Məhkəmə qərarları › İş №2-2(102)-620/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-620/2025

10.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-620/2025 10.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı ASC-nin (ləğv prosesindədir) cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh3, Cavabdeh6, Cavabdeh7, Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayətinin mümkünlüyü Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasında, hakimlər X1 məruzəsi ilə, hakimlər Əliyev Zaur Əli oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin Cavabdeh4, Cavabdeh5, Cavabdeh3, Cavabdeh6, Cavabdeh7, Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələblərinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Komm ersiya Kollegiyasının 22 iyul 2025-ci il tarixli 2-2(103)-1019/2024 nömrəli qərardadından Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə 10 sentyabr 2025-ci il tarixdə yazılı icraat qaydasında baxılmışdır. İş üzrə məhkəmə icraatı

1. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək kredit müqavilələri üzrə yaranmış borcun cavabdehlər Cavabdeh5, Cavabdeh1 və digərlərindən tutulması və tutmanın ipoteka predmetlərinə yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 13 iyun tarixli e-2-2(113)-139/2024 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin olunmuşdur (hakim: Z.Axundova).

3. Qətnamədən cavabdehlər Cavabdeh5 və Cavabdeh1 birgə verdikləri apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 29 oktyabr 2 024-cü il tarixli 2-2(103)-1019/2024 nömrəli qətnaməsi ilə təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.

4. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən Cavabdeh5 verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 13 iyun tarixli 2-2(102)-284/2025 nömrəli qərarı ilə təmin olunmamış, qətnamə dəyişdirilmədən saxlanılmışdır. 5. 2025-ci il 2 iyul tarixində Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil tərəfindən imzalanmış kassasiya şikayəti və şikayət üzrə ötürülmüş prosessual müddətin bərpasına dair ərizə elektron sistemə yerləşdirilmişdir.

6. Ərizə belə əsaslandırılmışdır ki, Cavabdeh1 qətnaməni almadığı üçün ondan gec şikayət vermişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 22 iyul tarixli 22(103 )-1019/2024 nömrəli qərardadı ilə Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti və müddətin bərpası barədə ərizə geri qaytarılmışdır.(hakimlər: E.Həsənov – sədrlik edən və məruzəçi, T.Mahmudova və L.Əliyeva).

8. Məhkəmə kollegiyası ilk olaraq vurğulamışdır ki, yuxarı instansiya məhkəməsinə şikayət vermək hüququ Konstitusiyanın 60-cı maddəsinə uyğun olaraq məhkəmə müdafiəsi hüququnun tərkib hissəsidir. Bununla belə, bu hüquq mütləq xarakter daşımır və təməl konstitusion prinsipləri nəzərə alınmaqla mütənasib şəkildə məhdudlaşdırıla bilər.

9. İşin hallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının Cavabdeh5 və Cavabdeh1 birgə verdikləri apellyasiya şikayəti əsasında qəbul etdiyi 2024-cü il 29 oktyabr tarixli qətnaməsi Cavabdeh1 həyat yoldaşı olan Cavabdeh5 kas sasiya şikayəti üzrə kassasiya instansiyası tərəfindən tam yoxlanılmışdır. Bu cür hallarda isə artıq qanuni qüvvəsini almış məhkəmə qərarının mübahisənin digər tərəfinin şikayəti əsasında təkrarən yoxlanılması hüquqi müəyyənlik prinsipinə ziddir.

10. Həmçinin qeyd olunmalıdır ki, kassasiya şikayəti geri qaytarılmalı olduğundan hazırda müddətin bərpa edilib-edilməməsi barədə də hər hansı qərar çıxarmaq mümkün deyildir.

11. Kollegiya şikayətçinin diqqətinə onu da çatdırmağı zəruri hesab etmişdir ki, Mülki Prosessual Məcəllənin 47.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar və şikayətçinin əvvəl yoxlanılmış qətnamədən yenidən şikayət verməsi hüquqdan sui-istifadə olaraq qiymətləndirilərə k məhkəmənin mülki-prosessual qanunvericiliklə ona verilmiş səlahiyyətdən istifadəsinə əsas yarada bilər.

12. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 47.1, 128.1, 130.1, 133.1, 405.0.1, 408.1.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

13. Cavabdeh1 həmin qərardaddan kasasiya şikayəti verərək onun ləğv edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

14. Kassasiya şikayəti MPM-in 133, 402 və 403-cü maddələrinə istinadla belə əsaslandırılmışdır ki, Cavabdeh5 hazırkı kassasiya şikayəti verən Cavabdeh1 həyat yoldaşı deyil. Bundan başqa bu işdə 2 kredit müqaviləsi üzrə bir qətnamə çıxarılmışdır və çoxsaylı cavabdehlər mö vcuddur. Belə olan təqdirdə prosessual qanunvericiliyin adı çəkilən normalarının tələblərinə əsasən Cavabdeh1 də Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 29 oktyabr tarixli 2-2(103)-1019/2024 nömrəli qətnaməsindən kassasiya şikayəti vermək hüququ mövcuddur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

16. Apellyasiya məhkəməsinin qərardadı tam mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri). Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir....”

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

47. İşdə iştirak edən şəxslərin hüquq və vəzifələri 47.1. İşdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar....” “Maddə

128. Prosessual müddətlərin müəyyən edilməsi və hesablanması 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir....” “Maddə

130. Prosessual müddətlərin buraxılmasının nəticələri 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfi ndən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur....” “Maddə

133. Prosessual müddətlərin bərpası 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir....” “Maddə

405. Kassasiya şikayəti vermə müddəti

405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində;...” “Maddə

408. Kassasiya şikayətinin qaytarılması... 408.1.4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa;... 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır. 408.5. Bu Məcəllənin 408.1.1—408.1.5 və 408.1.7-ci maddələrində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra, şikayəti verən şəxs yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsi nin mövqeyi

19. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin mübahisələndirilən qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 2020-ci il 14 oktyabr tarixli qərardadındakı hüquqi mövqeyə görə məhkəmə aktlarının bir tərəfin (və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdi r.

21. Bakı Apellyasiya Məhkəməsinin Cavabdeh5 və Cavabdeh1 birgə verdikləri apellyasiya şikayəti əsasında qəbul etdiyi 2024-cü il 29 oktyabr tarixli qətnaməsi Cavabdeh5 kassasiya şikayəti əsasında kassasiya instansiyası tərəfindən tam yoxlanıldığından apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin təkrarən kassasiya qaydasında yoxlanılmasını xahiş etmiş Cavabdeh1 kassasiya şikayəti və müddətin bərpası barədə ərizənin geri qaytarılması barədə mövqeyi qanuni və əsaslı olmuş, məhkəmə tərəfindən hər hansı prosessual pozuntuya yol verilməmişdir.

22. Məhkəmə kollegiyası Cavabdeh5 kassatorun həyat yoldaşı olduğunu qeyd etməklə apellyasiya məhkəməsinin yanlışlığa yol verdiyinə dair kassasiya şikayətində irəli sürülmüş dəlillə bağlı qeyd edir ki, qərardadda apellyasiya şikayəti vermiş şə xslərin ər və arvad olduqları ilə bağlı düzgün olmayan ifadənin qeyd edilməsi hüquqi cəhətdən düzgün əsaslandırılmış qərardadın ləğvi üçün əsas ola bilməz. Kassator qərardadın mətnində yol verilmiş yanlışlığın düzəldilməsi üçün apellyasiya instansiya məhkəməsinə ərizə ilə müraciət etmək hüququna malik olmuş, lakin bu hüquqdan istifadə etməmişdir.

23. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən, kassasiya şikayəti isə təmin olunmadan saxlanılmalıdır.

24. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 22 iyul 2025-ci il tarixli 22(103)-1019/2024 nömrəli qərardadı dəyişdirilmədən sax

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar