Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-604/2021 15.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: icarə müqaviləsi üzrə borc; avadanlığın geri qaytarılması, müqaviləyə əlavə və razılaşdırmaların imza və möhürlə təsdiq olunması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Bəhman Qəribovun sədrliyi, hakimlər Elşad Şamayev və İlqar Dadaşovdan ibarət tərkibdə, məhkəmə iclasının katibi Cavid Hüseynlinin, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı MMC tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 13 sentyabr tarixli, 2-2(103)-841/2021 saylı qətnaməsin dən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ
1. Müqavilədə icarəyə verən adlandırılan İddiaçı MMC ilə (bundan sonra – iddiaçı) icarəçi adlandırılan Cavabdeh MMC (bundan sonra – cavabdeh) arasında 2018-ci il 5 mart tarixdə QSZİ 37/0318 nömrəli avadanlığın və əsas vəsaitin icarə müqaviləsi bağlanmışdır. Müqavilənin: 1.1-ci bəndinə əsasən, icarəyə verən ona məxsus olan bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə 1-də göstərilən tərkibdə Ağstafa rayonu Poylu qum çınqıl karxanası ərazisində yerləşən avadanlıq və əsas vəsaitləri icarə məqsədi ilə icarəçinin müddətli istifadəsinə verməyi, icarəçi isə bu müqavilə ilə nəzərdə tutulmuş icarə haqqını ödəməyi öhdəsinə götürür; 2.1-ci bəndinə görə, icarə haqqı tərəflərin qarşılıqlı razılığına əsasən hər ay ƏDV xaric 2000 manat müəyyən olunur; 2.2-ci bəndinə əsasən, ödəniş hər ay üçün bank köçürmə yolu ilə icarəçi tərəfindən icarəyə verənə ödənilir; 6.1-ci bəndinə görə bu müqavilə imzalandığı andan qüvvəyə minir, 1 il müddətində qüvvədə qalır. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. 2. 2018-ci il 5 mart tarixli, QSZİ 37/0318 nömrəli avadanlığın və əsas vəsaitin icarə müqaviləsinə 1 nömrəli əlavə ilə tərəflər qeyd olunan icarə müqaviləsi üzrə icarəçi tərəfindən icarəyə götürülən avadanlıq və əsas vəsaitlərin siyahısını təsdiq etmişlər. Həmin siyahıda bu əmlaklar göstərilmişdir: 1 ədəd tırtıllı mobil drobilka, 1 ədəd elektron yük tərəzisi 3x14 mgücü 80 t; 1 ədəd dəmir konteyner 12m; 1 ədəd prefabrik ofis (sökülüb yığılan) 64 m2; 1 ədəd otaq daşla tikili (300x200sm); 1 ədə d bunker – qum xammalı üçün; 1 ədəd ələk – qum xammalı üçün; 1 ədəd podşibnik 211; 1 ədəd reduktor kislorod; 1 ədəd reduktor propan; 1 ədəd motor 18,5 Kv 1000; 1 komplekt rezak – Rusiya (komplekt);1 ədəd propan balonu (boş balon);48 kv.m. Alçıpan; 1 ədəd rubilnik 250A; 1 ədəd sayğac elektrik 220 V; 1 ədəd Şit 500X600 (406); 2 ədəd propan balonu üçün rezin halqa 30.5; qum-çınqıl 0x40; 196723.18 ton ballast (çay daşı); 1 ədəd generator 2,5 kva; 1 ədəd Motor 5.5kv 1500; 1 ədəd su nasosu 18 kw; 1 ədəd əl ilə qaynaq aparatı; 1 ədəd çalışma masası; 2 ədəd oksigen balonu (boş balon); 960,3 ton qum otsep doğranmış; 206,22 qumçınqıl 5x15. Əlavə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. 3. 2018-ci il 5 mart tarixli, QSZİ 37/0318 nömrəli avadanlığın və əsas vəsaitin icarə müqaviləsinə 2 nömr əli əlavə (avadanlığın və əsas vəsaitin təhvil-təslim aktı) tərtib olunmuş və həmin əlavəyə əsasən tərəflər qeyd olunan icarə müqaviləsi üzrə icarəyə verən cədvəldə göstərilən avadanlıq və əsas vəsaitləri icarəyə götürənə təhvil vermiş, icarəçi isə qəbul etmişdir. Əlavə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. 4. 2018-ci il 2 avqust tarixdə QSZİ 37/0318 nömrəli, 2018-ci il 5 mart tarixli QSZİ 37/0318 nömrəli avadanlığın və əsas vəsaitin icarə müqaviləsinə 3 nömrəli əlavə tərtib olunmuşdur. Əlavənin: 1-ci bəndinə görə, tərəflərin qarşılıqlı razılığına əsasən müqavilənin 2.1-ci bəndində göstərilmiş aylıq icarə haqqı məbləği ƏDV xaric 200 (iki yüz) manat müəyyən edilmişdir; 2-ci bəndinə əsasən, tərəflər Ağstafa rayonu Poylu qum çınqıl karxanası ərazisində 2006-2012-ci illərdə "xxxx" ASC tərəfindən istehsal olunmuş və daha sonra törəmə şirkəti olan "xxxx" MMC-yə təhvil verilərək sonuncunun balansında mal qalığı kimi qalmış 1.967.230,18 ton ballast çay daşı təmənnasız (əvəzsiz) olaraq "xxxx" MMC-yə təhvil verilməsi barədə razılığa gəlmişlər; 3-cü bəndinə görə, tərəflər qeyd edilən ballast çay daşından emal nəticəsində əldə edilmiş 0-5, 5-15, 15-25 fraksiyalı materiallar hər kub metri üçün 2 (iki) manat emal xidmət haqqı xərci ödənilmək şərti ilə "xxxx" ASC-yə və iddiaçıya təhvil verilməsi barədə razılığa gəlmişlər; 4-cü bəndinə əsasən, təhvil-təslim işlərinin aparılması faktiki olaraq mümkün olmadığından "xxxx" MMC hər il üçün emal etdiyi həcmə uyğun olaraq "xxxx" ASC-yə və iddiaçıya məlumat təqdim etməlidir; 5-ci bəndinə görə, "xxxx" MMC emal etdiyi 0-5, 5-15, 15-25 f raksiyalı materialların satışını digər müştərilərə göstərərsə bu halda "xxxx" ASC-yə hər satılmış ton üçün 1 manat ödəniş etməlidir; 6-cı bəndinə əsasən, bu müqavilənin digər şərtləri dəyişdirilmədən qüvvədə saxlanılır; 7-ci bəndinə görə, bu əlavə 2018-ci il 2 avqust tarixdən qüvvəyə minir və 2018ci il 5 mart tarixli QSZİ 37/0318 nömrəli müqavilənin ayrılmaz hissəsidir. Əlavə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. 5. "xxxx" MMC-nin 2018-ci il 10 iyul tarixli, 100 K nömrəli əmri ilə "xxxx" MMC-nin Qazax (Dəmirçilər) Qum-çınqıl sahəsində yerləşən avadanlıqların sökülərək Poylu Qumçınqıl sahəsinə quraşdırılması üçün əsas vəsaitlərin təhvil-təslim edilməsi məqsədilə komissiya yaradılmışdır.
6. İddiaçının 2018-ci il 2 avqust tarixli, 004-18 nömrəli Müşahidə Şurası İclasının protok oluna əsasən, Quba rayonu Qudyalçay ərazisi kənarında yerləşən qum-çınqıl yatağında Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən bütün sənədləşmə işləri aparılaraq razılıqlar, ekoloji pasport və digər sənədlər əldə edilməyincə fəaliyyətin dayandırılması qərara alınmışdır.
7. İddiaçı ilə "xxxx" MMC arasında iddiaçının Müşahidə Şurası İclasının 2018-ci il 2 avqust tarixli, 004-18 nömrəli protokoluna istinadən razılaşma bağlanmışdır.
8. Həmin razılaşmada Qazax rayonu Dəmirçilər qəsəbəsindən "xxxx" MMC-nin Poylu qəsəbəsindəki sahəsinə daşınacaq istismara yararsız 88 adda olan avadanlıqaqreqat və digər materiallar əvəzsiz olaraq (dəyəri tələb olunmadan) "xxxx" MMC-yə təhvil verilməsi nəzərdə tutulmuş, "xxxx" MMC isə öz növbəsində öz vəsaiti hesabına bütün daşınmanı və köçürmə işlərini həya ta keçirərək buna dair iddiaçıya hər hansı bir hesab təqdim etməməyi öz üzərinə götürmüşdür. Həmin razılaşmanın şərtlərinə əsasən tərəflər: 1.Qazax rayonu, Dəmirçilər qəsəbəsindən demontaj edilmiş istismara yararsız olan siyahıda göstərilən 88 adda inventar əvəzsiz olaraq "xxxx" MMC-yə təhvil verilməsi; 2.Qazax rayonu, Dəmirçilər kəndində demontaj olunan avadanlıq və qurğuların sökülməsi, daşınması, ərazinin təmizlənməsi, çay axının bərpa edilməsi ilə bağlı "xxxx" MMC tərəfindən görüləcək işlərə dair məsrəflər "xxxx" MMC-nin xərci hesab edilərək iddiaçıya hər hansı bir hesab təqdim edilməməsi; 3. 2018-ci il 5 mart tarixli, QSZİ 37/0318 nömrəli müqavilə üzrə icarəyə verilmiş inventarların yararsız olan hissələri müəyyən edilərək silginin aparılması üçün iddiaçıya təqdim edilməsi barədə razı lığa gəlmişlər. Razılaşma tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. 9. 2018-ci il 4 avqust tarixli mal-materialların təhvil-təslim aktlarına əsasən cəmi 88 adda mal-material iddiaçı tərəfindən "xxxx" MMC-yə təhvil verilmişdir.
10. İddiaçının 2019-cu il 19 aprel tarixdə dövlət qeydiyyatına alınmış nizamnaməsi ilə müəyyən edilir ki, 2013-cü il 30 dekabr tarixdə yaradılmış İddiaçı MMC-nin adı 2016-cı il 27 sentyabr tarixdə dəyişdirilərək "xxxx" MMC olmuş və sonradan adı yenidən dəyişdirilərək İddiaçı MMC adlandırılmışdır.
11. Cavabdehin 2018-ci il 13 noyabr tarixdə dövlət qeydiyyatına alınmış nizamnaməsi ilə müəyyən edilir ki, həmin nizamnamə Azərbaycan Respublikası Vergilər Nazirliyinin 14 nömrəli ərazi vergilər İdarəsi tərəfindən 2015-ci il 23 sentyabr tarixdə ********** qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmış "xxxx" MMC-nin 2018-ci il 13 noyabr tarixdə adının dəyişməsi nəticəsində Cavabdeh MMC adlandırılmışdır və o hazırda cavabdehin yeni redaksiyada olan nizamnaməsidir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
12. İddiaçı cavabdehə qarşı 2020-ci il 23 sentyabr tarixdə məhkəməyə iddia ərizəsi ilə, sonradan isə iddia tələbinin həcminin artırılması barədə ərizə (iş.v 228, cild 1)) ilə müraciət edərək, cavabdeh ilə arasında bağlanmış “Avadanlığın və əsas vəsaitin icarəyə verilməsi barədə” 2018-ci il 5 mart tarixli, QSZİ 37/0318 nömrəli müqavilənin ləğv edilməsi, müqavilə üzrə cavabdehin istifadəsinə verilmiş 1 ədəd tırtıllı Mobil Drobilka, 1 ədəd elektron yük tərəzisi 3x14 m. gücü 80 t; 1 ədəd dəmir konteyner 12 m; 1 ədəd Prefabrik Ofis (sökülüb yığılan) 64 kv.m; 1 ədəd otaq daşla tikili (300x200 sm); 1 ədəd bunker – qum xammalı üçün; 1 ədəd ələk – qum xammalı üçün; 1 ədəd podşibnik 211; 1 ədəd reduktor oksigen; 1 ədəd reduktor propan; 1 ədəd motor 18,5 Kv 1000; 1 komplekt rezak – Rusiya (komplekt); 1 ədəd propan balonu (boş balon); 48 kv.m. alçıpan; 1 ədəd rubilnik 250A; 1 ədəd sayğac elektrik 220 V; 1 ədəd şit 500X600 (406); 2 ədəd propan balonu üçün rezin halqa 30.5; Qum-çınqıl 0x40; 196723.18 ton ballast (çay daşı); 1 ədəd generator 2,5 kva; 1 ədəd motor 5.5kv 1500; 1 ədəd su nasosu 18 kw; 1 ədəd əl ilə qaynaq aparatı; 1 ədəd çalışma masası; 2 ədəd oksigen balonu (boş balon); 960,3 ton qum otsep doğranmış; 206,22 qum-çınqıl 5x15–dən ibarət olan əmlakın və ya onun dəyərinin cavabdehdən alınaraq ona ver ilməsi, cavabdeh ilə arasında bağlanmış 2018-ci il 5 mart tarixli QSZİ 37/0318 nömrəli Avadanlığın və əsas vəsaitin icarə müqaviləsi üzrə hesablanmış 70.800 manat məbləğdə icarə haqqının cavabdehdən tutularaq ona ödənilməsi, onun İdarə Heyəti sədrinin “Əsas vəsaitlərin təhvil-təslim edilməsi barədə” 2018-ci il 10 iyul tarixli 100 K nömrəli əmri ilə cavabdehə verilmiş 1 ədəd Vestel Trend Plus-9 kondisioner; 1 ədəd daşqıran Sex Erdem (Türkiyə istehsalı); 1 ədəd motorlu qumyuyan qurğu; 1 ədəd klassifikator; 1 ədəd qaynaq makinası 450 RKM; 1 ədəd transformator - 630 Kvt; 1 ədəd nasos FHE 40-125/22 - elektrik mühərrik ilə; 1 ədəd Nasos K 20/30 elektrik mühərrik ilə; 1 ədəd Nasos K 20/30 elektrik mühərrik ilə; 1 ədəd Tərəzi Gas/NT/Vvbk25/80t avtomobil; 1 ədəd gedik Gkm500-2 W qaynaq aparatı (Wel ding); 1 ədəd Mon HP 2011 X Led Backlit LCD; 1 ədəd CSE HP Pro 3500 Series Mt Hdd 500Gb Ram4Gb İ5; 1 ədəd Adsl Modem; 1 ədəd Samovar Elektrik-Qaz 40 l; 1 ədəd Soyuducu Ulvi “Aliyev&Co”Az(100*200*80 sm); 1 ədəd stol ofis üçün; 1 ədəd stol ofis üçün; 1 ədəd stol ofis üçün; 1 ədəd masa l-vari (nabor); 1 ədəd çarpayı - 1 nəfərlik; 1 ədəd dəmir konteyner 12x2.4 metr; 1 ədəd dəmir vaqon 6x3; 1 ədəd dəmir vaqon 6x3; 1 ədəd dəmir vaqon 6x3; 2 ədəd B.İ.S dəmir vaqon (3*6.2.8); 1 ədəd qaynaq aparatı 380 VT; 1 ədəd bunker 3500 x 3500 mm; 3 ədəd kondisioner; 12 ədəd sarı əlcək; 1 ədəd qaynaqçı maskası; 13 ədəd bolt-qayka-şayba m 24x120; 1 ədəd A.S.Z. qarmaq (müxtəlif ölçüdə); 1 ədəd yanğın tupu CO 2-5 kq; 1 dəst açar - altıkünc 1.5-10; 6 ədəd filter hava 1R2162/2R2162; 1 ədəd filter hava AF25129; 1 əd əd filter hava AF25130; 1 ədəd filter karobka 714-07-28712; 1 ədəd filter yanacaq FF202; 1 ədəd filter yanacaq P557440; 1 ədəd filter 4F2045; 1 ədəd filter hava 1R2102/2R2102; 3 ədəd filter hava 1R2137/2R2137; 2 ədəd filter hava 1R2203/2R2203; 1 ədəd filter hava AF7623372; 1 ədəd filter hidravlik; 1 ədəd filter hidravlık; 3 ədəd filter korobka; 7 ədəd filter su; 2 ədəd filter yağ 3l1080; 2 ədəd filter yağ P559000; 1 ədəd filter yanacaq P553500; 2 ədəd filter yanacaq AD2422 (Türkiyə istehsalı); 1 ədəd filter yanacaq AD2246 (Türkiyə istehsalı); 3 ədəd filter yanacaq FS1000; 2 ədəd filter yanacaq FS19599/(3S4007); 7 ədəd remen 17x4267; 4 ədəd satalitin şestirnası; 5 ədəd podşibnik yatağı 512 (komplekt); 2 ədəd podşibnik yatağı SN534 SKF; 2 ədəd PST-1 yatağı (23136 podşibnik üçün); 1 ədəd tank su ton (Çən); 2 ədəd GSB 1600 RE Drel Bosch (Almaniya istehsalı); 2 ədəd B.İ.S. dəmir seyf 1700x900x500; 1 ədəd B.İ.S. şkaf seyf; 1 ədəd çalışma masası; 2 ədəd ofis stul dönən; 11 ədəd şkaf paltar tək qapı; 2 ədəd tumboçka; 1 ədəd qaz plitəsi(4 gözlü); 1 ədəd Tərəzi elektron 30 kq; 1 ədəd yanğın söndürmə balonu; 3 ədəd oksigen balonu (boş); 2 ədəd propan balonu (boş); 22,06 kq B.S.S. setka (asinkovu məftildən) 2.5 mm; 1 ədəd elektrik qızdırıcı (ekvator 3 kw); 2 ədəd radiator qızdırıcı seksiyası; 1 ədəd su qızdırıcı sopen 40 lt; 1400 ədəd satış qaiməsi; 3 ədəd elektrik setkası 6 mm 1.95x2.1; 1 ədəd su nasosu 150/100; 1 ədəd elektrik setkası 16 mm 1.95x2.1; 3 ədəd elektrik setkası 25 mm 1.95x2.1; 1 ədəd baraban F 326 mm; 1 ədəd elektrik setkası 25 mm 1.5x4.35; 1 ədəd elektrik setkası – 6 mm 1.5x4.35; 2 ədəd elektrik setkası – 5 mm 1.16x2.10-dan ibarət olan əmlakların (avadanlıqların) və ya onun dəyərinin cavabdehdən alınaraq ona verilməsi və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 2018-ci il 5 mart tarixli, QSZİ 37/0318 saylı avadanlığın və əsas vəsaitin icarə müqaviləsinə görə, iddiaçı (icarəyə verən), ona məxsus olan müqavilənin ayrılmaz tərkib hissəsi Əlavə-1-də göstərilən tərkibdə Ağstafa rayonu Poylu qum çınqıl karxanası ərazisində yerləşən avadanlıq və əsas vəsaitləri icarə məqsədi ilə cavabdehin/icarəçinin müddətli istifadəsinə verməyi, cavabdeh isə müqavilə ilə nəzərdə tutulmuş icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirərək, aşağıdakı avadanlıq və əsas vəsaitləri cavabdehin istifadəsinə vermiş və həmin əmlak hazırda cavabdehin istifadəsindədir: 1 ədəd tırtıllı mobil drobilka, 1 ədəd elektron yük tərəzisi 3x14 mgücü 80 t; 1 ədəd dəmir konteyner 12m; 1 ədəd prefabrik ofis (sökülüb yığılan) 64 m2; 1 ədəd otaq daşla tikili (300x200sm); 1 ədəd bunker – qum xammalı üçün; 1 ədəd ələk – qum xammalı üçün; 1 ədəd podşibnik 211; 1 ədəd reduktor kislorod; 1 ədəd reduktor propan; 1 ədəd motor 18,5 Kv 1000; 1 komplekt rezak – Rusiya (komplekt);1 ədəd propan balonu (boş balon);48 kv.m. Alçıpan; 1 ədəd rubilnik 250A; 1 ədəd sayğac elektrik 220 V; 1 ədəd Şit 500X600 (406); 2 ədəd propan balonu üçün rezin halqa 30.5; qum-çınqıl 0x40; 196723.18 ton ballast (çay daşı); 1 ədəd generator 2,5 kva; 1 ədəd Motor 5.5kv 1500; 1 ədəd su nasosu 18 kw; 1 ədəd əl ilə qaynaq aparatı; 1 ədəd çalışma masası; 2 ədəd oksigen balonu (boş balon); 960,3 ton qum otsep doğranmış; 206,22 qum-çınqıl 5x15. Lakin müqavilənin şərtləri cavabdeh tərəfindən pozulmuşdur. Belə ki, müqavilənin 2.1 və 2.2.-ci bəndlərinə görə, cavabdeh hər ay üzrə müəyyən olunmuş 2000 manat (ƏDV xaric) icarə haqqını bank köçürmə yolu ilə iddiaçıya ödəməli olduğu halda, hal-hazıradək heç bir ödəniş etməmişdir. Hazırda cavabdehin iddiaçıya 70.800 manat məbləğində icarə haqqı borcu yaranmışdır. Cavabdeh müqavilə üzrə öhdəliklərini pozduğuna görə iddiaçı cavabdehə müraciət edərək, Ağstafa rayonu, Poylu kəndi ərazisində Qum-çınqı l karxanasının ərazisindəki mal-material və əsas vəsaitlərin icarəyə verilməsi barəsində olan 2018-ci il 5 mart tarixli, QSZİ 37/0318 saylı müqavilənin ləğv edilməsi haqqında razılaşmanın 7 gün müddətində bağlanılması, icarə haqqı borcunun ödənilməsi, mal-material və əsas vəsaitlərin iddiaçıya təhvil verilməsini cavabdehə təklif etsə də, sonuncu tərəfindən bu istiqamətdə hər hansı addım atılmamışdır. Göründüyü kimi, cavabdeh tərəfindən müqavilədən irəli gələn öhdəliklərin icra olunmaması, yəni müqavilə üzrə müəyyən olunmuş aylıq icarə haqqının ödənilməməsi, müqavilənin əhəmiyyətli dərəcədə pozuntusuna dəlalət edir ki, bu da müqavilənin ləğv edilməsinə əsas verir. Bundan başqa, İddiaçı MMC-nin İdarə Heyəti sədrinin “Əsas vəsaitlərin təhviltəslim edilməsi barədə” 2018-ci il 10 iyul tarixli, 100 K nömrəli əmri ilə iddiaçıya məxsus olan, Poylu Qum-Çınqıl sahəsində yerləşən 88 növdə olan avadanlıqlar cavabdehə təhvil verilmişdir. Həmin avadanlıqlar aşağıdakılardan ibarətdir: 1 ədəd Vestel Trend Plus-9 Kondisioner; 1 ədəd daşqıran sex Erdem (Türkiyə istehsalı); 1 ədəd motorlu qumyuyan qurğu; 1 ədəd klassifikator; 1 ədəd qaynaq makinası 450 RKM; 1 ədəd transformator - 630 Kvt; 1 ədəd nasos FHE 40-125/22 - elektrik mühərrik ilə; 1 ədəd nasos K 20/30 elektrik mühərrik ilə; 1 ədəd nasos K 20/30 elektrik mühərrik ilə; 1 ədəd tərəzi Gas/NT/Vvbk25/80t avtomobil; 1 ədəd Gedik Gkm500-2 W qaynaq aparatı (Welding); 1 ədəd Mon HP 2011 X Led Backlit LCD; 1 ədəd CSE HP Pro 3500 Series Mt Hdd 500Gb Ram4Gb İ5; 1 ədəd AdslModem; 1 ədəd samovar elektrik-qaz 40 l; 1 ədəd soyuducu Ulvi“Aliyev&Co”Az( 100*200*80 sm); 1 ədəd stol- ofis üçün; 1 ədəd stol- ofis üçün; 1 ədəd stol- ofis üçün; 1 ədəd masa l-vari (nabor); 1 ədəd çarpayı - 1 nəfərlik; 1 ədəd dəmir konteyner 12x2.4 metr; 1 ədəd dəmir vaqon 6x3; 1 ədəd dəmir vaqon 6x3; 1 ədəd dəmir vaqon 6x3; 2 ədəd B.İ.S dəmir vaqon (3*6.2.8); 1 ədəd qaynaq aparatı 380 VT; 1 ədəd bunker 3500 x 3500 mm; 3 ədəd kondisioner; 12 ədəd sarı əlcək; 1 ədəd qaynaqçı maskası; 13 ədəd bolt-qayka-şayba m24x120; 1 ədəd A.S.Z. qarmaq (müxtəlif ölçüdə); 1 ədəd yanğın tupu CO 2-5 kq; 1 dəstAçar - altıkünc 1.5-10; 6 ədəd dilter hava 1R2162/2R2162; 1 ədəd filter hava AF25129; 1 ədəd filter hava AF25130; 1 ədəd filter korobka 714-07-28712; 1 ədəd filter yanacaq FF202; 1 ədəd filter yanacaq P557440; 1 ədəd filter 4F2045; 1 ədəd filter hava 1R2102/2R2102; 3 ədəd fil ter hava 1R2137/2R2137; 2 ədəd filter hava 1R2203/2R2203; 1 ədəd filter hava AF7623372; 1 ədəd filter Hidravlik; 1 ədəd filter Hidravlık; 3 ədəd filter Karobka; 7 ədəd filter su; 2 ədəd filter yağ 3l1080; 2 ədəd filter yağ P559000; 1 ədəd filter yanacaq P553500; 2 ədəd filter yanacaq AD2422 (Türkiyə istehsalı); 1 ədəd filter yanacaq AD2246 (Türkiyə istehsalı); 3 ədəd filter yanacaq FS1000; 2 ədəd filter yanacaq FS19599/(3S4007); 7 ədəd remen 17x4267; 4 ədəd satalitin şestirnası; 5 ədəd podşibnik yatağı 512 (komplekt); 2 ədəd podşibnik yatağı SN534 SKF; 2 ədəd PST-1 yatağı(23136 podşibnik üçün); 1 ədəd tank su ton (çən); 2 ədəd GSB 1600 RE Drel Bosch (Almaniya istehsalı); 2 ədəd B.İ.S. dəmir seyf 1700x900x500; 1 ədəd B.İ.S. şkafseyf; 1 ədəd çalışma masası; 2 ədəd ofis stul dönən; 11 ədəd şkaf paltar tək qapı; 2 ədəd tumboçka; 1 ədəd qaz plitəsi (4 gözlü); 1 ədəd tərəzi elektron 30 kq; 1 ədəd yanğın söndürmə balonu; 3 ədəd oksigen balonu (boş); 2 ədəd propan balonu (boş); 22,06 kq B.S.S. setka (asinkovu məftildən) 2.5 mm; 1 ədəd elektrik qızdırıcı (ekvator 3 kw); 2 ədəd radiator qızdırıcı seksiyası; 1 ədəd su qızdırıcı sopen 40 lt; 1400 ədəd satış qaiməsi; 3 ədəd elektrik setkası 6mm1.95x2.1; 1 ədəd su nasosu 150/100; 1 ədəd elektrik setkası 16 mm1.95x2.1; 3 ədəd elektrik setkası 25 mm1.95x2.1; 1 ədəd baraban F 326 mm; 1 ədəd elektrik setkası – 25 mm1.5x4.35; 1 ədəd elektrik setkası – 6 mm1.5x4.35; 2 ədəd elektrik setkası – 5 mm1.16x2.10. İddiaçının 10 iyul 2018ci il tarixli, 100 K nömrəli əmri ilə cavabdehə verilmiş avadanlıqların (əmlakların) geri qaytarılması cavabdehdən tələb edilsə də, cavabdeh iddiaçının tələbini təmin etməmişdir. Beləliklə, cavabdeh tərəfindən həm icarə müqaviləsinin şərtlərinin pozulması, həm də müvafiq əmrlə ona verilmiş əmlakların geri qaytarılmaması, cavabdehin hazırkı iddia ilə məhkəməyə müraciət etməsinə əsas yaratmışdır.
14. İddiaçı iddianın təmini tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış “avadanlığın və əsas vəsaitin icarəyə verilməsi barədə” 2018-ci il 5 mart tarixli, QSZİ 37/0318 saylı müqavilə, habelə iddiaçının İdarə Heyəti sədrinin “Əsas vəsaitlərin təhvil-təslim edilməsi barədə” 2018-ci il 10 iyul tarixli, 100 K nömrəli əmri ilə cavabdehin istifadəsinə verilmiş əmlakların (avadanlıqların) siyahıya alınmaqla, üzərinə həbs qoyulması və həmin əmlaklardan istifadənin cavabde hə və digər şəxslərə qadağan edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 25 sentyabr tarixli, e-2-2(113)-2659/2020 saylı qərardadı ilə iddiaçı tərəfindən verilmiş iddianı təmin etmə tədbiri barədə ərizə təmin edilmiş, ərizədə göstərilmiş əmlakların siyahıya alınaraq üzərinə həbs qoyulması qərara alınmışdır.
15. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 23 aprel tarixli, e-2-2(113)-243/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçı ilə cavabdeh arasında bağlanmış “Avadanlığın və əsas vəsaitin icarəyə verilməsi barədə” 2018-ci il 5 mart tarixli, QSZİ 37/0318 nömrəli müqavilənin ləğv edilməsi, müqaviləyə əsasən cavabdehin istifadəsinə verilmiş 1 ədəd tırtıllı Mobil Drobilka, 1 ədəd elektron yük tərəzisi 3x14 m gücü 80 t; 1 ədəd də mir konteyner 12 m; 1 ədəd prefabrik ofis (sökülüb yığılan) 64 kv.m; 1 ədəd otaq daşla tikili (300x200sm); 1 ədəd bunker - qum xammalı üçün; 1 ədəd ələk - qum xammalı üçün; 1 ədəd podşibnik -211; 1 ədəd reduktor oksigen; 1 ədəd reduktor propan; 1 ədəd motor 18,5 Kv 1000; 1 komplekt rezak - Rusiya (komplekt); 1 ədəd propan balonu (boş balon); 48 kv.m. alçıpan; 1 ədəd rubilnik 250A; 1 ədəd sayğac elektrik 220 V; 1 ədəd şit 500X600 (406); 2 ədəd propan balonu üçün rezin halqa 30.5; qum-çınqıl 0x40; 1 ədəd generator 2,5 kva; 1 ədəd motor 5.5 kv 1500; 1 ədəd su nasosu 18 kw; 1 ədəd əl ilə qaynaq aparatı; 1 ədəd çalışma masası; 2 ədəd oksigen balonu (boş balon); 960,3 ton qum otsep doğranmış; 206,22 ton qum-çınqıl 5x15 (onlar olmadıqda dəyərləri) cavabdehdən alınaraq iddiaçıya verilməsi, icarə m üqaviləsi üzrə ƏDV daxil 19.509 manat məbləğində icarə haqqı borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 15 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia tələbi alan hissədə təmin edilməmişdir (hakim L.Əliyeva).
16. Məhkəmə bildirmişdir ki, Şahid2 birinci instansiya məhkəməsinə verdiyi ifadəsində göstərmişdir ki, 2018-ci ilin yanvar ayında iddiaçının İdarə heyətinin üzvü, iyun ayından isə sədr vəzifəsində işləmişdir. MMC-nin Qubada, Qazaxda karxanaları fəaliyyət göstərmişdir. Həmin vaxtlar yoxlamalar başlamış, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Quba rayonunda yerləşən Qudyalçay karxanasına 28.000 manat cərimə yazmışdır. Zavodun nüfuzuna xələl gəlməməsi üçün müşahidə şurasının iclası keçirilmiş və qərar qəbul olunmuşdur ki, mallar dem ontaj olunaraq cavabdehə əvəzsiz verilsin. Zavod ölkədə fəaliyyət göstərən 5 sement zavodundan biridir. Həmin vaxt səyyar vergi yoxlaması başlamışdır. Əlavələrin bağlanması bu hadisələrlə əlaqədardır. Həmçinin, 3 nömrəli əlavə və razılaşma onun tərəfindən imzalamışdır. İmzaladıqdan sonra həmin əlavəni möhürlənməyə vermiş və həmin əlavəyə möhür vurulmuşdur. Zavodda 3 möhür var idi, biri zavodda qalırdı, biri Bakı şəhərində saxlanılırdı, biri isə özündə olurdu. Buna görə həmin əlavəyə hansı möhürün vurulduğunu xatırlamır və nəyə görə möhürlərin bir-birindən fərqlənməsi barədə suala cavab verə bilmir. Ola bilər ki, sənədlərin bir hissəsini Bakıda, bir hissəsini isə Qazaxda olanda imzalamışdır. Möhürlərin ikisini təhvil vermiş, biri isə zavodda qalmışdır. Əmrə əsasən mallar cavabdehin mülkiy yətinə keçmişdir. Mallar tam yararsız vəziyyətdə deyildi, cavabdeh sökülmə və daşınma xərclərini öz üzərinə götürmüşdü. Habelə, idarə heyəti kollegial icra orqanı olmuş, idarə heyətinin üzvündə də möhür olmuşdur.
17. Məhkəmə hesab etmişdir ki, icarə münasibətlərində icarəçi olan cavabdeh 3 ilə yaxın müddət ərzində 2018-ci il 5 mart tarixli, QSZİ 37/0318 saylı icarə müqaviləsi üzrə icarə haqqını ödəmədiyindən icarə verən iddiaçının xəbərdarlıq müddətləri gözlənilmədən müqaviləni ləğv etmək hüququ yaranmışdır.
18. Müqavilənin tərəfi kontragentinin qanuni təmsilçisi tərəfindən imzalanmış sənədə (hazırkı halda müqaviləyə əlavəyə) vurulmuş möhürün həqiqiliyini və sənədin mötəbərliyini güman etməyə, yəni kontragentin bu məsələdə vicdanlı davranacağını gözləməyə haqlıdır. Belə olan halda isə məhk əmə hesab etmişdir ki, hüquqi şəxsin qanuni təmsilçisi tərəfindən imzalanmış sənədin üzərinə vurulmuş möhürün həmin hüquqi şəxsə məxsus olmaması əsası ilə hüquqi qüvvəyə minməməsini iddia etməsi mülki dövriyyənin vicdanlı iştirakçısından gözlənilən davranış olmadığından vicdanlılıq prinsipinin tələblərinə cavab vermir. Bu baxımdan iddiaçının qanuni təmsilçisi tərəfindən imzalanmış müqaviləyə əlavəyə vurulmuş möhürün MMC-nin möhürləri ilə eynilik təşkil etməməsi müəyyən edilsə belə, göstərilən hal əlavənin bağlanmamış (qüvvəyə minməmiş) sayılması üçün əsas hesab edilə bilməz. Məhkəmə icarə haqqının ödənilməsi tələbinə münasibətdə belə qənaətə gəlmişdir ki, cavabdehdən tutulmalı olan icarə haqqı mübahisəli icarə müqaviləsinə 3 saylı əlavə ilə icarə haqqı məbləğinə edilmiş dəyişiklik nəzərə a lınmaqla 2018-ci 5 mart tarixdən 2018-ci il 2 avqust tarixədək olan dövr üçün aylıq ƏDV daxil 2360 (2000+18%) manat, 2018-ci il 2 avqust tarixdən qətnamənin çıxarıldığı günədək olan dövr üçün isə aylıq ƏDV daxil 236 (200+18%) manat olmaqla aşağıdakı qaydada hesablanmalıdır: 2360x5 ay+236x31 ay 20 gün=19.509 manat. Beləliklə, icarə haqqı tələbinə dair hissədə iddia qismən təmin edilməli, cavabdehdən 19.509 manat məbləğində icarə haqqı borcu tutularaq iddiaçıya ödənilməlidir.
19. Məhkəmə icarə obyekti olan avadanlıq və əsas vəsaitlərin geri qaytarılmasına münasibətdə belə qənaətə gəlmişdir ki, icarə müqaviləsinə 3 saylı Əlavəyə əsasən, tərəflər həmin əmlakın təmənnasız olaraq "xxxx" MMC-yə təhvil verilməsi barədə razılığa gəlmişlər. Razılaşmada həmçinin çay daşının "xxxx" MMC tərəfindən emal edilməsi, gələcəkdə emal edilmiş materialın hər kub metri üçün iddiaçıya pul ödənilməsi və ya emal xərcləri ödənilməklə emal edilmiş materialın ona verilməsi nəzərdə tutulmuşdur. 3 saylı Əlavəyə əsasən, 1.967.230,18 ton ballast çay daşı "xxxx" MMC-yə icarə məqsədləri üçün deyil, emal edilməsi üçün təhvil verilmişdir. Belə olan halda, iddiaçı emal edilməsi üçün təhvil verilmiş malı icarə obyekti kimi geri qaytarılmasını tələb etməkdə haqlı olmamışdır.
20. Məhkəmə 2018-ci il 4 avqust tarixdə mal-materialların təhvil-təslim aktlarına əsasən cavabdehə təhvil verilmiş mal-materialların geri qaytarılması tələbinə münasibətdə bildirmişdir ki, akta əsasən iddiaçı tərəfindən cəmi 88 adda mal-materialın cavabdehə verilməsi işin mübahisəsiz halı olmuşdur. İddiaçı həmin mal-materialların ona geri qay tarılması şərti ilə verildiyini, cavabdeh isə iddiaçının Müşahidə Şurasının 2018-ci il 2 aprel tarixli qərarına və 2018-ci il 2 avqust tarixli razılaşmaya istinad etməklə həmin malmaterialların ona əvəzsiz olaraq verildiyini göstərmişdir. İddiaçı cavabdehin istinad etdiyi Müşahidə Şurasının protokolunun saxta olmasını qeyd etsə də, bu dəlilini təsdiq edən hər hansı sübutunu məhkəməyə təqdim etməmişdir. Əksinə, Müşahidə Şurasının mübahisəli iclasının katibi olmuş və protokolu imzalamış Şahid2 verdiyi ifadəsində 2018-ci il 2 aprel tarixdə onun təşəbbüsü ilə iddiaçının Müşahidə Şurasının iclasının keçirildiyini və həmin iclasda protokolda göstərilən qərarların həqiqətən qəbul olunduğunu təsdiq etmişdir. 2018- ci il 2 avqust tarixli razılaşmanın bağlanmış hesab edilməsi üçün isə əqdin formas ının uyğun gəlməli olduğu əlavə tələblər müəyyən olunmamışdır. Mülki Məcəllədə isə hüquqi şəxslərin bağladıqları yazılı əqdlərə möhürün vurulmalı olması barədə imperativ norma yer almamışdır. Belə olan halda, razılaşmanın bağlanması üçün iddiaçının möhürünün vurulub-vurulmaması da əhəmiyyət kəsb etməmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçı 2018-ci il 2 avqust tarixli razılaşmaya əsasən, mübahisəli mal-materialları cavabdehin mülkiyyətinə verdiyindən artıq həmin əmlakıarın mülkiyyətçisi olmamışdır.
21. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 157.2, 390.1, 405.1, 425.1, 697.1, 700.3, 719.7-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 14.2, 77.1, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmış dır.
22. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun iddianın təmin olunmadığı hissədə ləğv, iddia tələbinin tam həcmdə təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat
23. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 13 sentyabr tarixli, 2-2(103)-841/2021 saylı qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən V.Məmmədov, hakimlər V.Baxışova və R.Qurbanov).
24. Apellyasiya məhkəməsi bildirmişdir ki, iddiaçı hər ay üçün ƏDV xaric 2.000 manat məbləğdə icarə haqqı olmaqla ƏDV daxil 82.600 manat məbləğdə icarə haqqı borcunun ödənilməsini cavabdehdən tələb et miş, cavabdeh isə mübahisəli icarə müqaviləsinə 2018-ci il 2 avqust tarixdə bağlanmış 3 nömrəli əlavə ilə aylıq icarə haqqının 200 manat (ƏDV xaric) məbləğdə müəyyən olunduğunu irəli sürmüşdür. İddiaçı cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş icarə müqaviləsinə 3 nömrəli əlavəyə vurulmuş möhürün onun möhürü olmadığını göstərsə də, cavabdeh tərəfindən Məhkəməyə təqdim edilmiş icarə müqaviləsinə 3 nömrəli əlavənin hər iki tərəfin səlahiyyətli şəxslərinin imzaları ilə təsdiq edilməsi öz təsdiqini tapmışdır. Belə ki, birinci instansiya məhkəməsində şahid qismində dindirilən və həmin dövrdə iddiaçının idarə heyətinin sədri olmuş Şahid2 mübahisəli 3 nömrəli əlavəni imzaladığını və möhür vurulması üçün müvafiq şəxsə təqdim etdiyini bildirmişdir. İddiaçı Şahid2 sözügedən vaxtda onun idarə heyə tinin sədri olmasını, səlahiyyətini və imzasını mübahisələndirməmişdir. Mübahisəli dövrdə iddiaçının idarə heyətinin sədri vəzifəsində işləmiş Şahid2 məhkəmədə verdiyi ifadəsində MMC-nin 3 ədəd möhürünün olmasını, iddiaçının nümayəndələri isə verdikləri izahatlarında MMC-nin hazırda 2 ədəd möhürünün olduğunu təsdiq etmişlər. Aydındır ki, şirkətin bir neçə möhürü olduğu hazırkı halda müxtəlif sənədlərdə şirkətin adından vurulan möhür izlərinin fərqlənməsi istisna edilmir və bu halda möhür izlərində fərqlərin mövcudluğu sənədə vurulmuş möhürün şirkətə məxsus olmaması barədə nəticəyə gəlməyə əsas vermir.
25. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin icarə müqaviləsinə 3 nömrəli əlavə ilə icarə haqqı məbləğinə edilmiş dəyişiklik nəzərə alınmaqla 2018-ci il 5 mart t arixdən ildən 2018-ci il 2 avqust tarixədək arixədək olan dövr üçün aylıq ƏDV daxil 2.360 (2.000+18%) manat, 2018-ci il 2 avqust tarixdən qətnamənin çıxarıldığı günədək olan dövr üçün isə aylıq ƏDV daxil 236 (200+18%) manat olmaqla, cavabdehdən 19.509 manat (2.360 x 5 ay + 236 x 31 ay 20 gün) məbləğdə icarə haqqı borcunun tutulması barədə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.
26. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 157.2, 390.1, 405.1, 425.1, 700.3, 697.1-ci maddələrinə, MPM-in 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
27. Apellyasiya məhkəməsinin qətnaməsi 2021-ci il 27 sentyabr tarixdə iş üzrə tərəflərə göndərilmişdir.
28. Həmin qətnamədən iddiaçı kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin tam şəkildə təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
29. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini iddia tələbinin icarə haqqı ilə bağlı olan qismən təmin olunmadığı hissədə dəyişdirmədən saxlayarkən, cavabdeh tərəfindən məhkəməyə verilmiş QSZİ 37/0318 nömrəli 2018-ci il 5 mart tarixli tarixli “avadanlığın və əsas vəsaitin icarə müqaviləsi”nə edilmiş 2018-ci il 2 avqust tarixli 3 nömrəli əlavəyə istinad etmiş və belə nəticəyə gəlmişdir ki, sözügedən əlavə üzrə icarə haqqının məbləği tərəflərin qarşılıqlı razılığı ilə sonradan 2000 manatdan 200 manata endirilmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş, 3 nömrəli əlavənin imzalandığı ta rixdə olan digər müqavilələrdən isə aydın olur ki, mübahisəli əlavədə olan möhür nümunəsi iddiaçının digər sənədlərində, o cümlədən nizamnaməsində əks olunmuş möhürlə eynilik təşkil etmir. Başqa sözlə, iddiaçı tərəfindən həmin sənədin üzərinə möhür vurulmamışdır. Buna görə də 3 nömrəli əlavənin hər hansı qüvvəsi ola bilməzdi. Belə ki, tərəflər arasında bağlanmış QSZİ 37/0318 nömrəli 2018-ci il 5 mart tarixli “avadanlığın və əsas vəsaitin icarə müqaviləsi”nin 10.2-ci bəndinə görə həmin müqaviləyə edilən bütün əlavə və dəyişikliklər yalnız yazılı formada olduqda və tərəflərin səlahiyyətli şəxsləri ilə imzalandıqda və möhürləndikdə qüvvəyə minir. Göründüyü kimi, 3 nömrəli əlavənin üzərində iddiaçının möhürünün olmaması, həmin əlavənin qüvvəyə minmədiyini, başqa sözlə əqdin tərəflərin razılaşm ası ilə müəyyən olunmuş formasına riayət edilmədiyini ifadə edir. İddiaçı 2.000 manat (ƏDV xaric) məbləğdə icarə haqqının ödənilməsi ilə bağlı hər ay cavabdehə elekton qaimə təqdim etmişdir ki, cavabdeh həmin qaimələrə heç zaman etiraz etməmişdir. Bu baxımdan cavabdeh icarə haqqının məhz 2.000 manat olması ilə razılaşmış, nəticədə cavabdehin hər ay üzrə iddiaçıya 2.000 manat icarə haqqı ödəmək öhdəliyi yaranmışdır. Məhkəmə 1.967.230,18 ton ballast çay daşının geri qaytarılması tələbinə münasibətdə də öz mövqeyini 3 nömrəli əlavəyə istinad etməklə ilə əsaslandırmışdır. 3 nömrəli əlavənin hüquqi qüvvəsi olmadığından məkhəmənin bu mövqeyi də əsaslı olmamışdır.
30. Bundan başqa, cababdehdən 2018-ci il 4 avqust tarixli aktla verilmiş 88 növdə olan avadanlıqların geri qaytarılması da tələb olunm uşdur ki, iddiaçıya məxsus 88 növdə olan avadanlıqların geri qaytarılması hissəsində iddia tələbinin rədd olunması iddiaçının həmin əmlaklara dair mülkiyyət hüquqlarının pozulması ilə nəticələnmişdir. Məhkəmə əmlakların əvəzsiz olaraq cavabdehə təhvil verilməsi ilə bağlı nəticəyə gəlsə də, iddiaçı tərəfindən ona məxsus mal-materialın məhz əvəzsiz olaraq cavabdehə verilməsi məntiqsizdir. Cavabdehin məhkəməyə təqdim etdiyi 2018-ci il 2 avqust tarixli razılaşmaya gəldikdə isə, iddiaçıda belə bir razılaşma mövcud deyildir. Həmçinin, həmin razılaşmada olan möhür də iddiaçıya məxsus deyildir. İddiaçı hesab edir ki, məhkəmə onun tərəfindən sübut qismində təqdim olunmuş e-qaimələr və mal-materialların təhvil-təslim aktlarına mötəbər sübut kimi lazımi qiymət verməmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
31. İddiaçı MMC-yə miras qalmış Dəmirçilər kəndindəki işlək vəziyyətdə olmayan qum çınqıl yatağı mövcud idi. Həmin zaman çayın deltası dəyişdiyindən "xxxx" MMC-yə qarşı Ekologiya va Təbii Sərvətlər Nazirliyi tərəfindən cərimə yazılaraq cinayət işi başlanması üçün Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinə göndərilmişdir. İddiaçı 5-6 gün müddətində hamin ərazidə olan bütün avadanlığını çıxartmağı və çayın deltasında yaranmış dərin çuxurların ört-basdır edilməsini həyata keçirtmək üçün cavabdehə müraciət etmişdir. Çox qısa zamanda tərəfimizdən ərazidə olan avadanlıq demontaj edilmiş və çayın dərin çuxurları düzəldilmişdir. Görülən işlər nəticəsində iddiaçıya tətbiq edilmiş cərimə ləğv edilmiş və qanunsuz fəaliyyətlərinə dair sübut olmadığından korrupsiya idarəsindək i toplanmış materiallar ləğv edilmişdir. İddiaçının həmin an ödəmə qabiliyyəti pis olduğundan görülən işlərin əvəzinda ərazidən götürülmüş metallomu va digər aşyaları pul əvəzinə götürülməsi təklif olunmuşdu. Bu təklif cavabdehi qane etməsə də, uzun müddət birgə işlədiklərini nəzərə alaraq razılaşmışdır. İcarə müqaviləsində göstərilən əşyalar isə ilk gündən yararsız vəziyyətdə olduğu üçün cavabdeh tərəfindən istifadə olunmayıb. Müqavilədə yazılan "drabilka" və “ələk” isə heç iddiaçıya məxsus olmayıb. 2018-ci ilin may ayında həmin "drabilkanın" mülkiyyət sənədləri "xxxx" ASC tərəfindən təqdim edilərək onlara təhvil verilmişdir. Bir sözlə icarə müqavilasi məcmu xarakter daşıdığından onun dəyəri 2000 manatdan 200 manata salınmışdır. Tərəflər arasında buna dair rəsmi anlaşma var. "xxxx" MMC-ni n direktoru hüquqi şəxsi rəsmi təmsil edən şəxsdir. Onun imzaladığı sənəd müəssisə adından imzalanır. Müəssisə adından imzalanan sənədin isə etibarsız sayılmasına hər hansı əsaslar mövcud deyildir. Tərəflərin izahatları
32. Məhkəmə kollegiyası iclasında iddiaçının vəkili kassasiya şikayətinə uyğun izahat verərək onun dəlillərini müdafiə etmiş, məhkəmə kollegiyasından apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etmişdir.
33. İş üzrə cavabdeh tərəf məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, cavabdeh məhkəmə iclasında nümayəndə və ya vəkillə təmsil olunmamış və buna dair məhkəməyə üzrlü səbəblərinin olması barədə məlumat verməmişdir.
34. MPM-in 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş i şdə iştirak edən şəxslərdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur.
35. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası məhkəmə iclasının cavabdeh tərəfin iştirakı olmadan davam etdirilməsini mümkün saymışdır. II. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
36. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
37. İş üzrə iddiaçı apellyasiya məhkəməsinin qərarını bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılac aqdır (MPM-in 403 və 416-cı maddələri).
38. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə
390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, la kin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə
405. Müqavilənin mühüm şərtləri barəsində razılaşma 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Maddə
425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə
697. Kirayə hüquq münasibətlərinə xitam verilməsinin nəticələri 697.1. Kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. Torpaq sahəsinin kirayəçisi kirayəyə götürdüyü torpaq sahəsini kirayəyə verənə qarşı pretenziyaları əsasında saxlamaq hüququna malik deyildir. Kirayəçi əşyanı hər hansı üçüncü şəxsin istifadəsinə verdikdə kirayəyə verən kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra üçüncü şəxsdən həmin əşyanı qaytarmağı tələb edə bilər. Maddə
700. İcarə müqaviləsi 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 719.7. Bu Məcəllənin 677.1.4, 685.1 və 686-cı maddələrində nəzərdə tutulmuş hallarda xəbərdarlıq müddətləri gözlənilmədən müqavilənin ləğv edilməsinə yol verilir. İcarəçi icarə haqqını və ya onun mühüm hissəsini ödəməyi üç aydan çox gecikdirdikdə də, icarəyə verən müqaviləni dərhal ləğv edə bilər. Əgər icarə haqqı bir ildən az müddət üçü n tutulursa, müqavilənin ləğvinə yalnız icarəçinin iki ardıcıl müddət üçün icarə haqqını və ya onun mühüm hissəsini ödəmədiyi halda yol verilir. Əgər həmin müddət çatanadək icarəyə verən təmin edilərsə, müqavilənin ləğvi istisna olunur. Əgər icarəçi borcu qarşılıqlı əvəzləşdirmə çərçivəsində ödəyərək ondan azad olursa və ləğvetməyə dair bildirişdən dərhal sonra bu barədə məlumat verirsə, ləğvetmənin qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
39. MPM-in 416.1-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
40. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
41. Kassasiya şikayətinin dəlili bundan ibarət olmuşdur ki, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş, 3 nömrəli əlavənin imzalandığı tarixdə olan digər müqavilələrdən aydın olur ki, mübahisəli əlavədə olan möhür nümunəsi iddiaçının digər sənədlərində, o cümlədən nizamnaməsində əks olunmuş möhürlə eynilik təşkil etmir. Başqa sözlə, iddiaçı tərəfindən həmin sənədin üzərinə möhür vurulmamışdır. Buna görə də 3 nömrəli əlavənin hər hansı qüvvəsi ola bilməzdi. Bu səbəbdən məhkəmənin 3 nömrəli əlavəyə istinad etməklə gəldiyi nəticələr düzgün olmamışdır.
42. Məhkəmə kollegiyası kassasiya şikayətinin göstərilən dəlili ilə aşağıdakılara əsasən razılaşmadığını bildirir.
43. İş materiallarından göründüyü kimi, tərəflər arasında 2018-ci il 5 mart tarixdə QSZİ 37/0318 nömrəli avadanlığın və əsas vəsaitin icarə müqaviləsi bağlanmışdır (bax §1). Həmçinin, 2018-ci il 2 avqust tarixdə QSZİ 37/0318 nömrəli, 2018-ci il 5 mart tarixli QSZİ 37/0318 nömrəli avadanlığın və əsas vəsaitin icarə müqaviləsinə 3 nömrəli əlavə tərtib olunmuşdur (bax §4). Həmin Əlavənin 7-ci bəndində göstərilmişdir ki, Əlavə 2018-ci il 2 avqust tarixdən qüvvəyə minir və 2018-ci il 5 mart tarixli QSZİ 37/0318 saylı Müqavilənin ayrılmaz tərkib hissəsidir.
44. Mülki Məcəllənin 6.2-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
45. Həmin məcəllənin, 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların əmələ gəlməsi əsasıdır.
46. Həmin Məcəllənin tələblərinə görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələr in məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Hüquqi şəxs, öz iştirakçıları, habelə təmsilçiləri vasitəsilə mülki hüquqlar əldə edə bilər və öhdəsinə mülki vəzifələr götürə bilər (Mülki Məcəllənin 49.2. 390.1-ci maddələri).
47. Məhkəmə kollegiyası sadalanan maddi hüquq normalarının mənası ilə əlaqədar olaraq hazırkı işlə bağlı qeyd edir ki, iddiaçı fəaliyyət qabiliyyətli subyekt kimi hüquqi şəxs olaraq Müqaviləni və ona 3 saylı Əlavəni bağlamış, iddiaçının idarə heyətinin sədri tərəfindən imza edilməklə və müəssisənin möhürünün vurulması ilə rəsmiləşdirilmişdir. Həmçinin, birinci instansiya məhkəməsində şahid qismində dindirilən və həmin dövrdə iddiaçının idarə heyətinin sədri olmuş Şahid2 mübahisəli 3 n ömrəli əlavəni imzaladığını və möhür vurulması üçün müvafiq şəxsə təqdim etdiyini bildirmişdir. İddiaçı Şahid2 sözügedən vaxtda onun idarə heyətinin sədri olmasını, səlahiyyətini və imzasını mübahisə etməmişdir.
48. Mülki Məcəllənin 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır.
49. Beləliklə, işin yuxarıda göstərilən halları ilə təsdiq edilir ki, hər iki tərəf mübahisəli 3 nömrəli əlavəni imzalamaqla həmin əlavədə əks olunan mühüm şərtlər barədə razılığa gəldiklərini təsdiq etmiş və əlavənin bağlanmasına dair iradələrini ifadə etmişlər. 50. 3 nömrəli əlavəyə vurulmuş möhürlə iddiaçının möhürü arasında fərqlərin mövcud olması ilə bağlı məsələyə gəldikdə isə, birincisi, mübahisəli dövrdə iddia çının idarə heyətinin sədri vəzifəsində işləmiş Şahid2 aşağı instansiya məhkəməsində verdiyi ifadəsində MMC-nin 3 ədəd möhürünün olmasını, iddiaçının nümayəndələri isə verdikləri izahatlarında MMC-nin hazırda 2 ədəd möhürünün olduğunu təsdiq etmişlər. Aydındır ki, şirkətin bir neçə möhürü olduğu hazırkı halda müxtəlif sənədlərdə şirkətin adından vurulan möhür izlərinin fərqlənməsi istisna edilmir və bu halda möhür izlərində fərqlərin mövcudluğu sənədə vurulmuş möhürün şirkətə məxsus olmaması barədə nəticəyə gəlməyə əsas vermir. Bundan başqa, Şahid2 ifadəsindən məlum olur ki, iddiaçı şirkətin idarə heyətinin sədri işlədiyi dövrdə MMC-nin möhürlərindən ikisi onun birbaşa nəzarətində olmuş və vəzifədən azad edildikdən sonra həmin möhürlər onun tərəfindən zavoda təhvil verilmişdir. Belə olan h alda isə möhürün saxlanmasına görə məsuliyyət daşıyan şəxsin imzaladığı sənədə MMC-nin möhürünün deyil, saxta möhürün vurulması barədə iddiaçının dəlilləri ağlabatan olmamışdır.
51. Məhkəmə kollegiyası həmçinin vurğulayır ki, Mülki Məcəllə ilə xüsusi qayda müəyyən edilmiş, həmin qaydaya əsasən, əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik olan şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir (Mülki Məcəllənin 351.3-cü maddəsi).
52. Həmçinin, Mülki Məcəllənin 425.1-cü maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adət lərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
53. Hazırkı halda müqavilənin tərəfi (cavabdeh) kontragentin (iddiaçının) qanuni təmsilçisi tərəfindən imzalanmış sənədə (hazırkı halda müqaviləyə əlavəyə) vurulmuş möhürün həqiqiliyini və sənədin mötəbərliyini güman etməyə, yəni kontragentin bu məsələdə vicdanlı davranacağını gözləməyə haqqı olmuşdur. Belə olan halda isə, hüquqi şəxsin qanuni təmsilçisi tərəfindən imzalanmış sənədin üzərinə vurulmuş möhürün həmin hüquqi şəxsə məxsus olmaması əsası ilə hüquqi qüvvəyə minməməsini iddia etməsi mülki dövriyyənin vicdanlı iştirakçısından gözlənilən davranış olmadığından, vicdanlılıq prinsipinin tələblərinə cavab vermir. Bu baxımdan, iddiaçının qanuni təmsilçisi tərəfindən imzalanmış müqaviləyə əlavəyə vurulmuş m öhürün iddiaçının möhürləri ilə eynilik təşkil etməməsi müəyyən edilsə belə, göstərilən hal əlavənin bağlanmamış (qüvvəyə minməmiş) sayılması üçün əsas hesab edilə bilməz.
54. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi Müqaviləyə 3 saylı Əlavəni mötəbər sübut kimi qəbul etməklə onun əsasında nəticəyə gəlməsi əsaslı olmuşdur.
55. Kassasiya şikayətinin digər dəlili bundan ibarət olmuşdur ki, məhkəmə avadanlıqların əvəzsiz olaraq cavabdehə təhvil verilməsi ilə bağlı nəticəyə gəlsə də, iddiaçı tərəfindən ona məxsus mal-materialın məhz əvəzsiz olaraq cavabdehə verilməsi məntiqsizdir. Cavabdehin məhkəməyə təqdim etdiyi 2018-ci il 2 avqust tarixli razılaşmaya gəldikdə isə, iddiaçıda belə bir razılaşma mövcud olmamışdır. Həmçinin, həmin razılaşmada olan möhür d ə iddiaçıya məxsus deyildir. Məhkəmə həmçinin onun tərəfindən sübut qismində təqdim olunmuş e-qaimələr və mal-materialların təhvil-təslim aktlarına mötəbər sübut kimi lazımi qiymət verməmişdir.
56. Məhkəmə kollegiyası göstərilən kassasiya şikayətinin göstərilən dəlili ilə də razılaşmadığını bildirir.
57. Belə ki, iddiaçının Müşahidə Şurası İclasının 004-18 saylı 2018-ci il 2 avqust tarixli protokoluna istinadən həmin tarixdə iddiaçı və cavabdehin səlahiyyətli şəxslərinin imzası və müəssisələrin möhürü ilə təsdiqlənmiş Razılaşma rəsmiləşdirilmişdir.
58. Həmin razılaşmaya əsasən, Qazax rayonu Dəmirçilər kəndində demontaj olunan avadanlıq və qurğuların sökülməsi, daşınması, ərazinin təmizlənməsi, çay axının bərpa edilməsi ilə bağlı cavabdeh tərəfindən görüləcək işlərin müqabilində iddiaçı i ddia ərizəsində göstərilmiş 88 adda mal-materialı əvəzsiz olaraq cavabdehə vermişdir. Həmin razılaşmada mal-materialın müəyyən müddətdən sonra və ya iddiaçının tələbi ilə geri qaytarılmalı olması barədə heç bir müddəa yer almamışdır. Həmin razılaşmaya əsasən mübahisəli mal-materiallar cavabdehin mülkiyyətinə verildiyindən, iddiaçı artıq həmin əmlakların mülkiyyətçisi olmamış, cavabdeh isə əmlaklara qanuni əsaslarla sahiblik edən şəxs olmuşdur.
59. Belə ki, MPM-in tələblərinə maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və ma ddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-in 76.1, 76.2-ci maddələri).
60. Maddələrin tələblərindən aydın olduğu kimi, mübahisələrin məhkəmə baxışı zamanı tərəflərin əsaslandığı halların həqiqiliyini və iş üçün əhəmiyyət kəsb edən digər halların mövcudluğunu müəyyən etmək üçün məhkəmələrin qanunla müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur ki, bu sübutlara yazılı sənədlər, şahid ifadələri, ekspert rəyləri və s. aiddir.
61. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı tərəflərin bərabərlik prinsipini əks etdirməklə, hər bir tərəfin üzərinə onun irəli sürdüyü dəlillərinin özü tərəfindən sübut edilməsini ehtiva edir.
62. MPM-nin sübutetmə yükü ilə bağlı müddəalarında aşağıdakılar müəyyən edilmişdir: məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (MPM-in 14.2, 77.1, 80, 81-ci maddələri).
63. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2006-cı il 31 may tarixli, 2018-ci il 11 iyun tarixli qərarlarında sübutların qiymətləndirilməsi ilə bağlı məsələyə qiymət verilərkən göstərilmişdir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir”. “Məhkəmə, sübutların qiymətləndirilməsinin nəticələrini öz qərarlarında ətraflı və aydın şəkildə əks etdirməlidir. Məhkəmə prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş bütün sübutların qəbul edilməsinin və ya edilməməsinin motivləri, o cümlədən qərarın əsasla ndırılması üçün hər hansı sübutların əsas götürülməsi və digər sübutların rədd olunmasının əsasları, həmçinin bir sübuta münasibətdə digər sübuta üstünlük verilməsinin əsasları aydın göstərilməlidir.”
64. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi Müqavilə, ona Əlavə və Razılaşma və şahid ifadəsi əsasında hüquqi qiymətləndirməni yuxarıda istinad edilmiş mülki prosessual qanunvericiliyin tələblərinə və onlara verilmiş şərhə əsasən düzgün aparmışdır.
65. Məhkəmə kollegiyasının qənaətincə apellyasiya məhkəməsi mövcud mübahisə ilə bağlı işin hallarına qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymətini vermiş və düzgün nəticəyə gəlmişdir.
66. Qeyd edilənləri nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində göstərilən dəlillər Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 13 sentyabr tarixli, 2-2(103)-841/2021 saylı qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz.
67. MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
68. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 13 sentyabr tarixli, 2-2(103)-841/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.