Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-623/2021 21.12.2021 ALİ MƏHKƏMƏ Kommersiya Kollegiyasının İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2-yə qarşı iş üzrə Açar sözlər: giriş-çıxış yolunun cavabdehin hesabına sökülməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Cəfərli Aminə Əliəsgər qızı Cavabdeh2-nin iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh1 və Cavabdeh2-yə qarşı “qeyri-qanuni yaradılmış giriş-çıxış yolunun cavabdehin vəsaiti hesabına sökülərək ləğv edilməsi və yoldan istifadənin məhdudlaşdırılması” tələbinə dair kommersiya işi üzrə i ddiaçı tərəfindən Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 18 may tarixli 2-2(106)-59/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. İ. İŞİN HALLARİ
1. İş materiallarında olan İddiaçı (bundan sonra – “AYMX”) tərəfindən Cavabdeh2 (bundan sonra – “Cavabdeh2”) ünvanlanmış 2020-ci il 17 fevral tarixli 01/G saylı xəbərdarlıq məktubundan görünür ki, Y-42-16 indeksli Yerli əhəmiyyətli Lənkəran-Zövlə avtomobil yolunun 13 km-də, yolun hərəkət hissəsinin mərkəzinin 11 metrliyində Cavabdeh1-in (bundan sonra – “MMC”) direktoru Cavabdeh2-yə məxsus “N Petrol” yanacaq doldurma məntəqəsindən əsas yola qanunsuz yaradılmış giriş-çıxış yolunun 30 gün müddətində ləğv edilməsinin təmin olunması, əks halda, qanunsuz yaradılmış giriş-çıxış y olunun ləğv edilməsi və yolun ilkin vəziyyətinə bərpa olunmasına çəkiləcək xərclərin ondan tutulması barədə qanunamüvafiq tədbirlər görüləcəyi barədə Cavabdeh2 məlumatlandırılmışdır.
2. İş materiallarında olan AYMX-nin əməkdaşları tərəfindən tərtib edilmiş 2020-ci il 17 fevral tarixli aktda qeyd edilmişdir ki, Y-42-16 indeksli yerli əhəmiyyətli Lənkəran-Zövlə avtomobil yolunun 13 km-də, yolun sol tərəfində yerləşən yanacaq doldurma məntəqəsinin sahibi Cavabdeh2 “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununun 17-ci maddəsinin tələblərini pozaraq Y-42-16 indeksli yerli əhəmiyyətli Lənkəran-Zövlə avtomobil yolunun X-inci km-də, yolun hərəkət hissəsinin mərkəzindən 11 metr məsafədə yerləşən yanacaq doldurma məntəqəsinə məxsus yola qanunsuz olaraq giriş-çıxış yol birləşməsi ya ratmışdır. Qanun vətəndaş Cavabdeh2-ə izah edilmişdir. Akt onu tərtib edən şəxslərin imzaları ilə təsdiq olunmuş, Cavabdeh2 aktı imzalamaqdan imtina etdiyi barədə qeydiyyat aparılmışdır.
3. İş materiallarında olan A Xidmətinin N saylı Ərazi İdarəsinin 2020-ci il 6 iyul tarixli **********29 saylı məktubunda qeyd olunur ki, hazırkı iş üzrə barəsində qeyd olunan Lənkəran rayonu, Y kəndi ərazisində yerləşən qeyri-yaşayış binası (yanacaq doldurma məntəqəsi) ilkin texniki sənəd olaraq, 1996-cı il iyun tarixli texniki pasporta əsasında sahibkar olaraq L Neft Məhsulları Təminatı Müəssisəsinə məxsus olmuşdur. Sonradan dövlət əmlakı olaraq, həmin qeyri-yaşayış binası Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən vətənda ş Cavabdeh2-ə satılmış və sonuncunun adına 2003-cü il 24 dekabr tarixli 001408 qeydiyyat nömrəli şəhadətnamə verilmişdir. Eyni zamanda, həmin qeyri-yaşayış binasının yerləşdiyi 2,310 m2 torpaq sahəsi (bundan sonra – “ƏMDK”) ilə Cavabdeh2 arasında bağlanmış 2014-cü il 22 avqust tarixli 5145 saylı alqı-satqı müqaviləsi əsasında sonuncuya satılmışdır. Sonradan həmin şəhadətnamə və alqı-satqı müqaviləsi, habelə digər mühüm əhəmiyyətli texniki sənədlər tərəflərindən icraata qəbul edilməklə həmin şəxsin adına daşınmaz əmlakın dövlət reyestrindən vahid daşınmaz əmlak obyekti olaraq 2011-ci il 24 oktyabr tarixli ********** qeydiyyat nömrəli müvafiq çıxarış verilmişdir.
4. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməs i Departamentinin Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında 2003-cü il 24 dekabr tarixli 001408 saylı şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Lənkəran şəhəri, Şağlaser kəndində yerləşən “Şağlaser” yanacaq doldurma məntəqəsi Cavabdeh2-nin mülkiyyətindədir.
5. İş materiallarında olan 2014-cü il 22 avqust tarixli 5145 saylı özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin alqı satqısına dair müqavilənin təsdiq edilmiş surətindən görünür ki, Lənkəran rayonu, Y ünvanındakı Z yanacaq doldurma məntəqəsinin istifadəsində olan 2,310 m2 torpaq sahəsi ƏMDK tərəfindən Cavabdeh2-yə satılmışdır.
6. İş materiallarında olan seriya RX ******* saylı 2011-ci il 24 oktyabr tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsdiq olunmuş surətindən görünür k i, Lənkəran rayonu, Xarxatan kəndində yerləşən, ümumi sahəsi 25,9 m2 olan qeyri-yaşayış binasına və 0,231 hektar torpaq sahəsinə Cavabdeh2 mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. AYMX 2020-ci il 8 iyun tarixində MMC-yə və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, Y-42-16 indeksli yerli əhəmiyyətli Lənkəran-Zövlə avtomobil yolunun 13 km-də MMC-yə məxsus yanacaq doldurma məntəqəsi üçün qeyri-qanuni yaradılmış giriş-çıxış yolunun (yol birləşməsinin) cavabdehin vəsaiti hesabına sökülərək ləğv edilməsi və qanunsuz olaraq yaradılmış giriş-çıxış (yol birləşməsi) yolundan istifadənin məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbin in əsaslarına görə: 8.1. Y-42-16 indeksli yerli əhəmiyyətli Lənkəran-Zövlə avtomobil yolunun X-inci km-də, yolun hərəkət hissəsinin mərkəzinin 11 metrliyində MMC-nin direktoru Cavabdeh2-yə məxsus “N Petrol” yanacaq doldurma məntəqəsindən əsas yola qanunsuz giriş-çıxış yolu yaradılmışdır. Həmin yolun ləğv edilməsi barədə dəfələrlə xəbərdarlıq (sonuncu dəfə rəsmi qaydada 2020-ci il 17 fevral tarixli, 01/G nömrəli xəbərdarlıq) edilmiş, lakin qanunsuz olaraq yaradılmış giriş-çıxış yolu (yol birləşməsi) bu günə qədər ləğv etməmişdir. 8.2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2015-ci il 4 oktyabr tarixli 298 nömrəli Qərarı ilə, dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçüləri yerli əhəmiyyətli avtomobil yollarında yolun hər bir hərəkət istiqaməti üzrə hərəkət hissəsinin mərkəzindən 12,5 metr enində təsdiq edilmişdir. 8.3. Hüquqi və fiziki şəxslərə mövcud avtomobil yolları ilə birləşmə və kəsişmə qovşaqlarının tikintisinə, yenidən qurulmasına və təmirinə yalnız müəyyən edilmiş qaydada təsdiq olunmuş layihə sənədi əsasında icazə verilə bilər. Yol hərəkətinin təhlükəsizliyinin təmin olunması məqsədilə avtomobil yolunun kateqoriyasına uyğun olaraq digər avtomobil yoluna birləşmənin giriş və çıxış yolları müvafiq keçid-sürət zolaqları ilə təmin olunmalıdır. 8.4. Avtomobil yollarına ümumi istifadə üçün qovuşan, birləşən avtomobil yollarının örtüyünün möhkəmliyi bütün yol boyunca mövcud avtomobil yolları üçün müəyyənləşdirilmiş layihə normalarından az olmamalıdır. Qovuşma və kəsişmənin tikintisi ilə bağlı bütün xərcləri bu işlərin sifa rişçisi ödəyir. Kəsişmə və qovuşmanın tikintisi zamanı texniki normalara əməl edilmədikdə müvafiq yol təsərrüfatı orqanları onların tikintisindən imtina etmək hüququna malikdir. 8.5. Avtomobil yollarının mülkiyyətçiləri onların razılığı olmadan müvafiq qovuşma və kəsişmənin tikintisini, yenidənqurma və təmirini sifariş edən və ya aparan hüquqi və fiziki şəxslərdən onları dərhal dayandırmaq, sökmək və avtomobil yollarını ilkin vəziyyətə gətirməyi tələb etmək hüququna malikdir. 8.6. Belə işlərin icrasından imtina və ya razılaşdırılmış müddətdə onların icrası üzrə qəbul olunmuş öhdəliklərdən yayınma hallarında yolun mülkiyyətçisi qeyri-qanuni hərəkət etmiş hüquqi və fiziki şəxslərə qarşı avtomobil yollarını ilkin vəziyyətə gətirməklə, bu səbəbdən sərf olunan xərcləri ödəmələri barədə iddia ir əli sürə bilərlər. 8.7. Yolkənarı xidmət obyektlərinin giriş, çıxış və birləşmə yollarının, keçid-sürət zolaqlarının tikintisi, yenidən qurulması, saxlanılması, habelə onların lazımi sanitar vəziyyətinin təmin olunması həmin obyektlərin sahibləri tərəfindən yerinə yetirilir. Yolkənarı xidmət obyektlərinin avtomobil yollarına birləşmələrin yenidən qurulması və təmiri avtomobil yolu sahibinin qeyd edilən işlərin görülməsi üçün verdiyi texniki şərtlər və tələblər əsasında yerinə yetirilir.
9. İddia tələbi Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22-ci, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununun 17-ci, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 7, 8, 9-cu maddələrinə istinad edilməklə əsaslandırılmışdır.
10. Şirvan Kommersiya Məhkəməsinin 2020-ci il 1 o ktyabr tarixli e-2-2(121)-791/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir (hakim – R.İsmayılov).
11. Birinci instansiya məhkəməsinin iş üzrə mövqeyi aşağıdakı kimi olmuşdur. 11.1. İşin faktiki hallarından və qanun normalarından göründüyü kimi, Cavabdeh2 tərəfindən “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri pozulmamışdır. Belə ki, Cavabdeh2 tərəfindən mövcud avtomobil yolları ilə birləşmə və kəsişmə qovşaqlarının tikintisinin, yenidən qurulmasının və təmirinin aparılması müəyyən olunmur. Qanunvericilikdə isə yalnız həmin işlərin aparılması üçün layihə sənədi əsasında icazə verilməsi, avtomobil yollarının mülkiyyətçiləri onların razılığı olmadan müvafiq qovuşma və kəsişmənin tikintisini, yenidənqurma və təmirini sifariş edən və ya aparan hüquqi v ə fiziki şəxslərdən onları dərhal dayandırmaq, sökmək və avtomobil yollarını ilkin vəziyyətə gətirməyi tələb etmək hüququnu, belə işlərin icrasından imtina və ya razılaşdırılmış müddətdə onların icrası üzrə qəbul olunmuş öhdəliklərdən yayınma hallarında yolun mülkiyyətçisi qeyri-qanuni hərəkət etmiş hüquqi və fiziki şəxslərə qarşı avtomobil yollarını ilkin vəziyyətə gətirməklə, bu səbəbdən sərf olunan xərcləri ödəmələri barədə iddia irəli sürülməsi nəzərdə tutulmuşdur. 11.2. İş materiallarından görünür ki, Y-42-16 indeksli yerli əhəmiyyətli Lənkəran-Zövlə avtomobil yolunun 13 km-də, yerləşən qeyri-yaşayış binası – Cavabdeh1 yanacaq doldurma məntəqəsi 1996-cı ildən 2003-cü ilədək kimi, Lənkəran Neft Məhsulları Təminatı Müəssisəsinin mülkiyyətində olmuş, 2003-cü ildən hal-hazıradək, 17 ildən artıq müddətdir ki, Cavabdeh2 mülkiyyətindədir. Bundan başqa, həmin yanacaq doldurma məntəqəsinin altında yerləşən 0,231 hektar torpaq sahəsi də Cavabdeh2 mülkiyyətindədir. Sonuncu sözügedən yanacaq doldurma məntəqəsinə və torpaq sahəsinə sahiblik və ondan istifadə edir. 11.3. Cavabdeh2 mülkiyyətində olan əmlaka (yanacaqdoldurma məntəqəsinin) mövcud olan giriş-çıxış yolunun sökülməsi və həmin giriş-çıxış yolundan istifadənin məhdudlaşdırılması onun konstitusion hüququ olan mülkiyyət hüququnu - öz əmlakından istifadə hüququnu pozur. 11.4. AYMX tərəfindən cavabdeh kimi qeyd olunmuş MMC-nin hazırki mübahisəyə aidiyyəti müəyyən olunmamışdır. Belə ki, iş materiallarından göründüyü kimi, sökülərək ləğv edilməsi və istifadəsinin məhdudlaşdırılması tələb olunan giriş-çıxış yolu MMC ilə deyil, i ş üzrə digər Cavabdeh2 mülkiyyətində olan torpaq sahəsi və onun üzərində yerləşən yanacaqdoldurma məntəqəsi ilə bağlıdır.
12. Məhkəmə öz qətnaməsini Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra“ARK”) 13.1, 29-cu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra“MPM”) 14.2, 77.1-ci, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununun 13, 17, 26-cı, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddələrinə, “Dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçüləri”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2015-ci il 11 sentyabr tarixli 298 saylı Qərarına, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında” Avropa Konvensiyası müddəalar ının və İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2006-ci il 30 mart tarixli qararına, “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında” Konvensiyasının 46-ci maddəsinə, həmin Konvensiyaya dair 1 nömrəli Protokolunun 1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.
13. AYMX 2020-ci il 12 noyabr tarixində qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 18 may tarixli 22(106)-59/2021 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Şirvan Kommersiya Məhkəməsinin 2020-ci il 1 oktyabr tarixli, 2-2(121)-791/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – T.Heydərov, hakimlər – T.Kərimov və İ.Əhmədov).
15. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi (bax yuxarıda § 11) ilə razılaşmış, öz qətnaməsini birinci instansiya məhkəməsinin istinad etdiyi qanunvericilik aktlarına (bax yuxarıda § 12), həmçinin əlavə olaraq MPM-in 217.1, 217.4, 218.3, 385.2-ci maddələrinə istinad etməklə əsaslandırmış, onun gəldiyi nəticələrlə razılaşmışdır.
16. AYMX həmin qətnamədən 2021-ci il 10 avqust tarixində kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, Şirvan Apellyasiya Məhkəməsinin 2021-ci il 27 may tarixli 2-2(106)59/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və işə yenidən baxılması üçün Şirvan Apellyasiya məhk əməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri
17. Məhkəmə MMC-nin mülkiyyətində olan əmlaka mövcud olan giriş-çıxış yolunun sökülməsini, həmin giriş-çıxış yolundan istifadəsinin məhdudlaşdırılmasını MMC-nin konstitusion hüququ olan mülkiyyət hüququnun - öz əmlakından istifadə hüququnun pozulması kimi qiymətləndirmişdir. Məhkəmənin bu mövqeyi tamamilə əsassızdır. Belə ki, MMC öz əmlakından respublika əhəmiyyətli avtomobil yoluna giriş-çıxış yaratmadan istifadə edə bilər. Mövcud qanunvericiliyə əsasən, respublika və yerli əhəmiyyətli avtomobil yollarına birbaşa giriş-çıxış əldə etmək üçün qanunvericiliyin tələblərinə əməl etməlidir.
18. Məhkəmə öz qətnaməsi ilə AYMX-nin apellyasiya şikayətinin əsas dəlili kimi təqdim etdiyi birinci instansiya məhkəməsi tərəfindən müvafiq ekspertiza təyin etməyərək mövcud giriş-çıxış yolunun ölçülərində dəyişiklik olub-olunmadığını, həmin giriş-çıxış yolunun qanunvericiliyə və inşaat və norma qaydalarına uyğun olub-olmadığını müəyyən etmədən MMC tərəfindən mövcud qanunvericiliyin tələblərinin pozulmaması qənaətinə gəlmişdir. Halbuki məhkəmənin heç bir sübuta əsaslanmadan belə bir qənaətə gəlməsi qanunvericiliyin tələblərinə ziddir.
19. Məhkəmə öz qətnaməsində MMC-nin hazırkı mübahisəyə aidiyyətinin müəyyən olunmadığını, sökülərək ləğv edilməsi və istifadəsinin məhdudlaşdırılması tələb olunan giriş-çıxış yolunun MMC ilə deyil, digər Cavabdeh2 mülkiyyətində olan torpaq sahəsi və onun üzərində olan yanacaq doldurma məntəqəsi ilə bağlı o lduğunu qeyd etmişdir. Lakin məhkəmə həmin yanacaq doldurma məntəqəsinin MMC tərəfindən istifadə edilməsini və MMC-nin qanuni təmsilçisinin Cavabdeh2 olduğunu nəzərə almamışdır.
20. Kassasiya şikayəti MPM-in 217.1, 217.3, 417.1.3, 418.1-ci, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 354.0.3-cü, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22-ci, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununun 26-cı, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 7, 8, 9-cu maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli 4 nömrəli Qərarının 2.1, 6.2-ci bəndlərinə istinad etməklə əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim e tməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
22. Cavabdeh2 məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün onun izahatı dinlənilmədi.
23. İddia tərəfinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak edən olmadı. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti vaxtında verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
26. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin f aktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
27. ARK-nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə 13.Mülkiyyət İ.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur....” “Maddə 29.Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. V. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Vİ. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir.”
28. MPM-in müvafiq müddəalarında (2021-ci il 1 ok tyabr tarixinədək olan redaksiyada) aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə o lunmasına yol verilmir.” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
97. Məhkəmənin ekspertiza təyin etməsi 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir....” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.... 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır....” “Maddə
218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər... 218.3. Hakim işdə iştirak edən şə xslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.” “Maddə
385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar... 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.” 29. “Avtomobil yolları haqqında” Azərbaycan müddəalarında aşağıdakılar nəzərdə tutulur: Respublikasının Qanununun “Maddə 13.Avtomobil yollarının torpaq sahəsi... Ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli, habelə şəhər avtomobil yollarının yerləşdiyi torpaq sahələri dövlət mülkiyyətidir, bölünməzdir və özgəninkiləşdirilə bilməz....” “Maddə 17.Digər avtomobil yolları ilə kəsişmələrin tənzimlənməsi Hüquqi və fiziki şəxslərə mövcud avtomobil yolları ilə birləşmə və kəsişmə qovşaqlarının tikintisinə, yenidən qurulmasına və təmirinə yalnız müəyyən edilmiş qaydada təsdiq olunmuş layihə sənədi əsasında icazə verilə bilər. Yol hərəkətinin təhlükəsizliyinin təmin olunması məqsədilə avtomobil yolunun kateqoriyasına uyğun olaraq digər avtomobil yoluna birləşmənin giriş və çıxış yolları müvafiq keçid - sürət zolaqları ilə təmin olunmalıdır. Avtomobil yollarına ümumi istifadə üçün qovuşan, birləşən avtomobil yollarının örtüyünün möhkəmliyi bütün yol boyunca mövcud avtomobil yolları üçün müəyyənləşdirilmiş layihə normalarından az olmamalıdır. Qovuşma və kəsişmənin tikintisi ilə bağlı bütün xərcləri bu işlərin sifarişçisi ödəyir. Kəsişmə və qovuşmanın tikintisi zamanı texniki norma lara əməl müvafiq edilmədikdə müvafiq yol təsərrüfatı orqanları onların tikintisindən imtina etmək hüququna malikdir. Avtomobil yollarının mülkiyyətçiləri onların razılığı olmadan müvafiq qovuşma və kəsişmənin tikintisini, yenidənqurma və təmirini sifariş edən və ya aparan hüquqi və fiziki şəxslərdən onları dərhal dayandırmaq, sökmək və avtomobil yollarını ilkin vəziyyətə gətirməyi tələb etmək hüququna malikdir. Belə işlərin icrasından imtina və ya razılaşdırılmış müddətdə onların icrası üzrə qəbul olunmuş öhdəliklərdən yayınma hallarında yolun mülkiyyətçisi qeyri-qanuni hərəkət etmiş hüquqi və fiziki şəxslərə qarşı avtomobil yollarını ilkin vəziyyətə gətirməklə, bu səbəbdən sərf olunan xərcləri ödəmələri barədə iddia irəli sürə bilərlər. Müxtəlif mülkiyyətçilərində olan avtomobil yolla rının kəsişmə və qovuşma yerlərində sərhədlər, həmin yolların təhkim zolaqları ilə birlikdə müəyyən edilir.” “Maddə 26.Yolkənarı xidmət obyektləri... Yolkənarı xidmət obyektlərinin avtomobil yollarına birləşmələrin yenidən qurulması və təmiri avtomobil yolu sahibinin qeyd edilən işlərin görülməsi üçün verdiyi texniki şərtlər və tələblər əsasında yerinə yetirilir...” 30. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur. “Maddə 4.Əvvəllər yaranmış hüquqların tanınması 4.1. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır....” 31. “Dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ö lçüləri”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2015-ci il 11 sentyabr tarixli, 298 saylı Qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “...dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçüləri... yerli əhəmiyyətli avtomobil yollarında yolun hər bir hərəkət istiqaməti üzrə hərəkət hissəsinin mərkəzindən 12,5 metr enində təsdiq edilmişdir.” 32. “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2006-ci il 30 mart tarixli qərarında qeyd edilmişdir ki: “Azərbaycan Respublikası “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında” A vropa Konvensiyasının istirakçısı və onu ratifikasiya etmis dövlət kimi 2002-ci il aprel ayının 15-dən Konvensiya va onun protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin yurisdiksiyasınin məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir.” 33. “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında” Konvensiyasının 46-ci maddəsinə əsasən, Avropa Məhkəməsinin qərarları bu Konvensiyanı ratifikasiya etmis dövlətlər üçün məcburidir.
34. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyaya dair 1 nömrəli Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
35. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini (bax yuxarıda §§ 17-19) iş materialları ilə birgə araşdraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları, həmçinin prosessual normaları düzgün tətbiq edilmiş (bax yuxarıda §§ 27-34), qətnamənin ləğvinə əsas olan prosessual pozuntulara yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur.
36. İşin müəyyən edilmiş faktiki hallarına görə, Lə nkəran rayonu, Xarxatan kəndi ərazisində yerləşən qeyri-yaşayış binası (yanacaq doldurma məntəqəsi) ilkin texniki sənəd olaraq, 1996-cı il iyun tarixli texniki pasport əsasında sahibkar olaraq Lənkəran Neft Məhsulları Təminatı Müəssisəsinə məxsus olmuşdur. Sonradan dövlət əmlakı olaraq, həmin qeyri-yaşayış binası Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən vətəndaş Cavabdeh2 satılmış və sonuncunun adına 2003-cü il 24 dekabr tarixli 001408 qeydiyyat nömrəli şəhadətnamə verilmişdir. Eyni zamanda, həmin qeyri-yaşayış binasının yerləşdiyi 2,310 m2 torpaq sahəsi ƏMDK ilə Cavabdeh2 arasında bağlanmış 2014-cü il 22 avqust tarixli 5145 saylı alqı-satqı müqaviləsi əsasında sonuncuya satılmışdır. Sonradan həmin şəhadə tnamə və alqı-satqı müqaviləsi, habelə digər mühüm əhəmiyyətli texniki sənədlər tərəflərindən icraata qəbul edilməklə həmin şəxsin adına daşınmaz əmlakın dövlət reyestrindən vahid daşınmaz əmlak obyekti olaraq 2011-ci il 24 oktyabr tarixli ********** qeydiyyat nömrəli müvafiq çıxarış verilmişdir.
37. AYMX mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan yanacaqdoldurma məntəqəsinə qeyriqanuni giriş-çıxışın yaradıldığını iddia edərək, hazırkı iddianı qaldırmışdır. İşə baxan məhkəmələr tərəfindən belə qənaətə gəlinmişdir ki, Cavabdeh2 tərəfindən mövcud avtomobil yolları ilə birləşmə və kəsişmə qovşaqlarının tikintisinin, yenidən qurulmasının və təmirinin aparılması müəyyən edilmir.
38. Kasssasiya şikayətinin dəlillərindən biri ondan ibarətdir ki, mövcud giriş-çıxış yolunun ölçülərində dəyişiklik o lub-olunmadığını, həmin giriş-çıxış yolunun mövcud qanunvericiliyin və inşaat və norma qaydalarına uyğun olub-olmamasını müəyyən etmək üçün işə baxan məhkəmələr tərəfindən ekspertiza təyin edilməmişdir.
39. Halbuki MPM-in 97.1-ci maddəsinin məzmunundan göründüyü kimi, ekspertizanın təyin edilib-edilməməsi məhkəmənin mülahizəsinə buraxılıb və məhkəmə iş materiallarında olan sübutları kifayətedici hesab edib, ekspertiza təyin etməyə bilər. Qeyd olunan prosessul hərəkətin hakimin öhdəliyi kimi qəbul edilməsi qanuna müvafiq hesab edilə bilməz.
40. Məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlilini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Belə ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu MPM- in 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması MPM-in 77.1-ci maddəsinə uyğun olaraq iddiaçının (hazırkı halda AYMX-nin) birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
41. Məhkəmə kollegiyası, məhkəmənin yanacaq doldurma məntəqəsinin MMC tərəfindən istifadə edilməsinə və MMC-nin qanuni təmsilçisinin Cavabdeh2 olduğunu nəzərə almamasına dair dəlilə münasibətdə bildirir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlamaqla digər məsələlərlə yanaşı, bu məsələdə də düzgün mövqe tutmuş dur. Çünki giriş-çıxış yolu MMC ilə deyil, iş üzrə digər Cavabdeh2 mülkiyyətində olan torpaq sahəsi və onun üzərində yerləşən yanacaqdoldurma məntəqəsi ilə bağlıdır.
42. Kassasiya şikayətində ümumi ifadələrlə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulduğu qeyd edilsə də, konkret olaraq pozuntunun nədə ifadə olunduğu göstərilməmişdir. Nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşır.
43. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir.
44. Şərh edilənlərə əsasən və MPM-in 416-419 -cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçının kassasiya şikayəti təmin olunmasın. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 18 may tarixli 22(106)-59/2021 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.