Məhkəmə qərarları › İş №2-2(102)-602/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-602/2025

29.10.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-602/2025 29.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: yük daşınması müqaviləsi, dəymiş zərərin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 7 mart tarixli 2-2(103)-206/2025 nömrəli qətnaməsin dən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. 2023-cü il 28 aprel tarixli CMR 28042023-1 saylı X1 görünür ki, yükgöndərən "xxxx" MMC tərəfindən yük alan "xxxx" MMC-yə FCA Norilsk çatdırılma şərti ilə Gürcüstan, Tbilisi şəhəri, D.Tavdadebuli 16/50 ünvanına çatdırılması üçün 17.479 kq taxta tikinti tiri göndərilmişdir, daşıyıcı Cavabdeh MMC-dir. 2. 28042023-1 nömrəli invoys qablaşdırma vərəqəsindən görünür ki, 99JC119/99ZH119 dövlət qeydiyyat nişanlı maşınla daşınan 5 adda malların netto çəkisi 17.478 kq, brutto çəkisi 17.479 kq qeyd edilmişdir. 3. 2023-cü il 28 aprel tarixli 28042023 saylı invoys sənədindən görünür ki, "xxxx" MMC (satıcı) tərəfindən "xxxx" MMC-yə (alıcı) ümumi məbləği 1.341.760 rus rublu məbləğində, ümumi brutto ç əkisi 17.479 kq, netto çəkisi – 14.479 kq olan 10 sayda bağlamada mallar göndərilmişdir. 4. "xxxx" MMC tərəfindən "xxxx" MMC-nin sürücüsü Allahverdiyev Zakirə müxtəlif adda və sayda malları almaq üçün 18437/032/07 saylı 2023-cü il 25 aprel tarixli etibarnamə verilmişdir.

5. Rusiya FHN Volqoqrad vilayəti üzrə Bİ NF və Pİ üzrə idarəsinin 2023-cü il 21 avqust tarixli **********000003 nömrəli cinayət işinin başlanması və icraata götürülməsi haqqında Qərarından görünür ki, cinayət işinin başlanmasına səbəb YXH-30 dispetçerindən daxil olan Volqoqrad vilayəti, Mixaylovka ş.q, R-22 yolu, 786 km ünvanında iki yük nəqliyyat vasitəsinin yanması haqqında 2023-cü il 29 aprel tarixində saat 16:12-də daxil olan məlumat olmuşdur. Aparılan prosessual yoxlama zamanı müəyyən edilmişdir ki, 2023-cü il 29 apre l tarixində saat 16:12-də X2 ehtiyatsız davranması səbəbindən yanğın baş vermiş, yanğının inkişafı nəticəsində AK 8867-1 dövlət qeydiyyat nişanlı “Scania G440” və 99JC119 dövlət qeydiyyat nişanlı “Scania” nəqliyyat vasitələri qoşquları və yük ilə birlikdə od ilə tam məhv edilmişdir. X5 barəsində RF CM 168-ci maddəsi ilə nəzərdə tutula cinayət əlamətləri üzrə cinayət işi başlanmışdır. Qeyd olunan nəqliyyat vasitələrinin mülkiyyətçilərinə 4.541.284,36 rus rublu məbləğində, yəni məhv edilən əmlakın dəyəri məbləğində külli miqdarda maddi zərər vurulmuşdur.

6. Rusiya FHN Volqoqrad vilayəti üzrə Bİ NF və Pİ üzrə idarəsi tərəfindən 2023-cü il 11 oktyabr tarixində tərtib edilmiş zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxslərin qanuni nümayəndəsinin ekspert rəyi ilə tanışetmə protokolundan görünür ki, zər ərçəkmiş tərəf Cavabdeh şirkətinin nümayəndəsi, vəkil X3 **********000003 nömrəli cinayət işi üzrə 2023cü il 27 iyun tarixli 76 saylı ekspert rəyi ilə tanış olmuşdur.

7. Rusiya FHN Volqoqrad vilayəti üzrə Bİ NF və Pİ üzrə idarəsinin 2023-cü il 21 avqust tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında Qərarından görünür ki, 2023cü il 29 aprel tarixində saat 16:12-də Volqoqrad vilayəti, Mixaylovka ş.q, R-22 yolu, 7S6 km ünvanında iki yük nəqliyyat vasitəsinin yanması baş vermiş, nəticədə AK 8867-1 dövlət qeydiyyat nişanlı “Scania G440” və 99JC119 dövlət qeydiyyat nişanlı "Scania” nəqliyyat vasitələri qoşquları və yük ilə birlikdə od ilə tam məhv edilmiş, maddi zərərin ümumi məbləği 4.541.284,36 rus rublu təşkil etmişdir. Cavabdeh şirkətinə 4.541.284,36 rus rublu məbləğində maddi zərər vur ulduğundan, Cavabdeh şirkəti **********000003 nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır.

8. Rusiya FHN Volqoqrad vilayəti üzrə “Sınaq yanğın laboratoriyası” Federal yanğın əleyhinə xidmətin məhkəmə-ekspert müəssisəsi tərəfindən tərtib edilmiş 76 saylı Ekspert rəyində qeyd edilmişdir ki, hadisə yerinə baxış protokolundan görünür ki, “... AK 8867-1 dövlət qeydiyyat nişanlı "Scania G440” yük nəqliyyat vasitəsinə baxış zamanı aşkar olunub ki, qeyd olunan nəqliyyat vasitəsi altı təkər diski üzərindədir, rezin tam olaraq od ilə məhv edilib, həmçinin lak boya örtüyünün yanması və metal deformasiyası şəklində kabinə termik təsir izləri müşahidə olunur. Kabinin sağ tərəfinə baxış zamanı sağ aşağı küncdə ağ fonda göy rəngli "PR" yazısı aşkar olunub. Qeyd olunan yazı üzərində h is və qurum layları şəklində termik təsir izləri aşkar olunub. Kabində şüşələr tam olaraq yoxdur. Kabinin daxilinə baxış zamanı kabinin daxili məkanının metala qədər tam yanması şəklində termik təsir izləri müşahidə olunur... A 2831-B-l dövlət qeydiyyat nişanlı "Koegel SN24” yarımqoşqusuna baxış zamanı müəyyən olunub ki, qeyd olunan yarımqoşqunun ölçüləri 13,9x2,5 metrdir və on iki təkər diski üzərindədir, baxış anına rezini zədələnməyib. Qeyd olunan yarımqoşqu sərt birləşmə ilə AK 8867-1 dövlət qeydiyyat nişanlı "Scania G440" nəqliyyat vasitəsi ilə birləşib. Yarımqoşquya baxış zamanı lent örtüyünün tam məhv olunması, həmçinin metal daşıyıcı konsturksiyaların deformasiyası şəklində termik təsir izləri müşahidə olunur. Qeyd olunan yarımqoşquda fanera təbəqələri müşahidə olunur, onlar üzərin də də təbəqələrin kənarlarının yanması şəklində termik təsir izləri müşahidə olunur. 99JCU9 dövlət qeydiyyat nişanlı “Scania” yük nəqliyyat vasitəsinə baxış zamanı aşkar olunub ki, qeyd olunan nəqliyyat vasitəsi altı təkər diski üzərindədir, rezin tam olaraq od ilə məhv edilib, şüşələrin tam olaraq olmaması, həmçinin lak boya örtüyünün yanması və metal deformasiyası şəklində kabinə termik təsir izləri müşahidə olunur. 99JCJ19 dövlət qeydiyyat nişanlı “Scania” nəqliyyat vasitəsinin daxili məkanına baxış zamanı salonun tam yanması şəklində termik təsir izləri müşahidə olunur. ** ZH *** dövlət qeydiyyat nişanlı "Krone" yarımqoşqusuna baxış zamanı müəyyən olunub ki, onun ölçüləri 13,9x2.5 metrdir, on iki təkər diski üzərindədir, baxış anına rezini tam olaraq od ilə məhv edilib. Qeyd olunan yar ımqoşqu sərt birləşmə ilə 99JC1İ9 dövlət qeydiyyat nişanlı “Scania” nəqliyyat vasitəsi ilə birləşib. Yarımqoşquya baxış zamanı tent örtüyünün tam məhv olunması, həmçinin metal daşıyıcı konsturksiyaların deformasiyası şəklində termik təsir izləri müşahidə olunur. Qeyd olunan yarımqoşquda san rəngli taxta şpallar müşahidə olunur, onlar üzərində də həmin şpalların kənarlarının yanması şəklində termik təsir izləri müşahidə olunur...". Z.B.Allahverdiyevin izahatından (y.m.v. 35) məlumdur ki, "... saat 16:00 dəq. radələrində "Lukoyl’’ yanacaq doldurma məntəqəsində idim və mənim avtomobilim park edildiyi tərəfdən tüstü gördüm. Bundan sonra mən dərhal avtomobilə tərəf getdim. Yaxınlaşanda gördüm ki, od mənim avtomobilimi və qonşu avtomobili bürüyüb..." İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat 9. "xxxx" MMC (bundan sonra – “iddiaçı”) 2024-cü il 21 iyun tarixində iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək Cavabdeh MMC-dən (bundan sonra – “cavabdeh”) 1.341.760 rus rublu məbləğində pulun ödəniş gününə Azərbaycan manatının məzənnəsi ilə və 167 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh daşıyıcı şirkətdən 2023-cü il 28 aprel tarixində beynəlxalq yükdaşıma xidmətlərini sifariş etmişdir. Həmin gündə daşıyıcı Rusiyadakı tərəfdaş zavodundan Gürcüstanın Tbilisi şəhərində qəbul etməli olduqları tikinti taxta tirlərini qəbul etmiş, lakin daşıyıcı şirkətə verilən yük hələ də onlara çatdırılmamışdır. Taxta tirlərin yeri hələ də onlara aydın deyildir. Tərəflər arasında bağlanılmış razılaşmaya əsasən cavabdeh götürdüyü öhdəlikləri hələ də icra etməmişdir.

11. Cavabdehin nümayəndəsi iddia tələbinə münasibətdə etiraz ərizəsi təqdim edərək qeyd etmişdir ki, iddiaçının öz ərizəsində bildirdiyi materiallar cavabdehin təqsiri olmadan yanmışdır. Rusiya Federasiyası Volqoqrad vilayəti, Mixaylovka ş.q-də X5 barəsində 2023-cü il 21 avqust tarixində **********000003 nömrəli cinayət işi başlanılmışdır. Cinayət işinin başlanmasının əsası X2 ehtiyatsız davranması səbəbindən yanğın baş verməsi, yanğının inkişafı nəticəsində AK 8867-1 dövlət qeydiyyat nişanlı “Scania G440” və 99JC119 dövlət qeydiyyat nişanlı “Scania” nəqliyyat vasitələrinin qoşquları və yük ilə birlikdə od ilə tam məhv edilməsi olmuşdur. Qeyd edilən cinayət işi üz rə cavabdeh zərərçəkmiş şəxs qismində tanınmışdır. Həmin işlə əlaqədar olaraq yanğın-texniki məhkəmə ekspertizası təyin edilmişdir. Ekspert tərəfindən verilmiş rəydə ekspertizaya təqdim olunmuş sənədlərə istinad olunmuş, və yekun rəy verilmişdir. Rəyin 5-ci səhifəsində qeyd edilmişdir: “O.M.Peçurun izahatından məlumdur ki, saat 16:00 radələrində özümə məxsus 2016-cı il buraxılışlı “Scania” dartıcısının kabinasında yemək bişirmək qərarına gəldim. Plitənin üzərinə “oxunmayan söz” ilə qazanı qoydum, plitəni yandırdım və bir müddət sonra alov püskürdü, bundan sonra mən dərhal avtomobilimi sürücü qapısı tərəfdən tərk etdim.” “Təqdim olunan prosessual yoxlama materiallarından görünür ki, O.M.Peçur AK 8867-1 dövlət qeydiyyat nişanlı “Scania G440” avtonəqliyyat vasitəsinin sürücüsüdür.” “Beləlik lə, prosessual yoxlamanın təqdim olunan materiallarına əsasən ilkin yanma AK 8867-1 dövlət qeydiyyat nişanlı “Scania G440” avtomobilinin kabinasında baş vermişdir, daha sonra yanan AK 8867-1 dövlət qeydiyyat nişanlı “Scania G440” avtomobilinin şüalı istilik təsirindən yanında dayanan 99JC119 dövlət qeydiyyat nişanlı “Scania” avtomobilinin yanması baş vermişdir.” “Təqdim olunan informasiyanın cəmindən görünür ki, ocaq zonası AK 8867-1 dövlət qeydiyyat nişanlı “Scania G440” avtomobilinin kabinasında yerləşir.” Baş verən yanğının cavabdeh və daşıdığı materiallar olan 99JC119 dövlət qeydiyyat nişanlı “Scania” avtomobilinin sürücüsü ilə heç bir əlaqəsi olmamışdır. Yanğın yaxınlıqda dayanan digər avtomobilin sürücüsü tərəfindən törədilmiş, həmin avtomobildə başlamış və daha sonra cavabdehin avto mobili yanmışdır. Aydın olduğu kimi, qeyd edilən cinayət işi üzrə cavabdeh özü zərərçəkmişdir, çünki maşını yanmışdır. Maşın yanandan 1-2 gün sonra telefon vasitəsilə cavabdeh iddiaçı tərəfə bu barədə məlumat vermişdir. Malların cavabdehə təqdim edilməsi ilə bağlı cavabdeh şirkət ona əks bir məlumat bildirməmişdir. Ona görə hesab edilmişdir ki, mallar cavabdeh tərəfindən daşınma üçün qəbul edilmişdir. Sadəcə iddiaçı ilə aralarında müqavilə olmadığı üçün cavabdeh ümumi normalara müraciət edərək Mülki Məcəllənin 859.3.3-cü maddəsinə əsasən daşıyıcının lazımi vicdanlılığı şəraitində qarşısı alınması mümkün olmayan hallar baş verdiyi təqdirdə, yükün məhv olması üçün onların məsuliyyət daşımadığını qeyd etmişdir. Digər tərəfdən iddiaçı da həmin iş üzrə zərərçəkmiş şəxs qismində tanınmalı və bun un üçün Rusiya Federasiyasında müvafiq orqanlara müraciət etməlidir. Cavabdehin təqsiri olmadan baş verə biləcək hadisələrə görə məsuliyyət daşımağı barədə iddiaçı ilə heç bir razılaşma yoxdur. Bu cür hadisə baş verməsini cavabdeh də arzu etməmişdir və yanğın da cavabdeh tərəfindən törədilməmişdir. Ekspert rəyində də yanğının sadəcə bir maşından digər maşına keçməsi faktı öz əksini tapmışdır. Sürücü bu zaman uzaqda olmuş və gələndə də artıq heç nəyi xilas edə bilməmişdir. Sürücünün özünün də hadisə barəsində izahatı var. Hadisə cavabdehin vicdanlı olduğu şəraitdə baş vermişdir. Cavabdeh həmin cinayət işi üzrə maşına münasibətdə zərərçəkən qismində tanınmışdır. Odur ki, iddiaçının öz ərizəsində qeyd etdiyi pul ödənişini cavabdeh həyata keçirməməlidir.

12. Bakı Kommersiya Məhkəməsinin 2024-c ü il 31 oktyabr tarixli e-2-2(113)4544/2024 nömrəli qətnaməsi ilə iddia təmin olunmuşdur (hakim – K.Hüseynov).

13. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, cavabdehin yanğının baş verməsində təqsirinin müəyyən edilməməsi onun şərtləşdirilmiş vaxtda və invoys sənədində qeyd edilən məbləğdə yükü iddiaçıya çatdırması ilə bağlı məsuliyyətini aradan qaldırmır.

14. Belə ki, Mülki Məcəllənin 858.3-cü maddəsinə əsasən cavabdeh yüklə rəftar üçün ona verilmiş səlahiyyətlərin icrası zamanı mülkiyyətçinin mənafelərini maksimum müdafiə etməyə borclu idi. Lakin görünən odur ki, cavabdehin sürücüsü yük maşınını dayanacaqda saxladıqdan sonra kifayət qədər yaxınlıqda olmadığından, lazımi diqqət göstərmədiyindən, avtomobillər arası ara məsafəsini düzgün saxlamadığından, avtomobilinə yanğının keçmə sinin qarşısını ala bilməmişdir. Halbuki yanğın ocağının əmələ gəlməsi və alışmanın baş verməsi, qəfildən ani partlayış nəticəsində yaranmamış, hissə-hissə olmaqla bir neçə dəqiqə çəkmiş, həmin müddətdə cavabdehin sürücüsü vaxtında lazımı diqqət və məsuliyyət göstərək yük avtomobilini alışan yük avtomobilinin yanından çəkərək öz avtomobilinə yanğın keçməsinin qarşını ala bilərdi.

15. Bundan başqa, cavabdeh zərərçəkmiş şəxs qismində tanındığı cinayət işi üzrə təqsirləndirilən şəxsə(lərə) qarşı mülki iddia qaldırarkən iddiaçının hazırda ondan tələb etdiyi məbləği də dəymiş ziyan kimi tələb edə bilər.

16. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 329.2, 329.3, 385.1, 409.9, 425.1, 442, 443.1, 448.1, 783.2, 850, 851, 852.1, 858.3, 859.2, 859.3-cü, Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 217.1, və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

17. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 7 mart tarixli 2-2(103)-206/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə çıxarılaraq iddia rədd edilmişdir (sədrlik edən – L.Əliyeva, hakimlər – E.Həsənov və Z.Şirinov).

19. Məhkəmə ilk növbədə qeyd etmişdir ki, iddiaçı Gürcüstan Respublikasında təsis edilmiş və fəaliyyət göstərən hüquqi şəxs olduğundan, eləcə də həmin müqavilədə nəzərdə tutulan yükdaşıma bir neçə dövlətin (o cümlədən Rusiya Federasiyasının) ərazisindən keçməklə həyata keçirilməli olan beynəlxalq yükdaşıma olduğundan hazırkı mübahisə bir neçə dövlətin hüquq sistemi ilə bağlı olan xarici elementli mübahisədir.

20. Odur ki, mübahisəyə baxılarkən birinci həll edilməli olan məsələ AR məhkəmələrinin hazırkı mübahisəyə baxmaqda səlahiyyətli olub-olmaması məsələsidir. Hazırkı iddia tələbi yükdaşıma müqaviləsindən Azərbaycan Respublikasında təsis edilmiş və fəaliyyət göstərən daşıyıcı şirkətə qarşı yönəldilmiş tələb olmaqla MPM-in 444.0.5-ci maddəsinin tələbləri baxımından AR məhkəmələrinin müstəsna səlahiyyətlərinə aiddir.

21. İkinci həll edilməli məsələ mübahisəyə hansı ölkənin hüququnun tətbiq edilməli olması məsələsidir. Bel ə ki, Rusiya Federasiyasının və AR-nın iştirakçısı olduğu Beynəlxalq yük daşınması müqaviləsi haqqında 1956-cı il 19 may tarixli Konvensiyasında (BYDM) avtomobil nəqliyyatı ilə həyata keçirilən beynəlxalq daşımalara tətbiq edilməli olan unifikasiya edilmiş maddi normalar yer almışdır. Hazırkı yükdaşıma müqaviləsi üzrə yükün müqavilədə göstərilən qəbul edilmə, daşınma və təhvili yeri iki müxtəlif ölkənin ərazisində yerləşdiyindən və həmin ölkələrdən biri (Rusiya Federasiyası) Konvensiyanın iştirakçısı olduğundan həmin yükdaşımadan irəli gələn münasibətlər sözügedən konvensiyanın 1-ci maddəsinin tələblərə baxımından konvensiyanın təsiri altına düşür.

22. Beynəlxalq müqavilələrdə müəyyən edilmiş maddi hüquq normalara əlavə olaraq (subsidiar şəkildə) mübahisəyə tətbiq ediləcək milli qanunveric iliyə gəldikdə qeyd edilməlidir ki, tərəflər aralarında bağlanılmış yükdaşıma müqaviləsində (yol qaiməsində) müqavilə münasibətlərinə tətbiq ediləcək hüquq barəsində razılığa gəlməmişlər. Azərbaycan Respublikası ilə Gürcüstan arasında “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 1996-cı il 8 mart tarixli və Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 1992-ci il 22 dekabr tarixli ikitərəfli müqavilələrdə xarici elementli müqavilələrə tətbiq ediləcək hüquqla bağlı kollizion norma yer almamışdır. Odur ki, hazırkı halda mübahisəyə tətbiq ediləcək hüquq “Beynəlxalq xüsusi hüquq” haqqında AR Qanununun 25-ci maddəsinin tələblərinə əsasən müəyyən edilməli və mübahis əyə daşıyıcının hüququ, yəni AR qanunvericiliyi tətbiq edilməlidir.

23. Məhkəmə kollegiyası mübahisənin mahiyyəti ilə bağlı qeyd etmişdir ki, iddia tələbinin qanuni əsasını MM-in 859.1-ci maddəsi təşkil edir. Bu normada ümumi qayda olaraq daşıyıcının yükdaşımanın həyata keçirilməsi zamanı yükün məhv olmasına görə təqsirindən asılı olmayaraq məsuliyyət daşıması müəyyən edilmişdir. Eyni zamanda, həmin maddənin üçüncü bəndində ümumi qaydadan istisna hallar müəyyənləşdirilərək daşıyıcı yükün məhv olmasının lazımi vicdanlılığı şəraitində qarşısı alınması mümkün olmayan hallar nəticəsində baş verdiyini sübuta yetirdiyi halda məsuliyyətdən azad edilmişdir.

24. Bununla bağlı məhkəmə kollegiyası vurğulamışdır ki, MM-in 859.3.3-cü maddəsində nəzərdə tutulmuş qarşısı alınması mümkün olmayan hallar dedikdə, yalnız qarşısıalınmaz qüvvə (yəni yaranması subyektiv faktorlardan asılı olmayan, fövqəladə və qarşısıalınmaz hadisələr - məs. sel, zəlzələ, epidemiya və s.) deyil, lazımi vicdanlılıq şəraitində daşıyıcı tərəfindən qarşısının alınması və nəticələrinin aradan qaldırılması mümkün olmayan istənilən hallar başa düşülür.

25. İşdə olan sənədlər əsasında müəyyən edilmişdir ki, yanğın hadisəsi 2023-cü il 29 aprel tarixində saat 16:12-də AK 8867-1 Belarus dövlət qeydiyyat nömrəli “Scania G440” nəqliyyat vasitəsinin sürücüsü X2 ehtiyatsız davranması səbəbindən baş vermişdir, fakt üzrə O.Peçurun barəsində cinayət işi başlanılmış və cavabdeh həmin iş üzrə zərərçəkmiş şəxs qismində işə cəlb edilmişdir. Eyni zamanda, ekspert rəyi ilə yanğın ocağının Belarus dövlət qeydiyyat nişanlı “Scania G440 ” nəqliyyat vasitəsinin kabinasında yerləşməsi, yanğının şüalı istilik təsirindən yanında dayanan (cavabdehə məxsus) nəqliyyat vasitəsinə keçməsi öz təsdiqini tapmışdır.

26. Məhkəmə iclasında baxış keçirilmiş birinci videoyazıda yük maşının kabinasından tüstü müşahidə edilmiş, o sürücü tərəfdən qonşu avtomobilə tərəf istiqamətlidir, daha sonra sürücü pəncərəsindən analoji istiqamətə malik alov yanması və kabinanın hər iki pəncərəsindən kəskin partlama müşahidə edilmişdir (videoyazının davametmə müddəti dəqiqədir). İkinci videoyazıda hər iki avtomobilin kabinalarının yanması görünür və yeni partlama müşahidə edilmişdir.

27. Beləliklə, sübutların məcmusu ilə, yanğının cavabdehin və ya cavabdehin əməllərinə görə məsuliyyət daşıdığı digər şəxslərin (məsələn, daşıyıcı şirkətlə əmək və ya mülki hüquq münasibətlərində olan nəqliyyat vasitəsinin sürücüsünün) təqsirindən baş verməməsi müəyyən edilmişdir. Digər tərəfdən, yanğın cavabdehə məxsus nəqliyyat vasitəsində nasazlıq və yaxud həmin nəqliyyat vasitəsi hərəkətdə olarkən baş vermiş yolnəqliyyat hadisəsi və yaxud da nəqliyyat vasitəsinin qadağan edilən yerdə, parklanma qaydalarını pozmaqla saxlanılması, yəni cavabdehin təqsirindən olmasa belə, professional daşıyıcı kimi cavabdehin nəzərə ala biləcəyi hallarla da bağlı olmamışdır. Əksinə, hadisə baş verərkən nəqliyyat vasitəsi yük maşınları üçün xüsusi dayanacaqda saxlanılmışdır. Göstərilən hallar isə ona dəlalət etmişdir ki, hazırkı halda daşıyıcı yanğın hadisəsinin baş verməsinin riskini nəzərə ala və onun qarşısını ala bilməzdi.

28. İkincisi, daşıyıcı lazımi vicdanlılıq şəraiti ndə yanğının nəticələrinin qarşısını almaq və ya maksimal azaltmaq üçün tədbirlər görüb-görməməsi ilə bağlı məsələyə gəldikdə kollegiya qeyd etmişdir ki, sübutlardan o da müəyyən olunduğu kimi, qonşu avtomobildə başlamış yanğın bir dəqiqə ərzində həmin avtomobilin kabinasında partlayış baş verməsi nəticəsində cavabdehə məxsus avtomobilə yayılmış və bundan sonra yenə partlayış baş vermişdir. Belə olan halda isə açıq-aşkardır ki, yanğın surətlə yayıldığından cavabdehə məxsus yük maşınının sürücüsü tərəfindən öz gücü ilə yanğının cavabdehə məxsus avtomobilə keçməsinin və yükün (tez alışan material olan taxtaların) yanmasının qarşısının alınması imkanı mövcud olmamışdır. Bundan əlavə, kabinada bir neçə dəfə partlayış baş verdiyi vəziyyətdə sürücünün yanğına müdaxilə etməsi onun həyatı üçün təh lükəli ola bilərdi.

29. Digər tərəfdən, cinayət işinin başlanması barədə qərardan o da müəyyənləşdirilmişdir ki, Xüsusi Yanğın Xilasedici Stansiyası 16:12 radələrində baş vermiş yanğın hadisəsi barədə məlumatlandırılmış və elə həmin saatda (16:12) Xüsusi Yanğın Xilasedici Stansiyasının dispetçeri tərəfindən yanğın faktı barəsində FHN-in Volqoqrad Vilayəti üzrə Nəzarət Fəaliyyəti şöbəsinə məlumat verilmişdir, yəni səlahiyyətli dövlət orqanları yanğının baş verməsi barədə vaxtında məlumatlandırılmışdır.

30. Bununla yanaşı kollegiya onu da vurğulamışdır ki, birinci instansiya məhkəməsi cavabdehin sürücüsünün yük maşınını dayanacaqda saxladıqdan sonra kifayət qədər yaxınlıqda olmaması, lazımi diqqət göstərməməsi, avtomobillərarası ara məsafəsini düzgün saxlamaması barədə gəldiyi nəticələri tut arlı dəlillərlə əsaslandırmamış, həmin nəticələrə gəlməsi üçün əsas verə biləcək faktiki hallara və normativ aktlara istinad etməmişdir. Bununla bağlı kollegiya qeyd etmişdir ki, birincisi, iş materialında olan ekspert rəyində öz əksini tapmış sürücü Z.Allahverdiyevin izahatından da görünür ki, hadisə baş verdiyi zaman sonuncu yanacaq doldurma məntəqəsində olmuşdur və avtomobilin park edildiyi tərəfdən tüstü gördükdən sonra dərhal avtomobilə tərəf getmişdir. İzahatdan da göründüyü kimi, sürücü avtomobilin park edildiyi yeri görə biləcək qədər yaxın məsafədə olmuşdur.

31. Bundan əlavə, AR Nazirlər Kabinetinin 2019-cu il 29 may tarixli Qərarı ilə təsdiq edilmiş “Beynəlxalq və ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin və yük daşımalarını yerinə yetirən sürücülər üçün iş və istira hət rejimi, nəqliyyat vasitələrinin taxoqraflarla təchiz edilməsi, onlardan istifadə, onlara xidmət və fəaliyyətinə nəzarət Qaydaları” ilə beynəlxalq avtomobil yükdaşımalarında sürücülərin iş və istirahət normalarını, o cümlədən hər 4,5 saatdan bir 45 dəqiqə fasilə etməli olması, gündəlik istirahət vaxtının 11 saatdan az olmaması, istirahət vaxtında yataqla təmin edilməsi barədə normalar müəyyən edilmişdir. Belə olan halda, hazırkı halda sürücünün normativ hüquqi aktlarda nəzərdə tutulmuş fasilə və ya istirahət vaxtından istifadə etməsi, həmin müddət ərzində avtomobildən uzaqlaşması lazımi diqqət göstərilməməsi kimi qiymətləndirilə bilməz. Sürücü tərəfindən ara məsafəsinin saxlanılmamasına gəldikdə məhkəmənin gəldiyi həmin nəticə ehtimallara söykənməklə iş materiallarında olan hər hansı sü buta əsaslanmır. Belə olan halda kollegiya hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsində göstərilən nəticələr işin hallara uyğun deyildir.

32. Apellyasiya instansiya məhkəməsi mövqeyini MM-in 385.1, 425.1, 442,. 443.1, 448.1, 850, 851, 852.1, 859.1, 859.2, 859.3-cü, “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 50.1 və 54.1-ci, “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun 1.2, 24.1, 25.1, 25.1.10-cu maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları”nın 48.2, 48.4, 48.9-cu bəndlərinə, “Beynəlxalq yük daşınması müqaviləsi haqqında” 1956-cı il 19 may tarixli Konvensiyanın 1-ci maddəsinin 1-ci hissəsinə, 4-cü maddəsinə və 17-ci maddəsinin 1-3-cü hissələrinə, MPMin 77.1, 440.1, 443.0, 443.0.1, 444.0, 444.0.5-ci maddələrinə istinadla əsaslandırmışdır.

33. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

34. MM-in 442 və 443-cü maddələri üzrə - Sürücünün istirahət hüququ daşıyıcının yükə cavabdehlik öhdəliyini aradan qaldırmır. Hətta istirahətdə olsa belə, yük təhlükəsiz şəraitdə saxlanılmalı idi.

35. MM-in 859.1 və 859.2-ci maddələri üzrə - Cavabdeh daşıyıcı olaraq yükü qəbul edib, lakin onu təyinat yerinə çatdırmamışdır. Bu hal öhdəliyin pozulmasıdır və daşıyıcının məsuliyyətini istisna etmir.

36. MM-in 859.3.3-cü maddəsi üzrə - “Qarşısıalınmaz qüvvə” istisnası tətbiq e dilə bilməz. Cavabdeh daşıyıcının sürücüsü hadisə baş verən anda yükün yanında olmamış, yük maşını yanğına məruz qalmış və müvafiq təhlükəsizlik tədbirləri görülməmişdir. Bu isə vicdanlı davranışın pozulması deməkdir. Daşıyıcının sürücüsü hadisə zamanı yanacaq doldurma məntəqəsində idi, yəni yükün fiziki təhlükəsizliyini təmin etmirdi; maşınlar arası məsafə təhlükəsizlik tələblərinə uyğun olmamış, buna dair sübutlar işdə var; cinayət işi başqa şəxsə qarşı başlasa da, bu daşıyıcının müqavilə öhdəliyini yerinə yetirməməsi faktını dəyişmir.

37. MPM-in 88, 372.6, 372.7 və 384.0.2-ci maddələri üzrə - Apellyasiya məhkəməsi birinci instansiyanın hüquqi qiymətləndirməsini əvəz etmişdir. Lakin ekspert rəyi yalnız texniki hadisəni izah edir, sürücünün davranışına və məsafəyə dair qiymətləndirmə verm ir. Video sübutlarda da sürücünün müdaxilə etmədiyi açıq şəkildə görünür. Birinci instansiya peşəkar ehtiyatsızlıq və sığortalanmamış risklər əsasında əsaslı qiymətləndirmə vermişdir və bu qərar ləğv edilməməli idi.

38. İş materiallarında olan ekspert rəyləri, cinayət işi materialları və sürücünün izahatı cavabdehin məsuliyyətini tam istisna etmir. Apellyasiya instansiyası birinci instansiyanın gəldiyi hüquqi və faktiki nəticələri əsaslandırılmadan ləğv etmişdir. Məhkəmə birinci instansiyanın gəldiyi nəticələri sübutlarla əsassız şəkildə əvəz etmiş, sübutları fərqli şəkildə qiymətləndirərək subyektiv nəticələr çıxarmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

39. Cavabdeh kassasiya şikayətinə qarşı etirazını apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslandırıcı his səsinə uyğun olmaqla kassasiya şikayətinin ekspert rəyi ilə bağlı dəlillərinə cavab olaraq bildirmişdir ki, ekspert rəyində əks olunan texniki məsələlər, sürücünün müdaxilə etməsinin imkansız olduğunun bilavasitə göstəricisidir. Belə ki, əgər iddiaçının dediyi kimi, sürücü hadisə yerinə gedərək yük maşınını çıxarmağa çalışsa idi, bunun onun həyatı bahasına başa gələcəyi qaçınılmaz idi. Çünki həmin ekspertiza rəyində də göstərilmişdir ki, “yanğın zamanı, məsələn minik avtomobilinin salonunda alovun və tüstü sütununun hündürlüyü 6-8 metrə çatır, 4-5 metr məsafədə və 1.5 metr hündürlükdə istilik axını sıxlığı 3-5 kVt/m 2 təşkil edir. Külək zamanı digər avtomobillərin yanması 4 metrə qədər məsafədə mümkündür.” Həmçinin rəydən o da müəyyən olunur ki, yanğın zamanı istilik axını sıxlığı 3-5 kVt/ m² olmuşdur. Bu dərəcədə istilik axını insan bədənini saniyələr içində ciddi yanıq xəsarətlərinə məruz qoya bilər. Belə yüksək istilik axınına məruz qalan bir insan bir neçə saniyə ərzində ikinci və üçüncü dərəcəli yanıq yaraları ala bilər. Odur ki, heç bir xüsusi odadavamlı geyimi olmayan sürücünün belə bir mühitə daxil olması qeyri-mümkündür.

40. Həmçinin ekspertiza rəyində külək şəraitində yanğının dörd metrə qədər məsafəyə yayıla biləcəyi qeyd olunmuşdur. Bu isə o deməkdir ki, sürücü avtomobilinə yaxınlaşmağa cəhd edərkən artıq alovun təsiri altında qalacaqdı. Nəzərə almaq lazımdır ki, alovun yayılması təkcə vizual müşahidə edilən açıq alovdan ibarət deyil, həm də yüksək temperatur nəticəsində ətraf havanın istiləşməsi, karbonmonoksid və digər zərərli qazların yayılması ilə müşayiət ol unur. Bu cür şəraitdə insanın adi geyimlə hər hansı bir müdaxilə etməsi real olaraq mümkün deyil.

41. O cümlədən 76 nömrəli ekspert rəyində hadisəni törədən şəxs O.M. Peçura məxsus izahatda göstərilir ki, Peçur yatmaq üçün yerdə oturduqda qaz plitənin qoşulduğu yerdən plitənin kənarında od görmüş, həmin zaman avtomobilin şüşələri açıq imiş və o plitəni götürüb pəncərədən atmaq istəmişdir. Lakin qaz plitəsini götürdükdə o daha da güclü yanmağa başlamış və bundan sonra qaz balonu partlamışdır. Bundan sonra nə olduğunu başa düşməyərək pəncərədən küçəyə çıxmışdır.” Göründüyü kimi şiddətli yanğın şiddətli partlayışla müşahidə edilmişdir ki, bu da sürücünün yanğına müdaxilə etməsini imkansız edir.

42. Azərbaycan Respublikasının Konstitusiyasının 27-ci maddəsinə əsasən hər kəsin yaşamaq hüququ va rdır. İddiaçı kassasiya şikayətində sürücünün, yük maşınını yanğına dərhal müdaxilə etməli olduğunu vurğulamışdır. Lakin bu yanaşma, Azərbaycan Respublikası Konstitusiyasının 27-ci maddəsi ilə ziddiyyət təşkil edir və insanın həyatını qorumaq hüququnu pozur. Hər hansı yolla insanın yaşamaq hüququ göz ardı edilə bilməz. Çünki insan həyatı dünyada ən ali dəyərdir və yaşamaq hüququ da ən fundamental hüquqdur. İddiaçı sürücünün öz həyatını riskə ataraq yükü qurtarmalı olduğuna dair gəldiyi nəticə ilə, yalnız mülkiyyətçinin maraqlarını nəzərə almış, amma sürücünün yaşamaq hüququnu göz ardı etmişdir. Bildirilməlidir ki, hətta yüklə əlaqədar vəziyyətin kritik olduğu və ya əhəmiyyətli olduğu hallarda belə, insan həyatının qorunması hər şeydən önəmlidir. Yaşamaq hüququ, insanın dünyadakı ən ali dəy əri olan hüququdur və bu, heç bir maddi dəyərlə əvəz edilə bilməz. İnsan həyatının təhlükəyə atılmasına, heç bir halda, nə bir yük, nə də kommersiya maraqları baxımından haqq qazandırıla bilməz. İddiaçının, sürücünün həyatını riskə atmalı olduğunua dair mövqeyi konstitusiyaya ziddir və hüquqi baxımdan qəbuledilməzdir.

43. Nəticə etibarilə apellyasiya instansiyası məhkəməsi doğru nəticəyə gəlmişdir. Bu səbəbdən də iddiaçının kassasiya şikayətinin rədd olunması və cavabdehin hüquqlarının bərpa edilməsi tam qanunauyğundur. Kassasiya baxışının hədləri

44. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

45. Kassasiya instansiyası məhkəməsi tərəfi ndən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq 46. “Beynəlxalq yük daşınması müqaviləsi haqqında 1956-cı il 19 may tarixli Konvensiyanın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə 1.

1. Yükün müqavilədə göstərilən qəbul edilmə, daşınma və təhvili üçün tutulan yeri iki müxtəlif ölkənin ərazisində yerləşərsə və heç olmazsa tərəflərdən biri Konvensiyanın iş tirakçısı olarsa, bu Konvensiya bütün yol yük daşıma müqavilələrinə, avtomobillə mükafatlandırmaq şərtilə, tətbiq olunur....” “Maddə

4. Yük daşınması müqaviləsi qaimə vasitəsilə müəyyən edilir. Qaimənin olmaması, yanlışlığı və itirilməsi yük daşınması haqqında bu Konvensiyanın müddəaları da tətbiq edilən müqavilənin düzgünlüyünə təsir etmir”. “Maddə 17.

1. Daşıyıcı yük daşınma üçün qəbul ediləndən təhvil verilənə qədər müddət ərzində onun tam və qismən itməsi, həmçinin daşınmanın gecikdirilməsinə görə məsuliyyət daşıyır.

2. Əgər yükün itirilməsi, zədələnməsi və ya daşınmasının ləngiməsi müqavilə üzrə səlahiyyəti olan şəxsin təqsiri üzündən və ya onun daşıyıcının təqsiri ilə bağlı olmayan əmri nəticəsində, və yaxud yükün özünün hər hansı bir qüsuru üzündən və ya daşıyıcının baş verməsini v ə nəticələrini qarşısının ala bilmədiyi hallar nəticəsində baş verdikdə daşıyıcı bu məsuliyyətdən azad olunur.

3. Daşıyıcı öz üzərindən məsuliyyəti götürmək üçün yük daşıyan avtomobilin qüsurlu olmasına, avtomobili icarəyə götürən şəxsin və ya onun agentinin günahkar olmasına istinad edə bilməz....” 47. “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

1. Qanunun tətbiqi dairəsi və tətbiq edilməli hüququn müəyyən edilməsi... 1.2. Xarici elementli mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquq bu Qanunla bərabər, həm də digər müvafiq qanunvericilik aktları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və ümumi qəbul olunmuş beynəlxalq adətlər, habelə tərəflərin razılığı əsasında müəyyən edilir....” “Maddə

24. Müqavilə iştirakçılarının razılığı ilə hüququn seçilməsi 24.1. Müqavilə ilə bağlı tərəflərin hüquq və vəzifələrinin müəyyən edilməsi, müqavilənin təfsiri, icrası, icra edilməməsi, xitamı, lazımi qaydada icra edilməməsinin və etibarsızlığının nəticələri, habelə müqavilə ilə əlaqədar tələbin güzəşti və borcun köçürülməsi tərəflərin razılığı ilə seçilən ölkənin hüququ ilə tənzimlənir....” “Maddə

25. Tərəflərin razılığının olmadığı halda müqaviləyə tətbiq olunan hüququn seçilməsi 25.1. Müqavilə tərəfləri arasında həmin müqaviləyə tətbiq edilməli hüquq barədə razılıq olmadığı halda, müqaviləyə aşağıda göstərilən tərəflərin təsis olunduğu, yaşadığı və ya əsasən fəaliyyət göstərdiyi ölkənin hüququ tətbiq edilir:... 25.1.10. daşıma müqaviləsində - daşıyıcının;...”

48. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Maddə

443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə

850. Yük daşınması müqaviləsi 850.1. Yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür....” “Maddə

851. Yük göndərən və yük alan. Daşıyıcı Yük göndərən daşımanın təşəbbüsçüsü olan və adından yük göndərilməsi rəsmiləşdirilən fiziki və ya hüquqi şəxsdir. Yük göndərən həm yükün daşımadan əvvəl olduğu şəxs, həm də yükün göndərildiyi şəxs (yük alan) ola bilər. Yük alan əqd əsasında yüklərin alınmasına səlahiyyətli fiziki və ya hüquqi şəxsdir. Daşıyıcı müqavilə əsasında və haqq müqabilində yükün olduğu yerdən təyinat yerinə daşınmasını həyata keçirən və mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan fiziki və ya hüquqi şəxsdir. “Maddə

852. Ekspeditor. Nəqliyyat komisyonçusu 852.1. Ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir....” “Maddə

859. Yük daşıyıcısının məsuliyyəti 859.1. Yükün itirildiyi və ya məhv olduğu halda daşıyıcı onun tam dəyərini ödəyir. Əgər yük daşıyıcı tərəfindən daşımaya qəbul edildikdən sonra üç ay ərzində çatdırılmazsa, əksi sübut edilənədək itirilmiş sayılır. 859.2. Bundan başqa, daşıyıcı çatdırmanın gecikdirilməsi və ya yükün zədələnməsi və ya qismən məhv olması ilə bağlı bütün zərər üçün məsuliyyət daşıyır. 859.3. Əgər daşıyıcı yükün iti rilməsinin və ya məhvinin aşağıdakılar nəticəsində baş verdiyini sübuta yetirərsə, bu Məcəllənin 859.1-859.2-ci maddələrində nəzərdə tutulan məsuliyyət tətbiq edilmir: 859.3.1. risk məlum olsa da, yükün xarakteri və ya nəqliyyat vasitəsinin birbaşa təyinatı; 859.3.2. yük göndərənin və ya yük alanın təqsiri və ya göstərişi; 859.3.3. daşıyıcının lazımi vicdanlılığı şəraitində qarşısı alınması mümkün olmayan hallar....” 49. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

50. Avtomobil nəqliyyatı ilə beynəlxalq daşımaların təşkili 50.1. Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları, o cümlədən tranzit daşımaları Azərbaycan Respublikasının qanunvericiliyinə və Azərbaycan Respublikasının tərəfdar çıxd ığı beynəlxalq müqavilələrə uyğun olaraq operator tərəfindən yerinə yetirilir. Operator işgüzar nüfuz, maliyyə vəziyyəti və peşəkarlıq səriştəsi ilə bağlı meyarlara, operatorun sürücüləri isə hazırlıq səviyyəsinə dair tələblərə cavab verməlidir....” “Maddə

54. Yükün və ya baqajın qorunub saxlanılmamasına və əl yükünün zədələnməsinə görə avtomobil daşıyıcısının məsuliyyəti 54.1. Yükün və ya baqajın daşınma üçün qəbul edildiyi vaxtdan yükalana, sərnişinə və ya digər səlahiyyətli şəxsə təhvil verilənədək itirilməsinin, əskik çıxmasının və ya zədələnməsinin (xarab olmasının) daşıyıcının təqsiri olmadan baş verdiyi sübut edilmədikdə, daşıyıcı məsuliyyət daşıyır....”

50. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydala rı”nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “48. Daşıyıcının, sifarişçinin və sürücünün avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımalarından irəli gələn məsuliyyəti... 48.2. Daşıyıcı aşağıdakılara görə məsuliyyət daşıyır: 48.2.1. əmtəə-nəqliyyat qaiməsinin və ya ona əlavə edilmiş sənədlərin itirilməsinə; 48.2.2. yükün tam və ya qismən itirilməsinə, o cümlədən zədələnməsinə və ya çatdırılmanın gecikdirilməsinə; 48.2.3. gömrük qaydalarına riayət olunmasına məsuliyyət daşıyır.... 48.4. Daşıyıcı yükün itirilməsi və ya çatdırılmanın gecikdirilməsinə görə aşağıdakı hallarda məsuliyyət daşımır: 48.4.1. itirilmə və ya çatdırılmanın gecikdirilməsi yükgöndərənin (yükalanın və ya ekspeditorun) təqsiri üzündən, yükə xas olan qüsur və ya qarşısıalınmaz qüvvə səbəbindən baş verdikdə; 48.4.2. yükgöndərənlə razılaşdırılmaqla və əmtəə-nəqliyyat qaiməsində göstərilməklə (əskiklik yol verilən normadan artıq olduğu və ya yük yeri itirilmiş hallar istisna olmaqla), tenti örtüsü olmayan avtonəqliyyat vasitəsindən istifadə edildikdə; 48.4.3. yükün qablaşdırılmaması və ya qablaşdırılmasının zədələnməsi yükün zədələnməsinə və ya korlanmasına səbəb olduqda; 48.4.4. itirilmə və ya korlanma yükün təbii xüsusiyyətləri — korroziyası, çürüməsi, quruyub azalması və sıxılması və ya parazitlərin və gəmiricilərin təsiri (əgər daşıma yükün istinin, soyuğun və ətraf havanın rütubətli təsirindən qorunması üçün xüsusi təchiz edilmiş avtonəqliyyat vasitəsilə yerinə yetirilirsə, daşıyıcı bu maddəyə istinad edə bilməz) nəticəsində baş verdikdə; 48.4.5. yük yerlərinin qeyri-qənaətbəxş nömrələnmə si və ya markalanması nəticəsində yük əskik çıxdıqda; 48.4.6. itirilmə və ya çatdırılmanın gecikdirilməsi canlı heyvanların daşınması (daşıyıcı öz xeyrinə bu bəndə yalnız o halda istinad edə bilər ki, o, şərait nəzərə alınmaqla, görməli olduğu bütün tədbirləri gördüyünü və təlimata uyğun olaraq hərəkət etdiyini sübuta yetirə bilsin) nəticəsində baş verdikdə.... 48.9. Daşıyıcı bu Qaydalara uyğun olaraq, yükün tam və ya qismən itirilməsinə səbəb olmuş ziyanın əvəzini ödədikdə, həmin məbləğin ölçüsü yükün daşınmaq üçün qəbul edildiyi vaxtda və yerdə olan dəyəri əsasında müəyyən edilir....”

51. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim e tdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə

407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər... 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” “Maddə

440. Xarici şəxslərin iştirakı ilə olan işlər üzrə icraat 440.1. Azərbaycan Respublikasının məhkəmələr i mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun....” “Maddə

443. Xarici şəxslərin iştirakı ilə olan işlər üzrə Azərbaycan Respublikası məhkəmələrinin səlahiyyəti 443.0. Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan həmçinin aşağıdakı işlərə baxmağa haqlıdır: 443.0.1. iş üzrə birgə iddiaçılardan və ya birgə cavabdehlərdən hər hansı birinin Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və yaxud adətən gəldiyi yer olduqda;...” “Maddə

444. Müstəsna səlahiyyət 444.0. Azərbaycan Respublikası məhkəmələrinin müstəsna səlahiyyətinə aşağıdakılar daxildir:... 444.0.5. yükdaşıma müqavilələrindən əmələ gələn yükdaşıyanlara qarşı iddialara dair işlər;...” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

52. Hazırkı iddia ilə iddiaçı Rusiya Federasiyasının ərazisində baş vermiş yanğın nəticəsində məhv olmuş yükün dəyərinin cavabdehdən tutulmasını tələb edir. Cavabdeh isə yük lazımi vicdanlılığı şəraitində qarşısı alınması mümkün olmayan hallar nəticəsində məhv olduğundan onun məsuliyyətinin MM-nin 859.3.3-cü maddəsi ilə istisna edildiyini əsas göstərərək iddianın rədd edilməsini xahiş edir.

53. Apellyasiya instansiyası məhkəməsi sübutların məcmusu ilə müəyyən etmişdir ki, yanğın cavabdehin və ya cavabdehin əməllərinə görə məsuliyyət daşıdığı digər şəxslərin (məsələn, daşıyıcı şirkətlə əmək və ya mülki hüquq münasibətlərində olan nəqliyyat vasitəsinin sürücüsünün) təqsir indən baş verməmişdir. Həmçinin yanğın surətlə yayıldığından cavabdehə məxsus yük maşınının sürücüsü tərəfindən öz gücü ilə yanğının cavabdehə məxsus avtomobilə keçməsinin və yükün (tez alışan material olan taxtaların) yanmasının qarşısının alınması imkanı mövcud olmamışdır.

54. İddiaçı apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmır.

55. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərini aşağıdakı səbəblərdən əsassız hesab edir.

56. Sürücünün istirahət hüququ daşıyıcının yükə cavabdehlik öhdəliyini aradan qaldırmamasına, sürücü hətta istirahətdə olsa belə, yükü təhlükəsiz şəraitdə saxlamalı olmasına dair dəlillərlə əlaqədar qeyd olunur ki, sürücünün sutka ərzində 24 saat, o cümlədən istirahət zamanı da ayıq (oyaq) şəkildə bilavasitə yükün yanında dayanmalı olm asına dair qanunvericilikdə hər hansı tələb nəzərdə tutulmamışdır. Eyni zamanda, belə tələbin hazırkı iş üzrə tərəflər arasında müvafiq qaydada razılaşdırılması da işə baxan məhkəmələr tərəfindən müəyyən edilməmişdir. Yükün təhlükəsiz şəraitdə saxlanılmalı olmasına dair dəlilə gəldikdə isə, mübahisələndirilən qətnamədən aydın olur ki, yanğın cavabdehə məxsus nəqliyyat vasitəsində nasazlıq və yaxud həmin nəqliyyat vasitəsi hərəkətdə olarkən baş vermiş yol-nəqliyyat hadisəsi və yaxud da nəqliyyat vasitəsinin qadağan edilən yerdə, parklanma qaydalarını pozmaqla saxlanılması, yəni cavabdehin təqsirindən olmasa belə, professional daşıyıcı kimi cavabdehin nəzərə ala biləcəyi hallarla bağlı olmamışdır.

57. Cinayət işi başqa şəxsə qarşı başlasa da, bunun, daşıyıcının müqavilə öhdəliyini yerinə yet irməməsi faktını dəyişməməsinə dair dəlillə əlaqədar qeyd olunur ki, hazırkı iddia tələbi sözügedən dəlildə bildirilən əsasla deyil, MM-in 859.3 və 859.3.3-cü maddələrində (bax § 48) nəzərdə tutulmuş əsasla, yəni yükün məhvinin, daşıyıcının lazımi vicdanlılığı şəraitində qarşısı alınması mümkün olmayan hallarla bağlı olması əsası ilə rədd edilmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi müqavilə öhdəliyinin cavabdeh tərəfindən hər hansı şəkildə pozulması faktını müəyyən etməmişdir.

58. O da qeyd olunmalıdır ki, “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 54.1-ci maddəsinin (bax § 49) məzmunundan aydın olur ki, yükün zədələnməsinin (xarab olmasının) daşıyıcının təqsiri olmadan baş verdiyi sübut edildikdə, daşıyıcı məsuliyyət daşımır. Eləcə də, Azərbaycan Respubl ikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 142 nömrəli Qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları”nın 48.4 və 48.4.1-ci bəndlərinin (bax § 50) məzmunundan aydın olur ki, yükün itirilməsi qarşısıalınmaz qüvvə səbəbindən baş verdikdə daşıyıcı yükün itirilməsinə görə məsuliyyət daşımır.

59. Hazırkı işdə də apellyasiya instansiyası məhkəməsi sübutların məcmusu ilə müəyyən etmişdir ki, yanğın cavabdehin və ya cavabdehin əməllərinə görə məsuliyyət daşıdığı digər şəxslərin (məsələn, daşıyıcı şirkətlə əmək və ya mülki hüquq münasibətlərində olan nəqliyyat vasitəsinin sürücüsünün) təqsirindən baş verməmişdir.

60. Həmçinin işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından o da məlum olur ki, yanğın surətlə yayıldığında n cavabdehə məxsus yük maşınının sürücüsü tərəfindən öz gücü ilə yanğının cavabdehə məxsus avtomobilə keçməsinin və yükün (tez alışan material olan taxtaların) yanmasının qarşısının alınması imkanı mövcud olmamışdır. Bundan əlavə, kabinada bir neçə dəfə partlayış baş verdiyi vəziyyətdə sürücünün yanğına müdaxilə etməsi onun həyatı üçün təhlükəli ola bilərdi. Eləcə də, yanğın faktı barəsində səlahiyyətli dövlət orqanları vaxtında məlumatlandırılmışdır.

61. Belə olan halda, sözügedən normalara istinadən məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi yekun nəticə ilə razılaşmamaq üçün hər hansı əsas tapmır, bu səbəbdən də cavabdehin öhdəliyini pozmasına və daşıyıcının məsuliyyətinin istisna edilməməsinə dair dəlillər üzrə təkrar hüquqi dəyərləndirmə aparılmasına pro sessual qənaət prinsipi baxımından lüzum görmür.

62. Sürücünün hadisə baş verən anda yükün yanında olmamasına, müvafiq təhlükəsizlik tədbirlərini görməməsinə, yükün fiziki təhlükəsizliyini təmin etməməsinə, maşınlararası məsafənin təhlükəsizlik tələblərinə uyğun olmamasına, buna dair sübutların işdə olmasına, video sübutlardan sürücünün müdaxilə etmədiyinin göründüyünə dair dəlillər isə işin faktiki hallarına aid olduğundan məhkəmə kollegiyası MPM-in 407.2-ci maddəsinin tələblərinə (bax § 51) uyğun olaraq, həmin dəlillərə hər hansı münasibət bildirmir.

63. Məhkəmə kollegiyası vurğulamağı zəruri hesab edir ki, iddiaçının yükü sığortalanmadığından və ya belə sığortalanmanın yükdaşıyanın (cavabdehin) həyata keçirilməsi öhdəliyinə dair şərt tərəflər arasında razılaşdırılmadığından, iddiaçı n ə ona dəymiş zərərin əvəzini minimuma endirə bilmək üçün sığorta ödənişi ala bilmiş, nə də zərərin əvəzini cavabdehdən tələb etməkdə haqlı olmuşdur.

64. Belə ki, yuxarıda qeyd olunduğu kimi, lazımi vicdanlılıq şəraitində cavabdeh tərəfindən zərərin qarşısının alınması və nəticələrinin aradan qaldırılmasının mümkün olmaması işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş halını təşkil edir ki, bu da MM-in 859.3.3-cü maddəsinə əsasən cavabdehin mülki məsuliyyətə cəlb edilməməsinə səbəb olmuşdur.

65. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına, habelə qətnamənin ləğvinə səbəb ola bilən kobud prosessual hüquq p ozuntularına yol verməmiş, tam hüquqlu məhkəmə kimi işdə olan sübutları qiymətləndirərkən MPM-in 14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə (bax § 51) əməl etmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1-ci maddəsinə (bax § 51) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.

66. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 7 mart tarixli 2-2(103)-206/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

67. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı "xxxx" MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 7 mart tarixli 22(103)-206/2025 nömrəli qətnaməsi dəyi şdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar