Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-607/2024 05.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı “X1” Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi, pul məbləğinin gecikdirilməsinə görə gecikdirilmiş vaxt üçün illik 5% tələbi (Mülki Məcəllə, maddə 445.7) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, iddiaçı “X1 Azərbaycan” QSC cavabdehlər "xxxx" MMC, Cavabdeh2 və Cavabdeh1 qarşı “5 faiz kredit borcunun qaytarılması” tələ binə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 4 iyul tarixli 2-2(103)-680/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. “X1 Azərbaycan” QSC ilə "xxxx" MMC arasında bağlanmış 2012-ci il 18 aprel tarixli kredit müqaviləsi ilə borcverən borcalana bu müqavilə ilə müəyyən olunmuş şərtlərlə kredit verməyi (70.000 manat, 18 ay müddətinə və illik 18 faiz dərəcəsi ödəmək şərti ilə), borcalan isə kredit üzrə almış olduğu bütün borc pul məbləğlərini bu müqavilə müəyyən edilmiş şərtlərlə və müddətlərdə borcverənə qaytarmasını öhdəsinə götürmüşdür.
2. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2016-cı il 18 yanvar tarixli 2(006)-81/2016 nömrəli qətnaməsi ilə iddiaçı “X1 Azərbaycan” QSC- nin kredit üzrə borcunun tutulması tələbinə dair iddiası qismən təmin olunmuş, cavabdehlər "xxxx" MMC, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iddiaçının xeyrinə 42.224 manat əsas, 2.951,46 manat faiz borcu, 287,04 manat cərimə, 7,50 manat müqavilə üzrə öhdəliklərini pozduqlarına görə cavabdehlərə bildirişlərin göndərilməsi üzrə poçt xidməti xərcləri olmaqla, cəmi 45.470 manat pulun tutulması qət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır.
3. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2016-cı il 18 yanvar tarixli 2(006)-81/2016 nömrəli icra vərəqəsi 2016-cı il 19 fevral tarixində icraya yönəldilmiş, Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsi tərəfindən 2021-ci il 6 iyul tarixində icra sənədi üzrə icraata başlanılmış, İcra Şöbəsi tərəfindən borclulara 2021-ci il 5 iyul və 2022-ci il 17 fev ral tarixlərində tələbin könüllü icra edilməsi barədə bildirişlər ünvanlanmışdır. Tələbin könüllü icra edilməsi barədə bildiriş borclu Cavabdeh2 tərəfindən 2023-cü il 4 avqust tarixində alınmışdır. Borclu Cavabdeh2 Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinə yazılı izahat verərək, icra sənədinin maddi imkanı olmadığı üçün icra edə bilmədiyini göstərmiş, borcu hissə-hissə ödəyə biləcəyini bildirmişdir.
4. Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin inkasso sərəncamları əsasında 2023-cü il 4 may tarixindən etibarən hər təqvim ayı borclu Cavabdeh2 vəsaitindən (yaşa görə aldığı pensiya) aylıq tutulmalar aparılır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat 5. “X1 Azərbaycan” QSC (bundan sonra – “iddiaçı”) 2023-cü il 13 noyabr tarixində "xxxx" MMC, Cavabdeh2 və Cavabdeh1 (bundan sonra – birlikdə “cavabdehlər”, ayrıayrılıqda müvafiq olaraq “MMC”, “Cavabdeh2” və “Cavabdeh1”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 42.224 manat ödənilməsinin gecikdirilməsi nəticəsində dəymiş zərərin əvəzi kimi 21.628.07 manat və mediasiya xərci əvəzi 210 manat pulun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, kredit müqaviləsindən (bax § 1) irəli gələn öhdəliyinin icrasının təmin еdilməsi məqsədilə Cavabdeh1 və Cavabdeh2 ilə bank arasında 2012-ci il 18 aprel tarixində bağlanmış zaminlik müqaviləsi ilə zamin borcalana zamin durmuş və qanunvericiliyə müvafiq olaraq zamin kimi bоrcalanın öhdəliklərinin lazımınca icra еdilməsinə görə оnunla tam birgə məsuli yyət daşımağına dair öhdəlik götürmüşdür. Lakin cavabdeh üzərinə götürdüyü öhdəlikləri tam, vaxtında və lazımi qaydada icra etmədiyi üçün məhkəməyə müraciət etmiş, cavabdehin 2016-cı il 18 yanvar tarixinə əsas borc üzrə 42.224 manat ödənilməmiş borcunun qalması qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə də təsdiq olunmuşdur (bax § 2). Cavabdeh 2016-cı il 18 yanvar tarixindən sonra bu günədək qətnaməni icra etməmiş və hazıradək də kredit müqaviləsindən irəli gələn öhdəliklər icra olunmaması səbəbindən, iddiaçının gecikdirilmiş vaxt üçün illik beş faiz tələb etmək hüququ yaranmışdır.
7. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 24 aprel tarixli e-2-2(113)-471/2024 nömrəli qətnaməsi ilə iddia rədd olunmuş, ödənilmiş 210 manat mediasiya xərci iddiaçının özünə aid edilməsi qət olunmuşdur (hakim – Ü.Həsənova).
8. Məhkəmə qeyd etmişdir ki, qüvvədə olan qanunvericiliyə müvafiq olaraq cavabdehlərin vurulmuş maddi ziyana görə məsuliyyət daşımaları üçün onların iddiaçıya birbaşa və ya zərər vurulması ilə nəticələnən hüquqa zidd əmələ təqsirli şəkildə yol vermiş olması tələb olunur. Hazırkı halda iddiaçı cavabdehlərin təqsiri nəticəsində ona maddi zərər vurulduğunu iddia etsə də, mülki qanunvericiliyin zərərin əvəzinin ödənilməsi ilə bağlı normasında göstərilən halların mövcudluğunu əsaslandıra bilməmiş, ona ziyan vurulması faktı və dəymiş zərər barədə məhkəməyə müvafiq sübutları təqdim edə bilməmişdir.
9. Bundan əlavə, Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsi tərəfindən 2021-ci il 6 iyul tarixində icra sənədi üzrə icraata başlanılmış, tələbin könüllü icra edilməsi barədə bildiriş 2023-cü i l 4 avqust tarixində borclu Cavabdeh2 təqdim edilmiş (icra işində bildirişin digər borclulara təqdim edilməsi ilə bağlı sənəd aşkar olunmamışdır), həmin tarixdən etibarən cavabdehlər tərəfindən qismən ödənişlər edilmişdir. Bu səbəbdən, məhkəmə cavabdehlərdən gecikdirilmiş vaxt üçün 5 faizlə hesablanmış vəsaitin tutulmasının ədalətlilik prinsipindən kənar olması qənaətinə gələrək, iddianı əsassız hesab etmişdir.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 1096 və 1097-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2021-ci il 14 aprel tarixli qərarlarına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2, 77.1, 78.1 və 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
11. İddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv və iddianın təmin olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 4 iyul tarixli 2-2(103)-680/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – Z.Şirinov, hakimlər – R.Qurbanov və V.Baxışova).
13. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddia tələbinin hüquqi əsasını MM-in 445ci maddəsi təşkil etmişdir. İddiaçı cavabdeh tərəfdən icranı gecikdirməsini sübut etməli idi. İşin müəyyən edilmiş halları ondan ibarət olmuşdur ki, 2023-cü il 4 may tarixindən etibarən hər təqvim ayı borclu Cavabdeh2 vəsaitindən (yaşa görə aldığı pensiya) aylıq tutulmalar aparılır. Tələbin könüllü icra edilməsi barədə bildiriş borclu Cavabdeh2 tərəfindən 2023-cü il 4 avqust tarixində alınmışdır. MM-in 445.5-ci maddəsinə əsasən, əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. İş materialları ilə borclunun təqsiri üzündən borcun gecikdirilməsi müəyyən olunmamışdır.
14. İddiaçı apellyasiya şikayətində qeyd etdiyi dəlilləri iddiada irə li sürdüyündən, eləcə də məhkəmə bu dəlillərə münasibət bildirdiyindən və kollegiya məhkəmənin arqumentasiyasını əsaslı və qanuni hesab etdiyindən, yenidən həmin dəlillərə münasibət bildirilməsinə zərurətin olmaması qənaətinə gəlinmişdir.
15. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 21.1, 21.2, 442 və 445-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarına istinad etməklə əsaslandırmışdır.
16. İddiaçı kassasiya şikayəti verərək həmin qətnamənin ləğv, iddia tələblərinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayə tinin dəlilləri
17. MM-in 445.7-ci maddəsi üzrə - Qanuni qüvvədə olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2016-cı il 18 yanvar tarixli 2(006)-81/2016 nömrəli qətnaməsi ilə cavabdehlərdən cəmi 45.470 manat və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması qət etmişdir. Lakin qeyd olunan qətnamənin qəbul edilməsindən keçən 8 ildən də artıq müddətdə həmin qətnamə ilə tutulması qət edilmiş məbləğ hazırkı iş üzrə cavabdehlər tərəfindən ödənilməmişdir.
18. Kassator apellyasiya məhkəməsinin bu qərarın 13-cü bəndində göstərilən mövqeyini vurğulayaraq bildirmişdir ki, mübahisənin belə tərzdə həll edilməsi, apellyasiya məhkəməsi tərəfindən MM-in 445.7-ci maddəsinin düzgün tətbiq olunmadığını təsdiq edir. 19. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi m üddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2014-cu il 24 dekabr tarixli qərarında qeyd olunmuşdur ki, “... kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər... Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə b ilmədikdə, MM-in 445.7-cimaddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən MM-in 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün MM-in 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kred it müqaviləsində nəzərdə tutula bilər. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini MM-in 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, MM-in 21.2-ci maddəsi və müvafiq hallarda MM-in 449.3-cü maddəsinə əsasən, onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır.”
20. Kredit borcunu vaxtında ödəməyərək, icranı gecikdirməklə cavabdeh banka faktiki olaraq zərər vurmuş olur. Belə ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etməklə fəaliyyət göstərilir. İcranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizl ərin ödənilməsi imkanı isə MM-in 445.7-ci maddəsində göstərilmişdir.
21. Apellyasiya məhkəməsi mübahisələndirilən qətnamənin hüquq normalarının tələblərinə cavab vermədiyini, qanunsuz və əsassız olduğunu nəzərə almadan, onu dəyişdirmədən saxlamaqla, birinci instansiya məhkəməsinin səhvlərini təkrarlamış və qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi üçün əsas yaratmışdır.
22. Qeyd olunmalıdır ki, Konstitusiya Məhkəməsinin yuxarıda istinad olunan 2014-cu il 24 dekabr tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqı qismində faizlərin, həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesabla nmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanı) ödənilməsini borcludan tələb edə bilər.
23. Mülki qanunvericiliyə əsasən, zərərin ödənilməsi tələbinin təmin olunması üçün sübut etmə yükü iddiaçının üzərinə qoyulsa da, MM-in 447.5-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Göründüyü kimi, istinad olunan maddə kreditoru gecikdirilmiş vaxt üçün illik beş faizədək zərərə məruz qaldığını sübut etmək yükündən azad etmişdir. Belə olan halda, apellyasiya məhkəməsinin öz qətnaməsini “borclunun təqsirinin olmaması” ilə əsaslandırması maddi hüquq normasının düzgün tətbiq edilməməsinə gətirib çıxarmışdır.
24. Analoji m übahisə ilə bağlı bankın MM-in 445.7-ci maddəsinə istinadən beş faiz məbləğində vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiasını təmin etmiş aşağı instansiya məhkəmələrinin qətnamələri Ali Məhkəmənin 2024-cü il 14 mart tarixli 2(102)1003/2024 nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.
25. MPM-in 217-ci maddəsi üzrə - Yuxarıda qeyd olunanlardan göründüyü kimi, mübahisələndirilən qətnamə maddi hüquq normaları və tərəflərin qarşılıqlı münasibətinə uyğun olmamışdır Belə olan halda, həmin qətnamə iddia tələblərinin təmin edilməyən hissəsinə münasibətdə qeyd olunan normanın tələbləri baxımından qanuni və əsaslı hesab oluna bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri
27. Haz ırkı icraat çərçivəsində də apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
28. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
29. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin mü vafiq müddəalarında “Maddə
445. Borclunun icranı gecikdirməsi... 445.5. Əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır.... 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir (zamana görə qüvvədə olan redaksiyası)....” “Maddə
528. Öhdəliyə kreditorun xeyrinə icra nəticəsində xitam verilməsi Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir.”
30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şə rh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarında aşağıdakılar nəzərdə tutulur: “... Həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Bu prezumpsiya isə “öhdəliklər vicdanla yerinə yetirilməlidir" (pacta sunt servanda) hüquqi prinsipindən yaranır. Belə ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitamı şərtləri müqavilədə dəqiq göstərilməlidir". Yuxarıda qeyd edilənləri nəzərə alaraq Konstitusiya məhkəməsinin həmin qərarın nəticə hissəsində ifadə etdiyi hüquqi mövqeyinə görə kreditor (borc verǝn) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikasının Mülki Məcəllə sinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır.... Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir....”
31. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi q anuni və əsaslı olmalıdır....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası aşağıdakı səbəblərdən iddiaçının kassasiya şikayətinin dəlillərini əsaslı hesab edir.
33. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi mahiyyət etibarilə ondan ibarət olmuşdur ki, iddia tələbinin hüquqi əsasını MM-in 445-ci maddəsi təşkil etmişdir. İddiaçı cavabdeh tərəfdən icranı gecikdirməsini sübut etməli idi. 2023-cü il 4 may tarixindən etibarən hər təqvim ayı borclu Cavabdeh2 vəsaitindən (yaşa görə aldığı pensiya) aylıq tutulmalar aparılır. Tələbin könüllü icra edilməsi barədə bildiriş borclu Cavabdeh2 tərəfindən 2023-cü il 4 avqust tarixində alınmışdır. İş materialları ilə borclunun təqsiri üzündən borcun gecikdirilməsi müəyyən olunmamışdır.
34. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin istinad etdiyi həmin dəlillərin heç biri hazırkı iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz.
35. Belə ki, öhdəliklərin icrasının xitam edilməsinin ən birinci və əsas yolu öhdəliklərin icra olunmasıdır. MM-in 528-ci maddəsində (bax § 29) öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilməsi nəzərdə tutulmuşdur.
36. MM-in 445.7-ci maddəsinin tələbi (zamana görə qüvvədə olan redaksiyada - bax § 29) ondan ibarət idi ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarında formalaşdırılmış hüquqi mövqelərə (bax § 30) görə, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.
38. Məhkəmə kollegiyası yuxarıda istinad olunan MM-in normalarını və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqelərini qarşılıqlı təhlil edərək belə qənaətə gəlir ki, kredit müqaviləsi üzrə pul öhdəliyi tam icra olunanadək, yəni həmin öhdəlik üzrə müəyyən edilmiş pul vəsaiti (borc və faizləri) tam həcmdə kreditora qaytarılanadək borclu kreditor qarşısında məsuliyyət daşıyır və kreditor hər hansı əlavə sübut təqdim etmədən həmin dövr üzrə MM-in 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə borcluya qarşı tələb irəli sürə bilər.
39. Belə ki, istənilən bankın əsas fəaliyyəti məhz ayrı-ayrı şəxslərə kreditlərin verilməsidir. Hər hansı kredit müqaviləsi üzrə isə borclu kredit öhdəliklərini vaxtında icra etməyərək nəzərdə tutulan pul vəsaitlərini banka ödəmədikcə bank həmin vəsaitləri ona müraciət edən digər müştərilərə kredit verərək gəlir götürmək imkanından məhrum olur ki, bu da nəticə etibarilə banka əldən çıxmış zərər formasında zərərin dəyməsi ilə nəticələnir. Pul öhdəliyi icra olunaraq borcun tam qaytarılmaması nəticəsində kreditora vurulan zərərin həcmi günbəgün artmaqda davam edir. İcranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı isə MM-in 445.7-ci maddəsində göstərilmişdir.
40. Mülki qanunvericiliyə əsasən, zərərin ödənilməsi tələbinin təmin olunması üçün sübut etmə yükü iddiaçının üzərinə qoyulsa da, MM-in 447.5-ci maddəsi kreditoru pul öhdəliyinin gecikdirildiyi vaxt üçün illik beş faizədək zərərə məruz qaldığını sübut etmək yükündən azad etmişdir. Belə olan halda, apellyasiya instansiyası məhkəməsinin MM-in 445.5-ci maddəsinə (“Əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır.” - bax § 29) istinadən öz qətnaməsini “borclunun təqsirinin olmaması” ilə əsaslandırması maddi hüquq normasının düzgün tətbiq edilməməsinə gətirib çıxarmışdır. 41. 2023-cü il 4 may tarixindən etibarən hər təqvim ayı borclu Cavabdeh2 vəsaitindən (yaşa görə aldığı pensiya) aylıq tutulmalar aparılmasına, tələbin könüllü icra ed ilməsi barədə bildirişin borclu Cavabdeh2 tərəfindən 2023-cü il 4 avqust tarixində alınmasına dair məhkəmənin istinad etdiyi dəlillər də MM-in 445.7-ci maddəsinin hazırkı mübahisəyə tətbiq edilməsi üçün maneə deyildir.
42. Belə ki, hazırkı işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından məlum olur ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı bank ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış müqavilə üzrə illik 18% dərəcəsi ilə ayrılmış 70.000 manat kredit öhdəliklərinin lazımınca icra еdilməsinə görə MMC ilə tam birgə məsuliyyət daşımağa bank qarşısında zamin durmuşlar.
43. Yəni, Cavabdeh2 sözügedən irihəcmli sahibkarlıq krediti üzrə bank qarşısında tam birgə məsuliyyət daşımağa zamin durarkən bundan irəli gələn məsuliyyətin ağırlığını və bütün mümkün riskləri nəzərə almışdı və ya a lmalı idi. Odur ki, onun öz borcunu hazırda yaşa görə aldığı aylıq pensiyadan xırda-xırda ödəməsi bankı yuxarıda göstərilən zərər çəkmə reallığından qurtarmır və borc tam həcmdə qaytarılmadıqca həmin zərər artmaqda davam edir.
44. Tələbin könüllü icra edilməsi barədə bildirişin borclu Cavabdeh2 tərəfindən 2023cü il 4 avqust tarixində alınmasına dair məhkəmənin istinad etdiyi dəlilə gəldikdə isə qeyd olunmalıdır ki, həmin dəlil də hazırkı iddianın təmin edilməməsi üçün əsas deyildir. Belə ki, hazırkı iş üzrə məhkəmələrin istinad etdikləri Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2016cı il 18 yanvar tarixli 2(006)-81/2016 nömrəli qətnaməsindən görünür ki, həmin iş üzrə keçirilmiş məhkəmə baxışı iclasında Cavabdeh1 nümayəndəsi iştirak etmiş, digər cavabdehlər Cavabdeh2 və MMC isə məhkəmə iclas ının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəməyə gəlməmiş və gəlməmənin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər (i/v 25).
45. Odur ki, əvvəlki mübahisə üzrə cavabdeh tərəf, o cümlədən Cavabdeh2 onlara qarşı irəli sürülən bankın iddiasından və bununla əlaqədar keçirilən məhkəmə icraatından məlumatlı idilər. Bu baxımdan, məhkəmə kollegiyasının mövqeyinə görə, tələbin könüllü icra edilməsi barədə bildirişin borclu Cavabdeh2 tərəfindən 2023-cü il 4 avqust tarixində alınması borcun ödənilməməsinin müvafiq məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra ötən 8 ildən artıq müddətdə ləngidilməsi üçün üzrlü hal hesab edilə bilməz.
46. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi qanunun tətbiqində səhvə yol vermiş, nəticədə MPM-in 217.1-ci maddəsinə (bax § 30) zidd olaraq qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Ona görə də mübahisələndirilən qətnamənin qüvvədə saxlanılması mümkün deyildir.
47. Bununla belə, aşağı məhkəmələr iddia ərizəsi ilə tələb olunan borc məbləğinin özünün əsaslılığına, yəni düzgün hesablanıb-hesablanmamasına konkret hüquqi qiymət verməmişlər. Belə ki, işə baxan məhkəmələrin istinad etdikləri iddiaçı tərəfindən verilmiş 2024-cü il 24 aprel tarixli maliyyə arayışında həmin tarixə əsas borcdan cəmi 39.467,20 manat qaldığı görünsə də (i/v 67), mübahisələndirilən qətnamədə sözügedən rəqəmin 42.224 olduğu qeyd edilmişdir. Həmçinin gecikdirilmiş günlərinin sayının (3.019) və buna görə dəymiş zərərin məbləğinin (16.773,66 manat) iddiaçı tərəfindən düzgü n müəyyən edilib-edilməməsinə, habelə hesablamanın düzgün aparılıb-aparılmamasına da münasibət bildirlməmişdir.
48. Bu səbəbdən də iddia tələbi üzrə cavabdehdən tutulmalı olan borcun həcmi ilə bağlı xüsusatlar hazırda işin bilavasitə aşağı məhkəmələr tərəfindən müəyyən edilməli olan faktiki hallarını təşkil edir.
49. Odur ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 4 iyul tarixli 2-2(103)-680/2024 nömrəli qətnaməsi ləğv edilməli və iş yenidən baxılmaq üçün həmin məhkəməyə qaytarılmalıdır.
50. Yeni apellyasiya baxışı zamanı məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmalı, iddia tələbi üzrə cavabdehdən tutulmalı olan borcun həcmini müəyyən etməli, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etməlidir.
51. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı “X1 Azərbaycan” QSC-nin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 4 iyul tarixli 22(103)-680/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.