Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-612/2023 16.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Mənzil Tikinti Kooperativinin Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: müqavilə üzrə öhdəliyin icra edilməməsi nəticəsində dəymiş zərərin ödənilməsi, sübutetmə vəzifəsi, sübutların qiymətləndirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Dadaşov İlqar Ağababaş oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə İddiaçı MTK-nın Cavabdeh MMC-yə qarşı öhdəliyin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair kommersiya işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Kommersiy a Kollegiyasının 2023-cü il 10 iyul tarixli 2-2(107)-54/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. İşin halları
1. İddiaçı MTK (bundan sonra-“iddiaçı” və ya “MTK”) ilə Cavabdeh MMC (bundan sonra-“cavabdeh” və ya “MMC”) arasında bağlanmış 2018-ci il 28 avqust tarixli müqavilənin mahiyyəti Bakı şəhər İcra Hakimiyyətinin 2005-ci il 12 oktyabr tarixli 267 saylı sərəncamına əsasən MTK-nın qanuni təmsilçisi X3 (bundan sonra – “H.Yigitdöl”) Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında inşa etdiyi 21 mərtəbəli (2 mərtəbəsi zirzəmi olmaqla) A1 blokundan; A1 və A2 blokları arasında yerləşən 6 mərtəbəli binadan (2 mərtəbəsi zirzəmi olmaqla) yaşayış, qeyri-yaşayış sahələrinin digər vətəndaşlara təkrar satması nəticəsində aparılan audit lə müəyyən olunacaq zərərçəkmiş şəxslərin Bakı şəhər İcra Hakimiyyətinin 2015-ci il 23 oktyabr tarixli 443 saylı sərəncamına əsasən MMC-yə ayrılmış Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə onun təsisçisi və qanuni təmsilçisi X27 (bundan sonra-“Q.Əliyev”) tərəfindən tikilməkdə olan digər bloklardakı sahələrə köçürülməsindən, köçürülmə proseslərinin tələb olunan qaydada sənədləşdirilməsindən, həmin MTK və MMC-nin auditinin başa çatdığı tarixə auditlə müəyyən olunacaq debitor və kreditor borclarını H.Yiğitdölün şəriki, MMC-nin təsisçisi və qanuni təmsilçisi Q.Əliyevin qəbul etməsindən və auditin başa çatdırıldığı tarixədək yaranmış audit aktında qeyd ediləcək digər müvafiq problemlərin, şikayətlərin onun tərəfindən həll olunmasından ibarətdir (1-ci bənd).
2. Müqavilənin 2 -ci bəndinə əsasən, MMC-nin təsisçisi və qanuni təmsilçisi Q.Əliyev aşağıda qeyd olunan öhdəliklərin icrasını öz üzərinə götürmüşdür: - C blokunun tikintisini 2019-cu ilin sonuna başa çatdırmağı (2.3-cü bənd), - digər blokların tikintisini 2020-ci ilin sonuna başa çatdırmağı (2.4-cü bənd), - D blokunda tikiləcək 23 və 24-cü mərtəbələrin bütün sahələrini, cəmi 1.250 kv.m sahəni H.Yiğitdölün adına rəsmiləşdirməyi (2.5-ci bənd).
3. Müqavilənin 3-cü bəndinə əsasən, MTK-nın təsisçisi və qanuni təmsilçisi H.Yiğitdöl aşağıda qeyd olunan öhdəliklərin icrasını öz üzərinə götürmüşdür: - «X41» MTK-nın X25 və Cavabdeh MMC-ə qarşı qaldırdığı bütün məhkəmə iddialarından və müxtəlif orqanlara şikayətlərindən imtina etməyi, «X41» MTK-nın Cavabdeh MMC-yə qarşı hər hansı iddiasının olmayacağını (3.2-ci bənd ), - həmin ərazidə bina tikmək məqsədilə özünün, X9, Əfrasim adlı şəxsin, eləcə də X18 adına rəsmiləşdirilmiş bütün sahələrə dair şəhadətnamələri və digər hüquqverici sənədləri Q.Əliyevin adına keçirməyi (3.4-cü bənd), - Bakı şəhər İcra Hakimiyyətinin 2015-ci il 23 oktyabr tarixli 443 saylı sərəncamına əsasən MMC-yə ayrılmış Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə layihələndirilmiş üç bloklu yaşayış kompleksinin və altındakı torpaq sahələrinin MMC-yə məxsus olmasını, H.Yiğitdöl tərəfindən tikilmiş A1 blokunda, eləcə də A1 və A2 blokları arasında olan 6 mərtəbəli (2 mərtəbəsi zirzəmi olmaqla) qeyri-yaşayış sahəsindən yaranmış bütün problemlərin MMC tərəfindən həll edilməsini (3.5-ci bənd). İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraa t
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2020-ci ilin sonunadək D blokun tikintisi başa çatdırılmadığı üçün müqavilədə nəzərdə tutulmuş 23 və 24-cü mərtəbələrin bütün sahələrinin, cəmi 1250 kv.m sahənin dəyərinin əvəzi olan 2.000.000 manat məbləğində pulun tutularaq ona ödənilməsi, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2018-ci il 22 iyun tarixli icra vərəqəsinə əsasən iddiaçı tərəfindən X12 ödənilməli 82.700 manat, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2016-cı il 8 dekabr tarixli icra vərəqəsinə əsasən iddiaçı tərəfindən X14 ödənilməli 95.760 manat, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2016-cı il 14 iyun tarixli icra vərəqəsinə əsasən iddiaçı tərəfindən X13 ödənilməli 76.530 manat, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2015-ci il 30 iyun tarixli icra vərəqəsinə əsasən iddiaçı tərəfindən X4 verilməli olan Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən yüksəkmərtəbəli binanın C blokunun 9-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 515 kv.m təşkil edən yaşayış və Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanda yerləşən yüksəkmərtəbəli binanın B blokunda 1-ci mərtəbədə yerləşən, ümumi sahəsi 36 kv.m olan qeyri-yaşayış sahəsi, Bakı Apellyasiya Məhkəməsinin 2015-ci il 11 fevral tarixli icra vərəqəsinə əsasən iddiaçı tərəfindən X5 ödənilməli 170.000 manat barədə öhdəliklərin icra olunmasının cavabdehə aid edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı aralarında bağlanmış 2018-ci il 28 avqust tarixli müqavilənin 3.4-cü bəndində nəzərdə tutulmuş öhdəliklərini (bax § 3) tam yerinə y etirsə də, cavabdeh müqavilənin 2.4 və 2.5-ci bəndlərində qeyd olunmuş öhdəliklərini (bax § 2) icra etməmişdir. Belə ki, bu günədək D bloku tikilməmiş, hətta tikintisinə belə başlanmamışdır. Artıq öhdəliyin icra edilməli vaxtından 1 ildən artıq müddət ötmüşdür. Həmin ərazidə mənzillərin 1 kv.m-nin qiyməti 1600 manat ilə 2200 manat arasındadır. Bina tikilib mənzillər iddiaçıya təhvil verilmədiyi üçün hazırda iddiaçı üçüncü şəxslərə (X19, X20, X28, X6, X21, X22, X15 və digər şəxslərə) qarşı olan öhdəliklərini və borclarını yerinə yetirə bilmir.
6. İddia ərizəsinə əlavə edilmiş iddiaçının sifarişi əsasında keçirilmiş qiymətləndirmə üzrə "xxxx" MMC tərəfindən verilmiş 2022-ci il 8 aprel tarixli 02-49/22 nömrəli mütəxəssis rəyinə əsasən, mənzilin mövcud vəziyyəti, yerləşdiyi ərazi, ümumi sahəsi, tikilinin konstruksiyası, aşınması və s. xüsusiyyətlər nəzərə alınmaqla aparılmış hesablamalara və təhlillərə görə, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında yerləşən, D binasının 23-24-cü mərtəbələrindəki, ümumi sahəsi 1.250 kv.m olan təmirsiz yaşayış sahələrinin 2022-ci il 8 aprel tarixinə bazar dəyəri 2.250.000 manat (1800 manat/1 kv.m x 1.250 kv.m) təşkil edir.
7. Cavabdeh iddiaya qarşı etiraz təqdim edərək göstərmişdir ki, iddiaçı ilə aralarında imzalanmış 2018-ci il 28 avqust tarixli müqaviləyə əsasən, iddiaçının qanuni təmsilçisi H.Yiğitdölün xahişi ilə onun tərəfindən ziyan vurulmuş vətəndaşlara dəymiş ziyanın ödənilməsi üçün cavabdeh hazırda tikintisi yekunlaşmış 1 bloklu binada mənzil verilməsini öhdəlik kimi götürmüşdür. H.Yigitdöl də cavabdeh qarşısında bir sır a öhdəliklər götürmüşdür ki, həmin öhdəliklərdən biri ondan ibarətdir ki, H.X1 və X10 adına olan şəhadətnamələri və digər sənədləri cavabdehin qanuni təmsilçisi Q.Əliyevin adına keçirməli idi. Lakin hələ də mənzillərin mülkiyyət hüququ həmin şəxslərin adında qalmaqdadır. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi tam olaraq yerinə yetirmiş, buna görə də, Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində təqsirləndirilən şəxs H.Yigitdöl barəsində olan cinayət işi üzrə yekun ittiham aktı tərtib olunaraq, Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş, həmin məhkəmənin 2020-ci il 11 noyabr tarixli hökmü ilə ona həbslə bağlı olmayan cəza təyin edilmişdir. Həmin hökmdə cinayət işi üzrə zərərçəkmiş şəxslərə MMC tərəfindən tikilən binada mənzillərin verilməsi qeyd olunmuşdur. Əvəzində aralarında bağlanmış 2018-ci il 28 avqust tarixli müqaviləyə əsasən, MTK tərəfindən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında tikilən A1 bloklu hündürmərtəbəli bina və A1 bloku ilə A2 bloku arasında yerləşən 4 mərtəbəli qeyri-yaşayış binasının hüquqları MMC-yə keçmişdir. Hazırda həmin binalara təsərrüfat, kommunal xidmətlərinin təşkili və binaların bütün lazımi xidmətlər göstərməsi üçün saxlanılması MMC tərəfindən həyata keçirilir. Bundan başqa, iddiaçı iddia ərizəsində müqavilənin 2.4 və 2.5-ci bəndlərinə əsasən tikiləcək D blokunun 23 və 24-cü mərtəbəsində olan 1.250 kv.m sahənin H.Yigitdölün adına rəsmiləşdirməsi barədə öhdəliyin yerinə yetirilməməsini, hətta blokun tikilməməsini bildirmişdir. Bununla bağlı qeyd olunur ki, Bakı şəhər İcra Hakimiyyətinin 2015- ci il 23 oktyabr tarixli 443 saylı sərəncamı ilə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə Bakı şəhər İcra Hakimiyyətinin 2005-ci il 12 oktyabr tarixli 267 saylı sərəncamının 1-ci bəndi ilə MTK-ya ayrılmış 0,73 ha torpaq sahəsinin İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılmış layihə sənədlərinə uyğun tikilməmiş 0,4984 ha torpaq sahəsi MMC-nin istifadəsinə verilmişdir. Bundan sonra MMC tərəfindən ona ayrılmış sahədə layihələndirilmiş hər biri 1 girişli olmaqla, 23 mərtəbəli, 3 blokun tikintisinə icazə verilməsi üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət edilmiş, sonuncu orqan tərəfindən cavabdehə ünvanlanmış 2019-cu il 26 avqust tarixli cavab məktubunda cavabdehin icarəsində olan torpaq sahəsində layihələndirilən 2 ədəd 1 giriş li 23 mərtəbəli yaşayış binası və 4 mərtəbəli qeyri-yaşayış binasına icazə verilmişdir. Yəni, müqavilədə sözügedən D blokunun tikintisi rəsmi olaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən dayandırılmışdır. İddia tələbində qeyd edilən yaşayış sahələrinin dəyərinin müəyyən edilməsi ilə bağlı iş materiallarında olan mütəxəssis rəyinin mötəbərliyi şübhə doğurur. Belə ki, iddiaçı özü də bildirir ki, sözügedən D bloku tikilməmişdir. Belə olan halda, tikilməmiş yaşayış binasının 23 və 24-cü mərtəbələrinin yaşayış sahəsinin 1 kv.m-nin qiyməti necə 1600 manat müəyyən edilə bilər. Bundan başqa, 1250 kv.m-dən çıxmaqla 3-cü şəxslərə C blokundan mənzillər verilmişdir. Odur ki, qeyd olunanlara əsasən iddia tələbi əsassız hesab edilərək rədd edilməlidir.
8. Şəki Kommersiya Məhkəməsinin e-2- 2(117)-454/2022 nömrəli 2022-ci il 26 sentyabr tarixli qərardadı ilə iddia tələbinin “iddiaçıya aid öhdəliklərin icra olunmasının cavabdehə aid edilməsi” hissəsində iş üzrə icraata xitam verilmişdir.
9. Məhkəmənin eyni tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, cavabdehdən 2020-ci ilin sonunadək D blokun tikintisi başa çatdırılmadığı üçün müqavilədə nəzərdə tutulmuş 23 və 24-cü mərtəbələrin bütün sahələrinin, cəmi 1250 kv.m sahənin dəyərinin əvəzi olan 2.000.000 manat məbləğində pulun tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir (hakim-R.Məcidov).
10. Birinci instansiya məhkəməsi işin hallarına istinadən belə nəticəyə gəlmişdir ki, cavabdeh müqavilə üzrə götürdüyü öhdəliklərini yerinə yetirməmiş, müqavilənin 2.4 və 2.5ci bəndlərinə əsasən blokların tikintisini 2020-ci ili n axırına başa çatdırmamış, D blokunda tikiləcək 23 və 24-cü mərtəbələrin bütün sahələrini, cəmi 1250 kv.m sahəni H.Yiğitdölün adına rəsmiləşdirməmişdir. Cavabdeh bunun əksini təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X8 Agentliyinin 2022-ci il 22 iyul tarixli məktubundan müəyyən edilmişdir ki, cavabdeh tərəfindən sözügedən ərazidə 2019-cu ildən sonra tikinti işləri aparılmamış və yalnız Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 2022-ci il 17 yanvar tarixli Tİ-06/22 nömrəli icazəsi əsasında A-5 yaşayış binasının tikilməsi məqsədi ilə həmin ərazidə torpaq-qazma işləri aparılır. Göründüyü kimi, cavabdeh 2020-ci ilin sonuna qədər iddiaçı tərəfin mülkiyyətinə verməyi ö hdəsinə götürdüyü yaşayış binasını tikməmiş və nəticədə öhdəliyini icra etməmişdir.
11. Yaşayış binasının hansı səbəbdən tikilməməsi isə mübahisənin həllinə təsir etmir. Belə ki, tərəflər arasında bağlanmış müqavilədə cavabdehin üzərinə götürdüyü öhdəliyi yerinə yetirə bilməməsi ilə bağlı qeyd-şərt, hər hansı obyektiv və subyektiv səbəblər barədə fors-major hal nəzərdə tutulmamış və cavabdeh müqavilə üzrə qəti şəkildə yerinə yetirəcəyi öhdəliyi üzərinə götürmüşdür. Öhdəliyin icra edilməməsi üçün hər hansı hal mövcud olmuşdursa belə, həmin hallar yalnız iddiaçı ilə razılaşdırma yolu ilə həllini tapmalıdır ki, cavabdeh ötən müddət ərzində öhdəliyini icra edə bilməməsinin səbəbləri və ona əlavə vaxtın verilməsi ilə bağlı iddiaçıya müraciətini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Odur ki, cavabdeh müqavilə üzrə öhdəliyini müəyyən olunmuş müddət ərzində yerinə yetirmədiyindən, iddiaçı 1.250 kv.m sahənin hazırkı dəyərini ondan tələb etməkdə haqlıdır. Belə ki, cavabdeh öhdəliyini icra edib yaşayış binasının 1.250 kv.m hissəsini iddiaçının mülkiyyətinə vermiş olsaydı, iddiaçının əldə edəcəyi əmlakın dəyəri hazırkı vaxtla qiymətləndirilmiş olacaqdı.
12. Məhkəmə mübahisəli ərazidə 1 kv.m sahənin dəyəri ilə bağlı iddiaçı tərəfindən təqdim edilmiş "xxxx" MMC-nin 2022-ci il 8 aprel tarixli 02-49/22 nömrəli mütəxəssis rəyində müəyyən edilmiş qiymətlə razılaşaraq qeyd etmişdir ki, qiymətin müəyyən edilməsi zamanı mütəxəssis internet resurslarında olan elanlar vasitəsi ilə həm Xocalı prospektində, həm qonşu Orucov küçəsində olan qiymətləri müqayisəli şəkildə təhlil etmiş və yekun olaraq 1 kv.m-in dəyərini 2022-ci il 8 aprel tarixinə 1800 manat həddində müəyyən etmişdir. Cavabdeh tərəf həmin qiymətlə razılaşmadığını bildirsə də, rəyin həqiqiliyini şübhə altına alan sübutları məhkəməyə təqdim etməmişdir. Sonuncunun mülahizələri yalnız sözdən ibarət olmuş və hər hansı sübutla öz təsdiqini tapmamışdır. Halbuki, məhkəmə araşdırması zamanı tərəflərə işin nəticəsinə təsir edəcək halların məhkəməyə təqdim edilməsi üçün kifayət qədər müddət tanınmışdır. Cavabdeh alternativ araşdırmanın nəticələrinə dair başqa rəy və ya ən azından mənzil satışı ilə məşğul olan hüquqi şəxs kimi həmin ərazidə hazırkı dövrdə satışını həyata keçirdiyi mənzillərə dair müqavilələri təqdim etmək imkanında olmuşdur.
13. Qeyd olunanlara əsasən, məhkəmə cavabdehin həmin ərazidə 1 kv.m mənzilin qiyməti ilə bağlı dəlillərini əsassız hesab etmiş və təqdim edilmiş rəylə müəyyən olunmuş qiyməti qəbul etmişdir. Lakin iddiaçı əmlakın 1 kv.m dəyərinin 1800 manatla deyil, 1600 manatla alınmasını tələb etdiyindən və məhkəmə tələbdən kənara çıxmağa haqlı olmadığından, iddiaçının tələbi üzrə mübahisəli ərazidə olan 1 kv.m-in dəyəri 1600 manat götürülməklə cavabdehdən 1250 kv.m-in dəyəri olan 2.000.000 manat pul tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.
14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-«MM”) 329.2, 385.1, 386.1, 406.1, 442, 445.2, 448 və 567-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
15. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş apellyasi ya şikayətində qətnamənin ləğv edilməsi və iddianın rədd olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
16. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(107)-7/2023 nömrəli 2023-cü il 17 yanvar tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim G.Cavadova, hakimlər V.Məlikov və E.Hüseynov).
17. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma (bax § 10-14) ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə həmçinin qeyd etmişdir ki, yaşayış binasının hansı səbəbdən (o cümlədən, cavabdehin istinad etdiyi əsasla) tikilməməsi mübah isənin həllinə təsir etmir. Belə ki, cavabdeh tikinti sahəsində uzun müddət fəaliyyət göstərən hüquqi şəxsdir, bu sahədə risklərin (tikintiyə icazənin verilməməsi ehtimalı və s.) mövcud olmasını bilirdi və ya bilməli idi. Cavabdeh bu riskləri nəzərə alaraq iddiaçı ilə qarşılıqlı müqavilə şərtlərini müəyyən edə bilərdi. Lakin tərəflər arasında bağlanmış müqavilədə cavabdehin üzərinə götürdüyü öhdəliyi yerinə yetirə bilməməsi ilə bağlı qeyd-şərt, hər hansı obyektiv və subyektiv səbəblər ilə bağlı fors-major hallar nəzərdə tutulmamışdır. Müqavilə şərtləri tərəflər arasında könüllülük əsasında, qarşılıqlı razılaşma yolu ilə, hər iki tərəfin iradə ifadəsini bildirməklə müəyyən edilmişdir. Müqavilə öhdəliyinin icra edilməməsi üçün hər hansı hal mövcud olmuşdursa belə, həmin hallar yalnız iddiaçı ilə razılaşdırma yolu ilə həllini tapmalı idi. Lakin cavabdeh keçən müddət ərzində üzərinə götürdüyü öhdəlikləri icra edə bilməməsinin səbəbləri və ona əlavə vaxtın verilməsi ilə bağlı iddiaçıya müraciət etməmişdir. Cavabdehin bu kimi müraciətinin olması işin materialları ilə təsdiq olunmur.
18. Cavabdeh apellyasiya şikayətində iddiaçının öhdəliklərini yerinə yetirmədiyini, lakin bu halın birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmadığını bildirsə də, qeyd olunan halın cavabdeh tərəfindən üzərinə götürdüyü müqavilə öhdəliklərinin yerinə yetirilməsinə maneə olmasını təsdiq edən sübutlar təqdim etməmişdir. Bundan başqa, cavabdehin müqavilə öhdəliklərinin yerinə yetirilməsini iddiaçıdan tələb etmək hüququ vardır.
19. Cavabdehin H.Yigitdölə təhvil verilməli olan 1.250 kv.m sahədən olan payın ayrıayrı fiziki şəxslərin adına rəsmiləşdirilməsi, bununla bağlı müqavilələrdə H.Yigitdölün imzalarının olması barədə dəlilləri də əsassızdır. Belə ki, 1.250 kv.m sahədən olan payın ayrı-ayrı fiziki şəxslərin adına rəsmiləşdirilməsi ilə bağlı müqavilələrə nəzər saldıqda müəyyən edilir ki, həmin müqavilələr üzrə payçılara ayrılan mənzillər də məhz D blokunda tikiləcək mənzillərin hesabına verilməli idi. Həmin mənzillərin tikilib payçılara təhvil verilməsi isə işin materialları ilə öz təsdiqini tapmır. Məhkəmə həm qeyd olunan dəlillə, həm də apellyasiya şikayətində qeyd olunan digər dəlillərlə bağlı sübutların təqdim edilməsi üçün cavabdehə lazımi şərait yaratmış, bununla bağlı məhkəmə iclası təxirə salınmış, lakin cavabdeh öz dəlillərini təsdiq edən sübutları məhkəməyə təqdim etm əmişdir.
20. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın rədd olunması xahiş edilmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(102)269/2023 nömrəli 2023-cü il 24 may tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına qaytarılmışdır (məruzəçi hakim B.Məmmədli, hakimlər B.Qəribov və Z.Əliyev)
22. Kassasiya instansiyası məhkəməsi MM-in 448.1, 448.2 və 448.4-cü maddələrinə istinadən qeyd etmişdir ki, cavabdeh tərəf blokların tikintisinə başlanılmamasını tikintinin Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən daya ndırılması ilə əsaslandırmışdır. Əgər cavabdeh səlahiyyətli dövlət orqanının qərarının əleyhinə çıxaraq və ya bu qərarın mövcudluğunu nəzərə almadan, yəni özbaşına (qanunsuz) şəkildə tikinti aparsa idi, bunun, cavabdehin qanunla nəzərdə tutulmuş məsuliyyətə cəlb edilməsi, hətta qanunsuz tikiliən binanın sökülməsi üçün hüquqi əsas olması qaçılmaz idi.
23. Bu zaman o da nəzərə alınmalıdır ki, səlahiyyətli dövlət orqanının tikintiyə icazə verməməsinin səbəb(lər)inin cavabdehdən qaynaqlanması, yəni cavabdehin hər hansı qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verməsi ilə bağlı olması işə baxan məhkəmələr tərəfindən müəyyən edilməmişdir.
24. Cavabdehin öz öhdəliyini yerinə yetirə bilməməsi nəticəsində iddiaçının konkret olaraq hansı zərərə (itkilərə) məruz qalması apellyasiya instansiyası məh kəməsinin qətnaməsindən məlum olmur. Belə ki, mübahisə predmeti olan müqavilə ikitərəfli xarakter daşıyır və iddiaçı istər iddia ərizəsində, istərsə də məhkəmə icraatı zamanı israrla öz öhdəliklərini yerinə yetirdiyini bildirmiş, lakin bununla bağlı öz mövqeyini konkret dəlillərlə əsaslandırmamış, cavabdeh isə bunu inkar etmişdir.
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" MMC-nin şikayəti üzrə” qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, tərəflər hüquq və öhdəliklərini müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edibetməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqlikl ə müəyyən etməlidir.
26. Məhkəmə kollegiyasının mövqeyinə görə, əgər iddiaçı həqiqətən də müqavilə ilə öz üzərinə düşən öhdəliklərini icra etmişdirsə və bunun nəticəsində müəyyən zərərə (itkiyə) məruz qalmışdırsa, həmin zərərin (itkinin) cavabdeh tərəfindən qarşılanması ədalət prinsipinə tamamilə uyğun olardı. Lakin apellyasiya instansiyası məhkəməsi öz qətnaməsində həmin məsələyə lazımi diqqət yetirməmiş, dolğun hüquqi qiymət verməmişdir ki, bu da iş üzrə birmənalı nəticəyə gəlməyə imkan vermir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
27. Yeni apellyasiya baxışında iddiaçı apellyasiya şikayətinə qarşı etirazına əlavə təqdim edərək bildirmişdir ki, FHN-nin Dövlət Ekspertiza Baş İdarəsinin 2007-ci il 12 noyabr tarixli 8434 nömrəli rəyində göstərilmişdir ki, Baş plana əsas ən ayrılmış sahədə A1, A2, B, C1, C2 olmaqla 5 blokdan ibarət olan 16 mərtəbəli yaşayış binaları kompeksi və qeyriyaşayış sahələri layihələndirilmişdir. Layihədə nəzərdə tutulan 2 bina 2018-ci il 28 avqust tarixli müqavilə imzalananadək tikilmişdir. Geriyə qalan 3 ədəd 16 mərtəbəli binanın əvəzinə cavabdeh MMC 2 ədəd 24-28 mərtəbə binalar tikilməsi üçün yeni layihə almışdır. Yəni, MMC nəticə olaraq heç bir zərər etməmişdir. 3 ədəd 16 mərtəbəli binanın əvəzinə 2 dənə 24-28 mərtəbəli bina tikir. Cavabdeh MMC məqsədli şəkildə D blokunun tikilməsinin dayandırıldığını iddia edərək, məhkəmələrdə çaşqınlıq yaradır. Əgər cavabdeh MMC-nin həmin vaxt 3 ədəd 24 mərtəbəli yaşayış binasının tikintisinə icazəsi yox idisə, hansı məqsədlə D adlandırdığı blokdan 1250 kv.m yaşayış sahəsini iddiaçıya verməyi vəd etmişdir. Odur ki, cavabdehin göstərdikləri həqiqəti əks etdirmir. Yəni, Bakı şəhər İcra Hakimiyyətinin 2015-ci il 23 oktyabr tarixli, 443 saylı sərəncamı ilə Bakı şəhəri, Xocalı prospekti 1181-ci məhəllədə Bakı şəhər İcra Hakimiyyətinin 2005-ci il 12 oktyabr tarixli, 267 saylı Sərəncamının 1-ci bəndi ilə iddiaçı MTK-ya ayrılmış 0,73 ha torpaq sahəsinin Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsində razılaşdırılmış layihə sənədlərinə uyğun olaraq tikilməmiş 0.4984 ha hissəsi cavabdeh MMC-nin istifadəsinə verilmişdir. Həmin layihədə isə 24 mərtəbəli bina nəzərdə tutulmamışdır. Cavabdehlə aralarında bağlanmış müqaviləyə əsasən, iddiaçı tərəfindən D bloku adlandırılan yerin əvəzinə 1.000.000 manat dəyərində daşınmaz əmlaklar verilmişdir. Belə ki, 2014-cü il 23 yanva r tarixli alqı-satqı müqaviləsinə əsasən MTK-nın adından "xxxx" QSC-dən alınmış qeyri-yaşayış sahəsi barışıq müqaviləsinə əsasən cavabdehə verilmişdir. Həmçinin, 325.000 manata alınmış H.Yiğitdölün adına olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 126 kv.m olan mənzil (1-ci mərtəbə) cavabdeh MMC-nin direktoru Q.Əliyevin oğlu Mirkamil Əlizadənin adına rəsmiləşdirilmişdir. Əgər cavabdeh MMC-nin verilən mənzillər və torpaq sahələri üzərində tikinti həyata keçirməsi mümkün deyilsə, həmin mənzil və torpaq sahələrinin geri qaytarılması təklif olunmuş, lakin MMC yenə də onlarla razılaşmamışdır.
28. Şəki Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 10 iyul tarixli, 2-2(107)-54/2023 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin q ətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddiaçının cavabdehə qarşı “cavabdeh tərəfindən 2020-ci ilin sonunadək D blokunun tikintisi başa çatdırılmadığı üçün müqavilədə nəzərdə tutulmuş 23 və 24-cü mərtəbələrin bütün sahələrinin, cəmi 1250 kv.m sahənin dəyərinin əvəzi olan 2.000.000 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iddiası rədd edilmişdir (sədrlik edən-məruzəçi hakim Ə.Məcidov, hakimlər M.Əsədli və E.Mehdiyev).
29. Məhkəmə kollegiyası kassasiya instansiyası məhkəməsinin qərarındakı mövqeləri təkrarlamaqla gəldiyi nəticəni MM-in 385.1, 386.1, 390.1, 406.1, 442, 445.2, 448.1, 448.2, 448.4, 556.1-ci və MPM-in 14.2, 77, 88, 119.1, 217.1, 217.3, 217.4, 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
30. İddiaçı tərəfindən həmin qətnamədən ver ilmiş kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
31. İddiaçı kassasiya şikayətində cavabdehin apellyasiya şikayətinə qarşı yazılı etirazında qeyd olunan eyni dəlillərdən (bax § 32) çıxış etməklə, həmçinin qeyd etmişdir ki, apellyasiya məhkəməsi tərəfindən MM-in 422, 425, 448, 556-cı maddələri düzgün tətbiq edilməmişdir. Belə ki, ekspertiza təyin olunmadan cavabdehin əvvəlki layihəyə və indiki layihəyə əsasən zərər etməsini göstərmək mümkün deyildir. Əgər cavabdeh 1.250 kv.m yaşayış sahəsini iddiaçıya təhvil verə bilmirsə, bunun qarşılığında, onun dəyəri olan 2.000.000 manat pulu verməlidir. Çü nki cavabdeh barışıq müqaviləsinə əsasən iddiaçıdan kifayət qədər yaşayış sahəsi, torpaq sahəsi, qeyri-yaşayış sahəsi almışdır.
32. Tərəflər arasında olan münasibətləri xronoloji ardıcıllıqla sıraladıqda açıqca məlum olur ki, cavabdeh MMC-nin direktoru Q.Əliyev öz hüquqlarından sui-istifadə etməklə vicdanlılıq prinsipinə zidd hərəkət edərək, əvvəlcədən tikintisinə razılıq almadığı mərtəbələri MTK-ya verməyi barışıq müqaviləsinə əsasən öhdəsinə götürmüşdür.
33. Apellyasiya məhkəməsi MPM-in 14.2, 76.2, 97, 101-ci maddələrinin tələblərini pozaraq, iddiaçı və cavabdeh tərəfindən təqdim edilmiş sübutları tam araşdırmamış, həmin sübutlara səthi yanaşmışdır. Belə ki, cavabdeh tərəf müvafiq dövlət orqanları tərəfindən tikintinin dayandırılması haqqında hər hansı bir sübut təqdim etməmişdir. Eyni z amanda, Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılmış layihədə 24 mərtəbəli bina nəzərdə tutulmamışdır. Hazırda tikinti aparılan hissədə baxış və ekspertiza keçirilirsə məlum olar ki, cavahden MMC 5 ədəd 16 mərtəbəli binanın əvəzinə tikdiyi yeni layihə ilə, yəni 24 və 28 mərtəbəli binalar ilə hər hansı bir sahə itkisinə yol verməmişdir. Həmçinin ekspertiza keçirilərək, D blok adlandırılan bina harada tikilməli olması, D blok adlandırılan binanın yerində başqa adla hər hansı bir binanın tikilibtikilməməsi müəyyən edilməlidir. Əvvəlki layihəyə uyğun olaraq tikinti aparılsa idi, toplam tikinti sahəsi 46250 kv.m. təşkil etməli idi, yeni layihəyə əsasən isə toplam tikinti sahəsi 51632 kv.m. edir. Nəticə olaraq cavabdeh hər hansı zərər etməmiş, əksinə yeni aldığı layihə ilə əlavə tikinti sahəsi əldə etmişdir. Buna əsasən də, ekpertiza keçirilmədən cavabdehin fors-major hala düşərək zərər etdiyini göstərmək həqiqəti əks etdirmir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
34. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri
35. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün MPM-in 403 və 416-cı maddələrinin tələbləri baxımından, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
36. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilmə si üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
37. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə
881. Barışıq razılaşması haqqında müqavilə 881.1. Barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddial ar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. 881.2. Barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyrimüəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Maddə
445. Borclunun icranı gecikdirməsi... 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi s ayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi;...” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 4448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.... 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini i stisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır.”
38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barəd ə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır....” “Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.3. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər...” “Maddə
418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası h azırkı iş üzrə kassasiya şikayətinin dəlilləri üzrə aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir.
40. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.
41. Baxılan işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına əsasən, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 2005-ci il 12 oktyabr tarixli sərəncamı ilə yaşayış binasının tikintisinin layihələndirilməsi üçün Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə (Xocalı prospekti 32) 0,73 ha torpaq sahəsi icarə əsasında iddiaçının istifadəsinə verilmiş, sonradan həmin torpaq sa həsinin 0,4984 ha hissəsi Bakı şəhər İcra Hakimiyyəti Başçısının 2015-ci il 23 oktyabr tarixli sərəncamı ilə eyni məqsədlə cavabdehin istifadəsinə verilmişdir.
42. Bundan sonra tərəflər, bununla bağlı aralarında yaranmış mübahisələrin nəticəsi kimi 2018-ci il 28 avqust tarixli müqavilə bağlamışlar ki, hazırkı məhkəmə mübahisəsi cavabdeh tərəfindən həmin müqavilə üzrə öhdəliyin icra edilməməsi ilə bağlıdır.
43. Həmin müqaviləyə əsasən: - cavabdeh, iddiaçının sözügedən ünvanda inşa etdiyi 21 mərtəbəli (2 mərtəbəsi zirzəmi olmaqla) A1 blokundan; A1 və A2 blokları arasında yerləşən 6 mərtəbəli binadan (2 mərtəbəsi zirzəmi olmaqla) yaşayış, qeyri-yaşayış sahələrinin digər vətəndaşlara təkrar satılması nəticəsində aparılan auditlə müəyyən olunacaq zərərçəkmiş şəxslərin cavabdeh tərəfindən tikilm əkdə olan digər bloklardakı sahələrə köçürülməsini, köçürülmə proseslərinin tələb olunan qaydada sənədləşdirilməsini (1-ci bənd), C blokunun tikintisini 2019-cu ilin sonuna (2.3-cü bənd), digər blokların tikintisini 2020-ci ilin sonuna başa çatdırmağı (2.4-cü bənd) və D blokunda tikiləcək 23 və 24-cü mərtəbələrin bütün sahələrini, cəmi 1250 kv.m sahəni H.Yiğitdölün adına rəsmiləşdirməyi (2.5-ci bənd); - iddiaçı isə qarşılığında həmin ərazidə bina tikmək məqsədilə qanuni təmsilçisi H.Yiğitdölün, X9, Əfrasim adlı şəxsin, eləcə də X18 adına rəsmiləşdirilmiş bütün sahələrə dair şəhadətnamələri və digər hüquqverici sənədləri cavabdeh MMC-nin qanuni təmsilçisi Q.Əliyevin adına keçirməyi (3.4-cü bənd) öz öhdəsinə götürmüş və həmin ərazidə layihələndirilmiş üç bloklu yaşayış kompleksinin və altınd akı torpaq sahələrinin cavabdehə məxsus olmasını qəbul etmişdir (3.5-ci bənd).
44. Hazırda iddiaçı bildirir ki, tərəfindən müqavilə üzrə öhdəlikləri icra edilsə də, cavabdeh müqavilənin 2.5-ci (D blokunda tikiləcək 23 və 24-cü mərtəbələrin bütün sahələrini, cəmi 1250 kv.m sahəni H.Yiğitdölün adına rəsmiləşdirmək) bəndində nəzərdə tutulmuş öhdəliklərini vaxtında (2020-ci ilin sonunadək) icra etməmişdir. Buna görə də, ona verilməli olan sahənin dəyərinin məhkəmə qaydasında cavabdehdən tutulmasını tələb edir.
45. Cavabdeh isə iddiaya qarşı etirazında tərəfindən müqavilə üzrə bütün öhdəliklərin icra edildiyini, müqavilənin 2.5-ci bəndində nəzərdə tutulmuş D blokunun tikintisinin rəsmi olaraq Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən dayandırıldığını, iddiaç ının razılığına əsasən ona veriləcək 1250 kv.m sahədən çıxılmaqla üçüncü şəxslərə C blokundan sahələr verilməsi barədə müqavilələr imzalandığını, eyni zamanda iddiaçı tərəfindən müqavilənin 3.4-cü bəndində nəzərdə tutulmuş öhdəliyin icra edilmədiyini bildirmişdir.
46. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçı MTK-nın qanuni təmsilçisinə 1250 kv.m sahə verilməsi nəzərdə tutulmuş D blokunun tikilməməsi işin mübahisəsiz halıdır. Mübahisə, iddiaçının həmin öhdəliyin icra edilməməsi nəticəsində düşdüyü zərərin əvəzini cavabdehdən tələb etmək hüququnun olub-olmaması ilə bağlıdır.
47. Apellyasiya instansiyası məhkəməsi iddia tələbini rədd edərkən işin əvvəlki kassasiya baxışında qəbul edilmiş qərarında qeyd edilənləri olduğu kimi təkrarlamaqla, bu istiqamətdə heç bir araşdırma aparmadan cavabde h tərəfindən müqavilənin 2.5-ci bəndində nəzərdə tutulmuş mübahisəli öhdəliyin icra edilməməsinin ondan asılı olmayan hallara görə -D blokunun tikintisi rəsmi olaraq Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən dayandırıldığı üçün mümkün olmadığını bildirərək, MM-in 448.4-cü və 556.1-ci maddələrinə istinad etmişdir.
48. Halbuki, işi yeni apellyasiya baxışına qaytararkən kassasiya instansiyası məhkəməsinin göstərişləri mübahisəli hüquqi məsələnin həlli ilə bağlı işin faktiki hallarına əsasən MM-nin həmin normalarının dispoziya şərtlərinin ödənilib-ödənilmədiyinin müəyyən edilməsi istiqamətində qiymətləndirmə aparılmasından ibarət olmuşdur.
49. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasındakı hazırkı mübahisənin düzgün hüquqi həlli üçün aşağıdakı məsələl ər üzrə tam, hərtərəfli və obyektiv qiymətləndirmə aparılmalıdır. 1) D blokunun tikilməməsi nəticəsində cavabdehin 2018-ci il 28 avqust tarixli müqavilə üzrə əldə etməyi arzuladığı nəticəni əldə edib-etmədiyi, 2) İddiaçının müqavilənin 3.4-cü bəndində nəzərdə tutulan öhdəliyini icra edibetməməsinin hazırki iddia tələbi ilə bağlılığı, 3) Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş mübahisəli 1250 kv.m sahədən çıxılmaqla üçüncü şəxslərə sahələr verilməsi barədə müqavilələrin icra edilib-edilmədiyi.
50. Birinci məsələ ilə bağlı cavabdeh etirazının əsası kimi adı Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə 3 ədəd, 1 girişli, 23 mərtəbəli yaşayış binalarının tikintisinə icazə verilməsi ilə bağlı müraciət etdiyini, lakin Komitə tərəfindən 2 ədəd, 1 girişli, 23 mərtəbəli yaşayış binalarının və 4 mərtəbəli qeyri-yaşayış binasının tikintisinə icazə verildiyini, ona görə də D blokunun tikintisinin mümkün olmadığını bildirmiş və Komitənin 23 avqust 2019-cu il tarixli, 23 nömrəli şəhərsalma əsaslandırmalarının təsdiq edilməsi haqqında Sərəncamından çıxarış (cild 2, i. v. 20) təqdim etmişdir.
51. Bununla bağlı iddiaçı yeni apellyasiya baxışında təqdim etdiyi cavabdehin apellyasiya şikayətinə qarşı etirazında bildirmişdir ki, cavabdeh aralarında bağlanmış 2018ci il 28 avqust tarixli müqavilə üzrə arzu etdiyi nəticələri əldə etmiş, heç bir zərər etməmişdir. Belə ki, FHN-nin Dövlət Ekspertiza Baş İdarəsinin 2007-ci il 12 noyabr tarixli 8434 nömrəli rəyində göstərilmişdir ki, Baş plana əsasən iddiaçıya ayrılmış sahədə A1, A2, B, C1, C2 olmaqla 5 blokdan ibarət olan 16 mərtəbəli yaşayış binaları kompeksi və qeyri-yaşayış sahələri layihələndirilmişdir. Layihədə nəzərdə tutulan 2 bina 2018-ci il 28 avqust tarixli müqavilə imzalananadək tikilmişdir. Geriyə qalan 3 ədəd 16 mərtəbəli binanın əvəzinə cavabdeh 2 ədəd 24-28 mərtəbə binalar tikilməsi üçün yeni layihə almışdır. Yəni, cavabdeh tikiləcək sahə baxımından nəticə olaraq heç bir zərər etməmişdir.
52. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan dəlillərə ümumiyyətlə qiymət verməmiş, tərəflərlə müzakirə etməmiş, bu barədə hər hansı əsaslandırma aparmamış, MPM-nin 217-ci maddəsinin tələbləri pozulmuşdur. Halbuki, iddia tələbinə, eləcə də hər iki tərəfin dəlillərinə düzgün hüquqi qiymət verilməsi üçün sözügedən ünvan üzrə hər iki tərəfin adına verilmiş müvafiq layihə smeta sənədləri əsasında nəzərdə t utulan və faktiki tikilən sahələrin müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir.
53. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, işin yeni apellyasiya baxışı zamanı, sözügedən ünvan üzrə müvafiq layihə-smeta sənədləri əsasında iddiaçıya ayrılmış torpaq sahəsində tikinti işləri aparması üçün sonuncunun adına təsdiqlənmiş layihə, tərəflər arasında 2018-ci il avqust 28-də müqavilə bağlanarkən iddiaçı tərəfindən cavabdehə ötürülmüş tikili sahələri, bundan sonra cavabdehin həmin ərazidə tikinti işləri aparması üçün təsdiqlənmiş yeni layihə və həmin ərazidə aparılmış tikinti işlərinin mövcud vəziyyəti müqayisə olunmaqla, iddia tələbinə 2018-ci il 28 avqust tarixli müqavilə şərtlərinə uyğun olaraq yenidən qiymət verilməlidir. 54. “...tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir”. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2018-ci il 11 iyun tarixli qərarı)
55. İkinci məsələnin qiymətləndirilməsi zamanı nəzərə alınmalıdır ki, cavabdehin 2018ci il 28 avqust tarixli müqavilə öhdəliklərinin yerinə yetirilməsini iddiaçıdan da tələb etmək hüququ vardır. Lakin hazırda cavabdehin bununla bağlı hər hansı qarşılıqlı tələbi mövcud deyildir. Bundan başqa, iddiaçının müqavilə üzrə cavabdehin etirazında qeyd etdiyi öhdəliyini yerinə yetirməməs i ilə iddia predmeti arasında səbəbli əlaqənin olmasına dair sübutların təqdim edilməsi də işin materiallarından müəyyən edilmir. Bununla bağlı sübutetmə vəzifəsi MPM-in 77.1-ci maddəsinin tələblərinə əsasən cavabdehin üzərinə düşür.
56. Üçüncü məsələ ilə bağlı isə qeyd olunmalıdır ki, cavabdeh birinci instansiya məhkəməsinə təqdim etdiyi, üçüncü şəxslərlə bağlanmış, eyni zamanda iddiaçı MTK-nın qanuni təmsilçisi H.Yiğitdöl tərəfindən imzalanmış müqavilələrə istinad etməklə müqavilənin 2.5-ci bəndinə əsasən iddiaçıya verilməsi nəzərdə tutulmuş 1250 kv.m sahədən çıxılmaqla C və D blokundan üçüncü şəxslərə sahələr verildiyini bildirmişdir.
57. İşin materiallarına əlavə edilmiş həmin müqavilələrdən görünür ki, onlardan yalnız 2018-ci il 24 dekabr tarixli X7 və X2 arasında bağlanmış müqavilə ü zrə sonunculara H.Yiğitdölə verilməli olan D blokunda 1250 kv.m sahədən çıxılmaqla C blokundan 76 kv.m qeyri-yaşayış sahəsi verilməsi nəzərdə tutulmuş, digər müqavilələr isə tikilməmiş D blokundakı sahələr üzrə bağlanmaqla əksəriyyəti iddiaçı MTK-nın qanuni təmsilçisi H.Yiğitdöl tərəfindən imzalanmamışdır.
58. Lakin apellyasiya instansiyası məhkəməsi həmin sübutlar üzrə də heç bir qiymətləndirmə aparmamış, bununla da MPM-nin 88-ci maddəsinin tələbləri pozulmuşdur. İşin faktiki hallarının düzgün müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınaraq qeyd edilməlidir ki, iş üzrə natamam araşdırma aparılması, işin hazırki mərhələsində apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə b ağlı birmənalı nəticəyə gəlməyi istisna edir.
59. Bununla bağlı məhkəmə kollegiyası vurğulayır ki, MPM-in 80, 81, 88 və 89-cu maddələrinin tələbləri baxımından əgər məhkəmə hər hansı sübutu qəbul edərək, iş materiallarına əlavə edibsə işdə olan sübutlara həmin sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması və s.) baxımından qiymət verilməlidir.
60. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, iş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar day ana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir.
61. Məhkəmə kollegiyası hesab edir ki, bu qərarın 49-57-ci paraqraflarında göstərilən məsələlər üzrə zəruri qiymətləndirmə aparıldıqdan, eləcə də cavabdeh tərəfindən iddiaçının razılığına əsasən 1250 kv.m sahədən çıxılmaqla üçüncü şəxslərə verilmiş sahələr (əgər yeni apellyasiya baxışı zamanı iddiaçının razılığına əsasən belə sahələrin üçüncü şəxslərə verilldiyi müəyyən edilərsə) nəzərə alındıqdan sonra, cavabdehin öhdəliyini icra etməməsi nəticəsində iddiaçıya dəymiş zərərin miqdarı müzakirə edilməlidir.
62. Bu zaman nəzərə alınmalıdır ki, cavabd eh özü də, iddia ərizəsinə qarşı etirazında və apellyasiya şikayətində D blokunda iddiaçıya verilməsi nəzərdə tutulmuş mübahisəli 1250 kv.m sahənin dəyərinin müəyyən edilməsi ilə bağlı iddiaçı tərəfindən təqdim edilmiş mütəxəssis rəyinin mötəbərliyini mübahisələndirməklə, bu barədə ekspertizanın təyin edilməli olduğunu göstərmiş, bununla da dolayı yolla da olsa, öhdəliyi icra etmədiyini qəbul etdiyini göstərmiş, yalnız iddia olunan ziyanın miqdarını mübahisələndirmişdir.
63. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməli və yuxarıda qeyd olunan zəruri hallar ətraflı araşdırmaqla mübahisəyə maddi və prosessual hüquq normalarının tələblərinə, tərəflər arasında bağlanmış müqavilə şərtlərinə uyğun olaraq yenidən hüquqi qiymət verilməlidir.
64. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı MTK tərəfindən verilmiş kassasiya şikayəti təmin olunsun. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 10 iyul tarixli 22(107)-54/2023 nömrəli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: İ.A.Dadaşov V.T.Həsənov