Məhkəmə qərarları › İş №2-2(102)-60/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-60/2024

15.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-60/2024 15.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı cavabdehlər x1Məhdud Məsuliyyətli Cəmiyyəti və x2nə qarşı iş üzrə QƏRARİ Açar sözlər: Torpaq sahəsinin boşaldılması və icarə müqaviləsinin ləğvi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi, hakimlər Dadaşov İlqar Ağababaş oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh x1MMC-yə qarşı “6,0 hektar torpaq sahəsindən çıxarılması, torpaqdan istifadəyə dair yaratdığı maneələrin aradan qaldırılması” barədə ilk və x1MMC- nin cavabdehlər İddiaçı, x2nə və x3nə qarşı x2 ilə İddiaçı arasında bağlanmış “ 2014-cü il 15 sentyabr tarixli 02 saylı icarə müqaviləsinin etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair kommersiya işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 9 avqust tarixli 2-2(106)-67/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. Biləsuvar rayon İcra Hakimiyyətinin nümayəndəsi A.Kazımov ilə X7 arasında bağlanmış torpaq icarə müqaviləsinə əsasən, X5 dövlət ehtiyyat fondundan kənd təsərrüfatı məhsullarının istehsalı üçün 4 hektar torpaq sahəsi 50 il müddətinə icarəyə verilmişdir. 2. x2 ilə X7 arasında bağlanmış 2003-cü il 17 yanvar tarixli 54 saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləsinə əsasən, X5 heyvandarlığın inkişafı üçün 6 hek tar torpaq sahəsi 15 il müddətinə icarəyə verilmişdir.

3. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Biləsuvar rayon Torpaq Hərrac və Müsabiqə Komissiyasının torpaq hərrac və ya müsabiqənin nəticələri barədə 2014-cü il 5 sentyabr tarixli 128 saylı protokoluna əsasən, komissiya tərəfindən Biləsuvar rayonu ərazisində yerləşən x2nin mülkiyyətinə aid olan 6 hektar torpaq sahəsinin icarəyə verilməsi məqsədilə 2014-cü il 5 sentyabr tarixində keçirilən müsabiqədə iştirak edən 3 nəfər şəxsin-İddiaçı, X3 və X1 iştirakları ilə keçirilən müsabiqədə İddiaçı keçirilmiş müsabiqənin qalibi hesab olunmuşdur.

4. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş ********* saylı şəhadətnaməyə əsasən, İddiaçı Biləsuvar rayonu ərazisində yerləşən x2nin mülkiyy ətində olan 6 hektar torpaq sahəsinin mülkiyyətə verilməsi və ya icarə qaydasında əldə edilməsi ilə bağlı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Biləsuvar rayon Torpaq Hərrac və Müsabiqə Komissiyası tərəfindən 2014-cü il 5 sentyabr tarixində keçirilmiş müsabiqənin qalibi hesab olunmuş və torpaq sahəsi müsabiqədə 15 il müddətinə icarəyə verilmişdir. 5. x2 ilə İddiaçı arasında bağlanmış 2014-cü il 15 sentyabr tarixli 02 saylı «Bələdiyyə torpaqlarının icarəsi» müqaviləsinə əsasən, İddiaçı 6 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 2047-ci il 15 sentyabr tarixinə kimi icarəyə verilmişdir.

6. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı çıxarışına əsasən, 2018 -ci il 10 may tarixində "xxxx" MMC-nin xeyrinə x2nin mülkiyyətində olan əkin təyinatlı ehtiyyat fondu torpaqlarından 2067-ci il 5 aprel tarixinə kimi 72.73 hektar torpaq sahəsi yüklü edilmişdir. 7. x2 tərəfindən verilmiş 2020-ci il 24 iyun tarixli 59 saylı arayışa əsasən, x2 ilə İddiaçı arasında bağlanmış 2014-cü il 15 sentyabr tarixli 02 saylı icarə müqaviləsi hal-hazırda qüvvədədir. Həmin müqaviləyə görə İddiaçı verilmiş 6 hektar bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin icarə haqqını İddiaçı hər il mütəmadi olaraq Bələdiyyənin hesabına ödəmişdir. x2 həmin torpaq sahəsinin müharibə veteranı olan İddiaçı istifadəsində qalmasına etiraz etməmişdir.

8. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında x3nin İddiaçı ünvanladığı məktubda ünvan 2in təyinatı kənd təsərrüfatı t əyinatlı (örüş-otlaq) torpaq sahəsi olaraq qeyd edilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

9. İddiaçı (bundan sonra-“iddiaçı”) cavabdehlər x3nə, x2nə və x1MMC-yə qarşı iddia ərizəsi ilə Biləsuvar rayon Məhkəməsinə müraciət edərək, onunla x2 arasında 33 illik müddətə 2014-cü il 15 sentyabr tarixində bağlanan 2 saylı Bələdiyyə torpaqlarının icarə müqaviləsinin, x2nin 2014-cü il 25 fevral tarixli 2 nömrəli qərarı ilə ona ayrılan 6 hektar torpaq sahəsi üçün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dövlət X4 2014-cü il 24 fevral tarixli 1249 nömrə ilə uçota alınan A498674 nömrəli torpaq sahəsinin planı və ölçüsünün bərpa edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən "xxxx" MMC-yə verilmiş 72,73 hektar torpaq sahəsinin bundan əvvəl ona veril ən 6 hektar torpaq sahəsi ilə üst-üstə düşdüyünə görə 2018-ci il 21 may tarixli seriya RX ******* nömrəli çıxarışın ləğv edilməsi, ona verilmiş 6 hektar torpaq sahəsindən "xxxx" MMC-nin çıxarılması, x2nin sədri Cavabdeh2 tərəfindən vəzifə səlahiyyətini aşmaqla vəzifəsindən sui-istifadə edərək icarəyə verilmiş torpaq sənədlərinin saxtalaşdırılmasına dair halların mülki iş materiallarından ayrılaraq prokurorluğa göndərilməsi, 6 hektar torpaq sahəsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 2014-cü il 3 iyul tarixində verilmiş seriya RX ******* və seriya RX ******* nömrəli çıxarışların saxta olub-olmamasının və ya hansı hüquqi nəticəyə səbəb olub-olmamasının müəyyənləşdirilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracın təşkili üzrə Auksion Mərkə zinin 15 saylı Cəlilabad ərazi torpaq müsabiqə və hərrac komissiyasının torpaq müsabiqəsinin nəticələri barədə 2018-ci il 5 aprel tarixli 135 nömrəli iclas protokolunun ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddia tələbi işin yxarıda qeyd olunan halları ilə (bax bu qərarın 1-9-cu bəndləri) əsaslandırılmış və əlavə olaraq qeyd olunmuşdur ki, torpaq sahəsinin icarə müqaviləsinin bitməsinə hələ 30 il qaldığı təqdirdə, torpağın onun xəbəri və razılığı olmadan başqasına verilməsini qanunsuz hesab edir. Bələdiyyə sədri vəzifə səlahiyyətlərini aşaraq vəzifəsindən sui-istifadə edərək, onun torpaq sahəsini x1MMC-yə satmışdır. Hazırda o, öz qanuni torpaq sahəsinə gedə bilmir, çünki həmin sahə saxtakarlıqla başqasına verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Döv lət Komitəsi yanında x3nə müraciət etmiş, müraciəti araşdırılmış və qanunsuzluğa yol verilmə halları müəyyən edilmişdir. Müəyyən olunmuşdur ki, ona verilmiş 6 ha torpaq sahəsinin planı və ölçüsü ilə x1MMC-nin adına qeydə alınmış 72.73 ha torpaq sahəsi ilə üst-üstə düşür.

11. Eyni zamanda "xxxx" MMC iddiaçıya (İddiaçı), x3nə və x2nə qarşı qarşılıqlı iddia ərizəsi ilə Biləsuvar rayon Məhkəməsinə müraciət edərək, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Biləsuvar rayon Torpaq Hərrac və Müsabiqə komissiyasının torpaq müsabiqəsinin keçirilməsi barədə 2014-cü il 5 sentyabr tarixli 128 nömrəli iclas protokolunun və bununla bağlı verilmiş 2014-cü il 8 sentyabr tarixli şəhadətnamənin və x2 ilə ilkin iddiaçı arasında bağlanmış 2014-cü il 15 sentyabr tarixli 02 nömrəli «Bələdiyyə torpaqlarının icarəs i müqaviləsi»nin etibarsız hesab edilməsi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Biləsuvar rayon torpaq şöbəsi tərəfindən tərtib edilmiş 2014-cü il 24 aprel tarixə 1243 nömrə ilə uçota alınmış A498674 nömrəli torpaq sahəsinin planı və ölçüsünün və hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 2014-cü il 3 iyul tarixində verilmiş RX ******* və RX ******* nömrəli çıxarışların ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Tələb onunla əsaslandırılmışdır ki, iddaçı tərəfindən məhkəməyə əvvəllər mövcud olmuş və müvafiq qaydada ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Biləsuvar Rayon Torpaq Hərrac və Müsabiqə komissiyasının torpaq müsabiqəsinin keçirilməsi barədə 2014-cü il 5 sentyabr tarixli 128 saylı iclas protokolu və bununla ba ğlı verilmiş 2014-cü il 8 sentyabr tarixli şəhadətnamə təqdim edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 384s saylı 2017-ci il 2 iyun tarixli sərəncamı ilə mübahisəsi gedən 6 ha torpaq sahəsi daxil olmaqla, x2nin mülkiyyətində olan 1186.8 ha örüş torpaq sahəsinin təyinatı dəyişdirilərək, əkin dövriyyəsinə cəlb olunmuşdur. Məhkəməyə x2 ilə iddiaçı arasında 2014-cü il tarixli 15 sentyabr 02 nömrəli «Bələdiyyə torpaqlarının icarəsi müqaviləsi»nin kserosurəti təqdim edilmişdir. Həmin müqavilə tam şəkildə qanunvericiliyin tələblərinə zidd olaraq bağlanmışdır. Belə ki, bu müqavilə qanunvericiliyin tələblərinə müvafiq qaydada qeydiyyatdan keçirilməmişdir. Həmçinin müqavilə 33 il müddətinə bağlandığı qeyd olunmuşdur. Müsabiqənin keçirilməsi haqqında 2014-cü il 5 sentyabr tarixli hərr ac şəhadətnaməsində icarə müqaviləsinin 15 il müddətinə bağlanması nəzərdə tutulmuşdur. Mübahisə edilən həmin torpaq sahəsinin təyinatı "örüş” sahəsi olmuş və 2017-ci il 2 iyul tarixində Nazirlər Kabinetinin sərəncamı ilə təyinatı "əkin” sahəsinə dəyişdirilmişdir. Bələdiyyə torpaqlarının icarəyə verilməsi ilə bağlı bütün hüquqların müvafiq icra orqanında qanunamüvafiq qaydada qeydiyyata alınmasının vacibliyini göstərən qanunvericilik aktlarının tələblərinin mövcud olmasına və həmin tələblərin yerinə yetirilməsinin mütləq olmasına baxmayaraq, mübahisəli torpaq sahəsi üzərində iddiaçının hüquqları qanunamüvafiq qaydada qeydiyyata alınmamışdır. Bu onu göstərir ki, həmin sənədlər qanunsuzdur. Həmçinin, əgər onların təqdim etdiyi bu sənədlər qanunamüvafiq olsaydı, həmin torpağın icarəyə veril məsi barədə ikinci dəfə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracın Təşkili üzrə Auksion Mərkəzi tərəfindən 2018-ci il 5 aprel tarixində yenidən müsabiqə keçirilməzdi. Həmin auksion mərkəzi tərəfindən keçirilən müsabiqə qanununvericiliyin tələblərinə əməl olunmaqla keçirilmiş və qanunamüvafiq 12733898 nömrəli 2018-ci il 21 may tarixli çıxarış alınmışdır. Həmin torpaq sahəsi hazırda x1MMC tərəfindən təyinatına uyğun istifadə edilir. Bu səbəbdən, həmin çıxarışın ləğvi barədə iddiaçının tələbi təmin oluna bilməz. İddia ərizəsinə əlavə edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin torpaq sahəsinin planı və ölçüsü sənədində x2nin 2014-cü il 25 fevral tarixli qərarı ilə icarəyə ayrılan 6 ha torpaq sahəsinin planı göstərilmişdir. Həmin sənədin iddiaçıya heç bir aiddiyəti olmamışdır, ç ünki iddiaçı və Bələdiyyə arasında icarə müqaviləsi 2014-cü il 15 sentyabr tarixində bağlanmışdır. Həmçinin qeyd olunan kadastr sənədi qanuna müvafiq qaydada dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Odur ki, iddiaçının bu tələbi də təmin oluna bilməz və həmin kadastr planı qanuna müvafiq qaydada ləğv edilməlidir. İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 2014-cü il 3 iyul tarixində verilmiş RX ******* və RX ******* nomrəli çıxarışların saxta olub-olmaması və hansı hüquqi nəticəyə səbəb olub-olmamasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tərəfindən təqdim olunan çıxarışların surətlərinə nəzər yetirildikdə, x2nin mülkiyyətində 6.0 ha torpaq sahəsinin olmasını göstərən ******* nömrəli çıxarış da həmin torpaq sahəsinin "örüş” sahəsi olduğu bildirilmişdir. Eyni tarixli ******* nömrəli çıxarışda isə 6.0 ha torpağın əkin sahəsi olduğu göstərilmişdir ki, təqdim olunan hər iki çıxarış etibarsız hesab edilməlidir. Çünki nəzərdə tutulmuş torpaq sahəsinin təyinatının 2017-ci il 2 iyun tarixində Nazirlər Kabineti tərəfindən dəyişdirilməsini nəzərə aldıqda, həmin sənədlərin heç bir hüquqi qüvvəsi olmamışdır. Həmin sənədlərin iddiaçının iddia predmetinə də heç bir aidiyyəti olmamışdır. Mübahisə predmeti olan 6.0 ha torpaq sahəsi x1MMC tərəfindən qanunamüvafiq şəkildə Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən keçirilmiş 2018-cü il 5 aprel tarixli müsabiqənin yekun protokolu əsasında verilmiş 005006 nömrəli şəhadətnamə üzrə Daşınmaz Əmlakın Reyestr Xidmətinin RX seriyalı ******* nö mrəli reyestrdən çıxarışı əsasında icarəyə götürülmüş və hazırkı vaxta kimi qaydalara və torpağın təyinatına uyğun istifadə edilir.

13. Biləsuvar rayon Məhkəməsinin 2020-ci il 20 avqust tarixli 2(022)-470/2020 nömrəli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir (hakimP.Əhmədov).

14. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2021-ci il 18 mart tarixli 10/227 saylı rəyinə əsasən, mülki işdə olan 2014-cü il 15 sentyabr tarixli 02 saylı «Bələdiyyə torpaqlarının icarə müqaviləsi»nə görə iddiaçının istifadəsinə verilmiş, lakin iddiaçının adına dövlət qeydiyyatına alınmamış 6,0 hektar örüş təyinatlı bələdiyyə torpaq sahəsi "xxxx" MMC-yə **********09 reyestr nömrəli çıxarışın torpaq sahəsinin planı və ölçüsünə görə icarəyə veril miş 72,73 ha əkin təyinatlı bələdiyyə torpaq sahəsinin hüdudları daxilində yerləşir. İcarə müqaviləsinə əsasən iddiaçının istifadəsinə verilmiş, lakin iddiaçının adına dövlət qeydiyyatına alınmamış 6,0 ha örüş təyinatlı bələdiyyə torpaq sahəsi ilə "xxxx" MMC-nin icarəsində olan **********09 reyestr nömrəli torpaq sahəsi cənub-şərq istiqamətində üst-üstə düşmüşdür.

15. Biləsuvar rayon Məhkəməsinin 2021-ci il 29 aprel tarixli 2(022)-12/2021 nömrəli qətnaməsi ilə ilk iddia qismən təmin edilmiş, Biləsuvar rayonu Səmədabad kəndi ərazisində yerləşən 72.73 hektar torpaq sahəsinin icarə hüququnun qismən-6,0 hektar hissədə "xxxx" MMC-nə satılması hissəsində "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış 2018-ci il 10 may tarixli torpaqdan icarə hüququnun alqı-satqı müqaviləsi etibarsız hesab edilmi ş, "xxxx" MMC və "xxxx" MMC arasında bağlanmış 2018-ci il 10 may tarixli torpaqdan icarə hüququnun alqı-satqı müqaviləsi əsasında "xxxx" MMC-nin icarə hüququna dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış qismən - 6,0 hektar hissədə ləğv edilmiş, cavabdeh "xxxx" MMC-nin İddiaçı və x2 arasında 33 illik müddətə bağlanan 2014-cü il 15 sentyabr tarixli 2 saylı «Bələdiyyə torpaqlarının icarə müqaviləsi»nə əsasən iddiaçıya məxsus olan 6,0 ha torpaq sahəsində çıxarılması, ilkin iddianın qalan hissədə rədd edilməsi, cavabdeh "xxxx" MMC-nin qarşılıqlı iddiasının rədd olunması qət edilmişdir.

16. Şirvan A pellyasiya Məhkəməsinin 2022-ci il 26 yanvar tarixli 2(106)-363/2022 nömrəli qərardadı ilə cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, Biləsuvar rayon Məhkəməsinin 2021-ci il 29 aprel tarixli 2(022)-12/2021 nömrəli qətnaməsi ləğv edilmiş, iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilmişdir.

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Məhkəmə Kollegiyasının 2022-ci il 15 mart tarixli 2(102)-2311/2022 nömrəli qərarına əsasən, iddiaçının kassasiya şikayəti qismən təmin edilərək Şirvan Apellyasiya Məhkəməsinin 2022-ci il 26 yanvar tarixli 2(106)363/2022 nömrəli qərardadı qismən, iddiaçının cavabdehlər x3nə, x2nə və "xxxx" MMC-yə qarşı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən "xxxx" MMC-yə verilmiş 72,73 hektar torpaq sahəsinə dair 2018-ci il 21 may tarixli seriya RX ******* nömrəli çıxarışın ləğv edilməsi və Aərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracın təşkili üzrə Auksion Mərkəzinin 15 saylı Cəlilabad ərazi torpaq müsabiqə və hərrac komissiyasının torpaq müsabiqəsinin nəticələri barədə 2018-ci il 5 aprel tarixli 135 nömrəli iclas protokolunun ləğv edilməsi barədə ilk, "xxxx" MMC-nin iddiaçıya, x3nə və Biləsuvar rayon Torpaq Hərrac və Müsabiqə komissiyasının torpaq müsabiqəsinin keçirilməsi barədə 2014-cü il 5 sentyabr tarixli 128 nömrəli iclas protokolunun və bununla bağlı verilmiş 2014cü il 8 sentyabr tarixli şəhadətnamənin etibarsız hesab edilməsi və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Biləsuvar rayon torpaq şöbəsi tərəfindən tərtib edilmiş 2014-cü il 24 aprel tarixində 1243 nömrə ilə uçota alınmış A 498674 nömrəli torpaq sahəsinin planı və ölçüsünün, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 2014-cü il 3 iyul tarixində verilmiş RX ******* və RX ******* nömrəli çıxarışların ləğv edilməsi barədə qarşılıqlı iddia tələblərinə məhkəmə aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsində baxılmalı olması hissələrində ləğv edilməsi, həmin hissələrdə iş üzrə icraata xitam verilməsi, qərardadın qalan hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

18. Sonradan iddiaçı “iddianın dəyişdirilməsi barədə” ərizə ilə məhkəməyə müraciət edərək "xxxx" MMC-nin 6,0 hektar torpaq sahəsindən çıxarılması və onun topraqdan istifadəyə dair yaratdığı manelərin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 19. "xxxx " MMC-nin nümayəndəsi və vəkili ilk iddia ərizəsinə dair etiraz təqdim edərək iddiaçının iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

20. Etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 384 saylı 2017-ci il 2 iyun tarixli Sərəncamı ilə mübahisəsi gedən 6 ha torpaq sahəsinin sahəsi daxil olmaqla x2nin mülkiyyətində olan 1186,8 ha örüş torpaq sahəsinin təyinatı dəyişdirilərək əkin dövriyyəsinə cəlb olunmuşdur. Həmçinin, iddiaçı tərəfindən məhkəməyə x2 ilə iddiaçı arasında 2014-cü il 15 sentyabr tarixli 02 nömrəli bələdiyyə torpaqlarının icarəsi müqaviləsinin kserosurəti təqdim edilmişdir. Həmin müqavilə tam şəkildə qanunvericiliyin tələblərinə zidd olaraq bağlanılmışdır. Belə ki, həmin müqavilə qanunvericiliyin tələblərinə müvafiq olaraq qeydiyyatdan keçməmişdir. Həmçinin, müqavilədə onun 33 il müddətinə bağlandığı qeyd olunmuşdur. Halbuki müsabiqənin keçirilməsi haqqında 2014-cü il 5 sentyabr tarixli hərrac şəhadətnaməsində icarə müqaviləsinin 15 il müddətinə bağlanması nəzərdə tutulmuşdur. Bu hal torpaq qanunvericiliyinin tələblərinə tam zidd olmuşdur, çünki Torpaq Məcəlləsinin 16-cı maddəsinin 4-cü bəndinin 1-ci abzasına görə, bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələri on-on beş il müddətinə icarəyə verilə bilər. Mübahisə edilən torpaq sahəsinin təyinatı “örüş sahəsi” olmuşdur. Onun təyinatı ancaq 2017-ci il 2 iyul tarixində Nazirlər Kabinetinin sərəncamı ilə əkin sahəsinə dəyişdirilmişdir. Bundan əlavə, bələdiyyə torpaqlarının icarəyə verilməsi ilə bağlı bütün hüquqların müvafiq i cra orqanında qanunamüvafiq qaydada qeydiyyata alınmasının vacibliyini göstərən qanunvericilik aktlarının tələblərinin mövcud olmasına və həmin tələblərin yerinə yetirilməsinin mütləq olmasına baxmayarq, mübahisəli torpaq sahəsi üzərində iddiaçının hüquqları qanuna müvafiq qaydada qeydiyyata alınmamışdır. Odur ki, həmin sənədlər qanunsuz və əsassızdır, əgər onların təqdim etdiyi sənədlər qanunamüvafiq olsaydı, həmin torpağın icarəyə verilməsi barədə ikinci dəfə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracın Təşkili üzrə Auksion Mərkəzi tərəfindən 2018-ci il 5 aprel tarixində yenidən müsabiqə keçirilməzdi. Həmin auksion mərkəzi tərəfindən keçirilən müsabiqə qanunvericiliyin tələblərinə əməl olunmaqla keçirilmiş və qanuna müvafiq 12733898 saylı 2018-ci il 21 may tarixli çıxarış alınmış dır. Həmin torpaq sahəsi hazırda da "xxxx" MMC tərəfindən təyinatına uyğun istifadə edilir. Bu səbəbdən də həmin çıxarışın ləğvi barədə iddiaçının tələbi təmin oluna bilməz və torpağın icarəsi ilə bağlı "xxxx" MMC-nin adına verilmiş çıxarış inzibati orqanın qərarı hesab edilir. Həmin qərarın mövcudluğu barədə iddiaçının elə qərar verildiyi vaxtdan məlumatı olmuşdur. İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati orqanın qərarından bir ay müddətində şikayət verilə bilər. İddiaçı tərəfindən isə həmin müddət dəfələrlə üzürsüz səbəbdən buraxılmışdır.

21. Şirvan Kommersiya Məhkəməsinin 2022-ci il 3 avqust tarixli 2-2(121)-1025/2022 nömrəli qərardadı ilə iş üzrə məhkəmə yerquruluşu ekspertizası təyin edilmişdir (hakim E.Abdullayev).

22. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyin in Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il 27 yanvar tarixli 10/7934 saylı rəyinə əsasən, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin 2022-ci il 12 dekabr tarixli **********07 saylı mütəxəssis rəyinə görə, x2 ilə İddiaçı arasında bağlanılmış 2014-cü il 15 sentyabr tarixli icarə müqaviləsinə, torpaq sahəsinin planı və ölçüsünün baza məlumatına əsasən x2nin adına 2014-cü il 3 iyul qeydiyyat tarixi olan **********98 reyestr nömrəli çıxarışla rəsmiləşdirilmiş 6,0 ha örüş təyinatlı torpaq sahəsinin sənəd üzrə və İddiaçı iddia etdiyi, mübahisələndirilən ərazi kimi plana alınmış 6,46 hektaradək (çəpər daxilində) torpaq sahəsinin naturada yerləşmə vəziyyəti, ölçüləri və döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. x2 ilə İddiaçı ar asında bağlanılmış 2014-cü il 15 sentyabr tarixli icarə müqaviləsi ilə İddiaçı istifadəsinə ayrılmış torpaq sahəsinin ayrıldığı zaman kateqoriyası-kənd təsərrüfatı, məqsədli təyinatı-örüş, hüquqi rejimi-heyvandarlığın inkişaf etdirilməsi, hüquqi statusu-bələdiyyə mülkiyyəti olduğu, həmin 6,0 ha torpaq sahəsinin «Torpaqların elektron kadastr uçotu informasiya sistemi» baza məlumatlarına görə hazırkı kateqoriyası-kənd təsərrüfatı, məqsədli təyinatı-əkin, hüquqi rejimi-kənd təsərrüfatı məhsularının istehsalı, hüquqi statusu bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi olduğu müəyyən edilmişdir. İddiaçı iddia etdiyi, mübahisələndirilən ərazi kimi plana alınmış 6,46 hektaradək torpaq sahəsinin naturada yeri ilə sənəd üzrə yerinin üst-üstə düşdüyü müəyyən edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin 2022-ci il 12 dekabr tarixli **********07 saylı mütəxəssis rəyinə görə, «Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatları»na görə x2 ilə İddiaçı arasında bağlanılmış 2014-cü il 15 sentyabr tarixli icarə müqaviləsinə əsasən İddiaçı istifadəsində olmuş kimi iddia olunan 6,0 hektar örüş təyinatlı torpaq sahəsi x2nin balansında olan, bələdiyyə mülkiyyətinə aid əkin təyinatlı kənd təsərrüfatı torpaq sahəsi olduğu və hal-hazırda **********09 reyestr nömrəli çıxarışa görə “Astaraçay" MMCnin icarəsinə verilmiş ərazinin hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publfk hüquqi-şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin 2022-ci il 12 dekabr tarixli **********07 saylı mütəxəssis rəyinə əsasən, Səmədabad kəndi ərazisində **********09 reyestr nömrəli Çıxarışla icarə əsasında “Astaraçay" MMC-nin faktiki istifadəsinə verilmiş kateqoriyası-kənd təsərrüfatı, məqsədli təyinatı-əkin, hüquqi rejimi-kənd təsərrüfatı məhsullarının istehsalı, hüquqi statusu isə bələdiyyə mülkiyyətinə aid olan 72,73 ha torpaq sahəsinin sənəd üzrə və naturada faktiki istifadə vəziyyəti, ölçüləri və döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir, naturada faktiki istifadə kimi plana alınmış torpaq sahəsinin **********09 reyestr nömrəli çıxarışla "xxxx" MMC-nin icarəsinə verilmiş 72,73 ha torpaq sahəsinin hüdudları daxilində (üst-üstə düşmə) yerləşdiyi müəyyən olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi-şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin 2 022-ci il 12 dekabr tarixli **********07 saylı mütəxəssis rəyinə əsasən, Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatlarına görə **********09 reyestr nömrəli çıxarışla "xxxx" MMC-nin icarə əsasında istifadəsinə verilmiş 72,73 ha torpaq sahəsi x2nin balansında olan, bələdiyyə mülkiyyətinə aid əkin təyinatlı kənd təsərrüfatı torpaq sahəsidir. Hal-hazırda **********09 reyestr nömrəli çıxarışa görə "xxxx" MMC-nin icarə əsasında faktiki istifadəsində olduğu müəyyən edilmişdir.

23. Şirvan Kommersiya Məhkəməsinin 2023-cü il 15 mart tarixli 2-2(121)-14/2023 nömrəli qətnaməsi ilə ilk iddia təmin edilmiş, cavabdeh "xxxx" MMC-nin iddiaçı və x2 arasında bağlanılmış 2014-cü il 15 sentyabr tarixli 02 saylı icarə müqaviləsinə əsasən, iddiaçının istifadəsində olan 6,0 ha torpaq sahə sindən çıxarılması və "xxxx" MMC-nin iddiaçının istifadəsində olan 6,0 ha torpaqdan istifadəyə dair yaratdığı maneələrin aradan qaldırılması, cavabdeh "xxxx" MMC-nin iddiaçıya, cavabdehlər x3nə və x2nə qarşı x2 ilə iddiaçı arasında bağlanmış 2014-cü il 15 sentyabr tarixli 02 saylı icarə müqaviləsinin etibarsız hesab edilməsinə dair qarşılıqlı iddiasının rədd edilməsi, iş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 100 manatın 50 manatı iddiaçıdan, 50 manatı isə cavabdeh "xxxx" MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir (hakim- E.Abdullayev).

24. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi üzərində iddiaçının 8 ildən artıq bir müddətdə onun istifadəs ində olması işin mübahisəsiz halıdır. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı çıxarışa əsasən, x2nin mülkiyyətinə **********98 reyestr nömrəsi ilə 2014-cü il 3 iyul tarixində kənd təsərrüfatı təyinatlı torpaqlardan örüş məqsədi üçün 6 hektar torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş ********* saylı şəhadətnaməyə əsasən iddiaçıya Biləsuvar rayonu ərazisində yerləşən x2nin mülkiyyətində olan 6 hektar torpaq sahəsinin mülkiyyətə verilməsi və ya icarə qaydasında əldə edilməsi ilə bağlı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Biləsuvar rayon Torpaq Hərrac və Müsabiqə Komissiyası tərəfində n 2014-cü il 15 sentyabr tarixində keçirilmiş müsabiqənin qalibi hesab olunmuş və torpaq sahəsi müsabiqədə 65 manata 15 il müddətinə icarəyə verilmişdir. x2 ilə iddiaçı arasında bağlanmış 2014-cü il 15 sentyabr tarixli 02 saylı «Bələdiyyə torpaqlarının icarəsi müqaviləsi»nə əsasən iddiaçıya 6 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 2047-ci il 15 sentyabr tarixə kimi icarəyə verilmişdir. Daha sonra, yəni 2018-ci il 10 may tarixində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı çıxarışa əsasən x1MMC-nin xeyrinə x2nin mülkiyyətində olan əkin təyinatlı ehtiyyat fondu torpaqlarından 72.73 hektar torpaq sahəsi 2067-ci il 5 aprel tarixə kimi yüklü edilmişdir.

25. Bundan əlavə, Azərbay can Respublikası Nazirlər Kabinetinin 2018-ci il 15 mart tarixli 181 saylı sərəncamına əsasən, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 saylı Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalının və emalına dair X9” nə uyğun olaraq, kənd təsərrüfatı məhsullarının istehsalının və ixrac potensialının artırılması məqsədi ilə mütərəqqi irriqasiya sistemləri və suvarma şəbəkəsi yaradılmaqla, qabaqcıl aqrotexniki tədbirlər həyata keçirilməklə, pambıqçılıq, taxılçılıq və digər bitkiçilik sahələrinin inkişafı ilə əlaqədar təqdim edilmiş yerquruluşu planına əsasən, x2nin mülkiyyətində olan ehtiyyat fondu torpaqlarından 582 hektar sahənin (örüş) əkin dövriyyəsinə cəlb edilməsi üçün kənd təsərrüfatı təyinatlı torpaqlar kateq oriyasına keçirilməsi barədə həmin bələdiyyənin vəsaiti və Biləsuvar rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müsbət rəyləri nəzərə alınmaqla, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin əsaslandırılmış təklifi qəbul edilmiş, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə, Biləsuvar rayon İcra Hakimiyyətinə və x2nə bu sərəncamdan irəli gələn məsələlərin həll edilməsi tapşırılmışdır.

26. Məhkəmə tərəfindən müəyyən edilən digər hallardan biri də 2014-cü il 15 sentyabr tarixli 02 saylı bələdiyyə torpaqlarının icarəsi müqaviləsinin hal-hazırda qüvvədə olması ilə bağlıdır. Bu hal iş materiallarında olan x2 tərəfindən verilmiş 2020-ci il 24 iyun tarixli 59 saylı arayışla da təsdiqini tapmışdır. Həmin arayışa əsasən x2 ilə iddiaçı arasında bağlanmış 2014-cü il 15 sentyabr tarixli 02 saylı icarə müqaviləsi hal-hazırda qüvvədədir. Həmin müqaviləyə əsasən iddiaçıya verilmiş 6 hektar Bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin icarə haqqını iddiaçı hər il mütəmadi olaraq bələdiyyənin hesabına ödəmişdir. x2 həmin torpaq sahəsinin müharibə veteranı olan iddiaçının istifadəsində qalmasına etiraz etməmişdir.

27. Həmçinin, araşdırma zamanı müəyyən edilmişdir ki, cavabdeh "xxxx" MMC iddiaçının qanuni istifadəsində olan torpaq sahəsinə daxil olmasına və onun həmin torpaqdan istifadə etməsinə maneəçilik törədir.

28. Məhkəmə, Məhkəmə Ekspert izası Mərkəzinin 2021-ci il 18 mart tarixli 10/227 saylı ekspert rəyini (bax bu qərarın 22-ci) mötəbər sübut kimi qiymətləndirərək qeyd etmişdir ki, razılaşaraq qeyd etmişdir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərə görə, ekspertin gəldiyi nəticə iş materiallarına əlavə olunmuş sənədlərə və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır.

29. Sadalanan xüsusatlara əsasən məhkəmə qeyd etmişdir ki, cavabdeh "xxxx" MMC öz qanunsuz hərəkətləri ilə iddiaçının icarə (istifadə) hüquqlarına qəsd etmiş və iddiaçının icarəyə götürdüyü torpaq sahəsindən sərbəst istifadə etməsinə maneələr yaratmışdır. Belə olduğu təqdirdə məhkəmə hesab etmişdir ki, iddiaçının tələbi əsaslıdır və buna görə də ilk iddia təmin edilməlidir.

30. Məhkəmə, cavabdeh "x xxx" MMC-nin qarşılıqlı tələbinə münasibət bildirərək qeyd etmişdir ki, qarşılıqlı iddia tələbi üzrə hər hansı hüquqi əsas müəyyən edilmədiyindən rədd olunmalıdır.

31. Məhkəmə bununla bağlı qeyd etmişdir ki, mübahisə predmeti olan torpaq sahəsi icarə müqaviləsi əsasında ilk öncə ilk iddia üzrə iddiaçının istifadəsinə verilmişdir. Daha sonra, yəni 2018-ci il 10 may tarixində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı çıxarışa əsasən "xxxx" MMC-nin xeyrinə x2nin mülkiyyətində olan əkin təyinatlı ehtiyyat fondu torpaqlarından 2067-ci il 5 aprel tarixə kimi 72.73 hektar torpaq sahəsi yüklü edilmişdir.

32. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, mübahisə predmeti olan torpaq sa həsi icarə müqaviləsi əsasında ilk öncə ilk iddia üzrə iddiaçının istifadəsinə verildiyindən, hazırda həmin müqavilənin etibarsızlığı üçün hər hansı hüquqi əsas mövcud olmamışdır.

33. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, ilk iddia təmin edilməli, cavabdeh "xxxx" MMC iddiaçı və x2 arasında bağlanılmış 2014-cü il 15 sentyabr tarixli 02 saylı icarə müqaviləsinə əsasən iddiaçının istifadəsində olan 6,0 ha torpaq sahəsindən çıxarılmalı və "xxxx" MMC-nin iddiaçının istifadəsində olan 6,0 ha torpaqdan istifadəyə dair yaratdığı maneələr aradan qaldırılmalı, qarşılıqlı iddia rədd edilməlidir.

34. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin 3-cü hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM” ) 152.1, 152.5, 153.3, 156.1, 157.4 və 158.1-ci maddələrinə, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 51.1, 55, 66.1 və 84.3-cü maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 107 və 115.0.5-ci maddələrinə istinadla əsaslandırmışdır.

35. Cavabdeh "xxxx" MMC tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnaməni ləğv edərək ilk iddianın təmin olunmaması və qarşılıqlı iddia tələbinin x2 ilə iddiaçı arasında bağlanmış 2014-cü il 15 sentyabr tarixli 02 saylı Bələdiyyə torpaqlarının icarəsi müqaviləsinin etibarsız hesab edilməsi hissəsində təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

36. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023 -cü il 9 avqust tarixli 2-2(106)-67/2023 nömrəli qətnaməsi ilə cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Şirvan Kommersiya Məhkəməsinin 2023-cü il 15 mart tarixli 2-2(121)-14/2023 nömrəli qətnaməsi ləğv olunaraq iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçının cavabdeh "xxxx" MMC-yə qarşı “torpaqdan çıxarma və torpaqdan istifadəyə yaratdığı maneələrin aradan qaldırılması” tələbinə dair iddiası rədd edilmiş, cavabdeh "xxxx" MMC-nin “icarə müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilmişdir (sədrlik edən-məruzəçi hakim T.Kərimov, hakimlər M.Həsənov və C.İmanov).

37. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, işin müəyyən olunan faktiki hallarına əsasən mübahisəli torpaq sahəsi əvvəl 4 ha ölçüdə Biləsuvar Rayon İcra Hakimiyyəti ilə iddiaçının atası X7 arasında 1999-cu ildə bağlanmış torpaq icarəsi müqaviləsi əsasında sonuncuya icarəyə verilmişdir. Sonradan həmin torpaq sahəsinə dair sonuncu ilə Biləsuvar rayonu Səmədabad kənd Bələdiyyəsi arasında 2003cü il 17 yanvar tarixində bağlanmış icarə müqaviləsi əsasında torpaq sahəsi 5 il müddətinə icarəyə verilmişdir. x2 ilə X7 arasında 2007-ci il 1 may tarixində bağlanmış icarə müqaviləsinə əsasən 6 ha torpaq sahəsi 2018-ci il 1 may tarixinədək icarəyə verilmişdir. 2014-cü il 5 iyul tarixində x2 icarə predmeti olan 6 ha kənd təsərrüfatı təyinatlı torpağı örüş kimi icarəyə verilməsi məqsədilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Biləsuvar rayon Torpaq Hərrac və Müsabiqə komissiyasına müraciət edərək, açıq hərrac və müsabiqə keçirilməsini xahiş etmiş, komissiyanın torpaq hərrac və ya müsabiqənin nəticələri barədə 2014-cü il 5 sentyabr tarixli 128 saylı protokoluna əsasən iddiaçı müsabiqənin qalibi elan edilmişdir. 2014-cü il 15 sentyabr tarixli 02 saylı Bələdiyyə torpaqlarının icarəsi müqaviləsinə əsasən iddiaçıya 6 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 2047-ci il 15 sentyabr tarixə kimi icarəyə verilmişdir. İddiaçının mübahisənin predmetini təşkil edən 6 ha torpaq sahəsi üzərində hüquqları Dövlət qeydiyyatına alınmamışdır.

38. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 384s saylı 2017-ci il 2 iyun tarixli və 181s saylı 2017-ci il 15 mart tarixli sərəncamlarına əsasən x2nin mülkiyyətində olan 1187.08 ha örüş torpaq sahəsi məqsədli şəkildə əkin dövriyyəsinə cəlb edilmişdir. Torpaq sahəsinin təyinatı dəyişdirildikdən sonra əkin dövriyyəsinə cəlb edilmiş torpaq sahələrinin, o cümlədən örüş otlaq sahəsi kimi iddiaçının icarəsində olan 6 ha torpaq sahəsinin daxil olduğu 72.73 ha torpaq sahəsinin əkinçilik məqsədilə icarəyə verilməsi üçün bələdiyyə tərəfindən hərrac keçirilməsi barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 15 saylı Cəlilabad ərazi Torpaq Müsabiqə və Hərrac komissiyasına müraciət edilmişdir. Komissiyanın torpaq müsabiqə və hərracın nəticələri barədə 2018-ci il 5 aprel tarixli 135 saylı protokoluna əsasən "xxxx" MMC keçirilmiş müsabiqənin qalibi hesab olunmuş və sonuncu ilə bələdiyyə arasında 2018-ci il 6 aprel tarixli icarə müqaviləsi bağlanaraq, torpaq sahəsi 49 il müddətinə, 2067-ci il 5 apr el tarixədək icarəyə verilmiş, icarə hüququ dövlət qeydiyyatına alınmışdır. Sonrakı mərhələdə hüquqların alqı-satqısı qaydasında "xxxx" MMC 72.73 ha torpaq sahəsi üzərində icarə hüququnu cavabdeh "xxxx" MMC-yə satmış, sonuncunun hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmışdır.

39. Mövcud durumda mübahisəli 6 ha torpaq sahəsinin təyinatının dəyişməsi, üzərində olan hüquqların birbaşa xitamına səbəb olmasa da, həmin torpaq sahəsinə dair icarə hüququnun artıq təyinatı dəyişmiş formada hərracdan əldə edilməsində əvvəlki istifadəçinin üstünlük hüququnu qanunverici tanımışdır. İşin materiallarından əvvəlki istifadəçi olaraq iddiaçının hərracın keçirilməsi barədə məlumatlı olması görünməmişdir. Bununla belə iddiaçı mübahisəli torpaq sahəsi üzərində huquqlarını dövlət qeydiyy atına aldırmış olsaydı, bələdiyyənin hərrac komissiyasına təqdim edəcəyi reyestrdən yüklülük barədə arayışda həmin hal əksini tapar və sonuncunun hərracın keçirilməsində bərabər təkliflər vermiş şəxslər sırasında üstünlük hüququna malik olması nəzərdən qaçmazdı.

40. Qanunverici torpaq sahəsi üzərində icarə hüquqlarına vaxtından əvvəl xitam verilməsi ilə bağlı mübahisələrin yalnız məhkəmə müstəvisində həll olunmasını müəyyən etmişdir. Səmədabad kənd Bələdiyyəsinin birinci instansiya məhkəməsinə rəsmi qaydada təqdim etdiyi arayışa əsasən bələdiyyə ilə iddiaçı arasında mübahisəli torpaq sahəsinə dair 2014-cü il 15 sentyabr tarixində bağlanmış müqavilə ləğv edilməmişdir.

41. Digər tərəfdən mübahisəli torpaq sahəsi daxil olmaqla əkin dövriyyəsinə cəlb olunan 72.73 ha torpaq sahəsinə dair hərrac ın qalibi "xxxx" MMC hesab edilmiş, torpaq sahəsinə dair bələdiyyə ilə arasında 49 il müddətinə, 2067-ci il 5 aprel tarixədək icarə müqaviləsi bağlanmış və icarə hüququ dövlət qeydiyyatına alınmışdır. Daha sonra isə həmin torpaq sahəsi hüquqların alqı-satqısı qaydasında iş üzrə cavabdeh qismində cəlb edilmiş vicdanlı alıcı olan "xxxx" MMC-yə satılmış, sonuncunun da hüquqları dövlət qeydiyyatına alınmışdır.

42. Göründüyü kimi, hər iki halda icarə müqavilələri qüvvədədir, lakin iddiaçının icarə hüququ dövlət qeydiyyatına alınmamış, cavabdehin hüquqları isə dövlət qeydiyyatına alınmışdır. Məhkəmə torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyini, dövlət tərəfindən qeydiyyatından keçməmiş torpaq üzərindəki hüquqların müdafiəsinə və toxunulmazlığına təminat verilməməsini, hər racın nəticələrinin yalnız məhkəmə qaydasında ləğv oluna bilməsini, bunla bağlı iddiaçı tərəfindən mübahisə açılmamasını nəzərə alaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçı ilə icarə müqaviləsinin daha öncədən bağlanmasını əsas götürərək ilk iddianı təmin etməkdə səhv nəticəyə gəlmiş, MM-nin 6.2, 14.1, 14.2.1, 238.1, 241.1, 241.2, 700.1, 700.2, 706.1 və 706.2-ci maddələrinin, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 51.1, 51.2, 51.6, 55, 56.3, 56.4, 56.5, 56.6, 66.2, 67.1, 67.3 və 67.4-cü maddələrinin, "Torpaq İcarəsi haqqında” Qanunun 31-ci maddəsinin pozuntusuna yol vermişdir.

43. Apellyasiya şikayətinin dəlillərini cavabdeh "xxxx" MMC-nin iddiaçıya, cavabdehlər x3nə və x2nə qarşı "x2 ilə iddiaçı arasında bağlanmış 2014-cü il 15 sentyabr tarixli 02 saylı icarə müq aviləsinin etibarsız hesab edilməsi" tələbinin təmin olunmaması hissədə araşdıran məhkəmə, həmin hissədə qətnamənin əsaslandırılmaması ilə bağlı apellyatorun mövqeyi ilə razılaşmışdır. Həmçinin bununla bağlı qeyd etmişdir ki, cavabdeh "xxxx" MMC qeyd olunan hissədə qarşılıqlı iddiasını iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmaması ilə əsaslandırmağa çalışmışdır. Halbuki hüquqların dövlət qeydiyyatına alınmaması həmin hüquqların mövcud olmaması, ümumiyyətlə etibarsızlığa dəlalət edən hal kimi qiymətləndirilə bilməz. Qeyd olunan halın mövcudluğu yalnız hüquqların müdafiəsi ilə bağlı bildirilən fəsadlara gətirib çıxara bilər.

44. Hazırkı işin hallarından qarşılıqlı iddia üzrə etibarsız hesab olunması istənilən əqdin subyekt tərkibinə, əqdin məzmununa, əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə və əqdin formasına dair şərtlər pozulmamışdır. Qarşılıqlı iddianın təmin olunması üçün əsaslar mövcud deyildir.

45. Apellyasiya şikayətinin dələlillərini birinci instansiya məhkəməsi tərəfindən ilk iddia üzrə iddiaçı tərəfindən 2023-cü il 15 mart tarixində verilmiş iddianın dəyişdirilməsi ilə bağlı ərizəni icraata qəbul etməklə, məhkəmənin prosessual hüquq normalarını pozması hissədə araşdıran məhkəmə, şikayətin dəlilləri ilə razılaşmamışdır. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, ilk iddia üzrə iddiaçı 2020-ci il 7 aprel tarixində məhkəməyə müraciət etmişdir.

46. İddiaçı 2020-ci il 7 aprel tarixində müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyindən, prosessual qanunvericilikdə dəyişiklik olunana kimi iş baxış mərhələsində olduğundan, 2023-cü il 15 mart tarixində iddiaçı tərəfindən iddianın predmetinin dəyişdirilməsi bağlı verilmiş ərizəni icraata qəbul etməkdə birinci instansiya məhkəməsi prosessual pozuntuya yol verməmişdir.

47. Beləliklə, apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, apellyasiya şikayətinin dəlilləri məhkəmə araşdırmasının nəticəsi olaraq öz təsdiqini qismən tapdığından qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq iş üzrə hər iki iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməlidir.

48. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni həmçinin MPM-in 4.1, 14.2, 53, 76.1, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır.

49. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş e dilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri c) Kassasiya şikayətinin dəlilləri

50. MM-in 706.1, 706.2 maddələrinin və Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84-cü maddəsinin tələbləri pozulmuşdur-mübahisənin predmeti olan 6 hektar torpaq sahəsi artıq 25 ilə yaxındır ki, iddiaçının ailəsinin icarəsindədir. Belə ki, həmin torpaq sahəsi Biləsuvar rayon icra hakimiyyəti başçısının 1999-cu il 9 noyabr tarixli 1883 saylı sərəncamı və bağlanmış torpaq icarə müqaviləsi əsasında iddiaçının atası X6 50 il müddətinə icarəyə verilmişdir. Sonradan Bələdiyyələr yarandıqdan həmin torpaq sahəsi x2nin mülkiyyətinə verildiyindən, həmin bələdiyyə ilə iddiaçının atası X7 arasında 2003-cü il 17 yanvar tarixli 54 saylı torpaq sahəsinin 15 il müddətinə icarəyə verilməsi haqqda müqavi lə bağlanılmışdır. Daha sonra həmin torpaq sahəsi müsabiqəyə çıxarılmış və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Biləsuvar rayon Torpaq Hərrac və Müsabiqə Komissiyasının torpaq hərrac və müsabiqənin nəticələri barədə protokoluna əsasən, 2014-cü il 5 sentyabr tarixində keçirilmiş müsabiqənin qalibi iddiaçı olmuşdur. Bundan sonra x2 ilə 6 hektar torpaq sahəsinin 33 il müddətinə iddiaçıya icarəyə verilməsi haqda 2014-cü il 15 sentyabr tarixli müqavilə bağlanılmışdır. Məhkəmə iddiaçının icarədar kimi hüquqlarını qorunmasını təmin etməmişdir. Hansıkı işdə olan sübutlar x2nin iddiaçı ilə bağladığı 2014-cü il 15 sentyabr tarixli torpaq icarə müqaviləsinin hal-hazırda qüvvədə olması faktını qəbul etməmişdir.

51. MPM-in 88-ci maddəsinin tələbi pozulmuşdur-iddiaçı tərəfind ən məhkəməyə təqdim edilmiş icarə müqaviləsinin 2014-cü ildə keçirilmiş torpaq müsabiqə hərracında qalib gəldikdən sonra bağlanılması, həmin vaxtdan hal-hazıra kimi həmin icarə müqaviləsinin qüvvədə olması haqda x2nin arayışları, iddiaçının icarəsində olan torpaq sahəsinin örüşotlaq torpaq sahəsi olaraq qeydiyyatda olması haqqında x3nin məktubları, cavabdeh tərəfin ******* nömrəli çıxarışı üzrə 72,73 ha torpaq sahəsinin yerquruluşunun planı və digər sübutlar məhkəmə tərəfindən qiymətləndirilməmişdir. Həmçinin iddiaçının icarəsində olan torpaq sahəsi x2nin mülkiyyətindədir. Bu haqda bələdiyyənin çıxarışı vardır. Həmin çıxarış əsasında qeyd olunduğu kimi həmin torpaq sahəsi hərraca çıxarılmışdır. x2 ilə bağlanmış 2014-cü il 15 sentyabr tarixli torpaq icarə müqaviləsi icarəyə verən tərəfindən ləğv edilməmiş və hazırda qüvvədədir.

52. Torpaq sahəsi iddiaçının icarədə olduğu bir halda cavabdehin sonradan 2018-ci ildə bağlamış olduğu torpaq icarə müqaviləsi üzrə onun icarəsinə verilmiş 72,76 hektar torpaq sahəsi ilə üst-üstə düşməsi həmin müqavilənin qanuni əsaslarla bağlanılmasında əsaslı şübhələr yaratmışdır. Torpaq sahəsinin yerquruluşu planını hazırlayarkən həmin işi icra edən dövlət reyestrinin mütəxəssislər iddiaçının icarəsində olan 6 hektar ərazidə iddiaçının təsərrüfatını faktiki görmüşlər və iddiaçı onlara həmin torpaq sahəsinin iddiaçının icarəsində olmasını və bu haqda müvafiq sənədləri təqdim etmişdir. "xxxx" MMC-yə təqdim edilmiş hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* nömrəli çıxarışda Biləsuvar rayonu, x2nə məxsus örüş sahəsindən təyinatı dəyişdirilərək icarəyə verilməsi nəzərdə tutulan 72,73 ha torpaq sahəsinin yerquruluşu planında aşağıdakı məlumatlar qeyd olunmaqla həmin planın xəritəsində cizgilərlə göstərilmişdir: Cəmi ayrılan sahə-1200 ha; sxemdə göstərilən sahə-72,73 ha; bələdiyyə mülkiyyətində olan örüş sahəsi-72,73; bundan başqa kənar mülkiyyətçiyə aid torpaq sahəsi-6,1 ha. Lakin işdə olan ekspert rəyində qeyd olunanlarla ******* nömrəli çıxarışda göstərilənlər ziddiyyət təşkil etmişdir. Həmin rəyə əsasən, iddiaçının icarəsinə verilmiş 6 ha torpaq sahəsi "xxxx" MMC-nin icarəsində olan 72,73 ha torpaq sahəsinin hüdudları daxilindədir. Çıxarışa əlavə edilmiş torpaq sahəsinin yerquruluşu planı ilə ekspert rəyi ziddiyyət təşkil etmişdir. Bu hissə məhkəmə tərəfindən araşdırılmamışdır. Heç bir mütəxəs sis rəyi olmadan sadəcə həmin yerquruluşu planına nəzər yetirməklə icarədə olan torpaq sahəsinin cavabdehlə qonşu sərhədlərdə yerləşməsini və onun yerləşmə istiqamətini aydın şəkildə müəyyən etmək mümkündür. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

53. Cavabdeh "xxxx" MMC 2024-cü il 10 yanvar tarixində kassasiya şikayətinə qarşı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsini və Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 9 avqust tarixli 2-2(106)-67/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

54. Etirazda göstərilmişdir ki, iddaçı tərəfindən məhkəməyə x2 ilə İddiaçı arasında 2014-cü il 15 sentyabr tarixli 02 nömrəli «Bələdiyyə torpaqlarının icarəsi müqaviləsi»nin kserosurəti təqdim edilmiş dir. Həmin müqavilə tam şəkildə qanunvericiliyin tələblərinə zidd olaraq bağlanmışdır. Belə ki, bu müqavilə qanunvericiliyin tələblərinə müvafiq qaydada qeydiyyatdan keçirilməmişdir. Həmçinin müqavilə 33 il müddətinə bağlandığı qeyd olunmuşdur. (müsabiqənin keçirilməsi haqqında 2014-cü il 5 sentyabr tarixli hərrac şəhadətnaməsində icarə müqaviləsinin 15 il müddətinə bağlanması nəzərdə tutulmuşdur.) Bu hal torpaq qanunvericiliyinin tələblərinə tam zidd olmuşdur (Torpaq Məcəlləsinin 16-cı maddəsinin 4-cü bəndinə əsasən). Mübahisə edilən həmin torpaq sahəsinin təyinatı "örüş sahəsi" olmuşdur. Onun təyinatı ancaq 2017-ci il 2 iyul tarixində Nazirlər Kabinetinin sərəncamı ilə əkin sahəsinə dəyişdirilmişdir.

55. Mübahisəli torpaq sahəsi üzərində iddiaçının hüquqları qanunamüvafiq qaydada qeydiyy ata alınmamışdır. Bu onu göstərir ki həmin sənədlər qanunsuz və əsassızdır. Həmçinin, əgər iddiaçı təqdim etdiyi sənədlər qanunamüvafiq olsaydı, həmin torpağın icarəyə verilməsi barədə ikinci dəfə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracın Təşkili üzrə Auksion Mərkəzi tərəfindən 2018-ci il 5 aprel tarixində yenidən müsabiqə keçirilməzdi. Həmin auksion mərkəzi tərəfindən keçirilən müsabiqə qanununvericiliyin tələblərinə əməl olunmaqla keçirilmiş və qanunamüfiq 12733898 nömrəli 2018-ci il 21 may tarixli "çıxarış" alınmışdır. Həmin torpaq sahəsi hazırda da, "xxxx" MMC tərəfindən təyinata uyğun istifadə edilir. Bu səbəbdən də həmin "çıxarışın" ləğvi barədə iddiaçının tələbi təmin oluna bilməz.

56. İddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komi təsinin torpaq sahəsinin planı və ölçüsü sənədində (surətində) x2nin 2014-cü il 25 fevral tarixli qərarı ilə icarəyə ayrılan 6 ha torpaq sahəsinin (heyvandarlıq məqsədi üçün) planı göstərilmişdir. Həmin bu sənədin iddiaçıya heç bir aiddiyəti olmamışdır, çünki iddiaçı və bələdiyyə arasında icarə müqaviləsi 2014-cü il 15 sentyabr tarixində bağlanmışdır. Həmçinin kadastr sənədi qanunamüvafiq qaydada dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Odur ki, iddiaçının bu tələbi də təmin oluna bilməz və həmin kadastr planı ləğv edilməlidir.

57. Mübahisə predmeti olan 6,0 ha torpaq sahəsi "xxxx" MMC tərəfindən qanunamüvafiq şəkildə Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən keçirilmiş 2018-cü il 5 aprel tarixli müsabiqənin yekun protokolu əsasında verilmiş 005006 nömrəli şəhadətnamə üzrə Daşınmaz Əmlakın Reyestr Xidmətinin RX seriyalı ******* nömrəli reyestrdən çıxarışı əsasında icarəyə götürülmüş və hazırki vaxta kimi qaydalara və torpağın təyinatına uyğun istifadə edilir.

58. Torpağın icarəsi ilə bağlı "xxxx" MMC-nin adına verilmiş "çıxarış" inzibati orqanın qərarı hesab edilir. Həmin qərarın mövcudluğu barədə iddiaçının qərar verildiyi vaxtdan məlumatı olmuşdur. İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati orqanın qərarında bir ay müddətinə şikayət verilə bilər, iddiaçı tərəfindən isə həmin müddət dəfələrlə üzürsüz səbəbdən buraxılmışdır. "xxxx" MMC ilə sözügedən torpaq sahəsinə dair yeni müqavilələrin bağlanması ilə əvvəlki müqavilələr qüvvədən düşmüşdür.

59. İddiaçı tərəfindən 2014-cü il 15 sentyabr tarixində müqavilə bağlanmasına baxmayaraq həmin müqa vilə reyestr xidmətində qeydiyyata alınmamışdır. Bununla da torpaq üzərində iddiaçının heç bir hüququ yaranmamışdır. "xxxx" MMC isə qanunamüvafiq qaydada qeydiyyata alınmış müqavilə əsasında həmin torpaq sahəsinə sahiblik edir. Kassasiya şikayətində Torpaq Məcəlləsinin 84-cü maddəsinə istinad edilməsi əsassızdır. Belə ki, qanunvericiliyin tələblərinə əsasən torpaq sahəsi ilə bağlı reyestr xidmətində müvafiq qaydada qeydiyyata alınmayan hüquqların müdafiəsinə dövlət təminat vermir. Bu səbəbdən məhkəmə həmin sənədlərə düzgün hüquqi qiymət verərək sübut kimi qəbul etməmişdir. Kassasiya baxışının hədləri

60. İlkin iddiaçı kassasiya şikayətində formal olaraq apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvini xahiş etsə də, şikayətin məzmunundan göründüyü kimi, qətnaməni onun iddiasının təmin olunmaması hissəsində mübahisələndirmişdir. Ona görə də, MPM-in 403 və 416-cı maddələrinin tələblərinə uyğun olaraq, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı ilkin iddianın təmin olunmadığı hissədə yoxlanılacaqdır.

61. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

62. Azərbaycan Respublikası Mülk i Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

6. Mülki qanunvericiliyin prinsipləri... 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər....” “Maddə

14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağ ıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər....” “Maddə

238. Torpaq mülkiyyət hüququnun obyekti kimi 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir....” “Maddə

241. Torpaq sahəsindən istifadə hüququnun əldə edilməsi əsasları 241.1. Torpaq sahəsinin mülkiyyətçisi onu başqa şəxslərin istifadəsinə, o cümlədən icarəsinə verə bilər. 241.2. Dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür isti fadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş qaydada verilir....” “Maddə

700. İcarə müqaviləsi 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər....” “Maddə

706. Torpaq icarəsi müqaviləsinin məzmunu 706.1. Torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. 706.2. Torpaqlar torpaq qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə və ya torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə icarəyə verilə bilər...”

63. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Torpaq Məcəlləsinin müvafiq müddəalarında “Maddə

51. Torpaq sahəsi üzərində icarə hüququ

1. Torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir.

2. İcarə hüququ ilə torpaq sahələri Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərinə, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, xarici hüquqi şəxslərə, beynəlxalq birliklərə və təşkilatlara, habelə xarici dövlətlərə verilir....

6. Dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada icarə əsasında verilir....” “Maddə

55. Torpaq sahəsi üzərində hüquqların yaranmasının əsasları Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. “Maddə

56. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi əsasları...

3. Bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torp aqları yalnız kənd təsərrüfatı istehsalı üçün istifadəyə və icarəyə verilə bilər.

4. Bələdiyyə torpaqlarının mülkiyyətə (icarəyə) verilməsi məqsədilə torpaq hərracları və ya müsabiqələrinin keçirilməsi zamanı bərabər təkliflər irəli sürüldükdə aşağıdakı şəxslərə üstünlük verilir: bu torpağın əvvəlki istifadəçilərinə və ya icarəçilərinə; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə iştirakla əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə və həlak olanların ailəsinə; yaşına, xəstəliyinə, ştatların ixtisarına, ailə vəziyyətinə görə həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış, 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); sərhədyanı və dağlıq ərazilərdə yaşayan, daimi yaşamaq üçün həmin ərazilərə köçən, təsərrüfatla məşğul olmaq istəyən gənclərə; müvafiq ərazidə müvəqqəti məskunlaşmış məcburi köçkünlərə; müvafiq bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşlarına.

5. Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir.

6. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə bələdiyyənin qərarı (müqavilə) ilə, dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqlar istifadəyə və icarəyə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının və bələdiyyənin qərarı (müqavilə) ilə verilir....” “Maddə

66. Torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlər...

2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir....” “Maddə

67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi

1. Torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır....

3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir.

4. Torpaq sahələri üzərində qeydiyyatdan ke çməmiş müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. 64. “Torpaq icarəsi haqqında” Azərbaycan müddəalarında aşağıdakılar nəzərdə tutulur: Respublikası hüquqların Qanununun müvafiq “Maddə

31. Mübahisələrin həlli Torpaqların icarəyə verilməsi, istifadəsi, müqavilənin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı ilə əlaqədar mübahisəli məsələlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll olunur. 65. “Torpaq bazarı haqqında” Azərbaycan müddəalarında aşağıdakılar nəzərdə tutulur: Respublikası Qanununun “Maddə

6. Torpaq bazarının təşkili sahəsində dövlət siyasətinin əsas prinsipləri Torpaq bazarının təşkili sahəsində dövlət siyasəti aşağıdakı prinsiplərə əsaslanır: torpaq bazarının sistemli qaydada təşkil edilməsi; torpaq əqdlərinin və torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarının dövlət qeydiyyatının məcburiliyi; torpaq bazarı haqqında məlumatların əldə edilməsində bazar subyektlərinin hüquq bərabərliyinin təmin olunması; torpaq bazarında bağlanmış əqdlərə görə rüsumların ödəniş qaydasının tətbiqi; inzibati-ərazi vahidi daxilində xüsusi mülkiyyətçilərin torpaq inhisarçısına çevrilməsinə yol verilməməsi. “Maddə

9. Bələdiyyə torpaqlarının və onlar üzərində icarə hüquqlarının alqısatqısı Bələdiyyə torpaqlarının alqı-satqısı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı və şəhərsalma sənədləri əsasında planlaşdırılır və qanunvericiliklə müəyyən edilmiş qaydada yerli özünüidarə orqanları tərəfindən həyata keçirilir. Bələdiyyənin ehtiyat fondunun bazar obyektinə aid olan torpaqları barədə alqı-satqı əqdləri yerli normativlər nəzərə alınmaqla və aşkarlıq şəraitində bağlanılır... Bələdiyyə torpaqlarının mülkiyyətə (icarəyə) verilməsi məqsədilə torpaq hərracları və ya müsabiqələrinin keçirilməsi zamanı bərabər təkliflər irəli sürüldükdə aşağıdakı şəxslərə üstünlük verilir: bu torpağın əvvəlki istifadəçilərinə və ya icarəçilərinə; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə iştirakla əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə və həlak olanların ailəsinə; yaşına, xəstəliyinə, ştatların ixtisarına, ailə vəziyyətinə görə həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış, 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); sərhədyanı və dağlıq ərazilərdə yaş ayan, daimi yaşamaq üçün həmin ərazilərə köçən, təsərrüfatla məşğul olmaq istəyən gənclərə; müvafiq ərazidə müvəqqəti məskunlaşmış məcburi köçkünlərə; müvafiq bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşlarına. Fərdi yaşayış evinin tikintisi üçün bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələrinə dair müqavilə bağlanılır. müvafiq Bələdiyyələr, satışa çıxarılan sərbəst torpaq sahələri, bu torpaqların ölçüləri, təyinatı, qiyməti, olduğu yer göstərilməklə elanlar vasitəsilə əhalini əvvəlcədən məlumatlandırır, ildə bir dəfə torpaqların dövriyyəsi və istifadə olunması barədə məlumatlar dərc edirlər. “Maddə

19. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı Torpaq üzərində bütün hüqu qlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır. Dövlət qeydiyyatından keçməmiş torpaq üzərindəki hüquqların müdafiəsinə və toxunulmazlığına təminat verilmir.

66. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və t am baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

67. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır v ə kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1ci maddəsi) 68. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).

69. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərini (bax bu qərarın 5052-ci bəndləri) apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün əsas hesab etmir və aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir.

70. Belə ki, iddiaçı hazırkı iddiasında istifadəsində olan 6,0 ha torpaq sahəsindən cavabdehin çıxarılmasını və torpaq sahəsindən istifadəyə dair yaradılan maneələrin aradan qaldırılmasını xahiş etmişdir.

71. İddia tələbi üzrə işə baxmış məhkəmələr tərəfindən müəyyən ed ilmişdir ki, x2nin mülkiyyətində olan 6 hektar torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Biləsuvar rayon Torpaq Hərrac və Müsabiqə Komissiyası tərəfindən 2014-cü il 5 sentyabr tarixində keçirilmiş müsabiqənin nəticələri əsasında 15 il müddətinə iddiaçıya icarəyə verilmişdir. Daha sonra bələdiyyənin mülkiyyətində olan iddiaçının icarəsindəki 6 ha torpaq sahəsinin də daxil olduğu 72.73 ha torpaq sahəsinin əkinçilik məqsədilə icarəyə verilməsi üçün yenidən hərrac keçirilmiş və hərracın nəticələrinə uyğun olaraq "xxxx" MMC ilə 49 il müddətinə icarə müqaviləsi bağlanmış, sonuncu isə torpaq sahəsi üzərində icarə hüququnu cavabdehə satmışdır.

72. Məhkəmələr tərəfindən həmçinin müəyyən olunmuşdur ki, iddiaçının mübahisəli 6 ha torpaq sahəsi üzərində hüquqları dövl ət qeydiyyatına alınmamışdır. İddiaçıdan fərqli olaraq, cavabdehin mübahisəli torpaq sahəsi üzərində icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin qeydiyyat mübahisələndirilməmiş və hazırda qüvvədədir. Belə olan halda, həmin torpaq sahəsindən cavabdehin çıxarılması üçün qanuni əsaslar müəyyən edilmir.

73. Nəzərə alınmalıdır ki, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir (Torpaq Məcəlləsinin 67-ci maddəsi)

74. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayət inin dəlillərinə qiymət verərkən həmçinin nəzərə alır ki, «Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair” 2017-ci il 28 mart tarixli, "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəmə sinin Mülki Kollegiyasının 23 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2020-ci il 22 dekabr tarixli qərarlar).

75. Kassasiya şikayətinin iş üzrə verilmiş ekspert rəyi mübahisəli torpaq sahəsinin yerquruluşu planı arasında uyğunsuzluğun olmasına dair dəlilinə (bax bu qərarın 52-ci bəndi) münasibətdə qeyd edilməlidir ki, iş üzrə tərəfin ekspert rəyi ilə razı olmaması özü-özlüyündə həmin rəyin şübhə altına alınmasına əsas vermir. Tərəf hansı səbəbdən ekspert rəyi ilə razı olmamasını əsaslandırmalı və həmin rəyin mötəbərliyini şübhə altına alan zəruri sübutları işin faktiki hallarını araşdıran və sübutları qiymətləndinmək səlahiyyətinə malik olan məhkəmələrə təqdim etməlidir. Lakin işin materiallarından ilk in iddiaçı tərəfindən belə sübutların təqdim edildiyi müəyyən edilmir.

76. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin ilkin iddia tələbi üzrə gəldiyi nəticə mübahisəli hüquq münasibətinə tətbiq edilən maddi hüquq normalarının, o cümlədən Torpaq Məcəlləsinin 67-ci maddəsinin, eləcə də MPM-in 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş (bax bu qərarın 62-66-cı bəndləri), işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmişdir. İş üzrə qəbul edilmiş qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

77. M PM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 9 avqust tarixli 2-2(106)-67/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Hakimlər: K.N.Abiyeva İ.A.Dadaşov İ.Ə.Şəfiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar