Məhkəmə qərarları › İş №2-2(102)-603/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-603/2023

06.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-603/2023 06.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Cavabdeh qarşı iş üzrə QƏRAR Açar sözlər: kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi və tutmanın ipoteka müqaviləsinə yönəldilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Abiyeva Kəmalə Nəbi qızı (məruzəçi hakim), Abbasov Aqil Əzizağa oğlu və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi və tutmanın ipoteka müqaviləsinə yönəldilməsi tələbinə dair iş üzrə Şirvan Apellyasiy a Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 4 iyul tarixli 2-2(106)-66/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. İddiaçı ASC ilə Cavabdeh arasında bağlınmış xx saylı, 2014-cü il xx.xx tarixli baş kredit müqaviləsinə əsasən sonuncuya illik 36 faiz ödəmək şərti ilə 60 ay müddətinə 100.000 manat məbləğində kredit limiti ayrılmışdır.

2. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx saylı, 2014-cü il xx.xx tarixli kredit müqaviləsinə əsasən sonuncuya illik 21 faiz ödəmək şərti ilə 24 ay müddətinə 32.000 ABŞ dolları məbləğində kredit verilmişdir.

3. Tərəflər arasında xx saylı, 2014-cü il xx.xx tarixli kredit müqaviləsi üzrə 2017-ci il 25 yanvar tarixli əlavə saziş bağlanmışdır. Əlavə sazişə əsasən borc alanın kreditor qarşısındakı kredit öhdəliyinin əsas qalığı konvertasiya edilməklə (1 USD=1.40 AZN) 17.218,66 manat təşkil etmiş, restrukturizasiya edilmiş kreditin müddəti isə 2019-cu il 25 avqust tarixinədək uzadılmışdır.

4. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xxsaylı, 2014-cü il xx.xx tarixli sonrakı ipoteka müqaviləsinə əsasən, Sabirabad şəhəri, İ.Qayıbov küçəsində mülkiyyətində olan 0,04 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi kreditin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. Həmin müqavilə ilə ipoteka predmeti tərəflərin razılığı ilə 40.000 manat məbləğində qiymətləndirilmişdir.

5. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən g örünür ki, Sabirabad şəhəri, İ.Qayıbov küçəsi, 13 nömrəli, 0,04 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir.

6. Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi tərəfindən Cavabdeh “ipoteka predmetinə tutmanın yönəldilməsi” barədə bildiriş göndərilmişdir.

7. Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınmasına dair 2022-ci il 5 avqust tarixli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmişdir. 8. 2022-ci il 5 iyul tarixli arayışa əsasən Cavabdeh qeyd edilən kredit müqaviləsi üzrə 12.407,05 manat məbləğində əsas borc, 14.688,88 manat məbləğində cərimə borcu, 8.291,88 manat faiz, 1.778,48 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu, cəmi 37.166,29 manat məbləğində kredit borcu vardır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

9. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi (bundan sonra-“iddiaçı”) Cavabdeh (bundan sonra-“cavabdeh”) qarşı 12.407,05 manat əsas, 8.291,88 manat faiz, 14.688,88 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 2014-cü il 24 dekabr tarixli Plenum qərarına əsasən hesablanmış 1.778,48 manat faiz borcu və ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 200 manat məbləğində mediasiyaya dair xərcin və iş üzrə ödənilmiş 1.50 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müaciət etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2014- cü il xx.xx tarixli xxsaylı baş kredit müqaviləsinə əsasən Bank tərəfindən müştəriyə illik 36 faiz dərəcəsindən çox olmamaq şərti ilə 60 ay müddətinə 100.000 AZN məbləğində kredit limiti ayrılmışdır. Baş kredit müqaviləsi əsasında tərəflər arasında bağlanmış 2014-cü il xx.xx tarixli xx saylı kredit müqaviləsi üzrə Bank tərəfindən müştəriyə illik 21%-lə 24 ay müddətinə 32.000 ABŞ dolları məbləğində kredit verilmişdir. xx nömrəli 2014-cü il xx.xx tarixli kredit müqaviləsi üzrə 2017-ci il 25 yanvar tarixli əlavə saziş bağlanmışdır. Əlavə sazişə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin əsas qalığı konvertasiya edilməklə (1 USD= 1.40 AZN) 17218.66 manat təşkil etmiş, restrukturizasiya edilmiş kreditin müddəti isə 2019-cu il 25 avqust tarixədək uzadılmışdır. Kredit müqaviləsi nə əsasən cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, öhdəliyini yerinə yetirməmişdir. 2022-ci il 24 iyun tarixinə cavabdehin kredit üzrə cəmi borcu 37.166,29 manat təşkil edir. Bundan 12.407,05 manat əsas, 8.291,88 manat faiz, 14.688,88 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 2014-cü il 24 dekabr tarixli Plenum qərarına əsasən hesablanmış 1.778,48 manat faiz borcu təşkil edir. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********487 saylı 2022-ci il 28 iyun tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh banka heç bir cavab ve rməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi.

11. İddiaçı sonradan “iddia tələbinin həcminin artırılması barədə” ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 12.407,05 AZN əsas, 8.291,88 AZN faiz, 14.688,88 AZN cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 2014-cü il 24 dekabr tarixli Plenum qərarına əsasən hesablanmış 1.778,48 AZN faiz borcu olmaqla, ümumilikdə 37.166,29 AZN məbləğində borcun, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 200 manat məbləğində mediasiyaya dair xərcin və iş üzrə ödənilmiş 1.50 manat dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 45 manat rüsumun iddiaçının xeyrinə tutulmasına, tutmanın cavabdehə məxsus olan Sabirabad şəhəri, İsmət Qayıbov küçəsində 0.04 ha torpaq sahəsində yerləşən 13 nömrəli fərdi yaşayış evinin hərracdan satışından əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsinə, əmlakın ilkin satış qiymətinin (likvid dəyər) müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılmasına, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin cavabdehdən tutulmasına, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin fərdi yaşayış evinin boşaldılaraq, iddiaçıya təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

12. İddia tələbinin həcminin artırılması barədə ərizə onunla əsaslandırılmışdır ki, mövcud kredit öhdəliyinin təminatı kimi cavabdehə məxsus olan Sabirabad şəhəri, İsmət Qayıbov küçəsində 0.04 ha torpaq sahəsində yerləşən 13 nömrəli fərdi yaşayış evi 2014cü il xx.xx tarixli S1P1-xxsaylı sonrakı ipoteka müqaviləsi əsasında Bank qarşısında ip oteka ilə yüklü edilmişdir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq, cavabdehdən iddiaçının xeyrinə ödənilməli olan ümumilikdə 37.166,29 AZN məbləğində borcun, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 200 manat məbləğində xərcin və iş üzrə ödənilmiş 1.50 manat dövlət rüsumunun tutulması, tutmanın cavabdehə məxsus Sabirabad şəhəri, İsmət Qayıbov küçəsində 0.04 ha torpaq sahəsində yerləşən 13 nömrəli fərdi yaşayış evinə yönəldilməsi zərurəti yaranmışdır.

13. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 385.1, 442, 445, 445.2.1, 445.2.2, 445.3, 448.1, 739.1, 427.3, 445.7, 465, 449.1, 449.4-cü maddələrinə istinad etmişdir.

14. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim etməmişdir.

15. Şirvan Kommer siya Məhkəməsinin 2022-ci il 22 sentyabr tarixli, e-22(121)1982/2023 saylı qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir (hakim İ.Cabbarov).

16. Həmin qərardadın icrası qaydasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 9/7200 saylı, 2022-ci il 26 oktyabr tarixli rəyə əsasən xxsaylı 2014-cü il xx.xx tarixli kredit müqaviləsinin və ona əlavə edilmiş 2017ci il 25 yanvar tarixli 1 saylı əlavə sazişin qeyd olunan şərtləri nəzərə alınmaqla, cavabdehin müqavilə müddətinin bitdiyi 2019-cu il 25 avqust tarixinə iddiaçıya əsas borc üzrə 12.407,05 manat, faiz borcu üzrə 3.155,72 manat, 2022-ci il 24 iyun tarixinə əsas borcu üzrə 12.407,05 manat, faiz borcu 3.155,72 manat və müqavilə müddətinin bitdiyi 2019-cu il 25 avqust ta rixindən 2022-ci il 24 iyun tarixinədək olan dövrdə illik beş faiz dərəcəsi ilə hesablanan faiz borcunun 1.755,94 manat məbləğində müəyyən edilmişdir.

17. Birinci instansiya məhkəməsi tərəfindən ipoteka ilə yüklü edilmiş daşınmaz əmlakın bazar qiymətinə uyğun qiymətləndirilməsi "xxxx" MMC-yə həvalə olunmuş və həmin MMCnin əmlakın dəyərinin müəyyən etmək üçün 2022-ci il 10 oktyabr tarixli qiymətləndirmə hesabatı (rəyi) ilə cavabdehin mülkiyyətində olan Sabirabad şəhəri, İ.Qayıbov küçəsi, 13 nömrəli, 0,04 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin likvid dəyəri 67.516 manat məbləğində olması müəyyən olunmuşdur.

18. Şirvan Kommersiya Məhkəməsinin 2023-cü il 2 fevral tarixli e-2-2(121)-32/2023 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehdən 12.407,05 manat məbləğində əsa s borc, 3.155,72 manat məbləğində faiz borcu, 1.755,94 manat məbləğində müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu, 400 manat məbləğində cərimə borcu, 200 manat ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş məbləğ, iş üzrə ödənilmiş 1,50 manat dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 45 manat rüsum olmaqla, ümumilikdə 17.965,21 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi, tələbin cavabdehin mülkiyyətində olan Sabirabad şəhəri, İ.Qayıbov küçəsində 0,04 ha torpaq sahəsində yerləşən 13 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, Sabirabad şəhəri, İ.Qayıbov küçəsində 0,04 ha torpaq sahəsində yerləşən 13 nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 67.516 manat m əbləğində olmaqla açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən iddiaçıya olan ümumilikdə 17.965,21 manat məbləğində borcun ödənilməsi, əmlakın açıq hərrac yolu ilə satışından əldə edilmiş pulun qalan hissəsinin cavabdehə qaytarılması, Sabirabad şəhəri, İ.Qayıbov küçəsində 0,04 ha torpaq sahəsində yerləşən 13 nömrəli fərdi yaşayış evinə tutma yönəldikdə və satıldıqdan sonra 1 ay ərzində həmin fərdi yaşayış evinin boşaldılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, Ekspertiza tədqiqatının dəyəri olaraq 150 manatın 100 manatının cavabdehdən, 50 manatının isə iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir (hakim E.Abdullayev).

19. Birinci instansiya məhkəməsi gəldiyi nə ticə ilə bağlı göstərmişdir ki, hazırkı işdə iddiaçının kredit müqaviləsi üzrə cavabdehə kredit verməsi və sonuncunun həmin krediti alması işin mübahisəsiz halını təşkil edir. İddiaçı tərəfindən bağlanmış kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilsə də, cavabdeh həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Eyni zamanda tərəflər arasında sözügedən kredit müqavilələrinin icrasını təmin etmək məqsədi ilə cavabdehin mülkiyyətində olan Sabirabad şəhəri, İ.Qayıbov küçəsində 0,04 ha torpaq sahəsində yerləşən 13 nömrəli fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir.

20. Məhkəmə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 9/7200 saylı, 2022-ci il 26 oktyabr tarixli ekspert rəyini işdə olan digər sübutlarla yanaşı qiymətləndirərək qeyd etmişdir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, xxsaylı 2014-cü il xx.xx tarixli kredit müqaviləsində faiz borcu və müqavilə müddəti bitdikdən sonra hesablanmış faiz borcu üzrə ekspertin gəldiyi nəticə işin materiallarına əlavə olunmuş sübutlara və işin həqiqi hallarına uyğundur, kifayət qədər əsaslandırılmışdır.

21. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında bağlanmış xxsaylı 2014-cü il xx.xx tarixli kredit müqaviləsi üzrə 12.407,05 manat əsas, 3.155,72 manat faiz borcunun və 1.755,94 manat müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcunun olması işin materialları ilə öz təsdiqini tapmışdır.

22. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, xx saylı 2014-cü il xx.xx tarixli kredi t müqaviləsi üzrə əsas borcun tutulması hissəsində iddia tam, faiz və müqavilə müddəti bitdikdən sonra hesablanmış faiz borcunun tutulması hissəsində iddia qismən təmin edilməlidir.

23. Məhkəmə borcun ipoteka predmetinə yönəldilərək, həmin əmlakın açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi tələbinə münasibətdə qeyd etmişdir ki, xxsaylı 2014-cü il xx.xx tarixli kredit müqaviləsinin təminatı olaraq tərəflər arasında xxsaylı, 2014cü il xx.xx tarixli sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Odur ki, cavabdehə məxsus Sabirabad şəhəri, İ.Qayıbov küçəsində 0,04 ha torpaq sahəsində yerləşən 13 nömrəli fərdi yaşayış evinin satışından əldə ediləcək vəsait hesabına xxsaylı 2014-cü il xx.xx tarixli kredit müqaviləsi üzrə iddiaçıya olan borc ödənilməlidir

24. Məhkəmə eyni zamanda, iddia təl əbinin “ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin fərdi yaşayış evinin boşaldılması”na dair hissəsinə qiymət verərək göstərmişdir ki, mübahisəli fərdi yaşayış evi əmlakın mülkiyyətçisi tərəfindən sonrakı ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulduğundan, iddia qeyd edilən hissədə də təmin edilməlidir.

25. İddia tələbinin “fərdi yaşayış evinin iddiaçıya təhvil verilməsi”nə dair hissəsinə münasibətdə məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddia tələbi həmin hissədə əsassızdır. Belə ki, əmlakın təhvil verilməsi üçün əmlaka tutma yönəldilməli və o satılmalıdır. Digər tərəfdən, əmlak satıldıqdan sonra onun mülkiyyətçi iddiaçı olmaya da bilər. Buna görə də iddiaçının əmlakın ona təhvil verilməsini tələb etməsi əsassızdır.

26. Məhk əmə iddia tələbinin “ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin cavabdehdən tutulması”na dair hissəsini də əsassız hesab etmiş və qeyd etmişdir ki, satışdan əldə edilən məbləğ borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehdən tutulması qətnamənin icrası zamanı həll edilən məsələlərdəndir.

27. Məhkəmə gəldiyi nəticəni MM-in 269.7, 319.1, 385.1, 442, 443.1, 448.1, 448.2, 739.2-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 9.1, 34.1.1, 34.1.3, 39.3.3, 41.1, 59.3, 59.4-cü maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətini n müəyyən edilməsi məsələsinə dair 2020-ci il 20 iyul tarixli, 01 saylı Qərardadına, Azərbaycan Respublikası Mülki Prosessaul Məcəlləsinin (bundan sonra-“MPM”) 14.2, 77.1, 107, 115.0.1, 119.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

28. Həmin qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin qismən ləğv edilərək tərəflər arasında bağlanmış 2017-ci il 25 yanvar tarixli kredit müqaviləsi üzrə yaranmış faiz, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2014-cü il 24 dekabr tarixli Plenum qərarına əsasən hesablanmış faiz, cərimə borcunun tam təmin edilməsi və ipoteka predmetinin ilkin satış qiymətinin (likvid dəyər) yenidən müəyyən edilməsi xahiş edilmişdir. b) Apellyasiya instansiya məhkəməsindəki icraat

29. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiy a Kollegiyasının 2023-ci il 4 iyul tarixli 2-2(106)-66/2023 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayətinin qismən təmin edilməsi, Şirvan Kommersiya Məhkəməsinin 2023-cü il 2 fevral tarixli 2-2(121)-32/2023 saylı qətnaməsi mübahisələndirilən- cavabdehdən iddiaçının xeyrinə 400 manat məbləğində cərimə borcunun tutulması hissəsində dəyişdirilməsi, və cərimə borcunun məbləği 1400 manat miqdarında müəyyən edilməsi, qətnamənin mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən-məruzəçi hakim P.Əhmədov, hakimlər İ.Əsədov və O.İsmayılov).

30. Apellyasiya instansiyası məhkəməsinin qənaəti ondan ibarət olmuşdur ki, kredit müqaviləsi üzrə yaranmış faiz və Konstitusiya Məhkəməsinin 2014-cü il 24 dekabr tarixli Plenum qərarına əsasən hesablanmış faiz barədə apellyasiya şikayətinin dəlilləri formal xarakterlidir və onların hər hansı əsası yoxdur. Belə ki, həmin məbləğlər Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2022-ci il 26 oktyabr tarixli 9/7200 saylı rəyi ilə müəyyən edilmişdir. Həmin rəyin mötəbərliyini şübhə altına alan sübutlar mövcud deyildir.

31. İddiaçının təkrar məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi barədə dəlili ilə bağlı məhkəmə qeyd etmişdir ki, yenidən müvafiq ekspertizanın keçirilməsi üçün hüquqi əsaslar mövcud deyildir.

32. Məhkəmə hesab etmişdir ki, hazırkı iş üzrə ipoteka predmetinin ilkin satış qiymətinin yenidən müəyyən edilməsinə hər hansı zərurət yoxdur. Belə ki, ipoteka predmeti olan cavabdehin mülkiyyətində olan Sabirabad şəhəri İ.Qayıbov küçəsi 13 nömrəli 0,04 ha torpaq sahəsində yerlə şən fərdi yaşayış evinin likvid dəyəri "xxxx" MMC tərəfindən 67.516 manat məbləğində müəyyən olunmuşdur. Həmin rəy obyektin yerləşdiyi yer, onun qiymətinə təsir göstərən bütün əhəmiyyətli göstəriciləri, təmir vəziyyəti, analoji obyektlərin satış qiymətlərinin müqayisəsi və digər hallar nəzərə alınmış, müxtəlif metodlardan istifadə edilmişdir. İddiaçı isə apellyasiya şikayətində yalnız müxtəlif elan saytlarına istinadı göstərməklə, dəlilinin əsaslarını sübut edə bilməmişdir. Habelə, iddiaçı öz şikayətində həmin rəyin mötəbərliyini şübhə altına alan heç bir əsasa (kəskin qiymət fərqinin aşkar göründüyü digər mötəbər rəy və s.) söykənməmişdir.

33. Məhkəmə dəbbə pulu (cərimə) məbləğinin müəyyən edilməsi zamanı nəzərə almışdır ki, iddia tələbində hesablanmış və tələb edilən cərimə məbləği MM-in tələblərinə uyğun olaraq öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi səbəbindən meydana gəlmişdir.

34. Məhkəmə MM-nin 467-ci maddəsinin tələblərinə əsaslanaraq, cərimə məbləğini 1400 manat miqdarında müəyyən etmişdir.

35. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-nin 442, 448.1, 448.2, 739.1, 739.2, 443.1, 445.7, 460.1, 462.1, 463.1, 467, 269.7 və 319.1-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 9.1, 34.1.1 və 34.1.3-cü maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 2020-ci il 20 iyul tarixli, 01 saylı Qərardadına istinad etməklə əsaslandırmışdır.

36. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qismən ləğv edilərək, işin mübahisələndirilən hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

37. MM-in 6.2-ci maddəsinin tələbləri pozulmuşdur- tərəflər arasında bağlanmış 2014cü il xx.xx tarixli kredit müqaviləsinin 2.5-ci maddəsinə görə gecikdirilən borc məbləğinə cərimə kimi illik 42 faiz dərəcəsi ilə, aylıq 3.5 faiz dərəcəsi ilə faiz hesablanır və borcalan tərəfindən kreditora ödənilir. Göründüyü kimi, faiz borcunun məbləği və ödənilməsi qanunvericiliyin tələbinə uyğun olaraq tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən olunmuşdur və bununla bağlı cavabdeh tərəfindən əlavə sübutların təqdim olunmasına ehtiyac yoxdur. 38. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3-cü maddəsinin tələbləri pozulmuşdur- məhkəmə əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı qərar qəbul edərkən, "xxxx" MMC-nin 2022-ci il 10 oktyabr tarixli qiymətləndirmə hesabatına (rəyə) əsasən girovun dəyərinin 67.516 manat dəyərində müəyyən edilməsinə əsaslanmışdır. İddiaçı hesab edir ki, "xxxx" MMC-nin qiymətləndirmə hesabatı (rəyi) özü də reallığı əks etdirmir. Belə ki, “unvan.az” və “rahatemlak.az” saytlarına nəzər yetirəndə görünür ki, ipoteka obyekti olan daşınmaz əmlakın yerləşdiyi ərazidə evlərin qiyməti, hazırda mübahisə predmeti olan daşınmaz əmlaka ekspert tərəfindən müəyyən edilən qiymətdən xeyli az q iymətləndirilmişdir. Göründüyü kimi, ipoteka qoyulmuş əmlakın hazırkı bazar dəyəri hərracda satılması üçün qətnamə üzrə müəyyənləşdirilmiş ilkin satış qiymətindən aşağıdır və qətnamə üzrə müəyyən edilmiş qiymət həmin əmlakın real dəyərini əks etdirmir.

39. MPM-in 88, 103, 217.4-cü maddələrinin tələbləri pozulmuşdur- birinci instansiya məhkəməsinin öz qətnaməsində mötəbər sübut kimi istinad etdiyi "xxxx" MMC-nin qiymətləndirmə hesabatı (rəyi) özü də reallığı əks etdirmir. Bu da bir daha onu göstərir ki, ekspertin müəyyən etdiyi qiymət real qiyməti əks etdirmir. İddiaçı hesab edir ki, tam və obyektiv nəticənin əldə edilməsi üçün ipoteka predmeti üzrə qiymətləndirilmənin keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilməli idi. Ekspert rəyi məh kəmənin gəldiyi nəticə üçün digər sübutlar ilə eyni hüquqi qüvvəyə malikdir. Məhkəmə isə ekspert rəyini araşdırmadan onu mötəbər sübut kimi qiymətləndirib, hüquqi qüvvəsinə görə digər sübutlardan üstün tutmaqla, gəldiyi nəticədə yalnız ekspert rəyinə əsaslanmaqla haqlı olmamışdır. Kassasiya baxışının hədləri

40. MPM-in 403 və 416-cı maddələrinin tələbləri baxımından hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi cərimə borcunun tutulması və ipoteka ilə yüklü edilmiş daşınmaz əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində yoxlanılacaqdır.

41. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

42. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

319. Borclunun öhdəlikləri yerinə yetirməyi gecikdirməsinin nəticələri 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda da şınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır....” “Maddə

445. Borclunun icranı gecikdirməsi... 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır:... 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər....” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Bo rclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz....” “Maddə

462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir....” “Maddə

463. Dəbbə pulu haqqında razılaşmanın forması 463.1. Dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır....” “Maddə

467. Məhkəmə tərəfindən dəbbə pulun un azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.” 43. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

9. Sonrakı ipoteka 9.1. Qanunla və ya əvvəlki ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka qoyan digər öhdəliklərini təmin etmək üçün əvvəldən ipoteka qoyulmuş əşyanı yenidən girov qoya bilər (sonrakı ipoteka)....” “Maddə

34. İpoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması 34.1.İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına ə sas verən hallar aşağıdakılardır:... 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi;... 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi;...”

44. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli, 01 saylı Qərardadında qeyd olunmuşdur: “... İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir.... ” 45. “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir: “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflər inin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”.

46. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” Kassasiya instansiyası məhkəməs inin mövqeyi

47. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1ci maddəsi) 48. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).

49. İddiaçı kassasiya şikayətində tərəflər arasında bağlanmış 2014-cü il xx.xx tarixli kredit müqaviləsinin 2.5-ci bəndinə istinadən, illik 42 faiz, aylıq 3.5 faiz dərəcəsi ilə hesablanan cərimə borcunu və ipoteka predmetinin ilkin satış qiymətini mübahisələndirmişdir.

50. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin həmin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi borc məbləğinə nisbətdə cərimə məbləğini müəyyən edərkən Azərbaycan Respublikası MPM-in 467-ci maddəsinə istinad etmişdir. Həmin norma məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq hüququ vermişdir. Tənasüb müəyyənləşdirilərkən isə kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmalıdır.

51. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2014-cü il 24 dekabr tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsində mülki hüquq subyektlərinin iradə azadlığı prinsipinə uyğun olaraq, həmin subyektlər arasında öhdəlik münasibətləri pozulduqda bir tərəfin digər tərəfə dəbbə pulu (penya) ödəyəcəyi bar ədə razılaşdırılmış məbləğin tam həcmdə ödənilməsi ədalətsizliyə səbəb olarsa, məhkəmə tərəfindən bu məbləğin azaldılması mümkündür.

52. Məhkəmə kollegiyası tərəflər arasında bağlanmış müqavilənin şərtlərini, mövcud məhkəmə təcrübəsini və Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 24 dekabr tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyini nəzərə alaraq apellyasiya instansiyası məhkəməsinin iddiaçının dəbbə pulunun tutulması tələbi üzrə gəldiyi nəticə ilə razılaşır.

53. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı hazırkı qərarın 32-ci bəndində göstərilmiş hüquqi qiymətləndirmə ilə razılaşaraq qeyd edir ki, ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmə qərardadı ilə müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyənləşdirilmiş və kassasiya şikayətində həmin rəyin mötəbərliyini şübhə altına alan dəlillərə istinad olunmamışdır.

54. İddiaçının kassasiya şikayətinin prosessual hüquq normalarının pozulmasına dair dəlilləri ilə bağlı isə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-in 418.3-cü maddəsi). Kollegiya qeyd edir ki, baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə əməl edilmiş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzər ə alınmaqla qiymətləndirilmişdir.

55. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından qətnamə həmin hissədə dəyişdirilmədən saxlanılmalı, iddiaçının kassasiya şikayəti isə təmin edilməməlidir.

56. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 4 iyul tarixli, 22(106)-66/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: İ.A.Dadaşov A.Ə.Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar