Məhkəmə qərarları › İş №2-2(102)-619/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-619/2024

20.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-619/2024 20.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdeh “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmədikdə və hərracın nəticələrinin mübahisələndirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı ASC-nin cavabdeh “X2” MMC-yə qarşı “hərracın yekunlarına dair protokolun və alqı-satqı müqaviləsinin bağlan ması vəzifəsinin qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 1 may tarixli 2-2(103)502/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. Abşeron Rayon Məhkəməsinin 2018-ci il 22 oktyabr tarixli 2(012)-4852/2018 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh X3 "xxxx" İKB-nin xeyrinə 35.305 manat əsas kredit borcunun tutulması, tələbin cavabdeh X4 və X5 ümumi mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Yoncalıq ərazisində 0,03 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 196,4 kv.m olan fərdi yaşayış evə yönəldilməsi, evin ilkin satış qiymətinin 221,000 manat müəyyən olunması, evin açıq hərracda satılması, satışda əldə olunm uş vəsait hesabına iddiaçıya olan borcumun ödənilməsi, ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş vəsait hesabına iddiaçıya olan borcum tam ödənildikdən sonra qalan vəsaitin qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

2. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-866/2020 nömrəli iş üzrə 2020-ci il 11 noyabr tarixli qətnaməsi ilə iddiaçı bankın və borcluların apellyasiya şikayəti təmin edilməmiş və Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi cavabdeh X3 iddiaçının xeyrinə 35.305 manat əsas kredit borcunun tutulması; hissəsində dəyişdirilmiş, əsas kredit borcu üzrə 27.779,27 manat müəyyən edilmiş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır.

3. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2020-ci il 6 oktyabr tarixli 2(102)3940/2 020 nömrəli qərarı ilə İddiaçı ASC-nin kassasiya şikayəti təmin edilməmiş və Apellyasiya instansiya Məhkəməsinin qətnaməsi iddiaçı bankın kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır

4. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-866/2020 nömrəli iş üzrə 2020-ci il 11 noyabr tarixli icra sənədi icra olunması üçün müvafiq icra şöbəsinə göndərilmişdir. Abşeron rayon icra və probasiya bölməsinin xx.xx.2021-ci il tarixli 17/752100911T saylı hərracın keçirilməsi haqqında sifariş məktubu ilə əmlakın dəyəri 221000 manat müəyyən olunmaqla “X1 Mərkəzi” MMC-yə göndərilmiş və surəti tələbkar və borcluya təqdim olunmuşdur.

5. Açıq hərracın keçirilməsi barədə 2021-ci il 19 mart tarixli 478 saylı bildirişdə Abşeron rayon icra və probasiya şöbəsi tərəfindən 17/**********T saylı, 2021-ci i l 15 mart tarixli məktubla Abşeron rayonu, Xırdalan şəhəri, Yoncalıq ərazisində 0.03 ha torpaq sahəsinin üzərində yerləşən, iki mərtəbəli, beş otaqlı, 196,4 kv.m ümumi, 100,6 kv.m yaşayış, 95,8 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin açıq hərracda satışının təşkil edilməsi üçün sifariş verildiyi, əmlakın satış qiymətinin 221.000 manat təşkil etdiyi, açıq hərracın 2021-ci il 7 aprel tarixində saat 11:00-da ünvan 1 ünvanında keçiriləcəyi, hərracın keçirilməsi barədə elan “Market” qəzetində və www.tap.az/shops/xthm internet səhifəsində dərc ediləcəyi qeyd olunmuş və bildiriş tələbkar və borclulara və icra şöbəsinə göndərilmişdir.

6. Açıq hərracın keçirilməsi barədə 2021-ci il 9 aprel tarixli 513 saylı bildirişdə Abşeron rayon icra və probasiya şöbəsi tərəfindən 17/**********T saylı, 2021-ci il 15 mart tarixli məktubla Abşeron rayonu, Xırdalan şəhəri, Yoncalıq ərazisində 0.03 ha torpaq sahəsinin üzərində yerləşən, iki mərtəbəli, beş otaqlı, 196,4 kv.m ümumi, 100,6 kv.m yaşayış, 95,8 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin açıq hərracda satışının təşkil edilməsi üçün sifariş verildiyi, əmlakın satış qiymətinin 187/850 manat təşkil etdiyi, açıq hərracın 2021-ci il 28 aprel tarixində saat 11:00-da ünvan 1 ünvanında keçiriləcəyi, hərracın keçirilməsi barədə elanın “Market” qəzetində və www.tap.az/shops/xthm internet səhifəsində dərc ediləcəyi qeyd olunmuş və bildiriş tələbkar və borclulara göndərilmişdir.

7. Cavabdeh MMC-nin İddiaçı ASC-yə ünvanladığı 2021-ci il 30 aprel tarixli 027 saylı ipoteka predmetinin alqı-satqısı üçün müqavilə bağlanılması barədə bildiri şində kredit borcu üzrə Abşeron rayonu, Xırdalan şəhəri, Yoncalıq ərazisində 0.03 ha torpaq sahəsinin üzərində yerləşən, iki mərtəbəli, beş otaqlı, 196,4 kvm. ümumi, 100,6 kvm. yaşayış, 95,8 kvm. yardımçı sahədən ibarət fərdi yaşayış evin hərracda satılmadığı və Azərbaycan Respublikası MM-nin 405.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən müqavilə bağlanılması banka təklif olunduğu və 2021-ci il 3 iyun tarixinədək əmlak alınmadığı halda iş sifarişçi icra şöbəsinə geri qaytarılacağı qeyd olunmuşdur.

8. İddiaçı ASC-nin cavabdeh MMC-yə ünvanladığı 2021-ci il 20 may tarixli KBD8420 saylı məktubda (2021-ci il 30 aprel tarixli 027 saylı məktuba cavab olaraq) Abşeron rayonu, Xırdalan şəhəri, Yoncalıq ərazisində 0.03 ha torpaq sahəsinin üzərində yerləşə n, iki mərtəbəli, beş otaqlı, 196,4 kvm. ümumi, 100,6 kvm. yaşayış, 95,8 kvm. yardımçı sahədən ibarət fərdi yaşayış evinə dair təklifi 140888 manat olmaqla “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq bank tərəfindən qəbul edilməsinə razılıqlarını bildirdikləri və mənizlin qısa müddət ərzində balansa götürülməsi ilə bağlı müvafiq sənədlərin hazırlanması xahiş edilmişdir. 9. “X1 Mərkəzi” MMC-nin Abşeron rayon icra şöbəsinə ünvanladığı 2021-ci il 11 iyun tarixli məktubda icra məmurunun sifarişi ilə əlaqədar hərrac mərkəzi tərəfindən keçirilən hərrac zamanı alıcı olmadığı üçün əmlak satılmadığı və qanunvericiliyə uyğun qərar qəbul edilməsi üçün geri qaytarıldığı qeyd olunmuşdur.

10. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2023-cü il 6 noyabr tarixli 2(004)4637/2023 nömrəl i qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı ASC ("xxxx" İKB ASC) ilə X13 arasında bağlanmış 2014-cü il 11 iyun tarixli, 11-G-1-0263-14 saylı kredit müqaviləsinin təminatı kimi 2014-cü il 11 iyun tarixli, 11-G-1-0-263-14 saylı ipoteka müqaviləsinə əsasən İddiaçı ASC-nin ("xxxx" İKB ASC-nin) xeyrinə yüklü edilmiş, Abşeron rayonu Xırdalan şəhəri Yoncalıq ərazisində yerləşən 0.03 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 196.4 kv.m olan fərdi yaşayış evinin daşınmaz əmlakın ipotekasına xitam verilməsi və ipoteka yüklülüyünün dövlət qeydiyyatının ləğv edilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

11. İddiaçı ASC (bundan sonra – “iddiaçı”) 2022-ci il 21 noyabr tarixində cavabdeh “X1 Mərkəzi” MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Sumqayıt Apellyasiya Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli 2(105)-866/2020 nömrəli iş üzrə icra olunması üçün göndərilmiş icra sənədinə görə, ipoteka predmeti X6 və X5 mülkiyyətindəki Abşeron rayonu, Xırdalan şəhəri, Yoncalıq ərazisində 0,03 ha torpaq sahəsinin üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 196.4 kv.m ümumi, 100.6 kv.m yaşayış, 95.8 kvm yardımçı sahədən ibarət fərdi yaşayış evinin (bundan sonra – “fərdi yaşayış evi”) keçirilmiş hərracın yekunları üzrə protokol və alqısatqı müqaviləsinin bağlanması vəzifəsi öhdəliyinin qoyulması barədə qətnamə çıxarılmasın xahiş etmişdi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

12. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "x xxx" ASC (hazırkı iş üzrə iddiaçı) X6 və X7 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmeti olan fərdi yaşayış evinin açıq hərracdan satılması, fərdi yaşayış evindən çıxarılma və evin boşaldılması” tələbi ilə məhkəməyə müraciət etmiş və Abşeron Rayon Məhkəməsinin 2(012)-4852/2018 nömrəli iş üzrə 2018-ci il 22 oktyabr tarixində qəbul etdiyi qətnamə ilə iddia tələbi qismən təmin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi iddiaçı və cavabdehlərin apellyasiya şikayətlərini 2(105)-866/2020 nömrəli iş üzrə 2020-ci il 11 mart tarixində qəbul etdiyi qərarla qismən təmin etmiş, 35.305 manat əsas kredit borcun tutulması hissəsində dəyişdirilməsi, əsas kredit borcunun 27.779 manat olmasını müəyyən etmişdir. Azərbaycan Respublikası Ali Məhkəm əsinin Mülki Kollegiyasının 2(102)-3940/2020 nömrəli iş üzrə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti 2020-ci il 6 oktyabr tarixli qərarla təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-866/2020 nömrəli iş üzrə 2020-ci il 11 mart tarixli qətnaməsi ilə verilmiş icra vərəqəsi icra olunması üçün Abşeron rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş və həmin icra sənədi üzrə icraata başlanılmış və “İcra Haqqında” AR Qanununun 61.2-ci maddəsinin tələblərinə əsasən hərracın təşkili və keçirilməsi üçün “X1 Mərkəzi”nə Abşeron rayon İcra və Probasiya Şöbəsi tərəfindən sifariş məktubu göndərilmişdir. Hərrac təşkilatçısı olan “X1 Mərkəzi”nin təşkilatçılığı ilə “açıq hərracın keçirilməsinə dair 2021-ci il 19 mart tarixli 478 №-li bildirişlə kreditin təminatı qismində ipoteka predm etinə tələbin yönəldilməsi barədə icra sənədi üzrə ipoteka predmeti 2021-ci il 7 aprel tarixində hərraca çıxarılması iddiaçıya bildirilmişdir. İlkin hərrac baş tutmadığından növbəti hərrac 2021-ci il 9 aprel tarixli 513 №-li bildirişlə təkrar hərracın 2021-ci il 28 aprel tarixində keçiriləcəyi bildirilmişdir. Lakin, təkrar hərrac da baş tutmadığından hərrac təşkilatçısının 2021-ci il 30 aprel tarixli 27№ li bildiriş məktubuna əsasən “İpoteka Haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti 140888 manata iddiaçıya təklif olunmuşdur. İddiaçı cavabdehin ipoteka predmetini əldə etmək təklifinə cavab olaraq ipoteka predmetini balansa qəbul etməyə razı olduğunu 2021-ci il 20 may tarixli məktubla qeyd edərək, hərracın yekunları üzrə alqı-satqı müqaviləsinin bağlanmasını Hərrac Mərkəzindən xahiş etmişdir. Cavabdeh tərəfindən təşkilata hərracın keçirilməsi ilə bağlı qeyd olunan mənzilin balansa götürülməsi ilə bağlı müvafiq sənədlərin hazırlanması ilə bağlı razılıq məktubunda qeyd olunsa da, cavabdeh tərəfindən həmin sənədlər hazırlanmamış, buna görə də həmin mənzilin balansa götürülməsi mümkün olmamışdır. Əlavə olaraq təkliflə bağlı 2021-ci il 20 may tarixli № 17/75 2100087C saylı cavab məktubu, həmin əmlakın iddiaçı tərəfindən qəbul edilməsini təsdiq etmişdir.

13. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 (bundan sonra – “üçüncü şəxs”) iddia ərizəsinə dair etirazında bildirmişdir ki, iki ildən artıq müddət keçdikdən sonra hazırki iddia ilə məhkəməyə müraciət etməsi heç bir hüquqa əsaslanmamışdır. İddiaçı tərəfindən 2021-ci il 20 may tarixindən sonra heç bir h üquqi hərəkət olunmamışdır. 2021-ci il 11 iyun tarixli məktubla iş icra şöbəsinə geri qaytarılmışdır.

14. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 1 fevral tarixli e-2-2(113)-418 /2024 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim – G.Namazova).

15. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-866/2020 nömrəli iş üzrə 2020-ci il 11 mart tarixli icra sənədi üzrə ipoteka predmeti X6 və üçüncü şəxsin mülkiyyətindəki fərdi yaşayış evinin keçirilmiş hərracın yekunları üzrə protokol və alqı-satqı müqaviləsinin bağlanması öhdəliyinin cavabdeh hərrac təşkilatının üzərinə qoyulması məhkəmədən xahiş etmiş və həmin tələbin əsası kimi iddiaçı cavabdehin ipoteka predmetini əldə etmək təklifinə cavab olaraq ipoteka predmetini balansa qəbul etm əyə razı olma barədə 2021-ci il 20 may tarixli məktubla qeyd edərək, hərracın yekunları üzrə alqı-satqı müqaviləsinin bağlanmasını hərrac mərkəzindən xahiş etdiklərini, cavabdeh tərəfindən təşkilata hərracın keçirilməsi ilə bağlı qeyd olunan mənzilin balansa götürülməsi ilə bağlı müvafiq sənədlərin hazırlanması ilə bağlı razılıq məktubunda qeyd olunsa da, cavabdeh tərəfindən həmin sənədlər hazırlanmadığı, buna görə də həmin mənzilin balansa götürülməsi mümkün olmadığını, dəfələrlə cavabdehə şifahi qaydada müraciət edilməsi və nəticə əldə olunmaması dəlilinə istinad edilmişdir.

16. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəf üzərinə düşən zəruri hərəkətləri 2 ildən artıq müddət ərzində yerinə yetirməmiş, qanunvericilikdə nəzərdə tutulmuş 30 günlük kəsici müddəti ötürmüşdür (bilavasitə protokolu n/müqavilənin imzalanması üçün səylər göstərməmiş, protokolun/müqavilənin imzalanmaması ilə bağlı nə İcra Şöbəsinə məlumat verilməmiş, nə hərrac təşkilatının hərəkəti/hərəkətsizliyindən şikayət etməmiş, nə də ki, “hərracın yekunlarına dair protokol və alqı-satqı müqavilələrinin imzalanması vəzifəsinin hərrac təşkilatının üzərinə qoyulması” barədə iddia ilə hazırki iddiadan əvvəlki dövrlərdə məhkəməyə müraciət etməmişdir).

17. Həmçinin qeyd etmişdir ki, ipoteka qoyan tərəfindən təkrar hərracın baş tutmamasından 2 il sonra ipoteka yüklülüyün ləğv edilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsində iddia qaldırılmış, həmin iş üzrə məhkəmə icraatı davam edən zaman iddiaçı tərəf yalnız 2023-cü il 2 noyabr (hərracın baş tutulmaması barədə 2021-ci il 30 aprel tarixli bildirişdən 2 ildən çox müddət keçdikdən sonra) tarixində Bakı Kommersiya Məhkəməsinə hazırkı iddia ilə müraciət etmiş, eyni zamanda 2023-cü il 18 oktyabr tarixində protokolun və alqı-satqı müqaviləsinin imzalanmasına dair xəbərdarlıq məktubu ilə cavabdeh hərrac təşkilatına müraciət olunmuşdur.

18. İddiaçı 2021-ci ildən 2023-cü ilə kimi sadəcə bir razılıq məktubu yazmaqla kifayətlənmiş və həmin illər ərzində ipoteka predmeti ilə bağlı ipoteka qoyan tərəfindən qaldırılmış iddia əsasında məhkəmə çəkişməsindən xəbərdar olmuş, lakin məhkəmə çəkişməsi gedən instansiyada yekun akt qəbul edilməsi ərəfəsində hərrac protokolunun və alqı-satqı müqaviləsinin bağlanması tələbi ilə harrac təşkilatına qarşı iddia qaldırmışdır.

19. İddiaçı hərrac təşkilatının protokolun imzalanmasından imtina etməsini və yaxud yayınmasını məhkə mə araşdırılması zamanı sübuta yetirə bilməmişdir. İpoteka saxlayan tərəfindən qanunla müəyyən edilmiş vaxtda protokolun/müqavilənin imzalanması üçün məqsədli hərəkətlərin edildiyini sübuta yetirmədiyi üçün, məhkəmə tərəfindən hərrac təşkilatının imtina etməsi və ya yayınması istiqamətində qiymətləndirmə aparılmasının məntiqi və qanuni əsası ola bilməz. Digər məqam isə ondan ibarətdir ki, Abşeron rayon icra və probasiya şöbəsinin icra sənədinin məhkəmyə qaytarılması haqqında 2023-cü il 6 fevral tarixli qərarı ipoteka saxlayana ünvanlanmış və iddiaçı bundan da məlumatlı olduğu halda 2023-cü il 2 noyabr tarixində iddia ilə məhkəməyə müraciət edilmişdir.

20. Məhkəmə gəldiyi nəticəni “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu 43.7-1 və 43.8-ci maddələrinə; Azərbaycan Respublikası Ali Məhkəməsinin 2022ci il 14 dekabr tarixli qərardadın 33-35, 37-39, 44-45, 50-54 və 59-cu bəndlərinə; İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 2007-ci il 26 iyul tarixli qərarına; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - “MPM”) 14.2 və 77.1-ci istinadla əsaslandırmışdır.

21. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, onun ləğv, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

22. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 1 may tarixli 2-2(103)-502/2024 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrl ik edən hakim – V.Baxışova, hakimlər – R.Qurbanov və Z.Şirinov).

23. İşin məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarına görə, ipoteka predmeti X9 və üçüncü şəxsin mülkiyyətindəki fərdi yaşayış evinə tutma yönəldilməsi ilə bağlı Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-866/2020 nömrəli iş üzrə 2020-ci il 11 mart tarixli icra sənədinə görə, tutma yönəldilmiş, 2021-ci il 7 aprel tarixində birinci hərrac, 2021-ci il 28 aprel tarixində ikinci hərrac keçirilmiş, əmlak satılmadığından 2021-ci il 30 aprel tarixli bildiriş məktubu ilə iddiaçıya təklif edilmiş, iddiaçı “İpoteka haqqında” Qanunun 43.7-1-ci maddəsində nəzərdə tutulmuş 30 günlük müddət ərzində ipoteka predmetini əldə etmək üçün aktiv hərəkətlər etmədiyindən ipotekaya xitam verilməli olduğu üçün birinci instansiya məhkəməsini n gəldiyi nəticə əsaslı olmuşdur.

24. Apellyasiya məhkəməsi gəldiyi nəticəni “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 43.7-1 və 43.8-ci maddələrinə istinadla əsaslandırmışdır.

25. İddiaçı həmin qətnamədən kassasiya şikayəti verərək, onun ləğv, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri 26. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 43.8-ci maddəsi üzrə - istinad olunan qanunun tələbindən irəli gələn 30 günlük müddət ərzində təklif göndərildikdən 20 gün sonra bank öz üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirmişdir.

27. MM-in 414.1, 416.1 və 425.1-ci maddələri üzrə - hərrac təşkilatı öz vəzifə öhdəliyini lazımi qaydada yerinə yetirm əyərək bankın hüquq və mənafelərinə ciddi formada zərər vurmuş və məhkəmə tərəfindən bu nəzərə alınmayaraq iddiaçı tərəfin pozulmuş hüquqlarının bərpa etmək hüququnu məhdudlaşdırmışdır. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2023-cü il 6 noyabr tarixli 2(004)-4637/2023 nömrəli qətnaməsindən görünür ki, hərrac təşkilatının təqsiri səbəbindən iddiaçı tərəf zərərə məruz qalmışdır. Bundan sonra iddiaçı hərrac protokolunun imzalanması tələbi ilə hərrac təşkilatına qarşı iddia qaldırmaq hüququna malikdir.

28. Bank öz öhdəliyinə düşən vəzifəni lazımi qaydada yerinə yetirmişdir. Bundan sonra əmlakın balansa götürülməsi ilə bağlı müvafiq zəruri sənədlərin hazırlanması hərrac təşkilatı tərəfindən icra edilməli idi. Bu hərəkətin icra edilməməsi hərrac təşkilatının məsuliyyətsizliyinin nəticəsi kimi b ankı zərərə məruz qoymuşdur. Bu hallara məhkəmə tərəfindən düzgün qiymət verilməmişdir.

29. MPM-in 88, 390 və 416-ci maddələri üzrə - məhkəmə tərəfindən sübutlar tam araşdırılmamış və düzgün hüquqi qiymət verilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

30. Tərəf kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri

31. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

32. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiym ətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq 33. “İpoteka haqqında” Azərbaycan müddəalarında aşağıdakılar nəzərdə tutulur: Respublikasının Qanununun müvafiq “Maddə

43. Hərracın baş tutmamış elan edilməsi 43.7-1 və 43.8... 43.7-1. Təkrar hərrac baş tutmamış elan edildikdə ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və harracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalıyıllar; bu protokol müqavilə qüvvəsinə malikdir.... 43.8. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetinin əldə etməzsə, ipotekaya xitam verilir...”

34. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2022-ci il 14 dekabr tarixli 04/2022 nömrəli qərardadın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:...Azərbaycan Respublikası Ali Məhkəməsinin 2022-ci il 14 dekabr tarixli 04/2022 nömrəli qərardadının 59-ci bəndi Protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi tələbinə dair iddialara baxılarkən məhkəmələr ipoteka saxlayanın ipoteka predmetinin əldə edilməsi üçün qanunla nəzərdə tutulmuş müddət ərzində bütün zəruri tədbirləri gördüyünü və protokolu qanunla müəyyən edilmiş şərtlərlə imzalamağa razılığını ifadə etdiyini, lakin yekun protokolun ondan asılı olmayan səbəblərdən imzalanmadığını müəyyən edərlərsə hərrac təşkilat çısının hərəkətini (hərəkətsizliyini) qanunsuz hesab etməklə, iddianı təmin edə bilərlər...”

35. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

416. Kassasiya in stansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.

37. Məh kəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1ci maddəsi). 38. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab ol unur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).

39. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, ipoteka haqqında qanunvericiliyin tələblərinə (bax §34) əsasən təkrar hərracın baş tutmamış elan edilməsi anı hərrac təşkilatının media subyektlərində və özünün rəsmi internet saytında bununla bağlı məlumatı dərc etdirdiyi gün hesab olunur və ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi üçün nəzərdə tutulmuş 30 günlük müddət növbəti gündən hesablanmağa başlayır. İpoteka predmetini əldə etmə müddəti hüquqi mahiyyətinə uyğun olaraq kəsici müddətdir. Çünki, ipoteka saxlayan təkrar hərracın baş tutmadığı elan edildikdən sonra 30 gün ərzində bu imkandan istifadə etməzsə həm predmeti əldə etmək, həm də ipoteka hüququnu itirir. Odur ki, ipoteka saxlayan müvafiq elanın dərc olunduğu vaxtdan keçən 30 gün ərzində ipoteka predmetini əldə etməlidir. İpoteka predmetinin əldə edilməsi və bununla bağlı iradə ifadəsi hər hansı bir təklif məktubu və ya onun cavablandırılması ilə deyil, məhz tərəflər arasında təkrar hərracın baş tutmamış elan edildikdən 30 təqvim günü ərzində bununla bağlı müqavilə qüvvəsinə malik protokolun imzalanması ilə şərtləndirilmişdir. Təkrar hərracın baş tutmamış elan edilməsi ndən sonra 30 təqvim günü ərzində ipoteka predmetinin əldə edilməməsi ipotekaya xitam verilməsinin qanuni əsası kimi çıxış etdiyindən, hərrac təşkilatının protokolu imzalamaqdan əsassız imtina etməsi və yaxud yayınması zamanı da ipoteka saxlayana onun pozulmuş hüququnun real bərpası imkanı tanınmalıdır. Belə hallarda ipoteka saxlayan ipoteka predmetinin hərracdan əldə edilməsinə dair “Protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi və (və ya) zərərin əvəzinin ödənilməsi haqqında” iddia qaldıra bilər.

40. Hazırkı halda iddiaçı tərəfindən hərrac baş tutmadığı vaxtdan 30 günlük müddət ərzində hərrac təşkilatının protokolu imzalamaqdan əsassız imtina etməsi və yaxud yayınmasını təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmiş, bu səbəbdən apellyasiya məhkəm əsi haqlı olaraq iddianı təmin etməmişdir.

41. Belə ki, kommersiya mübahisələri üzrə məhkəmə icraatı tərəflərin bərabərlik prinsipini əks etdirməklə hər bir tərəfin üzərinə onun irəli sürdüyü dəlillərinin özü tərəfindən sübut edilməsini ehtiva edir.

42. MPM-nin sübutetmə yükü ilə bağlı müəyyənləşdirdiyi qaydalar baxımından məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin hal ları başqa sübutlarla təsdiq oluna bilməz (MPM-in 14.2, 77.1, 80, 81-ci maddələri).

43. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

44. Qeyd edilənləri nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş kassasiya şikayətində göstərilən dəlillər Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 1 may tarixli 2-2(103)-502/2024 nömrəli qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz.

45. Göstərilənlərə və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 1 may tarixli 2-2(103)-502/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar