Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-611/2021 15.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı ləğv prosesində olan İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər “Şiraslan-1” Kəndli Fermer Təsərrüfatına və Cavabdeh2 qarşı iş üzrə QƏRAR Açar sözlər: kredit borcu, müqavilə müddəti bitdiyi tarixdən gecikdirilmiş vaxt üçün illik 5 faiz Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Bəhman Qəribovun sədrliyi, hakimlər Elşad Şamayev və İlqar Dadaşovdan ibarət tərkibdə, məhkəmə iclasının katibi Cavid Hüseynlinin iştirakı ilə, cavabdehlər tərəfindən Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 16 iyul tarixli, 2 -2(104)-142/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ
1. İddiaçı1 ASC (bundan sonra – Bank) ilə Cavabdeh3 (bundan sonra – MMC) arasında bağlanmış 2011-ci il 24 may tarixli, 013 saylı kredit müqaviləsinə (bundan sonra – kredit müqaviləsi) əsasən, heyvandarlığın inkişaf etdirilməsi, onların kökəltmə məntəqəsinin yaradılması məqsədilə Bank MMC-yə 20 aylıq güzəştlə, 60 ay müddətinə 200.000 manat manat məbləğində 2016-cı ilin 24 may tarixinədək illik 7 faizlə kredit verilmişdir. 2. 2011-ci il 24 may tarixli, 013 saylı ipoteka müqaviləsinə (bundan sonra – ipoteka müqaviləsi) əsasən, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi Bank qarşısında ipoteka ilə yüklü edilmişdir.
3. MA seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış”a əsasən, Cavabdeh2 (bundan sonra – Cavabdeh2) məxsus 29-31A nömrəli fərdi yaşayış evi (bundan sonra – ipoteka predmeti) kredit müqaviləsi üzrə kredit öhdəliyinin icrası üçün ipoteka ilə yüklü edilmiş, girov qoyulmuş əmlak 150.000 manat məbləğində dəyərləndirilmişdir.
4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2019-cu il 5 sentyabr tarixli, 345 saylı rəyində göstərilmişdir ki, MMC tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış, maliyyə arayışı və kredit müqaviləsinin şərtləri əsas götürülməklə MMC-nin 2018-ci il 11 sentyabr tarixinə olan borcu 25.805 manat əsas, 2.738,20 manat faiz borcu olmaqla ümumilikdə 28.543,20 manat borcu olmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birin ci instansiya məhkəməsində icraat
5. Bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (bundan sonra – Fond) cavabdeh MMC-yə və Cavabdeh2 qarşı 2018-ci il 8 oktyabr tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət edərək MMC-dən 26.532,21 manat məbləğində əsas, 353,59 manat faiz, 275,78 manat cərimə borcu, Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən hesablanan 4.521,05 manat faiz borcu olmaqla ümumilikdə 31.412,63 manat, həmçinin DƏDRX rüsumu kimi 31 manat və məhkəməyə müraciətlə bağlı ödənilmiş 31 manat vəsaitin iddiaçının xeyrinə cavabdehlərdən tutulması, tutmanın ipoteka predmetinə yönəldilməklə onun açıq hərracdan satılması, ipoteka predmeti satıldıqdan və mülkiyyətçisi dəyişdikdən sonra 1 ay ərzində boşaldılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. İddia ərizəsi onun la əsaslandırılmışdır ki, cavabdeh MMC kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş və onun 2018-ci il 11 sentyabr tarixə 26.532,21 manat əsas, 353,59 manat faiz və 275,78 manat cərimə borcu yaranmışdır. İddiaçı həmçinin hesab etmişdir ki, onun MMC-dən Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 24 dekabr tarixli Qərarının 2-ci bəndinə uyğun olaraq gecikdirilmiş vaxt üçün illik 5 faiz ödənilməsini tələb etmək hüququ da yaranmışdır.
7. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 8 oktyabr tarixli 2-2(083)54/2019 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, MMC-dən 24.412,63 manat məbləğində borc, ödənilmiş 30,40 manat dövlət rüsumu, 30,80 manat DƏDRX rüsumu ASC-nin xeyrinə tutulmuş, tutma İpoteka Predmetinə yönəldilmiş, qeyd olunan əmlakın ilkin satış qiyməti 150.00 0 manat olmaqla açıq hərracda satılması, borcun satışdan əldə olunan vəsait hesabına ödənilməsi və borcun tam ödənilməsindən sonra satışdan əldə olunan vəsaitin qalan hissəsinin MMC-yə verilməsi qət edilmişdir (hakim – N.Abbasov).
8. Həmin məhkəmə bildirmişdir ki, MMC-nin Kredit Müqaviləsi üzrə ümumilikdə 31.412,63 manat məbləğində borcu yaranmış, məhkəmə prosesi zamanı MMC tərəfindən 7.000 manat məbləğində ödəniş edilmişdir. Buna baxmayaraq, ASC tərəfindən məhkəməyə təqdim edilən maliyyə arayışında MMC-nin borcu 25.124,57 manat məbləğində göstərilmişdir. Qeyd olunanlara əsasən, MMC-dən 24.412,63 manat məbləğində (31.412,63-7.000) borc ASC-nin xeyrinə tutulmalıdır. İddia tutmanın İpoteka Predmetinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və satışdan əldə ediləcək məbləğin idd ia tələbi həcmində olan hissəsinin ASC-yə ödənilməsi hissəsində də təmin edilməlidir. Bununla belə, İpoteka Predmeti satılmamış, münasibətlərə yeni mülkiyyətçi daxil olmamış, sabiq mülkiyətçinin yeni mülkiyyətçi qarşısında əmlakın 1 ay ərzində tərk etmək barədə öhdəliklərini könüllü icra etməkdən imtinası halı baş verməmiş, mülkiyyətçi olmayan kreditorun baş verməmiş və ümumiyyətlə baş verib-verməyəcəyi məlum olmayan hüquqi faktlar (hərəkətlər) üzrə tələb hüququ yaranmadığından iddia “ipoteka predmeti olan yaşayış evi satıldıqdan və mülkiyyətçi dəyişdikdən sonra onun 1 ay ərzində boşaldılması” hissəsində təmin edilə bilməz.
9. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 203.3, 317.1, 739.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləs inin (bundan sonra – MPM) 14.2, 77.1, 88, 107, 119.1, 124.3, 231-ci, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1, 36.6-cı, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 2018-ci il 28 dekabr tarixinədək qüvvədə olmuş 33, 34.1, 36.1, 36.3, 39.1-ci və hazırda qüvvədə olan 59-cu maddələrinə istinad etməklə əsaslandırmışdır.
10. Həmin qətnamədən cavabdehlər apellyasiya şikayəti verərək onun qismən əsas və faiz borcunun tutulması hissəsində və ipoteka predmetinə tutmanın yönəldilməsi hissəsində ləğv, əsas borc məbləğinin 19.434,37 manat müəyyən edilməsi və ipoteka predmetinə yönəltmə hissəsində iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdirlər. Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Gəncə Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyas ının 2020-ci il 17 avqust tarixli 2-2(104)-34/2020 saylı qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 8 oktyabr tarixli 2-2(83)-54/2019 saylı qətnaməsi qismən ləğv edilmiş, iddia ərizəsi tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində baxılmamış saxlanılmışdır (sədrlik edən – N.Quliyev, hakimlər – Ş.Rzaquliyev və S.Hüseynov).
12. Apellyasiya məhkəməsi bildirmişdir ki, ASC İpoteka Predmetinin açıq hərrac vasitəsi ilə satılması və satışdan əldə edilən vəsaitin ödənişə yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etsə də, ipoteka predmetinə tutmanın yönəldilməsinin qanunla müəyyən edilmiş qaydasına əməl etməmişdir. Belə ki, ipoteka qoyan Cavabdeh2 göndərilmiş ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında 2016-ci il 25 iyul tarixli bildiriş Cavabdeh2 2018-ci il 2 avqust tarixində təqdim olunmuşdur. ASC tutmanın tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan İpoteka Predmetinə yönəldilməsi haqqında bildirişin qeydiyyata alınması üçün 2018-ci il 14 avqust tarixli ərizə ilə DƏDRX-nin 3 saylı Ərazi İdarəsinə müraciət etmişdir. Halbuki qeydiyyat ərizəsi bildirişin təqdim edildiyi vaxtdan 7 təqvim günü ərzində ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilməli idi.
13. Apellyasiya məhkəməsi bu mövqeyini MPM-nin 259.0.1, 384.0.4-cü, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.1, 36.2, 36.3, 36.4.1, 36.4.2, 36.5-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
14. Gəncə Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2020-ci il 17 avqust tarixli 2-2(104)-34/2020 saylı qətnaməsi ilə MMC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 8 oktyabr tarixli 2-2(83)-54/2019 saylı qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilmiş, iddia tələbi qismən təmin edilmiş, MMC-dən 21.399,77 manat məbləğində borc və ödənilmiş 30,40 manat dövlət rüsumunun alınaraq ASC-nin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, 150 manat ekspertiza xərcinin MMC-dən alınaraq müvafiq hesaba köçürülməsi qət edilmişdir (sədrlik edən – N.Quliyev, hakimlər – Ş.Rzaquliyev və S.Hüseynov).
15. Məhkəmə kollegiyası bildirmişdir ki, MMC müqavilə şərtlərini pozaraq üzərinə düşən öhdəliyi lazımi qaydada icra etmədiyinə görə 2019-cu il 4 oktyabr tarixinə yaranmış 21.399,77 manat məbləğində borcu ƏSF-yə ödəməlidir. Bununla belə, məhkəmə kollegiyası müqavilənin bitdiyi tarixdən gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 3.724,80 manat borc tələbi hissəsində iddianı təmin edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, öhdəliyin icrasının gecikdirilməsinə görə ASC-yə dəymiş zərərin (əldən çıxmış fayda) qiymətləndirilməsi məhkəmə tərəfindən ASC-nin verdiyi məlumatlar əsasında həyata keçirilir. Məhkəmə baxışı zamanı kreditorun həyata keçirdiyi kredit əməliyyatlarının tərkibini və bu zaman əldə etdiyi, bazara uyğun faiz dərəcələrinin müvafiq orta miqdarını təsvir etməsi kifayətdir. Hazırkı işdən isə görünür ki, ASC bank ticarəti dövriyyəsində işlərin adi gedişatına əsasən borc məbləği vaxtında ona qaytarıldığı təqdirdə bu məbləğdən tez bir zamanda müvafiq faizlərə uyğun şəkildə istifadə edə biləcəyi ilə bağlı məhkəməyə heç b ir sübut təqdim etməmişdir.
16. Apellyasiya məhkəməsi göstərilən mövqeyini Mülki Məcəllənin 385.1, 442, 443.1, 445.1, 445.2, 448.1, 448.2, 449.1, 739, MPM-in 14.2, 77.1, 88, 217.3, 384.0.2-ci maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2009-cu il 9 iyul tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli qərarlarına istinad etməklə əsaslandırmışdır.
17. İddiaçı Fond apellyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsindəki ilk icraat 1
8. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2021-ci il 18 may tarixli, 2-2(102)189/2021 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin olunmuş, apellyasiya məhkəməsinin qətnaməsi qismən – iddianın təmin olunmadığı hissəsinin müqavilənin bitdiyi tarixdən gecikdirilmiş vaxt üçün illik 5 faiz olmaqla 3.724,80 manat borc tələbi hissəsində ləğv edilmiş iş həmin hissədə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır (sədrlik edən – B.Məmmədli, hakimlər – S.Hüseynova, A.Hüseynov).
19. Məhkəmə kollegiyası hesab etmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Lakin, bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Kassatorun mübahisələndirdiyi məbləğ məhz gecikdirilmiş vaxt üçün tələb olunan illik beş faizdən ibarət olmuşdur. Borcun gecikdirilməsi faktı işin materialları ilə təsdiq olunduğundan və apellyasiya instansiyası məhkəməsinin özü tərəfindən də təkzib edilmədiyindən Fondun həmin tələbi əsaslı olmuş, göstərilən tələbi rədd edərkən apellyasiya instansiyası məhkəməsi maddi hüquq pozuntusuna yol vermiş, tətbiq edilməli maddi hüquq normasını tətbiq etməmiş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Bununla belə, nə iddiaçı tərəfin təqdim etdiyi maliyyə arayı şında, nə də işin digər materiallarında Fondun tələb etdiyi beş faizlik borcun məbləğinin hesablanması düsturu və bunun üçün əsas götürülmüş müddət (günə-gün hesabı ilə) konkret göstərilməmişdir. Bu səbəbdən, hazırda tələb olunan bu məbləğin əsaslı olub-olmaması barədə birmənalı nəticəyə gəlmək mümkün deyildir. Bununla əlaqədar, yeni apellyasiya baxışında Konstitusiya Məhkəməsi Plenumunun müvafiq qərarına uyğun olaraq hesablanmış beş faizlik borcun məbləği dəqiq müəyyən edilməlidir.
20. Ali Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 445.7-ci maddəsinə, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2009-cu il 9 iyul tarixli Qərarına, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Mə cəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarına, MPM-in 217.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
21. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 16 iyul tarixli, 2-2(104)-2021 saylı qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi müqavilənin bitdiyi tarixdən gecikdirilmiş vaxt üçün illik 5 faiz olmaqla hesablanmış 3012,86 manat faiz məbləği hissəsində dəyişdirilmədən saxlanılmışdır.
22. Apellyasiya məhkəməsi bildirmişdir ki, iddiaçı qanunvericiliyin ona vermiş olduğu dispozitiv hüquqdan istifadə edərək iddia müddətləri çərçivəsində, cavabdeh pu l məbləğinin ödənilməsini gecikdirdiyindən Mülki Məcəllənin 445.7-ci maddəsinə istinadla və digər əsaslardan çıxış etmədən kredit müqaviləsinin müddəti bitəndən sonra illik 5 faiz hesablamaqla gecikdirilmiş vaxt üçün faiz məbləği tələb etməkdə haqlı olmuşdur. Müqavilənin bitdiyi tarixdən gecikdirilmiş vaxt üçün illik 5 faiz olmaqla, 3.724,80 manat faiz məbləği və Gəncə Apellyasiya Məhkməsinin 2020-ci il 17 avqust tarixli, 2-2(104)34/2020 saylı qətnaməsinə əsasən tutulmalı olan 21.399,77 manat borc məbləğinin cəmi 25.124,57 manat təşkll edir ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehdən ümumilikdə 24.412,63 manat borcun tutulmasının qət edilməsi və iddiaçının birinci instansiya məhkəməsinin qətnaməsindən şikayət verməməsi nəzərə alındiqda, müqavilənin bitdiyi tarixdən gecikdirilmi ş vaxt üçün illik 5 faiz məbləğinin 3.724,80 manat deyil, 3012,86 manat (24412,63-21399,77-3012,86) məbləğində olması müǝyyən edilir.
23. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 445.7, 386.1, 442, 739-cu maddələrinə istinad etməklə əsaslandırmışdır. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
24. İddiaçı tərəfindən müqavilənin bitdiyi tarixdən gecikdirilmiş vaxt üçün illik 5 faiz olmaqla 3.724,80 manat borcun tələb edilməsi məsələsinə münasibətdə məhkəmə yalnız iddiaçının bildirdiyi məbləğlərə istinad etmiş, həmin məbləğlərin əsaslı olub-olmamasını aydınlaşdırmamışdır. Müqavilə müddəti bitənədək 2016-cı il 27 may tarixə kimi cavabdeh tərəfindən mütəmadi olaraq ödənişlər edilmişdir. Müq avilə müddəti bitdikdən sonra ödənişlərdə gecikmə olsa da bu cavabdehin təqsiri ucbatından baş verməmişdir. İddiaçı müqavilə müddəti bitdikdən sonra məhkəməyə müraciət etməmiş və 2 ildən artıq müddət keçdikdən sonra məhkəməyə müraciət edərək Konstitusiya Məhkəməsi Plenumunun qərarına uyğun olaraq hesablanan faiz borcunu tələb etmişdir. Halbuki, iddiaçının məhkəməyə daha tez müraciət etmək imkanı mövcud idi. İş üzrə Ali Məhkəmənin qərarında da qeyd olunmasına baxmayaraq, apellyasiya məhkəməsi həmin faiz məbləğinin dəqiq müəyyən edilməsi istiqamətində hər hansı addım atmamış, sadəcə riyazi hesablama aparmaqla kifayətlənmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri Tərəflərin izahatları
25. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasında nümayəndə və vəkil ilə təmsil olunmamış və buna dair məhkəməyə üzrlü səbəblərinin olması barədə məlumat verməmişdirlər.
26. MPM-in 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur.
27. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası məhkəmə iclasının tərəflərin iştirakı olmadan davam etdirilməsini mümkün saymışdır. II. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
28. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 40 7-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
29. İş üzrə cavabdeh apellyasiya məhkəməsinin qərarını qismən mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı mübahisələndirilən hissədə yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
30. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndi rilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Mülki Məcəlləsi “Maddə
203. Mülkiyyət hüququnun itirilməsi növləri... 203.3. Qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən aşağıdakı tədbirlərdən başqa, əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilmir: 203.3.1. öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi; 203.3.2. qanuna görə həmin şəxsə mənsub ola bilməyən əmlakın özgəninkiləşdirilməsi; 203.3.3. sahənin alınması ilə əlaqədar daşınmaz əmlakın özgəninkiləşdirilməsi; 203.3.4. təsərrüfatsızcasına saxlanan mədəni sərvətlərin satın alınması; 203.3.5. rekvizisiya; 203.3.6. müsadirə....” “Maddə
317. İpoteka ilə yüklü olan əşyanı satmaq tələbi 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipotek a saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər....” “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borc lu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə
445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.... 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün il lik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir....” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz....” “Maddə
449. Pul öhdəliyinin icra edilməməsi üçün məsuliyyət 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər....” “Maddə
739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.” Mülki Prosessual Məcəllə “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvə si yoxdur.” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır....” “Maddə
384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;...” “Maddə
386. Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli o lan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.” “Maddə
418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. 418.2. Bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir....” Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2009-cu il 9 iyul tarixli qərarında aşağıdakılar qeyd edilmişdir: “...digər tərəfdən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır.” Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014cü il 24 dekabr tarixli qərarında aşağıdakılar qeyd edilmişdir: “Kreditor dəymiş zərərin (real zərər və əldən çıxmış faydanın) mücərrəd qaydada hesablanması əsasında qaytarılması gecikdirilən borc məbləği üzrə faiz ödənilməsini tələb edə bilər. Konkret ödənilmə məbləğinin hesablanmasına gəldikdə, zərərin miqdarı kreditorun verdiyi məlumatlar əsasında məhkəmə tərəfindən qiymətləndirilməlidir.......icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizləri n ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir.... Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kredit or digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
31. MPM-in 416.1-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
32. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
33. Kassasiya şikayətinin dəlili bundan ibarət olmuşdur ki, iddiaçı müqavilə müddəti bitdikdən sonra məhkəməyə müraciət etməmiş və 2 ildən artıq müddət keçdikdən sonra məhkəməyə müraciət edərək Konstitusiya Məhkəməsi Plenumunun qərarına uyğun olaraq hesablanan faiz borcunu tələb etmişdir. İddiaçı tərəfindən müqavilənin bitdiyi tarixdən gecikdirilmiş vaxt üçün illik 5 faiz olmaqla 3.724,80 manat borcun tələb edilməsi məsələsinə münasibətdə məhkəmə yalnız iddiaçının bildirdiyi məbləğlərə istinad etmiş, həmin məbləğlərin əsaslı olub-olmamasını aydınlaşdırmamışdır.
34. İş materiallarından göründüyü kimi, Bankla MMC arasında heyvandarlığın inkişaf etdirilməsi, onların kökəltmə məntəqəsinin yaradılması məqsədilə MMC-yə 20 aylıq güzəştlə, 60 ay müddətinə 200.000 manat məbləğində 2016-cı ilin 24 may tarixinədək illik 7 faizlə kredit verilməsinə dair Müqavilə bağlanmışdır (bax §1).
35. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, tərəflər arasında müqavilənin olması öhdəliyin əmələ gəlməsinin əsaslarından biridir.
36. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir.
37. Məhkəmə kollegiyası vurğulamağı zəruri hesab edir ki, tərəflər arasında müqavilə 2016-cı il 24 may tarixədək bağlandığından Bank iddia müddəti çərçivəsində 2018-ci il 8 oktyabr tarixdə məhkəmə iddia ərizəsi ilə müraciət etmişdir. Həmçinin, cavabdeh özü də kassasiya şikayətində Müqavilə müddəti bitənədək kredit üzrə ödənişlər etdiyini etiraf etmişdir. Belə olan halda, cavabdehin iddiaçı tərəfindən iddia müddətinin ötürülməsinə dair dəlili əsaslı olmamışdır.
38. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 2014-cü il 24 dekabr tarixli qərarında göstərilən hüquqi mövqeyə əsasən, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesa blanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən isə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik 5 faiz ödəməyə borcludur.
40. Cavabdehin kassasiya şikayətində göstərdiyi 3.724,80 manat faiz məbləği və Gəncə Apellyasiya Məhkəməsinin 2020-ci il 17 avqust tarixli, 2-2(104)-34/2020 saylı qətnaməsinə əsasən tutulmalı olan 21.399,77 manat borc məbləğinin cəmi 25.124,57 manat təşkil edir. MMC-nin Müqavilə üzrə borcu 31.412,63 manat təşkil etmiş, birinci instansiya məhkəməsində işə baxılarkən onun tərəfindən 7.000 manat məbləğində ödəniş edilmişdir. Bu səbəbdən, birinci instansiya məhkəmə si tərəfindən cavabdehdən ümumilikdə 24.412,63 manat borcun tutulması və iddiaçının həmin qətnamədən apellyasiya şikayəti vermədiyi nəzərə alındıqda, müqavilənin bitdiyi tarixdən gecikdirilmiş vaxt üçün illik 5 faiz məbləğinin cavabdehin qeyd etdiyi kimi 3.724,80 manat deyil, 3012,86 manat (24.412,63-21.399,77=3012,86) məbləğində olması müəyyən edilir. Bu səbəbdən, cavabdehin kassasiya şikayətinin Müqavilənin bitdiyi tarixdən gecikdirilmiş vaxt üçün illik 5 faiz olmaqla 3.724,80 manat məbləğin tutulması və bu məbləğin məhkəmə tərəfindən düzgün hesablanmamasına dair dəlili də əsaslı olmamışdır.
41. Məhkəmə kollegiyasının qənaətincə apellyasiya məhkəməsi mövcud mübahisə ilə bağlı işin hallarına qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymətini vermiş və düzgün nəticəyə gəlmişdir.
42. Qey d edilənləri nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində göstərilən dəlillər Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 16 iyul tarixli, 2-2(104)-142/2021 saylı qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz.
43. MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
44. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin olunmasın. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 16 iyul tarixli, 2-2(104)-142/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə