Məhkəmə qərarları › İş №2-2(102)-621/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-621/2021

21.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-621/2021 21.12.2021 ALİ MƏHKƏMƏ Kommersiya Kollegiyasının İddiaçı ləğv prosesində olan Kommersiya Bankı QSC-nin cavabdeh 1 və cavabdeh2-yə qarşı iş üzrə Açar sözlər: borcun ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İddiaçı Ləğv prosesində olan Kommersiya Bankı QSC-nin ləğvedicisinin vəkilinin iştirakı ilə, İddiaçı ləğv prosesində olan Kommersiya Bankı QSC-nin cavabdeh1 və cavabdeh 2-yə qarşı “borcun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiy a işi üzrə cavabdeh “Qara İnək” Fermer Təsərrüfatı” MMC tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 7 iyul tarixli 2-2(103)-123/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. İ. İŞİN HALLARİ

1. İş materiallarında olan QSC “Bank Standard” Kommersiya Bankı (bundan sonra – “QSC”) “Korporativ” filialı ilə cavabdeh 1 (bundan sonra – “QİFT”) arasında bağlanmış 2014-cü il 30 sentyabr tarixli 171/02/34/14 saylı kredit müqaviləsindən (bundan sonra – "müqavilə") görünür ki, həmin müqavilə ilə QSC-nin “Korporativ” filialı (kreditor) tərəfindən borc alana (QİFT) heyvandarlıq kompleksinin yem təsərrüfatının təşkil olunması məqsədilə 60 ay müddətinə illik 6 faiz ödəmək şərti ilə 350.000 manat məbləğində kredit verilmişdir.

2. Kredit Müqaviləsinin 6.2-ci bəndinə əsasən, borc alan bu müqavilə ilə üzərinə düşən öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, o cümlədən icranı gecikdirdiyi halda əsas borc məbləğindən və faizlərdən əlavə ödənişinin gecikdirildiyi üçün kreditora vaxtında qaytarılmayan məbləğin illik 25%-i miqdarında cərimə ödəyir. Cərimə kredit məbləğinin qaytarılmalı olduğu gündən faktiki qaytarıldığı günə qədər olan müddət üçün ödənilir. Borc alan kredit öhdəliklərinin icra edilməməsi və ya lazımi qaydada icra edilməməsi nəticəsində kreditora vurulan zərərə görə tam məsuliyyət daşıyır.

3. Kredit Müqaviləsi hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

4. İş materiallarında olan həmin müqaviləyə 2014-cü il 30 sentyabr tarixli 1 saylı Əlavə Sazişlə tərəflər müqavilənin 6.2-ci yarımb əndinin aşağıdakı redaksiyada verilməsi barədə razılaşmışlar: “Borc alan bu müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, o cümlədən icranı gecikdirdiyi halda əsas borc məbləğindən və faizlərdən əlavə ödənişin gecikdirildiyi üçün kreditora vaxtında qaytarılmayan məbləğin illik 26%-i miqdarında cərimə ödəyir. Cərimə kredit məbləğinin qaytrarılmalı olduğu gündən faktiki qaytarıldığı günə qədər olan müddət üçün ödənilir. Borc alan kredit öhdəliklərinin icra edilməməsi və ya lazımi qaydada icra edilməməsi nəticəsində kreditora vurulan zərərə görə tam məsuliyyət daşıyır.”

5. Əlavə saziş hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

6. İş materiallarında olan Kredit Müqaviləsindən irəli gələn öhdəliyin təminatı üsulu kimi QSCnin “Korporativ” fi lialı, cavabdeh 2 (bundan sonra – “İKFT”) və QİFT arasında bağlanmış 2015-ci il 14 yanvar tarixli 171/02/34/14 saylı sonrakı ipoteka müqaviləsindən (bundan sonra – “ipoteka Müqaviləsi”) görünür ki, həmin müqavilə ilə İKFT-yə məxsus Abşeron rayonu, Pirəkeşkül kəndində mülkiyyətində ola 1,20 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 4336 m2 ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisə QSC “Korporativ” filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir.

7. İpoteka Müqaviləsinin 2.1-ci bəndinə əsasən, ipoteka predmetinin likvid dəyəri “Caspian Expert Group” qiymətləndirmə şirkətinin 2016-cı il 12 yanvar tarixli CEG-721 saylı aktına əsasən 3.400.000 manat məbləğində müəyyən edilmişdir.

8. İpoteka Müqaviləsi notarial qaydada təsdiq edilmiş və 2016-cı il 19 yanvar tarixində yüklülü yün daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə ******* saylı reyestrdən çıxarış verilmişdir.

9. İş materiallarında olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2016-cı il 4 oktyabr tarixli 2-1(81)-4498/2016 saylı qərarından müəyyən edilir ki, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası ərizəsi təmin edilərək QSC müflis elan edilmiş və iflas proseduruna başlanılmış, Ləğedici X (bundan sonra – "Ləğvedici") QSC-nin ləğvedicisi təyin edilmişdir.

10. İş materiallarında olan 2017-ci il 2 mart tarixli 7 saylı və 2017-ci il 11 aprel tarixli 27 saylı ödəniş tapşırıqlarından, QİFT-in hesabından çıxarışdan müəyyən edilir ki, QİFT tərəfindən Kredit Müqaviləsi üzrə cəmi 200.000 manat məbləğində pul vəsaiti Sahibkarlığa Kömək Milli Fonduna (bundan sonra – “SKMF”) ödən ilmişdir.

11. İş materiallarından görünür ki, 2018-ci il 10 yanvar tarixində Ləğvedici tərəfindən QİFT və İKFT-yə kredit borcunun ödənilməsi və ipoteka predmetinə tutma yönəldilməsinə dair bildiriş göndərilərək Kredit Müqaviləsi üzrə borc məbləğinin 3 gün müddətində banka ödənilməsi tələb edilmiş, əks təqdirdə müqavilə üzrə əsas borcun, hesablanmış faizlərin, cərimənin ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi və açıq hərracdan satılması tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

12. İş materiallarından görünür ki, 2018-ci il 15 yanvar tarixində Ləğvedici tərəfindən A Xidmətinin N saylı Ərazi İdarəsinə müraciət edilərək ipoteka predmetinə tutma yönəldilməsi barədə 2018-ci il 10 yanvar tarixli bildirişin qeydiyyata alınması xahiş edilmiş, bildiriş qeydi yyata alınmışdır.

13. İş materiallarında olan Ləğvedici tərəfindən verilmiş maliyyə arayışından görünür ki, QİFT-in Kredit Müqaviləsi üzrə 2017-ci il 14 iyun tarixinə əsas borcu 350.000 manat, müqavilə müddəti üçün hesablanmış faiz borcu 10.427,86 manat, borcun gecikdirilməsinə görə hesablanmış cərimə 2.010,26 manat, ümumilikdə borcu 362.538,12 manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

14. Ləğvedici 2018-ci il 11 iyun tarixində QİFT və İKFT-ya qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Kredit Müqaviləsi üzrə QİFT-dən 350.000 manat məbləğində əsas borc, 10.427,86 manat məbləğində faiz borcu, 2.010,26 manat məbləğində cərimə borcu, ümumilikdə 362.538,12 manat məbləğində pulun (2017-ci il 14 iyu n tarixinə yaranmış borc üzrə), 30 manat məbləğində məhkəmə üçün və 30 manat məbləğində sonrakı ipotekanın qeydə alınması üçün ödənilmiş cəmi 60 manat məbləğində dövlət rüsumunun tutulmasına, ipoteka predmetinin ilkin satış qiyməti 3.400.000 manat məbləğində müəyyən edilməklə ipoteka ilə yüklü edilmiş Abşeron rayonu, Pirəkeşkül kəndində mülkiyyətində olan 120 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 4336 m2 olan əmlak kompleksi müəssisəsinə yönəldilməsinə və açıq hərracda satılmasına, əmlaka tutma yönəldikdən və o satıldıqdan sonra ipoteka qoyan İKFT qeyri-yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda məcburi qaydada çıxarılmalarına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. İddia tələbi onunla əsaslandırılmışdır ki, QİFT Kr edit Müqaviləsi üzrə öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş, nəticəndə onun banka borcu (bax yuxarıda § 14) qalmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cavabdehlərə xəbərdarlıq edilmişdir, lakin bundan sonra da müqavilə şərtləri tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Cavabdeh tərəfindən pul məbləğinin ödənilməsinin gecikdirilməsi banka zərər dəyməsi ilə nəticələnir. Bu səbəbdən də öhdəliyin tam icra olunması gününədək hesablanmalı olduğunun məhkəmə qərarında göstərilməsi hüquqi müəyyənliyin təmin olunmasında xüsusi əhəmiyyətə malikdir. Bundan başqa, İpoteka Müqaviləsinə əsasən, borc alan Kredit Müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə ipot eka saxlayanın ipoteka predmetinə tutma yönəltmək hüququ vardır.

16. İddia tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 319.1, 269.7, 385.1, 442, 445.1, 445.2, 445.7, 448.1, 448.2, 739.1-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun (bundan sonra - “KMP”) “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli qərarına istinad etməklə əsaslandırmışdır.

17. QİFT 2018-ci il 10 sentyabr tarixində aidiyyətin dəyişdirilməsi barədə vəsatətlə məhkəməyə müraciət edərək işin Şirvan İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 18. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 14 sentyabr tarixli 2-2(82)-541/2018 saylı qərardadı ilə iş ərazi aidiyyəti üzrə baxılması üçün Şirvan İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir (hakim – E.Mustafayev).

19. Ləğvedici 2018-ci il 4 oktyabr tarixində qərardaddan şikayət vermiş və qərardadın ləğv edilməsini xahiş etmişdir. 20. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 8 oktyabr tarixli 2-2(82)-541/2018 saylı qərardadı ilə Ləğvedici-nin şikayəti təmin edilməmiş, şikayət işlə birlikdə Bakı Apellyasiya məhkəməsinə göndərilmişdir (hakim E.Mustafayev).

21. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2018-ci il 15 noyabr tarixli 2-2(103)-873/18 saylı qərardadı ilə Ləğvedici-nin şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2017-ci il 14 sentyabr tarixli 2-2(82)-541/2018 saylı qərardadı ləğv edilmiş, iş baxılması üçün həmin məhkəməyə göndərilmişdir (sədrlik edən – C.Yusifov, hakimlər – V.Ağayev və A.Nuriyeva).

22. QİFT məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi barədə vəsatətlə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir.

23. QİFT vəsatətinə uyğun olaraq 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 30 may tarixli 2-2(82)-324/2019 saylı qərardadı ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə (bundan sonra – “MEM”) tapşırılmış və ekspert qarşısında şağıdakı sual qoyulmuşdur: Kredit Müqaviləsi əsasında ayrılmış 350.000 manat məbləğində kredit üzrə Sahibkarlığın İnkişafı Fonduna 2017-ci il 2 mart tarixində 95.000 manat, 2017-ci il 11 aprel tarixində 5.000 manat və 2018-ci il 1 mart tarixdə 100.000 manat məbləğində pul vəsaitlərinin ödənilməsi nəzərə alınmaqla və bu ödənişlər nəzərə alınmadan (ayrı-ayrılıqda) əsas kredit borcunun, faiz borcunun və cərimənin müəyyən edilməsi.

24. MEM-in 2019-cu il 10 dekabr tarixli 20014 nömrəli ekspert rəyi ilə suala aşağıdakı kimi cavab verilmişdir: Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları, maliyyə arayışı məlumatları və Kredit Müqaviləsinin şərtləri əsas götürülməklə QİFT-in QSC-yə 2017-ci il 31 yanvar tarixə (sonuncu ödəniş aparılan tarixə) olan cəmi borcu 353.813,21 manat məbləğində müəyyən olunur, o cümlədən: əsas borc üzrə----------------------------------- 348.4 84,17 manat, faiz borcu üzrə----------------------------------- 5.329,04 manat. Qeyd edilir ki, hazırki ekspertiza tədqiqatı zamanı Kredit Müqaviləsi üzrə cərimə bəndi nəzərdə tutulsa da bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun silinməsi ilə əlaqədar məlumat olmadığı üçün 2017-ci il 31 yanvar tarixə (sonuncu ödəniş aparılan tarixə) QİFT-ə cərimə borcu hesablanmadı. Bundan başqa, yuxarıda göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış sənədləri və ekspert qarşısında qoyulmuş sualda qeyd olunan ödənişlər (2017-ci il 2 mart tarixində 95.000 manat, 2017-ci il 11 aprel tarixində 5.000 manat və 2018-ci il 1 mart tarixində 100.000 manat məbləğində pul vəsaiti) hazırkı hesablama zamanı nəzərə alınmaqla QİFT-in QSC-yə sonuncu ödəniş aparılan tarixə, yəni 2018-ci il 1 mart tarixinə olan cəmi borcu 171.092,35 manat məbləğində müəyyən olunur, o cümlədən: əsas borc üzrə----------------------------------- 171.092,35 manat, faiz borcu üzrə----------------------------------- 0,00 manat.

25. Ləğv prosesində olan QSC vəsatətlə məhkəməyə müraciət edərək, iş üzrə təkrar ekspertizanın təyin edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir.

26. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 18 mart tarixli 2-2(113)-349/2020 saylı qərardadı ilə iddiaçı ləğv prosesində olan QSC-nin nümayəndəsi X4 vəsatəti qismən təmin edilmiş, iş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi MEM-ə həvalə edilmiş, ekspertizanın qarşısında aşağıdakı sual qoyulmuşdur: Kredit Müqaviləsi üzrə Sahibkarlığın İnkişafı Fonduna 2017-ci il 2 mart tarixind ə 95.000 manat, 2017-ci il 11 aprel tarixində 5.000 manat və 2018-ci il 1 mart tarixində 100.000 manat məbləğində pul vəsaitlərinin ödənilməsi nəzərə alınmaqla və həmin məbləğlər kredit müqaviləsi üzrə əsas borcdan çıxılmaqla QİFT-in ekspert rəyinin verildiyi tarixə əsas borcu və müqavilə müddətinin bitdiyi tarixə (2019-cu il 30 sentyabr) faiz borcu nə qədər təşkil edir?

27. MEM-in 2020-ci il 8 iyun tarixli 9/1389 ekspert rəyi ilə suala aşağıdakı kimi cavab verilmişdir: Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları, maliyyə arayışı məlumatları və Kredit Müqaviləsinin şərtləri əsas götürülməklə QİFT-in QSC-yə 2019-cu il 30 sentyabr tarixinə (kredit müqaviləsinin müddətinin bitdiyi tarixə) olan cəmi borcu 184.653,18 manat məbləğində, 20 20-ci il 8 iyun tarixinə (rəyin verildiyi tarixə) olan borcu isə 190.790,52 manat məbləğində müəyyən olunur, o cümlədən: 2019-cu il 30 sentyabr tarixinə: əsas borc üzrə------------- 148.484,17 manat faiz borcu üzrə--------------- 36.169,00 manat 2020-ci il 8 iyun tarixinə əsas borc üzrə--------------- 148.484,17 manat faiz borcu üzrə--------------- 42.306,35 manat Qeyd edilir ki, hazırkı ekspertiza tədqiqatı zamanı Kredit Müqaviləsi üzrə cərimə bəndi nəzərdə tutulsa da bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun silinməsi ilə əlaqədar məlumat olmadığı üçün sualda soruşulan tarixlərə cavabdeh QİFT-ə cərimə borcu hesablanmadı.

28. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 23 sentyabr tarixli 2-2(113)-349/2020 saylı qətnaməsi ilə aşağıdakılar qət edilmişdir (hakim – L.Əliyeva): 2 8.1. iddia tələbi qismən təmin edilsin; 28.2. QİFT-dən 148.484,17 məbləğində əsas borc, 36.169 manat məbləğində faiz borcu, 2.010,26 manat məbləğində dəbbə pulu, cəmi 186.663,43 manat, eləcə də ipotekaya tutma yönəldilməsi barədə bildirişin qeydə alınmasına və iddianın verilməsinə görə ödənilmiş dövlət rüsumlarının əvəzi olaraq 60 manat məbləğində pul vəsaiti tutularaq QSC-yə ödənilsin; 28.3. tələb üzrə tutma cavabdeh İKFT-yə məxsus Abşeron rayonu, Pirəkeşkül kəndində mülkiyyətində olan 1,20 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 4336 m2 olan əmlak kompleksi kimi müəssisəyə yönəldilsin; 28.4. həmin əmlak açıq hərracda satılsın, əmlakın ilkin satış qiyməti 3.400.000 manat məbləğində müəyyən edilsin, əmlakın satışından əldə olunmuş vəsait QSC-nin borc tələbi ödənilsin. Satış dan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ İKFT-ya qaytarılsın; 28.5. ekspertiza tədqiqatlarının dəyəri olan 290 manat pul məbləğinin 145 manat hissəsi QSC-dən, qalan 145 manat hissəsi isə QİFT və İKFT-dan müştərək qaydada tutularaq MEM-in hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, Dövlət Xəzinədarlığı Agentliyi, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilsin; 28.6. qalan hissədə iddia rədd edilsin.

29. Birinci instansiya məhkəməsinin iş üzrə mövqeyi aşağıdakı kimi olmuşdur. 29.1. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Kredit Müqaviləsi üzrə QSC üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada i cra edərək kredit məbləğini QİFT-in mülkiyyətinə versə də, QİFT həmin müqavilədə müəyyən edilmiş müddətdə və qaydada əsas kredit borcu və ona hesablanmış faizləri QSC-yə qaytarmamış, bununla da müqavilə öhdəliklərini pozmuşdur. Nəticədə kredit alanın kredit verənə əsas kredit məbləği və faizlər üzrə borcu yaranmışdır. 29.2. Digər tərəfdən, işin mübahisə edilməyən hallarından görünür ki, Kredit Müqaviləsi üzrə kredit məbləği SKMF tərəfindən ayrılmış vəsait hesabına müvəkkil bank (QSC) vasitəsilə verilmişdir. QSC-nin iflas proseduruna başlanıldıqdan sonra kredit alan QİFT tərəfindən cəmi 200.000 manat məbləğində ödənişlər birbaşa olaraq SKMF-yə edilmişdir. 29.3. Ekspertiza keçirilərkən QİFT tərəfindən SKMF-yə ödənilmiş məbləğlər Fonda ödənilməli olan əsas borc məbləğindən və illik 1 faiz məb ləğində hesablanmış faizlərdən deyil, həmçinin QSC-yə ödənilməli olan faiz borcundan (illik 5%) da çıxılmış, nəticədə həmin ödənişlər nəzərə alınmaqla QİFT-in banka olan faiz borcunun olmadığı müəyyən edilmişdir. 29.4. Halbuki mübahisəli kreditin götürüldüyü vaxt qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 7 oktyabr tarixli 162 nömrəli Fərmanı ilə təsdiq edilmiş SKMF-nın vəsaitlərinin istifadəsi Qaydalarının, 2018-ci il 31 iyul tarixli 224 nömrəli Fərmanı ilə təsdiq edilmiş SİF-in vəsaitindən istifadə Qaydasının normalarının məzmunundan göründüyü kimi, QİFT-ə ayrılmış kredit üzrə əsas kredit borcu və SİF-in kreditlərə tətbiq etdiyi illik 1 % dərəcəsi ilə hesablanmış faizlər SİF-in (SKMF) aktivləri olduğu halda, müvəkkil kredit təşkilatının (hazırkı halda QSC) Fondun kr editlərinə tətbiq etdiyi illik faiz dərəcəsi (hazırkı halda illik 5%) ilə hesablanmış faizlər QSC-nin aktivləridir. 29.5. Kredit Müqaviləsi üzrə əsas və faiz borcunun məbləğləri müəyyən edilərkən göstərilən qanunvericilik normaları nəzərə alınması və QİFT tərəfindən SKMF-yə ödənilmiş məbləğlərin müvəkkil bankın aktivlərindən deyil, SKMF-nın aktivlərindən çıxılmaqla hesablanması məqsədilə əlavə ekspetiza keçirilmişdir (bax yuxarıda § 24). 29.6. Belə olan halda iddia qismən təmin edilməli, 148.484,17 manat məbləğində əsas, 36.169 manat məbləğində faiz borc, cəmi 184.653,17 manat məbləğində borc QSC-nin xeyrinə tutulmalıdır. 29.7. QSC-nin 2.010,26 manat məbləğində dəbbə pulun ödənilməsinə dair iddia tələbinə gəldikdə QİFT-in Kredit Müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi iş in yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan QİFT-dən QSC-nin xeyrinə dəbbə pulu tutulmalıdır. 29.8. Eyni zamanda, məhkəmə tutulması tələb olunan dəbbə pulunun məbləğinin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm borclunun əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, dəbbə pulu məbləği tənasübsüz surətdə yüksək deyildir və onun azaldılması üçün qanunvericilikdə nəzərdə tuulmuş əsaslar yoxdur. 29.9. Borc üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi ipotekaya tutma yönəldilməsi tələbinə dair hissədə iddia təmin edilməli, tutma İKFT-ya məxsus Abşeron rayonu, Pirəkeşkül kəndində mülkiyyətində olan 1,20 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 4336 m2 olan əmlak kompleksi kimi müəssisəyə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalıdır. Əmlakın satışından əldə olunmuş vəsait hesabına QSC-nin borc tələbi ödənilməli, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ İKFT-yə qaytarılmalıdır. 29.10. Bununla yanaşı, məhkəmə hazırkı iş üzrə mübahisəli ipoteka müqaviləsinin sonrakı ipoteka müqaviləsi olmasını, yəni tutmanın yönəldilməsi qət edilən ipoteka predmetinin əvvəllər digər öhdəliklərin icra edilməsinin təminatı olaraq ipoteka ilə yüklü edildiyini nəzərə alaraq hesab edir ki, ipoteka predmetinə tutma yönəldilməsi və əmlakın açıq hərracdan satılması həyata keçirilərkən, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsinin tələbləri nə zərə alınmalıdır. 29.11. İşə məhkəmədə baxılarkən müqavilədə müəyyən edilmiş ilkin satış qiyməti (likvid dəyəri) ipoteka qoyan və ya ipoteka saxlayan tərəfindən mübahisələndirilməmiş, belə olan halda məhkəmə ipoteka predmetinin likvid dəyərinin ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında ipoteka müqaviləsində müəyyən edilmiş dəyərdə - 3.400.000 manat məbləğində müəyyən edilməsini mümkün hesab etmişdir. 29.12. İddiaçının ipoteka predmeti olan qeyri-yaşayış sahəsinin əmlaka tutma yönəldildikdən və o satıldıqdan sonra ən geci bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsində çıxmadıqda məcburi qaydada çıxarılması tələbinə münasibətdə qeyd edilir ki, ipoteka qoyanın ipoteka qoyulmuş əmlak açıq hərracda satılanadək borcu ödəmək, eyni zamanda açıq hərracda ipoteka predmetini əldə et mək hüququ olduğundan, digər tərəfdən ipoteka predmeti olan əmlak açıq hərracdan satılaraq alqı-satqı rəsmiləşdirilənədək həmin əmlak üzrə mülkiyyət hüququ ipoteka qoyana məxsus olduğundan hazırkı mərhələdə məhkəmə qətnaməsi ilə ipoteka qoyanın qeyri- yaşayış sahəsindən məcburi qaydada çıxarılmasının qət edilməsi hazırkı iş İKFT-nin qanunla qorunan hüquqlarını pozur, buna görə də həmin hissədə iddia əsassız olmaqla rədd edilməlidir.

30. Məhkəmə öz qətnaməsini MM-in 269, 270.1, 385.1, 386.1, 442, 443.1, 448.1, 462.1, 467, 739, 741-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 119.1-ci,, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.6, 3.1, 9.3, 10.4, 11.1, 11.2, 39.3, 41.1 maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 7 oktyab r tarixli 162 nömrəli Fərmanı ilə təsdiq edilmiş SKMF-nın vəsaitlərinin istifadəsi Qaydalarının 6.2.1, 6.2.2, 6.3-cü, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 31 iyul tarixli 224 nömrəli Fərmanı ilə təsdiq edilmiş SİF-in vəsaitindən istifadə Qaydasının 1.3-cü bəndlərinə istinad etməklə əsaslandırmışdır.

31. QİFT qətnamədən 2020-ci il 17 noyabr tarixində apellyasiya şikayəti verərək qətnamənin ləğv olunması yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

32. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 17 mart tarixli 22(103)-123/2021 saylı qərardadı ilə ş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması MEM-ə həvalə edilmiş, ekspertiza qarşısında aşağıdakı sual qoyulmuşdur: Kr edit Müqaviləsi üzrə SİF-ə 2017-ci il 2 mart tarixində 95.000 manat, 2017-ci il 11 aprel tarixində 5.000 manat və 2018-ci il 1 mart tarixində 100.000 manat məbləğində pul vəsaitlərinin ödənilməsi nəzərə alınmaqla və həmin məbləğlər kredit müqaviləsi üzrə əsas borcdan çıxılmaqla, habelə QİFT tərəfindən QSC-yə 2018-ci il 25 yanvar tarixində 3.000 manat, 2019-cu il 13 sentyabr tarixində 4.000 manat, 2019-cu il 13 dekabr tarixində 2.000 manat məbləğində pul vəsaitlərinin ödənilməsi nəzərə alınmaqla QİFT-in müqavilə müddətinin bitdiyi 2019-cu il 30 sentyabr tarixinə olan əsas, faiz və cərimə borcu nə qədər təşkil edir?

33. MEM-in 2021-ci il 29 aprel tarixli 9/2294 saylı ekspert rəyi ilə suala aşağıdakı kimi cavab verilmişdir: Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında o lan hesabdan çıxarış məlumatları, maliyyə arayışı məlumatları və Kredit Müqaviləsinin şərtləri əsas götürülməklə QİFT-in QSC-yə 2019-cu il 30 sentyabr tarixinə (kredit müqaviləsinin müddətinin bitdiyi tarixə) olan cəmi borcu 177.339,34 manat məbləğində müəyyən olunur, o cümlədən: 2019-cu il 30 sentyabr tarixinə: əsas borc üzrə----------------------------------- 141.484,17 manat, faiz borcu üzrə----------------------------------- 35.855,17 manat. Qeyd edilir ki, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən kredit müqaviləsinin müddətinin bitdiyi 2019-cu il 30 sentyabr tarixindən sonra da QİFT tərəfindən QSC-yə 2019-cu il 13 dekabr tarixində 2.000 manat məbləğində pul vəsaitinin ödənilməsi müəyyən edilir. Həmin ödəniş də nəzərə alındıqda QİFT-in ümumilikdə 175.339,34 manat ( 177.339,34 manat - 2.000 manat) borcu müəyyən edilir. Bundan başqa qeyd edilir ki, hazırki ekspertiza tədqiqatı zamanı Kredit Müqaviləsi üzrə cərimə bəndi nəzərdə tutulsa da, bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun silinməsi ilə əlaqədar məlumat (cərimə hesabı üzrə bank çıxarışı) olmadığı üçün cərimə borcu hesablanmadı.

34. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 7 iyul tarixli 2-2(103)123/2021 saylı qətnaməsi ilə aşağıdakılar qət edilmişdir (sədrlik edən – R.Qurbanov, hakimlər – X.Cəmilova və Ş.Məhərrəmova): 34.1. apellyasiya şikayəti qismən təmin edilsin; 34.2. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 23 sentyabr tarixli 2-2(113)-349/2020 saylı qətnaməsi əsas, faiz və cəmi borc hissəsində dəyişdirilsin; 34.3. əsas borcun məbləği 141.484,17 man at, faiz borcunun məbləği 8.427,86 manat və cəmi borcun məbləği 151.922,29 manat məbləğində müəyyən edilsin; 34.4. qətnamə digər mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın.

35. Apellyasiya instansiya məhkəməsi iş üzrə mövqeyi aşağıdakı kimi olmuşdur. 35.1. Ekspertiza tədqiqatları zamanı QİFT tərəfindən QSC -yə 2018-ci il 25 yanvar tarixində 3.000 manat, 2019-cu il 13 sentyabr tarixdə 4.000 manat və 2019-cu il 13 dekabr tarixində 2.000 manat məbləğində edilmiş ödənişlər (İİ cild, i/v 138-139) nəzərə alınmamışdır. 35.2. Kredit Müqaviləsinin şərtlərini, Kredit Müqaviləsinə aid ödəniş cədvəlini, Ləğvedici tərəfindən təqdim olunmuş hesabdan çıxarışı, kredit borcunun hesablanması barədə arayışı, ekspert rəylərini araşdıraraq və MM-in 739-cu maddəsinə əsaslanaraq kollegiya hesab etmiş dir ki, əsas borc məbləği Ləğvedici-nin tələb etdiyi kimi 350.000 manat, o cümlədən birinci instansiya məhkəməsinin müəyyən etdiyi kimi 148.484,17 manat məbləğində deyil, 2021-ci il 29 aprel tarixli ekspert rəyində göstərildiyi kimi 141.484,17 manat məbləğində müəyyən edilməlidir. 35.3. Həmçinin həmin ekspert rəyi ilə faiz borcu 35.855,17 manat məbləğində müəyyən edilmiş, lakin Ləğvedici cəmi 10.427,86 manat məbləğində faiz borcunun tutulması tələbini irəli sürmüşdür. 35.4. Birinci instansiya məhkəməsi isə bunu nəzərə almamış və MPM-in 218.3-cü maddəsinin tələblərini pozmuşdur. 35.5. Eyni zamanda, iş materiallarına əsasən müəyyən edilir ki, kredit müqaviləsinin müddətinin bitdiyi 2019-cu il 30 sentyabr tarixindən sonra da QİFT tərəfindən 2019-cu il 13 dekabr tarixində 2.000 manat məbləğind ə pul vəsaiti ödənilmişdir. 35.6. QİFT tərəfindən sonradan ödənilmiş 2.000 manat məbləği də Ləğvedici-nin tələb etdiyi faiz borcundan çıxılmalı və faiz borcu 8.427,86 manat məbləğində müəyyən edilməlidir (10.427,86 – 2.000 = 8.427,86). 35.7. Ona görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsas, faiz və cəmi borc hissəsində dəyişdirilməlidir. 35.8. Dəbbə pulunun tutulması hissəsində birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır.

36. Məhkəmə öz qətnaməsini MM-in 462.1, 739, 741-ci, MPM-in 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

37. QİFT həmin qətnamədən 2021-ci il 9 sentyabr tarixində kassasiya şikayəti verərək qətnamənin əsas borc hissəsində dəyişdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri

38. Bakı Apellyasiya Məhkəməsi qətnamə çıxararkən 2018-ci il 25 yanvar və 2019-cu il 13 sentyabr tarixlərində edilən ödənişləri əsas borcun məbləğindən çıxsa da, 2019-cu il 13 dekabr tarixində edilən 2.000 manat məbləğində ödənişi faiz borcun məbləğində çıxmışdır. Hesab edirik ki, tərəfimizdən ödənilmiş 2.000 manat məbləğində pul faiz borcun məbləğindən deyil, əsas borcun məbləğindən çıxılmalı idi. Məhkəmə bu halı nəzərə almamış və nəticədə əsassız qətnamə çıxarmışdır.

39. Kassasiya şikayəti MPM-in 88, 106.1, 217.2, 217.3-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli 4 saylı qərarına istinad etməklə əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı eti razın dəlilləri

40. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

41. Məhkəmə iclasında iştirak edən Ləğvedici-nin vəkili kassasiya şikayəti ilə razı olmadığını, şikayətin tam əsassız olduğunu bildirdi. Ona görə də şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən qüvvədə saxlanılması barədə yeni qəbul edilməsini xahiş etdi.

42. Cavabdeh tərəfinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak edən olmadı. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

43. Kassasiya şikayəti vaxtında verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

44. Apellyasiy a instansiyası məhkəməsinin qətnaməsi əsas borc hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

45. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

46. MM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulu r: “Maddə

269. Girov və ipoteka hüququ anlayışı 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.2. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. 269.3. Girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür. 269.4. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 269.5. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edil məsi üçün əlavə (aksessor) əşya hüququdur. 269.6. Əşyaya girov və ipoteka hüququ əşyaya mülkiyyət hüququna aid olan hər şeyə şamil edilir.” “Maddə

270. Girovun və ipotekanın əmələ gəlməsi əsasları 270.1. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir....” “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gə lməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə

432. Öhdəliyin hissə-hissə icrası 432.1. Əgər kreditor razıdırsa, borclu öhdəliyi hissə-hissə icra edə bilər (öhdəliyin hissə-hissə icrası).... 432.4. Əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır.” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə

443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə

462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məz mununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir....” “Maddə

467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.” “Maddə

739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq p ul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür....” “Maddə

741. Borc üzrə faizlər Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.”

47. MPM-in müvafiq müddəalarında (2021-ci i 1 oktyabr tarixinədək olan redaksiyada) aşağıdakılar nəzərdə tutulur: “Maddə

119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir....” “Maddə

218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər... 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnam ə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.” 48. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə 1.Əsas anlayışlar 1.0 Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənalan daşıyır:... 1.0.6. ipoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur; …” “Maddə 3.İpotekanın tətbiq sahəsi 3.1. İpoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. …” “Maddə 9.Sonrakı ipoteka … 9.3. Sonrakı ipoteka saxlayanın tələbləri onların icra müddətindən asılı olmayaraq əvvəlki ipoteka saxlayanın tələbləri tam ödənildikd ən sonra növbəlilik qaydasında ipoteka predmetinin dəyərindən ödənilir. …” “Maddə 10.İpoteka müqaviləsi … 10.4 İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. …” “Maddə 11.İpotekanın dövlət qeydiyyatı 11.1. Daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. 11.2. İpoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. İpoteka müqaviləsi bu Qanunun 11.3-cü və müvafiq hallarda 11.4-cü maddələrində nəzərdə tutulmuş məlumatların müvafiq reyestrə daxil edildiyi andan dövlət qeydiyyatına alınmış hesab olunur....” “Maddə

39. İpoteka müqaviləsindən irəli gələn müba hisələrə məhkəmə qaydasında baxılması... 39.3. Məhkəmə ipotekapredmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 39.3.1. ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər. Mühafizə və satış xərcləri ipoteka predmetinin satılması başa çatdıqdan sonra müəyyən edilir. 39.3.2. ipoteka predmetinin təsviri; 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 39.3.4. zəruri hallarda ipoteka predmetinin satılmasına qədər onun mühafizəsinin təmin edilməsi tədbirləri....” “Maddə 41.İpoteka predmetinin satış üsulları 41.1. İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər.”

49. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 7 oktyabr tarixli 162 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları”nın (zamana görə qüvvədə olan) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “6.2. Fondun kreditlərinin illik faiz dərəcələri aşağıdakı kimi müəyyən edilir: 6.2.1. kütləvi informasiya vasitələrinin inkişafı layihələrinin maliyyələşdirilməsi üçün - 0,5 faiz; 6.2.2. digər layihələrin maliyyələşdirilməsi üçün - 1 faiz. 6.3. Müvəkkil kredit təşkilatlarının Fondun kreditlərinə tətbiq etdiyi illik faiz dərəcəsinin ən yüksək həddi bu Qaydaların 6.2-ci bəndində nəzərdə tutulmuş faizlər də daxil olmaqla, cəmi kredit məbləğinin 6 faizindən (kütləvi informasiya vasitələrinin inkişafı üzrə layihələrin maliyyələşdirilməsi üzrə kredit məbləğinin 4 faizindən) artıq olmamalıdır.”

50. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 31 iyul tarixli 224 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaitindən istifadə Qaydası”nın (zamana görə qüvvədə olan) müvafiq bəndində aşağıdakı göstərilmişdir. “1.3. Güzəştli kredit sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsinə yönəldilən təyinatlı və ünvanlı vəsaitdir. Bu vəsaitlərin sahibkarlıq subyektlərinə çatdırılması müvəkkil banklar və bank olmayan kredit təşkilatları (bundan sonra – müvəkkil kredit təşkilatları) vasitəsilə onların öz adından və öz riskləri hesabına həyata keçirilir. Müvəkkil kredit təşkilatlarının Fondun kreditlərinə tətbiq etdiyi illik faiz dərəcəsi (4%-dək) istisna olmaqla, ayrılmış güzəştli kreditlər müvəkkil kredit təşkilatlarının aktivi hesab edilmir. Müvəkkil kredit təşkilatları ilə Fond arasında vəsaitdən istifadə şərtlərini nəzərdə tutan müqavilə imzalanır. Fond müvəkkil kredit təşkilatı ilə sahibkarlıq subyektləri arasında bağlanacaq müqavilədə məcburi şərtlərin olmasını tələb edə bilər.”

51. KMP-nin “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2006-cı il 31 yanvar tarixli qərarında qeyd edilmişdir ki: “Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıq dan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

52. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilini (bax yuxarıda § 38) işin materialları ilə birgə araşdıraraq, iddiaçının vəkilinin izahatını dinləyərək aşağıdakı səbəblərdən hesab edir ki, həmin də lil apellyasiya məhkəməsinin qətnaməsini ləğv etmək üçün əsas deyildir.

53. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından aydın şəkildə görünür ki, kassatorun hazırda istinad etdiyi və birinci instansiya məhkəməsinin qətnamə qəbul edərkən nəzərə almadığı 2019-cu il 13 dekabr tarixində edilən 2.000 manat məbləğində ödəniş kredit müqaviləsinin müddəti (2019-cu il 30 sentyabr tarixi) bitdikdən sonra həyata keçirilmişdir.

54. Hazırkı halda apellyasiya instansiyası məhkəməsi QİFT tərəfindən kredit müddətində edilmiş, lakin məhkəmənin nəzərə almadığı ödənişləri əsas borcdan, kredit müddəti bitdikdən sonra edilmiş, lakin məhkəmənin nəzərə almadığı 2.000 manat məbləğində ödənişi isə faiz borcundan silmişdir. Tərəflər həmin qətnaməni kredit müddətində edilmiş və ə sas borcdan çıxılmış ödənişlərə münasibətdə mübahisələndirməmişlər.

55. Hazırda qətnamənin QİFT tərəfindən mübahisələndirildiyi hissəni kredit müddəti bitdikdən sonra edilmiş və faiz borcundan silinmiş ödəniş hissəsi təşkil edir. Odur ki, məhkəmə kollegiyası hüquqi dəyərləndirməni məhz həmin hissə ilə bağlı verilmiş kassasiya şikayətinə münasibətdə aparır.

56. MM-in 432.1-ci maddəsinin (bax yuxarıda § 46) məzmunundan aydın olur ki, əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə faizlərin hesabına, sonra isə əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır.

57. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsi kredit müddəti bitdikdən sonra edilmiş, lakin məh kəmənin nəzərə almadığı 2.000 manat məbləğində ödənişi faiz borcundan silərkən həmin ödənişə münasibətdə qanunauyğun nəticəyə gəlmişdir.

58. Kassator isə öz şikayətində yalnız ümumi xarakterli mülahizələrlə kifayətlənmiş, sözügedən hesablamanı apararkən apellyasiya instansiyası məhkəməsinin konkret olaraq hansı hüquq pozuntusuna yol verdiyini tutarlı dəlillərlə əsaslandıra bilməmişdir.

59. Qeyd olunanları ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün hüquqi əsas(lar) mövcud deyildir

60. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: cavabdeh 1-in kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2 021-ci il 7 iyul tarixli 2-2(103)123/2021 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar