Məhkəmə qərarları › İş №2-2(102)-606/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-606/2021

14.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-606/2021 14.12.2021 ALİ MƏHKƏMƏ Kommersiya Kollegiyasının İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə Açar sözlər: borcun ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakimlər Məmmədli Bəhram Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qəribov Bəhman Fərhad oğlu, Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Cəfərli Aminə Əliəsgər qızının katibliyi ilə, İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin Cavabdeh Məhdud Məsuliyyəti Cəmiyyətinə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya işi üzrə cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 13 iyul tarixli 2-2(103)-750/2021 saylı qə tnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. İ. İŞİN HALLARİ

1. İş materiallarında olan iddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti (bundan sonra –“AT”) ilə Cavabdeh Məhdud Məsuliyyəti Cəmiyyəti (bundan sonra – “AN”) arasında bağlanmış 2020-ci il 16 mart tarixli AZTX/086 saylı icarə müqaviləsindən (bundan sonra – “İcarə Müqaviləsi”) görünür ki, “İcarəyə verən” (AT) müqavilənin əlavələrində qeyd olunmuş “İcarə obyektini” (ağır texnikalar, yük maşınları və digər nəqliyyat vasitələri) bu müqavilə şərtləri çərçivəsində istifadə üçün “İcarəçi”yə (AN) verməyi, İcarəçi isə həmin icarə obyektini bu müqavilə şərtləri çərçivəsində istifadə etməyi və bunun qarşılığında Əlavələrdə götərilmiş icarə haqqını ödəməyi öz öhdələrinə götürmüşlər.

2. Görülmüş işlərin ümumi məbləği iş materiallarında olan 2020-ci il 8 may tarixli təhvil-təslim aktına əsasən 11.866,43 manat, 2020-ci il 8 iyun tarixli təhvil-təslim aktına əsasən 11.342,36 manat və 2020-ci il 7 iyul tarixli təhvil-təslim aktına əsasən 6.882,22 manat təşkl etmişdir.

3. AN-a icarəyə verilmiş nəqliyyat vasitəsinə görə borc iş materiallarında olan 2020-ci il 10 iyun tarixli, EBAK seriyalı, 942360 saylı elektron qaiməyə (bundan sonra – “942360 saylı elektron qaimə”) əsasən 11.342,36 manat və 2020-ci il 13 iyul tarixli, EBAM seriyalı, 328260 saylı elektron qaiməyə (bundan sonra – “328260 saylı elektron qaimə”) əsasən 6.882,22 manat təşkil edir.

4. İş materiallarında olan Maliyyə arayışına əsasən İcarə Müqaviləsi əsasında icarəyə verənə məxsus texnikalar 2020-ci ilin mart ayından iyul ayınadək icarəçinin təyin e tdiyi ərazilərdə fəaliyyət göstərdiyi, həmin aylar ərzində 28.810,41 manat əsas məbləğ və 5.185,87 manat ƏDV məbləğində icarə haqqı hesablandığı, icarəçi tərəfindən icarəyə verənə 19.000 manat əsas məbləğ və 3.420 manat ƏDV məbləği ödəniş həyata keçirildiyi, 9.810,41 manat əsas məbləğ və 1.765,87 manat ƏDV məbləği borcu mövcud olduğu, İcarə Müqaviləsinin 4.10-cu bəndinə əsasən gecikən gün üzrə 0,01 faiz məbləğində 103,36 manat əsas məbləğ və 18,60 manat ƏDV cərimə məbləği hesablandığı qeyd olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. AT 2021-ci il 14 yanvar tarixində iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək İcarə Müqaviləsinə əsasən icarə üzrə borc və gecikdirilmiş günlər üzrə cərimələr də daxil olmaqla olmaqla ümumilik də 11.750,80 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun AN-dan tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi yuxarıda §§ 1-4-də göstərilən hallarla əsaslandırılmış və əlavə oluraq qeyd edilmişdir ki, mübahisənin məhkəməyə qədər nizama salınması üçün AN-dan dəfələrlə pulun ödənilməsi tələb olunmuş, bundan əlavə 2020-ci il 2 noyabr tarixində müqavilədən irəli gələn öhdəliklərin icrası barədə Pretenziya məktubu göndərilmiş, əsas borc və bundan əlavə müqaviləyə əsasən hər gecikdirilmiş gün üçün cərimə məbləğinin ödənilməsi tələb edilmiş, öhdəliyin icrası üçün 14 gün müddət təyin edilmişdir.

7. İddia tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 14.2.1, 373, 389.1, 390.1, 442-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsin in (bundan sonra – “MPM”) 24.1, 26.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

8. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 10 mart tarixli e-2-2(113)-979/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, 11.576,28 manat məbləğində əsas borc və 100 manat cərimə olmaqla ümumilikdə 11.676,28 manat məbləğində pul vəsaitinin AN-dən tutularaq AT-yə ödənilməsi, iddia qalan hissədə rədd edilməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 29,8 manat məbləğində pul vəsaitinin AN-dən tutularaq AT-yə ödənilməs qət edilmişdir (hakim – F.Qasımov).

9. Birinci instansiya məhkəməsinin iş üzrə mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında icarə müqaviləsinin bağlanması, AN-ın üzərinə götürdüyü öhdəliklərə tam əməl etməməsi, müqavilə üzrə 11.576,28 manat borcunu n yaranması işin halları ilə təsdiq olunur. Buna görə də iddianın icarə haqqı üzrə yaranmış borcun ödənilməsi hissəsi təmin edilməlidir. Lakin 11.576,28 manat əsas borca 174,52 manat dəbbə pulu hesablanmasını əsaslı deyildir. Hesablanmış dəbbə pulunun miqdarı azaldılaraq 100 manat miqdarında müəyyən edilməlidir.

10. Məhkəmə öz qətnaməsini MM-in 462.1, 463.1, 467, 675, 684.1, 700.1, 700.3-cü, MPM-in 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

11. AN 2021-ci il 3 may tarixində apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 13 iyul tarixli 22(103)-750/2021 saylı qətnaməs i ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya məhkəməsinin 2021-ci il 10 mart tarixli e-2-2(113)-979/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – R.Qurbanov, hakimlər – Z.Şirinov və İ.İbrahimli).

13. Apellyasiya instansiya məhkəməsinin iş üzrə mövqeyi aşağıdakı kimi olmuşdur. 13.1 AT müqavilə üzrə öz üzərinə düşən öhdəliyi icra edərək icarə obyektini AN-a icarəyə vermiş, lakin AN müqavilə tələblərini əhəmiyyətli dərəcədə pozaraq, icarə haqlarını tam olaraq AT-yə ödəməmişdir. 13.2 Belə ki, iş materiallarında olan 942360 və 328260 saylı elektron qaimələr tərtib edilərək, cavabdeh AN-dən müvafiq olaraq 11.342,36 manat və 6.882,22 manat məbləğində icarə haqqının ödənilməsi tələb edilmişdir. 13.3 AN də həmin elektron qaimələri qəbul etmiş, onlara dair hər ha nsı etirazını bildirməmişdir. Həmin elektron qaimələr elektron qaydada oxunmuş, iddiaçıya qaytarılmamış, dolayısı ilə elektron qaimələr bəyənilməklə həmin dəyərdə icarə haqqının ödənilməsi qəbul edilmişdir. 13.4 İcarə haqlarının tam ödənilməməsi faktını AN özü də apellyasiya şikayətində etiraf edir. 13.5 Əgər AN-in bildirdiyi kimi, həqiqətən də texnikalarda müəyyən nasazlıqlar yaransaydı, AN, AT tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını AT-yə bildirərdi. Lakin hazırkı işdə bu hal mövcud deyil. 13.6 Bu hal isə AN tərəfindən AT-nin təqdim etdiyi texnikaların bəyənilməsi və həmin texnikaların icarə haqqının ödənilməsinin qəbul edilməsi mənasına gəlir. 13.7 Bu baxımdan, AT müqavilə üzrə ödənilməli olan, lakin ödənilməyən 11.576,28 manat məbləğində icarə haqqının ödənilməsini tələb etməkdə tam haqlıdır. 13.8 İcarə Müqaviləsinin 4.10-cu bəndində də göstərilmişdir ki, faktura məbləğinin faktura tarixindən 5 iş günü ərzində ödəmədiyi halda illik 5%-i keçməmək şərti ilə günlük 0,01 % gecikmə faizi hesablanacaq. İcarəçi icarə haqlarını faktura tarixindən 5 iş günü ərzində ödəyəcəyini bəyan və qəbul edir. 13.9 942360 və 328260 saylı elektron qaimələrin tarixləri və ödənilməli olan məbləğlərlə hazırkı iddianın verildiyi tarix müqayisə olunduqda AT birinci instansiya məhkəməsinin müəyyən etdiyi məbləğdə cərimə pulunu tələb etməkdə haqlıdır.

14. Apellyasiya instansiyası məhkəməsi öz qətnaməsini MM-in 462.1, 467, 700.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

15. AN 20 21-ci il 1 sentyabr tarixində kassasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri

16. AN müqavilə öhdəliyini yerinə yetirərək, əvvəlki aylar üzrə icarə haqqını AT-yə ödəmişdir. Lakin müqavilənin şərtləri AT tərəfindən pozulmuşdur. Çünki müqavilənin şərtlərinə görə, AT icarəyə saz və istifadəyə yararlı texnikalar təqdim etməli, iş prosesində texnikalar icarəyə yararlı olmalı idi. Lakin texnikalarda müəyyən nasazlıqlar yarandığından tam istifadə olunmamışdır. Buna görə də texnikaların istifadəsi dayandırılmış və istifadə olunmadığı üçün ödənişlər də dayandırılmışdır. Məhkəmə isə bu halları nəzərə almamış, qətnamə qəbul edərkən bu hallara istinad etməmişdir. Bütün bu hallar onu deməyə əsas verir ki, hazırkı işə məhkəmə tərəfindən qanunvericiliyin əsas götürdüyü prinsip və tələblərdən (qanunun aliliyi, ədalət, tərəflərin qanun qaşısında bərabərliyi və s.) irəli gələrək hüquqi qiymət verilməmiş, habelə iş üzrə mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, nəticədə düzün olmayan məhkəmə aktı qəbul etmişdir.

17. Kassasiya şikayəti MPM-in 217, 220.4, 386, 418.1, 418.2, 418.3-cü maddələrinə istinad etməklə əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iştirak edən olmadı. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

22. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qi ymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

23. MM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə bor clu deyildir....” “Maddə

463. Dəbbə pulu haqqında razılaşmanın forması 463.1. Dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır....” “Maddə

467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.” “Maddə

675. Əmlak kirayəsi müqaviləsi Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.” “Maddə

684. Əmlak kirayəsi üçün ödəniş müddəti 684.1. Əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir....” “Maddə

700. İcarə müqaviləsi 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.... 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaql a, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.”

24. MPM-in müvafiq müddəalarında (2021-ci il 1 oktyabr tarixinədək qüvvədə olan redaksiyada) aşağıdakılar nəzərdə tutulur: “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir....”

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın (2021-ci il 2 fevral tarixinədək qüvvədə olan redaksiyada): “3.9. ƏDV ödəyicisi o lan şəxslər tərəfindən elektron qaimə-faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur.” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası işin materiallarını araşdıraraq şikayətçinin dəlilini (bax yuxarıda § 16) əsassız hesab edir, apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və əlavə olaraq aşağıdakıları bildirməyi zəruri hesab edir.

27. Eyni dəlillər apellyasiya şikayətində də qeyd olunmuş, bununla bağlı apellyasiya instansiyası məhkəməsi özünün əsaslandırılmış və qanuna uyğun mövqeyini əks etd irmişdir.

28. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə aşağıdakı səbəblərdən razılaşır.

29. Kassatorun bildirir ki, AN, AT tərəfindən icarəyə verilmiş avadanlığın nasaz olmasını əsas gətirərək icarə haqqının ödənilməsini dayandırmışdır.

30. Əvvəla, avadanlığın nasaz olması iş materialları öz təsdiqini tapmır. Halbuki MPM-in 77.1-ci maddəsinə (bax yuxarıda § 24) uyğun olaraq, həmin halın mövcudluğunun sübut olunması vəzifəsi məhz bu dəlilə istinad edən AN-in öz üzərinə düşürdü. Lakin AN lazımi sübutları təqdim etməmiş, bu vəzifənin öhdəsindən gələ bilməmişdir.

31. Bundan başqa, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından məlum olur ki, 2020-ci il 10 iyun və 13 iyul tarixlərində AT tərəfindən iki elektron qaimə tərtib edilərək AN-ə göndərilmişdir. AN tərəfindən isə həmin elektron qaimələr qəbul edilmiş, elektron qaydada oxunmuş, AT-yə qaytarılmamış, onlara dair hər hansı etiraz bildirilməmişdir.

32. Bu o anlama gəlir ki, hazırda texnikaların nasazlığına istinad edən AN həmin vaxt qüvvədə olan qanunvericiliklə (bax yuxarıda § 25) müəyyən edilmiş 5 gün müddətində elektron qaimələri təsdiqləməkdən imtina etməmiş (mübahisələndirməmiş), dolayısı ilə AT-nin təqdim etdiyi texnikaları və elektron qaimələri bəyənməklə müvafiq olaraq bu qaimələrlə ondan tələb edilən 11.342,36 manat və 6.882,22 manat məbləğində dəyərdə icarə haqqının ödənilməsini qəbul etmişdir.

33. Odur ki, məhkəmə kollegiyasının qənaətinə görə, kassasiya şikayətinin dəlilləri üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün hüquqi əsas(l ar) mövcud deyildir. Həmin qətnamə qanuni və əsaslıdır.

34. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 13 iyul tarixli 2-2(103)750/2021 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar