Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-60/2020 27.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası İddiaçı MMC-nin cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRAR Açar sözlər: pul tələbi, malların təhvil verilməsi barədə qaimə-fakturada cavabdehin adının olmaması, çəkişmə prinsipinə əməl edilməməsi giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, Cavabdeh vəkili X1 iştirakı ilə, İddiaçı MMC-nin (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı “borcun tutulması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi kollegi yasının 2-2(105)-117/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında xx xxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı ilə cavabdeh arasında xx xxxxxx 2012-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə görə iddiaçı adı və miqdarı qaimə-fakturada göstərilən malları cavabdehə verməyi, cavabdeh isə həmin malı qəbul edib əvəzinə müəyyən edilmiş pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 5.2-ci bəndinə görə əgər alıcı ona satıcı tərəfindən təqdim olunmuş bu Müqavilənin 3.2, 3.3 və 3.4-cü maddələrində nəzərdə tutulmuş müddətdə malın dəyərini ödəməzsə, hər gecikdirilmiş gün üçün ödənilməyən məbləğin 0,1 % miqdarın da penya ödəməlidir. Bundan əlavə, satıcı alıcıya xəbərdarlıq etmədən əsas borc və hesablanmış penya tam ödənilənədək bu müqaviləyə xitam verə bilər. Həmin müqaviləyə 1 N-li Əlavədən görünür ki, cavabdeh ilə iddiaçı arasında müqaviləyə əlavə olaraq bu Əlavə bağlanmışdır, alıcı Əlavə 1 N ilə Cavabdeh müqavilədən irəli gələn şərtlərin icra edilməsi üçün (alıcı adından 4 malların təhvil alınması və qaimə fakturada malın təhvilini sübut edən imzanın alınması) səlahiyyət vermişdir. İddiaçıya görə onun tərəfindən cavabdehə xx.xx.2013-cü il tarixli 371782 saylı, xx.xx.2013-cü il tarixli 371783 saylı, xx.xx.2013-cü il tarixli, xx.xx.2013-cü il tarixli, xx.xx.2013-cü il tarixli qaimə fakturalar əsasında müxtəlif növ mallar verilmişdir. Nəticədə cavabdehin iddiaçıya 5690,80 manat məbləğində ödənilmə miş borc qalığı qalmışdır. Cavabdeh borcunu vaxtında ödəmədiyindən müqavilənin şərtlərinə uyğun olaraq iddiaçı tərəfindən 5613,52 manat məbləğində cərimə hesablanmışdır. İddiaçı tərəfindən cavabdehə pretenziya məktubu ilə müraciət edilərək sözügedən müqavilə əsasında yaranmış borcun ödənilməsi xahiş edilmişdir. Belə ki, iddiaçı tərəfindən tərtib edilmiş xx xxxxx 2015-ci il tarixli bildirişə əsasən cavabdehin xx xxxxxx 2012-ci il tarixli müqavilə üzrə iddiaçıya xx xxxxx 2015-ci il tarixinə borcu 5690,09 manat təşkil etmiş və həmin bildiriş iddiaçının qardaşı X2 tərəfindən imzalanmış və qəbul edilmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 5.690,80 manat əsas borc, 5.613,52 manat penya və 30,40 manat dövlət rüsumunun, cəmi 11.33 4,72 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh borcunu vaxtında ödəməmişdir. İddianın maddi hüquqi əsası kimi Mülki Məcəllənin 386.1, 430.1, 442, 445.1 və 448-ci maddələrinə istinad edilmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin (hakim X4, 2-2(85)-1588/2015 saylı iş) x xxxxxxx 2015-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdehdən iddiaçının xeyrinə 5.690,80 manat əsas borc, 300 manat penya, cəmi 5.990,80 manatın tutulması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X5məruzəçi, X6 və Babayeva Hökümə Çingiz qızı, 2-2(105)-117/2018 saylı iş) xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə cavabdehin apelly asiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin x xxxxxxx 2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin əsassız və qeyri-qanuni olduğundan ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Qaimə-fakturalardan görünür mal materialları Quliyev adlı şəxs imza edərək almışdır. Hüseynov Samir, Mustafayeva Gülnarə, Allasov Əjdər tərəfindən imzalanaraq qəbul edilmiş və realizə edilmişdir. Məhkəmə iddia tələbini təmin edərkən hansı müqaviləyə əsaslandığını göstərə bilməmişdir. Halbuki iş materiallarında mal materiallarla əlaqədar cavabdeh alması barədə hər hansı bir müqavilə və ya qaimə yoxdur. Məhkəmə tərəflərin iştirakını təmin etməyərək bu mübahisə doğuran iqtisadi məsələni araşdırmaq istəməmişdir. Məhkəmə qətnamədə iddiaçının pretenziya məktubunu əsas götürərək əsassız iddianı qismən təmin etmişdir. Məhkəmə çəkişmə prinsipini və tərəflərin sübutlarını təqdim etmək imkanını tam məhdudlaşdıraraq iddianın hansı əsasla təmin etməsini izah etmədən, maddi və prosessual hüquq normalarını pozmuşdur. Şikayətin maddi hüquqi əsası kimi Mülki Məcəllənin 442, 443.1 və 448.1-ci maddələrinə istinad edilmişdir. tərəflərin izahatı: Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasında təmsil olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 415.3-cü ma ddəsinə əsasən hazırkı vəziyyətdə işə baxılması mümkün sayılmışdır. əsaslandırıcı hissə: Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur (568.1-ci maddə). Əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur (568.2-ci maddə). Mülki Məcəllənin 570.1-ci maddəsinə əsasən, əgər alqı-satqı müqaviləsi ndə ayrı qayda nəzərdə tutulmayıbsa, satıcının əşyanı alıcıya vermək vəzifəsi aşağıdakı məqamda icra edilmiş sayılır: müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda (570.1.1-ci maddə); əşya alıcıya və ya onun göstərdiyi şəxsə əşyanın olduğu yerdə verməlidirsə, onun alıcının ixtiyarına verildiyi məqamda. Əşya müqavilədə nəzərdə tutulan müddətdə lazımi yerdə verilməyə hazır olduqda və müqavilənin şərtlərinə müvafiq surətdə alıcı bundan xəbərdar olduqda əşya alıcının ixtiyarına verilmiş sayılır. Əgər əşya nişanlanma yolu ilə və ya başqa şəkildə müqavilənin məqsədləri üçün eyniləşdirilməyibsə, verilməyə hazır sayılmır (570.1.2-ci maddə). Alqı-satqı müqaviləsindən satıcının əşyanı çatdırmaq və ya olduğu yerd ə alıcıya vermək vəzifəsinin irəli gəlmədiyi hallarda satıcının əşyanı alıcıya vermək vəzifəsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, əşyanın alıcıya çatdırılmaq üçün daşıyıcıya və ya rabitə təşkilatına təhvil verildiyi məqamda icra edilmiş sayılır (570.2-ci maddə). İddiaçı ilə cavabdeh arasında xx xxxxxx 2012-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə uyğun olaraq iddiaçı hazırkı müqavilənin ayrılmaz hissəsi olan spesifikasiyaya müvafiq miqdarda, keyfiyyətdə assortimentdə və şərtlərlə cavabdeh tərəfindən verilən sifarişin qəbul edilməsi anından sonra malları cavabdehə təhvil verməyi, cavabdeh isə malı hazırkı müqavilənin ayrılmaz hissəsi olan spesifikasiyaya müvafiq miqdarda, keyfiyyətdə, assortimentdə və şərtlərlə qəbul etməyi və ödəniş etməyi ü zərinə götürmüşdür. İddiaçı hesab edir ki, cavabdehə müxtəlif çeşidli mallar vermiş, lakin cavabdehin 5.690,80 manat ödənilməmiş əsas borcu qalmışdır. İddiaçı iddiasının əsası kimi AEO/3 seriyalı xx.xx.2013-cü il tarixli 371782 saylı, AEO/3 seriyalı xx.xx.2013-cü il tarixli 371783 saylı, xx.xx.2013-cü il tarixli 372135 saylı, xx.xx.2013-cü il tarixli 373080 saylı, xx.xx.2013-cü il tarixli 528247 saylı qaimə fakturalara istinad etmişdir. xx xxxxxx 2012-ci il tarixli müqaviləyə 1 N-li Əlavədən görünür ki, iddiaçı ilə cavabdeh arasında müqaviləyə əlavə olaraq bu Əlavə bağlanmışdır, alıcı Əlavə 1 N ilə cavabdehə müqavilədən irəli gələn şərtlərin icra edilməsi üçün (alıcı adından malların təhvil alınması və qaimə fakturada malın təhvilini sübut edən imzanın alınması) səlahiyyət verir: (cavabdeh in adı var, başqa heç kimin adı qeyd edilməyib). İddiaçının istinad etdiyi qaimə fakturalarda yuxarı hissədə alıcı kimi cavabdehin adı yazılsa da, aşağıda “təhvil aldım” hissəsində cavabdehin deyil, başqa şəxslərin adları yazılmış, 1 N-li Əlavədə həmin şəxslərin adları göstərilməmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı etirazlarında iddiaçıdan vaxtında malı almasını, borcunu ödəməsini, apellyasiya şikayətində isə iddiaçı ilə arasında olan bütün müqavilə şərtlərinə əməl edərək ona təhvil verilmiş malları payladıqdan sonra onun pullarının hamısını iddiaçının rəhbərliyinə təhvil verdiyini, iddiaçıya borcu qalmadığını bildirmişdir. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyy əti üzrə baxır. İşdə iştirak edən şəxslərin işə apellyasiya instansiyası məhkəməsində baxılması ilə bağlı olan bütün məsələlər barəsində müraciətləri və vəsatətləri, işdə iştirak edən digər şəxslərin fikri dinlənildikdən sonra məhkəmə tərəfindən həll edilir (377-ci maddə). Bəhs edilən dəlillərlə bağlı apellyasiya məhkəməsi heç bir faktiki və hüquqi qiymətləndirmə aparmamış, apellyasiya şikayətinin dəlillərinə münasibət bildirməmiş, adı çəkilən qaimə fakturalarda göstərilən malların cavabdeh tərəfindən qəbul edilibedilməməsini, cavabdehin iddiaçıdan məhz hansı malları almasını, aldığı malların dəyərini hansı sənədlər əsasında ödəməsini, cavabdehin dəlillərinin hansı sübutlarla təsdiq olunmasını müəyyən etməmişdir. Cavabdeh apellyasiya şikayətində məhkəmənin onun iştirakı olmadan işə baxaraq qanunla qorunan hüququnun pozulduğunu bildirmiş, lakin apellyasiya məhkəməsi şikayətin bu dəlilinə də münasibət bildirməmişdir. Cavabdeh kassasiya şikayətində də çəkişmə prinsipinin pozulduğunu bəyan etmişdir. İşdə olan sənədlərdən görünür ki, apellyasiya məhkəməsi tərəfindən iki dəfə məhkəmə iclası təyin edilmişdir. Birinci dəfə məhkəmə iclası x xxxxxxxx 2019-cu il tarixə təyin edilmiş, cavabdehə göndərilmiş xx xxxx 2019-cu il tarixli məhkəmə bildirişinin ona çatması barədə işdə sübut mövcud olmamışdır. Vəkil cavabdehin vəkili olmasına dair işdə x xxxx 2019-cu il tarixli vəkil orderi mövcuddur. x xxxxxxxx 2019-cu il tarixli məhkəmə iclas protokolundan görünür ki, tərəflər məhkəmə iclasında iştirak etməmişdir, həmin tarixli bildirişlə məhkəmə iclasının xx xxxxxxx 2019-cu il tarixə təyin e dilməsi barədə iddiaçıya məlumat verilmiş, məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə və vəkilinə məhkəmə bildirişi göndərilməmişdir. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı xx xxxxxxx 2019-cu il tarixli qətnamə qəbul etmiş, qətnamədə iddiaçı və cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlmədiyini qeyd etmişdir. Göründüyü kimi, apellyasiya məhkəməsi işə baxarkən cavabdehi məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırmamışdır. MPM-in 418.4.5-ci maddəsinə əsasən, işə məhkəmə tərəfindən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbər verilməmiş işdə iştir ak etməli şəxslərdən hər hansı birinin iştirakı olmadan baxılmışsa apellyasiya instansiyası məhkəməsinin qətnaməsi şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməlidir. Odur ki, kassasiya şikayəti əsaslı olduğundan təmin edilərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş təkrar apellyasiya baxışına göndərilməlidir. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417.1.3, 418.1 və 419-cu maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-2(105)117/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi anda
Məhkəmə qərarları › İş №2-2(102)-60/2020
Ali Məhkəmə Qərar — İş №2-2(102)-60/2020
27.02.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver