Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-619/2023 16.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya kollegiyasının İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh2nə, Cavabdeh1nə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinə, Cavabdeh4 və Mənuçehr X3 qarşı “icarə haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kassasiyanın yolverilməzliyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 12 iyun 2023-cü il tarixli, 22(103)-392/2023 nömrəli qətnaməsind ən cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 MMC tərəfindən birgə verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh2 MMC-yə, Cavabdeh1 MMC-yə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinə, Cavabdeh4 və Mənuçehr X3 qarşı iddia ərizəsi ilə, sonra isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən ərizələrlə məhkəməyə müraciət edərək, 2015-ci il 18 fevral tarixli icarə müqaviləsinə əsasən, aylıq 500 manat icarə haqqı müqabilində verilmiş 52 ədəd avtomobilə görə 60 ay müddətində yaranmış icarə haqqının, yəni ******* manat (500x52x60) icarə haqqının və 280 800 manat ƏDV olmaqla, ümumilikdə ******* manat pul vəsaitinin Cavabdeh2 MMC-dən alınaraq iddiaçıya ödənilməsi, iddiaçıya məxsus olmuş 35 ədəd “Volvo” markalı **-JA-*** **-JA-***, **-JA-***, **-JA-***, **-JA-***, **-JA-***, **-JA-***, **-JA-***, **-JG-***, **-JF-***, **-JF-***, **-JF-***, **-JF-***, **-JF-***, **-JA-***, **-JF-***, **-JA-***, **-JF-***, **-JA-***, **-JA-***, **-JA-***, **-JA-***, **-JA-***, **-JA-***, **-JA-***, **-JA-***, **-JA-***, **-JA-***, **-JA-***, **-JA-***, **-JA-***, **-JA-***, **-JA-***, **-JA-***, **-JA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin Cavabdeh1 MMC-yə satılmasına dair alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, qeyd olunan 35 ədəd avtomobilə dair verilmiş texniki şəhadətnamələrin ləğv olunması, həmin 35 ədəd avtomobilin iddiaçının mülkiyyətində olması barədə verilmiş texniki şəhadətnamələrin bərpa edilməsi və həmin yük avtomobillərinin mülkiyyətçi olan iddiaçıya qaytarılması, 2020-ci ilin aprel ayından noyabr ayınadək keçən 8 aylıq müddətdə mülkiyyətçinin 35 ədəd yük avtomobilindən məhrum olması və nəticədə bu müddət ərzində icarə haqlarından əldə edəcəyi faydanın əldən çıxması nəticəsində ona dəymiş ******* manat (5000x35x8) məbləğində ziyanın müştərək qaydada cavabdehlər Mənuçehr X4 və Cavabdeh4 alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 13 aprel tarixli, e-2-2(113)-133/2021 nömrəli qətnaməsi ilə (hakim Z.Ə.Axundova) iddia qismən təmin edilmiş, Cavabdeh2 MMC-dən ******* manat icarə haqqı və 280800 manat ƏDV olmaqla, ümumilikdə ******* ma nat məbləğində pulun "xxxx" MMC-nin xeyrinə tutulması, iddiaçıya məxsus olmuş 35 ədəd “Volvo” markalı **-JA-***, **JA-***, **-JA-***, **-JA-***, **-JA-***, **-JA-***, **-JA-***, **-JA-***, **-JG-***, **-JF-***, **-JF-***, **JF-***, **-JF-***, **-JF-***, **-JA-***, **-JF-***, **-JA-***, **-JF-***, **-JA-***, **-JA-***, **-JA-***, **JA-***, **-JA-***, **-JA-***, **-JA-***, **-JA-***, **-JA-***, **-JA-***, **-JA-***, **-JA-***, **-JA-***, **JA-***, **-JA-***, **-JA-***, **-JA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin Cavabdeh1 MMC-yə satılmasına dair alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, həmin müqavilələr əsasında nəqliyyat vasitələrinə verilmiş texniki şəhadətnamələrin ləğv olunması, 35 ədəd avtomobilin "xxxx" MMC-nin mülkiyyətində olması barədə verilmiş texniki şəh adətnamələrin bərpa edilməsi, nəqliyyat vasitələrinin mülkiyyətçi "xxxx" MMC-yə qaytarılmasının nəzərə alınması, cavabdeh Mənuçehr X2 vurulmuş ziyana görə 70000 manat məbləğində pulun "xxxx" MMC-nin xeyrinə tutulması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.
3. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2021-ci il 28 sentyabr tarixli, 2-2(103)-872/2021 nömrəli qətnaməsi ilə (hakim R.Ə.Qurbanovun sədrliyi və məruzəsi ilə, hakimlər V.M.Məmmədovdan və V.Ə.Baxışovadan ibarət tərkibdə) iddiaçı "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmuş, Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 13 aprel tarixli, e-2-2(113)-133/2021 nömrəli qətnaməsi qismən, yəni C avabdeh2 MMC-dən cəmi ******* manat məbləğində pul vəsaitinin tutulması hissəsində ləğv edilmiş, həmin hissədə iddia təmin olunmamış, qətnamənin digər mübahisələndirilən hissəsi dəyişdirilmədən saxlanılmışdır.
4. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının 2022-ci il 15 mart tarixli, 2-2(102)-143/2022 nömrəli qərarı ilə (hakim K.N.Abiyevanın sədrliyi və məruzəsi ilə, hakimlər B.F.Qəribovdan və İ.A.Dadaşovdan ibarət tərkibdə) kassasiya şikayəti qismən təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2020-ci il 28 sentyabr tarixli, 2-2(103)-872/2021 nömrəli qətnaməsi qismən, cavabdehdən ******* manat məbləğində icarə haqqının tutulması barədə - iddiaçının iddia tələbinin təmin olunmaması hissəsində ləğv edilmiş, iş həmin hissədə yenidən baxılmas ı üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, qətnamənin qalan mübahisələndirilən hissəsi dəyişdirilmədən saxlanılmışdır.
5. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2022-ci il 26 sentyabr tarixli, 2-2(103)-602/2022 nömrəli qətnaməsi ilə (hakim H.Ü.Həmidovun sədrliyi və məruzəsi ilə, hakimlər Z.B.Babayevdən və C.A.Yusifovdan ibarət tərkibdə) Cavabdeh2 MMC-nin apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 13 aprel tarixli, e-2-2(113)133/2021 nömrəli qətnaməsi qismən, Cavabdeh2 MMC-dən ümumilikdə ******* manat pul vəsaitinin tutulması hissəsində dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
6. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının 2023-cü il 31 yanvar tarixli, 2-2(102)-50/2023 nömrəli qərarı ilə (hakim B.M.Məmmədlinin s ədrliyi ilə, hakimlər A.Ə.Abbasovdan və İ.Ə.Şəfiyevdən ibarət tərkibdə) cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 MMC-nin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2022-ci il 26 sentyabr tarixli, 2-2(103)-602/2022 nömrəli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır.
7. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2023-cü il 12 iyun tarixli, 22(103)-392/2023 nömrəli qətnaməsi ilə (hakim A.Ə.Hüseynin sədrliyi və məruzəsi ilə, hakimlər F.V.Adıyevdən və P.A.Hüseynovdan ibarət tərkibdə) cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 13 aprel tarixli, e-2-2(113)-133/2021 nömrəli qətnaməsi Cav abdeh2 MMC-dən ******* manat icarə haqqı və 280800 manat ƏDV olmaqla, ümumilikdə ******* manat məbləğində pulun "xxxx" MMC-nin xeyrinə tutulması hissəsində dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri
8. Cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 MMC birgə kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2023-cü il 12 iyun tarixli, 2-2(103)392/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişlər.
9. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 443.4, 700-cü, “Yol hərəkəti haqqında” Qanunun 27-ci, Mülki Prosessual Məcəllənin 77.1, 88, 217.1, 420-ci maddələrinin, Azərbaycan Respublikası Nazirlər Ka binetinin 2021-ci il 21 fevral tarixli 26 №-li qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi” Qaydalarının 1.2-ci bəndinin tələbləri pozulmuşdur.
10. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2023-cü il 05 oktyabr tarixli qərardadı ilə kassasiya şikayəti icraata qəbul edilmişdir.
11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq:
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarını n və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 403.1-ci maddəsinə əsasən bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. 417.1.7-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Kassasiy a instansiyası məhkəməsinin mövqeyi:
13. Məhkəmə kollegiyası hesab edir ki, hazırki kassasiya şikayəti Cavabdeh1 MMC-yə münasibətdə Mülki Prosessual Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunduğundan, onun həmin hissədə icraata qəbul qərardadı ləğv edilməli və kassasiya baxışından çıxarılmaqla apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.
14. Belə ki, Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsində tərəflərə və üçüncü şəxslərə birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermək hüququ həmin məhkəmə aktında ifadə olunmuş nəticədən asılı olmayaraq təsbit olunduğu halda, Məcəllənin 403.1-ci maddəsinin mənasına görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən yalnız tələbləri təmin olunmayan şəxsə kassasiya şikayəti vermək hüququ verilmişdir. Yəni kassasiya şikayətinin verilməsi üçün yalnız şəxsin işdə iddiaçı, cavabdeh və ya üçüncü şəxs qismində iştirak etməsi faktı kifayət etmir, məhkəmə aktı ilə onun hüquq və vəzifələrinin pozulması iddia olunmalı, ya da ki, həmin qətnamə maraq və mənafelərinə toxunmalıdır.
15. Hazırki işdən müəyyən olunur ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə ******* manat icarə haqqı və 280800 manat ƏDV olmaqla, ümumilikdə ******* manat məbləğində pulun Cavabdeh2 MMC-dən "xxxx" MMC-nin xeyrinə tutulması qət edilmiş, qətnamə həmin hissədə apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır.
16. Yəni müəyyən olur ki, hazırki halda kassatorlardan biri kimi çıxış edən Cavabdeh1 MMC-nin özünün işdə hər hansı iddiası olmamış, iddianın apellyasiya ba xışının predmeti olan hissədə ona qarşı ümumiyyətlə tələb olmamış, məhkəmə tərəfindən həmin MMC-nin maraqlarına, hüquq və vəzifələrinə toxuna biləcək qərar qəbul edilməmişdir.
17. Beləliklə, apellyasiya məhkəməsinin qətnaməsi ilə kassasiya şikayəti vermiş Cavabdeh1 MMC-yə qarşı hər hansı tələb təmin edilmədiyindən, qətnamə ilə sonuncunun hüquq və vəzifələrinə, maraqlarına toxunması müəyyən edilmədiyindən, MPM-in 403.1-ci maddəsinin tələbləri baxımından Cavabdeh1 MMC-nin hazırki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2023-cü il 12 iyun tarixli, 2-2(103)-392/2023 nömrəli qətnaməsindən kassasiya şikayəti vermək hüququnun olması müəyyən olunmur.
18. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, işin icraata qəbul edilməsinə dair Ali Məhkəmənin Kommersiya ko llegiyasının 2023-cü il 05 oktyabr tarixli qərardadı Cavabdeh1 MMC-nin kassasiya şikayətinin icraata qəbul edilməsi hissəsində ləğv edilməli və kassasiya şikayəti Cavabdeh1 MMC-yə aid hissədə məhkəmə baxışından çıxarılmaqla, geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
19. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 417.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının 2023-cü il 05 oktyabr tarixli, 2(102)-619/2023 nömrəli qərardadı Cavabdeh1 MMC-nin kassasiya şikayətinin icraata qəbul edilməsi hissəsində ləğv edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2023-cü il 12 iyun tarixli, 2-2(103)-392/2023 nömrəli qətnam əsindən Cavabdeh1 MMC-nin verdiyi kassasiya şikayəti kassasiya baxışından çıxarılaraq, qaytarılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2023-cü il 12 iyun tarixli, 2-2(103)-392/2023 nömrəli qətnaməsindən Cavabdeh2 MMC-nin verdiyi kassasiya şikayətinə mahiyyəti üzrə baxılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.