Məhkəmə qərarları › İş №2-2(102)-615/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-615/2023

27.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-615/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Bank "xxxx" ASC-nin cavabdeh XXX oğluna qarşı iş üzrə QƏRARİ İş № 2-2(102)-615/2023 27.10.2023 Açar sözlər: kassasiya şikayətinin mümkünlüyü Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Qəribov Bəhman Fərhad oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə iddiaçı Bank "xxxx" ASC-nin cavabdeh XXX oğlu və Cavabdeh2 qarşı “kredit müqaviləsinin ləğvi, borcun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi və sair” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-c ü il 1 sentyabr tarixli 2-2(103)-285/2023 saylı qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. İ. İŞİN HALLARİ

1. İddiaçı Bank "xxxx" ASC(bundan sonar-“iddiaçı”) 2022-ci il 29 aprel tarixində cavabdehlər XXX oğlu və Cavabdeh2(bundan sonra-“cavabdehlər” və ya “XXX”, “Cavabdeh2”) qarşı “borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi və 2022-ci il 1 noyabr tarixində iddia tələbinin dəyişdirilməsi barədə ərizələrlə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, iddiaçının “Sənaye” filialı ilə cavabdeh XXX arasında bağlanmış 2022-ci il 22 aprel tarixli BKN-A000701/21A saylı kredit müqaviləsinin(bundan sonra-“BKN-A0007-01/21A saylı kredit müqaviləsi”) ləğv edilməsi, -həmin kredit müqaviləsindən irəli g ələn 2022-ci il 1 fevral tarixinə olan 202.036,569 manat əsas borc, 17.136,31 manat faiz məbləği, 12.916,65 manat dəbbə borcu, ümumilikdə 232.089,52 manat məbləğində borcun, -ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 400 manat rüsumun, -iddia qaldırılması üçün ödənilmiş 122,34 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqının cavabdeh XXXdan iddiaçının xeyrinə tutulması, -iddiaçı ilə cavabdeh XXX arasında bağlanmış 2021-ci il 20 iyul tarixli BKMG-A0004-01/20A saylı sonrakı ipoteka müqaviləsinə(bundan sonra-“BKMG-A0004-01/20A saylı sonrakı ipoteka müqaviləsi”) əsasən xüsusi mülkiyyət hüququ ilə XXXa məxsus olan 94.10 kv.m ümumi sahədən ibarət Bakı şəhəri, Yasamal rayonu, Əhməd Cəmil küçəsi, ev 21, 23, 23A, 23B, mənzil 236 (yeni qaydalarla AZ 1141 ünvan 1 ünvanlı daş ınmaz əmlaka(bundan sonra-“mənzil”), -iddiaçı ilə cavabdeh XXX arasında bağlanmış 2021-ci il 20 iyul tarixli BKMG-B0004-01/20A saylı sonrakı ipoteka müqaviləsinə(bundan sonra-“BKMG-B0004-01/20A saylı sonrakı ipoteka müqaviləsi”) əsasən xüsusi mülkiyyət hüququ ilə cavabdeh XXXa məxsus olan 0.06 ha ölçüdən ibarət Abşeron rayonu, Masazır kəndi sahəsində yerləşən torpaq sahəsinə(bundan sonra-“0.06 ha torpaq sahəsi”) tutmanın yönəldilməsi, -həmin əmlakların açıq hərracda satılması və sonrakı ipoteka ilə təmin edilmiş kredit borcunun həmin sonrakı ipoteka predmetlərinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, -sonrakı ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin cavabdeh XXXdan tutulması, -sonrakı ipoteka p redmeti olan mənzilin və 0.06 ha ölçüdən ibarət torpaq sahəsinin boşaldılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İİ. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2600/2022 saylı, 2022-ci il 9 dekabr tarixli qərardadı ilə iddiaçının cavabdehlər XXX və Cavabdeh2 qarşı “əmlakların boşaldılması” tələbinə dair iddiası üzrə icraata xitam verilmişdir(hakim-Ü.Həsənova).

3. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 9 dekabr tarixli e-2-2(113)-2600/2022 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, iddiaçının “Sənaye” filialı ilə cavabdeh XXX arasında bağlanmış BKN-A0007-01/21A saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdeh XXXdan 202.036,56 manat əsas borc, 17.136,31 manat faiz borcu, 10. 000 manat dəbbə pulu, ümumilikdə 229.172,87 manat məbləğində pulun və mediasiya xərci kimi ödənilmiş 400 manatın tutularaq iddiaçıya ödənilməsi, tələbin ipoteka predmetləri olan mənzil və 0,06 ha torpaq sahəsinə yönəldilməsi, mənzilin ilkin satış qiyməti 180.000 manat, 0,06 ha torpaq sahəsinin ilkin satış qiyməti 108.000 manat müəyyən edilməklə açıq hərracda satılması və satışdan əldə olunmuş pul vəsaitinin hesabına 202.036,56 manat əsas borc, 17.136,31 manat faiz borcu, 10.000 manat dəbbə pulu, ümumilikdə 229.172,87 manat məbləğində pulun və mediasiya xərci kimi ödənilmiş 400 manatın tutularaq iddiaçıya ödənilməsi, satışdan artıq qalan vəsaitin cavabdeh XXXa qaytarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, aparılmış ekspertiza tədqiqatı ilə bağlı 100 manat ekspertiza xərcinin cavabdeh XXXdan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir(hakim-Ü.Həsənova).

4. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin(bundan sonra-“MM”) 295, 317.1, 319.1, 319.6, 427.3, 442, 443.1, 462.1, 739, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun(bundan sonra-“İpoteka haqqında Qanun”) 4.1, 34, 39.3, 41.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin(bundan sonra-“MPM”) 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

5. Cavabdeh XXX apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)2600/2022 saylı 2022-ci il 9 dekabr tarixli qətnaməsinin ləğv edilməsini, iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Qətnamə iddia tələbinin qismən təmin edilməsi hissəsində yoxlanılacaqdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

7. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 13 aprel tarixli, 2-2(103)285/2023 saylı qətnaməsi ilə cavabdeh XXX tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 9 dekabr tarixli e-2-2(113)-2600/2022 saylı qətnaməsi mübahisələndirilən – iddia tələbinin təmin edilən hissəsində dəyişdirilmədən saxlanılmışdır(sədrlik edən hakim–A.Hüseyn, hakimlər–V.Baxışova və R.Qurbanov).

8. Həmin qətnamə 2023-cü il 19 may tarixində proses iştirakçılarının elektron kabinetinə yerləşdirilmiş, 24 may tarixində isə X1 Sisteminə(bundan sonra-“AVİS”) göndərilmişdir.

9. Cavabdeh XXXun vəkili və nümayəndəsi 2023-cü il 3 avqust tarixində kassa siya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 4 avqust tarixli, 22(103)-285/2023 saylı qərardadı ilə qətnamədən verilən kassasiya şikayəti geri qaytarılmışdır(sədrlik edən hakim–A.Hüseyn, hakimlər–M.Tağızadə və R.Qurbanov).

11. Apellyasiya məhkəməsi qərardadı onunla əsaslandırmışdır ki, “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2023-cü il 13 aprel tarixli 2-2(103)-285/2023 saylı qətnaməsi MPM-in 135.5 və 135.6-cı maddələrinin tələblərinə uyğun olaraq 2023-cü il 19 may tarixdə saat 17:02-də cavabdeh XXXun nümayəndəsi və vəkilinə məxsus şəxs i elektron kabinetdə yerləşdirilmiş və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada çatdırılmışdır.

12. Cavabdeh XXXun kassasiya şikayəti isə 2023-cü il 3 avqust tarixində məhkəməyə daxil olmuşdur. Göründüyü kimi kassasiya şikayətinin verilməsi müddəti ötürülmüşdür. Belə ki, şikayət etmə müddəti cavabdehlərə münasibətdə 2023-ci il 19 iyul tarixində bitdiyi halda, kassasiya şikayəti 2023-cü il 3 avqust tarixində verilmişdir.

13. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni MPM-in 135.5, 135.6, 408.1, 408.1.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

14. Cavabdeh XXXun nümayəndəsi və vəkili 2023-cü il 8 avqust tarixində kassasiya şikayəti və kassasiya şikayətinə baxılması üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə verərək, Bakı Apellyasiya Məhkə məsinin 2023-cü il 13 aprel tarixli, 2-2(103)-285/2023 saylı qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

15. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 1 sentyabr tarixli, 22(103)-285/2023 saylı qərardadı ilə cavabdeh XXX tərəfindən verilmiş kassasiya şikayətinin verilməsi müddətinin bərpası barədə ərizə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsindən cavabdeh XXX tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır(sədrlik edən hakim– R.Qurbanov, hakimlər–V.Baxışova və F.Qasımov).

16. Məhkəmə qərardadını §§ 11-12-də göstərildiyi kimi əsaslandırmış, həmçinin cavabdehin kassasiya şikayətini 2023-cü il 21 iyun tarixində elektron kabinetə yüklədiyini və sistemdə texniki nasazlıq olduğunu bildirməsinə baxmayaraq bunu təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim edə bilmədiyini qeyd etmişdir.

17. Məhkəmə qərardadını MPM-in 133.1, 133.2, 135.5, 135.8, 405.0.1, 408.1, 408.1.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

18. Cavabdeh XXXun nümayəndəsi və vəkili 2023-cü il 14 sentyabr tarixində Bakı Apellyasiya Məhkəməsinin 2023-cü il 1 sentyabr tarixli, 2-2(103)-285/2023 saylı qərardadının ləğv edilməsini, Bakı Apellyasiya Məhkəməsinin 2023-cü il 13 aprel tarixli, 2-2(103)-285/2023 saylı qətnaməsindən şikayət verilməsi üçün ötürülmüş prosessual müddətin üzürlü hesab edilərək bərpa edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İİİ. Kassasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlillə ri

19. Avropa İnsan Hüquqları haqqında Konvensiyanın 6-cı maddəsi üzrə: Ədalətli məhkəmə araşdırılması hüququ pozulub. Məhkəmə ümumiyyətlə ərizədəki dəlillərə münasibət bildirməmiş, şablon cümlələrdən istifadə edərək elektron məhkəmə sisteminin yaratdığı çətinlikləri sübut etmək vəzifəsini bizim üzərimizə qoymuşdur. Qeyd edim ki, elektron məhkəmə sistemində baş verən texniki nasazlığı sübut etməyimiz qeyri-mümkündür. Belə ki, elektron məhkəmə sistemini idarə edən subyektlər deyilik, orda baş verən texniki problemlərlə bağlı arayış təqdim edə bilmərik. Şikayəti vaxtında təqdim etməyimizin sübutu kimi dövlət rüsumunun ödənilməsi tarixini göstərmişik. Lakin məhkəmə o hala heç bir münasibət bildirməmişdir. Dövlət rüsumunun ödənilməsi barədə qəbzdən müəyyən olunur ki, rüsum 2023-cü il 21 iyun t arixində ödənilmişdir. Rüsumun ödənilməsindən 1 ay sonra şikayətin göndərilməsi məntiqli və ağlabatan deyil. Rüsum şikayət göndərilən zaman sistem vasitəsi ilə ödənilir. Rüsumun 21 iyunda ödənilib şikayətin bir ay sonra təqdim edilməsi absurddur. Bu hal, yəni rüsumun 21 iyunda ödənilməsi şikayətin də həmin tarixdə təqdim edilməsini sübut edir. Həmin günlərdə elektron məhkəmə sistemində çoxsaylı problemlər mövcud idi, dəfələrlə imzalamağımıza baxmayaraq sənədlər imzalanmırdı, hətta bir neçə dəfə sübutları elektron kabinetə yerləşdirə bilmədiyimə görə məhkəmə iclasında təqdim etmək məcburiyyətində qalmışam, hakimlər sistemlə bağlı problemi anlayışla qarşılayıb sübutları məhkəmə iclasında qəbul etmişlər.

20. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi üzrə: Hər kəsin hüquq və azad lıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9-cu maddəsi üzrə: Məhkəmə qərardadı faktlar əsasında qəbul etməyib, ərizəmizin dəlillərinə və işdəki sübutlara qiymət verməyib. b) kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

22. İddiaçı kassasiya şikayətinə qarşı etiraz göndərərək bildirmşdir ki, kassasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla iş materialları ilə öz təsdiqini tapmır. Şikayətin dəlilləri əsassız olduğundan həmin dəlillər əsasında apellyasiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün heç bir əsas yoxdur. İV. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında verilmiş hesab edilmiş və kassasiya şikayətinin məzmun u MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

24. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

25. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndiri lməməlidir. V. TƏTBİQ EDİLƏN HÜQUQ

26. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında “Maddə

133. Prosessual müddətlərin bərpası 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 133.2. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir....” “Maddə

135. Məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsi “... 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.... 135.8. Kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. “Maddə

405. Kassasiya şikayəti vermə müddəti

405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində;...” “Maddə

408. Kassasiya şikayətinin qaytarılması 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən q aytarılır:... 408.1.4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa;...” Vİ. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

27. MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır.

28. Məhkəmə kollegiyası şikayətin dəlillərini işin hallarına müvafiq olaraq tam və hərtərəfli araşdıraraq hesab edir ki, cavabdeh XXX tərəfindən verilmiş şikayət təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 1 sentyabr tarixli, 2-2(103)-285/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

29. Belə ki, “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, Bakı Ap ellyasiya Məhkəməsinin 2023-cü il 13 aprel tarixli, 2-2(103)-285/2023 saylı qətnaməsi MPM-in 135.5 və 135.8-ci maddələrinin tələblərinə uyğun olaraq 2023-cü il 19 may tarixdə cavabdeh XXXun nümayəndəsi və vəkili Nümayəndə2 məxsus elektron kabinetdə yerləşdirilmiş və ona bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada çatdırılmışdır.

30. Cavabdeh üçün qətnamədən kassasiya şikayətinin verilməsi üçün prosessual müddətin ən gec 2023-cü il 20 iyul tarixdə bitməsinə baxmayaraq, kassasiya şikayəti isə 2023-cü il 3 avqust tarixdə məhkəməyə göndərilməklə MPM-in 405.0.1-ci maddəsində göstərilən 2 aylıq prosessual müddət ötürülmüşdür.

31. Cavabdeh elektron məhkəmə sistemində problemlərin olmasına istinad etməklə bununla bağlı “e.hüquq” saytında dərc olunmuş məqalələri sübut kimi göstərsə d ə, məhkəmə kollegiyası nəzərə alır ki, həmin məqalələr 4 iyul və 6 sentyabr tarixli olmaqla həmin tarixlərdə baş vermiş nasazlıqlar barədə olmuş, cavabdehin isə 4 iyul tarixdən şikayətin verilməsi üçün prosessual müddətin bitdiyi 2023cü il 20 iyul tarixədək 20 gündən çox vaxtının olmasına baxmayaraq, həmin dövr ərzində şikayət məhkəməyə göndərilməmişdir. Həmçinin, cavabdeh onun şikayətinin verilməsi üçün prosessual müddətin bitdiyi tarixə yaxın dövrlərdə elektron məhkəmə informasiya sistemində problemlərin olması barədə hər hansı sübutlarını təqdim etməmişdir.

32. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı tərəflərin bərabərlik prinsipini əks etdirməklə, hər bir tərəfin üzərinə onun irəli sürdüyü dəlillərinin özü tərəfindən sübut edilməsini ehtiva edir.

33. İddiaçı şikayətin verilməsi il ə bağlı dövlət rüsumunun 2023-cü il 21 iyun tarixdə ödənilməsinə istinad etsə də, elektron məhkəmə informasiya sistemindən əldə olunan məlumata görə kassasiya şikayəti 2023-cü il 3 avqust tarixində verildiyindən məhkəmə kollegiyası hesab edir ki, dövlət rüsumunun prosessual müddət çərçivəsində ödənilməsi prosessual qanunvericiliklə kassasiya şikayətinin verilməsi üçün prosessual müddətlə bağlı şərtin (qaydasının) inkarına əsas verə bilməz.

34. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 1 sentyabr tarixli, 2-2(103)-285/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

35. Şərh edilənlərə əsasən və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kolleg iyası QƏRARA ALDİ: Cavabdeh XXX oğlunun kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 1 sentyabr tarixli, 2-2(103)285/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul olunduğu andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar