Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-609/2021 22.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 MMC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: borcun ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər İlqar Dadaşovun sədrliyi, hakimlər Məmmədli Bəhram Məmməd oğlu, Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədov Natiq Alı oğlunun, Cavabdeh4 MMC-nin vəkilinin iştirakı ilə, İddiaçı Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya işi üzrə İddiaçı Kredit Təşkilatı tərəfindən Şəki Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 28 iyul tarixli, 2-2(107)-64/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ
1. İddiaçı Kredit Təşkilatı (borcverən) ilə cavabdehlər Cavabdeh4 MMC (alıcı) və Cavabdeh1 (borcalan) arasında bağlanmış 14 mart 2019-cu il tarixli, 210QM/19 nömrəli kredit müqaviləsinə görə, Borcverən Borcalana 31 dekabr 2019-cu il tarixədək, Təşkilatın öz vəsaiti hesabına illik 10 faizlə 14.560,0 manat kredit vermişdir. Borcalan aldığı krediti təyinatı üzrə yalnız dənəvər qarğıdalı istehsalı üçün istifadə edir və istehsal etdiyi dənəvər qarğıdalını yalnız Alıcıya satmalıdır. Alıcı qəbul olunmuş dənəvə r qarğıdalının dəyərini ödəməklə Borcalan Borcverəndən dənəvər qarğıdalı istehsalı üçün almış olduğu kredit üzrə borcu bağlamalı, artıq qalan vəsaiti isə Borcalanın təqdim etdiyi hesaba köçürməli və ya nağd olaraq ödəməlidir.
2. İddiaçı Kredit Təşkilatı ilə Cavabdeh4 MMC arasında bağlanmış 14 mart 2019-cu il tarixli, 210CT/19 nömrəli kredit müqaviləsinə görə, 14 mart 2019-cu il tarixli, 210QM/19 nömrəli kredit müqaviləsi əsasında Cavabdeh1 veriləcək 14.560,0 manat kreditlə və əlaqədar olaraq onun Kredit Təşkilatı qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək Cavabdeh4 MMC Cavabdeh1 ilə birlikdə Kredit Təşkilatı qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürür.
3. İddiaçı Kredit Təşkilatı ilə Cavabdeh3 arasında bağlanmış 14 mart 2019-cu il tarixli, 210ZQ/19 nömrəli kredit müqaviləsin ə görə, 14 mart 2019-cu il tarixli, 210QM/19 nömrəli kredit müqaviləsi əsasında Cavabdeh1 veriləcək 14.560,0 manat kreditlə və əlaqədar olaraq onun Kredit Təşkilatı qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək Cavabdeh4 MMC Cavabdeh1 ilə birlikdə Kredit Təşkilatı qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürür.
4. İddiaçı Kredit Təşkilatı ilə Cavabdeh2 arasında bağlanmış 14 mart 2019-cu il tarixli, 210ZZQ/19 nömrəli kredit müqaviləsinə görə, 14 mart 2019-cu il tarixli kredit müqaviləsi əsasında Cavabdeh1 veriləcək 14560,0 manat kreditlə və əlaqədar olaraq onun Kredit Təşkilatı qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək Cavabdeh4 MMC Cavabdeh1 ilə birlikdə Kredit Təşkilatı qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürür.
5. Cavabdeh1 İddiaçı Kredit Təşkilatına tütün əkib -becərilmək məqsədilə verilmiş kredit üzrə 24.08.2020-ci il tarixə əsas və faiz borcunun ödənilməsi barədə məlumata görə, Cavabdeh1 əsas borc üzrə 14.560,0 manat, faiz borcu üzrə 1.919,56 manat olmaqla, İddiaçı QSC-yə cəmi 16.479,56 manat borcu var. 6. 25 fevral 2020-ci il tarixli, 144 nömrəli bildirişə görə, İddiaçı QSC tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 MMC-yə əsas və ona hesablanmış faiz borcun ödənilməsi üçün bildirişin onlara verilməsindən 10 təqvim günü müddətində vaxt verilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı Kredit Təşkilatı (bundan sonra – “iddiaçı”) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 MMC-yə (bundan sonra – “cava bdehlər”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 14560 manat əsas borcun, 1919,56 manat faiz borcunun, cəmi 16479,56 manat məbləğin və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq onların xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, 14.03.2019-cu il tarixdə iddiaçı ilə Cavabdeh1 arasında 31.12.2019-cu il tarixədək olan müddətə 210QM/19 nömrəli kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi ilə iddiaçı 14560 manat pulu illik 10 faizlə Cavabdeh1 verməyi, sonuncu isə borc məbləğini faizi ilə birlikdə ödəməyi öhdəsinə götürmüşdür.
9. Eyni zamanda 14.03.2019-cu il tarixdə iddiaçı ilə Cavabdeh4 MMC, Cavabdeh2 və Cavabdeh3 arasında borcalan 210QM/19 nömrəli kredit müqaviləsi üzrə öhdəl iklərini icra etmədikdə həmin müqavilədən irəli gələn öhdəliklərin tam yerinə yetirilməsi barədə 210CT/19 nömrəli, 210ZZQ/19 nömrəli və 210ZQ/19 nömrəli zaminlik müqavilələri bağlanmışdır. Zaminlik müqavilələrinin 6.1-ci bəndinə əsasən müqavilələrin qüvvədə olma müddəti kredit müqaviləsindən irəli gələn öhdəliklərin Kredit Təşkilatı qarşısında qüvvədə olma müddəti ilə üst-üstə düşür. İddiaçı kredit müqaviləsi üzrə borcalana ümumilikdə 14560 manat pul vəsaitini vermiş, borcalan isə öhdəliyini lazımınca yerinə yetirmədiyindən, onun 14560 manat ödənilməmiş borcu qalmışdır.
10. İddiaçı mübahisənin məhkəmədən kənar həll edilməsi ilə bağlı cavabdehlərə müraciət etsə də, mübahisə məhkəmədən kənar həllini tapmamış, Cavabdeh1 kredit öhdəliyini yerinə yetirmədiyindən, onun əsas və faiz borcu yaranmı şdır.
11. Şəki Kommersiya Məhkəməsinin 2021-ci il 21 aprel tarixli, e-2-2(117)-174/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh1 14560 manat əsas borc, 1.919,56 manat faiz borcu olmaqla, cəmi 16479,56 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçıya ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir (hakim – R.Məcidov).
12. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, borc verən borcalan qarşısında kredit müqaviləsindən irəli gələn öhdəliyini yerinə yetirsə də, borc alan Cavabdeh1 öhdəliyini lazımınca yerinə yetirmədiyindən, onun 14.560 manat əsas borcu və illik 10 faiz olmaqla 1.919,56 manat faiz borcu qalmışdır. Bu səbəbdən 14.560 manat əsas və 1.919,56 manat faiz borcu əsas borclu Cavabdeh1 tutularaq kredit təşkilatına ödənilməlidir. 1
3. Zaminlik müqavilələrinin 6.1-ci bəndinə əsasən müqavilənin qüvvədə olma müddəti borcalanın 14.03.2019-cu il tarixli, 210QM/19 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərinin kredit təşkilatı qarşısında qüvvədə olma müddəti ilə üst-üstə düşdüyündən və kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən kredit 31.12.2019-cu il tarixədək tam ödənilmək şərtilə verildiyindən, zaminlik müqavilələri üzrə verilmə müddəti 31.12.2019-cu il tarixdə qurtarmışdır.
14. Zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verildiyindən, kredit borcunun zamindən tutularaq ödənilməsi əsassızdır. Belə ki, iddia tələbi zəminliyin verilmə müddətinin bitməsindən sonra zaminə qarşı yönəlmişdir və zaminliyə qanunun tələbinə əsasən verilmə müddətinin keçməsi ilə əlaqədar xitam ve rildiyindən, zamindən pul tutula bilməz.
15. Eyni zamanda zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda da xitam verilir ki, hazırki iş üzrə öhdəliyin icrası müddəti 31.12.2019-cu il tarix kimi müəyyən edilmiş və Mülki Məcəllənin 477.0.4-cü maddəsinin ikinci cümləsinin tələbi baxımından belə zaminə qarşı iddia irəli sürmək üçün bir illik müddət 31.12.2020-ci il tarixdə bitmişdir.
16. Zaminlərdən pulun tutulması üçün qanuni əsas mövcud olmadığından, iddia tələbi zamindən pulun tutulması hissəsində rədd edilməlidir.
17. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – "Məcəllə”) 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 449.1, 470.1, 472.1, 477.0.4, 739.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
18. İddiaçı həmin qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin iddianın təmin olunmayan hissəsində ləğv olunmasını, iddianın tam təmin olunmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat
19. Şəki Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 28 iyul tarixli, 2-2(107)-64/2021 saylı qətnaməsi ilə (hakimlər R.R.Rəfiyev (sədrlik edən), V.İ.Məlikov və E.Ş.Hüseynov) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Şəki Kommersiya Məhkəməsinin 2021-ci il 21 aprel tarixli, e-2-2(117)-174/2021 saylı qətnaməsi apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
20. Apelyasiya instansiyası məhkəməsi öz qətnaməsini birinci instansiya məhkəməsinin istinad etdiyi qanunvericilik aktlarına (bax yuxarıda §§ 13-18) əsaslandırmış, onun gəldiyi nəticələrlə razılaşmışdır.
21. İddiaçı həmin qətnamədən kassasiya şikayəti vermiş, qətnamənin iddianın təmin olunmayan hissəsində ləğv edib, apelyasiya məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddianın tam təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
22. Zamin olaraq həm CPCMMC, Cavabdeh3 Əhmədiyyə oğlu və Cavabdeh2 Kredit Təşkilatı ilə Borcalan arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin tam icrasınadək Kredit Təşkilatı qarşısında məsuliyyəti öz üzərinə götürmüşlər. Yəni cavabdehlərin iddiaçı təşkilat qarşısında məsuliyyəti borc öhdəliyinin tam icrasınadək müəyyənləşmişdir.
23. İddiaçı QSC ilə “Borcalan” q ismində Cavabdeh1 və “Alıcı” qismində Cavabdeh4 MMC arasında bağlanmış 14 mart 2019-cu il tarixli, 210 QM/19 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 kredit tranşları əsasında 18.03.2019-cu il tarixdə 9027,0 manat, 23.05.2019-cu il tarixdə 2912,0 manat, 09.08.2019-cu ildə isə 2621,0 manat məbləğində kredit vermişdir. Kredit müqaviləsi üzrə borclar bir neçə tranşda verilmişdir ki, son tranş üzrə kreditin verilməsi 09 avqust 2019-cu ilə təsadüf edir.
24. Kredit Müqaviləsinin 1.1-ci bəndinin c) hissəsinə görə “Alıcı” (yəni Cavabdeh4 MMC) qəbul olunmuş dənəvər qarğıdalının dəyərini ödəməklə Borcalanın Borcverəndən dənəvər qarğıdalı istehsalı üçün almış olduğu kredit üzrə borcu ( əsas, faiz borcu) bağlayır, artıq qalan vəsaiti isə Borcalanın təqdim etdiyi hesaba köçürür və ya ona nağd olaraq ödəyir.
25. Cavabdeh4 MMC həm kredit müqaviləsi ilə, həm də zamin kimi Borcalanın aldığı kreditin qaytarılmasına məsuliyyət daşıyır. Məhz Alıcının zəmanəti ilə borcalana tranşlarla müxtəlif vaxtlarda kredit verilmişdir. Cavabdeh4 MMC kredit və zaminlik müqavilələri üzrə üzərinə düşən öhdəlikləri icra etməkdən boyun qaçırmaqla, eyni zamanda vicdanlılıq prinsipini kobud şəkildə pozmuşdur.
26. Bundan sonra cavabdehlərə 25 avqust 2020-ci il tarixli iddia ərizəsinin surətləri göndərilmişdir. Həmin iddia ərizələrinə cavabdehlər tərəfindən heç bir münasibət bildirilməmişdir. 2020-ci ilin martın əvvəllərindən başlayaraq COVİD 19 koronavirus pandemiyası ilə bağlı dövlət müəssisələrinə və təşkilatlarına işçilərin məhdud sayda işə çıxarılması tapşırılmış və həmin vaxtdan başlayaraq Kredit Təşkilatı nda çalışan əməkdaşların yalnız 20 faizi işə cəlb edilmiş, həm bu səbəbdən, həm də məhkəmələrdə işlərin dayandırılması, Kredit Təşkilatının özündə koronavirusa yoluxanların sayının çox olması səbəbindən “AqrarkreditQSC üzrə problemli borcu mövcud olan yüzlərlə hüquqi və fiziki şəxslərə qarşı iddiaların vaxtında məhkəmələrə göndərilməsində üzürlü səbəblərdən gecikmələr yaranmışdır.
27. Apelyasiya instansiyası məhkəməsi iddiaçı tərəfindən zaminə qarşı iddianın vaxtında verilməməsinin səbəblərini ümumiyyətlə araşdırmamış, iddia müddətinin tətbiq edilməsi ilə bağlı zaminlərdən ərizə almamış, borcalan və digər zaminlər Cavabdeh3 və Cavabdeh2 isə ümumiyyətlə məhkəmədə iştirak etməmişdir.
28. Apelyasiya məhkəməsi müqavilə öhdəliyini icra etməyən tərəfin - Cavabdeh4 MMC-nin, Cavabdeh2 və Cavabdeh 3 hüquqlarını müdafiə etməklə, onların iddiaçı qarşısında olan öhdəliyinin icrasından yayınmağa şərait yaratmışdır.
29. Kredit müqaviləsi üzrə kreditlərin tranşlarla, yəni hissə-hissə verilməsini nəzərə alsaq, 9 ay müddətinə verilmiş kredit borcunun son ödəmə müddəti 2020-ci ilin mayında başa çatır. Məhkəmə araşdırma aparsa idi, bu halda 1 il müddəti həmin tarixdən hesablamalı idi.
30. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390, 405.1, 425ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddələrinin tələblərinə istinad edilərək tərtib edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Kassasiya şikayətinə qarşı cavabdehlər etiraz təqdim etməmişlər. c) Məhkəmə icraatı iştirakçısının izahatı
32. Cavabdeh4 MMC-nin vəkili kassasiya şikayətini n dəlillərinə etiraz edərək, onun təmin olunmamasını, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
33. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir.
34. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur.
35. Məhkəmə kollegiyası iddiaçının məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İİ. KASSASİ YA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
36. Kassasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
37. İş üzrə iddiaçı tərəf apelyasiya məhkəməsinin qətnaməsinin, iddianın təmin olunmayan hissəsində ləğv edilib, apelyasiya məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddianın tam təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı mübahisələndirilən hissədə yoxlanılacaqdır (MPM-nin 403 və 416-cı maddələri).
38. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
39. Mülki Prosessual Məcəllənin 416-cı maddəsində nəzərdə tutulur ki, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
40. Mülki Məcəllənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır”. “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır”. “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. “Maddə
445. Borclunun icranı gecikdirməsi 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi”. “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir”. “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır...” “Maddə
477. Zaminliyə xitam verilməsi 477.0. Zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir”. "Maddə
739. Borc müqaviləsi 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdd əaları gözləməlidirlər”. İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
41. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, iş üzrə Şəki Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 28 iyul tarixli, 2-2(107)-64/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
42. Kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edilməlidir ki, zaminlik müqavilələrinin 6.1-ci bəndinə əsasən müqavilənin qüvvədə olma müddəti borcalanın 14.03.2019-cu il tarixli, 210QM/19 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərinin kredit təşkil atı qarşısında qüvvədə olma müddəti ilə üst-üstə düşdüyündən və kredit müqavilənin 1.1-ci bəndinə əsasən kredit 31.12.2019-cu il tarixədək tam ödənilmək şərtilə verildiyindən, zaminlik müqavilələri üzrə verilmə müddəti 31.12.2019-cu il tarixdə qurtarmışdır. Belə olan halda iddia tələbi zəminliyin verilmə müddətinin bitməsindən sonra zaminə qarşı yönəlmişdir və zaminliyə qanunun tələbinə əsasən verilmə müddətinin keçməsi ilə əlaqədar xitam verildiyindən, zamindən pul tutula bilməz. Bu hal da iddiaçının, apelyasiya instansiyası məhkəməsinin iddiaçı tərəfindən zaminə qarşı iddianın vaxtında verilməməsinin səbəblərini araşdırmaması, iddia müddətinin tətbiq edilməsi ilə bağlı zaminlərdən ərizənin almaması, müqavilə öhdəliyini icra etməyən tərəfin - Cavabdeh4 MMC-nin, Cavabdeh2 və Cavabdeh3 hü quqlarını müdafiə etməklə, onların iddiaçı qarşısında olan öhdəliyinin icrasından yayınmağa şərait yaratması barədə dəlilinin əsassız olduğunu sübut edir. 43. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair”Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 may 2018-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, zaminin məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olma faktının müəyyən edilməsi zamanı tərəflərin qanuni maraqlarının nəzərə alınması zəruridir. Məhkəmələr nəzərə almalıdırlar ki, qeyd edilən normanın məqsədi zaminliyin xitamı üçün əsassız üstünlük imkanının yaradılması deyil, əsas öhdəliyin əlverişsiz dəyişikliklərindən zaminə hüquqi müdafiə imkanının yaradılmasıdır...., hər bir halda “məsuliyyətin artması və ya digər əlverişsiz nəticələrə səbəb olma” məhkəmələr tərəfindən qiymətləndirilərkən işin konkret halları, tərəflərin dəlilləri nəzərə alınmalı və bunun əsasında həmin halların nədən ibarət olması məhkəmə aktlarında əsaslandırılmalıdır. Zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir.
44. Beləliklə, məhkəmələr iş materiallarına istinad etməklə iddianın qism ən təmin edilməsi barədə qanuni nəticəyə gəlmişlər və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası, qanunvericiliyə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verildiyini, hazırki iş üzrə öhdəliyin icrası müddətinin 31.12.2019-cu il tarix kimi müəyyən edildiyini və Mülki Məcəllənin 477.0.4-cü maddəsinin tələbi baxımından zaminə qarşı iddia irəli sürmək üçün bir illik müddətin 31.12.2020-ci il tarixdə bitdiyinə görə zaminlərdən pulun tutulması üçün qanuni əsasların mövcud olmadığını nəzərə alaraq kassasiya şikayətinin buna dair dəlilləri ilə razılaşmır.
45. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apelyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüqu q normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Şəki Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 28 iyul tarixli, 2-2(107)-64/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
46. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:
47. Şəki Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 28 iyul tarixli, 2-2(107)-64/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.