Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-622/2023 06.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRAR Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, Şamayev Elşad Yaquboviç və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 13 iyul tarixli 2-2(103)-575/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. 2020-ci il xx.xx tarixli icarə müqaviləsinə əsasən İddiaçı mülkiyyətin də olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 623.2 kv.m olan qeyri-yaşayış binasının 212 kv.m hissəsini Cavabdeh 2050-ci il 21 dekabr tarixədək icarəyə verməyi, sonuncu aylıq 900 manat icarə haqqı ödəməyi öhdələrinə götürmüşdür.
2. İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış 2022-ci il 1 dekabr tarixli xəbərdarlıq və 2023-cü il 23 yanvar tarixli pretenziya məktublarında icarəyəverən icarəçidən 2020-ci il 21 dekabr tarixli icarə müqaviləsinin vaxtından əvvəl ləğv edilməsini, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 623.2 kv.m olan qeyri-yaşayış sahəsindən istifadəsindəki sahədən çıxmasını, qeyri-yaşayış sahəsinin boşaldılaraq ona təhvil verilməsini və icarə haqqı ödənişinin hesablanıb ödənilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icr aat
3. İddiaçı (bundan sonra-“iddiaçı”) Cavabdeh (bundan sonra-“cavabdeh”) qarşı 2020-ci il 21 dekabr tarixli icarə müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, cavabdehin, ona məxsus əşyalar ilə birlikdə, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 623.2 kv.m olan qeyri-yaşayış sahəsindən çıxarılması və qeyri-yaşayış sahəsi boşaldılaraq iddiaçıya təhvil verilməsi və 2020-ci il 21 dekabr tarixdən başlayaraq məhkəmə qətnaməsi icra olunan günədək aylıq 900 manat icarə haqqı ödənişinin hesablanıb ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
4. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 2020-ci il xx.xx tarixli icarə müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, cavabdehin, ona məxsus əşyaları ilə birlikdə, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 623.2 kv.m olan qeyri-yaşayış sahəsindən çıxarılması və cavabdehdən 2020-ci il 21 dekabr tarixindən 2023-cü il 21 mart tarixinədək 27 aylıq ödənilməmiş 24.300 manat məbləğində icarə haqqı pulunun iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 2020-ci il xx.xx tarixində, Bakı şəhəri 24 saylı notariat ofisində, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 623.2 kv.m olan qeyri-yaşayış binasının 212 kv.m hissəsinə dair icarə müqaviləsi bağlamışlar. İcarə müqaviləsinə görə iddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 623.2 kv.m olan qeyri-yaşayış binasının 212 kv.m hissəsini icarəçi olan cavabdehə 2050-ci il 21 dekabr tarixinədək icarəyə vermişdir. C avabdeh icarə müqaviləsinin tələblərinə əməl etməyərək müəyyən olunmuş icarə haqqını vaxtında və müəyyən olunmuş məbləğdə ödəməmişdir. 2022-ci il 23 may tarixində iddiaçı məktubla (poçt vasitəsi ilə) cavabdehə müraciət edərək onunla 2020-ci il 21 dekabr tarixində notarial qaydada bağlanmış icarə müqaviləsinin 5 və 8-ci bəndlərinin tələblərini pozduğunu, icarə haqqını ödəmədiyini bildirmişdir. Bundan başqa, icarəyə verilmiş sahədən xeyli artıq sahə də qanunsuz olaraq istifadə olunduğu üçün icarə haqqı ödənilməklə ünvan 1 ünvanında yerləşən, 212 kv.m sahəni 1 ay müddətinə boşaldaraq ona təhvil verilməsini xahiş etmişdir. Xəbərdarlıq məktubunu cavabdeh iki aydan artıqdır ki, alsa da ötən müddət ərzində ödənişlər edilməmiş və əlavə zəbt olunmuş sahəni boşaltmamışdır. Həmçinin mediasiya sessiya sına gəlməmişdir.
6. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 700.1, 152.1, 152.5 və 421.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 4.1, 25.1 və 39.1-ci maddələrinə istinad etmişdir.
7. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim etməmişdir.
8. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 30 mart tarixli e-2-2(113)-1123/2023 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, tərəflər arasında bağlanmış 2020-ci il xx.xx tarixli icarə müqaviləsinin ləğv edilməsi, cavabdehin, ona məxsus əşyaları ilə birlikdə, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 623.2 kv.m olan qeyri-yaşayış sahəsindən çıxarılması, cavabdehdən 2020-ci il 21 de kabr tarixindən 2023-cü il 21 mart tarixinədək 27 aylıq ödənilməmiş 24.300 manat məbləğində icarə haqqı məbləğinin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim Z.Pirverdiyev).
9. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, tərəflər arasında 2020-ci il xx.xx tarixli icarə müqaviləsi bağlanmış və müqaviləyə əsasən iddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 623.2 kv.m olan qeyriyaşayış binasının 212 kv.m hissəsini cavabdehə 2050-ci il 21 dekabr tarixinədək icarəyə verməyi, cavabdeh isə iddiaçıya aylıq 900 manat icarə haqqı ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən icarə müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsinə baxmayaraq, cavabdeh keçən müddət ərzində öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, icarə haqqının ödənilməsi ni təmin etməmişdir. Bu barədə dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq icarə haqqının ödənilməsindən yayınmışdır. Nəticədə iddiaçı cavabdehə xəbərdarlıq və pretenziya məktubları ilə müraciət edərək, ondan 2020-ci il 21 dekabr tarixli icarə müqaviləsinin vaxtından əvvəl ləğv edilməsini, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 623.2 kv.m olan qeyri-yaşayış sahəsindən istifadəsindəki sahədən çıxmasını, qeyri-yaşayış sahəsinin boşaldılaraq ona təhvil verilməsini və icarə haqqı ödənişinin hesablanıb ödənilməsini xahiş etmişdir. Lakin cavabdeh tərəfindən iddiaçının müraciətlərinə cavab verilməmişdir.
10. Həmçinin müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinə görə iddiaçı öhdəliyi yerinə yetirərək, müqavilədə göstərilən obyekti cavabdehə icarəyə vermiş, cavabdeh is ə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin 2020-ci il 21 dekabr tarixindən 2023-cü il 21 mart tarixinədək 27 ay üzrə ödənilməmiş 24.300 manat (27 ay x 900 manat (aylıq icarə haqqı məbləği) = 24.300 manat) icarə haqqı borcu yaranmışdır. Cavabdeh tərəfindən icarə haqqının ödənilməsinə dair hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir.
11. İşin müəyyən olunmuş hallarına əsasən həmin məhkəmə belə qənaətə gəlmişdir ki, cavabdeh üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirmədiyindən, icarə müqaviləsində nəzərdə tutulan müddətdə icarə haqlarını ödəmədiyindən və bu hallar işin materialları ilə təsdiq olunduğundan iddia icarə haqqı borcunun tələb olunması hissəsində əsaslıdır.
12. İddia tələbinin müqavilənin ləğv edilməsi hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, yuxarıda qeyd olunanlardan göründüyü kimi cavabdeh bağlanmış icarə müqaviləsi üzrə icarə haqlarını ödəməməklə müqaviləni əhəmiyyətli dərəcədə pozmuşdur ki, bu hal 2020-ci il 21 dekabr tarixli icarə müqaviləsinin ləğv edilməsinə əsas verir. Ona görə də məhkəmə hesab etmişdir ki, tərəflər arasında bağlanmış 2020-ci il 21 dekabr tarixli icarə müqaviləsi ləğv edilməli və cavabdehin qeyri-yaşayış sahəsindən çıxarılması barədə iddia tələbi təmin edilməlidir.
13. Məhkəmə gəldiyi nəticəni MM-in 385.1, 386.1, 421.1, 421.2, 442, 448.1 və 700.1-ci maddələrinə, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə, MPM-in 14.2, 80, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
14. Həmin qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olu nması və iddia tələbinin təmin edilməməsini xahiş edilmişdir. b) Apellyasiya instansiya məhkəməsindəki icraat
15. Bakı Apellyasiya Məhkəməsinin 2023-cü il 13 iyul tarixli qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 30 mart tarixli, e-2-2(113)-1123/2023 nömrəli qətnaməsinin qismən ləğv edilməsi, iddiaçının cavabdehə qarşı 2020-ci il 21 dekabr tarixli icarə müqaviləsinin ləğv edilməsi tələbi üzrə icraata xitam verilməsi qərara alınmışdır (sədrlik edən-məruzəçi hakim V.Baxışova, hakimlər E.Kazımov və A.Hüseyn).
16. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 13 iyul tarixli 2-2(103)-575/2023 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 30 mart tarixli, e-2-2(113)-1123/2023 nömrəli qətna məsinin qismən ləğv edilməsi, iddianın 9.900 manat icarə haqqı borcunun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində rədd edilməsi, qətnamənin 14.400 manat icarə haqqı borcunun tutulması və cavabdehin icarəyə verilmiş ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 623.2 kv.m olan qeyri-yaşayış binasının 212 kv.m hissəsindən çıxarılması hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən-məruzəçi hakim V.Baxışova, hakimlər E.Kazımov və A.Hüseyn).
17. İddiaçı iddia tələbinin əsası kimi, tərəflər arasında 2020-ci il xx.xx tarixində bağlanmış, notarial qaydada təsdiq edilmiş icarə müqaviləsinə istinad etmişdir. Cavabdeh apellyasiya şikayətində qeyd edilən icarə müqaviləsinin etibarsız əqd olduğuna, formal bağlandığına, əslində icarəçinin iş üzrə üçüncü şəxs qismində cəlb edil miş Əliyev Məhəbbət (bundan sonra “M.Əliyev”) adlı şəxs olduğuna, həmin şəxslə 2019-cu ildə bağlanmış müqavilənin hal-hazırda da qüvvədə olduğuna istinad etmişdir.
18. Məhkəmə araşdırması zamanı cavabdehin bu dəlillərinin əsassız olduğu müəyyən edilmişdir. Tərəflərin izahatları və apellyasiya instansiyası mərhələsində cavabdeh tərəfindən təqdim edilmiş iddiaçı M.Əliyevin cavabdehə qarşı qaldırdığı iddia üzrə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2023-cü il 5 aprel tarixli qətnaməsində qeyd edilmiş izahatlara (qanuni qüvvəyə minməmiş) əsasən müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 623.2 kv.m olan qeyri-yaşayış binasının 446,6 kv.m hissəsi 2019cu il xx.xx tarixdə bağlanmış icarə müqaviləsi əsasında M.Əliyevə icarəyə verilsə də, 2020-ci il 21 dekabr tarixdə tərəflərin razılığı ilə qeyri-yaşayış sahəsinin 212 kv.m hissəsi ilə bağlı cavabdeh ilə müqavilə bağlanmışdır. Qətnamədən görünür ki, üçüncü şəxs M.Əliyevin oğlu E.Əliyev Sabunçu rayon Məhkəməsində şahid qismində dindirilərək atası yaşlı olduğu üçün sənədləşmə dalınca çox gəlib gedə bilmədiyindən atasının işçisi olmuş cavabdehlə 2 ayrı-ayrı icarə müqaviləsi bağlanılması barədə razılaşma olduğunu göstərmişdir.
19. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi və vəkili də izahatında göstərmişdir ki, Cavabdeh X1 işçisi olmuş, M.Əliyevin VÖEN olmadığı üçün müqaviləni onun tapşırığı ilə Cavabdeh bağlasa da, faktiki olaraq obyektdə M.Əliyev fəaliyyət göstərmişdir.
20. Məhkəmə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Kons titusiya Məhkəməsi Plenumunun 18 mart 2022-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə istinadla qeyd etmişdir ki, 2020-ci il xx.xx tarixli icarə müqaviləsi bağlandıqdan sonra hüquqi nəticə doğurmuş, icarəyə verilmiş sahə cavabdehin sahibliyində və istifadəsində olmuş, hətta cavabdeh öz adından müəyyən aylar üçün icarə haqqı ödəmişdir. Bundan əlavə həm bu müqavilənin mövcudluğu barədə məlumatlı olan M.Əliyev (izahatlara əsasən cavabdehlə müqavilənin onun razılığı və tapşırığı ilə bağlandığı nəzərə alınarsa), həm də cavabdeh MM-nin 354.2ci maddəsində nəzərdə tutulmuş bir illik müddət ərzində bu əqdin etibarsız hesab edilməsi ilə bağlı qarşı tərəfə iradə ifadəsi bildirməmiş, bununla da əqdi mübahisələndirmək üçün bir illik kəsici müddət 2021-ci ilin dekabr ayında bitmişdir.
21. Ap ellyasiya instansiyası mərhələsində cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş qəbzlərə əsasən müəyyən edilmişdir ki, 2020-ci il 21 dekabr tarixli müqavilə üzrə ödəmə şərtli poçt vasitəsi ilə 9.900 manat ödəniş olunmuşdur (2022-ci il 31 may tarixində M.Əliyev tərəfindən 1.800 manat, 2022-ci il 2 iyun tarixində cavabdeh tərəfindən 1.800 manat, 2022-ci il 4 avqust tarixində cavabdeh tərəfindən 2.700 manat, 2022-ci il 15 oktyabr tarixində cavabdeh tərəfindən 1.800 manat, 2022-ci il 28 dekabr tarixində M.Əliyev tərəfindən 1.800 manat). Cavabdeh birinci instansiya məhkəməsində məhkəmə iclasları barədə məlumatsız olduğundan (bildirişlər geri qayıtdığından) apellyasiya instansiyası mərhələsində təqdim edilmiş qəbzlər məhkəmə tərəfindən sübut kimi qəbul edilmişdir. İddiaçının nümayəndəsi p oçt vasitəsilə həyata keçirilmiş bu ödənişlər barədə məhkəmə iclasından əvvəl məlumatları olmadığını, lakin həmin ödənişlərin həyata keçirildiyini qəbul edərək cavabdehin ümumi borcundan 9.900 manatın çıxılmasına etiraz etmədiyini bildirmişdir.
22. Məhkəmə qeyd edilənləri, cavabdehin icarə müqaviləsi üzrə öhdəliyini lazımı qaydada yerinə yetirmədiyini, müqavilə bağlandıqdan sonra 2023-cü il 21 mart tarixinədək 27 ay üçün cəmi 24.300 manat icarə haqqı ödəməli olduğu halda iddiaçıya 9.900 manat ödənişdən artıq ödəniş həyata keçirildiyinə dair sübut təqdim edə bilmədiyini, müqavilə iddiaçı tərəfindən müqavilə şərtlərinin pozulmasına görə birtərəfli qaydada ləğv edildiyi halda hal-hazıradək icarəyə götürülmüş sahənin geri qaytarılmadığını nəzərə alaraq hesab etmişdir ki, iddia 9.900 manat icar ə haqqı borcunun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində rədd edilməli, qətnamə 14.400 manat icarə haqqı borcunun tutulması və cavahdehin icarə sahəsindən çıxarılması hissəsində qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır.
23. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2023-cü il 5 aprel tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinə baxılana qədər hazırkı iş üzrə icraatın dayandırılması barədə cavabdehin nümayəndəsi və vəkili tərəfindən verilmiş vəsatət bu iş üzrə məhkəmə qətnaməsi daha əvvəl qəbul edildiyindən və icraatın dayandırılması üçün MPM-in 254-cü maddəsində nəzərdə tutulmuş əsaslar mövcud olmadığından məhkəmə tərəfindən əsassız hesab edilərək təmin edilməmişdir. MPM-in 254.1.4-cü maddəsinə əsasən Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa iş üzrə icraat dayandırılır. Hazırkı halda isə Sabunçu rayon Məhkəməsinin 2023-cü il 5 aprel tarixli qətnaməsi ilə hüquqi qiymət verilmiş mübahisə həll edilmədən bu mübahisəyə baxıb hüquqi qiymət vermək mümkün olduğundan icraatın dayandırılması üçün qanuni əsasın olmadığı müəyyən olunmuşdur. Belə ki, MPM-in 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması, ümumiyyətlə, mümkün olmasın (Azərbaycan Respublikası Konstitusiya Məh kəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” 2004-cü il 25 aprel tarixli qərarı).
24. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 324.4, 337.1, 337.2, 354.2, 385.1, 386.1, 442, 700.1 və 705-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
25. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv olunması və iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
26. MM-nin 385.1, 421.2 və 700.1-ci maddələrinin tələbləri pozulmuşdur- icarəyə verilmiş yerə görə formal müqavilə bağlayan cavabdeh icarə haqqı ödəməyə borclu deyildir. Cavabdehin iddiaçı qarşısında öhdəliyi olmamışdır. Müqavilə formal bağlanmışdır. Çünki həmin müqavilədən əvvəl M.Əliyevlə icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilədə hazırda qüvvədədir. Eyni yerə görə iki müqavilə bağlanmışdır. Birinci müqavilə M.Əliyevlə bağlanmışdır və hazırda qüvvədədir. İlk müqavilə qüvvədə olduğundan bu müqavilə yalnız etibarsız hesab oluna bilərdi. Cavabdeh müqavilənin hər hansı bir şərtini pozmamışdır. Həmin yerə görə icarə haqqı daima ödənmişdir. Yəni qüvvədə olan müqaviləyə əsasən M.Əliyev tərəfindən öhdəlik tamamilə icra edilmişdir. Yəni əhəmiyyətli pozuntudan danışmaq mümkün deyildir.
27. MM-in 442-ci maddəsinin tələbləri pozulmuşdur- cavabdeh öz hüquqlarını həyata keçirərək, başqalarına xüsusən iddiaçının orada yaşamaq hüququnu kobud surətdə pozmuş və onun orada yaşamağını dözülməz etmişdir. Bu da yolverilməzdir, çünki öz hüquqlarını həyata keçirərək, başqalarına ziyan vurmaq niyyəti olmamalı və hüquqdan suiistifadəsinə yol verilməməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. İddiaçı tərəfindən verilmiş, kassasiya şikayətinə qarşı etirazda göstərilmişdir ki, M.Əliyev ona mübahisə predmeti olan obyektə görə bağlanan müqaviləni etibarlı etdiyi halda icarə haqqını ödəməməsi, icarə haqqı ödənişlərə görə 14% mənbədən vergiləri ödəməməsi, vergi ödəyicisi kimi qeydiyyatdan keçib VÖEN şəhadətnaməsi almaması Sabunçu rayon Məhkəməsində cavabsız qalmışdır.
29. Ggər cavabdeh 2020-ci il xx.xx tarixli müqaviləni formal müqavilə hesab etdiyi halda, iddiaçı onu məhkəməyə verdikdən sonra gizlin olaraq poçt vasitəsilə iddiaçının adına pul göndərərək müqavilə öhdəlikləri şərtlərini birmənalı şəkildə pozmuşdur. Həmin ödəni şlər isə cavabdehin adından ödənilmişdir. İddiaçı qeyd edir ki, bütün bu hallarla sübut olunur ki, 2019-cu il 21 dekabr tarixli müqavilə 2020-ci il 21 dekabr tarixdən ləğv edilmiş sayılır. Digər bir hal isə cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, guya onların bu qətnamənin qəbul edilməsindən xəbərləri olmamışdır. Lakin işə baxılan zaman cavabdehə bütün bildirişlər göndərilmiş, mobil nömrəsinə sms bildiriş göndərilmişdir. Ən əsası isə Sabunçu rayon Məhkəməsində digər mülki işə baxılan zaman isə bildirilmişdir ki, cavabdehin barəsində Bakı Kommersiya Məhkəməsində işə baxılır. Bu barədə kifayət qədər məlumatlı olmuşlar. İddiaçı qeyd edir ki, cavabdehin yazdıqları tamamilə yalan və cəfəngiyyatdır. Kassasiya baxışının hədləri
30. İş üzrə iddiaçı tərəfindən apellyasiya məhkəməsinin qə tnaməsi bütövlükdə mübahisələndirildiyi üçün, MPM-nin 403 və 416-cı maddələrinin tələbləri baxımından hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
31. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
32. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nə zərdə tutulur: “Maddə
324. Əqd anlayışı və onun növləri 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir....” “Maddə
337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir....” Maddə
354. Etibarsız əqdlər ü zrə müddətlər... 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.” “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
701. İcarəyə verilən əşyanın ləvazimatı 701.1. İcarəlik əşya (icarə obyekti), o cümlədən torpaq sahəsi və ya müəssisə öz ləvazimatı ilə birlikdə icarəyə verilir. Əgər müqavilənin iştirakçıları bu Məcəllənin 701.2-ci maddəsinə uyğun qiym ətləndirmə dəyəri üzrə ləvazimatın verilməsi şərtini qoymurlarsa, icarəyə verən bütün ləvazimatı olduğu şəkildə saxlamalıdır. İcarəyə verən icarəçinin cavabdeh olmadığı hər hansı hallar nəticəsində sıradan çıxan ləvazimat obyektlərini əvəz etməyə borcludur. Lakin icarəçi ləvazimata aid əşyaların və heyvanların adi sıradan çıxmasının yerini doldurmağa təsərrüfatın lazımınca aparılmasına uyğun gələn dərəcədə borcludur....” “Maddə
705. İcarəyə verilmiş əşyanın qaytarılmasının gecikdirilməsi Əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uy ğun olan hissənin verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə iddia da istisna edilmir.”
33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır....” “Maddə
220. Qətnamənin məzmunu.... 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız id dianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 220.5. Qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır”. «Maddə
392. Apellyasiya instansiyası məhkəməsi qətnaməsinin məzmunu.... 392.1.5. məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar; 392.1.6. apellyasiya şikayətinə baxılması üzrə məhkəmənin nəticələri». 34.“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası K onstitusiya Məhkəməsi Plenumunun 18 mart 2022-ci il tarixli qərarı “... əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; -əqdin formasına dair şərtlər. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında Mülki Məcəllənin məhz bu normalarına əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqi qi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar). Əqdi bağlayarkən müqavilə tərəfinin idarə ifadəsi ilə motivi fərqləndirmək lazımdır. Motiv şəxsi müqavilə bağlamağa sövq edən psixoloji amildir. Motivlər əqddən kənarda qalır, onun məzmununda öz ifadəsini tapmır və hüquqi fakt mənası daşımır. Məsələn, əgər şəxs ad günündə hədiyyə vermək üçün hər han sı bir əşya alırsa, onda bu motiv (alınan əşyanı hədiyyə etmək) alqı-satqı müqaviləsinin hüquqi tərkibinə daxil edilmir. Hazırkı halda da, məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı ilə icarə müqaviləsi bağlayarkən onun iradə ifadəsi müqaviləni bağlayaraq sahəni icarəyə götürmək olmuşdur. Cavabdeh əqdi hansı məqsədlə bağladığı (M.Əliyevlə birgə fəaliyyət göstərmək və ya onun tapşırığı əsasında fəaliyyət göstərmək), müqavilə bağlandıqdan sonra icarəyəgötürülmüş sahədə şəxsən özünün və ya onun razılığı ilə başqasının fəaliyyət göstərdiyi müqavilənin etibarlılıq şərtləri müəyyənləşdirilərkən əhəmiyyətli olmadığı üçün bu əsaslar 21 dekabr 2020-ci il tarixli icarə müqaviləsinə etibarsız əqd kimi hüquqi qiymət verilməsi üçün əsas ola bilməz. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1ci maddəsi). 35. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).
36. Baxılan iş üzrə cavabdehin kassasiya şikayətinin maddi hüquq normasının pozulmasına dair dəlilləri eyni zamanda, apellyasiya şikayətinin də dəlilləri olmuşdur. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin həmin dəlillərinə münasibətdə apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağl ı gəldiyi nəticə ilə razılaşır (bax yuxarıda bu qərarın 17-21-ci bəndləri) və eyni hüquqi qiymətləndirmənin təkrarlanmasına zərurət görmür.
37. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehin icarə sahəsindən çıxarılması tələbinə aid hissədə ləğv edilməlidir.
38. Belə ki, işin materiallarından göründüyü kimi, iddiaçı iddia ərizəsində cavabdehin, ona məxsus əşyalar ilə birlikdə, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 623.2 kv.m olan qeyri-yaşayış sahəsindən çıxarılması və qeyri-yaşayış sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsini xahiş etmiş, birinci instansiya məhkəməsi tərəfindən həmin tələb tam təmin edilmiş və cavabdehin sözügedən ünvanda yerləşən 623,2 kv.m-dən ibarət qeyri-yaşayış sahəsindən çıxarılma sı qət edilmişdir.
39. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına əsasən tərəflər arasında bağlanmış 2020-ci il xx.xx tarixli icarə müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən, qeyri yaşayış sahəsinin 212 kv.m hissəsi cavabdehin icarəsinə verilmişdir.
40. Lakin apellyasiya instansiyası məhkəməsi qətnaməsində, işin müəyyən olunmuş həmin halına əsasən, cavabdehin məhz icarə müqaviləsi üzrə 212 kv.m icarə sahəsindən deyil, bütövlükdə həmin ünvanda yerləşən 623,2 kv.m sahədən çıxarılmasına dair iddia tələbinin əsaslı olub-olmaması, habelə birinci instansiya məhkəməsinin həmin tələb üzrə nəticəsinin qanuni olub-olmaması üzrə hər hansı hüquqi qiymətləndirmə aparmamışdır.
41. Qətnamənin əsaslandırıcı hissəsində, birinci instansiya məhkəməsinin qətnaməsinin c avabdehin icarə sahəsindən çıxarılması hissəsində qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanması barədə mövqeyini bildirmiş, bununla belə qətnaməsinin nəticə hissəsində «qətnamə cavabdehin....ümumi sahəsi 623,2 kv.m olan qeyri-yaşayış binasının 212 kv.m hissəsindən çıxarılması hissəsində dəyişdirilmədən saxlansın» nəticəsinə gəlmişdir.
42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansyası məhkəməsinin cavabdehin icarə sahəsindən çıxarılması tələbinə aid hissədə, qətnaməsinin əsaslandırıcı və nəticə hissələrində gəldiyi nəticələr bir-biri ilə uyğunluq təşkil etmədiyindən, MPM-nin 217, 220.4, 220.5, 392.1.5 və 392.1.6-cı maddələrinin tələbləri pozulmuşdur (mətni üçün bax bu qərarın 33-cü bəndi).
43. «..apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslandırıcı və nəti cə hissələrində müvafiq olaraq məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar və apellyasiya şikayətinə baxılması üzrə məhkəmənin nəticələri əks olunur. Əsaslandırıcı və nəticə hissələrinin biri-birinə uyğun tərtib edilməməsi Apellyasiya Məhkəməsinin MİÜMK tərəfindən MPM-nin 392.1.5 və 392.1.6-cı maddələrinin tələblərinin pozulması kimi qiymətləndirilməlidir ( Konstitusiya Məhkəməsi Plenumunun A.M.Cavidanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 fevral 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 2008-ci il 14 noyabr tarixli Qərarı). 44. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli Qərarına əsasən, qətnamənin məzmunu giriş, təsviri, əsaslandırıcı və nəticə hissələrindən ibarət olub, həmin ardıcıllıqla Azərbaycan Respublikası MPM-nin 220-ci maddəsində göstərilən məlumatları əks etdirməlidir. Qətnamənin əsaslandırıcı hissəsinə xüsusi diqqət verilməlidir. Qətnamənin həmin hissəsində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ hüquqi aktlar göstərilməlidir.
45. «…qanunvericilikdə kassasiya məhkəməsinin məcburi olan göstərişlər vermək səlahiyyətinin müəyyənləşdirilməsinin məqsədlərindən biri apellyasiya məhkəmə aktlarının çıxarılması zamanı yol verilmiş səhvlərin işə apellyasiya q aydasında yenidən baxılarkən təkrarlanmasının qarşısının alınmasından ibarətdir. Digər tərəfdən, kassasiya məhkəməsi qanunun tətbiqinin düzgünlüyünü yoxlayarkən və onu təfsir edərkən yalnız iş üzrə buraxılan səhvləri düzəltmir, həmçinin məhkəmə təcrübəsini hüquq normalarının dəqiq və vahid qaydada tətbiq olunmasına istiqamətləndirir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli Qərarı).
46. Beləliklə, məhkəmə kollegiyası göstərilənlərə əsasən belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən-cavabdehin icarəyə verilmiş ünvan 2 ünvanında yerləşən, icarə sahəsindən çıxarılması hissəsində ləğv edilməli, iş həmin hissədə yenidən baxılması üçün həmin məhkə məyə göndərilməli, kassasiya şikayəti qismən təmin edilməlidir.
47. İşin yeni apellyasiya baxışı zamanı cavabdehin icarə sahəsindən çıxarılması tələbinə tərəflər arasında bağlanmış icarə müqaviləsinin şərtləri, müvafiq maddi hüquq normaları əsasında yenidən qiymət verilməli, yol verilmiş prosessual hüquq normalarının pozuntusu aradan qaldırılmalıdır.
48. MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 13 iyul tarixli, 22(103)-575/2023 nömrəli qətnaməsi qismən-cavabdehin icarəyə verilmiş ünvan 2 ünvanında yerləşən, icarə sahəsindən çıxarılması hissəsində ləğv edilsin. İş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: İ.A.Dadaşov E.Y.Şamayev