Məhkəmə qərarları › İş №2-2(102)-615/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-615/2024

27.11.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-615/2024 27.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası iddiaçı "xxxx" Birgə Müəssisəsinin Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iş üzrə QƏRAR 2-2(102)-615/2024 Açar sözlər: nisyə alqı-satqı müqaviləsi üzrə pul tələbi, sübutetmə yükü Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Şamayev Elşad Yaquboviçin məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızından və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 18 iyul tarixli, 22(103)-713/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. 2022-ci il 1 mart tarixli A064-22 nömrəli alqı-satqı müqaviləsi ilə "xxxx" Birgə Müəssisəsi müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında müxtəlif çeşidli laminat parket, DSP, MDF, mebel aksesuarları, qapılar, boyalar və sair malları Cavabdeh MMC-yə satılmasını, Cavabdeh MMC isə müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların "xxxx" Birgə Müəssisəsindən qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürmüşdür. Həmin müqavilənin: 1.8-ci bəndinə əsasən, sifariş verilmiş mallar “Alıcı”ya elektron qaiməyə əsasən göndərilir; 5.2-ci bəndinə əsasən, “Alıcı” “Satıcı” tərəfindən satılmış malların dəyərini vaxtında ödəmədikdə “Satıcı” hər ötən gün ödənilməyən məbləğin 1% həcmində (ümumi məbləğin 10%-dən çox olmamaqla) dəbbə pulunu “Alıcı”dan tələb etmək hüququna malikdir. 2. "xxxx" Birgə Müəssisəsi tərəfindən 2023-cü il 18 aprel tarixli EBDD 828200 seriya və nömrəli elektron qaimə - ƏDV daxil olmaqla 145.039,86 manat və 2023-cü il 18 aprel tarixli EBDD 827921 seriya və nömrəli elektron qaimə - 143.964,19 manat olmaqla, ümumilikdə 289.004,05 manat dəyərində malın təqdim edilməsi üçün tərtib edilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsində birinci icraat

3. İddiaçı "xxxx" Birgə Müəssisəsi Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 2022-ci il 1 mart tarixli müqavilə üzrə 283.788 manat əsas borcun, 56.757 manat dəbbə pulunun və ödənilmiş 630,54 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutu lması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, tərəflər arasında 2022-ci il 1 mart tarixində A064-22 saylı müqavilə bağlanmış, cavabdeh iddiaçıdan mebel aksesuarları (laminat parket) və digər malların alınması üçün sifariş vermiş və iddiaçı tərəfindən qəbul edilərək 2023-cü il 18 aprel tarixli EBDD 827921 seriya və nömrəli elektron qaimə üzrə ƏDV daxil 138.747,14 manat və 2023-cü il 18 aprel tarixli EBDD 828200 seriya və nömrəli elektron qaimə üzrə isə 145.039,86 manat olmaqla, ümumilikdə ƏDV daxil 283.788 manat dəyərində mal cavabdehə təhvil verilmişdir. Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin bütün şərtlərinə və öhdəliklərinə iddiaçı tərəfindən tam əməl edilməsinə baxmayaraq, cavabdeh üzərinə götürdüyü öhdəlikləri və bağlanmış mü qavilənin tələblərini kobud şəkildə pozaraq qəbul etdiyi malların dəyərini ödəməmişdir. Borcun ödənilməsi ilə bağlı 2023-cü il 4 sentyabr tarixində 293/23 saylı məktubla müraciət edilməsinə baxmayaraq, cavabdeh müxtəlif bəhanələr gətirməklə ödəniş etməkdən yayınmışdır. Bundan başqa, tərəflər arasında bağlanmış 2022-ci il 1 mart tarixli müqavilənin şərtlərinə əsasən, cavabdeh tərəfindən malların dəyəri vaxtında ödənmədiyinə görə hər ötən gün üçün ödənilməyən məbləğin 1%-i həcmində (ümumi məbləğin 10%-dən çox olmamaqla) alıcıdan tələb etmək hüququna malikdir. Beləliklə, cavabdehin əsas borcu 283.788 manat olduğu halda, 2023-cü il 18 aprel tarixli elektron qaimələr üzrə (5 ay x 30 = 150 gün), (1% < 10%=) 28.378,80 manat dəbbə pulu əlavə edilməklə ümumilikdə 340.545 manat pul cavabdehdən tələb edilməlidir.

5. Cavabdehin nümayəndəsi, Vəkil1 iddiaya etiraz verərək göstərmişdir ki, iddiaçı tərəfindən 2022-ci il 1 mart tarixli A064-22 saylı alqı-satqı müqaviləsi üzrə öhdəliklərinə əməl edilməmiş, alınmış mallar cavabdehə tam şəkildə təhvil verilməmiş, təhvil verilən malların bir qismi qüsurlu olmuşdur. İddiaçıya dəfələrlə qüsurlu malları gəlib götürmələri barədə məlumat verilmiş, lakin heç bir nəticəsi olmamışdır. Malların hansı tarixdə və ya harada təhvil verilməsi barədə hər hansı sübutun olmaması bunun bariz göstəricisidir. 2022-ci il 1 mart tarixli A064-22 saylı alqı-satqı müqaviləsi üzrə yaranmış 283.788 manat borc məbləğinin hansı qaydada hesablandığı da məlum deyildir.

6. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 29 aprel tarixli, e-2-2(113)-506/2024 nömrəli qətnaməsi ilə (h akim N.Əhmədova) iddia tələbi qismən təmin edilərək, tərəflər arasında bağlanmış 2022-ci il 1 mart tarixli alqı-satqı müqaviləsi üzrə 283.788 manat əsas borc, 14.000 manat cərimə məbləği olmaqla, ümumilikdə 297.788 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh təqdim edilən məhsulların əhəmiyyətli dərəcədə yararsız olduğunu bildirsə də, bu barədə iddiaçıya hər hansı bildiriş verməmiş, şifahi qaydada məlumat verdiyini isə sübut edə bilməmişdir. Beləliklə, məhkəmə cavabdehin lazımi keyfiyyətdə olmayan məhsulların təqdim edilməsi barədə iddiaya etirazının dəlillərini əsassız saymışdır.

8. Məhkəmə həmçinin göstərmişdir ki, cavabdehin digər dəlilləri isə 2023-c ü il 18 aprel tarixli EBDD 828200 və EBDD 827921 seriya və nömrəli elektron qaimələrdə göstərilən malların tam təqdim edilmədiyi, iş materiallarında hər hansı təhvil-təslim sənədinin olmaması ilə bağlıdır. 2022-ci il 1 mart tarixli A064-22 nömrəli müqavilənin 1.8-ci bəndinə əsasən, sifariş verilmiş mallar “Alıcı”ya elektron qaiməyə əsasən göndərilir. Digər tərəfdən, iş materiallarına cavabdeh tərəfindən dəyəri ödənilən 2022-ci il 17 mart tarixli EBBT 080893 seriya və nömrəli (sistem tərəfindən təsdiqlənmiş), 2022-ci il 30 mart tarixli EBBT 838819 seriya və nömrəli (sistem tərəfindən təsdiqlənmiş), 2022-ci il 27 may tarixli EBBX 215691 seriya və nömrəli (sistem tərəfindən təsdiqlənmiş) və s. elektron qaimələr də əlavə olunmuşdur ki, həmin qaimələrdə də hər hansı təhvil-təslim aktına istinad olunmamışdır.

9. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili dəyəri ödənilən elektron qaimələr üzrə təhvil-təslim aktlarının mövcud olduğuna istinad etsə də, məhkəmənin həmin aktları təqdim etmək təklifinə biganə yanaşmışdır.

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilədə malların elektron qaimə əsasında verilməsi şərtləşdirilmiş, işgüzar münasibətlər də bu yöndə inkişaf etmişdir. Belə ki, iddiaçının "xxxx" ASC-də olan bank hesabından çıxarışdan görünür ki, cavabdeh məhz həmin elektron qaimələrə istinad etməklə ödənişlər etmişdir. Həmçinin cavabdeh adıçəkilən 2 elektron qaiməni iddiaçıya düzəliş üçün də qaytarmamışdır.

11. Beləliklə, məhkəmə qeyd etmişdir ki, 2023-cü il 18 aprel tarixli EBDD 828200 və EBDD 827921 seriya və nöm rəli elektron qaimələrdə göstərilən malların tam təqdim edilməməsi ilə bağlı cavabdehin arqumentləri əsassızdır. Odur ki, alqı-satqı müqaviləsi üzrə əşyanın dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (alıcı) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.

12. Tutulmalı məbləğ ilə bağlı birinci instansiya məhkəməsi bildirmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Elektron qaimə” altsistemindən çıxarışa əsasən, ƏDV daxil olmaqla 30 elektron qaimə üzrə ümumilikdə 2.005.938,35 manat dəyərində mal verilmiş, iddiaçının bank hesabınd an adıçəkilən çıxarışa əsasən, ümumilikdə 1.459.449,45 manat əsas borc üzrə, “ƏDV subhesabı”ndan çıxarışa əsasən 262.700,89 manat ƏDV borcu üzrə olmaqla ümumilikdə 1.722.150,34 manat ödəniş edilmişdir.

13. Göstərilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlmişdir ki, iddia tələbi əsas borcun tutulması hissəsində təmin olunmalı, 2020-ci il 27 aprel tarixli 38 nömrəli mallar üzrə satınalma müqaviləsi üzrə 283.788 manat (2.005.938,35 – 1.722.150,34) məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

14. Bundan əlavə, birinci instansiya məhkəməsi iddianın cərimə hissəsinə münasibətdə bildirmişdir ki, 2022-ci il 1 mart tarixli A064-22 nömrəli müqavilənin 5.2-ci bəndinə əsasən, “Alıcı” “Satıcı” tərəfindən satılmış malların dəyərini vaxtında ödəmədikdə “Satıcı” hər ötən gün ödənilməy ən məbləğin 1% həcmində (ümumi məbləğin 10%-dən çox olmamaqla) dəbbə pulunu “Alıcı”dan tələb etmək hüququna malikdir.

15. Məhkəmə iş materialları ilə müəyyən etmişdir ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl mübahisənin pretenziya qaydasında və mediasiya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır, lakin mövcud mübahisənin məhkəməyəqədər mərhələdə və yaxud mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır. Həmçinin məhkəmə nəzərə almışdır ki, cavabdeh müqavilə üzrə öhdəliyini hissəvi icra etməmiş, eyni zamanda iddiaçı da 2022-ci il 1 mart tarixli A06422 nömrəli müqavilə üzrə sonuncu ödəniş 2023-cü il 17 iyul tarixində edildiyi halda, uzun müddət sonra, yəni 2023-cü il 16 noyabr tarixində məhkəməyə müraciət etməklə dəbbə pulunun artmasına rəvac vermişdir. Məhkəmə iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini, o cümlədən yuxarıda qeyd edilən halları nəzərə alaraq hesab etmişdir ki, cavabdehlərdən tutulmalı cərimə məbləğinin 14.000 manat həddində müəyyənləşdirilməsi ağlabatan və ədalətlidir.

16. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425, 442, 448.1, 448.2, 462.1, 467, 529.2, 567, 587.1, 587.2, 587.5, 595.1, 597.1, 600.1, 600.4-cü; Mülki Prosessual Məcəllənin 77.1, 119.1-ci maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının 2021-ci il 9 fevral tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 2022-ci il 20 aprel tarixli və "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2020-ci il 21 yanvar tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 2021-ci il 28 iyul tarixli Qərarlarına istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

17. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

18. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 18 iyul tarixli, 2-2(103)-713/2024 nömrəli qətnaməsi ilə (sədrlik edən – Z.Şirinov, hakimlər – R.Qurbanov v ə V.Baxışova) apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

19. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşan apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəf istinad etdiyi hallara dair müvafiq sübutları təqdim etmişdir. Belə vəziyyətdə sübutetmə vəzifəsi cavabdehin üzərindədir. Apellyasiya şikayətində istinad olunan hallara dair isə heç bir sübut təqdim edilməmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

20. Cavabdeh MMC kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apel lyasiya məhkəməsi tərəfindən aşağıdakı maddi və prosessual hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmişdir: 21.1. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsi və 129-cu maddəsinin İİİ hissəsi üzrə - apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmiş, yalnız iddiaçı tərəfindən irəli sürülən dəlillərə istinad etməklə birinci instansiya məhkəməsinin gəldiyi qənaəti haqlı hesab etmişdir. Bu isə Konstitusiyada və mülki prosessual qanunvericilikdə təsbit olunmuş tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinin mahiyyəti ilə uzlaşmır və nəticədə mübahisəli məsələ üzrə işin düzgün və ədalətli həll edilməsini istisna edir. 21.2. Mülki Məcəllənin 442-ci maddəsi üzrə - iddiaçı tərəfindən alqı-satqı müqaviləsi üzrə cavabdehə mallar təqdim olunmasına baxmayaraq, həmin mallar kəmiyyət və keyfiyyət normalarına uyğun olmamışdır. Məsələ ilə əlaqədar dəfələrlə iddiaçı ilə danışıqlar aparılsa da, mallar yenisi ilə əvəz edilməmişdir. Lakin iddiaçı öz üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi halda həmin malların pulunu tələb etmişdir. Həmçinin müqavilə üzrə dəbbə pulu və faiz məbləğinin necə hesablandığı da məhkəmə qətnaməsində öz əksini tapmamışdır. Bununla belə məhkəmə məbləğin çox rahat, anlaşılan qaydada hər kəs tərəfindən hesablana biləcəyini nəzərə alaraq ekspertizanın keçirilməsinə zərurət görməmişdir.

22. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

23. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

24. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

25. Cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, kassasiya baxışının hədlərini həmin qətnamənin maddi və prosessual hüquq normalarına uyğunluğunun tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaql a, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanı n qiymətini satıcıya tam ödəməyə borcludur. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etm əlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq norma larına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış və maddi hüquq normalarını düzgün tətbiq e dərək əsaslı olaraq hesab etmişdir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə üzrə öhdəliyini tam icra etmədiyi üçün iddiaçıya qətnamə ilə müəyyən olunan məbləğdə pul ödəməlidir.

30. Kassasiya şikayətinin dəlilləri iddiaya etirazın və apellyasiya şikayətinin dəlillərinə uyğundur. Həmin dəlillərə isə məhkəmələr tərəfindən müfəssəl hüquqi qiymət verildiyindən (bənd 7-19), məhkəmə kollegiyası yenidən əsaslandırma aparılmasını prosessual qənaət prinsipinə əsasən zəruri bilmir.

31. Bu səbəbdən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını d üzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 18 iyul tarixli, 2-2(103)-713/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar