Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-609/2025 13.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRAR Açar sözlər: məhkəmə aidiyyəti ilə bağlı məhkəmələr arası fikir ayrılığı məsələsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi X1 məruzəsi, İnzibati Kollegiyasının hakimi Vəliyev Sərvər Yaqub oğlu və Mülki Kollegiyasının hakimi Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Gəncə Kommersiya Məhkəməsinin 2025-ci il 24 iyul tarixli e-2-2(115)-1411/2025 nömrəli qərardadına əsasən İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iş üzrə Bərdə Rayon Məhkəməsi ilə Gəncə Kommersiya Məhkəməsi arasında fikir ayrılığının həll edi lməsi ilə bağlı məsələyə Azərbaycan Respublikası Ali Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Bərdə Rayon Məhkəməsindəki icraat
1. İddiaçı (bundan sonra – “iddiaçı”) Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən 11.900 manat məbləğində əsas borc, özgəsinin pul vəsaitinin qanunsuz saxlamaqla ödənilməsini gecikdirməklə ondan faydalanmağa görə 100 manat olmaqla ümumilikdə 12.000 manat məbləğdində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə aralarında dostluq münasibəti olmuş, cavabdeh onun yanında işləmək qarşılığından ondan 11.000 manat borc pul istəmişdir. Tərəflər Asan xidmət Notariat kontoruna gedərək 2024-cü il 17 may tarixində borc müqaviləsini rəsmiləşdirmişlər. Müqavilədə cavabdeh iddiaçıya hər ay 1000 manat pul verəcəyini qeyd etmişdir. Cavabdeh müqavilədən sonra iddiaçıya 4100 manat pul ödəmişdir. İddiaçı cavabdehlə qohumluq əlaqələri olduğu üçün ona vaxt baxımından güzəştlər etmiş, lakin sonradan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
3. Bərdə Rayon Məhkəməsinin 2025-ci il 27 may tarixli 2(021)-2217/2025 nömrəli qərardadı ilə mülki işin aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim – B.Məhərrəmov).
4. Qərardad onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə həm mübahisənin subyekt tərkibinin (tərəflər), həm də onlar arasında olan münasibətlərin, həm də predme tinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması məhkəmə tərəfindən müəyyən edildiyindən məhkəmənin qənaətinə görə mübahisəyə aidiyyəti üzrə kommersiya məhkəməsində baxılmalıdır. b) Gəncə Kommersiya Məhkəməsindəki icraat
5. Gəncə Kommersiya Məhkəməsinin 2025-ci il 24 iyul tarixli 2-2(115)-1411/2025 nömrəli qərardadı ilə işin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim – R.Qələndərzadə).
6. Məhkəmənin mövqeyi belə olmuşdur ki, iddia ərizəsinin məzmunundan və iddiaçının məhkəmə iclasında izahatından göründüyü kimi tərəflər arasında dostluq və qohumluq münasibətləri olmuş və mübahisənin əsasını təşkil edən borc müqaviləsində göstərilən məbləğ cavabdehə onun başqa şəxslərə olan borcunu bağlaması məq sədi ilə verilmişdir. Tərəflər arasında olan mübahisə hüquq münasibətlərinin xarakteri baxımından sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmadığından işin kommersiya məhkəməsində baxılması istisna edilir. Məhkəmə onu da qeyd etmişdir ki, tərəflər hər ikisi VÖEN-ə malik olsa da aralarında olan mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı deyildir. Tətbiq edilən hüquq
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
24. Mübahisələrin məhkəməyə aidiyyəti 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin x arakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 24.3. Məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır.” “Maddə
25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır.” “Maddə
26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 26.2. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda b u Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar.” “Maddə
31. Aidiyyətin dəyişdirilməsinə yol verilməməsi 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir.” “Maddə 403-1. Kasasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələrə baxılması. 403-1.7. Kasasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 403-1.9. Kassasiya instansiyası məhkəməsi, məhkəmə aidiyyətinə dair məhkəmələr arasında fikir ayrılığı məsələsinə baxarkən: 403-1.9.1. işi məhkəmə aidiyyəti üzrə göndərə bilər; 403-1.9.2. məhkəmələr arasında fikir ayrılığının yaranmasına əsas olmuş hallarla bağlı əlavə ar aşdırmanın aparılmasını zəruri hesab etdikdə, məhkəmə aidiyyətinin yenidən müəyyən edilməsi üçün işi iddia ərizəsinin verildiyi birinci instansiya məhkəməsinə göndərə bilər.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
8. Qarışıq məhkəmə tərkibi iş materiallarını araşdıraraq hesab edir ki, iş məhkəmə aidiyyətinin yenidən müəyyən edilməsi üçün iddia ərizəsinin verildiyi birinci instansiya məhkəməsinə göndərilməlidir.
9. Belə ki, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarında qeyd edilmişdir ki, 2019-cu il 9 iyul tarixli Qanunla edilm iş dəyişikliklərlə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexanizmində köklü dəyişiklik edilmişdir. Belə ki, MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur (10-cu bənd).
10. O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mü bahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin k ommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır (11-ci bənd).
11. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarş ı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır (12-ci bənd).
12. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deli ktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir (13-cü bənd).
13. Hazırki işdə iddiaçı və cavabdeh VÖEN-ə malik olmaqla fərdi sahibkar statusuna malik olan şəxslərdir.
14. İddianın əsasını tərəflər arasında bağlanması iddia edilən 2024-cü il 17 may tarixində borc müqaviləsi, iddianın predmetini isə həmin müqavilə üzrə borcun tutulması təşkil edir.
15. Məhkəmə tərkibi qeyd edir ki, yalnız tərəflərin fərdi sahibkar statusunda olması onlar arasında olan bütün mübahisələrin kommersiya mübahisəsi olması anlamına gəlmir. Bunun üçün mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri də sahibkarlıq fəaliyyətinin h əyata keçirilməsi ilə bağlı olmalıdır.
16. Hazırki mübahisə də yalnız o vaxt kommersiya mübahisəsi kimi qiymətləndirilə bilər ki, iddianın əsasını təşkil edən 2024-cü il 17 may tarixli borc müqaviləsinin bağlanması məhz tərəflərin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olsun. Belə bağlılıq olmadıqda isə işə ümumi məhkəmədə baxılmalıdır.
17. Lakin bu hal iddia ərizəsinin verildiyi birinci instansiya məhkəməsində aydınlaşdırılmamışdır.
18. MPM-in 403-1.9.2-ci maddəsində isə təsbit edilmişdir ki, məhkəmələr arasında fikir ayrılığının yaranmasına əsas olmuş hallarla bağlı əlavə araşdırmanın aparılmasını zəruri hesab etdikdə, məhkəmə aidiyyətinin yenidən müəyyən edilməsi üçün işi iddia ərizəsinin verildiyi birinci instansiya məhkəməsinə göndərə bilər.
19. Məhkəmə tərkibi hesab e dir ki, yuxarıda göstərilən xüsusatların aydınlaşdırılması üçün MPM-nin 403-1.9.2-ci maddəsinin tələbi baxımından iş iddia ərizəsinin verildiyi birinci instansiya məhkəməsinə, yəni Bərdə Rayon Məhkəməsinə göndərilməlidir.
20. Qarışıq məhkəmə tərkibi şərh edilənləri və MPM-nin 403-1.9.2-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iş məhkəmə aidiyyətinin yenidən müəyyənləşdirilməsi üçün iddia ərizəsinin verildiyi birinci instansiya məhkəməsinə, yəni Bərdə Rayon Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.