Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-60/2025 13.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının İddiaçı cavabdehlər Respublika Xammal və Əmtəə Birjasının Cavabdeh1nə, Sabunçu Rayon İcra Şöbəsinə və Cavabdeh3nə (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər "xxxx" MMC, X4 və X2) qarşı iş üzrə QƏRARİ Açar sözlər: Hərracın nəticələrinin mübahisələndirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Xıdırov Əhliman Mehman oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 10 sentyabr tarixli 2-2(103)-704/202 4 nömrəli qətnaməsindən üçüncü şəxs "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 27 aprel tarixli 2-2(113)-384/2021 nömrəli qətnaməsi ilə ümumilikdə 61.510 manatın İddiaçı MMC-dən "xxxx" MMC-nin xeyrinə tutulması qət edilmiş və qətnamə qanuni qüvvəyə minərək icraya yönəldilmişdir. 2. 2023-cü il 24 may tarixli hərrac təşkilatının hərracın (Qazax rayon İcra və Probasiya Şöbəsinin 60 saylı, 2023-cü il 31 mart tarixli sifariş məktubu və Sabunçu Rayon Məhkəməsinin 2022-ci il 11 oktyabr tarixli 8(008)-526/2022 saylı nömrəli icra vərəqəsinə əsasən) yekunları barədə protokollarına əsasən iddiaçıya məxsus aşağıdakı nəqliyyat vasitələri satılmışdır: Man yük markalı, **-JT-*** dövlət qeydiyyat nişan lı avtomobil 4.550 manata X3 (24/01 saylı protokol); Man 33.360 yük markalı, 90JF-948 dövlət qeydiyyat nişanlı avtomobil 4.900 manata İ.Zeynalova (24/02 saylı protokol); Man TGA 33.360 BB 6X4 yük markalı, **-JT-*** dövlət qeydiyyat nişanlı avtomobil 1.400 manata İ.Zeynalova (24/03 saylı protokol); Man TGA 33360 yük markalı, **-AM-*** dövlət qeydiyyat nişanlı avtomobil 4.550 manata İ.Zeynalova (24/04 saylı protokol); İsuzu Boğdan markalı, **-JG-*** dövlət qeydiyyat nişanlı avtomobil 1.750 manata X1 (24/05 saylı protokol).
3. Qeyd olunmuş nəqliyyat vasitələrinə dair müxtəlif tarixlərdə, yəni 2023-cü il 20 aprel (birinci), 2023-cü il 25 aprel (təkrar), 2023-cü il 2 may (təkrar), 2023-cü il 17 may (təkrar) hərraclar keçirilmiş və onların satış qiyməti müvafiq olaraq 10%, 20% və 30% aşağı salın mışdır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) iddia və iddia tələbinin həcminin artırılması barədə ərizələr ilə məhkəməyə müraciət edərək Cavabdeh2 və Cavabdeh3 icra məmurlarının qeyri-qanuni hərəkətləri nəticəsində ”Külək” MMC tərəfindən həyata keçirilən 2023-cü il 24 may tarixli nəqliyyat vasitələrinin (işin faktiki hallarında sadalanan və qeyriləri) satışına dair olan hərrac nəticələrinin ləğv edilməsi və icra məmurunun hərəkətlərində dönüş təmin edilərək təmir ərazisindən aparılmış nəqliyyat vasitələrinin geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi işin yuxarıda sadalanan faktiki hallarına istinadla belə əsaslandırılmışdır ki, Qazax rayon İcra Şöbəsinin icra məmurları cinayət y olu ilə, yəni nəqliyyat vasitələrinin dəyərini naməlum qiymətləndirici şirkətlər vasitəsilə simvolik dəyərləndirərək dəyərindən daha artıq qiymətə satmış, dəyərindən on dəfələrlə aşağı qiymətə isə hərrac nəticələrini rəsmiləşdirmişdir. "xxxx" MMC-nin əməkdaşları da qanunvericiliyə uyğun qaydada qiymətləndirmə keçirmədən və xüsusilə iddiaçıya hər hansı bir məlumat vermədən hərrac keçirmişdir. Nəqliyyat vasitələrinin qiymətləndirilməsinə dair ekspertiza keçirilmədən hərrac mərkəzində açıq hərracda satışa çıxarılması qanunvericiliyin tələblərinə ziddir. Avtomobil satışı səhifələrində olan qiymətlərlə hərraca çıxarılan qiymət arasında kəskin fərq vardır. Ona görə də ”Külək” MMC tərəfindən 2023-cü il 24 may tarixində keçirilən hərrac nəticələri ləğv edilməlidir.
6. Mübahisə predmeti barədə müst əqil tələb irəli sürməyə üçüncü şəxs "xxxx" MMC (bundan sonra – “MMC”) iddia tələbinə qarşı etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, iddiaçı nəqliyyat vasitələri üzrə keçirilmiş hərraclardan məlumatının olmamasını bildirsə də, "xxxx" MMC tərəfindən əlavə edilmiş çatdırılma qəbzləri, eləcə də “Birja yenilikləri” qəzetində dərc olunmuş materiallar sübut edir ki, müvafiq hərrac aşkar və şəffaf keçirilmişdir. Həmçinin iddiaçının istehsal ili köhnəlmiş avtomobillərinin qiymətinin yüksək olması absurddur. Belə ki, nəqliyyat vasitələri hər il aşınmaya məruz qaldığı üçün dəyərini itirir. İddiaçının özü də bu avtomobilləri ucuz qiymətə satın almışdır. İşə əlavə edilmiş fotoşəkillərdən də görünür ki, avtomobillər istifadəyə yararsızdır və bu kimi nəqliyyat vasitələrinin təmiri yüksək məbləğ təl əb edir. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
7. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 24 aprel tarixli e-2-2(113)-875/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək 2023-cü il 24 may tarixli, 24/01, 24/02, 24/03, 24/04, 24/05 nömrəli protokollar üzrə “Külək" MMC tərəfindən keçirilmiş hərracın nəticələrinin ləğv edilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim: Kənan Hüseynov).
8. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, “İpoteka haqqında” Qanunun 42 və 43-cü maddələrində ipoteka predmeti olan əmlakın likvid qiymətlə hərracda satışa çıxarılması ilə bağlı müvafiq qaydalar nəzərdə tutulsa da, mülki qanunvericilikdə və icra haqqında qanunvericilikdə icra icraatı çərçivəsində borclunun ipoteka predmetinə, v ergi ödəyicisi kimi siyahıya alınmış əmlaka və girov predmeti olan qiymətli kağızlara aid olmayan əmlaklarına tələbin yönəldilməsi və hərracdan satılması zamanı əmlakın qiymətinin hər növbəti hərrac üçün aşağı salınması qaydası nəzərdə tutulmamışdır. 9. “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 2021-ci il 24 noyabr tarixli Qərardadında (bundan sonra – “Qərardad) da izah olunmuşdur ki, icra icraatı çərçivəsində borclunun ipoteka predmetinə, vergi ödəyicisi kimi siyahıya alınmış əmlaka və girov predmeti olan qiymətli kağızlara aid olmayan əmlaklarına tələbin yönəldilməsi və hərracdan satılması qaydaları Mülki Məcəllənin 415-ci və “İcra haqqın da” Qanunun 45.6, 45.7, 51, 53, 61, 62-ci maddələri ilə tənzimlənir və bu münasibətlərə qanunun analogiyası üzrə digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hərrac qaydaları tətbiq edilməməlidir.
10. Göründüyü kimi qanunvericilikdə icra icraatı çərçivəsində borclunun əmlakı açıq hərraca çıxarılarkən onun qiymətinin müvafiq olaraq sonrakı hərraclarda aşağı düşməsi halı göstərilməmişdir. Yəni indiki halda sonrakı keçirilmiş hərraclarda borclunun hərraca çıxarılmış əmlakının müvafiq olaraq 10 faiz, 20 faiz və 30 faiz aşağı düşməsi halı anlaşılan deyildir və bu cür qiymətin aşağı düşməsi qanunvericiliyin tələbinə zidd olmaqla, həmçinin də icra icraatı çərçivəsində sui-istifadə hallarına gətirib çıxarmaqla borclunun əmlakının öz real dəyərindən daha aşağı qiymətə satışına səbəb ola bilər.
11. Belə ki, qanunvericilikdə sonrakı hərraclarda qiymətin aşağı düşməsi halı nəzərdə tutulmamış və məhkəmə iclasında iştirak edən hərrac təşkilatının nümayəndəsi də bu halı izah edə bilməmişdir.
12. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, yuxarıda qeyd edilmiş müvafiq nömrəli protokollar üzrə “Külək" MMC tərəfindən keçirilmiş hərracın nəticələri ləğv edilməlidir.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.5-ci, “İcra haqqında” Qanunun 53.1, 53.2, 53.3, 61.1, 61.2-ci, Mülki Prosessual Məcəlləsinin (bundan sonra – "xxxx") 14.1, 14.2, 77.1 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
14. MMC həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsini, iddianın təmin olunmaması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 10 sentyabr tarixli 2-2(103)-704/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (hakimlər: R.Qurbanov – sədrlik edən və məruzəçi, V.Baxışova və Z.Şirinov).
16. Birinci instansiya məhkəməsinin əsaslandırma və nəticə hissəsi ilə razılaşan məhkəmə kollegiyası qeyd etmişdir ki, Mülki Məcəllənin 416.1-ci maddəsində göstərilən “Mülki Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac” ifadəsi geniş mənada təfsir edilməli və hərracın keçirilməsi qaydaları kimi təkcə Mülki Məcəllədə deyil, hərracın keçirilməsi üçün əsas olan digər, məsələn “İpoteka haqqında” və “ İcra haqqında” Qanunlarda nəzərdə tutulmuş qaydaların tələbləri də nəzərə alınmalıdır. Əks yanaşma həmin qanunlara əsasən keçirilmiş hərracların nəticələrinin maraqlı şəxsin iddiası üzrə mübahisələndirilməsini qeyri-mümkün edir. Çünki qeyd olunan qanunlarda bununla bağlı müddəalar nəzərdə tutulmamışdır. 17. “İcra haqqında” Qanunun tələbləri nəzərə alındıqda isə müəyyən edilir ki, mübahisələndirilən hərraclar qanunvericiliklə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilmişdir.
18. Belə ki, iddiaçıya məxsus nəqliyyat vasitələrinə dair hərraclar 4 müxtəlif tarixlərdə keçirilmiş və onların satış qiyməti müvafiq olaraq 10 faiz, 20 faiz və 30 faiz aşağı salınmışdır. Halbuki mülki və icra haqqında qanunvericiliklərdə icra icraatı çərçivəsində borclunun ipoteka predmetinə, vergi ödəyicisi kimi siyahıya alınmış əmlaka və girov predmeti olan qiymətli kağızlara aid olmayan əmlaklarına tələbin yönəldilməsi və hərracdan satılması zamanı əmlakın qiymətinin hər növbəti hərrac üçün aşağı salınması qaydası (10 faiz, 20 faiz və 30 faiz) və faktiki olaraq likvid qiymətlə satılması nəzərdə tutulmamışdır.
19. Qərardadda ifadə olunmuş hüquqi mövqeydən aydın olur ki, icra icraatı çərçivəsində borclunun ipoteka predmetinə, vergi ödəyicisi kimi siyahıya alınmış əmlaka və girov predmeti olan qiymətli kağızlara aid olmayan əmlaklarına tələbin yönəldilməsi və hərracdan satılması zamanı əmlaklar bazar dəyərindən fərqlənən likvid qiymətə satıla bilməz və satış qiyməti likvid deyil, bazar dəyəri ilə müəyyən olunmalıdır.
20. Qeyd edilənlərə əsasən kollegiya hesab etmişdir ki, mübahisələndirilən hərracl arın qanunla müəyyən edilmiş qaydaya uyğun keçirilmədiyi müəyyən edildiyinə görə iddiaçı müvafiq nəqliyyat vasitələrinin satışına dair 2023-cü il 24 may tarixli, 24/01, 24/02, 24/03, 24/04, 24/05 nömrəli protokollar üzrə “Külək" MMC tərəfindən keçirilmiş hərracın nəticələrinin ləğv edilməsini tələb etməkdə haqlıdır.
21. MMC həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv edilməsini, iddianın təmin olunmaması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
22. Mülki Məcəllənin 415, 416-cı və “İcra haqqında” Qanunun 51, 53, 61 və 62-ci maddələri üzrə - Mülki Məcəllənin 415.2-ci maddəsində qeyd edilmiş “Bildirişdə hərracın keçirilməsi barədə başlanğıc qiyməti haqqında məlumat” dedikdə qanunverici vu rğulayır ki, məhz bu halda əmlakın mütləq bazar qiymətinə (likvid qiymətinə deyil) uyğun olmasında zərurət yoxdur, yəni hərraca qoyulan əmlakın ilkin satış qiymətinin hansı meyarla müəyyən olunması normada qeyd olunmamışdır. Belə ki, müvafiq normada yazılan “başlanğıc qiymət” ifadəsi əslində icra icraatı çərçivəsində də hərracların bir neçə dəfə keçirilmə ardıcıllığına uyğun olaraq əmlakın satılmadığı halda məntiqi olaraq qiymətinin düşməsi ilə xarakterizə edilir. Əks halda həmin normada birbaşa “başlanğıc qiymət” deyil, “bazar qiyməti” ifadəsi təsbit edilərdi.
23. Eyni zamanda hərracın qiymət endirilmədən 3 ay müddətində keçirilməsi, yəni qanuni qüvvəyə minmiş qətnamənin icra edilmədən 3 ay müddətində eyni əsasla icrasının gözlədilməsi, borclunun hüquqlarının qorunması altında tələbkarın hüquq və qanuni mənafelərinin kobudcasına pozulması deməkdir. Bu baxımdan tələbkarın hüquqlarının müdafiəsi də nəzərə alınmalıdır. İddiaçı öz iddia tələbində hərracda satılan nəqliyyat vasitələrinin dəyərindən aşağı qiymətə satıldığını və hərracın nəticələrinin qanununsuz olduğundan ləğv edilməli olunduğunu qeyd etmişdir. Lakin iddiaçı öz mövqeyinə uyğun olaraq hər hansı sübut, o cümlədən əmlakın daha yüksək dəyərdə olmasını təsdiq edən hesabat (rəy) təqdim etməmişdir. Onun bu məsələ ilə bağlı müvafiq icra şöbəsinə adi və sadə məktubla müraciət etməsi belə müəyyən edilmir. Hər bir halda iddiaçı ötən dövr ərzində icra işi ilə tanış ola və aidiyyəti sənədlərin surətini əldə edə bilərdi. Bunun üçün hər hansı maneənin olduğu belə müəyyən edilmir.
24. Həmçinin hər keçirilən hərrac barədə məlu matlar (bildirişlər) qanunvericiliyin tələblərinə uyğun olaraq tərəflərə, o cümlədən iddiaçıya göndərilmiş, habelə bu barədə mediada və rəsmi internet saytında elanlar dərc edilmişdir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən iddiaçının keçirilən hərraclar barədə məlumatlı olduğu və heç bir narazılığının olmadığı öz əksini tapır.
25. Qərardad üzrə - icra icraatı çərçivəsində ipoteka predmetinə, vergi ödəyicisinin siyahıya alınmış əmlakına və girov predmeti olan qiymətli kağızlara aid olmayan əmlaka münasibətdə hərrac 3 aylıq müddət çərçivəsində hərracın keçirilməsi qaydasını pozmadan keçirməyə imkan verən sayda keçirilməlidir.
26. Bundan başqa iddiaçının əmlakı hərracdan satılarkən 3 aylıq müddət çərçivəsində hərracın keçirilməsi qaydası pozulmadan keçirilmişdir. Qeyd edilən müddət ərzind ə 1 dəfə ilk və 3 dəfə təkrar hərracın keçirilməsi bu sahəni tənzimləyən qanunvericiliyin pozulması kimi qiymətləndirilə bilməz. Belə ki, ilkin və yalnız bir təkrar hərracın keçirilməsi “İpoteka haqqında” Qanunla ipoteka predmetlərinə münasibətdə təsbit edilmiş, borclunun ipoteka predmeti olmayan əmlakının hərracdan satılması proseduruna bu say şamil edilə bilməz. Ümumiyyətlə, keçirilmiş təkrar hərracların sayı, həmçinin əmlakın dəyərinin aşağı düşməsinin faizi baxımından da məqbul hesab edilməlidir. İlkin hərrac zamanı müəyyənləşdirilmiş qiymət üzrə alıcı olmadığından, təkrar hərrac zamanı faiz normaları gözlənilməklə daha aşağı qiymətə və qanunvericiliyin də tələbləri gözlənilməklə təkrar hərrac keçirilmişdir. Nümunə olaraq yuxarıda qeyd edilənlər analoji olaraq Bakı Apellyasiya Məhkəməs inin Mülki kollegiyasının 2023-cü il 6 noyabr tarixli 2(103)-5265/2023 nömrəli işdə də nəzərdə tutulmuşdur.
27. Mülki Məcəllənin 11-ci maddəsi üzrə - əmlakların ilkin qiymətlə satılmaması və ilkin qiymət üzrə alıcısının olmaması halında təkrar hərracın daha aşağı qiymətlə keçirilməsi digər hüquq normalarına uyğun olaraq həyata keçirilmişdir. Nəticədə bu cür satış borclunun aylarla və ya illərlə yerinə yetirmədiyi borc öhdəliklərinin azaldılmasına və tələbkarın tələblərinin təmin olunmasına səbəb olmuşdur. Beləliklə, müvafiq hüquqi münasibətlərin mahiyyətinə zidd olmayaraq qanunun analogiyasının tətbiqinə hər hansı bir məhdudiyyət qoyulmamışdır. 28. “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanunun 13-cü və MPM-in 13-cü maddəsi üzrə - məhkəmə qətnamə qəbul edərkən qanunların analogiyas ı hissəsində yalnız borclunun vəziyyətinin pisləşməsini əsas götürmüş, tələbkarın hüquqlarının pozulmasını nəzərə almamışdır. Beləliklə, qəbul edilmiş yekun məhkəmə aktı ilə də tələbkarın hüquqları tamamilə qanunsuz və əsassız olaraq pozulmuş və ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmadan qətnamə qəbul olunmuşdur.
29. MPM-in 88 və 217-ci maddələri üzrə - apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutlara obyektiv, hərtərəfli və tam baxmadan qanunsuz və əsassız qətnamə çıxarılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Kassasiya şikayətinə qarşı etiraz ərizəsi daxil olmamışdır. Kassasiya baxışının hədləri
31. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
32. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
33. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
415. Hərracın təşkili və keçirilmə qaydası... 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərra cın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir....” “Maddə
416. Hərrac keçirilməsi qaydalarının pozulması nəticələri 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb ol ur”.
34. Azərbaycan Respublikasının “İcra haqqında” Qanunun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
53. Üzərinə həbs qoyulmuş əmlakın satılması 53.1. Üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. 53.2. Vergi ödəyicisinin vergi borcuna görə siyahıya alınmış əmlakı istisna olmaqla, borclunun əmlakı qanunla nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisasla şdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. 53.3. Əmlak satılmadıqda, həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə, əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır”. “Maddə
61. Hərracların hazırlanması və keçirilməsi 61.1. Vergi borcuna görə siyahıya alınmış əmlak istisna olmaqla, borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. 61.2. İxtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir....”
35. Azərbaycan Respublikasının Mülki müddəala rında aşağıdakılar nəzərdə tutulur: Prosessual “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... Məcəlləsinin müvafiq 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sür ülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçıya məxsus nəqliyyat vasitələrinə dair hərraclar 4 müxtəlif tarixlərdə keçirilmiş və onların satış qiyməti müvafiq olaraq 10 faiz, 20 faiz və 30 faiz aşağı salınmışdır. Halbuki mülki və icra haqqında qanunvericiliklərdə icra icraatı çərçivəsində borclunun ipoteka predmetinə, vergi ödəyicisi kimi siyahıya alınmış əmlaka və girov predmeti olan qiymətli kağızlara aid olmayan əmlaklarına tələbin yönəldilməsi və hərracdan satılması zamanı əmlakın qiymətinin hər növbəti hərrac üçün aşağı salınması qaydası (10 faiz, 20 faiz və 30 faiz) və faktiki olaraq likvid qiymətlə satılması nəzərdə tutulmamışdır.
38. Həmçinin Qərardadda ifadə olunmuş hüq uqi mövqeyə görə də icra icraatı çərçivəsində borclunun ipoteka predmetinə, vergi ödəyicisi kimi siyahıya alınmış əmlaka və girov predmeti olan qiymətli kağızlara aid olmayan əmlaklarına tələbin yönəldilməsi və hərracdan satılması zamanı əmlaklar bazar dəyərindən fərqlənən likvid qiymətə satıla bilməz və satış qiyməti likvid deyil, bazar dəyəri ilə müəyyən olunmalıdır.
39. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi haqlı olaraq mübahisələndirilən hərracların qanunla müəyyən edilmiş qaydaya uyğun keçirilmədiyini müəyyən etdiyinə görə müvafiq nəqliyyat vasitələrinin satışına dair 2023-cü il 24 may tarixli, 24/01, 24/02, 24/03, 24/04, 24/05 nömrəli protokollar üzrə “Külək" MMC tərəfindən keçirilmiş hərracın nəticələrini ləğv etmişdir.
40. Məhkəmə kollegiyası, həmçinin kassasiya şikayət inin iddiaçının əmlakın daha yüksək dəyərdə olmasını təsdiq edən hesabat (rəy) təqdim etməməsi ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, hərraclar yuxarıda da göstərildiyi kimi qanunvericiliklə nəzərdə tutulmuş müvafiq qaydalara uyğun həyata keçirilmədiyi üçün iddiaçı tərəfindən belə bir rəyin də verilməsinə ehtiyac qalmır. Ona görə kassasiya şikayətinin bu dəlilli də əsassızdır.
41. Kassasiya şikayətində sübutlara düzgün qiymət verilməməsi və bununla da MPM-in 88-ci maddəsinin tələblərini pozulmasına istinad edilməsi isə əsassızdır.
42. Belə ki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirindən müəyyən edilir ki, kassasiya şikayətində işin hallarının və sübutların düzgün qiymətləndirilməməsi ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz.
43. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarında da qeyd edilmişdir ki,...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahi sələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı).
44. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
45. Yuxarıda göstərilənlərə əsasə n və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 10 sentyabr tarixli 2-2(103)-704/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.