Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-609/2024 01.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası QƏRARDAD İddiaçı x1 Cavabdehnə qarşı iş üzrə Açar sözlər: kassasiya şikayətinin icraata qəbulundan imtina ( kassasiya şikayəti imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu, Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 4 iyul tarixli, 2-2(103)-42/2024 saylı qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keç irərək MÜƏYYƏN ETDİ: x1 ( bundan sonra-“iddiaçı”) Cavabdehnə (bundan sonra-“cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2021-ci il 10 iyun tarixli xidmət müqaviləsi üzrə ödənilməmiş 8 aylıq icarə haqqı – 18.390,30 manat, skiplərin bərpasına görə - 13.050 manat, 1 ədəd skip və 3 ədəd tor örtüyünün geri qaytarılmaması görə - 8.875 manat vəsaitin, skiplərin testi və sertifikatlaşdırılması üçün 2.500 manat, cəmi 42.815,30 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 10 iyul tarixli, e-2-2(113)-363/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 2021-ci il 10 iyun tarixli xidmət müqaviləsi üzrə icarə haqqı borcu olaraq 13.669 (on üç min altı yüz altmış d oqquz) manat, 71 (yetmiş bir) qəpik, skiplərin bərpasına görə 13.050 (on üç min əlli) manat, 1 ədəd skip və 3 ədəd tor örtüyünün geri qaytarılmasına görə 8.875 (səkkiz min səkkiz yüz yetmiş beş) manat, cəmi 35.594 (otuz beş min beş yüz doxsan dörd) manat, 71 (yetmiş bir) qəpik məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya verilməsi qət edilmişdir ( hakim K.Hüseynov). Qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin qismən, yəni skiplərin bərpasına görə 13050 manatın tutulması və 1 ədəd skip və 3 ədəd tor örtüyünün geri qaytarılmasına görə 8875 manat vəsaitin cavabdehdən tutulması tələbləri hissəsində ləğv edilərək iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 4 iyul tarixli, 2-2(103)-42/2024 saylı qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır ( sədrlik edən-məruzəçi hakim V.Baxışova, hakimlər R.Qurbanov və Z.Şirinov). Qətnamədən cavabdeh tərəfindən kassasiya şikayəti verilərək, qətnamənin skiplərin bərpasına görə 13050 manatın tutulması və 1 ədəd skip və 3 ədəd tor örtüyünün geri qaytarılmasına görə 8875 manat vəsaitin cavabdehdən tutulması tələbləri hissəsində ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, «Elektron məhkəmə» İnformasiya Sistemindən göründüyü kimi, şikayəti elektron qaydada cavabdehin adın dan nümayəndə kimi Vəkil imzalamışdır. Lakin, cavabdeh tərəfindən Vəkil verilmiş etibarnamədə, kassasiya şikayəti vermək səlahiyyətinin verildiyi xüsusi olaraq qeyd edilməmişdir. Halbuki, iddia ərizəsinin imzalanması, işin arbitraj məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir (MPM-nin 74.2-ci maddəsi) Məhkəmə kollegiyası cavab deh tərəfindən nümayəndə Vəkil verilmiş etibarnamənin məzmununu MPM-nin istinad olunan normasının tələbi baxımından qiymətləndirərək hesab edir ki, cavabdehin adından kassasiya şikayəti, buna səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası MPM-in 407.3-cü maddəsinə əsasən, şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. Həmin Məcəllənin 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya ş ikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməli və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 407-408-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 4 iyul tarixli, 2-2(103)-42/2024 saylı qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbulundan imtina edilsin və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №2-2(102)-609/2024
Ali Məhkəmə Qərardad — İş №2-2(102)-609/2024
01.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İca
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver