Məhkəmə qərarları › İş №2-2(102)-623/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-623/2024

27.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-623/2024 27.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iş üzrə QƏRAR 2-2(102)-623/2024 Açar sözlər: nisyə alqı-satqı müqaviləsi üzrə pul tələbi, sübutetmə yükü Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Şamayev Elşad Yaquboviçin məruzəsi ilə, Xıdırov Əhliman Mehman oğlundan və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 21 iyun tarixli, 22(104)-88/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasın da baxılmışdır. İşin halları 1. 2017-ci il 12 may tarixli 165/17 nömrəli alğı-satqı müqaviləsi ilə satıcı İddiaçı malları alıcı Cavabdeh verməyi, alıcı isə malların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 6.2-ci bəndinə əsasən, bu müqavilə üzrə ödənişlərin gecikdirilməsinə görə alıcı gecikdirmənin hər günü üçün icrası gecikdirilən öhdəliyin dəyərinin 0.5 %-i həcmində dəbbə pulu ödəməlidir. 2. 2020-ci il 20 may tarixli “öhdəliklərin qarşılıqlı tanınması” aktında Cavabdeh İddiaçınə olan borcunun 11.734,32 manat təşkil etdiyi qeyd olunmuşdur. 3. 2020-ci il 27 avqust tarixli pretenziya məktubu ilə İddiaçı Cavabdeh 11.123,4 manat yaranmış borc məbləği ilə bağlı xəbərdar etmişdir. 4. 2020-ci il 01 oktyabr tarixli maliyyə arayışından Cavabdeh İddiaçınə olan borcunun 11.123,4 mana t təşkil etdiyi görünür. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsində birinci icraat

5. İddiaçı 2020-ci il 27 oktyabr tarixində Cavabdeh qarşı iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 11.123,4 manat əsas borc, 200 gün ərzində gecikdirmənin hər gününə görə borc məbləğinin 0,5 faizi həcmində 11.123,4 manat cərimə borcu və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 22.276,80 manat pulun alınaraq iddiaçının xeyrinə ödənilməsini xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 2017ci il 12 may tarixli 165/17 nömrəli alqı-satqı müqaviləsinin 3.2-ci bəndinə əsasən cavabdeh malların verilməsindən 30 gündən gec olmayaraq ödəmək şərti ilə iddiaçının istehsal etdiyi məhsulların satışı ilə məşğul olmuşdur. Be lə ki, cavabdeh aldığı malların dəyərinin bir hissəsini ödəmiş və onunla 2019-cu il 1 avqust tarixində imzalanmış “öhdəliklərin qarşılıqlı tanınması haqqında aktı” tərtib olunarkən, razılaşmaya əsasən yaranmış borcu etiraf edərək, yaxın vaxtlarda ödəməyi öz üzərinə götürsə də, 11.123,4 manat borc qalığını ödəməmişdir.

7. Tovuz Rayon Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli, 2(062)-2443/2020 nömrəli qətnaməsi ilə (hakim N.Mustafayev) iddia tələbinin qismən təmin edilməsi, cavabdeh 11234,4 manat əsas borc, 556 manat məbləğində cərimə borcu olmaqla, cəmi 11679,4 manat məbləğində pulun və iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 30 manat pul alınıb cavabdehin xeyrinə ödənilməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış alğ ı-satqı müqaviləsinə əsasən, cavabdeh iddiaçı şirkətindən aldığı mallarının dəyərini verilməsindən 30 gün ərzində ödəməyi öhdəlik götürsə də, müqavilənin şərtlərinə əməl etməmiş və nəticədə şirkətə 11.123,24 manat əsas borcu, 556 manat cərimə borcu olmaqla, cəmi 11.679,4 manat məbləğində yaranmışdır.

9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 439.1, 442, 443.1, 445.1, 449.1, 458.1, 460.1, 465.2, 467-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4, 216-220-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

10. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Apell yasiya instansiyası məhkəməsi tərəfindən təyin olunmuş məhkəməxətşünaslıq ekspertizası üzrə Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 2022-ci il 05 aprel tarixli ekspert rəyində qeyd olunmuşdur ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 2017-ci il 12 may tarixli 165/17 nömrəli alqı-satqı müqaviləsində alıcı qrafalarındakı imzalar, öhdəliklərin qarşılıqlı tanınmasına dair 2019-cu il 1 may tarixli 5483 nömrəli, 2019-cu il 1 avqust tarixli 12952 nömrəli, 2019-cu il 1 noyabr tarixli 15787 nömrəli və 17781 nömrəli, 2020-ci il 1 fevral tarixli 639 nömrəli, 2020-ci il 20 may tarixli 5267 nömrəli aktlarında alıcı Cavabdeh qrafalarında olan imzalar sonuncu tərəfindən icra olunmuşdur.

12. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2022-ci il 23 iyun tarixli, 2(104)-234/2022 nömrəli qət naməsi ilə (hakim L.Süleymanovun sədrliyi və məruzəsi ilə, hakimlər A.Hüseynzadədən və İ.Həsənovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın qismən təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanunidir və əsaslıdır. 2017-ci il 12 may tarixli, 165/17 saylı alqı-satqı müqaviləsi ilə cavabdeh dəyərinin bir hissəsini malların verilməsindən 30 gündən gec olmayaraq ödəmək şərti ilə, şirkətin istehsal etdiyi məhsulların satışı ilə məşğul olmuşdur. Cavabdeh aldığı malların dəyərinin müəyyən hissəsini ödəməmiş və tərəflər arasında 2019-cu il 01 avqust tarixli öhdəliklərin qarşılıqlı tanınması aktı ilə qalıq borcunu öz imzası ilə tə sdiq etmiş və cavabdehin həmin tarixə qalıq borcunun 15.092,82 manat olması təsdiq edilmişdir.

14. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 386.1, 442 443.1, 445.1, 445.2.1, 445.2.2, 448.1, 600.4-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.3, 217.4, 372.1, 372.1, 372.7, 384, 385.2, 392, 393, 404-407-ci maddələrinə istinad edərək əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat

15. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2023-cü il 04 aprel tarixli, 2(102)-1389/2023 nömrəli qərarı ilə (hakim V.Həsənovu n məruzəsi ilə, hakimlər İ.Şəfiyevdən və Ə.Əhmədovdan ibarət tərkibdə) kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2022-ci il 23 iyun tarixli, 2(104)-234/2022 nömrəli qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına qaytarılmışdır.

17. Kassasiya kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi mülki prosessual hüquq normalarının tələblərini nəzərə almadan və iddianın kommersiya məhkəməsinə aid olmasını yoxlamadan, iddiaya ümumi məhkəmədə baxarkən məhkəmə aidiyyətinin pozulub-pozulmamasına qiymət verməmişdir.

18. Belə ki, mübahisənin əsasını təşkil edən və tərəflər arasında bağlanmış 2017-ci il 12 may tarixli alğı-satqı müqaviləsi əsasında tərəflər arasında tərtib ediləcək razılaşma protokolunda göstəriləcək malların alğı-sa tqısı nəzərdə tutulmuşdur. Vergi ödəyicisi barədə məlumatdan aydın olur ki, Tovuz rayon Tovuz şəhəri S.S.İ. qəsəbəsində yaşayan Cavabdeh 2010-cu il 05 may tarixdə ********** VÖEN verilmişdir. İddiaçı isə kommersiya fəaliyyəti ilə məşğul olan hüquqi şəxsdir.

19. Belə olan təqdirdə, ilkin olaraq mübahisənin sahibkarlıq fəaliyyəti ilə bağlı yaranıb-yaranmaması aydınlaşdırılmalı, bundan sonra məhkəmə aidiyyəti müəyyən olunmalıdır. Lakin işin hallarından aydın olur ki, işə mahiyyəti üzrə baxan məhkəmələr bu istiqamətdə hər hansı araşdırma aparmamışlar. Nəzərə alınmalıdır ki, yaranmış mübahisə tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisə olması müəyyən olunduğu halda, işdə iştirak edən şəxslərin subyektiv tərkibinə, mübahisənin predmetinə və hüquq münasibətinin xarakterinə görə i şə məhkəmə aidiyyəti üzrə kommersiya məhkəməsində baxılmalıdır.

20. Kassasiya məhkəməsi mövqeyini Mülki Məcəllənin 385.1, 386.1, 442, 443.1, 445.1, 445.2, 448.1, 600.4-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.1, 217.3, 407.2, 416.1, 416.2, 418.3, 418.4.9-cu maddələri, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarı ilə əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

21. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2023-cü il 14 sentyabr tarixli, 2(104)-1625/2023 nömrəli qərardadı ilə (hakim R.Mamed ovun sədrliyi və məruzəsi ilə, hakimlər A.Bayramovdan və A.İsgəndərovadan ibarət tərkibdə) apellyasiya şikayəti qismən təmin edilmiş, Tovuz Rayon Məhkəməsinin 2020-ci il 01 dekabr tarixli, 2(062)2443/2020 nömrəli qətnaməsi ləğv edilmiş, iş baxılması üçün aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, “Mətanət A” şirkəti Azərbaycan Respublikası Vergilər Nazirliyində vergi uçotuna alınmış (VÖEN **********) hüquqi şəxsdir. Həmçinin Cavabdeh da Azərbaycan Respublikası Vergilər Nazirliyində vergi uçotuna alınmış (VÖEN **********) fiziki şəxsdir. Məhkəmənin sorğusu əsasında 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən məhkəməyə göndərilmiş 2023-cü il 28 avqust tarixli məlumatın verilməsi barədə məktubdan görünür ki, uçot məlumat bazasına əsasən Cavabdeh vergi ödəyicisi kimi 2010-cu il 05 may tarixdən Ərazi Vergilər İdarəsində uçotuna alınmış, ona ********** VÖEN verilmiş və fəaliyyət növü ixtisaslaşdırılmış mağazalarda sair yeni malların pərakəndə satışı (47780) fəaliyyətidir.

23. Belə olan halda, apellyasiya kollegiyası hesab etmişdir ki, mübahisə prosessual qanunvericiliyə əsasən kommersiya mübahisəsi hesab olunur və işin baxılması kommersiya məhkəməsinə aiddir. Lakin həmin hal birinci instansiya məhkəməsi tərəfindən araşdırılaraq hüquqi qiymət verilməmiş və nəticədə qanunla müəyyən olunmuş məhkəmə aidiyyətinin pozulmasına səbəb olmuşdur.

24. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 60, 62-ci, Mülki Prosessual Məcəllənin 24.1, 24.2, 26.1, 44.2.2, 45.1, 151, 152.1.3, 384.0.4-cü maddələri ilə əsaslandırmışdır. e) Birinci instansiya məhkəməsində ikinci icraat

25. Gəncə Kommersiya Məhkəməsinin 2024-cü il 16 yanvar tarixli, 2-2(115)61/2024 nömrəli qətnaməsi ilə (hakim K.Vəliyev) iddia tələbi qismən təmin olunmuş, cavabdehdən 11.123,4 manat əsas borc, 556 manat cərimə olmaqla, cəmi 11.679,4 borcun tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.

26. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış 2017-ci il 12 may tarixli 165/17 nömrəli alğı-satqı müqaviləyə əsasən satıcı malları alıcıya verməyi, alıcı isə malların dəyərini ödəməyi öhdəsinə götürmüş, ancaq alıcı müqavilənin şərtlərini pozaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Cavabdehə borcun ödənilməsi barədə pretenziya məktubu göndərilsə də, cava bdeh tərəfindən borc məbləği ödənilməmişdir. Bu səbəbdən, iddiaçı hazırkı tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.

27. İddia tələbinin penya – yəni dəbbə pulu məbləğinə dair hissəsi üzrə məhkəmə işin faktiki hallarını nəzərə alaraq, maddi hüquq normalarını rəhbər tutaraq, iddia tələbinin cərimə (dəbbə pulu) ilə bağlı hissəsi qismən təmin edilməsi, tərəflər arasında bağlanmış müqavilələrdə dəbbə pulu miqdarı müəyyən olunduğundan və razılaşdırıldığından, lakin həmin müqavilə üzrə hesablanmış dəbbə pulu mümkün zərərdən tənasübsüz şəkildə çox olduğundan, dəbbə pulu azaldılmaqla 556 manat məbləğində tutulması qənaətinə gəlmişdir.

28. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 386.1, 389.1, 442, 443.1, 445.1, 448.1, 460.1, 462.1, 462.3, 463.1, 463.2, 465.1, 466, 467, 567 və 598.3-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. f) Apellyasiya instansiya məhkəməsindəki üçüncü icraat

29. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

30. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 21 iyun tarixli, 2-2(104)-88/2024 nömrəli qətnaməsi ilə (hakim Ş.Rzaquliyevin sədrliyi və məruzəsi ilə, hakimlər R.Muradovdan və F.Mehtiyevdən ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

31. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh arasında 2017-ci il 12 may tarixli 165/17 nömrəli alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilənin şərtlərinə görə iddiaçı razılaşma protokolunda və ya qaimə-fakturada göstərilən malları cavabdehə verməyi, cavabdeh isə aldığı malların dəyərini 30 gündən gec olmayaraq ödəməyi öhdəsinə götürmüş, alıcı və satıcı arasında mal dövriyyəsi və yaranmış borc qalıqları, mütəmadi olaraq tərəflər arasında bağlanan “öhdəliklərin qarşılıqlı tanınması aktı” ilə müəyyən edilir. İddiaçı müqavilə öhdəliyini yerinə yetirmiş olsa da, cavabdeh üzərinə düşən öhdəliyi lazımi qaydada icra etmədiyinə görə onunla 2019-cu il 1 avqust tarixində imzalanmış “öhdəliklərin qarşılıqlı tanınması haqqında aktı”na əsasən aldığı malların dəyərindən 11.123,4 manat hissəsi ödənilməmiş qalmışdır.

32. İddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirib müqavil ədə nəzərdə tutulan malları cavabdehə vermiş, sonuncu isə müqavilə öhdəliklərinə lazımi qaydada əməl etməmişdir. Odur ki, iddiaçı cavabdehdən 11.123,4 manat əsas borcunu tələb etməkdə, birinci instansiya məhkəməsi isə iddianı həmin hissədə tam təmin etməkdə haqlı olmuşdur.

33. Bundan başqa, iddiaçı cavabdehdən 11.123,4 manat məbləğində cərimənin onların xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını da xahiş etmiş, birinci instansiya məhkəməsi həmin məbləğin azaldılmasını məqsədəuyğun hesab etmişdir. Birinci instansiya məhkəməsi qanunvericiliyin göstərişlərini nəzərə alaraq iddiaçı tərəfindən tələb olunan dəbbə pulunun məbləğini azaltmış, məhkəmə kollegiyası da birinci instansiya məhkəməsinin həmin mövqeyi ilə razılaşmışdır.

34. Cavabdeh şikayətində işə birtərəfli və qeyri obyektiv baxı ldığını göstərmiş olsa da, lakin bunun nədə ifadə olunduğunu əsaslandırmamışdır. İşdən görünür ki, məhkəmə işə sübutları hərtərəfli araşdırmaqla obyektiv baxmışdır.

35. Apellyasiya şikayətinin tərəfin iştirakı olmadan baxıldığına görə çəkişmə prinsipinin pozulması ilə bağlı dəlillərinə gəldikdə kollegiya qeyd etmişdir ki, birinci instansiya məhkəməsi bütün məhkəmə prosesləri ilə bağlı tərəflərə, o cümlədən cavabdehə məhkəmə bildirişi göndərmiş və EMİS elektron məhkəmə sistemində ona məxsus kabinetə yerləşdirilmişdir. Cavabdeh baxış iclasının yeri və vaxtı barədə məlumatlı olsa da, məhkəmə iclasında iştirak etməmişdir. Göründüyü kimi, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla cavabdehin formal mülahizəsindən ibarət olmuşdur.

36. Apellyasiya şikayətinin “iddiaçı tərəfindən ona göndər ilən malların qaiməfakturasını, nə qədər mal göndərildiyi, nə qədər mal qəbul edildiyi, qəbul olunan malın nə qədər dəyərini ödənildiyinin tam hərtərəfli araşdırılmaması” barədə dəlili ilə razılaşmayan kollegiya qeyd etmişdir ki, tərəflər arasında bağlanmış 2017-ci il 12 may tarixli 165/17 nömrəli alğı-satqı müqaviləsinin 1.3-cü bəndində alıcı və satıcı arasında mal dövriyyəsi və yaranmış borc qalıqlarının, mütəmadi olaraq tərəflər arasında bağlanan “öhdəliklərin qarşılıqlı tanınması aktı” ilə müəyyən edildiyi göstərilmişdir.

37. Cavabdeh əvvəlki məhkəmə iclaslarında ümumiyyətlə iddiaçı ilə müqavilə bağlamadığını, işdəki “öhdəliklərin qarşılıqlı tanınması aktları”ndakı imzaların ona məxsus olmadığını bildirmiş, həmin imzaların onun tərəfindən icra edildiyi ekspertiza rəyi ilə müəyyən olu nduqdan sonra işin hallarının natamam araşdırılmasına istinad etməyə başlamışdır.

38. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 127.7-ci, Mülki Məcəllənin 385.1, 425.1, 448.2, 462.1 və 467-ci, Mülki Prosessual Məcəllənin 9.1-9.3, 14.2, 77.1, 185.2, 185.5 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

39. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsi qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

40. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən aşağıdakı maddi və prosessual hüquq normaları pozulmuş və ya düzgün tətbiq ed ilməmişdir: 40.1. Azərbaycan Respublikasının Konstitusiyasının 12 və 60-cı maddəsi üzrə apellyasiya instansiyası məhkəməsi cavabdehin borcunu qaytarmasını nəzərə almamışdır. 40.2. Mülki Prosessual Məcəllənin 14.1, 88, 217.1, 218.1-ci maddələri üzrə məhkəmə cavabdehin ödəniş qəbzlərini nəzərə almamış, cavabdehin özünü müdafiə hüququ təmin edilməmişdir. Məhkəmə cavabdehin dəlillərinə əsaslandırılmış qiymət verməmiş, borcun necə yaranması, necə ödənilməsi, kimə verilməsi araşdırılmamış, mühasibatlıq ekspertizasının keçirilməsi barədə vəsatəti təmin etməmişdir.

41. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

42. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

43. Azərbaycan Respubl ikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

44. Cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, kassasiya baxışının hədlərini həmin qətnamənin maddi və prosessual hüquq normalarına uyğunluğunun tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

45. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçılar ı arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icran ın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 600.1-c i maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

46. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb v ə etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

48. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış və maddi hüquq normalarını düzgün tətbiq edərək əsaslı olaraq hesab etmişdir ki, cavabdeh tər əflər arasında bağlanmış müqavilə üzrə öhdəliyini tam icra etmədiyi üçün iddiaçıya qətnamə ilə müəyyən olunan məbləğdə pul ödəməlidir.

49. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlillərinə uyğundur. Həmin dəlillərə isə apellyasiya məhkəməsi tərəfindən müfəssəl hüquqi qiymət verildiyindən (bənd 31-38), məhkəmə kollegiyası yenidən əsaslandırma aparılmasını prosessual qənaət prinsipinə əsasən zəruri bilmir.

50. Cavabdehin etdiyi ödənişlərin nəzərə alınmaması barədə kassasiya şikayətinin dəlili üzrə məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə cavabdehin iddiaçıya olan borcu 2020-ci ilin 01 oktyabr tarixinə (birinci instansiya məhkəməsinə maliyyə arayışı verilən tarix) müəyyən olunmuşdur. Həmin tarixdən sonrakı dövrdə müqavilə üzrə ödənişlər edildiyi halda, qətnamənin ic rası qaydasında nəzərə alınmalıdır.

51. Bu səbəbdən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

52. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi nin Kommersiya kollegiyasının 2024-cü il 21 iyun tarixli, 2-2(104)-88/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar