinin kəsişməsində yerləşən qeyri-yaşayış sahəsinin 1-ci və zirzəmi hissəsini götürülmüş reklamdan 450 m2 sahəsini ƏDV daxil 9500-10000 manat sığorta şirkəti, bank, o cümlədən internet telekommunikasiya, şəbəkə provayderi üçün icarəyə götürülməsini təklif edir. 5. "xxxx" MMC tərəfindən iddiaçıya göndərilmiş 2023-cü il 22 yanvar tarixli 05 nömrəli təklifə görə, mülkiyyətində olan Nəsimi rayonu, Azadlıq prospekti və Nəcəfbəy Vəzirov küçəsinin kəsişməsində yerləşən qeyri-yaşayış sahəsinin 1-ci və zirzəmi hissəsini götürülmüş reklamdan 450 m2 sahəsini ƏDV daxil 10.500 manat mə bləğinə qeyri- bank təşkilatın icarəyə götürülməsini təklif edir. 6. 2024-cü il 28 fevral tarixli akta əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 124 ünvanında yerləşən İddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsinin zirzəmisindən Əmanətlərin Sığortalanması Fonduna məxsus 1 ədəd “Avanqard UPS” firmasının istehsalı olan “UPS cihazı” (Bar kod: 0********) və 87 ədəd metal depozit yeşikləri (saxlancı, seyfi) (Bar kod: 070000***-*******19) Əmanətlərin Sığortalanması Fondu tərəfindən götürülmüş, zirzəminin bunker otağı, depozit otağı və server otağı qeyriyaşayış sahəsinin mülkiyyətçisinə təhvil verilmiş, bunker otağının və depozit otağının iki ədəd metal seyf qapıları götürülməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı (bund an sonra – “iddiaçı”) cavabdeh Əmanətlərin Sığortalanması Fonduna (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi və iddianın həcminin artırılması barədə ərizələr verərək icarə haqqı ödənilməməsinə görə ona vurulmuş maddi ziyana görə kompensasiya olaraq 356.040 manat pulun (2020-ci ilin iyun ayından 2024-cü ilin fevral ayınadək olan aylar üçün), 80.000 manat məbləğində əldən çıxmış faydanın və qətnamə icra edildiyi gün 2020-ci ilin iyun ayının 1-dən illər üzrə ödənilməsi gecikdirilmiş məbləğin 5 faizinin və 400 manat məbləğində mediasiya xərcinin və 326 manat məbləğində dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ASC (bundan sonra – “ASC) ilə iddiaçı bağlanmış 2020-ci il 14 apre l tarixli razılaşmaya əsasən 2017-ci il 25 yanvar tarixli icarə müqaviləsinə dəyişiklik edilərək həmin müqavilənin: - 1-ci bəndi aşağıdakı redaksiyada verilmişdir: Bu müqaviləyə görə icarə verən Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti ilə N. Vəzirov küçəsinin kəsişməsində yerləşən qeyri-yaşayış sahəsinin 1-ci mərtəbəsini və həmin qeyriyaşayış sahəsinin zirzəmisində yerləşən 155,8 kv.m sahəni icarəçinin istifadəsinə verməyi, icarəçi isə həmin icarə obyektini istifadəsinə qəbul edib, əvəzində icarəyə verənə bu müqavilə ilə müəyyən olunan qaydada və şərtlərlə icarə haqqını ödəməyi öhdəsinə götürür. - 3.1-ci bəndi aşağıdakı redaksiyada verilsin: 3.1. Bu müqavilə üzrə icarəçi icarə obyektindən istifadəyə görə icarəyə verənə ödəniləcək bütün vergilər də daxil olmaq la, hər ay 8.280 manat icarə haqqı ödəyir. - 8.10-cu bənd əlavə edilərək tərəflər razılaşırlar ki, ödəniləcək aylıq icarə haqqı Bakı Apellyasiya Məhkaməsinin 2016-cı il 15 sentyabr tarixli, 2(103)-2803/2016 nömrəli qətnaməsinin icrası üçün iddiaçı ilə ASC arasında bağlanmış 2020-ci il 14 aprel tarixli razılaşmaya əsasən ASC-yə ödənilməsinə yönəldilir. Bundan sonra ASC Bakı Apellyasiya Məhkaməsinin İnzibati kollegiyasının 2020-ci il 30 aprel tarixli, 2-3(103)-129/2020 saylı qərarı ilə müflis elan edilmiş və banka Əmanətlərin Sığortalanması Fondu ləğvedici təyin edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən ASC ilə iddiaçı arasında bağlanmış 2017-ci il 25 yanvar tarixli İcarə müqaviləsinə və həmin icarə müqaviləsinə dəyişiklik edilməsi haqqında 2020-ci il 14 aprel tarixli Razılaşmaya 2020-ci i l 1 iyun tarixindən iddiaçı tərəfindən xitam veriləcəkdir. Aylıq icarə haqqını ödəməmək, yəni ASC-nin üzərinə götürdüyü öhdəliklərdən birdəfəlik azad olmaq üçün cavabdeh ona məktub göndərərək Razılaşmaya xitam verildiyini bildirmişdir. Cavabdehin məhkəmə qətnaməsi olmadan ləğvedicisi təyin olunduğu ASC-nin üzərinə götürdüyü öhdəliklərə birtərəfli qaydada xitam verməsi qanunsuzdur. Bundan əlavə iddiaçı qeyd etmişdir ki, obyekti cavabdehə görə icarəyə verə bilmir. Belə ki, ASC obyektin zirzəmisini depozit otağını bağlamış, obyektin 1-ci mərtəbəsini isə öz əşyaları ilə zəbt etmişdir. Bu barədə ASC-ni və cavabdehi nə qədər xəbərdar etsə də, bu problem hələ də aradan qaldırılmamışdır. Nəticə etibarilə, cavabdehin təqsirli hərəkətləri nəticəsində obyekti icarəyə verə bilmədiyinə görə icarə haqqı ndan və əldə edəcəyi faydadan məhrum olmuşdur. İddiaçı bu səbəbdən cavabdehdən 273.240 manat məbləğində icarə haqqını (aylıq 8280 manat olmaqla), 60.000 manat məbləğində əldən çıxmış faydanı və qətnamə icra edildiyi gün 2020-ci iyin iyun ayının 1-dən illər üzrə ödənilməsi gecikdirilmiş məbləğin 5 faizini tələb edir.

9. Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, icarə müqaviləsinə cavabdeh tərəfindən 2020-ci ilin 1 iyun tarixindən xitam verilmiş, bank müflis elan edildiyi və həmin tarixdən fəaliyyət göstərmədiyi üçün icarə sahəsindən tərəflərindən təyinatı üzrə istifadə edilməmiş, bu səbəbdən həmin tarixdən etibarən iddiaçıya hər hansı vəsait ödənilməmişdir. 2024-cü il 28 fevral tarixində qalan əşyalar oradan çıxarılmış, 2 ədəd metal qapının çıxarılmamasının səbəbi həmin qapıla rın divara bərkidilməsi və çıxarılan zaman sahənin zədələnəcəyidir. Birinci mərtəbədə onlara məxsus yalnız əməliyyat masası (şüşə arakəsmələri olan dairəvi masa) qalmış, həmin əşya da iddiaçıya ödəniş müqabilində təklif edilmiş, razılıq əldə ediləcəyi təqdirdə iddiaçıya təhvil veriləcəkdir.

10. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 12 yanvar tarixli e-2-2(113)-256/2024 saylı qərardadı ilə cavabdeh Əmanətlərin Sığortalanması Fondu əsl cavabdeh LPO Cavabdeh ASC (bundan sonra – “cavabdeh”) ilə əvəz edilmişdir.

11. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 6 mart tarixli, e-2-2(113)-256/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehdən 356040 manat məbləğində pul, ödənilmiş 400 manat dövlət rüsumu, ümumilikdə 356440 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi, Bak ı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti ilə N.Vəzirov küçəsinin kəsişməsində yerləşən qeyri-yaşayış sahəsinin birinci mərtəbəsi və həmin qeyri-yaşayış sahəsinin zirzəmisində yerləşən 155,8 kv.metr sahənin boşaldılaraq iddiaçıya təhvil verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Ü.Həsənova).

12. Məhkəmə bildirmişdir ki, tərəflər arasında 2017-ci il 25 yanvar tarixində müqavilə, həmin müqaviləyə əlavələr imzalanmış, icarə müqaviləsi cavabdeh (icarəçi) tərəfindən 2020-ci il 1 iyun tarixində birtərəfli qaydada ləğv edilmiş, həmin tarixdən iddiaçıya hər hansı vəsait ödənilməmişdir. Cavabdeh iddia ərizəsinə bu hissədə etiraz edərək icarə sahəsinin iddiaçıya geri təhvil verildiyini, bank müflis elan edildiyi üçün faktiki olaraq həmin sahədən istifadə edilmədiyini bildirmişdir.

13. Məhkəmə bununla bağlı qeyd etmişdir ki, tərəflər arasında imzalanmış 2024-cü il 28 fevral tarixli akta əsasən, həmin sahədə olan və cavabdehə məxsus əşyaların bir qismi yalnız həmin tarixdə qeyri-yaşayış sahəsindən çıxarılmışdır. Bundan əlavə, həmin qeyriyaşayış sahəsinin birinci mərtəbəsində, həm də zirzəmisində cavabdehə məxsus əşyaların tam şəkildə boşaldılmadığını tərəflərin nümayəndələri də məhkəmə iclasında təsdiq etmişlər. Bundan əlavə, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 2024-cü il 28 fevral tarixli akta əsasən iddiaçıya məxsus qeyri-yaşayış sahəsi Nəsimi Rayon Mühafizə İdarəsi ilə cavabdeh arasında olan müqavilə əsasında Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən mühafizə edilir.

14. Bundan əlavə, c avabdeh tərəfindən məhkəməyə təqdim edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2020-ci il 4 sentyabr tarixli 2(006)-4167/2020 saylı qərardadına əsasən iddiaçının müvəqqəti təminat tədbiri barədə ərizəsi təmin edilmiş, icarə sahəsinə cavabdehin giriş-çıxışına qadağa qoyulmuşdur. Həmin qərardaddan cavabdeh tərəfindən şikayət verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2020-ci il 13 noyabr tarixli, 2(103)8342/2020 saylı qərardadı ilə birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək iddiaçının ərizəsi təmin edilməmişdir.

15. İcarə sahəsinin müqaviləyə birtərəfli xitam verildikdən sonra geri təhvil verildiyi halda, cavabdehin sahəyə giriş-çıxışına qoyulmuş qadağa ilə bağlı müvəqqəti təminat tədbiri barədə qərardaddan hansı səbəbdən şikayət verilməsini cavabdehin nümayəndəsi ağlabatan şəki ldə izah edə bilmədiyindən məhkəmə hesab etmişdir ki, iddia tələbi həmin hissədə təmin edilməli, icarə sahəsi boşaldılaraq iddiaçıya geri təhvil verilməlidir.

16. Məhkəmə iddia tələbini ikinci hissədə də əsaslı hesab edərək qeyd etmişdir ki, iddia ərizəsindən görünür ki, iddiaçı 2020-ci ilin 1 iyun tarixindən 2024-cü ilin fevral ayına qədər kompensasiya olaraq 43 aylıq müddət üçün 356.040 manat vəsait tələb edir.

17. Məhkəmə hesab etmişdir ki, icarə müqaviləsinə xitam verildikdən sonra qeyriyaşayış sahəsi iddiaçıya geri qaytarılmadığından iddia həmin hissədə təmin edilməli, cavabdehdən 356040 manat məbləğində pul (aylıq icarə haqqı 8280 manat*43 ay) tutularaq iddiaçıya ödənilməlidir.

18. Məhkəmə iddia tələbini 80.000 manat əldən çıxmış faydanın ödənilməsi hissəsində əsassız hesab edərək qe yd etmişdir ki, hazırkı halda iddiaçı cavabdehin təqsiri nəticəsində ona maddi zərər vurulduğunu iddia etsə də, mülki qanunvericilikdə göstərilən halların mövcudluğunu əsaslandıra bilməmiş, ona ziyan vurulması faktı və dəymiş zərər barədə məhkəməyə müvafiq sübutları təqdim edə bilməmişdir.

19. İddiaçı iddia tələbində cavabdehdən hər il üçün gecikdirilmiş illik beş faiz hesablanmaqla faiz borcunun ödənilməsi tələbini irəli sürsə də, məhkəməyə tələb etdiyi faiz borcunun məbləğinin hesablanması düsturu və bunun üçün əsas götürülmüş müddət (günə-gün hesabı ilə) barədə heç bir sübut təqdim etməmişdir. Məhkəmənin yalnız iddia ərizəsində göstərilənlərə əsasən yuxarıda göstərilən qaydada qiymətləndirmə aparması və cavabdehdən faiz borcu tutması mümkün deyil. Ona görə də məhkəmə hesab etmişdir ki, hazırkı tələb qeyri-müəyyən olduğundan, tələb edilən məbləğin əsaslı olub-olmaması barədə birmənalı nəticəyə gəlmək mümkün olmadığından və tələbin əsasına dair sübutlar təqdim edilmədiyindən bu hissədə iddia tələbi təmin olunmamalıdır.

20. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 21.1, 21.2, 386.1, 700.1, 700.3, 697.1, 705, 10961, 1096.2, 1097, 1099.1-ci maddələrinə, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarına, Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2021-ci il 14 aprel tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2, 77. 1, 78.1, 217.1, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

21. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən - iddianın rədd edildiyi hissədə ləğv olunaraq həmin hissədə təmin edilməsini xahiş etmişdir.

22. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiya məhkəməsindəki icraat

23. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 26 iyul tarixli 2-2(103)-549/2024 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilərək, iddia cavabdehdən iddiaçının xeyrinə 16.560 manat pul tutulması hissəsində rədd edilmiş, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – V.Baxışova, hakimlər – R.Qurbanov, Z.Şirinov).

24. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2020-ci il 4 sentyabr tarixli 2(006)4167/2020 saylı iddianı təmin etmə tədbiri görülməsi barədə qərardadına əsasən müəyyən edilmişdir ki, iddiaçının ləğvedici Əmanətlərin Sığortalanması Fonduna qarşı vurulmuş ziyanın əvəzinin ödənilməsinə dair iddiasına baxılarkən həmin iş üzrə iddianı təmin etmə tədbiri görülərək işə mahiyyəti üzrə baxılıb qurtaranadək Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti ilə N.Vəzirov küçəsinin kəsişməsində yerləşən qeyri-yaşayış sahəsinə ləğvedici Əmanətlərin Sığortalanması Fondunun əməkdaşlarının giriş-çıxışına qadağa qoyulmuş, qərardad 2 ay qüvvədə olmuş, cavabdehin şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsinin 2020-ci il 13 noyabr tarixli, 2(103)-8342/2020 saylı qərardadı ilə ləğv edilərək iddiaçının ərizəsi təmin edilməmişdir. Məhkəmə cavabdehin apellyasiya şikayəti ilə bu hissədə razılaşmışdır ki, birinci instansiya məhkəməsi Nəsimi rayon Məhkəməsinin 2020-ci il 4 sentyabr tarixli 2(006)-4167/2020 saylı qərardadının qüvvədə olduğu müddətdə cavabdeh icarəyə verilmiş sahədən istifadə etmək imkanından məhrum olduğunu nəzərə alaraq iddiaçının tələbini 2020-ci ilin sentyabr və oktyabr ayları üçün 16.560 manat pulun (8280x2) cavabdehdən tutulması hissəsində rədd etməli idi. Məhkəmə bu halı nəzərə almadığından qətnamə bu hissədə qismən ləğv edilərək iddia 16.560 manat pulun cavabdehdən tutulması hissəsində rədd ed ilməlidir.

25. Məhkəmə iddianın təmin edildiyi qalan hissədə birinci instansiya məhkəməsinin mövqeyini qanuni və əsaslı hesab etmişdir. Belə ki, cavabdeh 2020-ci il 1 iyun tarixdən icarə müqaviləsi ilə bağlı hüquq münasibətlərinə xitam veriləcəyi barədə iddiaçıya bildiriş göndərsə də, icarəyə götürülmüş sahədən öz əmlaklarını götürərək sahəni boş vəziyyətdə icarəyəverənə qaytarmadığından icarəyəverən sahəni başqa şəxsə icarəyə vermək imkanından məhrum olduğundan onun həmin müddət üçün icarəçidən aylıq icarə haqqı məbləğində kompensasiya tutulması mülki qanunvericiliyin tələblərinə uyğundur.

26. Cavabdehin icarəsində olmuş sahənin 2020-ci il 14 aprel tarixindən "xxxx" ASC-nin icarəsinə verilməsinə dair cavabdehin mülahizələri sübutlarla təsdiq olunmadığı üçün məhkəmə tərəfindən əsassız hesa b edilmişdir. Belə ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddiaçı ilə "xxxx" ASC arasında bağlanmış 2020-ci il 14 aprel tarixli müqaviləyə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti ilə N.Vəzirov küçəsinin kəsişməsində yerləşən qeyri-yaşayış sahəsinin "xxxx" ASC-yə icarəyə verilmiş hissəsi 2, 3, 4, 5-ci mərtəbələr və zirzəmidə yerləşən 11,6 kv.m sahə olmuşdur. Cavabdehə isə 2020-ci il 14 aprel tarixli razılaşmaya əsasən qeyri-yaşayış sahəsinin 1-ci mərtəbəsi və zirzəmidə yerləşən 155,8 kv.m sahə icarəyə verilmişdir.

27. Göründüyü kimi eyni gündə bağlanmış müqavilələrə əsasən icarəyə verilmiş sahələr fərqli olduğundan "xxxx" ASC ilə bağlanmış icarə müqaviləsinin hazıkı mübahisəyə aid sübut olmadığı müəyyən olunur.

28. Birinci instansiya məhkəməsi düzgün olaraq qeyd et mişdir ki, icarə sahəsi müqaviləyə birtərəfli xitam verildikdən sonra geri təhvil verilmişdisə, cavabdehin sahəyə giriş-çıxışına qoyulmuş qadağa ilə bağlı iddianı təmin etmə tədbiri barədə qərardaddan cavabdeh tərəfindən hansı səbəbdən şikayət verildiyi anlaşılan deyil. Belə ki, əgər 2020-ci il 1 iyun tarixindən sonra cavabdehin həqiqətən icarəyə götürülmüş sahədən istifadəyə marağı qalmamışdısa, həmin sahəyə giriş-çıxışa qadağa qoyulması ləğv prosesində olan bankın və ləğvedicinin hər hansı hüququnu poza bilməzdi.

29. Məhkəmə eyni zamanda iddianın rədd edildiyi hissədə qətnaməni qanuni və əsaslı, iddiaçının apellyasiya şikayətini əsassız hesab etmişdir. İddiaçının 80.000 manat məbləğində əldən çıxmış fayda tələbi ilə bağlı məhkəmə qeyd etmişdir ki, icarə obyektinin geri qaytarılmamasına g örə mülki qanunvericilikdə nəzərdə tutulmuş kompensasiya icarəyəverənin həmin müddət ərzində əldə edə biləcəyi faydanın əvəzi olaraq müəyyən edildiyindən tutulmuş kompensasiya məbləğindən əlavə əldən çıxmış fayda tələbi əsassızdır.

30. Tələb edilən illik 5 faiz zərər məbləği ilə bağlı məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır ki, bu hissədə iddianın qiyməti dəqiq göstərilmədiyindən və tələb edilən məbləğin konkret hansı dövr üçün (başlanğıc və son tarixi) qeyd edilmədiyindən iddia bu hissədə təmin edilə bilməz.

31. Apellyasiya instansiya məhkəməsi mövqeyini MM-in 21.1, 21.2, 445.7, 700.1, 700.3, 697.1, 705-ci maddələrinə, MPM-in 77, 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

32. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnam əsinin ləğv edilərək, işin yenidən araşdırılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ c) Kassasiya şikayətinin dəlilləri:

33. MM-in 689-cu maddəsi üzrə - Cavabdeh MM-in 689.1, 689.2-ci maddələrinə istinadən qeyd edir ki, elə tərəflər arasında bağlanmış 2017-ci il 25 yanvar tarixli icarə müqaviləsinin 4.5-ci bəndində də müqaviləyə xitam verilməsi əsaslarında həmin hal qeyd olunmuşdur. Həmin maddədə qeyd olunur ki, icarəçi icarəyə verənə 30 təqvim günü əvvəlcədən yazılı xəbərdarlıq verməklə bu müqaviləyə birtərəfli qaydada xitam verə bilər. Məhz tərəflər arasında bağlanmış icarə müqaviləsinin 4.5-ci maddəsinə müvafiq olaraq, Əmanətlərin Sığortalanması Fondu 2020-ci il 31 may tarixli, **********077 nömrəli bildirişlə icarəyə verən iddiaçını xəbərdar etmiş və cavabdeh ilə iddiaçı arasında bağlanmış 2017-ci il 25 yanvar tarixli icarə müqaviləsinə və həmin icarə müqaviləsinə dəyişiklik edilməsi haqqında 2020-ci il 14 aprel tarixli razılaşmaya 2020-ci il 1 iyun tarixindən etibarən xitam veriləcəyi barədə məlumat vermişdir. Belə ki, 2020-ci il 1 iyun tarixindən etibarən tərəflər arasında icarə münasibətləri mövcud olmamışdır və olması da mümkün deyildi. Çünki cavabdehin X1 2017-ci il 17 aprel tarixli, 04 №-li protokoluna əsasən, “X2 (CDB)” ASC-nin Cavabdeh ASC-yə qoşulması şəklində cavabdehin yenidən təşkil edilməsi, “X2 (CDB)”ASC-nin fəaliyyətinə xitam verilməklə hüquq və vəzifələrinin (aktiv və öhdəliklərinin) yenidən təşkil olunan cavabdehə ötürülməsi qərara alınmışdır. Bundan sonra sözügedən icarə obyektində c avabdehin “Dostluq” filialı fəaliyyət göstərmiş və Bakı Apellyasiya Məhkəməsinin 2020-ci il 30 aprel tarixli 2-3(103)-129/2020 nömrəli qərarı ilə cavabdeh müflis elan edilərək, bankın ləğv prosesinə başlanılmışdır. Müflis elan edilmiş bankın isə təyinatı üzrə müştərilərə bank xidmətləri göstərməsi qeyri-mümkündür. Bundan başqa, iddiaçı cavabdehin həmin icarə obyektindən istifadə etmədiyini bildiyinə və sonuncu icarə haqqının 2020-ci ildə ödənildiyinə baxmayaraq hazırki iddia tələbi ilə məhkəməyə yalnız 3 ildən sonra müraciət etmişdir. Halbuki müqaviləyə birtərəfli qaydada xitam veriləcəyi barədə cavabdehin bildirişini aldıqdan sonra iddiaçının həmin icarə obyektini üçüncü şəxsə icarəyə verib gəlir əldə etmək imkanı var idi. İddiaçının məhkəməyə sübut qismində təqdim etdiyi, "xxxx" MMC-ni n 2022-ci il 22 mart tarixli 02 nömrəli təklifinə görə, mübahisəli icarə obyektinin 1-ci mərtəbəsinin və zirzəmisinin aylıq 9500-10000 manata icarəyə götürülməsi iddiaçıya təklif olunur. Sübutun qeyri-mötəbər olduğu ondan görünür ki, bu cür təklif aradan keçən iki il ərzində deyil, məhz 2022-ci ildə edilmişdir. Əgər icarəyə verənin doğrudan da belə bir niyyəti var idisə, onda o hazırki iddia tələbi ilə elə 2020-ci ildə məhkəməyə müraciət edərdi. Deməli cavabdeh ilə bağlanmış müqaviləyə xitam verildiyi tarixdən sonrakı dövr üçün icarə haqqının tələb edilməsi əsassızdır və məhkəmə bu hissədə düzgün nəticəyə gəlməmişdir. 34. “Banklar haqqında” Qanunun 76.1-ci maddəsi üzrə - İddiaçı cavabdehə qarşı icarə haqqının ödənilməsi ilə bağlı pul tələbi var idisə belə, o bu tələbini qeydiyyata aldırmal ı idi. Lakin iddiaçı bu hüququndan istifadə etməmişdir. Ona görə də hazırki iş üzrə iddia tələbi həm də müflis elan edilmiş banka qarşı tələb hüququnun qeydiyyata alınmaması səbəbindən təmin edilməməlidir. d) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

35. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. İİ. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

36. İş üzrə iddiaçı tərəfindən apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

37. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

38. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əml akından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür....” “Maddə

445. Borclunun icranı gecikdirməsi... 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər....” “Maddə

697. Kirayə hüquq münasibətlərinə xitam verilməsinin nəticələri 697.1. Kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. Torpaq sahəsinin kirayəçisi kirayəyə götürdüyü torpaq sahəsini kirayəyə verənə qarşı pretenziyaları əsasında saxlamaq hüququna malik deyildir. Kirayəçi əşyanı hər hansı üçüncü şəxsin istifadəsinə verdikdə kirayəyə verən kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra üçüncü şəxsdən həmin əşyanı qaytarmağı tələb edə bilər....” “Maddə

700. İcarə müqaviləsi 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.... 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.” “Maddə

705. İcarəyə verilmiş əşyanın qaytarılmasını n gecikdirilməsi Əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə iddia da istisna edilmir.

39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası k imi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlə rindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. MPM-in 418.4-cü maddəsinə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas yoxdur.

41. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.

42. Kollegiya, həmçinin bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə m alik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

43. Məhkəmə kollegiyası onu da qeyd edir ki, icarə sahəsi müqaviləyə birtərəfli xitam verildikdən sonra geri təhvil verilmişdisə, cavabdehin sahəyə giriş-çıxışına qoyulmuş qadağa ilə bağlı iddianı təmin etmə tədbiri barədə qərardaddan cavabdeh tərəfindən hansı səbəbdən şikayət verildiyi anlaşılan deyil. Belə ki, əgər 2020-ci il 1 iyun tarixindən sonra cavabdehin həqiqətən icarəyə götürülmüş sahədən istifadəyə marağı qalmamışdısa, həmin sahəyə giriş-çıxışa qadağa qoyulması ləğv prosesində olan bankın və ləğvedicinin hər hansı hüququnu poza bilməzdi.

44. Digər tərəfdən məhkəmə qe yd edir ki, iş materiallarında (bax: İİ cild, səhifə 46) olan 2024-cü il 28 fevral tarixli aktdan görünür ki, qalan bəzi əşyalar cavabdeh tərəfindən götürülmüşdür. Həmçinin birinci instansiya məhkəməsinin 2024-cü il 28 fevral tarixli məhkəmə iclas protokolunda da cavabdehin nümayəndəsi bunu təsdiqləyərək bildirmişdir ki, cavabdeh tərəfindən müqaviləyə birtərəfli xitam verildikdən sonra obyekt iddiaçıya geri qaytarılmış, bəzi əşyalar orada qaldığı üçün 2024-cü il 28 fevral tarixində oradan çıxarılmış və bununla bağlı tərtib edilmiş akta da imza atmışdır. 45. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tə ləblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).

46. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşan məhkəmə kollegiyası vurğulayır ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddiaçı ilə "xxxx" ASC arasında bağlanmış 2020-ci il 14 aprel tarixli müqaviləyə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti ilə N.Vəzirov küçəsinin kəsişməsində yerləşən qeyri-yaşayış sahəsinin "xxxx" ASC-yə icarəyə verilmiş hissəsi 2, 3, 4, 5-ci mərtəbələr və zirzəmidə yerləşən 11,6 kv.m sahə olmuşdur. Cavabdehə isə 2020-ci il 14 aprel tarixli razılaşmaya əsasən qeyri-yaşayış sahəsinin 1-ci mərtəbəsi və zirzəmidə yerləşən 155,8 kv.m sahə icarəyə verilmişdir. Göründüyü kimi eyni gündə bağlanmış müqavilələrə əsasən icarəyə verilmiş sahələr fərqli olduğundan "xxxx" ASC ilə bağlanmış icarə müqaviləsinin hazıkı mübahisəyə aid sübut olmadığı müəyyən olunur.

47. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya məhkəməsi iş materiallarında olan sübutlar əsasında hüquqi qiymətləndirməni qanunvericiliyin tələblər inə əsasən düzgün aparmış və qanunvericiliyin müddəalarını işin hallarına münasibətdə düzgün tətbiq etmiş, ilk iddia üzrə cavabdehin kassasiya şikayətində göstərilən dəlillər isə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir.

48. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh LPO Cavabdeh ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 26 iyul tarixli 22(103)-549/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi an

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar