Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-608/2021 29.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh4-yə və Cavabdeh1 qarşı iş üzrə QƏRAR Açar sözlər: maneənin aradan qaldırılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh4-yə və Cavabdeh1 qarşı “maneənin aradan qaldırılması” tələbinə dair kommersiya işi üzrə iddiaçı Uğur Qrup” MMC tərəfindən Gəncə Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 13 iyul tarixli, 22(104)- 129/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ
1. Gəncə şəhər İcra Hakimiyyəti başçısının 17 iyul 1996-cı il tarixli, 3787 nömrəli sərəncamına görə, fəaliyyəti dayandırılmış “RİD-1995” kiçik müəssisəsinə verilmiş, Yeni Gəncə yaşayış sahəsi, VAZ texniki xidmət stansiyasının yanında yerləşən 1800 kv.m torpaq sahəsi "xxxx" İstehsalat Ticarət Müəssisəsinin adına rəsmiləşdirilmişdir.
2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi şəxslərin Dövlət Qeydiyyatı üzrə X1 hüquqi şəxsin adında edilmiş dəyişikliyin dövlət qeydiyyatı haqqında 14 dekabr 2006-ci il tarixli 15838 nömrəli şəhadətnaməyə görə, İddiaçı2 əvvəlki adı "xxxx" İstehsal Ticarət Müəssisəsi olmuşdur.
3. Məhkəmə Ekspertizası Mərkəzinin 28 oktyabr 2019-cu il tarixli, 17678 nömrəli rəyinə görə, Cavabdeh4-yə aid texniki pasportun məlumatlarında olan “A” literli, “B” literli, “C” literli, “E” literli, “F” literli tikililərdən əlavə 8 ədəd tikilinin yerləşdiyi müəyyən edilmişdir. Hər bir sexin eninin 4,80 metr, uzunluğunun 9,85 metr, hündürlüyünün isə 3,70 metr təşkil etdiyi, İddiaçı3-yə verilmiş layihədə göstərilən 8 ədəd 4,80 x 9,85 m ölçüdə tikililərin faktiki olaraq "xxxx" ASC tərəfindən istifadə olunduğu müəyyən edilmişdir.
4. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* saylı Çıxarışa görə, Gəncə şəhəri, Yeni-Gəncə qəsəbəsi VAZ texniki xidmət stansiyasının yanında 0,0679 ha istifadədə olan torpaq sahəsində inşa edilmiş 601,9 kv.m tikililər İddiaçı2 mülkiyyət hüququ kimi qeydiyyata alınmışdır.
5. İddiaçı3-yə məxsu s 12971 inventar, **********57-12301 reyestr nömrəli “Texniki pasport”a görə, İddiaçı3-nin faktiki istifadəsində olan torpaq sahəsi 0,18 ha, əsas tikili altında 0,0679 ha torpaq sahəsi olmaqla, torpaq ayırma sənədi üzrə isə qrafa boş saxlanılmış, Texniki pasportun hazırlanması üçün təqdim edilmiş sənədlər siyahısında Gəncə şəhər Nizami rayon İcra hakimiyyəti başçısının 02.06.2017-ci il tarixli, 374 nömrəli sərəncamı qeyd olunmuşdur.
6. Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının 02 iyun 2017-ci il tarixli, 374 nömrəli sərəncamına görə, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 17 iyul 1996-cı il tarixli 3787 nömrəli sərəncamı əsasında Yeni Gəncə yaşayış sahəsi, VAZ texniki xidmət stansiyasının yanında 1800,0 kv.m torpaq sahəsində fəaliyyət göstərən "xxxx" İstehsalat Ticarət Müəssisə sinin İddiaçı2 Məhdud Məsuliyyətli Cəmiyyət kimi rəsmiləşdirilməsi qərara alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı "xxxx" MMC (bundan sonra – “iddiaçı”) cavabdehlər Cavabdeh4 Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh1 (bundan sonra – “cavabdehlər”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh4-nin tərəfindən zəbt edilmiş 8 ədəd sahəsi 4,80 x 9,85 ölçüdə olan tikililərin, 1800,0 kv.m torpaq sahəsinin boşaldılaraq maneənin aradan qaldırlması, tikililər və torpaq sahəsi üzərində MMC-nin hüquqlarının bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə şəhər İcra Hakimiyyətinə 17 iyun 1996-cı il tarixində müraciət edərək, "xxxx" istehsalat-ticarət müəssisəsinə torpa q sahəsinin ayrılmasını xahiş etmişlər, Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən müraciətləri nəzərə alaraq Gəncə şəhəri, Yeni Gəncə yaşayış sahəsi, VAZ texniki xidmət stansiyasının yanında yerləşən 1800.0 kv.m torpaq sahəsi ayrılmışdır. Qeyd olunan torpaq sahəsində tikinti aparmadığı üçün 27 iyul 2012-ci il tarixində Gəncə şəhər Nizami rayon İcra Hakimiyyətinə yenidən müraciətlərinə əsasən, 17 iyul 1996-cı il tarixli 3787 nömrəli sərəncam əsasında Gəncə şəhəri, Yeni Gəncə yaşayış sahəsi, VAZ texniki xidmət stansiyasının yanında yerləşən 1800.0 kv.m torpaq sahəsində fəaliyyət göstərən "xxxx" istehsalat-ticarət müəssisəsi İddiaçı3 kimi rəsmiləşdirilərək istifadəyə verilmişdir. Cavabdeh1 ona məxsus olan Gəncə şəhəri, Yeni Gəncə yaşayış sahəsi, VAZ texniki xidmət stansiyasının yanında yerləşən 1800.0 kv.m torpaq sahəsinə qanunsuz daxil olaraq zəbt etmiş, dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, ona məxsus torpaq sahəsindən çıxmamışdır.
9. Gəncə Kommersiya Məhkəməsinin 2021-ci il 20 aprel tarixli, 2-2(115)-56/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Gəncə şəhəri, Yeni Gəncə yaşayış sahəsi, VAZ texniki xidmət stansiyasının yanında yerləşən 1800 kv.m torpaq sahəsində olan 8 ədəd 4,80 x 9,85 m tikililərin Cavabdeh4 tərəfindən boşaldılaraq, həmin torpaq sahəsi və tikililərin "xxxx" MMC-nin istifadəsinə verilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi, 100 manat ekspertiza xərcinin cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir (hakim – R. Məmmədov).
10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, "xxxx" ASC Gəncə şəhəri, Yeni Gəncə yaşayış s ahəsi, VAZ texniki xidmət stansiyasının yanında yerləşən 1800 kv.m torpaq sahəsində olan 8 ədəd 4,80x9,85 m ölçüdə tikililərə və onların yerləşdiyi torpaq sahəsinə dair hər hansı hüquq müəyyənedici sənəd almadan həmin tikililərdən faktiki olaraq qanunsuz istifadə edir.
11. Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 17 iyul 1996-cı il tarixli, 3787 nömrəli sərəncamı əsasında Yeni Gəncə yaşayış sahəsi, VAZ texniki xidmət stansiyasının yanında yerləşən 1800 kv.m torpaq sahəsi "xxxx" İstehsalat Ticarət Müəssisəsinə ayrılmış, sonradan həmin müəssisənin adı dəyişdirilərək, İddiaçı3 adlandırılmışdır.
12. Bundan başqa, ekspert rəyinə görə, İddiaçı3-yə verilmiş layihədə göstərilən 8 ədəd 4,80x9,85 m ölçüdə tikililər faktiki olaraq "xxxx" ASC tərəfindən istifadə olunur.
13. Cavabdeh tərəf həmin layihən in iddiaçının özü tərəfindən təsdiq olunduğunu iddia etsə də, həmin layihə "xxxx" MMC tərəfindən təsdiq edilmişdir.
14. Beləliklə, "xxxx" ASC-nin qanunsuz istifadə etdiyi 8 ədəd tikililər və onların olduğu torpaq sahəsi qanuni əsaslarla iddiaçının istifadəsinə və sahibliyinə verilən torpaq sahəsi olmaqla, "xxxx" ASC-nin həmin torpaq sahəsinə heç bir hüququ yoxdur.
15. İddiaçı3 mülkiyyətçi olmasa da, əmlaka qanuni əsaslarla sahiblik edən şəxs kimi onun hüquqları mülkiyyətçi hüquqlarına bərabər tutulur.
16. İddiaçı cavabdeh qismində Cavabdeh1 qarşı tələb irəli sürsə də, Cavabdeh1 Cavabdeh4-nin işçisi olmaqla, cəmiyyətin Gəncə filialına rəhbərlik edir, həmçinin tikililər məhz Cavabdeh4 tərəfindən istifadə olunduğundan, iddia Cavabdeh1 münasibətdə təmin edilə bilməz.
17. Tikililərin Cavabdeh 4 tərəfindən boşaldılaraq, iddiaçının istifadəsinə verilməsi cavabdehlər tərəfindən edilən müdaxiləyə son qoyulması, torpaq sahəsi və tikililər üzərində olan sahiblik və istifadə hüquqlarının müdafiə edilməsinə yönəldiyindən, həmin hissədə iddianın təmin edilməsinə zərurət yoxdur.
18. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-Mülki Məcəllə) -152.1, 157.2 və 157.8-ci maddələruinə istinad etməklə əsaslandırmışdır.
19. Cavabdehlər həmin qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat
20. Gəncə Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 13 iyul tarixli, 2-2(104)-129/2021 saylı qətnaməsi ilə (hakimlər A.H.Hüseynzadə (sədrlik edən), R.Z.Mamedov və Ə.G.Abdullayev) cavabdehlərin apelyasiya şikayəti təmin edilmiş, Gəncə Kommersiya Məhkəməsinin 2021-ci il 20 aprel tarixli, 2-2(115)-56/2021 saylı qətnaməsi ləğv edilmiş, iddia tələbi təmin edilməmiş, ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat iddiaçıdan tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilmişdir.
21. Apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ olmamışdır.
22. Belə ki, İddiaçı3-yə məxsus Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* saylı Çıxarışın və 12971 inventar, **********57-12301 reyestr nömrəli “Texniki pasport”un surəti iddiaçı tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməmiş, birinci instansiya məhkəməsi də iddiaçıya məxsus hüquqmüəyyənedici sənədləri tədqiq etmədən, yəni iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququnun olub-olmamasını yoxlamadan, mötəbər olmayan ekspert rəyinə və "xxxx" MMC adlı hüquqi şəxsin tərtib etdiyi eskiz layihəsinə əsasən iddianı təmin etmişdir. Halbuki, "xxxx" MMC adlı hüquqi şəxsin tərtib etdiyi eskiz layihədə hər hansı bir hüquqmüəyyənedici və ya texniki sənədlərə istinad olunmadan İddiaçı3-nin sifarişi əsasında hər biri 47,3 kv.m olan 8 ədəd təmir sexinin layihəsi tərtib olunmuşdur. 23. 28 oktyabr 2019-cu il tarixli, 17678 nömrəli ekspert rəyində isə Cavabdeh4-yə aid texniki pasportun məlumatlarında olan “A” literli, “B” literli, “C” literli, “E” literli, “F” literli tikililərdən əlavə 8 ədəd tikilinin yerləşdiyi müəyyən edil məklə, İddiaçı3-yə verilmiş layihədə göstərilən 8 ədəd 4,80 x 9,85 metr ölçüdə tikililərin faktiki olaraq "xxxx" ASC tərəfindən istifadə olunduğu müəyyən edilmişdir. Lakin, iş üzrə birinci növbədə müəyyən edilməli olan hal 8 ədəd 4,80 x 9,85 metr ölçüdə tikililərin İddiaçı3-nin istifadəsində olan 1800 kv.m torpaq sahəsində yerləşib-yerləşməməsini və 1800 kv.m torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edilib-edilməməsi idi.
24. Buna görə də məhkəmə kollegiyası tərəfindən yerində müayinə keçirilmiş və 8 ədəd 4,80 x 9,85 metr ölçüdə olan tikililərin İddiaçı3-yə məxsus 12971 inventar, **********57-12301 reyestr nömrəli “Texniki pasport”unda qeyd olunmuş faktiki istifadəsində olan 0,18 ha torpaq sahəsində yerləşməməsi, həmçinin cavabdehlərin İddiaçı3-nin istifadəsində olan 1800 kv.m torpaq s ahəsini zəbt etməməsi müəyyən edilmişdir. Mübahisəli 8 ədəd 4,80 x 9,85 metr ölçüdə olan təmir sexləri adi gözlə müəyyən ediləcək dərəcədə, İddiaçı3-yə məxsus “Texniki pasport”da qeyd olunan 0,18 ha torpaq sahəsinin sərhədlərindən təxminən 20-30 metr kənarda yerləşməsi müəyyən edilmişdir ki, bu faktın müəyyən edilməsi üçün hər hansı bir ekspertiza keçirilməsinə də zərurət olmamışdır. Digər tərəfdən həm yerində müayinə zamanı, həm də məhkəmə iclasında İddiaçı3-nin nümayəndəsi bu faktı etiraf etmişdir.
25. Məhkəmədə işə baxılarkən iddiaçının nümayəndəsi, 8 ədəd 4,80 x 9,85 kvadratmetr sahədən ibarət təmir sexlərinin İddiaçı3-yə məxsus 12971 inventar, **********57-12301 reyestr nömrəli “Texniki pasport”da qeyd olunan 1800 kvadratmetr torpaq sahəsində yerləşmədiyini etiraf etməklə yanaşı həm in tikililərin yerləşdiyi torpaq sahəsinin başqa bir sərəncamla ona verildiyini iddia etsə də, bu barədə məhkəməyə hər hansı bir sübut təqdim edə bilməyərək, 02.06.2017-ci il tarixli, 374 nömrəli sərəncama istinad etmişdir. Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının 02 iyun 2017-ci il tarixli 374 nömrəli sərəncamı isə torpaq ayırma barədə sərəncam olmamaqla, həmin sərəncamda da Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 17 iyul 1996-cı il tarixli, 3787 nömrəli sərəncamına istinad edilmişdir. Həmçinin, İddiaçı3-yə məxsus 12971 inventar, **********57-12301 reyestr nömrəli “Texniki pasport”da da Gəncə şəhər Nizami rayon İcra hakimiyyəti başçısının 02.06.2017-ci il tarixli, 374 nömrəli sərəncamına istinad edilmişdir.
26. Beləliklə, 8 ədəd 4,80 x 9,85 metr ölçüdə İddiaçı3-yə məxsus 12971 inventar, **********57-12301 reyestr nömrəli “Texniki pasport”da qeyd olunmuş faktiki istifadəsində olan 0,18 ha torpaq sahəsində yerləşməməsi, həmçinin cavabdehlərin İddiaçı3-nin istifadəsində olan 1800 kv.m torpaq sahəsinin hər hansı bir hissəsinin zəbt etməməsi, həmin torpaq sahəsinin və onun üzərində yerləşən tikililərin iddiaçının tam olaraq istifadəsində olması müəyyən edilmişdir ki, bununla da İddiaçı3 hazırkı iddianı qaldırması üçün subyektiv hüquqa malik olmamışdır. Özgənin qanunsuz sahibliyindən yalnız mülkiyyətçinin və ya digər qanuni əsaslarla əmlaka sahiblik edən şəxsin əmlakı geri tələb etmək hüququ vardır.
27. Məhkəmə bu qənaətini Mülki Məcəllənin 157.8, 157.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
28. İddiaçı həmin qətnamədən kassasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
29. Apelyasiya instansiyası məhkəməsi tərəfindən nəzərə alınmamışdır ki, Gəncə şəhər İcra Hakimiyyəti başçısının 17 iyul 1996-cı il tarixli, 3787 nömrəli sərəncamı əsasında Yeni Gəncə yaşayış sahəsi, Vaz Texniki xidmət stansiyasının yanında yerləşən 1800 kv.m torpaq sahəsi "xxxx" İstehsalat Ticarət Müəssisəsinə ayrılmış, sonradan həmin müəssisənin adı dəyişdirilərək İddiaçı3 adlandırmışdır.
30. Gəncə şəhəri İcra Hakimiyyəti tərəfindən razılaşdırılmış layihədən görünür ki, həmin tikililər sifarişçi İddiaçı3-yə məxsusdur.
31. Eyni zamanda, ekspert rəyinə görə, İddiaçı3-yə verilmiş layihədə göstərilən 8 ədəd 4.80x9.85 ölçüdə tikililər faktiki olaraq "xxxx" ASC-nin qanunsuz istifadə olunduğunu müəyyən edilir.
32. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 217.1, 217.4-cü maddələrinin, habelə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndinin tələblərinə istinad edilərək tərtib edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
33. Kassasiya şikayətinə qarşı cavabdehlər etiraz təqdim etməmişlər. II. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
34. Kassasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-c i maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
35. İş üzrə iddiaçı tərəf apelyasiya məhkəməsinin qərarını bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-nin 403 və 416-cı maddələri).
36. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidi r. III.TƏTBİQ EDİLƏN HÜQUQ
37. Mülki Prosessual Məcəllənin 416-cı maddəsində nəzərdə tutulur ki, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
38. Mülki Məcəllənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: "Maddə
157. Mülkiyyətin müdafiəsi 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur”. İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
39. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli h üquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, iş üzrə Gəncə Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 13 iyul tarixli, 2-2(104)-129/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
40. İddiaçının kassasiya şikayətinin dəlillərində qeyd edilmişdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən nəzərə alınmamışdır ki, Gəncə şəhər İcra Hakimiyyəti başçısının 17 iyul 1996-cı il tarixli, 3787 nömrəli sərəncamı əsasında Yeni Gəncə yaşayış sahəsi, Vaz Texniki xidmət stansiyasının yanında yerləşən 1800 kv.m torpaq sahəsi "xxxx" İstehsalat Ticarət Müəssisəsinə ayrılmış, sonradan həmin müəssisənin adı dəyişdirilərək İddiaçı3 adlandırmış, Gəncə şəhəri İcra Hakimiyyəti tərəfindən razılaşdırılmış layihədən həmçinin ekspert rəyindən görünür ki, sifarişçi İddiaçı3-yə tərtib edilmiş layihədə göstərilən 8 ədəd 4.80x9.85 ölçüdə tikililər faktiki olaraq "xxxx" ASC tərəfindən qanunsuz istifadə olunur.
41. Kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edilməlidir ki, apelyasiya məhkəməsi tərəfindən düzgün olaraq qeyd edildiyi kimi iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ olmamış, birinci instansiya məhkəməsi isə öz növbəsində iddiaçıya məxsus hüquqmüəyyənedici sənədləri tədqiq etmədən, yəni iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququnun olub-olmamasını yoxlamadan, mötəbər olmayan ekspert rəyinə və "xxxx" MMC-nin tərtib etdiyi eskiz layihəsinə əsasən iddianı təmin etmiş, həmin hüquqi şəxsin tərtib etdiyi eskiz layihədə isə hər hansı bir hüquqmüəyyənedici və ya texn iki sənədlərə istinad olunmamış, 28 oktyabr 2019-cu il tarixli, 17678 nömrəli ekspert rəyində isə Cavabdeh4-yə aid texniki pasportun məlumatlarında olan “A” literli, “B” literli, “C” literli, “E” literli, “F” literli, iddiaçının mülkiyyətində olan tikililərdən əlavə 8 ədəd tikilinin yerləşdiyi müəyyən edilməklə, həmin tikililərin faktiki olaraq "xxxx" ASC tərəfindən istifadə olunduğu müəyyən edilmişdir. İş üzrə məhkəmə tərəfindən ilk növbədə müəyyən edilməli olan hal isə 8 ədəd 4,80 x 9,85 metr ölçüdə tikililərin İddiaçı3-nin istifadəsində olan 1800 kv.m torpaq sahəsində yerləşib-yerləşməməsi və 1800 kv.m torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edilib-edilməməsi olduğu halda, bu hal dəqiq müəyyən edilməmiş, məhkəmə kollegiyası tərəfindən yerində müayinə keçirilərkən 8 ədəd 4,80 x 9,85 metr ölçüdə olan tikililərin İddiaçı3-yə məxsus 12971 inventar, **********57-12301 reyestr nömrəli “Texniki pasport”unda qeyd olunmuş faktiki istifadəsində olan 0,18 ha torpaq sahəsində yerləşməməsi, həmçinin cavabdehlərin İddiaçı3-nin istifadəsində olan 1800 kv.m torpaq sahəsini zəbt etməməsi müəyyən edilmişdir. Həmçinin mübahisəli 8 ədəd 4,80 x 9,85 metr ölçüdə olan təmir sexlərinin İddiaçı3-yə məxsus “Texniki pasport”da qeyd olunan 0,18 ha torpaq sahəsinin sərhədlərindən təxminən 20-30 metr kənarda yerləşməsi müəyyən edilmiş, həm yerində müayinə zamanı, həm də məhkəmə iclasında İddiaçı3-nin nümayəndəsi bu faktı etiraf etmişdir.
42. Apelyasiya məhkəməsində işə baxılarkən iddiaçının nümayəndəsi, 8 ədəd 4,80 x 9,85 kvadratmetr sahədən ibarət təmir sexlərinin İddiaçı3-yə məxsus “Texniki pa sport”da qeyd olunmuş 1800 kvadratmetr torpaq sahəsində yerləşmədiyini etiraf etməklə yanaşı, həmin tikililərin yerləşdiyi torpaq sahəsinin başqa bir sərəncamla onlara verildiyini iddia etsə də, bu barədə məhkəməyə hər hansı sübut təqdim edə bilməyərək, 02.06.2017-ci il tarixli, 374 nömrəli sərəncama istinad etmişdir. Məhkəmə tərəfindən müəyyən edildiyi kimi Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının 02 iyun 2017-ci il tarixli 374 nömrəli sərəncamı isə torpaq ayırma barədə sərəncam olmamaqla, həmin sərəncamda da Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 17 iyul 1996-cı il tarixli, 3787 nömrəli sərəncamına istinad edilmişdir.
43. Beləliklə, iş materiallarına əsasən mübahisəli 8 ədəd tikili iddiaçının “Texniki pasport”unda qeyd olunan və onun faktiki istifadəsində olan 0,18 ha torpaq sahəsində yerləşmir, cavabdehlər İddiaçı3-nin istifadəsində olan 1800 kv.m torpaq sahəsinin hər hansı bir hissəsini zəbt etməmiş, bu torpaq sahəsi və onun üzərində yerləşən tikililər isə iddiaçının tam olaraq istifadəsində olduğundan, İddiaçı3 ona məxsus olmayan və ona ayrılmamış torpaq sahəsində yerləşən tikililərlə bağlı hazırkı iddianı qaldırması üçün subyektiv hüquqa malik olmamış, özgənin qanunsuz sahibliyindən hər hansı əmlakı geri tələb etmək hüququ isə yalnız mülkiyyətçi və ya digər qanuni əsaslarla əmlaka sahiblik edən şəxsə məxsusdur və işdəki sübutlara əsasən iddiaçının bu hüquqa malik olduğu təsdiq edilmədiyi üçün məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır. 44. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzr ə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəs inə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir.
45. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
46. Qeyd edilənlərə əsasən işə k assasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, Apelyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Gəncə Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 13 iyul tarixli, 2-2(104)-129/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
47. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:
48. Gəncə Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 13 iyul tarixli, 2-2(104)-129/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edi