Məhkəmə qərarları › İş №2-2(102)-605/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-605/2024

06.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-605/2024 06.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: Müqavilə öhdəliklərindən irəli gələn mübahisələr, kredit müqaviləsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Əliyev Zaur Əli oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə iddiaçı Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh "xxxx" Məhdud Məsul iyyətli Cəmiyyətinə qarşı pulun tutulması tələbinə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 4 iyul tarixli 2-2(103)-30/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. “X1 (CDB)” Açıq Səhmdar Cəmiyyəti ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 2017-ci il 9 mart tarixli CBHK-0028-01 nömrəli kredit xətti müqaviləsinə əsasən, “X1 (CDB)” Açıq Səhmdar Cəmiyyəti tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 12 ay müddətinə illik 9 faiz dərəcəsi ilə 1.741,360 ABŞ dolları məbləğində dövriyyə vəsaitlərinin artırılması üçün kredit xətti açılmışdır. 2. 41 ədəd sifarişdən və nağd pulun mədaxili üçün elana əsasən, ləğv prosesində olan "xxxx" Açıq Səh mdar Cəmiyyəti tərəfindən cavabdehə ümumilikdə 461.641,32 ABŞ dolları məbləğində pul verilmişdir. 3. 2023-cü il 4 may tarixli **********282 saylı maliyyə arayışına görə, cavabdehin 2023cü il 1 may tarixinə 2017-ci il 9 mart tarixli CBHK-0028-01 nömrəli kredit xətti müqaviləsinə əsasən 358.417,14 ABŞ dolları əsas borc, 807,76 ABŞ dolları faiz borcu, 164.752,06 ABŞ dolları cərimə, kredit xətti müqaviləsinin müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2014-cü il 24 dekabr tarixli Plenum qərarına əsasən hesablanmış 92.192,56 ABŞ dolları faiz borcu olmaqla, cəmi 616.169,52 ABŞ dolları təşkil edir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

4. Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunu n (bundan sonra – “iddiaçı”) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən 358.417,14 ABŞ dolları əsas borcun, 807,76 ABŞ dolları faiz borcunun, 164.752,06 ABŞ dolları cərimənin, 92.192,56 ABŞ dolları əsas borca illik 5 faizlə hesablanmış borcun, cəmi 616.169,52 ABŞ dolları kredit borcunun, eləcə də iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə onunla əsaslandırılmışdır ki, “X1 (CDB)” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – “CDB”) ilə cavabdeh arasında bağlanmış 2017-ci il 9 mart tarixli CBHK-0028-01 nömrəli kredit xə tti müqaviləsinə (bundan sonra – “müqavilə”) əsasən cavabdehə 12 ay müddətinə illik 9 faiz dərəcəsi ilə 1.741.360 ABŞ dolları məbləğində dövriyyə vəsaitlərinin artırılması üçün kredit xətti açılmışdır. İddiaçının səhmdarlarının növbədənkənar ümumi yığıncağının 2017-ci il 17 aprel tarixli, 04 nömrəli protokoluna əsasən, CDB-nin iddiaçıya qoşulması şəklində iddiaçının yenidən təşkil edilməsi, CDB-nin fəaliyyətinə xitam verilməklə hüquq və vəzifələrinin (aktiv və öhdəliklərinin) yenidən təşkil olunan iddiaçıya keçirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X2 Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 2017-ci il 30 may tarixli çıxarışa əsasən iddiaçı CDB-nin ona qoşulması nəticəsində yenidən təşkil edilmiş və həmin hüquqi şəxsin hü quqi varisidir. Kredit xətti müqaviləsinin 3.4.2-ci bəndinə əsasən cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. Kredit xətti müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********681 saylı 2021-ci il 4 mart tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh iddiaçıya heç bir cavab verməmiş və kredit borcunun qaytarılmasını təmin etməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni iddiaçının fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, c avabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, iddiaçı öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi.

6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 2023-cü il 17 mart tarixli 9/854 nömrəli ekspert rəyinə əsasən: - Cavabdehin iddiaçıya 2018-ci il 9 mart tarixinə (müqavilə müddətinin sonuna) 1.077.545,07 ABŞ dolları - əsas borc üzrə 1.077.006,56 ABŞ dolları, - faiz borcu üzrə 538,51 ABŞ dolları, - 2021-ci il 26 fevral tarixinə (iddia tarixinə) 417.774,35 ABŞ dolları, - əsas borc üzrə 406.922,03 ABŞ dolları, - faiz borcu üzrə 0,00 ABŞ dolları, - faiz borcu (illik 5%-lə) 10.852,32 ABŞ dolları müəyyən edilmiş, - həmçinin hesabdan çıxarış məlumatlarına əsasən, 2021-ci il 6 apr el tarixindən 2021-ci il 25 may tarixinədək ümumilikdə 48.504,89 AZN məbləğində ödəniş edilmiş və əsas borca silinmişdir. - 48.504,89 AZN məbləğində ödəniş nəzərə alınmaqla 369.269,46 AZN (417.774,35 - 48.504,89) məbləğində, o cümlədən əsas borc üzrə 358.417,14 ABŞ dolları, faiz borcu üzrə 0,00 ABŞ dolları, faiz borcu (illik 5%- lə) 10.852,32 ABŞ dolları borc qalmışdır.

7. Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, iddiaçı tərəfindən cavabdehə kredit verilməmişdir, bunu təsdiq edən sübutlar iş materiallarına əlavə edilməmişdir. Eyni zamanda ekspert rəyi də sübut kimi qəbul edilməməlidir.

8. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-ci il tarixli e-2-2(113)-25/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 358417,14 ABŞ dolları əsas borc, 17.000 ABŞ dolları cə rimə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2014-cü il 24 dekabr tarixli Plenum qərarına əsasən 49680,84 ABŞ dolları faiz borcu, cəmi 425097,98 ABŞ dolları kredit borcun ödənildiyi gün Azərbaycan manatı məzənnəsi ilə tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim Z.Pirverdiyev).

9. Məhkəmə, ekspert rəyi ilə (bax §6) razılaşaraq qeyd etmişdir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, ekspertin gəldiyi nəticə, ona ekspertiza tədqiqatının aparılması üçün təqdim olunmuş sənədlər tədqiq olunmaqla əldə olunmuş və iş materiallarına əlavə olunmuş sübutlara (sənədlərə) və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır.

10. Məhkəmə onu da qeyd etmişdir ki, tədqiqat zamanı cavabdehin iddiaçıya olan müqavilə üzrə 358417.14 ABŞ dolları məbləğində əsas kredit borcu iş materialları və ekspert rəyi ilə təsdiq olunduğundan həmin məbləğ iddiaçının xeyrinə tutulmalıdır.

11. Məhkəmə faiz borcu ilə bağlı bildirmiş ki, iddiaçı tərəfindən verilmiş iddia tələbinin həcminin artırılması barədə ərizənin məzmunundan görünür ki, iddiaçı kredit xətti müqaviləsinə əsasən faiz borcu üzrə 807,76 ABŞ dolları məbləğində borc hesablamışdır. Ekspert rəyində isə 2018-ci il 9 mart tarixinə (müqavilə müddətinin sonuna) faiz borcu 538,51 ABŞ dolları müəyyən edildiyindən, cavabdeh tərəfindən 2018-ci il 12 mart tarixində 12784,48 ABŞ dolları ödəniş olunduğundan, həmin ödəniş məbləğinin 1346,26 ABŞ dolları məbləği faiz borcuna silindiyindən, cavabdehin 2018-ci il 12 mart tarixinə müqavilə üzrə faiz borcu qalmadığından cavabdeh m üqavilə üzrə öhdəliklərini faiz borcuna münasibətdə tam icra etdiyindən hazırda həmin borcun qaytarılması öhdəliyini daşımır və iddia qeyd edilən müqavilə üzrə faiz borcuna münasibətdə təmin edilə bilməz.

12. Məhkəmə iddia tələbinin cərimənin tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, həmin tələb tərəflər arasında müqavilədən irəli gəlsə də, müqavilə üzrə tələb olunan dəbbə pulu əsas borc məbləği əsas götürülməklə hesablanmalıdır. Odur ki, əsas məbləğə tənasübsüz surətdə yüksək məbləğ olduğundan cərimə azaldılmalı və 17.000 ABŞ dolları dəbbə pulu cavabdehdən tutulmalıdır.

13. Bundan başqa məhkəmə iddia tələbinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2014-cü il 24 dekabr tarixli Plenum qərarına əsasən tələb olunan faiz borcu ilə bağlı qeyd etmişdir ki, cavabdeh müqavilə öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini lazımınca yerinə yetirmədiyindən, həmin hissədə iddia tələbi əsaslıdır.

14. Məhkəmə qeyd etmişdir ki, ekspert rəyi ilə 2021-ci il 26 fevral tarixinə (iddia tarixinə) 10852,32 ABŞ dolları məbləğində faiz borcu hesablanmış, iddiaçı tərəfindən 2023-cü il 10 may tarixində iddia tələbinin həcminin artırılması barədə ərizə verilmiş və həmin ərizəyə əsasən sözügedən əsasla 2023-cü il 1 may tarixinədək olan dövr üzrə faiz borcu tələb edilmişdir. 2021-ci il 26 fevral tarixindən 2023-cü il 1 may tarixinədək olan vaxt 26 ayı əhatə edir. Bu halda kredit müqaviləsinin müddəti bitdikdən sonrakı dövr üzrə faiz borcu 49680,84 ABŞ dolları (358417.14 x 5% / 12 x 26 ay = 38828,52 + 10852,32 = 49680,84) təşkil etdiyindən məhkəmə hesab etmişdir k i, müqavilə üzrə müqavilə müddətinin bitdiyi tarixdən hesablanmış faiz borcuna görə 49680,84 ABŞ dolları iddiaçının xeyrinə tutulmalıdır.

15. Gəldiyi nəticəni məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 14.1, 385.1, 442, 448.1, 467, 739.1, 739.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 80, 88, 103.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

16. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin Konstitusiya Məhkəməsinin 2014-cü il 24 dekabr tarixli Plenum qərarına əsasən faiz borcunun və cərimə borcunun tutulması hissəsində ləğv edilməsini və həmin hissədə iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir.

17. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 2023-cü il 20 dekabr tarixli 9/8725 nömrəli ekspert rəyinə əsasən: - 2018-ci il 9 mart tarixinə (müqavilə müddətinin sonuna) əsas borc 1.077.006,56 ABŞ dolları - faiz borcu 538,51 ABŞ dolları - 2021-ci il 26 may tarixinə (son ödəniş tarixinə) əsas borc 358417,14 ABŞ dolları - faiz borcu 0,00 ABŞ dolları - faiz borcu (illik 5%-lə) 15745,47 ABŞ dolları müəyyən edilmişdir.

19. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 2024-cü il 23 may tarixli, 9/1944 nömrəli ekspert rəyinə əsasən: - 2018-ci il 9 mart tarixinə (müqavilə müddətinin sonuna) 1.077.545,07 ABŞ dolları - əsas borc üzrə 1.077.006,56 ABŞ dolları, - faiz borcu üzrə 538,51 ABŞ dolları, - 2023-cü il 1 may tarixinə (iddia tələbi artırılan tarixə) 408.757,79 ABŞ dolları - əsas borc 385.417,14 ABŞ dolları - faiz borcu 0,00 ABŞ dolları - faiz borcu (5%-lə hesablanmış) 50.340,65 ABŞ dolları - həmçinin qeyd olunmuşdur ki, CDB-dən təqdim olunmuş cavabdehə dair ssuda hesabından çıxarış və hesabdan çıxarış məlumatlarından göründüyü kimi ümumilikdə 1.173.000,00 olmaqla cavabdehin hesabına bank tərəfindən tranşlarla pul vəsaitləri köçürülmüşdür.

20. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 20 24-cü il 4 iyul tarixli 2-2(103)-30/2024 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi illik 5 %-lə faiz borcunun tutulması hissəsində dəyişdirilərək, cavabdehdən iddiaçının illik 5 %-lə hesablanmış 50340,65 ABŞ dolları pul tutulmuş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – V.Baxışova, hakimlər – R.Qurbanov və Z.Şirinov).

21. Məhkəmə qeyd etmişdir ki, cavabdehin istifadə etdiyi kredit xətti məbləğinin işdəki sənədlərə əsasən həqiqətən 1.173.000 ABŞ dolları olduğu 2024-cü il 23 may tarixli ekspert rəyi (bax §19) ilə bir daha təsdiq edildiyindən əsas borcla bağlı hissədə iddianın rədd edilməsi üçün qanuni əsaslar müəyyən edilmir.

22. Bank tərəfindən apellyasiya instansiyası mərhələsində təqdim edilmiş sənədlərin sübut qismində qəbul edilməsinə cavabdehin etirazı ilə bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən birinci instansiya mərhələsində iddianın əsaslı olduğunu təsdiq edən kifayət qədər sübutlar, o cümlədən hesabdan çıxarışlar təqdim edilmiş, apellyasiya instansiyası mərhələsində isə iddiaçıya hesabdan çıxarışdakı əməliyyatların həqiqiliyinin yoxlanılması üçün həmin əməliyyatları təsdiq edən sənədlərin təqdim edilməsi təklif edilmişdir. Göstərilənlərə əsasən məhkəmə bildirmişdir ki, məhkəmə mühasibatlıq ekspertizasının həyata keçirilməsi üçün zəruri olan həmin sübutların qəbul edilməsi prosessual normaların tələblərinə zidd sayıla bilməz.

23. Eyni zamanda 2024-cü il 23 may tarixli ekspert rəyin ə (bax §19) əsasən, 2023-cü il 1 may tarixinə (iddia tələbinin həcmi artırılarkən illik 5 faizlə borcun hesablandığı tarix) cavabdeh tərəfindən iddiaçıya pul öhdəliyinin icrasının gecikdirilməsinə görə illik 5%-lə ödənilməli olan faiz borcu 50340,65 ABŞ dolları təşkil etmişdir.

24. Buna görədə birinci instansiya məhkəməsi tərəfindən cavabdehdən pul öhdəliyinin icrasının gecikdirilməsinə görə tutulmuş faiz borcu düzgün müəyyən edilmədiyindən mübahisələndirilən qətnamə həmin hissədə dəyişdirilərək cavabdehdən iddiaçının xeyrinə illk 5 %-lə hesablanmış 50340,65 ABŞ dolları pul tutulmalıdır.

25. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 2.8-ci bəndində nəzərdə tutulmuşdur ki, müəyyən edilmiş qaydada ödəniş qaydasının pozulmasına (ödəniş vaxtında edilmədikdə) görə tətbiq olunan cərimə-ge cikdirilmiş hər günə görə illik 18%-lə müəyyən edilmişdir. İddiaçı tərəfindən əsas borcun təxminən yarısı qədər tələb edilən 164752,06 ABŞ dolları cərimə məbləği tənasübsüz şəkildə yüksək olduğundan məhkəmə tərəfindən düzgün olaraq azaldılmış və 17.000 ABŞ dolları məbləğində (əsas borcun 5%nə yaxın) müəyyən edilmişdir.

26. Məhkəmə qeyd etmişdir ki, cərimə borcu ilə bağlı hissədə məhkəmənin mövqeyi qanuna və məhkəmə təcrübəsinə uyğun olduğundan tutulmuş cərimə borcunun artırılması üçün əsaslar müəyyən edilmir.

27. Eyni zamanda cavabdeh tərəfindən kredit öhdəliyi üzrə sonuncu ödənişin 2021-ci il 26 may tarixində həyata keçirildiyini məhkəmə nəzərə alaraq hesab etmişdir ki, müqavilə şərtlərinə uyğun cərimə hesablanması əsaslıdır və həmin hissədə iddianın rədd edilməsi üçün əsaslar müəyyən edi lməmişdir.

28. Gəldiyi nəticəni apellyasiya məhkəməsi MM-in 385.1, 442, 445.7, 448.1, 467, 739.1, 739.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

29. Cavabdeh kassasiya şikayəti verərək, apelyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

30. MPM-in 14.2-ci maddəsi üzrə - İş üzrə birinci instansiya məhkəməsində üç dəfə mühasibatlıq ekspertizası təyin edilmiş lakin rəy verilməsi mümkün olmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən sonuncu dəfə 2023-cü il 19 yanvar tarixində ekspertiza təyin edilmişdir. Lakin ekspert bu dəfə məhkəmədən sübut tələb etmədən 2023-cü il 17 mart tarixli, 9/854 nömrəli rəy (bax §6) tərtib edərək belə qərara gəlmişdir ki, cava bdehin iddiaçıya iddia tarixinə 358.417,14 ABŞ dolları əsas borc, 10.852,32 ABŞ dolları illik 5 % hesablanmaqla faiz borcu qalmışdır.

31. Cavabdeh §18-də göstərilən 2023-cü il 20 dekabr tarixli ekspert rəyinə istinadən qeyd edir ki, ekspert "iş materiallarında olan hesabdan çıxarış məlumatları, ödəniş tapşırıqları, xarici valyutanın alqı-satqısı üçün sifariş sənədləri, müddətli öhdəçilik və s. sənədlərə" və kredit müqaviləsinin şərtlərinə əsasən rəy verdiyini qeyd etməklə kifayətlənmiş, amma hər bir tranzaksiya üzrə göstərilən kredit məbləğindən cavabdehin istifadə etdiyi qənaətinə konkret olaraq hansı bank sənədləri əsasında gəldiyini göstərməmişdir. Kreditdən istifadə ilə bağlı ekspertin qənaəti heç bir konkret bank sənədi ilə əsaslanmamışdır. İşdə olan və ekspertin qeyd etdiyi ümumi sən ədlər toplusu isə cavabdehin təkcə kredit vəsaitlərindən deyil, eləcə də özünün və digər mənbələrdən olan vəsaitlərin istifadəsinə aiddir. Ekspert həmin sənədlərin içindən yalnız kredit məbləğinin istifadəsinə dair sənədləri seçib rəydə göstərməli olduğu halda, bunu da etməmişdir.

32. Cavabdehin vəsatəti əsasında məhkəmə tərəfindən 2024-cü il 16 fevral tarixli qərardadla iş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş lakin ekspert tərəfindən bu dəfə də eyni məzmunlu rəy tərtib edilmişdir. Məhkəmə iclasında cavabdeh tərəfindən ekspert rəyinin sübut kimi qəbul edilməməsi barədə əsaslandırılmış vəsatət verilsə də məhkəmə vəsatətə baxmamışdır. Nəticədə cavabdehin apellyasiya şikayətindəki və vəsatətlərindəki arqumentlərinə münasibət bildirilməyərək qanunsuz qətnamə çıxarılmışdır.

33. Eyni zamanda iddiaçı kredit müqaviləsini, ssuda hesabından çıxarışları, maliyyə arayışını, ödəniş qəbzlərini, kassa məxaric orderlərini təqdim etmədiyi halda məhkəmə öz mülahizələrinə əsaslanaraq qanunsuz qətnamə qəbul etmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi sənədlərin isə işin faktiki hallarına aidiyyatı olmamışdır.

34. MPM-in 77.1-ci maddəsi üzrə - iddiaçı öz tələbini yalnız yuxarıda qeyd olunan sənədləri təqdim etdiyi halda sübut edə bilərdi. Lakin, ekspertin və məhkəmənin dəfələrlə tələbinə baxmayaraq o həmin sənədləri məhkəməyə təqdim edə bilməmişdir. Lakin, məhkəmə ekspertin rəyinə əsaslanaraq belə nəticəyə gəlmişdir ki, iddiaçı cavabdehin borclu olduğunu sübut edə bilmişdir. Cavabdehin vəsatətlərdə göstərdiyi dəlillərinə isə ümumiyyətlə münasibət bildirməmişdir.

35. MPM-i n 81-ci maddəsi üzrə - iddiaçı kredit xətti müqaviləsində nəzərdə tutulan kredit məbləğinin hamısını, ən azından 774.066,59 ABŞ dollarını cavabdehə verdiyini qanunvericiliklə müəyyən edilmiş qaydada sübuta yetirə bilməmişdir. İş üzrə verilmiş ekspertiza rəyində də cavabdehə ümumulikdə 1.173.000 ABŞ dolları kredit verilməsinə dair gəldiyi nəticə də qanunvericiliklə müəyyən edilmiş sübutlara əsaslanmamışdır. Belə olduğu təqdirdə ekspertin faiz hesablaması və borcun qalıq hissəsinin müəyyən edilməsi barədə nəticəsi də əsaslı sayıla bilməzdi. Lakin hər iki məhkəmə instansiyası qanunun tələblərini pozaraq ekspert rəyini sübut kimi qəbul etmiş və həmin sübuta əsaslanaraq qanunsuz qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

36. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri

37. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

38. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

39. Azərbaycan Respublikasının aşağı dakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

445. Borclunun icranı gecikdirməsi... 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər....” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə

467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.” “Maddə

739. Borc müqaviləsinin anlayışı və forması 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır....”

40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazı mi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiya məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.

42. Ca vabdehin kassasiya şikayətinin dəlillərinin mahiyyəti bundan ibarət olmuşdur ki, iddiaçı kredit müqaviləsini, ssuda hesabından çıxarışları, maliyyə arayışını, ödəniş qəbzlərini, kassa məxaric orderlərini təqdim etmədiyi halda məhkəmə öz mülahizələrinə əsaslanaraq düzgün olmayan ekspert rəyi əsasında qanunsuz qətnamə qəbul etmişdir.

43. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1ci maddəsi). 44. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəb ul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).

45. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə raz ılaşmayaraq qeyd edir ki, işdən göründüyü kimi ləğv prosesində olan bank tərəfindən birinci instansiya mərhələsində iddianın əsaslı olduğunu təsdiq edən kifayət qədər sənədlər, o cümlədən hesabdan çıxarışlar təqdim edilmiş, apellyasiya instansiyası mərhələsində isə iddiaçıya hesabdan çıxarışdakı əməliyyatların həqiqiliyinin yoxlanılması üçün həmin əməliyyatları təsdiq edən sənədlərin təqdim edilməsi təklif edilmiş və iddiaçı tərəfindən həmin sübutlar da təqdim edilmişdir.

46. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi cavabdehin mübahisələndirdiyi ekspert rəylərini digər sübutlarla yanaşı qiymətləndirərək, ekspert rəylərinin mötəbər sübut kimi qəbul edilməsinə dair gəldiyi nəticəni əsaslandırmış, kassator isə şikayətində məhkəmənin həmin mövqeyini tək zib edən və ekspert rəylərinin mötəbərliyini şübhə altına alan konkret sübutlara istinad etməmişdir.

47. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

48. Qeyd edilənləri nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş kassasiya şikayətində göstərilən dəlillər Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 4 iyul tarixli 2-2(103)-30/2024 nömrəli qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz.

49. Göstərilənlərə və MPM-in 417-419-cu maddələrinə əsasən məh kəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 4 iyul tarixli 2-2(103)-30/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar