Məhkəmə qərarları › İş №2-2(102)-611/2022

Ali Məhkəmə Qərar — İş №2-2(102)-611/2022

01.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-611/2022 01.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı "xxxx" ASC-nin cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: borcun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu, Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" ASC-nin cavabdeh "xxxx" ASC-yə qarşı icarə müqaviləsi üzrə borcun tutulması tələbinə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 1 iyun tarixli, 2-2(103)-523/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayət inə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ 1. "xxxx" ASC ilə “X1 Company” MMC arasında 2016-cı il 8 aprel tarixdə “Qurğuların icarəyə verilməsi haqqında” müqavilə imzalanmış, həmin müqavilə tərəflərin nümayəndələrinin imzası və hüquqi şəxslərin möhürləri ilə təsdiq edilmişdir. Həmin müqavilənin 1-ci bəndinə əsasən icarəyə verən ona məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasındakı istehsalat avadanlıqlarını əvəzli olaraq icarəçinin istifadəsinə verir, icarəçi isə müqaviləyə uyğun olaraq aylıq icarə haqqının icarəyə verənə ödənilməsini təmin edir.

2. Müqavilənin 2-ci bəndinə əsasən müqavilənin qüvvədə olduğu müddət ərzində hər təqvim ayı 5900 manat məbləğində (ƏDV daxil) icarə haqqı ödənilməlidir. Ödəniş hər ayın 15-dən gec olmayaraq həmin ay üçün həyata keçirilir. 3.1.1.3-cü bəndinə əsasən icarəyə verən icarə haqqının ödənilməsini tələb etmək hüququna malikdir, 3.2.2.2-ci bəndinə əsasən icarəçi müqaviləyə əsasən icarə haqqının ödənilməsini təmin edir. 3. 2016-cı il 8 aprel tarixli akta əsasən, həmin tarixli icarə müqaviləsi üzrə maddi qiymətlilər icarəyə verən tərəfindən icarəçiyə təhvil verilmiş, aktın hər səhifəsi tərəflərin nümayəndələrinin imzaları ilə təsdiq edilmişdir. 4. 2018-ci il 20 iyun tarixli EAAJ seriyalı, 984716 nömrəli elektron qaiməyə görə, cavabdeh tərəfindən iddiaçıya müqavilə üzrə ödənilməli olan icarə haqqının məbləği 104627.06 manat təşkil edir. 5. "xxxx" ASC 2019-cu il 26 sentyabr tarixdə “X2 Company” MMC-yə pretenziya qaydasında məktub ünvanlayaraq cavabdehdən müqavilə üzrə onun üzərinə düşən öhdəliklərini icra etməyi və ondan icarəyə götürdüyü qurğulara görə ümumilikdə 104.627.06 manat olan borcunu 10 iş günü ərzində ödəməyi tələb etmiş, əks təqdirdə qanunvericiliyə əsasən müvafiq addımların atılacağı barədə xəbərdarlıq edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı "xxxx" ASC (bundan sonra – iddiaçı) cavabdeh “X2 Company” MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 104.627.06 AZN məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia ərizəsi dəqiqləşdirilmişdir).

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2016-cı il 8 aprel tarixli İcarə müqaviləsinə əsasən iddiaçının “Qurğular”ı cavabdehə icarəyə verilmişdir. İcarə müddəti 2016-cı il 8 aprel tarixdən 2017-ci il 1 oktyabr tarixədək davam etmişdir. Müqavilə üzrə cəmi icarə haqqı 104627.06 manat (ƏDV daxil) hesablanaraq 2018-ci il 30 iyun tarixində EVHF təqdim edilmişdir. Müqavilədə qeyd olunduğu kimi 3.2.2-ci bəndinə əsasən “İcarəçi” müqaviləyə əsasən İcarə haqqının ödənilməsini təmin etməli və 2.3-cü bəndinə əsasən ödəniş hər ayın 15-dən gec olmayaraq həmin ay üçün həyata keçməli idi. Lakin bu günədək cavabdeh tərəfindən heç bir ödəniş edilməmişdir.

8. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - “MM”) 700.1, 739, 743¸ 745-ci maddələrinə istinad edilmişdir.

9. İddia tələbinə qarşı etiraz təqdim edilməmişdir.

10. Bakı Kommersiya Məhkəməsinin 2021-c i il 28 aprel tarixli, e-2-2(113)1585/2022 saylı qiyabi qətnaməsi iddia qismən təmin edilmiş, cavabdehdən (əvvəlki adı “X1 Company” MMC) 104.627.06 manat məbləğində pul və 30 manat məbləğində dövlət rüsumu, ümumilikdə 104.657,06 manat pul tutularaq iddiaçıya ödənilmişdir (sədrlik edən hakim Ü.Həsənova).

11. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 2 mart tarixli, e-2-2(113)-1550/2022 saylı qərardadı ilə cavabdeh tərəfindən verilmiş ərizə təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 28 aprel tarixli, e-2-2(113)-1585/2022 saylı qiyabi qətnaməsi ləğv edilmiş, kommersiya mübahisəsinə dair iş üzrə icraat təzələnmişdir (Ü.Həsənova).

12. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 11 mart tarixli, e-2-2(113)-1550/2022 saylı qərardadı ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsini n (bundan sonra – “MPM”) 58.1-ci maddəsinə əsasən hazırkı iş üzrə cavabdeh “X2 Company” MMC onun hüquqi varisi olan "xxxx" ASC ilə əvəz edilmişdir.

13. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 18 mart tarixli, e-2-2(113)-1550/2022 saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehdən 104.627.06 manat məbləğində pul və 30 manat məbləğində dövlət rüsumu, ümumilikdə 104.657,06 manat pul tutularaq iddiaçıya ödənilmişdir ( sədrlik edən hakim Ü.Həsənova).

14. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında bağlanmış 2016-cı il 8 aprel tarixli müqavilə və həmin müqaviləyə əlavə edilmiş Təhvil-təslim aktına əsasən iddiaçı ona məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasındakı istehsalat avadanlıqlarını cavabdehə icarəyə vermiş və müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini tam icra etdiyi halda, cavabdeh həmin müqavilə üzrə öhdəliklərini icra etməyərək icarə haqlarını ödəməmişdir.

15. Göstərilənlərə əsasən, məhkəmə cavabdehin icarə müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya ödənilməmiş borcunun qaldığını, belə olan halda isə iddiaçının isə cavabdehdən borcun ödənilməsini tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, cavabdehdən 104.627.06 manat icarə haqqı tutularaq iddiaçıya ödənilməlidir.

16. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 386.1, 398.1, 399.1, 442, 700.1, MPM-in 14.2, 119.1, 217.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

17. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin 202 2-ci il 18 mart tarixli e-2-2(113)1550/2022 saylı qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

18. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 1 iyun tarixli, 22(103)-523/2022 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 18 mart tarixli, 2-2(113)-1550/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim V.Baxışova, hakimlər R.Qurbanov, V.Məmmədov).

19. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işdə olan sübutlarla tərəflər arasında bağlanmış 2016-cı il 8 aprel tarixli icarə müqaviləsinə və həmin müqaviləyə əlavə edilmiş Təhvil-təslim aktına əsasən iddiaçı tərəfindən ona mə xsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasındakı istehsalat avadanlıqlarının cavabdehə icarəyə verildiyi təsdiq edildiyindən, cavabdeh tərəf isə həmin müqavilə üzrə icarə haqqı ödənişlərinin həyata keçirildiyini sübut edə bilmədiyindən iddianın təmin edilməsi barədə məhkəmənin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır.

20. Cavabdehin nümayəndəsi işə birinci instansiya qaydasında baxılarkən qiyabi qətnamənin ləğvi barədə ərizə təqdim etdikdən və qiyabi qətnamə ləğv olunduqdan sonra yalnız 2022-ci il 11 mart tarixli məhkəmə iclasında iştirak edərək iş materialları ilə tanış olmaq üçün iclasın təxirə salınmasını xahiş etmiş, vəsatət təmin edilərək iclas 2022-ci il 18 mart tarixə təxirə salınmış, lakin cavabdehin nümayəndəsi həmin iclasda hər hansı üzürlü səbəb göstərmədən iştirak et məmiş, iddiaya yazılı etiraz təqdim etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin, məhkəmə iclasında iştirakının təmin edilmədiyinə dair apellyasiya şikayətində qeyd edilənlər əsassızdır.

21. Məhkəmə kollegiyası hesab etmişdir ki, işdə icarəyə verilmiş əmlakın icarədara hansı tarixdə geri qaytarıldığına dair sübutun olmaması iddianın rədd edilməsi üçün əsas ola bilməz. İcarə müqaviləsi üzrə ümumiyyətlə ödəniş edildiyi sübut edilmədiyindən müəyyən olunur ki, borc müqavilə üzrə avadanlıqlar cavabdehə təhvil verildiyi tarixdən icarə münasibətlərinə faktiki xitam verildiyi tarixədək olan dövrü əhatə edir.

22. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, hazırkı halda tərəflər arasında icarə müqaviləsinin bağlandığı və icarə predmeti olan istehsalat avadanlıqlarının mü qavilə əsasında cavabdehə təhvil verildiyi işdəki sübutlarla təsdiq edildiyindən icarə münasibətlərinə iddiaçının göstərdiyi tarixdə deyil, daha əvvəl xitam verildiyini sübut etmək vəzifəsi və icarə haqlarının tam ödənildiyini sübut etmək vəzifəsi bunu iddia etdiyi halda cavabdehin üzərinə düşür. Hazırkı halda isə, cavabdeh nə birinci instansiya, nə də apellyasiya instansiyası məhkəməsinə hər hansı sübut təqdim etməmiş, apellyasiya şikayətində icarə haqqı ödənişləri ilə bağlı, o cümlədən icarə münasibətlərinin hansı tarixədək davam etməsi ilə bağlı hər hansı məlumat qeyd etməmişdir.

23. Məhkəmə bu qənaətini MM-in 700.1, 442, 448.1, 448.2, MPM-in 9.1, 9.3, 77.1, 385.2ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

24. Qətnamə 2022-ci il 2 iyun tarixində tərəflərin elektron kabinetinə yerlə şdirilmişdir.

25. Cavabdeh həmin qətnamədən 2022-ci il 1 avqust tarixində kassasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 1 iyun tarixli, 2-2(103)523/2022 saylı qətnaməsinin ləğv edilərək, yeni qərar qəbul edilməsini xahiş etmişdir KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

26. MM-in 6.1.9, 385.1-ci maddələrinin tələbləri pozulmuşdur. Qətnamədə qeyd edilmişdir ki, cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə işlərinin çoxluğu səbəbindən bir sıra işlər eyni vaxta təyin edildiyindən və işçi r esursu məhdud olduğundan prosesdə iştirak etmək mümkün olmamışdır. Lakin, işə baxan hakim əfsuslar olsun ki bu halı nəzərə almamışdır. Cavabdehin nümayəndəsinin iştirakı təmin edilmədiyindən qanunvericiliyin bu prinsipi pozulmuş və ədalətsiz məhkəmə qərarının qəbul edilməsinə səbəb olmuşdur. İlk növbədə qeyd edilməlidir ki, qarşı tərəf məhkəməyə iddiasının əsası kimi 2016-cı il 8 aprel tarixli icarə müqaviləsini təqdim etmişdir. Həmin müqavilə əsasən, avadanlıqlar "təhvil-təslim aktı" ilə icarəçiyə təqdim edilir. Lakin iş materiallarında təhvil aktı olmasına baxmayaraq avadanlıqların icarədara geri qaytarılması ilə bağlı akt mövcud deyil. Halbuki, iddiaçının nümayəndəsi izahatında qeyd etmişdir ki, avadanlıqları geri təhvil almışdırlar. Yaranmış borcun hansı dövrü əhatə etməsi ilə bağlı id diaçı məhkəməyə sübut təqdim edə bilməmişdir. Apellyasiya instansiyasının bununla bağlı mövqeyi belə olmuşdur ki, icarə münasibətlərinə faktiki xitam verildiyi tarixədək olan dövrü əhatə edir. Lakin məhkəmənin bu mövqeyi yanlışdır. Belə ki, icarə münasibətlərinə faktiki olaraq nə vaxt xitam verilib onu müəyyən etmək mümkün olmamışdır.

27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun S.Əliyevin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 2004-cü il 28 dekabr tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair 2007-ci il 31 may tarixli qərarında göstərilmişdir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarının qənaətini formalaşdıran sübutları, bu və ya digə r sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Lakin məhkəmə bu normanın tələbinə də əməl etməmişdir.

28. MPM-in 9.1, 9.2, 9.3, 218-1-ci maddələrinin tələbləri pozulmuşdur. Məhkəmə cavabdehin məhkəmə iclaslarında iştirakını təmin etməmiş, beləliklə, çəkişmə prinsipinin pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. Qanunvericilik tələbləri pozulmuş müəyyən qanunvericilik normaları düzgün tətbiq edilmədiyindən ekspert qarşısında yalnış suallar qoyulmuşdur və hər iki instansiya üzrə qətnamələr fərqli ekspert rəyləri nəticəsində qəbul edilmişdir. Bütün bunlar bir daha göstərir və sübut edir ki, məhkəmə prosessual normalara riayət etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

30. Kassasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

31. İş üzrə hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-nin 403 və 416-cı maddələri).

32. Kassa siya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

33. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz....” “Maddə

700. İcarə müqaviləsi 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yan aşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur....”

34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur. “Maddə

9. Ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.... 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz” “Maddə 7

7. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zama n prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 1 iyun tarixli 2-2(103)-523/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

36. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, işdə olan sübutlarla tərəflər arasında bağlanmış 2016-cı il 8 aprel tarixli icarə müqaviləsinə və həmin müqaviləyə əlavə edilmiş Təhvil-təslim aktına əsasən iddiaçı tərəfindən ona məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasındakı istehsalat avadanlıqlarının cavabdehə icarəyə verildiyi təsdiq edildiyi halda, cavabdeh tərəf həmin müqavilə üzrə icarə haqqı ödə nişlərinin həyata keçirildiyini sübut edə bilməmişdir.

37. İşə baxılarkən onların nümayəndəsinin iştirakının təmin edilmədiyi barədə apelyasiya şikayətinin dəlilinə münasibət bildirərək apelyasiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin nümayəndəsi işə birinci instansiya qaydasında baxılarkən qiyabi qətnamənin ləğvi barədə ərizə təqdim etdikdən və qiyabi qətnamə ləğv olunduqdan sonra yalnız 2022-ci il 11 mart tarixli məhkəmə iclasında iştirak edərək iş materialları ilə tanış olmaq üçün iclasın təxirə salınmasını xahiş etmiş, vəsatət təmin edilərək iclas 2022-ci il 18 mart tarixə təxirə salınmış, lakin cavabdehin nümayəndəsi həmin iclasda hər hansı üzürlü səbəb göstərmədən iştirak etməmiş, iddiaya yazılı etiraz təqdim etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, cavabdehin mə hkəmə iclasında iştirakının təmin edilmədiyinə dair apellyasiya şikayətində qeyd edilənlər əsassızdır. İş materiallarından həmçinin görünür ki, cavabdeh ona bu barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq apelyasiya instansiyası məhkəməsində də iştirak etməmiş, bunun səbəbini isə məhkəmə işlərinin çoxluğu, bir sıra işlər eyni vaxta təyin edildiyindən və işçi resursu məhdud olduğundan prosesdə iştirak etməyin mümkün olmaması ilə əlaqələndirməyə çalışsa da məhkəmə kollegiyası bu dəlilləri əsassız hesab edir.

38. Məhkəmə kollegiyası kassasiya şikayətinin digər dəlili ilə əlaqədar qeyd etməyi zərurii hesab edir ki, işdə icarəyə verilmiş əmlakın icarədara hansı tarixdə geri qaytarıldığına dair sübutun olmaması iddianın rədd edilməsi üçün əsas ola bilməz və icarə müqaviləsi üzrə ümumiy yətlə ödəniş edildiyi sübut edilmir, hazırkı halda tərəflər arasında icarə müqaviləsinin bağlandığı və icarə predmeti olan istehsalat avadanlıqlarının müqavilə əsasında cavabdehə təhvil verildiyi işdəki sübutlarla təsdiq edildiyindən icarə münasibətlərinə iddiaçının göstərdiyi tarixdə deyil, daha əvvəl xitam verildiyini sübut etmək vəzifəsi və icarə haqlarının tam ödənildiyini sübut etmək vəzifəsi bunu iddia etdiyi halda cavabdehin üzərinə düşür. Hazırkı halda isə, cavabdeh nə birinci instansiya, nə də apellyasiya instansiyası məhkəməsinə hər hansı sübut təqdim etməmiş, apellyasiya və kassasiya şikayətlərində icarə haqqı ödənişləri ilə bağlı, o cümlədən icarə münasibətlərinin hansı tarixədək davam etməsi ilə bağlı hər hansı tutarlı məlumat və sübutlara istinad etməmişdir.

39. Beləliklə, iş ə kassasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş, kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 1 iyun tarixli 2-2(103)523/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı:

41. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 1 iyun tarixli 22(103)-523/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar